Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3297/2024 06.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh, üçüncü şəxslər Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiya şikayətinin baxışdan çıxarılması, kassasiya şikayəti verilməsi mümkün olan məhkəmə aktları Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh, üçüncü şəxslər Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə qarşı “tikilidə olan pozuntuların aradan qaldırılması və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1860/2024 nömrəli, 29 iyul 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) və üçüncü şəxslər Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi sahə 49T ünvanda yerləşən torpaq sahəsində inşa edilən binanın xarici divarlarının ümumi hündürlüyünü təsdiq etmiş layihəyə uyğun 3,3 metr ölçülü vəziyyətə gətirilməsi, layihə üzrə nəzərdə tutulmuş hündürlüyü olan bina üçün lazımi bünövrə inşa edilməsi və ona vurulmuş mənəvi zərərin əvəzinə 8000 manatın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək Cavabdeh tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi,sahə 49T ünvanda yerləşən torpaq sahəsində inşa edilən binanın xarici divarlarının ümumi hündürlüyünü təsdiq etmiş layihəyə uyğun 3,3 metr ölçülü vəziyyətə gətirilməsi və onun tərəfindən ona vurulmuş mənəvi zərərin əvəzinə 8000 manatın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(003)-99/2023 nömrəli, 06 sentyabr 2023-cü il tar ixli qərardadı ilə iş üzrə "xxxx" MMC-dən mütəxəssis rəyinin alınması qərara alınmışdır.
4. İddiaçı qeyd olunan qərardaddan şikayət vermiş, daha sonra həmin qərardaddan verilmiş çoxsaylı şikayətlərin qaytarılmasına dair qərardadlardan müxtəlif instansiya məhkəmələrində baxılmışdır.
5. Nəhayət Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 29 iyul 2024-cü il tarixli qərardadı ilə 19 fevral 2024-cü il tarixli qərardaddan iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti və prosessual müddətin bərpası barədə ərizə həmin qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmadığına görə geri qaytarılmışdır.
6. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 29 iyul 2024-cü il tarixli qərardadından kassasiya şikayəti verərək qərardadın tamamilə ləğv edilməsini və buraxılmış müddətin bərpasına dair yeni qərar çıxarılmasını xahiş etmişdir.
7. Kassasiya şikayəti 23 avqust 2024-cü il tarixli qərardadla kassasiya icraatına qəbul edilmiş, lakin sonradan müəyyən edilmişdir ki, kassasiya şikayəti mümkünlük baxımından mülki prosessual qanunvericiliyin tələblərinə zidd olaraq icraata qəbul edilmişdir.
8. Çünki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 403.1-ci maddəsinə görə bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Həmçinin, MPM-in 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respubli kası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə;
9. Göründüyü kimi, MPM-də kassasiya şikayətinin verilməsi nəzərdə tutulmuş məhkəmə qərardadları konkret göstərilmişdir.
10. Qanunvericiliyin tələblərinə görə məhkəmə aktının özündən kassasiya şikayəti verilməsi nəzərdə tutulmayıbsa, həmin aktdan verilmiş şikayətin qaytarılması bar ədə qərardaddan da şikayət verilə bilməz. Belə şikayətlərə kassasiya qaydasında baxılması MPM-in 402.2-ci maddəsinin tələblərinə uyğun deyildir.
11. Hazırda mübahisələndirilən apellyasiya instansiya məhkəməsinin 29 iyul 2024-cü il tarixli qərardadı kassasiya şikayətinin geri qaytarılması barədə qərardad olsa da, iddiaçı tərəfindən verilmiş bütün şikayətlərin əsasında dayanan qərardad - birinci instansiya məhkəməsinin 2(003)-99/2023 nömrəli, 06 sentyabr 2023-cü il tarixli iş üzrə "xxxx" MMCdən mütəxəssis rəyinin alınmasının nəzərdə tutulduğu qərardadı olduğundan və həmin qərardaddan nəinki kasasiya şikayəti, ümumiyyətlə şikayət vermək nəzərdə tutulmadığından, həmin şikayətin qaytarılması barədə 29 iyul 2024-cü il tarixli qərardaddan da kasasiya şikayəti verilməsi istisna olunur.
12. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 04/2020 nömrəli, 14 oktyabr 2020-ci il tarixli Qərardadına müvafiq olaraq, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin icraata qəbulunun mümkünlüyünü yoxlayarkən, onun MPM-in 407-ci maddəsində əks olunmuş formal tələblərə cavab verməsini qiymətləndirməklə yanaşı, verilmiş şikayətə kassasiya qaydasında baxılması üçün prosessual əsasların olub-olmamasını da müəyyən etməlidir.
13. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi hissəvi, yaxud tam şəkildə kassasiya qaydasında yoxlanıldığı və verilmiş yeni kassasiya şikayəti artıq ba xılaraq hüquqi qiymət verilmiş hissə ilə bağlı olduğu halda, həmin şikayətə kassasiya qaydasında baxılması üçün prosessual əsasların olmamasına görə kassasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 411-ci maddəsinə əsasən şikayətin icraata qəbulundan imtina edilməli və şikayət geri qaytarılmalıdır. 14.MPM-ə uyğun olaraq, işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir (maddə 404-1.2). 15.Kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək, işi kassasiya bax ışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər (maddə 417.1.7). 16.Məhkəmə kollegiyası qeyd olunanlara əsasən və MPM-nin 402.1, 406, 409 və 417ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)1860/2024 nömrəli, 29 iyul 2024-cü il tarixli qərardadından verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3297/2024 nömrəli, 23 avqust 2024-cü il tarixli qərardadı ləğv edilsin. İş kassasiya baxışından çıxarılsın və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1860/2024 nömrəli, 29 iyul 2024-cü il tarixli qərardadından verilən kassasiya şikayətinin geri qaytarılması üçün həmin məhkəməyə qaytarılsın. Qərardad qətidir və