Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3301/2024 27.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər X4, Cavabdeh1, X7, Cavabdeh2 qarşı iddiası və iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı, X4, X7 və Cavabdeh2 qarşı birləşdirilmiş işlər üzrə QƏRARİ (Açar sözlər: Payın naturada ayrılması mümkün olmadıqda payın dəyərinin ödənilməsi, paylı mülkiyyətdə olan əşyanın hərracda satılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər X4, Cavabdeh1, X7, Cavabdeh2 qarşı fərdi yaşayış evində payının naturada ayrılaraq ona verilməsi tələbinə dair və iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı, X4, X7 və Cavabdeh2 qarşı ümumi birgə mülkiyyətdə olan fərdi yaşayış evinin naturada bölünməsi, bölünmə mümkün olmadığı təqdirdə fərdi yaşayış evinin qiymətləndirilərək hərracda satılması və satışdan əldə olunmuş vəsaitin paylarına mütənasib şəkildə bölünməsi tələbinə dair birləşdirilmiş mülki işlər üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-325/2024 nömrəli, 24 aprel 2024-cü il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh3, X10 və Cavabdeh2 tərəfindən birgə verilmiş kassasiya şikayətinə 27 dekabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1. ünvan 1 ünvanında 0,05 ha torpaq sahəsində yerləşən 233,4 kv metr sahəsi olan fərdi yaşayış evi üzə rində Cavabdeh1 3/9 hissə, X2 1/9 hissə, X5 1/9 hissə, Cavabdeh2 1/9 hissə və İddiaçı 3/9 hissə paylı mülkiyyəti müvafiq olaraq xx.xx.2018-ci il tarixdə və xx.xx.2019-cu il tarixdə dövlət qeydiyyatına alınmış, bu barədə onların adına mülkiyyət hüququnu təsdiq edən çıxarış verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehlər Cavabdeh1, X9, X10 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanda yerləşən Azərbaycan Respublıkası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya RX ******* nömrəli çıxarışa əsasən onun, yəni İddiaçı, Cavabdeh1, X2, X5 və Cavabdeh2 ümimi birgə mülkiyyətinə v erilmiş ümumi sahəsi 233,4 kv metr olan fərdi yaşayış evindən onun, yəni İddiaçı 3/9 hissə payını naturada ayıraraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Lənkəran şəhəri, Müzəffər Nəsirli küçəsində 0,05 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 7 otaqlı, 139,9 kv metr yaşayış, 93,5 kv metr köməkçi sahədən ibarət 23 nömrəli fərdi yaşayış evində payı ona atası X3 miras qalmışdır. X1 3 aprel 1979-cu ildə vəfat etmişdir. Onların nikahından 24 may 1945-ci ildə Eldar, 1 fevral 1947-ci ildə Ramiz, 27 yanvar 1954-cü ildə Mübariz, 6 dekabr 1955-ci ildə Mədinə, xx xxxxxx 1957-ci ildə Aydın və 20 mart 1965-ci ildə Məlahət adlı 6 uşaqları olmuşdur. Həmin uşaqlardan Eldar 30 iyun 20 17- ci ildə vəfat etmişdir. Mərhum atasının birinci nikahdan olan uşaqları Ramiz, Mübariz, Mədinə və Məlahət mərhum atası Əliəskər Nəhmətovun sağlığında ailə həyatı quraraq, digər yaşayış yerlərinə köçmüşlər. Birinci nikahdan olan uşaqlar Eldar və o, mərhum atası Ələsgər Nəhmətov ölən günə qədər və öldükdən sonra da həmin evdə yaşayıblar və miras əmlakı faktiki olaraq qəbul ediblər. Mərhum atası Ələsgər Nəhmətovun ikinci nikahdan olan qızı X8 da onun sağlığında ailə həyatı quraraq Salyan rayonuna gəlin köçmüşdür. Atasının ikinci həyat yoldaşı Cavabdeh1 isə 2004-cü ilədək miras evdə yaşamışdır. Miras evin 3/9 hissəsi ona məxsusdur. Hazırda o, öz payını naturada ayırıb, ondan təkbaşına istifadə etmək istəyir. Lakin cavabdehlər buna maneçilik törədirlər, bununla əlaqədar aralarında mübahisə y aranmışdır.
