Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3304/2023 13.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Azərbaycan Dövlət İqtisad Universitetinə, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müəlliflik və əqli mülkiyyət hüququnun müdafiəsi; müdafiə edilmiş magistr dissertasiyasının və həmin dissertasiya əsasında verilmiş magistr dərəcəsinin ləğv edilməsi, maddi və mənəvi zərərin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Azərbaycan Dövlət İqtisad Universitetinə, Azərbaycan Re spublikasının Elm və Təhsil Nazirliyinə qarşı magistr dissertasiyasının ləğv edilməsi və sair tələblərinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-850/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı 31 may 2013-cü il tarixdə Bakı Dövlət Universitetinin nəzdindəki FD.02.016 Dissertasiya Şurasında “Vergidən yayınma risklərinin modelləşdirilməsi” adlı dissertasiya işini müdafiə edərək iqtisadiyyat elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 2. 2019-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində Cavabdeh1 tərəfindən “Azər baycanda vergidən yayınma risklərinin tənzimlənməsində istifadə olunan metod və alətlər” adlı (İxtisasın şifri və adı: 060403-Maliyyə; İxtisaslaşma: Vergi və vergiqoyma) magistr dissertasiyası müdafə edilmişdir.
3. Azərbaycan Dövlət İqtisad Universitetinin iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli məktubda göstərilmişdir ki, UNEC-də 2016-cı ildən fəaliyyət göstərən antiplagiat proqramının bazası hər il mütəmadi olaraq artırılır. Belə ki, müdafiə olunan dissertasiyalar, büdcə təyinatlı elmi-tədqiqat işləri, nəşr olunan tədris vəsaitləri həmin bazaya daxil edilir. İddiaçı dissertasiya işini 2013-cü ildə müdafiə etsə də, dissertasiya işinin elektron variantı nə universitetin bazasına yerləşdirilməsi üçün təqdim edilməmiş, nə də internet resurslarında yerləşdirilməmişdir. Buna görə də mag istrant Cavabdeh1 xx.xx.2019-cu ildə antiplagiat sisteminə daxil etdirdiyi dissertasiya işinin nəticəsi 6.65%-0,0%. Buraxılış işlərinin, dissertasiyaların, tədris-metodiki vasaitlərin və internet resurslarının elektron bazası üzərində işləyən antiplagiat proqramı həmin bazalarda olmayan dissertasiya işini necə yoxlayıb müqayisə edə bilərdi. Antiplagiat qaydaları və sistemin işləmə prinsipləri haqqında həm magistrantlara, doktorantlara, həm də elmi rəhbər və məsləhətçilərə ildə bir dəfədən az olmamaqla “Plagiat PL” şirkətinin nümayəndələri tərəfindən təlimlər təşkil olunur. Həmin təlimlərdə elmi rəhbər və məsləhətçilərin nəşr etdirdiyi yeni tədris vəsaitlərini və məqalələrini elektron variantda sistemə daxil etmələri tövsiyə edilir. Magistrant Cavabdeh1 öz dissertasiya işində iddiaçının əsə rlərinə istinad etməməsi magistrantın elmi rəhbəri ilə bağlı məsələdir. Dissertasiyanın yazıldığı sahə üzrə istinad olunan əsəsrlərin aktuallığı elmi rəhbər tərəfindən tövsiyə olunur.
4. Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) cavabdehə ünvanladığı xx.xx.2022-ci il tarixli məktuba əsasən UNEC-də oxşar hissələrin aşkarlanması “Plagiat PL” şirkəti ilə bağlanmış müqaviləyə əsasən strikeplagiarism.com platforması üzərindən aparılır, yoxlama üzrə hesabat (arayış) onlayn rejimdə və insan amili olmadan proqram təminatı tərəfindən formalaşır. UNEC-in 2019-cu ildə qüvvədə olmuş Antiplagiat ədalarının tələblərinə görə magistr dissertasiyaları üzrə oxşarlıq əmsallarının hədləri əmsal üzrə 50%, 2-ci əmsal üzrə 4%, 3-cü əmsal üzrə isə 30% təyin edilmişdir. Cavabdeh1 təqdim etdiyi dissertasiyan ın oxşarlıq yoxlaması üzrə arayışda 1-ci oxşarlıq əmsalı 6,65%, 2-ci və 3-cü oxşarlıq əmsalları isə 0% səviyyəsində müəyyən edilmişdir. Bu əsasla, onun dissertasiyası müdafiə prosesinə buraxılmışdır və müdafiə edilən dissertasiya açıq mənbə kimi UNEC-in internet səhifəsində yerləşdirilmişdir. UNEC-də oxşarlıq hallarının üzə çıxarılması üçün tətbiq edilən proqram təminatı Azərbaycan dilində yazılmış materiallarda olan oxşar hissələrin internet rersurslarında əlçatan (yoxlama anında) olan və yalnız Azərbaycan dilində yazılmış mənbələrə aidiyyətini müəyyən edə bilir. İddiaçının köçürülməsini iddia etdiyi və ərizəsində qeyd etdiyi 7 mənbədən 1, 2, 3 və 6-cı linklərdə olan mənbələr ingilis və rus dillərindədir. 4-cü mənbənin linkinə https://arastirmax/com/en/system/files/dergiler/25285/makalele r/6/arastirmax-dvodyicilrnin-gostricilmin-reprezentativliymin statistik-thlili.pdf baxışın keçirilməsi üçün dəfələrlə, o cümlədən, 24 yanvar 2022-ci il tarixində gün ərzində bir neçə dəfə cəhd edilmiş, lakin linkin açılmaması səbəbindən bu mənbəyə baxmaq mümkün olmamışdır. 5ci mənbənin linkinə https.7/arastirmax/com/en/system/files/dergiler/25285/makaleleı72/arastirmaxsadlsdirilmi %C5%9F-vergi-odyici lrinin-paylanma-qanunu-v-vergidn-yayinma-riski.pdf baxış cəhdi də eyni səbəbdən uğursuz alınmışdır. Ərizədə qeyd edilən 7-ci mənbə İddiaçı məxsus dissertasiyadır və bu mənbə hal-hazırda Azərbaycan Milli Kitabxanasının səhifəsində (http://www.millikitabxana.az/dissertations/iqtisadiyyat?%C4%B0=A) şəkil formatında yerləşdirilmişdir. Lakin belə formatda olan mənbələrin oxşarlıq yoxlamasında ist ifadəsi UNEC-də tətbiq olunan proqram təminatının texniki imkanları xaricindədir. İnternet resurslarının saxlanıldığı yaddaş qurğularının yoxlama anında əlçatanlığı və onların oxşarlıq yoxlaması üçün istifadə edilə bilən formada olması yoxlamanın nəticələrinə təsir göstərə bilər. Buna görə də, Cavabdeh1 təqdim etdiyi dissertasiyanın oxşarlıq yoxlaması zamanı iddiaçının əsərlərindən götürülmüş hissələrin texniki baxımdan aşkarlanmaması ehtimalı mövcuddur. Cavabdeh1 magistr dissertasiyasında elmi plagiat halının sübuta yetirilməsi və buna görə müvafiq hüquqi məsuliyyətin müəyyən edilməsi isə məhkəmə prosesinin obyekti ola bilər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh1 və Azərbaycan Dövlət İqtisad Universitetinə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, 2019-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində Cavabdeh1 tərəfindən “Azərbaycanda vergidən yayınma risklərinin tənzimlənməsində istifadə olunan metod və alətlər” mövzusunda (İxtisasın şifri və adı: 060403-Maliyyə; İxtisaslaşma: Vergi və vergiqoyma) müdafiə edilmiş magistr dissertasiyasının və həmin dissertasiya əsasında Cavabdeh1 verilmiş magistr dərəcəsinin ləğv edilməsi, Cavabdeh1 15000 manat, Azərbaycan Dövlət İqtisad Universitetindən 20.000 manat və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyindən 15 000 manat məbləğində kompensasiyanın, Cavabdeh1 7000 manat, Azərbaycan Dövlət İqtisad Universitetindən 7000 manat və Azə rbaycan Respublikasının Elm və Təhsil Nazirliyindən 6.000 manat məbləğində mənəvi zərərin alınaraq ona ödənilməsini xahiş etmişdir
