Məhkəmə qərarları › İş №2(102)-3301/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3301/2021

19.08.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3301/2021 19.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh X və üçüncü şəxslər X2 və X6 qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: iş məhkəmədə baxılmalı olmadıqda iş üzrə icraata xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-143/2021 nömrəli iş üzrə 26 yanvar 2021-ci il tarixli qətnaməsindən X tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 19 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarından görünür ki, iddiaçının qaynatası X7 Zaqatala rayon Aqrar İslahat Komissiyasının 18 iyul 1996-cı il tarixli qərarı ilə həyətyanı məqsədi ilə Zaqatala rayonu X kəndində 1988,92 kv.m. torpaq sahəsi verilmişdir.

2. Həmçinin iş materialları ilə müəyyən edilir ki, Zaqatala rayonu X kəndində yerləşən 0,1988 ha torpaq sahəsində yerləşən 95,70 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X1, Zaqatala rayonu X kəndində yerləşən 0,1988 ha torpaq sahəsi isə ümumi birgə mülkiyyət hüququ əsasında X1, X3 və X9 adına daşınmaz əmlakın dövlət reyestrində 03.05.2018-ci il tarixdə qeydiyyata alınmışdır.

3. Eyni zamanda iş materiallarından görünür ki, 1998-ci ildə idd iaçı X ilə X10 qeyrirəsmi evlənmiş və 24 may 2000-ci il tarixdə onların arasındakı nikah rəsmiləşdirilmişdir. Zaqatala Rayon Məhkəməsinin 28 mart 2018-ci il tarixli, 2(033)- 95/2018 saylı qətnaməsinə əsasən onların arasında olan nikah ləğv edilmişdir.

4. Zaqatala Rayon Məhkəməsinin 04 may 2018-ci il tarixli qətnaməsinə əsasən iddiaçı X Zaqatala rayonunun X kəndində yerləşən mərhum qaynatası X7 məxsus həyətyanı torpaq sahəsində 2015-ci ildə inşa edilmiş evə iki uşağı 05 iyul 2000-ci ildə doğulmuş X11 və 27 yanvar 2003-cü ildə doğulmuş X13 ilə birlikdə köçürülməsi qət edilmişdir.

5. Zaqatala Rayon Məhkəməsinin 2(033)-880/2018 nömrəli 21 sentyabr 2018-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh X İddiaçı X1 mülkiyyətində olan Zaqatala rayonunun X kəndində yerləşən fərdi yaşayış evində ol an istifadə hüququna 8000 (səkkiz min) manat kompensasiya ödənilməklə xitam verilməsi və onun, kompensasiya məbləği ödənildikdən sonra yetkinlik yaşına çatmayan oğlu X13 ilə birlikdə həmin evdən çıxarılması qət edilmişdir.

6. Zaqatala Rayon Məhkəməsinin 2(033)-892/2018 nömrəli 21 sentyabr 2018-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X İddiaçı cavabdeh X8 qarşı birgə nikah dövründə əldə edilmiş əmlakların yarısı üzərində ona mülkiyyət hüququnun verilməsi və ona aid hissənin ayrılması tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.

7. Zaqatala Rayon Məhkəməsinin 2(033)-1217/2019 nömrəli 11 dekabr 2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı X cavabdehlər X10 və X2 qarşı fərdi yaşayış evinin birgə nikah dövründə inşa edilməsi faktının müəyyən edilməsi tələbinə dair i ddia ərizəsinin rədd edilməsi qət edilmişdir

8. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-220/2019 nömrəli 28 mart 2019-cu il tarixli qərardadından görünür ki, iddiaçı X cavabdeh X və üçüncü şəxslər X2 və X6 qarşı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmləşdirilməsinə dair çıxarışın fərdi yaşayış evinə dair hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmamışdır.

9. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-300/2019 nömrəli 07 may 2019-cu il tarixli qərardadından görünür ki, iddiaçı X və onun vəkili Vəkil1 apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 28 mart 2019-cu il tarixli, 2-1(84)-220/2019 nömr əli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı BX iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 adına 03 may 2018ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 43 nömrəli reyestr kitabının 50 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın (iddiaçı X ilə iddiaçının keçmiş əri - iş üzrə üçüncü şəxs X4 birgə vəsaiti hesabına inşa etdikləri) fərdi yaşayış evinə dair hissədə etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Zaqatala Rayon Məhkəməsinin 27 iyul 2020-ci il tarixli, 2(033)-49/20 20 nömrəli (hakim T.Həsənov) qətnaməsi ilə iddiaçı X cavabdeh AX və üçüncü şəxslər X2 və X6 qarşı üçüncü şəxs X1 adına 03 may 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 43 nömrəli reyestr kitabının 50nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın (iddiaçı X ilə iddiaçının keçmiş əri - iş üzrə üçüncü şəxs X4 birgə vəsaiti hesabına inşa etdikləri) fərdi yaşayış evinə dair hissədə etibarsız sayılması tələbinə dair iddiasının rədd edilməsi, 10 manat dövlət rüsumu iddiaçının özünə aid edilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Qətnamədən iddiaçı apellyasiya şikayəti v ermişdir.

13. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-143/2021 nömrəli iş üzrə 26 yanvar 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.Mahmudov (sədrlik edən və məruzəçi), M.Əsədli və V.Məlikov) iddiаçı X tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Zaqatala Rayon Məhkəməsinin 27 iyul 2020-ci il tarixli, 2(033)-49/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

14. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

15. Kassasiya şikayəti onunla əsasl andırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı üçüncü şəxs X5 yazılı etiraz verərək kassasiya şikayətinin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını m ümkün hesab etmişdir. Mülki işə tətbiq edilən hüquq Mülki Prossesual Məcəllə

26. İş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. ( maddə 261.0.1)

27. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. (maddə 262.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası izahatları dinləyib, kasasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, iddiaçının kassasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir.

29. Belə ki, hazırkı iddia daşınmaz əmlakın dövlət reyestrində aparılmış ilkin qeydiyyatla bağlı münasibətlərdən irəli gəlir və bu cür mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyest rindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir.

30. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələ ndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır.

31. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər.

18. İş materiallarından göründüyü kimi hazırkı iş üzrə mübahisələndirilən çıxarış mülki-hüquqi əqdlərin əsasında deyil, ilkin qeydiyyat sənədləri əsas ında verilmişdir və ona görə də hazırkı iddiaya inzibati məhkəmədə baxılmalıdır.

32. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 261.0.1, 262.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı X kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-143/2021 nömrəli iş üzrə 26 yanvar 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı X cavabdeh X və üçüncü şəxslər X2 və X6 qarşı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmləşdirilməsinə dair çıxarışın fərdi yaşayış evinə dair hissədə etibarsız hesab edilməsi tələbinə dair mülki işin icraatına xitam verilsin Qərardad qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar