Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3298/2024 08.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və X3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülki hüquq pozuntusu nəticəsində dəymiş maddi zərərin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və X3 qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-370/2024 nömrəli, 14 mart 2024-cü il tarixli qətnaməsindən iddiaçı və cavabdehlərin kassasiya şikayətlər inə 08 oktyabr 2024-cü il tarixində Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Suraxanı Rayon Məhkəməsinin 19 fevral 2016-cı il tarixli qətnaməsinə əsasən Cavabdeh2 (bundan sonra – birinci cavabdeh) və Cavabdeh1 (bundan sonra – ikinci cavabdeh) müştərək qaydada dəymiş maddi zərərin əvəzi olaraq ümumilikdə 42393 manat və bundan sonrakı 3 il ərzində dolanacaq xərci olaraq hər ay 500 manatın tutularaq İddiaçı (bundan sonra – iddiaçı) ödənilməsi qət edilmişdir.
2. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 iyun 2017-ci il tarixli qətnaməsinə əsasən cavabdehlərin apellyasiya şikayəti təmin edilməmiş, iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni-borc kimi alınmış 17750 manatın cavabdehlərdən tutulmasına dair iddiasının təmin edilməsi, eləcə də 3000 manat əldən çıxmış faydanın tutulmasına dair iddianın rədd edilməsi hissələrində ləğv edilmiş və həmin hissələrdə yeni qətnamə qəbul edilmiş, 17750 manat borc kimi alınmış pul vəsaitinin cavabdehlərdən tutulması hissəsində iddiaçının iddia ərizəsi rədd edilmiş, iddiaçının əldən çıxmış faydaya görə 3000 manatın cavabdehlərdən tutulmasına dair iddia tələbi təmin edilmiş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəsini almışdır.
3. Suraxanı Rayon Məhkəməsinin 11 iyul 2019-cu il tarixli qətnaməsinə əsasən iddiaçılar İddiaçı və Nümayəndə1 cavabdehlərə qarşı vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia tələbləri təmin edilməmiş, Bakı Apellyasiya Mə hkəməsinin 19 noyabr 2020-ci il tarixli qətnaməsinə əsasən iddiaçıların apellyasiya şikayəti qismən təmin edilərək cavabdehlərdən müştərək qaydada maddi zərərin əvəzi kimi cəmi 3941,13 manatın tutularaq iddiaçılara ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır.
4. DSMF-nin Suraxanı rayon şöbəsinin 7 may 2019-cu il tarixli arayışına əsasən iddiaçı 2-ci qrup əlil kimi 130 manat prezident təqaüdü alır və pensiya işinin müddəti 31 yanvar 2021-ci il tarixə qədərdir.
5. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Vətəndaşların Respublikadan kənar müalicəyə göndərilməsi məsələləri üzrə Komissiyanın 30 yanvar 2017-ci il tarixli 1 saylı protokolundan çıxarışa əsasən iddiaçının kəllə beyin travması, aşağı ətrafların parezi diaqnozu ilə qru p şəklində növbəti kurs reablitasiya müalicəsi almaq üçün Respublikadan kənara aparılması qərara alınmışdır. 6. “Premium Clinic”in 20 avqust 2022-ci il tarixli, 178/22 saylı arayışına əsasən iddiaçı, həqiqətən, 11 avqust 2022-ci il tarixində “Premium Clinic”ə müayinə və müalicə üçün müraciət etmişdir. Xəstə 13 avqust 2022-ci il tarixində “Qabırğa qığırdağı ilə rinoseptoplastika, udlaq nahiyyəsində kisanın ləğvi, boyun nahiyyəsində çapıq deformasiyasının ləğvi” cərrahi əməliyyat olunmuş və 14 avqust 2022-ci il tarixində evə ambulator müalicəyə göndərilmiş, klinikaya ümumilikdə 6120 manat ödəmişdir. 7. “Premium Clinic”-in qəbzlərinə əsasən iddiaçıya 10 manat dəyərində sarğı xidməti, 160 manat dəyərində Qastroskopiya xidməti, 50 manat dəyərində İS xidməti göstərilmiş, 67,39 manat dəyərində də rman preparatları satılmışdır. Həmçinin “X8” MMC-nin ödəniş qəbzlərinə əsasən iddiaçı tərəfindən tibbi xidmət və beyin MRT-si üçün xəstəxanaya cəmi 270 manat ödənilmişdir.
8. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universiteti Tədris Stomotoloji Klinikanın 13 sentyabr 2022-ci il tarixli 1/46 saylı arayışına əsasən iddiaçının kliniki və rentgenoloji müayinə nəticəsində alt və üst çənələrin sağ və sol dişlərinin bəzilərində travmatik zədələnmələr aşkar olunmuş və tam müalicə olunmuşdur. Həmçinin mədaxil qəbzlərinə əsasən iddiaçı klinikaya 870 manat ödəniş etmişdir. 9. "xxxx" ASC-nin köçürmə qəbzlərinə əsasən Nümayəndə1 tərəfindən iddiaçıya 2018-2020-ci illər ərzində bir neçə dəfə olmaqla cəmi 6155 manat göndərilmişdir. Həmçinin iddiaçı tərəfindən uçuş xərci olaraq 1482,06 manat ödəniş aparılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət edərək cavabdehlərdən müştərək qaydada vurulmuş maddi zərərin əvəzi olaraq 15537,64 manatın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddia tələbi belə əsaslandırmışdır ki, 7 iyul 2015-ci il tarixində ikinci cavabdeh polisin saxla əmrinə tabe olmamış, avtomobili saatda 100 km sürətlə idarə edərək yolun əks istiqamətinə çıxaraq iddiaçının idarə etdiyi avtomobillə toqquşmuş və hadisə yerindən qaçmışdır. Hadisənin törədilməsində ikinci cavabdehin təqsirli olması təsdiq edilməyib. Hadisə ilə bağlı ibtidai istintaq aparılaraq hadisənin onun 16 yaşlı oğlu birinci cava bdeh tərəfindən törədildiyi barədə qərar qəbul edilib. Qeyd edilən qərardan iddiaçı şikayət vermiş və hal-hazırda araşdırma davam etdirilir. Qəza nəticəsində iddiaçı 47 gün komada, 5 gün intensiv şöbədə qalmışdır. Ailəsinin iddiaçını xəstəxanada saxlamaq imkanı olmadığı üçün evə aparmalı olmuşlar. Çəkdiyi külli miqdarda xərc nəticəsində iddiaçı komadan ayıldıqdan sonra yaxşı olmuşdur. Müalicələrini lazımı dərəcədə etdirməyə ailəsinin imkanı olmadığı üçün, eləcə də iddiaçıya xəsarət yetirən şəxsin heç bir maddi yardım etməməsi üzündən iddiaçı artıq sağtərrəfli iflic, nitq qüsurlu olmuşdur. İddiaçı baş vermiş hadisə nəticəsində koma vəziyyətinə düşmüş və komadan ayılmağı üçün çəkilmiş əməliyyat və müalicə xərclərinin tələb edilməsi barədə daha əvvəl məhkəməyə müraciət etmişdir. Qeyd edilən i ddia ilə məhkəməyə müraciət etdikdan sonra da iddiaçı müalicə və müayinəsinə kifayət qədər məbləğdə vəsait sərf etmişdir. Belə ki, müalicəsinin və müayinələrinin davam etdirilməsi və effektivliyinin surətləndirilməsi məqsədi ilə iddiaçı 3 avqust 2019-cu il tarixində Hollandiya Respublikasına, daha sonra isə Almaniya Respublikasına getmişdir. Həmin ölkələrdə 16 may 2022-ci il tarixinədək davamlı olaraq müalicələr almışdır. Müalicələrin həyata keçirilməsi Hollandiya və Almaniya Respublikasında dövlət hesabına olsa da, ölkə daxilində hərəkət etmək, yaşamaq və qidalanmaq üçün pul xərcləmək məcburiyyətində qalmışdır. Hollandiyaya gediş-dönüş üçün bilet xərci 1482,06 manat, tibbi sənədlərinin xaricdə istifadə olunması məqsədi ilə tərcümə xərci 75 manat, xaricdə telefon rabitəsindən istifadə üçün 50 Avro, xaricdə dəmir yolu nəqliyyatından istifadə üçün 350 Avro, xaricdə avtobus nəqliyyatından istifadə üçün 22,50 Avro, xaricdə qidalanmaq üçün marketlərə cəkilən 2257,85 Avro pul xərcləmişdir. Xaricdə xərclədiyi pulları orada iddiaçının adına açılmış hesaba Bakı şəhərindən göndərmişlər. Göndərişin ümumi məbləği 6155 manat təşkil edir.
12. Bundan başqa, iddiaçı Bakı şəhərində müalicə və müayinələr üçün klinikalara 515 manat pul xərcləmişdir. Daha sonra həkim qeydiyyatına yazılma, dərman pereparatlarının alınması və Bakı şəhərində əməliyyat keçirməyi ilə əlaqədar ümumilikdə 6737,39 manat pul xərclənmişdir. Yol nəqliyyat hadisəsi nəticəsində iddiaçının dişlərində tökülmələr və qalıcı xəsarətlər yaranmışdır ki, bunların da müalicə və müayinəsi üçün bu günə qədər 870 manat pul xərclənmişd ir. Dişlərinin müalicə və müayinəsi davam edir və yaranacaq xərclərlə bağlı əlavə iddia verəcəkdir.
13. Eyni zamanda cavabdehlərin qanunsuz əməllərinə hüquqi qiymət verilməsi, məhkəmə qərarlarının icrasının təmin edilməsi və sair məsələlərlə bağlı yuxarı dövlət orqanlarına mütəmadi olaraq şikayət ərizələri ilə müraciətlər edirlər. Bunun üçün isə poçt xidmətlərinə ümumilikdə 168,44 manat pul xərcləmişlər. Məhkəmələrdə və dövlət orqanlarında iddiaçını təmsil etməsi üçün anası Nümayəndə1 etibarnamələrin verilməsi üçün isə ümumilikdə 49,75 manat notariat xərci çəkilmişdir. Çünki iddiaçı səhhəti ilə əlaqǝdar fiziki olaraq dövlət orqanlarına və məhkəmələrə getməkdə ciddi çətinliklər çəkir.
14. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 21-ci maddəsinə istinad etmişdir.
15. Birinci inst ansiya məhkəməsində ikinci cavabdeh iddiaya etiraz olaraq göstərmişdir ki, hadisə 2015-ci ildə baş verib, bununla əlaqədar ondan 34329 manat pul tutulub. Qızınını evini satıb həmin məbləği ödəyib. İddiaçının əlilliyi ləğv olunub. Həmçinin iddiaçı Almaniyada olarkən ona zəng edərək orada işlədiyini və gəlib ondan heyfini çıxacağını bildirmişdir.
16. Suraxanı Rayon Məhkəməsinin 2(010)-469/2023 nömrəli, 13 iyun 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək cavabdehlərdən müştərək qaydada 15244.45 manat vurulmuş zərərin əvəzinin tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Rübabə Qafarova).
17. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, mülki hüquq pozuntusu (delikt) törətmiş şəxslər vurulmuş zərərin əvəzini ödəməyə borcludurlar. ikinci cavabdehin yol nəqliyyat hadisəsi törətməsi və nəticədə iddiaçının sağlamlığına maddi ziyan vurmaqla delikt törətməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarları əsasında öz təsdiqini tapdığından həmin halların araşdırılmasına zərurət yoxdur.
18. Birinci instansiya məhkəməsi iddia tələbində qeyd edilən məbləğlərə ayrıayrılıqda qiymət verilməsini zəruri hesab edərək göstərmişdir ki, iddia tələbi Hollandiyaya gediş-gəliş xərci olan 1482.06 manatın və yol nəqliyyat hadisəsi nəticəsində iddiaçının dişlərində olan tökülmələrin və qalıcı xəsarətlərin müalicə olunması üçün xərclənmiş 870 manat məbləğində pulun tutulması hissəsi tam əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan arayış və qəbzlərdən açıq-aydın görünür ki, iddiaçı Holl andiyaya yol nəqliyyat hadisəsi nəticəsində sağlamlığına vurulmuş ziyanın müalicəsi məqsədilə getmiş və yol xərcini öz vəsaiti hesabına ödəmişdir. Eyni zamanda işin halları ilə müəyyən olunur ki, iddiaçının dişlərinin müalicəsi baş vermiş qəza nəticəsində dişlərində yaranmış travmatoloji xəsarətlərə görə məcburi olmuşdur. Buna görə də, qeyd edilən hissədə iddia tələbi tamamilə əsaslıdır.
19. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi iddiaçının Hollandiyada və Almaniyada xərclədiyi telefon rabitəsindən istifadə üçün, qida ehtiyacları üçün və yol xərcləri üçün istifadə etdiyi və anası tərəfindən ona göndərilmiş 6155 manat hissəsində də əsaslıdır. Belə ki, iddiaçı Almaniya və Hollandiyada uzun müddət yaşamış və müalicə almışdır. Müalicə xərci iddiaçı tərəfindən qarşılanmasa da, qeyd edilən ölkələrdə bu qədər müddət ərzində yaşamaq üçün tələb olunan zəruri xərclərin 6155 manat olması ağlabatandır. Eyni zamanda işdə olan sənədlərə əsasən iddiaçı həmin ölkələrə müalicə almaq üçün getmiş və iş icazəsi olmamışdır. Bu səbəbdən anasının onu zəruri xərclərini qarşılaması üçün göndərdiyi 6155 manat vurulmuş zərərin əvəzi olaraq nəzərə alınmalıdır.
20. Birinci instansiya məhkəməsi Bakı şəhərində iddiaçının keçirdiyi əməliyyat, müayinə və müalicələr üçün 6737.39 manat hissəsədə də iddia tələbini əsaslı sayaraq göstərmişdir ki, iş materiallarına əlavə edilmiş sənədlərlə iddiaçının qeyd edilən məbləği müalicəsi üçün xərcləməsi sübut olunur. Buna görə də, həmin hissədə də iddia tələbi təmin edilməlidir.
21. Birinci instansiya məhkəməsi iddia tələbinin 75 manat məbləğində tərcümələr üçün ödənilmiş xərc, eyni zamanda 168.44 manat poçt və teleqraf rabitəsindən istifadə xərci və son olaraq anasına verdiyi etibarnamələr üçün 49.75 manat ödədiyi xərcin tutulması hissəsini əsaslı saymamışdır. Belə ki, iddia tələbinin iddiaçının anasına vediyi etibarnamərə görə 49.75 manat məbləğində xərc vurulmuş zərərin aradan qaldırılması ilə bağlı çəkilən xərclər deyildir və əlavə olaraq iddiaçının hazırki iş üzrə vəkili vardır və əlavə olaraq anasına etibarnamə verməsi zəruri olmamışdır.
22. İddia tələbinin 75 manat tərcümələrə görə çəkdiyi xərc hissəsi ilə bağlı iddiaçı qeyd edilən məbləğin hansı sənədlərin tərcümə edilməsi ilə bağlı olduğunu məhkəmədə sübut edə bilməmişdir. Son olaraq 168.44 manat məbləğində poçt xidmətlərindən istifadə üçün çəkdiyi xərcin tələb edilməsi hi ssəsində də iddia tələbi əsassızdır. Belə ki, iş materiallarında olan Azərpoçtun mədaxil qəbzlərindən görünür ki, qeyd edilən müraciətlər iddiaçının anası tərəfindən müxtəlif orqanlara və şəxslərə ünvanlanmışdır və həmin müraciətlərin hazırki işlə əlaqəsinin olması sübut olunmur.