4. Birləşdirilmiş 2-ci iddia üzrə iddiaçı Nəhmətova (Qasımova) Hürnaz Yadulla qızı cavabdehlər İddiaçı, X2, X5 və Cavabdeh2 qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, paylı mülkiyyətdə olan fərdi yaşayış evinin 3/9 hissəsinin onun istəkləri nəzərə alınaraq natura qaydasında bölünməsi barədə, natura qaydasında bölünmə mümkün olmadığı təqdirdə fərdi yaşayış evinin qiymətləndirilərək, hərracdan satılması və satışdan əldə olunmuş vəsaitin paylarına mütənasib şəkildə bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, fərdi yaşayış evində vərəsələrdən Cavabdeh1 və İddiaçı Ələskər oğlunun hər birinə 3/9 hissədə, mərhum Eldar Nəhmətovun övladları, X2, X5 və Cavabdeh 2 1/9 hissədə payları müəyyən edilmişdir. Evin 3/9 hissəsi onun xüsusi mülkiyyətində olsa da, cavabdehlər ona həmin evdə yaşamağa imkan verməmişlər. Hazırda paylarının müəyyən edilməsinə və evin müəyyən hissəsi mülkiyyətlərində olsa da, evdən və yardımçı tikililərdən faktiki olaraq istifadə edə bilməmişdir.
6. Birinci instansiya məhkəməsində birləşdirilmiş 1-ci iş üzrə cavabdeh, birləşdirilmiş 2-ci iş üzrə iddiaçı Cavabdeh1 Yədulla qızının nümayəndəsi və vəkili, həmçinin Cavabdeh1 nümayəndəsi iddia tələblərini müdafiə edib, müvafiq ekspert rəyinə əsasən naturada bölünmə mümkün olmadığından mübahisəli fərdi yaşayış evinin açıq hərracdan satılaraq əldə edilmiş vəsaitin tərəflərin payına uyğun bölünməsini xahiş etmişlər.
7. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 dekabr 2019-cu il tarixli, 25730 №-li rəyinə əsasən, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin tərəflərin 3/9 hissə paylarına uyğun olaraq naturada, təcrid mənzil şəklində ayrılmasının İnşaat Norma və Qaydalarının 2.08.01.89-nun 1.1, 2.1, 2.2, 2.9-cu bəndlərinin və metodik vəsaitin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. 8. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli hesabata əsasən, Lənkəran şəhəri, M.Nəsirli küçəsində 0,05 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 7 otaqlı, 139,9 kv metr yaşayış, 93,5 kv metr köməkçi sahədən ibarət 23 nömrəli fərdi yaşayış evinə orta bazar qiyməti 65000 manat, orta likvid qiyməti 55000 manatdır.
9. «Yeni Dövr» Qiymətləndirmə Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli hesabata əsasən, Lənkəran şəhəri, M. Nəsirli küçəsində 0,05 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 233,4 kv metrdən ibarət olan 23 nömrəli fərdi yaşayış evinin bazar dəyəri 130200 manatdır.
10. Lənkəran Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 9 iyun 2022-ci il tarixli, 2(049)-347/2022 nömrəli qətnaməsi ilə (hakim R.A.Məmmədov) 1-ci iş üzrə İddiaçı payların naturada bölünməsinə dair iddiası rədd edilmiş, 2-ci iş üzrə Cavabdeh1 iddiası təmin edilmiş, ünvan 1 ünvanında 0,05 ha torpaq sahəsində yerləşən 233,4 kv metr sahəsi olan fərdi yaşayış evinin açıq hərracdan satılması və əldə edilmiş pul vəsaitindən Cavabdeh1 3/9 hissə, X2 1/9 hissə, X5 1/9 hissə, Cavabdeh2 1/9 hissə və İddiaçı 3/9 hissə paylarına mütənasib şəkildə bölünməsi, fərdi yaşayış evinin ilkin satış qiymətinin 98600 (doxsan səkkiz min altı yüz) manat müəyyən edilməsi, iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumlarının müvafiq olaraq iddiaçıların özlərinə aid edilməsi, ekspertiza xərci 50 (əlli) manatın İddiaçı və Cavabdeh1 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. (Hakim – Rəşad Məmmədov)
11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisəli fərdi yaşayış evinin naturada bölünməsinin mümkülyünü məsələsi xüsusi bilik tələb edən məsələ olduğundan iş üzrə məhkəmə tikitni-texniki ekspertizası təyin edilmiş və ekspertin yuxarıda qeyd olunan rəyinə əsasən ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin tərəflərin 3/9 hissə paylarına uyğun olaraq naturada, təcrid mənzil şəklində ayrılmasının İnşaat Norma və Qaydalarının 2.08.01.89-nun 1.1, 2.1, 2.2, 2.9-cu bəndlərinin və me todik vəsaitin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir.
12. Məhkəmə məhz buna görə də hesab etmişdir ki, birləşdirilmiş 1-ci iş üzrə İddiaçı iddiası təmin edilməməlidir.
13. Məhkəmə birləşdirilmiş 2-ci iddia ilə əlaqədar qeyd etmişdir ki, tərəflər öz payının digər mülkiyyətçilər tərəfindən ona ödənilməsi, həmçinin tərəflərin payına mütənasib şəkildə pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılmasında razılığa gəlməmişlər.
14. Ona görə də məhkəmə Mülki Məcəllənin 220.6-cı maddəsinin tələbləri baxımından hesab etmişdir ki, birləşdirilmiş 2-ci iddia təmin edilməli, ünvan 1 ünvanında 0,05 ha torpaq sahəsində yerləşən 233,4 kv metr sahəsi olan fərdi yaşayış evi açıq hərracdan satılmalı və əldə edilmiş pul vəsaiti Cavabdeh1 3/9 his sə, X2 1/9 hissə, X5 1/9 hissə, Cavabdeh2 1/9 hissə və İddiaçı 3/9 hissə payına mütənasib şəkildə bölünməlidir.
15. Məhkəmə açıq hərracda satılacaq ünvan 1 ünvanında 0,05 ha torpaq sahəsində yerləşən 233,4 kv metr sahəsi olan fərdi yaşayış evinin ilkin satış qiyməti ilə əlaqədar hesab edir ki, mübahisəli fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə əlaqədar iş üzrə iki dəfə qiymətləndirici təyin edilmiş, mübahisə fərdi yaşayış evinin orta bazar qiyməti «Yeni Dövr» Qiymətləndirmə Mərkəzi tərəfindən 130200 (bir yüz otuz min iki yüz) manat, "xxxx" MMC tərəfindən isə 65.000 (altmış beş min) manat qiymətləndirilmiş, lakin tərəflər qeyd olunan rəylərlə razılaşmamışlar. Məhkəmə yenidən qiymətləndirmə təyin edilməsini işin lüzumsuz uzadılmasına səbəb olacağı qənaətinə gələrək belə hesab etmişdir ki, mübahisəli fərdi yaşayış evinin ilkin satış qiymətinin hər iki qiymətləndirici tərəfindən müəyyən edilmiş məbləğin toplamaqla yarıya bölünməsi qaydasında (130200+65000)/2=98600) müəyyən edilməsini ədalətli hesab etmişdir.
16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 220.1, 220.2, 220.3, 220.4, 220.5 və 220.6-cı maddələrinə, Mülki Prosessual Məcəllənin (bundan sonra - MPM) 88, 119.1 və 217.4-cü maddələrinə, «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.6 və 221 -ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki bi rinci icraat
17. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və 2-ci iş üzrə iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə çıxarılmışdır.
19. X9, X10, Cavabdeh2 da apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və 2-ci iş üzrə iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 220.4-cü maddəsi nin tələblərinə zidd olaraq, mübahisə predmetinə baxılarkən paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsi məsələsini müzakirə etməmiş, bununla bağlı məhkəmə tərəfindən heç bir araşdırma aparılmamış, tərəflərin təqdim etdiyi sənədlərə əsasən formal dəyərləndirmə həyata keçirilmişdir. Həmçinin məhkəmə Cavabdeh1 mübahisə predmeti olan fərdi yaşayış evində yaşamadığını, halbuki digər cavabdehlərin və iddiaçının yaşadığını da nəzərə almamışdır. İddiaçı 20 ildən artıq müddətdir ki, Salyan rayonu ərazisində yaşayır. Faktiki olaraq Cavabdeh1 ümumi əmlakdan istifadə edilməsində mühüm mənafeyi yoxdur. Həmin şəxsin əsas məqsədi həmin yaşayış sahəsini istifadə etmək yox, məhz iş üzrə cavabdehlərin mülkiyyət hüququnu məhdudlaşdı rmaq olmuşdur. Mülki Məcəllənin 1303-cü maddəsinə əsasən miras açılanadək azı bir il miras qoyanla birlikdə yaşamış vərəsənin əmlak bölgüsü zamanı mirasdan yaşayış evini, mənzili və ya digər yaşayış otağını, habelə ev müxəlləfatı predmetlərini almaqda üstünlük hüququ vardır. Fərdi yaşayış evində onlar uzun müddət yaşamışlar və həmin evi almaqda onların üstünlük hüquqları vardır. Lakin məhkəmə bunu da diqqətə almamışdır.
21. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(106)-736/2023 nömrəli mülki iş üzrə 23 may 2023cü il tarixli qətnaməsi ilə (hakimlər İ.Q.Əsədov (sədrlik edən və məruzəçi), S.İ.Mayılov və T.X.Heydərov) İddiaçı tərəfindən ayrılıqda və cavabdehlər X9, X10 və Cavabdeh2 tərəfindən birgə verilmiş apellyasiya şikayətləri nin qismən təmin edilməsi, Lənkəran Rayon Məhkəməsinin 9 iyun 2022-ci il tarixli, 2(049)-347/2022 saylı qətnaməsinin- iddianın təmin edilməsinə dair hissədə, yəni Cavabdeh1 cavabdehlər İddiaçı, X4, X7 və Cavabdeh2 qarşı fərdi yaşayış evinin qiymətləndirilərək hərracda satılması və satışdan əldə olunmuş vəsaitin paylarına mütənasib şəkildə bölünməsi, eləcə də ilkin satış qiymətinin müəyyən edilməsinə dair hissədə ləğv edilməsi və həmin hissədə iddianın təmin edilməməsi, ekspertizanın keçirilməsi ilə əlaqədar olaraq Cavabdeh1 10 manat, İddiaçı, X9, X10, Cavabdeh2 müştərək qaydada 40 manat məbləğində pul vəsaitinin tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsi işin halları ilə b ağlı qeyd etmişdir ki, yaşayış evinin və həyətyanı sahənin bölünməsinin mümkünlüyü ilə əlaqədar məhkəmə tikinti-texniki ekspertizası keçirilmişdir.
23. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 dekabr 2019-cu il tarixli, 25730 №-li rəyinə görə, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin tərəflərinin 3/9 hissə paylarına uyğun olaraq naturada, təcrid mənzil şəklində ayrılmasının İnşaat Norma və Qaydalarının 2.08.01.89- nun 1.1, 2.1, 2.2, 2.9-cu bəndlərinin və metodik vəsaitin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilir.
24. Birinci instansiya məhkəməsi məhkəmə tikinti-texniki ekspertizasının rəyini əsas tutaraq İddiaçı iddiasını rədd etmişdir və bu hissədə qətnamə mübahisələndirilməmişdir.
25. Bununla yanaşı, məhkəmə Nəhmətova (Qasımova) Hürnaz Yadulla qızının iddiasını təmin etmişdir. Evin naturada bölünməsi istisna edildiyindən onun hərracda satılması və satış pulunun paylara uyğun bölünməsini mümkün hesab etmişdir.
26. Apellyasiya məhkəməsi bu hissədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmamış və hesab etmişdir ki, məhkəmə bu hissədə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir.
27. Rayon məhkəməsi Konstitusiya Məhkəməsi Plenumunun 4 aprel 2014-cü il tarixli qərarına da istinad etməklə, Mülki Məcəllənin 220.6-cı maddəsinə əsasən iddinı təmin etmişdir. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.6-cı maddəsinin tətbiq edilməsi Qanunda nəzərdə tutulmuş müəyyən ardıcıllıqların tətbiq edilməsində sonra mümkündür.
28. İşin hallarından görünür ki, payının naturada ayrılmasının mümkünsüzlüyünə əsaslanan iddiaçı payının dəyərini digər mülkiyyətçilərdən tələb etmədən birbaşa paylı mülkiyyətdə olan evin hərracda satılmasını tələb etmiş, məhkəmə də bu hissədə iddianı təmin etmişdir.
29. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 220.3-cü maddəsinin tələbi qaydasında ayrılmaq istəyən mülkiyyətçinin payının dəyərinin digər mülkiyyətçilər tərəfindən ödənilməsini, habelə Mülki Məcəllənin 220.4-cü maddəsinin tələbləri qaydasında ayrılmaq istəyən mülkiyyətçiyə kompensasiya ödənilməsinin mümkünlüyünü, onun və digər mülkiyyətçilərin buna razılığını aydınlaşdırmamış, eləcə də ayrılmaq istəyən mülkiyyətçinin payının cüzi olub-olmamasına və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyinin olub-olmamasına qiymət verməmişdir.
30. Birinci instans iya məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsinə riayət etmədən, yalnız əmlakın bölünməsinin mümkünsüzlüyünə əsaslanmaqla birbaşa Mülki Məcəllənin 220.6-cı maddəsini tətbiq etmiş, qanunu səhv təfsir etmişdir.
31. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 215.1, 215.2, 220-ci, MPM-in 119, 372.1, 382, 384.0.2 və 392-ci maddələrinə, «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.6 və 221 -ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
32. Cavabdeh1 (vəkili – Nümayəndə3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(106)-736/2023 saylı qətnaməsi apellyasiya şikayətinin təmin edilmiş hissəsinin ləğv edilib, ünvan 1 ünvanında 0,05 ha torpaq sahəsində yerləşən 233,4 kv metr sahəsi olan fərdi yaşayış evinin açıq hərracdan satılması və əldə edilmiş pul vəsaitindən Cavabdeh1 3/9 hissə, X2 1/9 hissə, X5 1/9 hissə, Cavabdeh2 1/9 hissə və İddiaçı 3/9 hissə paylarına mütənasib şəkildə bölünməsi, fərdi yaşayış evinin ilkin satış qiymətinin 98600 (doxsan səkkiz min altı yüz) manat müəyyən edilməsi hissəsində təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
33. İddiaçı şikayətində qeyd etmişdir ki, apellyasiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 215.1-ci maddəsinin təəblərini pozulmuşdur. Qeyd olunan maddəyə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Məhkəmə hazırki maddi normanı əsaslandırsa belə ilk məhkəmə icraatından tərəflərin müəyyən formada razılıq əldə edilməsi üçün addımlar atması, eyni zamanda bu addımların yekunu olaraq iş apellyasiya icraatında davam edərkən tərəflər arasında pay alqı-satqısı üçün məhkəmədən vaxt istəməsini nəzərə almamışdır. Faktiki olaraq hazırki forma qətnamənin qəbulu tərəflərin işin yekunlaşdırmasına mane olmaqla eyni zamanda qarşı tərəfin ilkin iddia üzrə iddiaçının və qarşı tərəf alqı-satqıdan yayınmasına səbəb olmuş, demək olar ki, payın alqı-satqı məsələsi öz həllini tapmamışdır. Bu d a həqiqətdir ki, müəyyən formada bu iş yekunlaşacaqdır. Lakin qarşı tərəfin mübahisəni uzatması hazırda mülkiyyət hüquqlarının kobud pozuntusudur ki, bununla bağlı hazırki gündə də istifadə edə bilmədikləri paylarına görə kompensasiya hüquqlarından istifadə etməmə səbəbləri məhz işin məhkəmə baxışında olması, payların alqı-satqısına dair tərəflərin danışıqları və sair olmuşdur. Bir daha qeyd edir ki, apellyasiya icraatında məhkəmə iclasının təxirə salınma səbəbi də məhz alqı-satqı aparılması ilə bağlı olmuş, müəyyən sənədlər çatışmadığından notarial hərəkətlr bir müddət ertələnmiş, məhkəmənin hazırki qətnaməsindən sonra isə ümumiyyətlə mümkünsüz hala gəlmişdir. Dolayısı ilə hazırda pay bölgüsü tələbilə məhkəməyə müraciət etmələri işin həlli üçün deyil yalnız məhkəmənin iş yükünün artırılma sı və qarşı tərəfin mənafeyinə uyğundur ki, bu da mülkiyyət hüququnun pozulmasının davam etməsidir. 34. 2-ci iş üzrə iddiaçı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220-ci maddəsinə istinad edərək göstərmişdir ki, maddə bütövlükdə hazırki işin gedişatını, eyni zamanda tərəflərin münasibətlərini özündə ehtiva edir. Paylarla bağlı alqı-satqı məsələsi də məhz məhkəmə iclasında müzakirə predmeti olmuşdur, lakin müəyyən texniki məsələlər, çıxarışda adın düz yazılmaması və sair kimi hallara görə ilk mərhələdə payların alqı-satqısı baş tutmamış, daha sonra isə hazırki qətnamənin qəbulu ilə qarşı tərəf ümumiyyətlə müqavilə bağlanmasından yayınaraq, yəni öz xeyrinə vaxtın uzadılmasına münasib şəraitin olduğunu gördükdən sonra müqavilə bağlamaqdan yayınmışdır.
35. Azərbaycan Respublikası Ali M əhkəməsinin Mülki kollegiyasının 2(102)3694/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 may 2023-cü il tarixli, 2(106)- 736/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. (hakimlər: Əhliman Xıdırov (məruzəçi), Elşanə Vəliyeva və Elşad Şamayev)
36. Kassasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, birləşdirilmiş 2-ci iddia üzrə iddiaçı (1-ci iş üzrə cavabdeh) Cavabdeh1 iddia ərizəsi və iddianın həcminin artırılmasına dair ərizə ilə müraciət edərək Lənkəran şəhəri, Müzəffər Nəsirli küçəsində 0,05 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 7 otaqlı, 139,9 k v metr yaşayış, 93,5 kv metr köməkçi sahədən ibarət 23 nömrəli fərdi yaşayış evinin 3/9 hissəsinin onun istəkləri nəzərə alınaraq natura qaydasında bölünməsi barədə, natura qaydasında bölünmə mümkün olmadığı təqdirdə fərdi yaşayış evinin qiymətləndirilərək, hərracdan satılması və satışdan əldə olunmuş vəsaitin paylarına mütənasib şəkildə bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, yəni Cavabdeh1 fərdi yaşayış evinin naturada bölgüsünün mümkün olmadığı təqdirdə nail olmaq istədiyi nəticəni ifadə etmişdir.
37. Ali Məhkəmə qeyd etmişdir ki, göstərilən halda ayrıca kompensasiya tələbi irəli sürməyə lüzum yoxdur. İşə baxan məhkəmə Mülki Məcəllənin 220.3-cü maddəsinin tələbi qaydasında ayrılmaq istəyən mülkiyyətçinin payının dəyərinin digər mülkiyyətçilər tərəfindən ödənilməsini, habel ə Mülki Məcəllənin 220.4-cü maddəsinin tələbləri qaydasında ayrılmaq istəyən mülkiyyətçiyə kompensasiya ödənilməsinin mümkünlüyünü, onun və digər mülkiyyətçilərin buna razılığını aydınlaşdırmalı və bununla əlaqədar məsələlərə hüquqi qiymət verməlidir.
38. Apellyasiya məhkəməsi isə qeyd etmişdir ki, payının naturada ayrılmasının mümkünsüzlüyünə əsaslanan iddiaçı payının dəyərini digər mülkiyyətçilərdən tələb etmədən birbaşa paylı mülkiyyətdə olan evin hərracda satılmasını tələb etmiş, məhkəmə də bu hissədə iddianı təmin etmişdir.
39. Apellyasiya məhkəməsi həmçinin, birinci instansiya məhkəməsinin Mülki Məcəllənin 220.3-cü maddəsinin tələbi qaydasında ayrılmaq istəyən mülkiyyətçinin payının dəyərinin digər mülkiyyətçilər tərəfindən ödənilməsini, habelə Mülki Məcəllənin 220.4-cü maddəsinin tə ləbləri qaydasında ayrılmaq istəyən mülkiyyətçiyə kompensasiya ödənilməsinin mümkünlüyünü, onun və digər mülkiyyətçilərin buna razılığını aydınlaşdırmadığını, eləcə də ayrılmaq istəyən mülkiyyətçinin payının cüzi olubolmamasına və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyinin olubolmamasına qiymət vermədiyini qeyd edərək özü də həmin məsələləri aydınlaşdırıb hüquqi qiymət verməmişdir.
40. Kassasiya məhkəməsi da qeyd etmişdir ki, birinci instansiya məhkəməsi öz qətnaməsində qeyd etmişdir ki, tərəflər öz payının digər mülkiyyətçilər tərəfindən ona ödənilməsi, həmçinin tərəflərin payına mütənasüb şəkildə pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılmasında razılığa gəlməmişlər. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
41. Apellyasiya inst ansiyası məhkəməsinin 2(106)-325/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – Pərviz Əhmədov (sədrlik edən və məruzəçi), Tale Kərimov və Cahid İmanov) apellyasiya şikayətlərinin təmin edilməməsi, Lənkəran Rayon Məhkəməsinin 9 iyun 2022-ci il tarixli 2(049)-347/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
42. Məhkəmə apellyasiya şikayətlərinin dəlilləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-3694/2023 saylı xx.xx.2023-cü il tarixli qərarındakı göstərişlərə əsasən araşdırma apararaq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən qətnamə qəbul edilərkən işin bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan ma ddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul olunmuşdur.
43. Belə ki, apellyasiya instansiyası məhkəməsində tərəflərin izahatlarından görünür ki, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 qarşı tərəfə mübahisəli ünvan 1 ünvanında 0,05 ha torpaq sahəsində yerləşən 233,4 kv metr sahəsi olan fərdi yaşayış evinin birinci instansiya məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş 98600 manat ilkin satış qiymətinin təqribən 1/3 hissəsi olan məbləğdə - 30000 manat kompensasiya təklif edir, lakin digər tərəf bununla razılaşmır. Tərəflərin izahatlarından aşkar olur ki, Cavabdeh1 mübahisəli evi uzun illər öncə (2003-cü ildən) tərk etmiş və başqa ünvanda (Salyan rayonunda) yaşayır. Mübahisəli ünvanda isə hal-hazırda Cavabdeh3, Cavabdeh4, Cavabdeh2, İddiaçı və dig ər şəxslər yaşayır.
44. Habelə Cavabdeh1 vəkili Nümayəndə3 məhkəmədə izahatında qarşı tərəfin təklif etdiyi 30000 manat məbləğində kompensasiya ilə razılaşmadıqlarını bildirmişdir. O, əvvəlki apellyasiya baxışı zamanı hətta 41000-42000 manat məbləğində kompensasiya ilə bağlı danışıqlar getdiyini demişdir. Nümayəndə həmçinin mübahisəli evin qiyməti 90000 manat müəyyən edildiyindən Cavabdeh1 həmin evdə payının 1/3 hissə təşkil etdiyini və buna görə də, 45000 manat kompensasiya tələb etdiklərini bildirmişdirlər. Eyni zamanda qeyd etmişdir ki, sözügedən ev hərraca çıxarılacağı təqdirdə, onu ala da bilərlər.
45. Beləliklə, apellyasiya məhkəməsi ayrılmaq istəyən mülkiyyətçinin payının dəyərinin digər mülkiyyətçilər tərəfindən ödənilməsi, habelə ayrılmaq istəyən mülkiyyətçiyə kompensasiya ödəni lməsinin mümkünlüyü, onun və digər mülkiyyətçilərin buna razılığı, həmçinin ayrılmaq istəyən mülkiyyətçinin payının cüzi olub-olmaması və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyinin olub-olmaması hallarını araşdıraraq həmin məsələlərə lazımi hüquqi qiymət vermişdir. Beləcə, kollegiya qeyd olunanlara əsasən belə yekun nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlir.