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2008-ci ildən başlayaraq İqtisadiyyat elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün AMEA-nın İdarəetmə Sistemləri (Kibernetika) İnstitutunda “Vergidən yayınma risklərinin modelləşdirilməsi” adlı dissertasiya işini yerinə yetirməyə başlamış, 2010-cu ildən isə beynəlxalq konfranslarda tezis, elmi jurnallarda isə məqalələrlə çıxış etmişdir. 31 may 2013-cü il tarixdə Bakı Dövlət Universitetinin nəzdindəki FD.02.016 Dissertasiya Şurasında dissertasiya işini müdafiə edərək iqtisadiyyat elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 2020-ci ilin may ayında internet resurslarında Azərbaycan Dövlət İqti sad Universitetinin (UNEC) Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində Cavabdeh1 tərəfindən müdafiə edilmiş “Azərbaycanda vergidən yayınma risklərinin tənzimlənməsində istifadə olunan metod və alətlər” mövzusunda magistr dissertasiyasına rast gəlmişdir. Həmin magistr dissertasiyasının mövzusu iddiaçının 2013-cü ildə müdafiə etdiyi dissertasiya mövzusu ilə oxşarlıq təşkil etdiyindən diqqətini cəlb etmiş və linkə daxil olaraq dissertasiyanı oxuyaraq müqayisə etdikdə ona məlum olmuşdur ki, Cavabdeh1 dissertasiyası onun dissertasiyası ilə eynilik təşkil edir. Belə ki, Cavabdeh1 dissertasiya işinin mövzusunun adında cüzi dəyişiklik etməklə, iddiaçının dissertasiya işini olduğu kimi köçürmüş, mündəricata bəzi formal əlavələr etməklə, onu da olduğu kimi saxlamış, dissertasiya işində iddiaç ının heç bir elmi işinə istinad etmədən, dissertasiyanın yazılmasında istifadə olunan ədəbiyyat siyahısında iddiaçının dissertasiyasını və elmi əsərlərini göstərmədən, dissertasiya işini əvvəldən axıra kimi köçürərək mənimsəmişdir. Bununla bağlı iddiaçı Azərbaycan Dövlət İqtisad Universitetinin rəhbərliyinə müraciət etsə də, heç bir tədbir görülməmiş, iddiaçıya şablon ifadələrlə cavab verilmişdir. İddiaçı gələcəkdə elmlər doktoru elmi dərəcəsi almaq üçün xarici ölkədə monoqrafiya nəşr etdirməlidir. Lakin Cavabdeh1 onun dissertasiyasını mənimsədiyi və internet resurslarında plagiat dissertasiya mövcud olduğu üçün iddiaçının monoqrafiya nəşr etdirməsinə əngəl olacaqdır.
7. Cavabdeh1 məhkəmə iclasında izahat verərək bildimişdir ki, iddianı qəbul etmir. Magistr dissertasiyasını işləyərkən id diaçının elmi işini köçürməyib. Magistr işində müxtəlif materiallara əsaslanaraq öz fikirlərini qeyd etmişdir. Magistr işi universitetin xüsusi proqramında yoxlanılmış və onun plagiat olması müəyyən edilməmişdir. O, bu işdən heç bir qazanc əldə etməmişdir ki, iddiaçının da ona qarşı pul tələbi olsun.
8. Cavabdeh Azərbaycan Dövlət İqtisad Universitetinin nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddiaçı qeyd edilən məsələ ilə bağlı universitetə müraciət edib və ona rəsmi cavab verilib. Azərbaycan Dövlət İqtisad Universiteti ilə başqa ölkələrdə də fəaliyyət göstərən plagiat şirkəti arasında müqavilə var. Həmin şirkətin xüsusi proqramı var ki, bütün elmi işlər təsdiq edilməzdən əvvəl həmin proqramla yoxlanılır. İddiaçının dissertasiya işi 2013-cü ildə yazılıb. O la bilər ki, elmi iş həmin proqramın internet resurslarında olmadığı üçün onunla magistr işini müqayisə etmək mümkün olmayıb. Belə ki, proqram həmin dissertasiyanı söz kimi oxuya bilmir, yalnız şəkil kimi görür. Magistr dissertasiyasının ləğvi üçün heç bir əsas yoxdur. Həmin elmi işlərdə bəlkə də oxşar hissələr var, lakin mütəxəssis olmadığı üçün dəqiq bir fikir bildirə bilmir.
9. Cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, iddiaçı bu məsələ ilə bağlı olaraq nazirliyə də müraciət edib. Məsələyə mahiyyəti üzrə baxılması üçün onun Universitetə müraciət etməsi tövsiyə edilib. İqtisad Universitetinin də mövqeyi ondan ibarət olmuşdur ki, proqram vasitəsilə iddiaçının dissertasiya işini oxumaq mümkün deyildir. V axtında həmin proqrama dərs vəsaitləri əlavə edilmədiyi üçün proqram onu oxuya bilmir. Hal-hazırda Təhsil Nazirliyinin bu məsələni araşdıran komissiyası mövcud deyil.
10. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-müəəllifşünaslıq ekspertizası təyin edilmiş və iş üzrə icraat ekspertin rəyi alınanadək dayandırılmışdır.
11. İş üzrə təyin edilmiş məhkəmə-müəllifşünaslıq ekspertizasına dair ekspert rəyində göstərilmişdir ki, Cavabdeh1 adı altında yayılmış “Azərbaycanda vergidən yayınma risklərinin tənzimlənməsində istifadə olunan metod və alətlər” adlı dissertasiyanın dərc etdirilməsi və yayılması müəllif-hüquq qanunvericiliyinin müddəalarının pozulması yolu ilə həyata keçirilmişdir. Cavabdeh1 adı altında yayılmış “Azərbaycanda vergidən yayınma risklərin in tənzimlənməsində istifadə olunan metod və alətlər” adlı dissertasiyanın yazılmasında istifadə olunan ədəbiyyat siyahılarında İddiaçı qeyd edilən dissertasiyasına istinad edilməmişdir. Bununla da, onun müəllif kimi şəxsi (qeyri-əmlak) və əmlak (iqtisadi) hüquqları pozmuşdur. İddiaçı müəllifi olduğu “Vergidən yayınma risklərinin modelləşdirilməsi” adlı dissertasından götürülmüş materiallar “Azərbaycanda vergidən yayınma risklərinin tənzimlənməsində istifadə olunan metod və alətlər” adlı dissertasiyada Cavabdeh1 adı altında, yəni ona məxsus yaradıcılıq əsəri kimi verilmişdir. Bu da o da deməkdir ki, Cavabdeh1 tərəfindən elmi plagiatçılığa yol verilmişdir.
12. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-50/2023 nömrəli, 17 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakim E.Abdullayev) iddia qismən təm in edillərək, müəllif hüquqlarının pozulmasına görə 3000 (üç min) manat məbləğində kompensasiya və 1000 (min) manat məbləğində mənəvi ziyanın əvəzi Cavabdeh1 İddiaçı xeyrinə tutulması və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
13. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-müəllifşünaslıq ekspertizasına dair ekspert rəyində Cavabdeh1 adı altında yayılmış “Azərbaycanda vergidən yayınma risklərinin tənzimlənməsində istifadə olunan metod və alətlər” adlı dissertasiyanın dərc etdirilməsi və yayılmasının müəllifhüquq qanunvericiliyinin müddəalarının pozulması yolu ilə həyata keçirildiyi və elmi plagiatçılığa yol verildiyi göstərilmişdir. Bu səbəbdən iddiaçı ondan bununla bağlı kompensasiya tələb etməkdə haqlı olmuşdur. İddiaçı c avabdehdən 15000 manat məbləğində kompensasiyanın tutulmasını xahiş etsə də, məhkəmə həmin məbləği ağlabatan məbləğdə, yəni 3000 manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq hesab etmişdir. İddiaçıya məxsus dissertasiya işi cavabdeh tərəfindən mənimsənilərək plagiata yol verildiyi üçün iddiaçı mənəvi zərərə məruz qalmışdır. Bu səbəbdən məhkəmə mənəvi zərərin əvəzi olaraq 1000 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması qənaətinə gəlmişdir. İddiaçının Azərbaycan Dövlət İqtisad Universitetinə qarşı kompensasiya tələbinə gəldikdə isə məhkəmə qeyd etmişdir ki, Cavabdeh1 dissertasiya işinin elmi plagiat olmasının müəyyən edilməsi üçün universitet məsuliyyət daşıya bilməz. Belə ki, iddiaçının dissertasiya işi 2013-cü ildə yazılmışdır və universitet tərəfindən Cavabde h1 magistr işinin bütün mövcud dissertasiya işləri ilə müqayisə edilərək plagiat olub-olmamasının müəyyən edilməsi praktiki cəhətdən mümkün deyildir. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə gəldikdə isə məhkəmə qeyd etmişdir ki, hazırkı məsələ ilə bağlı nazirlik hər hansı məsuliyyət daşıya bilməz. Bu səbəbdən iddia tələbi Azərbaycan Dövlət İqtisad Universitetinə və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə aid hissədə təmin edilə bilməz.
14. Birinci instansiya məhkəməsi həmçinin Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2019-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin müvafiq bəndlərinə istinad edərək qeyd etmişdir ki, şəxsin elmi dərəcədən məhrum edilməsi müvafiq orqanın müstəsna səlahiyyətinə aid edilmişdir. İddiaçı bununla bağlı həmin orqana müraciət edə, imtina cavabı aldığı təqdirdə isə həmin tələblə müvafiq inzibati məhkəməyə müraciət edə bilər. Bu səbəbdən iddia magistr dissertasiyasının və həmin dissertasiya əsasında Cavabdeh1 verilmiş magistr dərəcəsinin ləğv edilməsi hissəsində təmin edilə bilməz.
15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1, 1096.2, 1097.1-ci maddələri, “Müəlliflik və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun 1, 5.1, 8.1, 45.1, 45.2, 45.4-cü maddələri, “Elm haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.23-cü maddəsi, Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2019-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında” Əsasnamənin 1.2, 1.3 və 9.1-ci bəndləri ilə əsaslandırmışdır. b) Ap ellyasiya instansiyası məhkəməsindəki icraat
16. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək iddianın rədd edilmiş hissələrində qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan birinci instansiya məhkəməsi iddia tələbini magistr dissertasiyasının və həmin dissertasiya əsasında Cavabdeh1 verilmiş magistr dərəcəsinin ləğv edilməsi hissəsində təmin etməmişdir ki, bu barədə məhkəmənin mövqeyi əsassızdır. Belə ki, məhkəmə iddianı həmin hissədə rədd edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2019-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”də göstərilmişdir ki, elmi dərəcələri Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının təsdiq etdiyi “Azərbaycan Respublikasında elmi və elmi-pedaqoji işçilərə elmi dərəcələr verilməsinə dair ixtisasların nomenklaturu”na uyğun olaraq elm sahələri üzrə Komissiya verir (1.2.). Fəlsəfə doktoru elmi dərəcəsi magistr (rezident) elmi-ixtisas dərəcəsi və ya ona bərabər tutulan ali təhsili və xüsusi elmi hazırlığı (doktorantura, adyunktura, dissertantura) olan iddiaçılara elmi müəssisə və təşkilatlarda, ali təhsil müəssisələrində Komissiyanın yaratdığı dissertasiya şuralarında fəlsəfə doktoru dissertasiyasının müdafiəsindən sonra dissertasiya şurasının vəsatəti əsasında verilir (1.3.). Komissiya şəxslərin elmi dərəcədən məhrum edilməsi (elmi dərəcənin bərpası) məsələsinə, elmi dərəcədən məhrumet mənin (elmi dərəcənin bərpasının) əsasları göstərilməklə, elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin elmi (elmi-texniki) şuralarının vəsatəti və ya fiziki şəxslərin müraciətləri əsasında baxır və qərar qəbul edir. Fiziki şəxsin imzası ilə müraciətində onun soyadı, adı və atasının adı (şəxsiyyət vəsiqəsinin surəti əlavə olunmaqla), elektron və poçt ünvanı, əlaqə nömrələri göstərilir (9.1.). Göründüyü kimi şəxsin elmi dərəcədən məhrum edilməsi müvafiq orqanın müstəsna səlahiyyətinə aid edilmişdir. İddiaçı bununla bağlı həmin orqana müraciət edə, imtina cavabı aldığı təqdirdə isə həmin tələblə müvafiq inzibati məhkəməyə müraciət edə bilər.” Məhkəmənin qeyd olunan mövqeyi ilə razılaşmayan apellyator göstərmişdir ki, əvvəla, magistr dərəcəsi elmi dərəcə hesab edilmir. Belə ki, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun “Əsas anlayışlar” başlıqlı 1-ci maddəsinin 1.0.34. və 1.0.35. bəndlərinə əsasən magistratura - ali təhsilin ikinci səviyyəsi; magistr - magistraturanı bitirmiş şəxslərə verilən ali elmi ixtisas dərəcəsidir. Həmin Qanunun 22.10-cu maddəsi isə Azərbaycan Respublikasında verilən elmi dərəcələri müəyyən edir ki, magistr elmi dərəcəsi həmin maddədə qeyd olunmamışdır. Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2019-cu il tarixli 728 №-li Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin 1.1-ci bəndinə əsasən bu Əsasnamə “Elm haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq, elmi dərəcələr verilməsi qaydasını və şərtlərini müəyyən edir. Əsasnamənin 1.2-ci bəndinə əsasən el mi dərəcələri Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının təsdiq etdiyi “Azərbaycan Respublikasında elmi və elmipedaqoji işçilərə elmi dərəcələr verilməsinə dair ixtisasların nomenklaturu”na uyğun olaraq elm sahələri üzrə Komissiya verir. 9.1-ci bəndinə əsasən Komissiya şəxslərin elmi dərəcədən məhrum edilməsi (elmi dərəcənin bərpası) məsələsinə, elmi dərəcədən məhrumetmənin (elmi dərəcənin bərpasının) əsasları göstərilməklə, elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin elmi (elmi-texniki) şuralarının vəsatəti və ya fiziki şəxslərin müraciətləri əsasında baxır və qərar qəbul edir. “Elm haqqında” Qanunun 18.5-ci maddəsinə əsasən elmi dərəcələr və elmi adlar ömürlük verilir. Elmi dərəcələrdən və elmi adlardan məhrumetmə elmi etikanın, müdafiə pr osedurunun pozulduğu və elmi plagiat aşkar edildiyi hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 12 may tarixli, 88 №-li qərarı ilə təsdiq edilmiş Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydalarının 3.2-ci bəndinə əsasən magistratura səviyyəsini bitirən şəxslərə "magistr" ali elmi-ixtisas dərəcəsi verilir. "Magistr" dərəcəsi magistrlik dissertasiyalarının müdafiəsi üçün ali təhsil müəssisəsi və AMEA tərəfindən yaradılmış ixtisaslaşdırılmış şuraların qərarı əsasında verilir. Bu təhsil səviyyəsini bitirən şəxslər təhsillərini doktoranturada davam etdirə bilərlər. Yuxarıda sadalanan qanunvericilik normalarının tələblərindən göründüyü kimi, magistr dərəcəsi elm i dərəcə hesab edilmədiyindən, magistr dərəcəsinin verilməsi və ondan məhrumetmə məsələlərinə baxılması Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının səlahiyyətlərinə aid deyildir. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 №-li qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”ından görünür ki, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası inzibati orqanlar siyahısına aid edilməmişdir. Bu səbəbdən işə baxmış birinci instansiya məhkəməsinin magistr dissertasiyasının və həmin dissertasiya əsasında Cavabdeh1 verilmiş magistr dərəcəsinin ləğv edilməsi ilə bağlı iddiaçının Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına müraciət etməli olması, müraciəti nin təmin edilməsindən imtina edildiyi halda isə müvafiq inzibati məhkəməyə müraciət etməsi barədə gəldiyi nəticə qanunsuzdur. Digər tərəfdən birinci instansiya məhkəməsində icraat zamanı iş üzrə məhkəmə-müəəllifşünaslıq ekspertizası təyin edilmiş və “Əqli Mülkiyyət Agentliyi”nin müvafiq rəyinə əsasən Cavabdeh1 adı altında yayılmış “Azərbaycanda vergidən yayınma risklərinin tənzimlənməsində istifadə olunan metod və alətlər” adlı dissertasiyanın dərc etdirilməsi və yayılması müəllif-hüquq qanunvericiliyinin müddəalarının pozulması yolu ilə həyata keçirilməsi, Cavabdeh1 adı altında yayılmış“ Azərbaycanda vergidən yayınma risklərinin tənzimlənməsində istifadə olunan metod və alətlər” adlı dissertasiyanın yazılmasında istifadə olunan ədəbiyyat siyahılarında İddiaçı qeyd edilən dissertasiyasına istinad edilməməsi və onun müəllif kimi şəxsi (qeyri-əmlak) və əmlak (iqtisadi) hüquqlarının pozulması və İddiaçı müəllifi olduğu “Vergidən yayınma risklərinin modelləşdirilməsi” adlı dissertasiyasından götürülmüş materiallar“ Azərbaycanda vergidən yayınma risklərinin tənzimlənməsində istifadə olunan metod və alətlər”adlı dissertasiyada Cavabdeh1 adı altında, yəni ona məxsus yaradıcılıq əsəri kimi verilməklə, Cavabdeh1 tərəfindən elmi plagiatçılığa yol verilməsi müəyyən edilmişdir. Bununla belə məhkəmə müəllif hüquqlarının pozulmasına görə 3000 (üç min) manat məbləğində kompensasiyanın və 1000 (min) manat məbləğində mənəvi ziyanın əvəzinin Cavabdeh1 onun xeyrinə tutulması qənaətinə gəlmişdir ki, apellyator bu hissədə də məhkəmənin mövqeyini qəbul etmir. Belə ki, iddiaçı elmi dərəcə alma q, elmi fəaliyyətində hazırkı səviyyəyə çatmaq üçün illərlə zəhmət çəkmişdir. Bu illər ərzində ailəsi onun elmi fəaliyyətində məqsədinə, çatmaq üçün maddi çətinliklərə, bir sıra məhrumiyyətlərə dözmüşdür. 31 may 2013-cü il tarixdə Bakı Dövlət Universitetinin nəzdindəki FD.02.016 Dissertasiya Şurasında dissertasiya işini müdafiə edərək iqtisadiyyat elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. Dissertasiya işi ilə bağlı 17 məqalə və 1 monoqrafiyası Almaniya Federativ Respublikasının “LAMBERT Academic Publishing” nəşriyyatı tərəfindən 2013-cü ildə nəşr edilmişdir. Lakin Cavabdeh1 heç bir əziyyət çəkmədən, onun zəhmətinin bəhrəsinə yiyələnmiş, onun dissertasiyası əsasında magistr dərəcəsi almışdır. Cavabdeh1 qanunazidd hərəkəti, nəticəsində o və ailə üzvləri stress yaşamış, əlavə narah atlıq çəkmişlər. Cavabdehin qanunsuz, hərəkəti nəticəsində pozulmuş hüquqlarının bərpası üçün işindən yayınmaq məcburiyyətində qalmışdır, bundan başqa cavabdehin ona məxsus dissertasiya işini mənimsəməsi, onun elmi fəaliyyətinin davam etdirilməsinə maneçilik törədir.
18. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-850/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Ayaz Mahmudov (sədrlik edən və məruzəçi), Səyyad Qafari və Lətifə Məmmədova) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli, 2(060)-50/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə qismən - 2019-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində Cavabdeh1 tə rəfindən “Azərbaycanda vergidən yayınma risklərinin tənzimlənməsində istifadə olunan metod və alətlər” mövzusunda (İxtisasın şifri və adı: 060403-Maliyyə; İxtisaslaşma: Vergi və vergiqoyma) müdafiə edilmiş “magistr dissertasiyasının ləğv edilməsinin” təmin olunmaması hissəsində ləğv edilmiş, ləğv olunmuş hissə üzrə yeni qətnamə qəbul edilərək 2019-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində Cavabdeh1 tərəfindən “Azərbaycanda vergidən yayınma risklərinin tənzimlənməsində istifadə olunan metod və alətlər” mövzusunda (İxtisasın şifri və adı: 060403-Maliyyə; İxtisaslaşma: Vergi və vergiqoyma) müdafiə edilmiş magistr dissertasiyası ləğv edilməsi qət edilmişdir. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmış dır.
19. Kollegiya mövqeyini onunla əsaslandırmışdır ki, iddia tələbinin mahiyyətindən və ifadə tərzindən görünür ki, tələb müəlliflik və əqli mülkiyyət hüququnun müdafiəsi barədə olmaqla iki hissədən ibarətdir ki, tələbin müdafiə edilmiş magistr dissertasiyasının və həmin dissertasiya əsasında cavabdehə verilmiş magistr dərəcəsinin ləğv edilməsi iddianın ilkin və əsas hissəsini, cavabdehlərdən maddi və mənəvi zərərlərin alınması isə törəmə tələb olub, iddianın ikinci hissəsini təşkil edir. Bu tələb birinci hissədən, yəni müdafiə edilmiş magistr dissertasiyasının plagiat olmasının sübut olunduğu haldan bilavasitə asılıdır. Mövcud mübahisə üzrə iddiaçı pozulmuş hüquqlarının müdafiəsi kimi mülki hüquqi məsuliyyətin “kompensasiya” funksiyasından yəni “bərpaedici” funksiyasından istifadə edir. Çünki məhz bu funksiyanın əsas məqsədi törədilmiş hüquq pozuntusunun qarşısını almaqla yanaşı, mövcud hüquqların bərpa olunmasından ibarətdir. Bu baxımdan hazırkı iş üzrə mübahisənin düzgün hüquqi həlli üçün iddiaçının cavabdeh tərəfə qarşı tələbinin hansı hüquqi əsasa söykəndiyi, başqa sözlə cavabdehin iddiaçı qarşısında hansı əsasla məsuliyyət daşıması müəyyən edilməlidir. İstər Azərbaycan Respublikası Konstitusiyasının, istərsə də Mülki Məcəllənin tələbləri baxımından mülkiyyət toxunulmazdır və mülkiyyətçi əmlakına öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququ vardır ki, bu hüquq da dövlət tərəfindən qorunur. Bu isə onu deməyə əsas verir ki, hər bir mülkiyyətçi özünə məxsus olan əmlak üzərində qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqlardan istifadə etmək üçün subyektiv hüququn daşıyıcısıdır. Araşdırılan işdən müəyyən edilir ki, iddiaçı 2008-ci ildən başlayaraq İqtisadiyyat elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün AMEA-nın İdarəetmə Sistemləri (Kibernetika) İnstitutunda “Vergidən yayınma yayınma risklərinin modelləşdirilməsi” adlı dissertasiya işini yerinə yetirməyə başlamış, 31 may 2013-cü il tarixdə FD.02.016 Dissertasiya Şurasında dissertasiya işini müdafiə edərək iqtisadiyyat elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. Apellyasiya icraatı zamanı təqdim edilmiş Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya komissiyasının xx.xx.2023-cü il tarixli, 3-50/3-6-6/2023 nömrəli arayışın məzmunundan da müəyyən edilir ki, İddiaçı həqiqətən BDU-nun nəzdində fəaliyyət göstərmiş FD 02.016 Dissert asiya şurasında xx.xx.2013-cü il tarixdə “Vergidən yayınma risklərinin modelləşdirilməsi” mövzusunda dissertasiya müdafiə etmiş və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Kollegiyasının xx.xx.2014-cü il tarixli qərarı ilə ona 5302.01-“Ekonometriya” ixtisasında iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir. Tədqiq edilən işin faktiki halları ilə həmçinin müəyyən edilmişdir ki, Cavabdeh1 magistr dissertasiyasının mövzusu iddiaçının 2013-cü ildə müdafiə etdiyi dissertasiya mövzusu ilə eynilik təşkil edir. Belə ki, Cavabdeh1 dissertasiya işinin mövzusunun adında cüzi dəyişiklik etməklə, iddiaçının dissertasiya işini olduğu kimi köçürmüş, mündəricata bəzi formal əlavələr etməklə, onu da olduğu kimi saxlamış, dissertasiya işində iddiaçının he ç bir elmi işinə istinad etmədən, dissertasiyanın yazılmasında istifadə olunan ədəbiyyat siyahısında iddiaçının dissertasiyasını və elmi əsərlərini göstərmədən, dissertasiya işini əvvəldən axıra kimi köçürərək mənimsəmişdir. Mübahisələndirilən qətnamədən görünür ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək, Cavabdeh1 maddi və mənəvi zərəri tutulması qənaətinə gəlsə də, iddia tələbinin digər hissələrinin, xüsusən də magistr dissertasiyasının ləğv edilməsinin rədd edilməsi barədə mövqeyini əsaslandırmamışdır. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə tərəflər arasında yaranmış mübahisəyə aydınlıq gətirilməsi üçün xüsusi bilik tələb olunduğunu hesab edərək, iş üzrə məhkəmə-müəllifşünaslıq ekspertizası təyin etmiş və ekspert qarşısında mübahisəli m əsələ barədə suallar qoymuşdur. Ekspert rəyinə istinadən iddiaçının iddia tələbinin ilkin hissəsinə dair faktiki əsaslar öz təsdiqini tapmış, yəni mübahisəndirilən dissertasiya işinin məhz iddiaçıya məxsus 2013-cü ildə müdafiə edilmiş “Vergidən yayınma risklərinin modelləşdirilməsi” adlı dissertasiya işinin plagiatı olması sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan faktı öz qətnaməsində qeyd etmiş, qətnamədə Cavabdeh1 verilmiş magistr dərəcəsinin ləğv edilməsinin rədd edilməsi barədə öz mövqeyini ifadə etmiş, lakin tələbin “magistr dissertasiyasının ləğv edilməsinin rədd edilməsi barədə” isə heç bir əsaslandırma aparmamışdır.
20. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlilləri ilə birlikdə araşdıraraq qeyd etmişdir ki, iddia tələbinin c avabdehə aid “Azərbaycanda vergidən yayınma risklərinin tənzimlənməsində istifadə olunan metod və alətlər” mövzusunda magistr dissertasiya işinin iddiaçıya məxsus 2013-cü ildə müdafiə edilmiş “Vergidən yayınma risklərinin modelləşdirilməsi” adlı dissertasiya işinin plagiatı olması məhkəmə qaydasında (cavabdehin bu faktı qəti şəkildə təkzib edəcək hər hansı ciddi mötəbər sübutu məhkəməyə təqdim etməməsi, eləcə də bu hissədə qətnaməni mübahisələndirməməsi) sübuta yetirildiyindən, ən əsası mübahisəli dissertasiya işinin qüvvədə olması, iddiaçının elmi fəaliyyətində yeni mərhələyə keçməsinin qarşısını aldığından birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehə aid “Azərbaycanda vergidən yayınma risklərinin tənzimlənməsində istifadə olunan metod və alətlər” mövzusunda magistr dissertasiya iş inin ləğv edilməsinin rədd edilməsi hissəsində ləğv edilməli, bu hissədə yeni qətnamə qəbul edilərək, iddia tələbi həmin hissədə təmin edilməlidir.
21. Qətnamənin iddianın təmin olunmayan digər hissələrində ləğv edilməsinə dair apellyasiya şikayətinin dəlilləri ilə bağlı apellyasiya kollegiyası qeyd etmişdir ki, bu dəlillərə aid hissələrdə şikayət təmin edilməməli, qətnamə digər hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş üzrə proses iştirakçılarının izahatlarından məlum oldu ki, cavabdehə məxsus olan dissertasiya işi müdafiə edilən zaman universitetdə plagiat proqramı mövcud olmuş, lakin texniki səbəblərdən (Cavabdeh1 asılı olmayan) bu fakt üzə çıxmamış, son mərhələdə cavabdehin dissertasiya müdafiəsi həyata keçirilmiş və magistr dərəcəsi almışdır. Bununla yanaşı iş material larından müəyyən olunur ki, iş üzrə cavabdeh magistr dərəcəsi alması üçün X3 müəyyən etdiyi qaydalara əsasən Azərbaycan Respublikası İqtisad Universitetində magistr təhsil almaq hüququnu əldə etmiş, qeyd olunan illərdə magistr təhsili almışdır. Yəni cavabdehin magistr dərəcəsi alması yalnız sözügedən dissertasiya işinin müdafiəsindən ibarət olmadığından, eyni zamanda hazırkı qətnamə ilə cavabdehin dissertasiya işinin ləğvi, sonuncunun yenidən dissertasiya müdafiəsi hüququnu istisna etmədiyindən, habelə qanunvericiliyin tələbləri nəzərə alınarsa, iddia tələbi cavabdehin magistr dərəcəsinin ləğvi hissəsində təmin oluna bilməz.
22. Apellyasiya şikayətinin digər dəlili isə iş üzrə cavabdehlərdən iddiaçının xeyrinə tutulmalı olan kompensasiyanın və mənəvi zərərin məbləği ilə bağlıdır ki, apelly asiya kollegiyası bu hissədə də şikayətin dəlillərini qəbul etməyərək və qeyd etmişdir ki, həmin dəlillər formal mülahizələrdən ibarət olmaqla, heç bir ciddi mötəbər sübutla təsdiq olunmadığından, qətnamə həmin hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apellyasiya kollegiyası iddiaçının Azərbaycan Dövlət İqtisad Universitetinə, həmçinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı kompensasiya tələbinin rədd edilməsi hissəsində məhkəmənin hüquqi mövqeyini qəbul etmiş və hesab etmişdir ki, Cavabdeh1 dissertasiya işinin elmi plagiat olmasının müəyyən edilməsi üçün universitet yaxud nazirlik məsuliyyət daşıya bilməzdi. Bu səbəbdən iddia tələbi Azərbaycan Dövlət İqtisad Universitetinə və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə aid hissədə təmin edilə bilməz.
23. İşin müəyyən edilən faktiki hallarından bəlli olduğu kimi iddiaçıya məxsus dissertasiya işi cavabdeh tərəfindən mənimsənilərək plagiata yol verildiyi üçün iddiaçı mənəvi zərərə məruz qalmışdır. Birinci instansiya məhkəməsi mənəvi zərərin əvəzi olaraq 1000 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasını qət etmişdir. Apellyasiya kollegiyası qeyd olunan məbləği ağlabatan hesab etmiş və bildirmişdir ki, apellyator tərəfindən həmin məbləğin hansı səbəblərdən məhz iddia tələbində qeyd olunan məbləğdə müəyyən edilməsi əsaslandırılmamış, habelə bu barədə məhkəməyə əlavə sübut növü təqdim edilməmişdir. Apellyasiya şikayətinin bu hissədə qeyd olunan dəlilləri isə (iddiaçının cavabdeh tərəfindən mənimsənilən disertasiya işini uzun müddətə ərsəyə gətirməsi, həmin illərdə özünün və ailəsinin maddi çətinliklərə məruz qalması kimi arqumentləri) cavabdehin ona məxsus əsəri plagiata çevirməsindən əvvəlki dövrə aid olub, həmin arqumentlər “Mənəvi zərərin ödənilməsi haqqında qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarının məzmunu baxımından mənəvi zərəri yaradan komponentlər qismində çıxış edə bilməz.
24. Kollegiya gəldiyi nəticəni əsaslandırarkən “Müəlliflik hüququ və əlaqəli hüquqlar” Azərbaycan Respublikası Qanununun 1, 8, 45-ci maddələrinə, “Mənəvi zərərin ödənilməsi haqqında qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə istinad etmişdir. Kassasiya şikayətinin və ona eti razın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
25. İddiaçı kassasiya şikayəti verərək (Vəkil1) qətnamənin apellyasiya şikayətinin təmin edilməyən hissəsində ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 12 may tarixli 88 nömrəli qərarı ilə təsdiq edilmiş Magistratura təhsilinin məzmunu, təşkili və "magistr" dərəcələrinin verilməsi Qaydaların: 3.1-ci bəndinə əsasən ali təhsilin magistratura səviyyəsində təhsilin yekun mərhələsi magistrlik dissertasiyasının müdafiəsidir (ixtisasdan asılı olaraq buraxılış imtahanı da ola bilər). 3.2-ci bəndinə əsasən magistratura səviyyəsini bitirən şəxslərə "magistr" ali elmiixti sas dərəcəsi verilir. "Magistr" dərəcəsi magistrlik dissertasiyalarının müdafiəsi üçün ali təhsil müəssisəsi və AMEA tərəfindən yaradılmış ixtisaslaşdırılmış şuraların qərarı əsasında verilir. Bu təhsil səviyyəsini bitirən şəxslər təhsillərini doktoranturada davam etdirə bilərlər. Qaydaların məzmunundan göründüyü kimi magistratura səviyyəsində təhsilin yekun mərhələsi magistrlik dissertasiyasının müdafiəsidir. Yəni şəxs magistr təhsili alsa da, magistrlik dissertasiyasını müdafiə etmirsə ona "magistr" ali elmi-ixtisas dərəcəsinin verilməsi mümkün deyildir. Cavabdehn Cavabdeh1 aid "Azərbaycanda vergidən yayınma risklərinin tənzimlənməsində istifadə olunan metod və alətlər" mövzusunda magistr dissertasiyasının iddiaçıya məxsus 2013-cü ildə müdafiə edilmiş "Vergidən yayınma risklərinin modell əşdirilməsi" adlı dissertasiyanın plagiatı olması məhkəmə qaydasında (cavabdehin bu faktı qəti şəkildə təkzib edəcək hər hansı ciddi mötəbər sübutu məhkəməyə təqdim etməməsi, eləcə də bu hissədə qətnaməni mübahisələndirməməsi) sübuta yetirildiyindən, ən əsası mübahisəli dissertasiyanın qüvvədə olması iddiaçının elmi fəaliyyətində yeni mərhələyə keçməsinin qarşısını aldığından birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehə aid "Azərbaycanda vergidən yayınma risklərinin tənzimlənməsində istifadə olunan metod və alətlər" mövzusunda magistr dissertasiyanın ləğv edilməsinin rədd edilməsi hissəsində ləğv edilmiş, bu hissədə yeni qətnamə qəbul edilərək, iddia tələbi həmin hissədə təmin edilmişdir. Göründüyü kimi, Cavabdeh1 "magistr" ali elmi-ixtisas dərəcəsinin verilməsinə əsas olmuş "Azərba ycanda vergidən yayınma risklərinin tənzimlənməsində istifadə olunan metod və alətlər" mövzusunda (İxtisasın şifri və adı: 060403- Maliyyə; İxtisaslaşma: Vergi və vergi qoyma) magistr dissertasiyası ləğv edilmişdir. Belə olan halda, apellyasiya instansiyası məhkəməsinin magistr dərəcəsinin ləğv edilməsi hissəsində iddia tələbini rədd etməsi əsassız olmuşdur. Bundan başqa, məhkəmənin cavabdehin dissertasiya işinin ləğvinin sonuncunun yenidən dissertasiya müdafiəsi hüququnu istisna etməməsi və magistr dərəcəsinin ləğv edilməsi hissəsində iddia tələbini rədd etməsi barədə mövqeləri ziddiyyət təşkil edir. Belə ki, cavabdehin magistr dərəcəsi ləğv edilmədiyindən, onun həmin dərəcəni alması üçün təkrar magistr dissertasiyası müdafiə etməsinə lüzum yoxdur. Başqa sözlə, məhkəmənin "magistr" ali el mi-ixtisas dərəcəsinin verilməsinə əsas olmuş magistr dissertasiyasını ləğv etməsi cavabdehin magistr dərəcəsinin ləğv edilməsinə səbəb olmamışdır. Halbuki, yuxarıda qeyd edildiyi kimi, magistratura səviyyəsində təhsil alan şəxs təhsilin yekun mərhələsi kimi magistrlik dissertasiyasını müdafiə etmirsə ona "magistr" ali elmi-ixtisas dərəcəsinin verilməsi mümkün deyildir. Bundan başqa cavabdeh E.M.Əhədzadənin ləğv edilmiş magistr dissertasiyası əsasında aldığı "magistr" ali elmi-ixtisas dərəcəsi ilə təhsilini doktoranturada davam etdirmək hüququ vardır. Beləliklə, məhkəmə, yuxarıda qeyd edilmiş xüsusatları nəzərə almamış, magistr dərəcəsinin ləğv edilməsi hissəsində iddia tələbini rədd etməklə düzgün nəticəyə gəlməmişdir.
27. İddiaçı elmi dərəcə almaq, elmi fəaliyyətində hazırkı səviyyəyə ç atmaq üçün illərlə zəhmət çəkmiş, gecə-gündüz elmlə məşğul olmuş, həyatını elmə həsr etmiş, cəmiyyətə, dövlətə layiqli vətəndaşların yetişdirilməsində əlindən gələni etmək üçün daima var gücü ilə çalışmışdır. Bu illər ərzində iddiaçının ailəsi onun elmi fəaliyyətində məqsədinə, arzusuna çatması naminə maddi çətinliklərə, bir sıra məhrumiyyətlərə dözmüşdür. Belə ki, iddiaçı 2008-ci ildən başlayaraq İqtisadiyyat elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün AMEA -nın İdarəetmə Sistemlər (Kibernetika) İnstitutunda “Vergidən yayınma yayınma risklərinin modəlləşdirilməsi" adlı dissertasiya işini yerinə yetirməyə başlamış, 2010-cu ildən isə beynəlxalq konfranslarda tezis, elmi jurnallarda isə məqalələrlə çıxış etmişdir. 31 may 2013-cü il tarixdə Bakı Dövlət Universitetinin nəzdindəki FD. 02.016 Dissertasiya Şurasında dissertasiya işini müdafiə edərək iqtisadiyyat elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. Dissertasiya işi ilə bağlı 17 məqaləsi və 1 monoqrafiyası Almaniya Federativ Respublikasının "LAMBERT Academic Publishing" nəşriyyatı tərəfindən 2013-cü ildə nəşr edilmişdir. Lakin Cavabdeh1 heç bir əziyyət çəkmədən, vicdansızcasına iddiaçının illərlə çəkdiyi zəhmətin bəhrəsinə yiyələnmiş, iddiaçının dissertasiyasını oğurlayaraq magistr dərəcəsi almışdır. Cavabdeh1 qanunazidd hərəkəti, eyni zamanda, iddiaçı ilə kobud rəftarı nəticəsində iddiaçı, ailəsi əsəb, stress keçirmişdir. Digər tərəfdən, Cavabdeh1 qanunsuz, vicdansız hərəkəti nəticəsində pozulmuş hüquqlarının bərpası üçün iddiaçı işindən yayınmaq məcburiyyətində qalmışdır. Cavabdeh1 iddiaçının Azərbaycan Respublikasının Konstitusiyası və digər qanunvericilik aktları ilə qorunan əqli mülkiyyət hüquqlarını pozmuş, iddiaçının beyninin məhsulu olan dissertasiya işini oğurlayıb öz magistr dissertasiyasına köçürərək saxta magistr elmi dərəcəsi almaqla təhsilini doktoranturada davam etdirmək imkanı əldə etmişdir. Lakin göstərilən xüsusatlara baxmayaraq, məhkəmə tərəfindən müəllif hüquqlarının pozulmasına görə kompensasiyanın məbləğinin 3000 (üç min) manat, mənəvi ziyanın əvəzinin 1000 (min) manat məbləğində müəyyən edilməsi ədalətsiz olmaqla, işin faktiki hallarına uyğun gəlməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Cavabdeh Azərbaycan Respublikası İqtisad Universiteti kassasiya şikayətinə qarşı etirazda göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 1 may 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
29. Maddə
42. Təhsil hüququ İ. Hər bir vətəndaşın təhsil almaq hüququ vardır. İİ. Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. İİİ. Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir. İV. Maddi vəziyyətdən asılı olmayaraq istedadlı şəxslərin təhsili davam etdirməsinə dövlət zəmanət verir. V. Dövlət minimum təhsil standartlarını müəyyən edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
30. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edil ən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
31. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
32. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanunu
33. Maddə 5, 1-ci hissə. Müəlliflik hüququ təyinatından, dəyərindən və məzmunundan, habelə ifadə formasından və üsulundan asılı olmayaraq yaradıcılıq fəaliyyətinin nəticəsi olan həm açıqlanmış, həm də açıqlanmamış, obyektiv formada mövcud olan elm, ədəbiyyat və incəsənət əsərlərinə şamil edilir.
34. Maddə 8, 1-ci hissə. Əsəri yaradan şəxs onun müəllifi sayılır. Əsərə müəlliflik, digər sübutlar yoxdursa, adı altında açıqlanmış şəxsə məxsusdur.
35. Maddə 8, 2-ci hissə. Müstəsna müəlliflik hüququnun sahibinin əsərə öz hüquqlarını bildirməsi üçün əsərin hər hansı nüsxəsində göstərilən və üç ünsürdən ibarət olan müəlliflik hüququnu qoruma nişanından istifadə etmək hüququ vardır: dairəyə alınmış S latın hərfi — ©; müstəsna müəlliflik hüquqlarının sahibinin adı (fiziki və hüquqi şəxslər); əsərin ilk dəfə dərc edildiyi il.
36. Maddə 45, 1-ci hissə. Müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri öz hüquqlarının müd afiəsi üçün məhkəməyə müraciət edə bilərlər.
37. Maddə 45, 2-ci hissə. Məhkəmə müəlliflik hüququ və əlaqəli hüquqlar ilə əlaqədar mübahisələrə baxarkən mülki-hüquqi müdafiənin ümumi vasitələrindən başqa iddiaçının tələbi ilə aşağıdakılar barədə qərar qəbul edə bilər: 1) zərərin ödənilməsi əvəzinə pozuntuya yol verən şəxsdən müəlliflik hüququnun və əlaqəli hüquqların pozulması nəticəsində əldə etdiyi gəlirin tutulması; 2) zərərin ödənilməsi və ya gəlirin tutulması əvəzinə 110 manatdan 55 min manatadək məbləğdə kompensasiya ödənilməsi; 3) hüquq pozuntusunun ağırlıq dərəcəsi və digər şəxslərin qanuni maraqları nəzərə alınmaqla məhkəmə qərarına əsasən pirat nüsxələrin surətinin çıxarılması (istehsalı) üçün istifadə edilmiş material və avadanlıqların müsadirə olunması; 4) pirat nüsxələrin hüquq ları pozan tərəfə heç bir kompensasiya ödənilmədən məhkəmə qaydasında müsadirə olunması və ya məhv edilməsi.
38. Maddə 45, 4-cü hissə. Məhkəmə hüquq pozuntusu faktı sübut edildiyi halda vəkilə ödənilən haqq da daxil olmaqla hüquq sahibinin çəkdiyi ağlabatan xərclərin ödənilməsi barədə qərar çıxarmaq hüququna malikdir. Məhkəmə, həmçinin, hüquq pozuntusuna yol vermiş şəxsin bunu bilib-bilməməsindən asılı olmayaraq pozuntulara görə həmin şəxsin müəllifə (digər hüquq sahibinə) və ya əlaqəli hüquqların sahibinə kompensasiya ödəməsi barədə qərar çıxara bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 12 may tarixli, 88 nömrəli qərarı ilə təsdiq edilmiş “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”
39. Bənd 3.1. Ali təhsilin magistratura s əviyyəsində təhsilin yekun mərhələsi magistrlik dissertasiyasının müdafiəsidir (ixtisasdan asılı olaraq buraxılış imtahanı da ola bilər).
40. Bənd 3.2. Magistratura səviyyəsini bitirən şəxslərə "magistr" ali elmi-ixtisas dərəcəsi verilir. "Magistr" dərəcəsi magistrlik dissertasiyalarının müdafiəsi üçün ali təhsil müəssisəsi və AMEA tərəfindən yaradılmış ixtisaslaşdırılmış şuraların qərarı əsasında verilir. Bu təhsil səviyyəsini bitirən şəxslər təhsillərini doktoranturada davam etdirə bilərlər. Azərbaycan Respublikası təhsil nazirinin 10 noyabr 1998- ci il tarixli 742 nömrəli əmri ilə təsdiq edilmiş “Magistrlik dissertasiyasının müdafiə üçün ixtisaslaşdırılmış Elmi şuralar haqqında” Əsasnamə
41. Bənd 1.1. Magistrlik dissertasiyasının müdafiəsi üçün ixtisaslaşdırılmış Elmi şuralar (bundan so nra Şuralar) çoxpilləli ali təhsil sisteminin ikinci pilləsində məzunların yekun buraxılış attestasiyasını həyata keçirir, Şuralar magistr hazırlığını həyata keçirən ali təhsil müəssisələrində müvafiq fakültə dekanının vəsatəti əsasında rektorun əmri ilə ayrıayrı istiqamətlər və ya ixtisaslar üzrə bir təqvim ili müddətinə yaradılır. 42. 1.2. Şuraların tərkibinə uyğun fakültənin dekanı, müvafiq kafedraların müdirləri, həmin sahə üzrə elmi dərəcə və elmi adı olan aparıcı elmlər doktorları və namizədləri daxil edilirlər. Şura üzvlərinin sayı 7-11 nəfər olur. Şuranın sədri elmin müvafiq sahəsi üzrə yüksək nüfuza və müvafiq elmi məktəbə malik olan alimlər içərisindən Təhsil nazirliyi tərəfindən təyin edilir. Şura sədrinin müavini, elmi katibi və tərkibi ali məktəbin rektorunun əmri ilə təyin ol unur, Mənəvi zərərin ödənilməsi haqqında qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarı 43. “...mənəvi zərər anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və sair hallarda özünü büruzə verə bilər...” Mülki Prosessual Məcəllə
44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 45. 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. 46. 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.
47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kim i istinad etdiyi halları sübut etməlidir.
48. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
49. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
50. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
51. Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə;
52. Maddə 262.3. Bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olma sını göstərməlidir.
53. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
54. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
55. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxla nılmalıdır.
56. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
57. Maddə 418.4. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq aşağıdakı hallarda ləğv edilməlidir: 418.4.10. iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi
58. Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qə bul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarı
59. Bənd
2. Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir.
60. Bənd 16.3. Ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə verilmiş iddia ərizəsindəki tələblərdən birinə mülki məhkəmə icraatı qaydasında, digərinə isə inzibati məhkəmə icraatı qaydasında baxılma lı olduqda, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə həmin (inzibati tələbə aid) hissədə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin inzibati tələbə aid hissəsinin qəbulundan imtina olunmalı, həmin tələb üzrə ərizə məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə inzibati tələbə aid hissədə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Kassasiya baxışının hədləri
61. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pros essual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
62. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən qismən- iddia tələbinin təmin edilməyən hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı mübahisələndirilən hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
63. Məhkəmə kollegiyası belə hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin Cavabdeh1 verilmiş magistr dərəcəsinin ləğv edilməsinin rədd edilməsinə aid hissəsini dəyişdirilmədən saxlanılarkən prosessual hüquq normalarının tələbi pozulmuşdur.
64. Belə ki, magistr dərəcəsinin verilməsi təhsil hüququnun həyata keçirilməsi ilə əlaqədar publik hüquq münasibətlərindən irəli gələn mübahisədir və belə mübahisələrin məhkəmə aidiyyəti inzibati məhkəmələrdir.Yəni “magistr dərəcəsinin ləğv” edilməsi tələbi mülki məhkəmə icraatı qaydasında baxılmalı deyil. Azərbaycan Respublikasının MPM-in 261.0 və 261.0.1-ci maddələrinə əsasən də iş mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir.Ona görə də kassasiya şikayəti qismən təmin edilməklə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 1 may 2023-cü il tarixli 2(105)-850/2023 nömrəli qətnaməsi iddia tələbinin Cavabdeh1 verilmiş magistr dərəcəsinin ləğv edilməsinin rədd edilməsi hissəsində ləğv edilməli və həmin hissədə iş üzrə icraata xitam verilməlidir.
65. İddiaçı izah olunmalıdır ki, Cavabdeh1 verilmiş magistr dərəcəsinin ləğv edilməsi üçün magistr dərəcəsini verən orqana müraciət etmək, həmin orqan tərəfindən imtina edildiyi təqdirdə isə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ vardır.
66. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan digər hissələrdə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Yoxlanılan digər hissələrdə iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan digər hissələrdə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Yoxlanılan digər hissələrdə sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə iddiaçının kassasiya şikayətində göstərdiyi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır və kassasiya kollegiyası da apellyasiya məhkəməsinin həmin hissələr üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
67. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş ka ssasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 1 may 2023-cü il tarixli 2(105)-850/2023 nömrəli qətnaməsi iddia tələbinin Cavabdeh1 verilmiş magistr dərəcəsinin ləğv edilməsinin rədd edilməsi hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə icraata xitam verilsin. İddiaçı, Cavabdeh1 verilmiş magistr dərəcəsinin ləğv edilməsi üçün magistr dərəcəsini verən orqana müraciət etmək, həmin orqan tərəfindən imtina edildiyi təqdirdə isə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 1 may 2023-cü il tarixli 2(105)-850/2023 nömrəli qətnaməsi mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.