23. Birinci instansiya məhkəməsi mövqeyini Mülki Məcəllənin 21, 1096.1, 1097.1, 1104.1, 1104.2, 1108.1, 1113.1, 1115-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 88-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
24. Cavabdehlər apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
25. Şikayət onunla əsaslandırılmışdır ki, 30 yanvar 2017-ci il tarixində iddiaçının xari cdə reabilitasiya müalicə almaq qərarına gəlinsə də, iddiaçı bu müalicəyə getməmiş, iddiaçı bu 2 il 6 ay ərzində ölkədə müalicə almışdır. İddiaçının 3 avqust 2019-cu il tarixində xaricə getməsi və 16 may 2022-ci il tarixinədək xaricdə olması isə onun oraya müalicə məqsədilə getməsini və orada müalicə olunmasını təsdiq etmir. Çünki iddiaçı xaricə müalicə üçün getsəydi, bununla əlaqədar verilən vizalarda bu, öz əksini tapmalı idi. İddiaçı öz iddiasında onun Almaniya və Hollandiyaya müalicə üçün getməsini və orada dövlət hesabına müalicə olunmasını göstərsə də, həmin dövlətlərin onu öz hesablarına müalicə etmələrini ən azından əsaslandırmalı idi. Belə olduqda isə iddiaçının xaricdə olması ilə əlaqədar xərclədiyi pul vəsaiti cavabdehlər tərəfindən ona vurulmuş zərər kimi qiymətləndirilə bilməz. İddiaçı xaricdə müalicə alınmasını sübut etsə belə, onun xaricdə qidalanması və nəqliyyatla hərəkət etməsi ona dəymiş maddi zərər kimi cavabdehlərdən tələb də edilə bilməz, çünki iddiaçı yol nəqliyyat hadisəsində zərər çəkməsəydi belə iddiaçı qidalanmaq üçün bu xərci çəkməli idi. Bundan başqa, Bakı Apellyasiya Məhkəməsinin 14 iyun 2017-ci il tarixli qətnaməsi ilə Məhkəmə Tibbi Ekspertiza və X4 Təcrübi və Tədris Birliyinin 5 avqust 2015-ci il tarixli ekspert rəyində iddiaçının dişlərinin zədə alması halı müəyyən edilməmişdir. Yəni iddiaçı dişlərinin müalicəsinin məhz məlum yol nəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətlərlə əlaqədar olmasını sübuta yetirə bilmir, əksinə, iddiaçının bu dəlili 05 avqust 2015-ci il tarixli ekspert rəyi ilə təkzib edilir. Eyni zamanda məhkəmənin Bakı şəhər ində iddiaçının keçirdiyi əməliyyat, müayinə və müalicələr üçün 6737,39 manat hissəsində iddia tələbini əsaslı sayması ilə də razı deyillər və iddiaçının keçirdiyi bu əməliyyatların da 7 il bundan əvvəl baş vermiş yol nəliyyat hadisəsi ilə heç bir əlaqəsi yoxdur. Belə ki, məhkəmənin istinad etdiyi arayışda iddiaçının üzərində aparılmış əməliyyatın cavabdehlərin vurduğu zərərin aradan qaldırılması üçün yerinə yetirilməsi öz təsdiqini tapmır. Belə ki, iddiaçının udlaq nahiyyəsində kistanın yaranması ilə baş vermiş yol nəqliyyat hadisəsinin nə kimi əlaqəli olmasını təsdiq edən hər hansı bir sübut olmasa da, məhkəmə iddiaçının üzərində aparılmış bu əməliyyatın xərclərini də cavabdehlərdən tutmuşdur. Halbuki cavabdehlər yalnız yol nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin nəticələrini arada n qaldırmağa borcludurlar, həmin hadisədən 7 il keçəndən sonra zərərçəkmişin digər xəstəlikləri ilə əlaqədar çəkilmiş xərcləri ödəmək kimi öhdəlikləri yoxdur.
26. İddiaçı apellyasiya şikayətinə etiraz ərizəsi təqdim edərək qeyd etmişdir ki, çıxarış cavabdehlərin təqsiri ucbatından onun sağlamlığında yaranmış problemin müalicəsinin yalnız xaricdə mümkün olduğunu təsdiqləyir. İkincisi, iddiaçı qəzadan sonra özünü idarə edə bilmirdi və müstəqil şəkildə hərəkəti mükünsüz idi. Xaricə gedib sağlamlığının müalicəsinə başlamağı üçün isə onun ölkə daxilində müəyyən kurslardan keçməyi zəruri idi. 2019-cu ilədək Azərbaycan Respublikasında müxtəlif kurslara getdikdən və müalicələr aldıqdan sonra xaricdə müalicəsinin davamı şərt olmuşdur. Həmin vaxt dövlət büdcəsi hesabına hər hansı göndəriş yox idi və iddiaçı qısa müddət ərzində xaricdə müalicəsini davam etdirməsəydi, səhhəti daha da pisləşə bilərdi. Bu səbəbdən də öz vəsaiti hesabına xaricə gedib müalicə almalı idi. İddia ərizəsində göstərilən xərcləri çəkməklə xarici ölkələrdə həmin dövlətlərin vəsaiti hesabına müalicə almışdır. Buna görə də cavabdehlərin ondan hansısa viza qeydi və sair tələb etməsi tamamilə absurddur. İddiaçı Almaniya və Niderlandda müalicə olunduğu və bunu təsdiq edən sənədləri məhkəməyə təqdim etmiş və iş materiallarında mövcuddur. Həmin ölkələrin dövlətləri tərəfindən onun pulsuz olaraq müalicə olunmağının səbəblərini araşdırmaq yersizdir, çünki onun həmin hissə ilə bağlı cavabdehlərə qarşı tələbi yoxdur. 33 ay ərzində Almaniya və Niderlandda hotellərdə və ya kirayə evlərdə yaşaya bilərdi və bunun üçün çəkdiyi p ul vəsaitini də cavabdehlərdən tələb edə bilərdi. Çünki onların təqsiri ucbatından iddiaçı Avropa ölkəsinə getməyə məcbur olmuş və əlavə xərc çəkməyə məcbur olmuşdur. Lakin o, bunu etməmişdir, əslində bunu etməyi üçün maddi imkanı da olmayıb. Həmin müddətdə iddiaçı qohumlarının evində qalmış və kirayə haqqı, kommunal xərc və sair ödəməmişdir. Almaniya və Niderland kimi ölkələrdə yaşayış səviyyəsi kifayət qədər yüksəkdir və insanların həmin ölkədə cavabdehlərin qeyd etdiyi kimi aylıq 186 manata yaşaması mümkün deyildir. Onun cavabdehlərdən tələb etdiyi məbləğ yalnız xəstəxanalara gedibgəlmək üçün yol xərci və gedib-gələrkən çöldən qidalanmağa məcbur olduğu hallarda çəkilmiş xərclərdir. Nəzərə alınmalıdır ki, o məhz cavabdehlərin təqsiri ucbatından xarici ölkəyə getməyə və qeyd edilən zəru ri xərcləri çəkməyə məcbur olmuşdur. Onun dişləri məlum yol-nəqliyyat hadisəsindən öncə normal olmuş və dişlərində yaranmış problemin səbəbləri də məhkəməyə təqdim etdiyi tibbi sənədlərlə öz təsdiqini tapır. Yol-nəqliyyat hadisəsindən sonra onun tək dişlərində deyil, bütün əzalarında travmatik xəsarətlər yaranmışdır. Müalicənin bu qədər uzun müddət və çox vəsait tələb etməsinin səbəbi də məhz bu olmuşdur.
27. Apellyasiya baxışında 28 noyabr 2023-cü il tarixli qərardadla məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. 28. “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X6 19 yanvar 2024-cü il tarixli ekspert rəyinə əsasən Almaniya və Niderland Respublikalarından təqdim edilmiş sənədlər azərbaycan dilinə tərcümə olunmadığı üçün iddiaçıya bu sənədlərin oxunması və tədqiqi, eləcə də apar ılmış müayinə və müalicələrin onun yol-nəqliyyat hadisəsi nəticəsində almış olduğu xəsarətlə bağlı olub-olmaması haqqında fikir söylənilməsi mümkün deyildir. İddiaçıya aparılmış tibbi müdaxilələr onun yol-nəqliyyat hadisəsi nəticəsində almış olduğu xəsarətlərlə səbəbli əlaqəsinin olması inkar edilmir.
29. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-370/2024 nömrəli, 14 mart 2024-cü il tarixli qətnaməsi ilə cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilərək cavabdehlərdən iddiaçının xeyrinə tutulmalı olan pul vəsaitinin məbləği 7547,39 manat müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Fərrux Qasımov (sədrlik edən və məruzəçi), Xəyal Sarıyev, Elşən Kazımov)
30. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlilinə görə iddiaçı xaricə getməsinin təsdiqi kimi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Vətəndaşların Respublikadan kənar müalicəyə göndərilməsi məsələləri üzrə Komissiyanın 30 yanvar 2017-ci il tarixli 1 saylı protokolundan çıxarışa istinad edirsə, məhkəmə iddiaçının 03 avqust 2019-cu il tarixdə həmin Komissiyanın göndərişi ilə xaricə gedib-getməməsini müəyyən etməli idi. Birinci instansiya məhkəməsi iddianı bu hissədə təmin edərkən yalnız həmin pul vəsaitinin iddiaçıya göndərilməsinə və xarici ölkələrdə qalınan müddət ərzində həmin vəsaitin gündəlik tələbat üçün xərclənməsinin ağlabatan olduğuna istinad etmişdir. Bu arqumentlərlə razılaşılsa belə, həmin məbləğin zərər hesab olunması üçün ilkin olaraq iddi açının Almaniya Federativ Respublikasında və Niderland Respublikasında 2 il yaşamasının məhz müalicə ilə bağlı olması təsdiini tapmalıdır.
31. Apellyasiya instansiyası məhkəməsi bu dəlilə münasibətdə göstərmişdir ki, iddiaçı tərəfindən bu xüsusatla bağlı məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Digər tərəfdən şikayətin bu dəlilinin araşdırılması üçün apellyasiya baxışnda məhkəmətibbi ekspertizası təyin edilmişdir.
32. Ekspertizanın 26 yanvar 2024-cü il tarixli, 978/KEŞ nömrəli rəyinə əsasən Almaniya Federativ Respublikasından və Niderland Respublikasından təqdim edilmiş sənədlər azərbaycan dilinə tərcümə olunmadığı üçün iddiaçıya bu sənədlərin oxunması və tədqiqi, eləcə də aparılmış müayinə və müalicələrin onun 07 iyul 2015-ci il tarixdə yolnəqliyyat hadisəsi nəticəsində almış olduğu x əsarətlə bağlı olub-olmaması haqqında fikir söylənilməsi mümkün olmamışdır.
33. Apellyasiya instansiyası məhkəməsi onu da vurğulamışdır ki, apellyasiya baxışında həmin sənədlərin tərcümə olunmuş variantının məhkəməyə təqdim olunması iddiaçının nümayəndəsinə təklif olunsa da, bu sənədlər məhkəməyə təqdim edilməmişdir. Buna görə də həmin sənədlərin həm ekspert, həm də məhkəmə tərəfindən qiymətləndirilməsi mümkün deyildir.
34. Məhkəmənin məlum yol nəqliyat hadisəsində iddiaçının hansı xəsarətlər alması, dişlərində və ya ağız boşluğunda xəsarətlərin olub-olmaması, həmçinin “Premium Clinic”də keçirdiyi cərrahi əməliyyatın onun 07 iyul 2015-ci il tarixdə almış olduğu xəsarətlə əlaqədar olub-olmamasını aydınlaşdırmalı olması barədə apellyasiya şikayətinin dəlilinə münasibətdə apellyasiya instan siyası məhkəməsi göstərmnişdir ki, yuxarıda qeyd edilən ekspert rəyinə əsasən 13 avqust 2022-ci il tarixdə “Premium Clinic” də təyin edilmiş “Qabırğa qığırdağı ilə rinoseptoplastika, udlaq nahiyyəsində kistanın ləğvi, boyun nahiyyəsində çapıq deformasiyasının ləğvi” cərrahi əməliyyat icra edilmiş, iddiaçıya aparılmış tibbi müdaxilələr onun 07 iyul 2015-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində almış olduğu xəsarətlərlə səbəbli əlaqəsinin olması inkar edilməmişdir.
35. Apellyatorun Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universiteti Tədris Stomotoloji Klinikanın 13 sentyabr 2022-ci il tarixli 1/46 saylı arayışı ilə iddiaçının dişlərində travmatik zədələnmələr aşkar olunmasının göstərilməsi, həmin zədələnmələrin 7 il bundan əvvəl baş vermiş yol nəqliyyat hadisəsində olan travmatik zədələr olmasınının sübuta yetirməməsi barədə dəlilinə münasibətdə apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, yuxarıda qeyd edilən ekspert rəyinə əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universiteti Tədris Stomotoloji Klinikanın 13 sentyabr 2022-ci il tarixli 1/46 saylı arayışda qeyd olunanlara əsasən, İddiaçı alt və üst çənələrdə sağ 11, 12, 13, 14, 16, 44, 45, 46-cı dişlərin və sol 21, 22, 23, 24, 25, 35, 37-ci dişlərin travmatik zədələnmələri qeyd edilmiş, bununla da əlaqədar tibbi manipulyasiyalar icra edilmiş, qeyd olunan travmatik zədələnmələr müştərək travmalarda dişlərin normal anatomik quruluşunun pozulması hesabına yarana bilir və iddiaçının 07 iyul 2015-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində almış olduğu xəsarətlərlə sə bəbli əlaqəsinin olması inkar edilmir.
36. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdaiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinin 07 may 2019-cu il tarixli, 1963V60797 saylı arayışına əsasən iddiaçı 2-ci qrup əlil kimi 130 manat prezident təqaüdü alır və pensiya işinin müddəti 31 yanvar 2021-ci il tarixə qədərdir. Həmin tərixdən 2023-cü ilə kimi iddiaçının əlillik alması və bu əlillik əsasında pensiya alınması iş materialları ilə öz təsdiqini tapmır. Həmçinin iddiaçının nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında bildirmişdir ki, iddiaçının əlillik qrupunun müəyyən edilməsi prosessi davam edir və 31 yanvar 2021-ci il tarixdən hal-hazıra kimi ona əlillik təyin olunmamışdır.
37. Apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şik ayətinə etirazda göstərdiyi xüsusatlarla bağlı isə onu qeyd etmişçdir ki, iddiaçının müalicəsi dövlət hesabına aparılsa da, bununla bağlı hansı şəhər və xəstəxanada və hansı müddət ərzində müalicə alması ilə bağlı sübutlar məhkəməyə təqdim olunmamışdır. Almaniya Federativ Respublikasından və Niderland Respublikasından təqdim edilmiş sənədlər azərbaycan dilinə tərcümə olunmadığından onların tədqiqi mümkün olmamışdır.
38. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iş materiallarına əlavə edilmiş sənədlərlə, həmçinin ekspert rəyi ilə iddiaçının 13 avqust 2022-ci il tarixdə “Premium Clinic” də təyin edilmiş “Qabırğa qığırdağı ilə rinoseptoplastika, udlaq nahiyyəsində kisanın ləğvi, boyun nahiyyəsində çapıq deformasiyasının ləğvi” cərrahi əməliyyat icra edildiyi, iddiaçıda aparılmış tibbi müdaxilələr onun 07 iyul 2015-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində almış olduğu xəsarətlərlə səbəbli əlaqəsinin olması müyyən edildiyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universiteti Tədris Stomotoloji Klinikanın 13 sentyabr 2022-ci il tarixli 1/46 saylı arayışda qeyd olunanlara əsasən, iddiaçının alt və üst çənələrində sağ 11, 12, 13, 14, 16, 44, 45, 46-cı dişlərin və sol 21, 22, 23, 24, 25, 35, 37-ci dişlərin travmatik zədələnmələri qeyd edildiyi, bununla da əlaqədar tibbi manipulyasiyalar icra edildiyi, qeyd olunan travmatik zədələnmələrin müştərək travmalarda dişlərin normal anatomik quruluşun pozulması hesabına yarana bildiyi və iddiaçının 07 iyul 2015- ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində almış olduğu xəsarətlərlə səbəbli əlaqəsin in olması müyyən edilsə də, Almaniya Federativ Respublikasından və Niderland Respublikasından təqdim edilmiş sənədlər əsasında iddiaçının üzrərində aparılmış müayinə və müalicələrin 07 iyul 2015-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində almış olduğu xəsarətlə bağlı olub-olmaması sübuta yetirilməmiş və yalnız formal mülahizələrə əsaslanmışdır.
39. Apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaçı “Qabırğa qığırdağı ilə rinoseptoplastika, udlaq nahiyyəsində kisanın ləğvi, boyun nahiyyəsində çapıq deformasiyasının ləğvi” cərrahi əməliyyat olunmaqla ona “Premium Clinic”-ə 6120 manat, 10 manat dəyərində sarğı xidməti, 160 manat dəyərində Qastroskopiya xidməti, 50 manat dəyərində İS xidməti göstərilmiş, 67,39 manat dəyərində dərman preparatları satılması, “X8” MMC-y ə tibbi xidmət və beyin MRT-si üçün 270 manat məbləğində pul ödənilməsi, həmçinin, dişlərin travmatik zədələnmələrinin müalicəsinə görə Azərbaycan Tibb Universiteti X1 870 manat məbləğində ödəniş etməsi sübutlarla təsdiqini tapdığından iddianın 7547,39 manat məbləğində hissəsinin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi qənaət əsaslıdır. Kassasiya şikayətlərinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətlərinin dəlilləri
40. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin tutulmalı olan pul vəsaitinin məbləği 7547,39 manat müəyyən edilməsi hissəsində ləğv edilərək birinci instansiya məhkəməsinin qətnaməsinin tam qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
41. Şikay ət belə əsaslandırılmışdır ki, məhkəmə tərəfindən iş materiallarında olan Hannover Tibb Universitetinin X2 13 avqust 2019-cu il tarixli (iddiaçı Almaniyaya gələn kimi müracət etmişdir), Trifysio Hospitalının xx.xx.2021-ci il tarixli, MCL Tibb Mərkəzinin xx.xx.2020, Rijnstate Klinikasının xx.xx.2022-ci il tarixli məktubları nəzərə alınmamışdır. Belə ki, həkim Sebastian Pechlaner tərəfindən tərtib olunmuş 13 avqust 2019-cu il tarixli “Xəstənin evə buraxılış” məktubunda ( İ cild, səh 191 və 192) iddiaçı barədə verilən məlumatlar guya Almaniya və Hollandiyaya iş məqsədləri üçün getməsi barədə dəlillərini alt-üst edir. Göstərilən sənədlər tərcümə olunaraq iş materiallarına əlavə edildiyi halda bu sənədlərin məzmunu sübut olaraq nəzərə alınmadan qətnamə qəbul edilmişdir. Həmçinin tibb sənədlərin in bir hissəsinin tərcümə edilməməsi (cavabdehin imkansızlığı səbəbindən), digər tərcümə olunmuş tibb sənədlərinin əsassızlığı və ya, ümumiyyətlə, istinad edilməməsi üçün əsas ola bilməzdi. İddiaçıya Almaniyada həkim diaqnozu qoyulandan sonra müstəqil buraxmaq mümkün olmadığından (xəstə yıxılır, gözləri qaralır) X5-Aypara Cəmiyyətinin xətti ilə müalicəyə götürülmüşdür. Bundan başqa tibbi yardım almaq və sağlamlığını bərpa etmək hüququ iddiaçıya məxsusdur və onun xəstəlik durumu ilə əlaqədar öz qərarına əsasən də xaricə müalicəyə getmək hüququ var və bu hüquq heç kəs tərəfindən məhdudlaşdırıla bilməz. Nə apellyasiya məhkəməsinin qətnaməsində, nə də ekspert rəyində qeyd edilmiş məktublara hüquqi qiymət verilməmişdir. Bundan başqa məhkəmə tibbi müdaxilələrin yol-nəqliyyat hadisəsi ilə səbəbli əlaqəsinin olması nəticəsinə gəlmişdir. Belə ki, ondan daha əvvəl olan Almaniya və Hollandiyada olan müalicələrin də həmin hadisə ilə bağlı olması aşkardır. Belə olan halda apellyasiya instansiyası məhkəməsinin Almaniya və Niderland Respublikalarında yol-nəqliyyat hadisəsi nəticəsində almış olduğu xəsarətlə bağlı olub-olmaması sübuta yetirilə bilinməməsi və yalnız formal mülahizələrə əsaslanması nəticəsi əsassız və qanunsuzdur.
42. Cavabdehlər də kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən ləğv, iddianın təmin edilmiş hissədə də rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişlər.
43. Şikayət apellyasiya şikayətinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, ekspert rəyində iddiaçıya aparılmış tibbi müdaxilələrin onun yol-nəqliyy at hadisəsi nəticəsində almış olduğu xəsarətlərlə səbəbli əlaqəsinin olması inkar edilməməsi göstərilmişdir. Göründüyü kimi, burada ekspert iddiaçıya aparılmış tibbi müdaxilələrin yol-nəqliyyat hadisəsi nəticəsində almış olduğu xəsarətlərlə səbəbli əlaqəsinin olmasını təsdiq etməmişdir. İnkar edilməmə dedikdə isə bunu “təsdiq edilmir” kimi də başa düşmək olar. Yəni ekspert həmin səbəbli əlaqənin olmasını təsdiq etməmiş, eyni zamanda bunu inkar da etməmişdir. Bir sözlə ekspert burada hər bir şəxsin asanlıqla gələ bildiyi bir nəticəyə gəlmişdir. Yəni iddiaçının iddiası o zaman sübuta yetmiş hesab edilə bilərdi ki, ekspert rəyi onunla aparılmış tibbi müdaxilələrin məlum yolnəqliyyat hadisəsi ilə səbəbli əlaqəsinin olmasını təsdiq edərdi. Ekspert isə bunu təsdiq etməmiş, yəni bu halı təsdiq edən bir tibbi sübut tapa bilməmişdir. İddianın əsaslandığı halı təsdiq edən bir sübut yoxdursa və həmin halın inkar edilməməsi belə həmin halın sübut edilməsi kimi başa düşülməməlidir. Yəni ekspertin inkar etmədiyi bu hal həm təsdiq, həm də inkar edilə bilər. Göründüyü kimi iddiaçı öz iddiasının əsası kimi məhkəməyə heç bir mötəbər sübut təqdim etməmiş, onun təqdim etdiyi sənədlər isə iddianın əsaslandığı halları bilavasitə təsdiq etmir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
44. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə z ərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1104.2. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın zərərin əvəzini ödəmək üçün yetərli gəliri və ya başqa əmlakı olmadıqda zərərin hamısını və ya çatışmayan hissəsini onun valideynləri (övladlığa götürənlər) və ya himayəçisi zərərin onların təqsiri üzündən yaranmadığını sübuta yetirməsələr, ödəməlidirlər. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla b ağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut ol unmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəm əsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgü n tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
45. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
46. Kassasiya şikayətində iddiaçı apellyasiya məhkəməsinin qətnaməsini iddianın rədd, cavabdeh isə təmin edilən hissələrində mübahisələndiriblər. Bu baxımdan, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.
47. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tə tbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
49. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmiş, şikayətin dəlillərinə tam qiymət vermişdir.
50. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 3039-cu bəndlərində əks edilən qiymətləndirməsi ilə razılaşır və bu səbəbdən əlavə şərhə zərurət görmür.
51. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbi üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını müəyyənləşdirərək düzgün hüqu qi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirməklə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
52. Buna görə də hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətlərinin dəlilləridir.
53. İlk olaraq iddiaçının kassasiya şikayəti üzrə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı şikayətində iddianın tam təmin edilməsini göstərək, əsas kimi Almaniya və Hollandiyada müalicə ilə bağlı xərclər barədə sübutlar olduğu halda, apellyasiya instansiyası məhkəməsinin həmin sübutlara düzgün qiymət verməməsinə istinad etmişdir.
54. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin tələbinə görə hər bir tərəf öz tələbinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
55. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının Almaniya və Hollandiyada müalicə ilə bağlı xərclər barədə istinad etdiyi halları sübut etməməsinə əsasən həmin hissədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən hissədə gəldiyi nəticə işin hallarına uyğun olmaqla maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir.
56. Belə ki, iş materialarından görünür ki, iddiaçı Almaniya və Hollandiyada müalicə ilə bağlı xərclərə aid hissədə istinad etdiyi halları təsdiq edə bilməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə o, bu halları sübut etməli idi.
57. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə ba ğlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür.
58. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, Almaniya və Hollandiyada müalicə ilə bağlı xərclərə aid hissədə iddia tələbinin sübuta yetirilməsi iddiaçının üzərinə düşdüyü və buna baxmayaraq, bu hissədə iddiaçı öz tələblərini sübuta yetirə bilmədiyi üçün apelyasiya instansiyası məhkəməsi haqlı olaraq həmin hissədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmişdir.
59. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının Almaniya və Hollandiyada müalicə ilə bağlı xərclərlə bağlı təqdim etdiyi sənədləri Azərbaycan dilində olmadığı üçün sübut ki mi qəbul etməmiş, həmçinin apellyasiya baxışında həmin sənədlərin tərcümə olunmuş variantının məhkəməyə təqdim olunması iddiaçının nümayəndəsinə təklif olunsa da, o, bu sənədlər məhkəməyə təqdim etməmişdir.
60. Buna görə də iddiaçının kassasiya şikayəti təmin edilməməlidir.
61. Həmçinin cavabdehlərin də kassasiya şikayətinin dəlilləri əsaslı deyil.
62. Cavabdehlər kassasiya şikayətində ekspert rəyində iddiaçıya aparılmış tibbi müdaxilələrin onun yol-nəqliyyat hadisəsi nəticəsində almış olduğu xəsarətlərlə səbəbli əlaqəsinin olmasının inkar edilməməsinin göstərilməsi, “inkar edilməmə” dedikdə isə, bunun “təsdiq edilmir” kimi də başa düşmək olmasını dəlil olaraq irəli sürmüşlər.
63. Məhkəmə kollegiyası bu dəlili əsassız sayır. İddiaçının yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alması işin mübahisəsiz halı kimi müəyyən edilib. Ekspertizanın rəyində “inkar edilmir” ifadəsi isə hazırkı iş üzrə tələb edilən zərərin də həmin hadisə ilə əlaqəli olmasının istisna edilməməsi deməkdir. Bu baxımdan, ümumiyyətlə, “İnkar edilmir” ifadəsinin “Təsdiq edilmir” kimi şərh olunması barədə cavabdehlərin dəlili əsaslı sayıla bilməz.
64. Buna görə də cavabdehlərin kassasiya şikayətinin dəlilləri əsaslı deyil və həmin dəlillər iddianın təmin edilən hissəsində qətnamənin ləğvinə və dəyişdirilməsinə əsas ola bilməz.
65. Bu baxımdan, iddianın təmin edilən hissəsi üzrə apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəldiyindən cavabdehlərin də kassasiya şikayəti təmin edilməməlidir.
66. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin olunmamalı, a pellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
67. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-370/2024 nömrəli, 14 mart 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.