46. Məhkəmə hesab etmişdir ki, apellyasiya şikayətlərinin dəlilləri (maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, habelə paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsi, Cavabdeh1 uzun illər öncədən mübahisə predmeti olan fərdi yaşayış evində yaşamadığını və digərlərinin yaşadığı, Cavabdeh1 ümumi əmlakdan istifadə edilməsində mühüm mənafeyinin olmaması və onun məqsədinin həmin yaşayış sahəsindən istifadə etmək deyil, digərlərinin mülkiyyət hüququnun məhdudlaşdırılması olması hallarının araşdırılaraq nəzərə alınmaması) mülki qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri və işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki halları nəzərə alınmaqla qətnamənin ləğvi üçün əsas ola bilməz.
47. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası MPM-in 14.2, 76, 77.1, 89.1, 124.1, 217.2, 218.1, 372, 384.0.2, 385.1, 387.1, 392, 393 və 402-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
48. Cavabdehlər Cavabdeh3, X10, Cavabdeh2 (vəkil – Vəkil2) birgə kassasiya şikayət i verərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 aprel 2024-cü il tarixli, 2(106)-325/2024 saylı qətnaməsini ləğv edərək, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
49. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mülki Məcəllənin 220.4-cü maddəsi ümumi paylı mülkiyyətdə bütün iştirakçıların yox, yalnız öz payının ayrılmasını tələn edən mülkiyyətçinin mülkiyyət hüququna xitam verilməsini şərtləndirir. Lənkəran Rayon Məhkəməsi isə ümumi paylı mülkiyyət üzərində hər kəsin hüquqlarına, bir nəfər iştirakçının istəyi ilə xitam verərək, əmlakın açıq hərracda satılmasını qət etmişdir. Ümumiyyətlə, paylı mülkiyyətdə olan əmlakın bölünməsini və ondan pay ayrılmasını fərqləndirmək lazımdır. Ümumi əmlakın bölünməsində bütün mülkiyyətçilər na turada pay almaq hüququnu realizə edirlər və onlara verilən əmlak təkbaşına mülkiyyətçisi olurlar. Bununla da onların iştirak etdiyi paylı ümumi mülkiyyət münasibətlərinə xitam verilir (hazırkı işə münasibətdə bu hal tərəflərin iradə ifadəsi ilə açıq-aydın uzlaşmır). Ümumi əmlakdan payın ayrılmasında yalnız payın ayrılmasını tələb edən mülkiyyətçinin pay almaq hüququ gerçəkləşdirilir və onun mülkiyyət hüququna xitam verilir. Qalan iştirakçılar isə ümumi paylı mülkiyyət hüququnu həyata keçirməyə davam edirlər. Beləliklə, Lənkəran Rayon Məhkəməsi xx.xx.2022-ci il tarixl, 2(049)-347/2022 saylı qətnaməsi ilə mülkiyyət hüquqlarına xitam verilməsini istəməyən digər iştirakçıları lüzumsuz olaraq, bundan məhrum edir. Hesab edirlər ki, öz payının naturada ayrılmasını tələb edən mülkiyyətçiyə natura da pay və ya əmlakın hərracda satılması əvəzinə bu payın dəyərinə uyğun müvafiq kompensasiya (əvəz) ödənilməsini tələb etməli idi. Bu hal qanunda da öz əksini tapmışdır: payın naturada ayrılması ümumi mülkiyyətdə olan əmlaka qeyri-mütənasib, uyğun gəlməyən zərər vurarsa. Mülki Məcəllənin 220.4-cü maddəsi qeyd edir ki, mülkiyyətçinin öz razılığı əsasında ona kompensasiya (əvəz) ödənilə bilər. Amma vurğulmaq yerinə düşər ki, bəzi hallarda mülkiyyətçinin razılığı tələb olunmur. Bu hallardan biri də pay real surətdə ayrıla bilməyəndə olur. Odur ki, ünvan 1 ünvanında 0,05 ha torpaq sahəsində yerləşən 233,4 kv metr sahəsi olan fərdi yaşayış evində 3/9 payı olan Cavabdeh1 payı real sürətdə ayrıla biməyən olduğundan, onun razılğı olmasa da, məhkəmə müvafiq kompensasiya (əvəz) ödənilməsini tərəflər in üzərinə qoymaqla, mübahisəni əmlakın açıq hərracda satılşını həyata keçirmədən də həll edə bilərdi. Yuxarıda qeyd edilənlərə əsasən, hesab edirik ki, 2(106)-325/2024 saylı, 24 aprel 2024-cü il tarixli qətnaməsi ilə Şirvan Apellyasiya Məhkəməsinin qətnaməsi qanunun müvafiq hissəsində tərəflərin hüquqlarını pozmuşdur. Əlavə qeyd edilməlidir ki, 2003-cü ildən sonra Cavabdeh1 həmin evdə ümumiyyətlə yaşamır. Bu baxımdan onun ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi yoxdur. Bu baxımdan da, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər.
50. Həmçinin, məhkəmə ilkin satış qiymətini düzgün müəyyən etməmişdir. Mübahisə predmeti olan ünvan 1 ünvanında 0,05 ha torpaq sahəsində yerl əşən 233,4 kv metr sahəsi olan fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyən edilməsi zamanı, Lənkəran Rayon Məhkəməsi bizim və öz növbəsində qarşı tərəfin təqdim etdiyi ekspert rəyində təsbit edilmiş məbləğləri toplayaraq, yarıya bölmək yolu ilə qiymət təyin etməməlidir. Halbuki qarşı tərəfin təqdim etdiyi ekspert rəyini tərtib edən ekspert heç gəlib evə yerində baxış da keçirməmişdir. İş materiallarından da göründüyü kimi, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 sentyabr 2023-cü il tarixli ekspert rəyinə əsasən, ünvan 1 ünvanında 0,05 ha torpaq sahəsində yerləşən 233,4 kv metr sahəsi olan fərdi yaşayış evinin ümumi dəyəri 74600 manat, iş üzrə olan digər bir rəyində isə 68000 manat müəyyən etmişdir. Amma Lənkəran Rayon Məhkəməsi bu rəylərə əhəmiyyət verməmiş və qarşı tə rəfin süni olaraq qiymətləri artırmaq məqsədilə təqdim etdiyi 130200 manat məbləğində olan rəyi tənasüblü bölünmə üçün daxil etmişdir. Həmin mütəxəssis daşınmaz əmlaka belə baxmadan formal rəy vermişdir. Nəticə etibarilə iddiaçının sui-istifadəsi üçün şərait yaradılmışdır. Apellyasiya məhkəməsinin qətnaməsinin 8-ci səhifəsinin 8 və 9-cu abzastlarında iddiaçı və cavabdeh tərəfindən əmlakın dəyəri ilə bağlı verilən rəylər qeyd edilmişdir. Lakin əmlakın dəyəri hissəsində ən mötəbər sübut olan və bütün məhkəmə təcrübələrində əsas olaraq qəbul olunan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəylərinə toxunulmamışdır. Beləliklə, 98.600 manat müəyyən edilməsi zamanı Ədliyyə Nazirliyinin ekspertiza mərkəzinə müraciət edilərək rəy alınmamış, tərəflərin təqdim etdiyi fərqli mütəxəssis rəylə ri nəzərə alınaraq ortaq dəyərləndirmə aparılmışdır. Ziddiyyətin aradan qaldırılması üçün 3-cü mütəxəssisə müraciət edilərək fərdi yaşayış evinin qiyməti müəyyən edilə bilərdi. Lakin məhkəmə əsassız olaraq və bütün rəyləri tam hesablamdan tarazlaşdırıcı funksiyanı icra etmişdir. Həmçinin məhkəmə təcrübəsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutu qətnamədə əsaslandırmalı, sübutları əlaqələndirməli və araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.
51. Kassasiya şikayəti Mülki Məcəllənin 220.4-cü maddəsinə, MPM-in 88, 385-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 4 aprel 2014-cü il tarixli Qərarına istinad edilərək əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
52. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.
53. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.
54. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya onda n payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.
55. Maddə 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər.
56. Maddə 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir.
57. Maddə 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.
58. Maddə 215.1. Paylı mülkiyyə tdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir.
59. Maddə 215.2. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.6 və 221 -ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli Qərarı - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilər in razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. - Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
60. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
61. Madd ə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
62. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
63. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
64. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməs i tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
65. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
66. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
67. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
68. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
69. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kə kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalar ının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
70. Kassasiya şikayətində göstərilən dəlillər iddia ərizəsində, işə aşağı instansiya məhkəmələrində işə baxılan zaman və apellyasiya şikayətində də irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları qəbul etmək və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılmaqla iş üzrə Ali Məhkəmənin 15 noyabr 2023-cü il tarixlə qərarındakı göstərişlərə əməl olunaraq hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır və həmçinin hesab edir ki, iddiaçının irəli sürdüyü dəlillər apellyasiya məhkəməs inin qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün qanuni əsas ola bilməz.
71. Cavabdehlər Cavabdeh3, X10 və Cavabdeh2 kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
72. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1 və 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisə li hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.
73. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Cavabdehlər Cavabdeh3, X10 və Cavabdeh2 tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-325/2024 nömrəli iş üzrə 24 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan