Məhkəmə qərarları › İş №2(102)-3306/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3306/2023

20.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3306/2023 20.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı ilk, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələblərinə dair iş üzrə QƏRARİ iş № 2(102)-3306/2023 (Açar sözlər: müqavilədən irəli gələn öhdəliklər, pul tələbi, sübutetmə yükü, sübutların qiymətləndirilməsi) Bakı şəhəri, 20 sentyabr 2023-cü il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və X8 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı ilk, Cavabdeh İddiaçı qarşı qarşılıqlı pul tələblərinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-549/2023 nömrəli, 06 aprel 2023- cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 20 sentyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra – iddiaçı) ilə Cavabdeh (bundan sonra – cavabdeh) arasında xırdabuynuzlu heyvan ticarəti ilə bağlı şəriklik münasibətləri mövcud olmuşdur.

2. Hazırda tərəflər bu münasibətlər çərçivəsində bir-birinə qarşı pul tələbinə dair iddialar qaldırmışlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 33.850 manat məbləğində borc alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, cavabdehi 2017-ci ildən tanıyır, onunla heç bir qohumluq əlaqələri, şəxsi ədavət və düşmənçilikləri yoxdur. 2017-ci ildə cavabdeh ailəsi ilə birlikdə onun kirayədə qaldığı evə qonaq gəlmiş, həmin vaxtdan münasibətləri yaranmış və tez-tez əlaqə saxlamağa başlamışlar. Təxminən 2-3 ay sonra cavabdeh ona bankdan kredit götürüb birlikdə xırdabuynuzlu heyvan alaraq saxlamağı təklif etmiş və aldıqları qoyunları Ağalıkənd kəndində yerləşən evinin həyətində tövlədə saxlayacağını demişdir. Bu təkliflə razılaşmışdır. Bundan sonra "xxxx" ASC-dən arvadı Nigar Əliyevanın adına 6500 manat kredit götürərək, həmin pulun 5000 manatını qoyun almaq üçün cavabdehə vermiş, sonuncu həmin pula 42 baş qoyun almış və aldığı qoyunu əvvəlcə atasının evinin həyətində yerləşən tövlədə, daha sonra isə öz yaşadığı evin həyətində tikdiyi tövlədə saxlamışdır. 2021-ci ilin aprel ayında cavabdeh Ağalıkənd kənd sakini İsrafil adlı bir şəxsin kənd ərazisində yerləşən fermasında olduğunu, onun həmin fermada saxladığı qoyunları satmaq istədiyini bildirmiş, qoyunları şərik olaraq almağı təklif etmiş və bunun üçün də pul lazım olduğunu demişdir. Dayısı Rəfail əldə edəcəkləri gəlirə şərik olmaq şərtilə ona 11000 manat pul göndərmişdir. Ağalıkənd kəndinin mərkəzinə yaxın bir yerdə cavabdehlə görüşüb idarə etdiyi avtomobildə həmin pulu ona vermişdir. Bundan bir gün sonra cavabdeh ona zəng edərək, İsrafilin fermasından hər birinin qiyməti 150 manat olmaqla 9000 manat dəyərində 60 baş qoyun aldığını, verdiyi pulun təxminən 2000 manat hissəsinin qaldığını bildirmişdir. Cavabdehin sözünə inandığı üçün onun həyətinə gedib qoyun alıb-almadı ğını dəqiqləşdirməmişdir. Bundan təxminən bir ay sonra dayısı Rəfailin göndərdiyi əlavə 2250 manatı da cavabdehə vermişdir. Cavabdeh isə başqa bir şəxsdən 7000 manat dəyərində sayını dəqiq xatırlamadığı qoyun aldığını, həmin pulun 2000 manatını verdiyini, qalan 5000 manatını isə dayısından aldığını və pulu dayısına verəcəyini bildirmişdir. Cavabdehin bu sözlərinə də inanmışdır. 2021-ci ilin iyun ayında cavabdeh ona zəng edərək Biləsuvar rayonu Aşağı Cürəli kənd sakini Elçin Qənbərovun qoyun satdığını, həmin qoyunlara baxdığını bildirmişdir. İddiaçı Elçinin yaşadığı ünvana gedərək satdığı qoyunların əvəzində 4400 manat pul vermiş, pulun qalan hissəsini isə cavabdeh özü vermişdir. Elçin ona zəng edərək satdığı qoyunları cavabdehin yaşadığı ünvana “Qazel” markal avtomobillə göndərdiyini bildi rmişdir. Lakin cavabdeh aldıqları həmin qoyunların isti hava şəraitində normal vəziyyətdə olmaması səbəbindən satmaq üçün sərfəli olmadığını, buna görə də saxlamaq qərarına gəldiyini demiş, alver etmək üçün əlavə pul verməyi istəmişdir. Cavabdehə alver etmək üçün yenə bir neçə dəfə müxtəlif məbləğlərdə pul vermiş, son olaraq 15000 manat vermişdir. Sonradan 2021-ci ilin noyabr ayında cavabdehə verdiyi pulun özünə məxsus olmadığını və geri qaytarmağın vacib olduğunu izah etmiş, cavabdeh isə ürəyində problemlər olduğunu bildirib, alver üçün bazara gedə bilmədiyini bildirmiş və yaxın vaxtlarda pulu qaytaracağına söz vermişdir. Buna baxmayaraq, cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan boyun qaçırmışdır. Cavabdehin Ağalıkənd kəndində yerləşən yaşadığı evə gedərək son olar aq verdiyi 15000 manat pulu qaytarmasını tələb etsə də, o, həmin pula qoyun aldığını və saxlamaq üçün Zahir adlı qohumuna verdiyini bildirmişdir. xx.xx.2021-ci il tarixdə iddiaçının atası cavabdehdən aldığı pulu qaytara bilmirsə, heç olmasa aldığı qoyunları verməsini istəmiş, xx.xx.2021-ci il tarixdə atası alınan qoyunlara baxmaq üçün getmək istəyərkən cavabdehin arvadı X18 ona zəng edərək, nə birlikdə saxlamaq üçün aldıqları qoyunların, nə də alver etmək üçün aldıqları qoyunların olmadığını, cavabdehin həmin qoyunların hamısını satdığını bildirmişdir. Cavbdehin aldığı pulu geri qaytarmamasını görüb, xx.xx.2022-ci il tarixdə Biləsuvar RPŞ-yə ərizə ilə müraciət etmişdir. Cavabdeh onu aldadaraq təxminən 33850 manat pulunu ələ keçirmişdir. Göstərilən fakt müraciəti üzrə qəbul edilmiş cinayə t işinin başlanması rədd edilməsi barədə qərarda öz əksini tapmışdır.

5. Cavabdeh, həmçinin qarşılıqlı iddia verərək, iddiaçıdan 18000 manat məbləğində borc alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Qarşılıqlı iddia belə əsaslandırılmışdır ki, 20 ildir ki, iddiaçını Biləsuvar rayonu Təzəkənd kənd sakini kimi tanıyır. 2018-ci ilin avqust-sentyabr aylarında iddiaçı onun yaşadığı evə gəlmiş, söhbət əsnasında ona heyvan saxlamaq bacarığı olmasını qeyd etməklə, birlikdə heyvan saxlamağı təklif etmişdir. O isə maddi imkanının olmamasını, heç bir yerdə işləməməsini bildirmişdir. Bu görüşlərindən təxminən 20 gün sonra iddiaçı onun evinə gələrək, 5000 manat təklif etmiş və bildirmişdir ki, bankdan kredit götürüb, bu pula heyvan alıb saxlasınlar və sonda əldə edilmiş qaz ancı yarıbayarı bölsünlər. Həmin bank kreditinin qaytarılmasında 2500 manat faizlər daxil onun üzərində olacaq, qalan məbləğ isə iddiaçının üzərində olacaqdır. O iddiaçı ilə razılaşmışdır. Həmin pula Biləsuvar rayon mal bazarından 38 baş qoyun almış və yaşadığı evin həyətində olan tövlədə saxlamağa başlamışdır. 2019-cu ilin mart ayında 37 baş quzunu sataraq 6000 manat əldə etmiş və razılaşmaya əsasən həmin pulun 3000 manatını iddiaçıya vermişdir. 2020-ci ilin yaz aylarında iddiaçı ona demişdir ki, evi təmir etdirmək üçün 4000 manat pula ehtiyacı vardır, “Accessbank”dan onun adına 4000 manat götürsünlər və aylıq ödəniş onluq olsun, sonra heyvanlardan əldə olunacaq gəlirə işləri nizamlasınlar. İddiaçının sözü ilə həmin 4000 manat krediti bankdan götürüb ona vermişdir. Bunun üçün ev əşyaları və təsərrüfatda olan heyvanlar girov qoyulmuş, X21 zamin durmuşdur. Bu söhbətdən 5-6 ay sonra iddiaçı iş yerinin dəyişməsi ilə bağlı 15000 manata ehtiyacı olduğunu bildirmiş, yenə də təklif etmişdir ki, “Accessbank”dan onun adına 10000 manat götürsünlər. O hazırda banka kredit borcu olduğundan ona kredit verməyəcəklərini bildirmiş, iddiaçı isə həmin bankda tanışlarının olduğunu, onların köməkliyi ilə məsələni həll edəcəyini demişdir. Bundan sonra həmin banka müraciət edərək, iddiaçının tanışlarının vasitəsilə 10000 manat kredit götürərək iddiaçıya vermişdir. Kreditin aylıq ödənişi 536 manat təşkil etmişdir. Bu kredit müqaviləsi üzrə anası X16 və bir neçə şəxs zamin durmuş və ev əşyalarını girov qoymuşdur. Bundan başqa, özünə məxsus 16 baş quzunu satıb əldə etdiyi 4000 manat pulu da iddiaçı ya vermişdir. İddiaçı bütün bu məbləğləri birdəfəyə qaytaracağına söz versə də, qaytarmamışdır. Əksinə guya onun borclu olması və pulu qaytarmaması barədə polisə şikayət etmişdir. Hazırda iddiaçının ona 18000 manat borcu vardır. İddiaçı ona olan inam və etibarından sui-istifadə edərək həmin məbləğdə pulunu alıb geri qaytarmamış, buna görə əsəb keçirmiş və bu səbəbdən ürəyindən əməliyyat olunmuşdur. Bunun üçün o, 1,5 ha əkin torpaq sahəsini mövcud bazar qiymətindən iki dəfə aşağı satmağa məcbur olmuşdur.

7. İddiaçı tərəfindən təqdim edilmiş Biləsuvar RPŞ-nin İB-nin baş müstəntiqi X17 29 may 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, iddiaçının müraciətində qeyd edilən xüsusatlar, yəni cavabdehə müxtəlif vaxtlarda şərikli olaraq xırdabuynuzl u heyvan saxlamaq və heyvan alveri etmək üçün təxminən 33850 manat pul verməsi, lakin cavabdehin aldığı həmin pul vəsaitini qaytamaması faktı aparılmış araşdırma zamanı öz təsdiqini tapmışdır. Belə ki, 2018-ci ilin avqust-sentyabr aylarından etibarən 2021-ci ilin oktyabr-noyabr aylarına qədər iddiaçı müxtəlif vaxtlarda və müxtəlif məbləğlərdə pulları şərikli olaraq xırdabuynuzlu heyvan saxlamaq və alver etmək üçün cavabdehə vermişdir. Cavabdeh isə iddiaçının verdiyi həmin pullara 42 baş qoyun alaraq saxlamış və qoyunlardan əldə etdiyi gəliri iki hissəyə bölərək bir hissəsini özünə götürmüş, digər bir hissəsini isə iddiaçıya vermişdir. Həmçinin, həmin 42 baş qoyunu almaq üçün iddiaçının kredit götürüb verdiyi 5000 manat məbləğdə pulun onun payına düşən 2500 manatını özü kredit şəklində ödəm işdir. Habelə, iddiaçının müxtəlif vaxtlarda verdiyi pulla xırdabuynuzlu heyvan alveri edərək əldə etdiyi gəliri də iki hissəyə bölərək iddiaçıya vermişdir. Lakin iddiaçının ona heyvan alveri etmək və xırdabuynuzlu heyvanların sayını çoxaltmaq üçün verdiyi pulu geri qaytarmamış, yalnız əldə etdiyi gəlirdən iddiaçıya vermişdir. Araşdırma zamanı cavabdehin Biləsuvar RPŞ-yə ünvanladığı müraciətində qeyd edilən xüsusatlar, yəni iddiaçıya ümumilikdə 18000 manat borc verməsi, lakin sonuncunun həmin pulu ona qaytarmaması faktı öz təsdiqini tapmamışdır. Belə ki, cavabdeh iddiaçının ondan 18000 manat borc alıb geri qaytarmaması ilə bağlı iddiaçının onun barəsində Biləsuvar RPŞ-yə şikayət ərizəsi ilə müraciət etməsinə qədər polis şöbəsinə və yaxud digər hüquq mühafizə orqanlarına hər hansı müraciə t etməmiş, bununla bağlı istintaqa hər hansı sübut təqdim etməmişdir. Cavabdeh yalnız xx.xx.2022-ci il tarixdə, yəni iddiaçının onun barəsində Biləsuvar RPŞ-yə ünvanladığı müraciəti əsasında aparılan araşdırma zərurəti ilə əlaqədar olaraq izahatının alınması üçün istintaqa gələrkən belə bir məzmunlu ərizə ilə müraicət etmişdir. Eyni zamanda, araşdırma müddətində onun biri digərini inkar edən ziddiyyətli izahatlar verməsi onun izahatında göstərdiklərinin həqiqətə uyğun olmasını şübhə altında alır. Habelə, göstərdiyi həmin xüsusatları təsdiq edə biləcək məlumatlar araşdırma zamanı əldə edilməmişdir. Ona görə də, cavabdehin izahatında göstərdikləri qeyri-səmimi olmaqla, iddiaçının ona qarşı tələblərinin həqiqətə uyğun olmaması görüntüsü yaratmaq üçün özünü müdafiə kimi qiymətləndirilməlidir. Buna görə də, iddiaçının müraciətində qeyd edilən xüsusat üzrə əməldə cinayət tərkibi, cavabdehin müraciətində qeyd edilən xüsusat üzrə isə cinayət hadisəsi olmaması əsası ilə material üzrə cinayət işinin başlanılması rədd edilməlidir.

8. Məhkəmə sorğusuna əsasən təqdim edilmiş "xxxx" ASC-nin X12 məxsus ödəniş kartından çıxarışdan görünür ki, 01 aprel 2021-ci il tarixdən 15 dekabr 2021-ci il tarixdək X2 hesabına 11021 manat məbləğdə pul vəsaiti köçürülmüşdür.

9. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında verdiyi izahatında ilk iddianı müdafiə edərək, əlavə olaraq bildirmişdir ki, cavabdehin arvadı Aygün Mirzəyevanın adına olan "xxxx" ASC-də BİLA-**********90099, **********58001, 151AZN0075714 AZN 151 saylı kart hesabına 2021-ci ilin aprel ayından xx.xx.2021-ci il tarixədək Biləsuva r rayon mərkəzində yerləşən “MilliÖn“ ödəmə terminallarından, xx.xx.2021-ci il tarixdə Ağdaş rayon Ləki qəsəbəsindən, xx.xx.2021-ci il tarixdə Bakı şəhərində yerləşən ödəmə terminallarından iddiaçı tərəfindən mədaxil edilmiş pulların "xxxx" ASC-yə edilmiş sorğu əsasında təqdim edilən ödəniş sistemindən 11021 manat pulun 3372 manatı Biləsuvar şəhəri Aran marketin MilliÖn” terminalından, 4349 manatı Biləsuvar şəhəri H.Əliyev prospekti “Bol market“in önündə yerləşən “e-manat”, 2000 manatı Ağdaş rayonu Ləki qəsəbəsi Sabir küçəsində “million”, 1300 manatı Biləsuvar şəhəri M.İbrahimov küçəsi, “Narmobile”də həmin hesablara köçürülməsi öz təsdiqini tapır. Pulların köçürülməsi şahidlər Biləsuvar rayonu Aşağı Cürəli kənd sakini X23 və Ağdaş rayonu Ləki qəsəbəsi sakini X9 ifadələri ilə də təsdiqlənir. Eyni zamanda Biləsuvar RPŞnin İB-nin baş müstəntiqi X17 icraatında olan HK1/68 nömrəli yoxlama materialları üzrə araşdırma zamanı və məhkəməsə şahid olaraq verdikləri ifadələrdə Biləsuvar rayonu Ağalı kənd sakini X19 2021-ci ili iyun ayının əvvəlində iddiaçı tərəfindən 4400 manat pulun cavabdehə verilməsini, Saatlı şəhər sakini X27 2021-ci ili yaz aylarında iddiaçı tərəfindən 11000 manat pulun cavabdehə verilməsi, Biləsuvar rayonu Aşağı Cürəli kənd sakini X23 isə 2021-ci ilin müxtəlif aylarında iddiaçının iş otağında 7000 manat məbləğdə pulun cavabdehə verilməsini təsdiq etmişlər. Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda qeyd edilən CD diskdə olan səs yazılarına baxış keçirilməsinə dair tərtib edilmiş protokolda göstərilmişdir ki, cavabdeh iddiaçı ilə salamlaşdıqdan sonr a "bibi də mənə zəng edib ağzına gələni dedi" sözlərini deyir. İddiaçı bibinin kim olduğunu soruşduqda cavabdeh iddiaçının anası olduğunu bildirir. Cavabdeh anasının onu nalayiq ifadələrlə söyüb təhqir etdiyini, verdiyi pulları geri qaytarmasını tələb etdiyini bildirir. Bundan başqa, cavabdeh gözlənilmədən xəstələnməsini, buna görə də, müalicəsinə çoxlu pul xərclədiyini, lakin yaxın vaxtlarda pulu və birlikdə saxladıqları xırda buynuzlu heyvanları da qaytarıb yerinə qoyacağını bildirir. Cavavdehin iddiaçının ona hər hansı borcunun olması barədə tələbi onun borcdan yayınmaq məqsədi daşıdığının sübutudur. İddiaçının cavabdehə hər hansı borcunun olması nə disk yazısında, nə də digər şahid ifadələrində təsdiqini tapır.

10. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında qarşılıqlı iddianı müda fiə edərək, həmçinin bildirmişdir ki, arvadı X18 heç bir yerdə işləmir, pensiya və ya hər hansı təqaüd almır, arvadının kartına köçürülən pul vəsaiti ona aid olmamışdır. Habelə, işdə olan 2 ədəd CD diskdə olan səs yazıları onun özünə məxsusdur.

11. Məhkəmə iclasında şahid qismində dindirilmiş X23 ifadəsində göstərmişdir ki, Biləsuvar rayonu Aşağı Cürəli kəndində yaşayır. “AselKredit” BOKT-nin Biləsuvar filialında işləyir. İddiaçı onun dostudur. Cavabdehi iddiaçı vasitəsilə tanımış və onunla da münasibətləri normaldır. Cavabdeh bir neçə dəfə onun işlədiyi filiala gələrək müxtəlif məbləğdə kredit götürmüşdür. İddiaçı ilə dostluq münasibətlərinə görə iddiaçı pul götürüb ona vermişdir ki, onlar şərikli qoyun saxlasınlar. İddiaçı onun yanında dəfələrlə cavabdehlə telefon vasitəsilə danışıb birl ikdə saxladıqları qoyunları soruşmuş, həmçinin cavabdehlə şərikli saxladığı qoyun və quzuları satan zaman əldə etdiyi puldan iddiaçıya da də verdiyindən məlumatı olmuşdur. 2021-ci ildə iddiaçıya təklif etmişdir ki, “sənə pul verim ki, sən də həmin pulu cavabdehə öz adından verib saxladığı qoyun-quzunun sayını artırsın, əldə etdiyi gəlirdən ona da versin”. İddiaçı da onun bu təklifi ilə razılaşmış, bundan sonra iddiaçıya 2000 manat vermişdir. Bundan təxminən 4-5 gün sonra iddiaçıya əlavə olaraq 5000 manat vermişdir. İddiaçı 2000 manat pulu onun iş yerində cavabdehlə görüşüb vermişdir. Digər 5000 manat pulu da onun iş yerində cavabdehə vermişdir. Hətta iddiaçı onun yanında cavabdehlə telefonla danışdıqdan sonra müxtəlif vaxtlarda cavabdehin arvadı X2 hesabına pul köçürülməsini tapşırmış, o d a həmin karta ayrı-ayrı vaxtlarda 2000 manat, 800 manat, 200 manat, 220 manat və s. məbləğlərdə pul köçürmüşdür. İddiaçı ilə iş otaqları eynidir, buna görə də, iddiaçı və cavabdeh arasında baş verən bütün danışıqları və pul verilmələrini bilir. Cavabdeh müxtəlif bəhanələrlə iddiaçını aldadaraq aldığı pulları geri qaytarmamışdır. Onda olan məlumata görə cavabdehin iddiaçıya ümumilikdə 33850 manat borcu vardır. Cavabdeh sonradan özünü müxtəlif xəstəliklərinin olması, bu səbəbdən də, müalicə və əməliyyat olunması üçün iddiaçıdan aldığı pulları xərclədiyini bildirmişdir. İddiaçının cavabdehə qoyun-quzu saxlamaq və alver etmək üçün dəfələrlə müxtəlif məbləğlərdə pul verməsini kənardan görmüş, lakin həmin şəxslərin yanına gedərək bununla bağlı ondan hər hansı söz soruşmamışdır.

12. X1 ifadəsində göstərmişdir ki, iddiaçını və cavabdehi tanıyır. İddiaçı onun qaynıdır. Özü Bakı şəhərində usta işləyir. 2021-ci ildə iddiaçı ondan cavabdehə vermək üçün 1500 manat almış və onun yanında avtomobilə əyləşərək pulu cavabdehə vermişdir.

13. X3 ifadəsində göstərmişdir ki, iddiaçı yeznəsidir. Ağdaş rayonu Ləki qəsəbəsində yaşayır. Cavabdehin adını eşidib və onu qiyabi tanıyır. Belə ki, iddiaçı tərəfindən dəfələrlə şərik mal-qara saxlamaq məqsədilə cavabdehə pul verilməsini eşitmişdir. xx.xx.2021-ci il tarixdə iddiaçı və arvadı X14 "xxxx" ASC-nin Gəncə filialından hər birinin adına 10000 manat kredit götürmüşdür. Biləsuvar rayonuna qayıdarkən onun evinə qonaq getmişlər. Orada götürdükləri kreditin çox hissəsini məhz şərikli heyvan alıbsaxlamaq üçün cavabdehə verəcəklərini bildirmişlər. İddiaçı onun evində olarkən cavabdehlə telefonla danışdıqdan sonra Ləki qəsəbəsində onun yanında “Milli ön” ödəmə aparatı ilə 1000 manat və 1000 manat olmaqla, ümumilikdə 2000 manat pul vəsaitini telefon danışığından başa düşdüyünə əsasən cavabdehin arvadına aid kart hesabına köçürmüşdür.

14. X11 ifadəsində göstərmişdir ki, hazırda Saatlı şəhərində yaşayır və “Asel Kredit BOKT" MMC-nin Mərkəzi Aran zonasının rəhbəri vəzifəsində işləyir. İddiaçını “Asel Kredit BOKT" MMC-nin əməkdaşı olaraq tanıyır, onun qohumu və ya dostu deyildir. 2021ci ilin əvvəllərində qardaşı Elmirlə biznes fəaliyyəti ilə məşğul olmaq üçün onlara pul lazım olmuşdur. Həmin vaxt iddiaçının dayısı ona Rusiyadan 11000 manat pul göndərmişdir. Həmin pulu onun qardaşı Elmir Bakı şəhərindən götürmüşdür. Həmin pulu qardaşı Elmirlə birl ikdə biznes fəaliyyəti üçün istifadə etmişlər və qazanc əldə etdikdən sonra Biləsuvar rayonu ərazisində iddiaçı ilə görüşmüş və pulu ona vermişdir. İddiaçı onun yanında cavabdehlə telefonla danışmış, 11000 manat pul aldığını və heyvan almaq üçün pulunun olduğunu bildirmişdir. Həmin vaxt iddiaçıdan nə işlə məşğul olduğunu soruşduqda cavabdehlə heyvan alveri ilə məşğul olduğunu demişdir. İddiaçı daha sonra Cəlilabad rayonundan olan tanışlarının yas mərasimində iştirak etmək üçün onlarla birlikdə Cəlilabad rayonuna getmiş, Cəlilabad rayonuna gedən yol kənarında yerləşən fermaları ona göstərmiş və həmin fermada olan heyvanların satıldığını, satılan heyvanları cavabdehlə alıb saxlayacağını bildirmişdir. Sonradan iddiaçı cavabdehə qoyun-quzu almaq üçün verdiyi pulu sonuncunun mənimsədiyini və ona qaytarmadığını bildirmişdir.

15. X6 ifadəsində göstərmişdir ki, Cəlilabad rayonunda yaşayır. İddiaçı onun iş yoldaşıdır. 2021-ci ilin yay aylarında X7 futbol oynayarkən iddiaçı əlində ayrı-ayrılıqda saxladığı 4000 manat və 23 manat məbləğlərdə pulu saxlamaq üçün müvəqqəti ona vermişdir. O, pulları saxlamaq üçün qəbul edəndə hamısını saymışdır. 4000 manat məbləğdə pulun hamısı 100 manatlıq əskinasla idi. Pulu saxlamaq üçün ona verməyə səbəb isə iş yoldaşı olmaları və orada futbol oynamayan ən yaxın tanıdığının o olması olmuşdur. Futbol oynadıqdan sonra hazırkı iş üzrə cavabdeh “VAZ 2106” markalı maşınla ora gələrək həmin 4000 manat pulu iddiaçıdan alıb qayıtmışdır. Bir dəfə də iddiaçı cavabdehə vermək üçün ondan 5500 manat pul almışdır.

16. Biləsuvar Rayon Məhkəməsinin (bundan sonra – b irinci instansiya məhkəməsi) 2(022)-1037/2022 nömrəli, 08 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Pərviz Əhmədov) ilk iddia qismən təmin edilərək, cavabdehdən 33421 manat və 180 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməsi, ilk iddianın qalan hissədə, qarşılıqlı iddianın bütövlükdə rədd olunması qət edilmişdir.

17. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Biləsuvar RPŞ-nin İB-nin baş müstəntiqi X17 29 may 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında müəyyən edilmiş hallar yenidən məhkəmə iclasında təsdiqini tapmışdır. Məhkəmə iclasında həmin qərardan şikayət verilməsinə və ya onun ləğvinə dair heç bir sübut təqdim edilməmişdir. Bu baxımdan, adıçəkilən prosessual qərarın preyudisial əhəmiyyəti mövcuddur. Belə ki, Azərbaycan Respublikas ı Cinayət Prosessual Məcəlləsinin 65.1 və 65.4-cü maddələrinin tələblərinə əsasən cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir.

18. Qeyd edilənlərlə yanaşı, işə əlavə edilmiş 2 ədəd diskdə cavabdeh iddiaçıya borclu olduğunu və həmin borcu müalicə və əməliyyat səbəbindən qaytara bilmədiyini, ancaq gələcəkdə qaytaracağını bildirmişdir. Cavabdeh məhkəmədə həmin səsin özünə məxsus olmasını etiraf etmişdir. Bu da digər sübutlarla birlikdə vahid tərkibdə ilk iddianın təmin olunması baxımından zəruri əhəmiyyət kəsb edir.

19. Beləliklə, işdə olan sübutlarla - Biləsuvar RPŞ-nin İB-nin baş müstəntiqi X17 29 may 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı (22400 manat), cavabdehlə sövdələşməyə əs asən onun arvadı X2 hesabına köçürülmələr (11021 manat), habelə cavabdehin telefon danışığı zamanı iddiaçıya borcunun etirafı əsasında iddiaçıya 33421 manat məbləğdə borcunun olduğu təsdiq olunur.

20. Məhkəmə qarşılıqlı iddiaya münasibətdə qeyd etmişdir ki, cavabdeh bu tələb üzrə məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Ərizəsində göstərilən hallar yalnız mülahizə xarakterli olmuş və hər hansı təkzibedilməz fakta əsaslanmamışdır.

21. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 106.3, 218.3-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiy asına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəkiicraat

22. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

23. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən iş üzrə ədalətli araşdırma aparılmamış, yalnız iddiaçının ifadəsi, şahid qismində dindirilmiş kürəkən, qayın, iş yerində ondan asılı olan şəxslərin izahatları və cinayət işinin başlanmasının rədd olunması barədə qərar əsasında ədalətsiz və qanunsuz qətnamə qəbul edilmişdir. Belə ki, iddiaçının məhkəmədə verdiyi izahatından görünür ki, o, cavabdehdən 15.000 manat pulunu istəmiş, cavabdeh həmin pulu vermədiyindən şikayət etmişdir. Göründüyü kimi, iddiaçı 33.000 manat deyil, 15.000 manat pul tələbindən söz edir. Məhkəmə isə bu halı nəzərə almamışdır. Məhkəmə iddiaçı tərəfindən dəvət edilmiş şahidlərin kimliyinə diqqət yetirməmiş, iddiaçıya yaxın olan şəxslərin ifadələrinin nə qədər real və obyektiv ola biləcəyinə əhəmiyyət verməmişdir. Cavabdeh tərəfindən X22 şahid qismində dindirilməsi barədə vəsatət verilsə də, məhkəmə tərəfindən təmin edilməmişdir. Halbuki, həmin şahid heç bir tərəflə qohum olmamaqla cavabdeh tərəfindən 10.000 manat pulun iddiaçıya verilməsini təsdiq edəcəkdi. Həmin şəxs polis şöbəsində də dindirilmiş, bu qərarda öz əksini tapmış, lakin məhkəmə iş üzrə neytral olan şahidin dinirilməsinə şərait yaratmamışdır. Bundan başqa, qə tnamədən belə nəticəyə gəlmək olur ki, onun iddiaçıya olan 33.000 manat borcundan 11.021 manatı iddiaçı onun arvadı A.Mirzəyevanın kartına köçürüb, 22400 manatı isə ona vermişdir. Əgər belə olsaydı, A.Mirzəyeva əlavə cavabdeh kimi cəlb edilməli, pulun kim tərəfindən, nə məqsədlə köçürülməsi, bunun cavbdehə aidiyyəti araşdırılmalı idi. Digər tərəfdən, məhkəmə qətnamədə göstərir ki, iddiaçı bankdan pul götürüb cavabdehə verib. Lakin onun bankdan götürdüyü 39.200 manat pula isə bir qiymət verməyib. Qeyd olunanlardan əlavə, məhkəmə CPM-in 65.1 və 65.4-cü maddələrinə istinad etsə də, həmin normada isə qanuni qüvvəsini almış məhkəmə hökmünün preyudisial əhəmiyyətindən söz edilir. İddiaçı ilə aralarında isə hazırkı işlə bağlı hökm yoxdur. Eyni zamanda, məhkəmə tərəflər arasında borc münasibətləri nin olduğunu qeyd etsə də, istər polis şöbəsində, istərsə də məhkəmədə aralarında borc münasibətlərinin olmadığı sübuta yetmişdir.

24. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(106)-549/2023 nömrəli, 06 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – C.İmanov (sədrlik edən və məruzəçi), T.Kərimov və M.Həsənov) apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddiaya aid hissədə dəyişdirilərək, cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmiş məbləğ 26.021 manat müəyyən edilmiş, qətnamə qalan hissəə dəyişdirilmədən saxlanılmışdır.

25. Apellyasiya instansiyası məhkəməsi tərəflərin izahatını, iş materiallarını təhlil edərək müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi işin faktik i halları üzrə borcun tutulmasında yanlış nəticəyə gəlmişdir. Belə ki, işdə olan Biləsuvar RPŞ-nin İB-nin 29 may 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın məzmunundan görünür ki, cavabdeh iddiaçıdan ilk əvvəl 5000 manat, sonra isə avtomobildə 10000 manat almasını etiraf etmişdir. Həmin qərardakı izahatında o pulları iddiaçıya geri qaytarmasını bildirsə də, məhkəməyə bunları təsdiq edə biləcək hər hansı sübut təqdim etməmişdir. Həmçinin, cavabdehin arvadı X4 hesabına ümumilikdə 11021 manat pul vəsaitinin köçürülməsi müəyyən olunur. İddiaçının vəsatəti ilə həmin köçürülmələr Kapital Bankdan soğu edilərək alınıb işə əlavə edilmişdir. Göründüyü kimi, iddiaçının cavbdehə (5000+10000+11021=26021) 26021 manat verməsi iş materialları ilə öz təsdiqini tapır. Bir inci instansiya məhkəməsinin qətnaməsi ilə təmin olunmuş digər məbləğlər isə mötəbər sübutla öz təsdiqini tapmır. Belə ki, təmin olunmuş digər məbləğlər şahid ifadələrinə əsaslanmış, lakin qeyd edilən məbləğlər məhkəmə iclasında və PŞ-də araşdırma zamanı cavabdeh tərəfindən təsdiq edilməmişdir. Şahid ifadələri ilə təsdiq edilən məbləğlər isə digər iş materiallarında olan sübutlarla qarşılıqlı olaraq təsdiq edilərək sübut edilmir.

26. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğvi üçün əsaslı olmasa da, tutulmuş borcun məbləğinin dəyişdirilməsi üçün əsasdır.

27. Kollegiya öz mövqeyini, Mülki Məcəllənin 385.1, 427.3, 442, 448.1, 739-cu, MPM-in 82.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəl illəri a) Kassasiya şikayətinin dəlilləri

28. Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

29. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmaqla, həmçinin göstərilmişdir ki, birinci instansiya məhkəməsində olduğu kimi, apellyasiya məhkəməsi də ona aid olmayan (Aygün Mirzəyevaya aid) karta köçürülmüş 11021 manatı borc kimi ona hesablamışdır. Onun həmin məbləğin karta köçürülüb-köçürülmədiyindən məlumatı olmamışdır. Məhkəmə tərəfindən bu xüsusat, yəni pulun kim tərəfindən, nə məqsədlə köçürüldüyü, bu pulun ona hansı səviyyədə aidiyyəti araşdırılmadan həmin məbləğ onun iddia edilən borcu nun bir hissəsi kimi qəbul edilmişdir.

30. Məhkəmə, həmçinin araşdırmamışdır ki, qeyd olunan kart nə kartıdır. Ona məlum olduğuna görə, bu kart anadagəlmə əlil olan qızı Nəzrin Mirzəyevanın pensiya kartıdır. Həmin karta dövlət hər ay 300 manat məbləğində pensiya köçürür. Məhkəmə qərarına əsas bu ödənişlər də iddiaçıya aid edilmiş, bununla da, ədalətli məhkəmə araşdırması hüququ pozulmuşdur.Beləliklə, iddiaçı tələbinin əsası kimi istinad etdiyi hallarla bağlı hər hansı sübut təqdim etməsə də, məhkəmə əsassız olaraq belə qənaətə gəlmişdir ki, cavabdeh başqa bir şəxsin kartına görə ödənilən pul vəsaitinə görə mülki məsuliyyət daşıyır və 15.000 manatı iddiaçıya qaytardığı halda bir daha həmin pulu ona ödəməlidir.

31. Digər tərəfdən, məhkəmə tərəflər arasında borc münasibətlərinin olduğunu qeyd edərək, Mülki Məcəllənin 739-cu maddəsinə istinad etsə də, istər polis şöbəsində, istərsə də məhkəmədə aralarında borc münasibətlərinin olmadığı sübuta yetmişdir. b)

32. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz təqdim daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

33. Mddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

34. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olma qla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

35. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

36. Maddə 404.1-404.5. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Əgər müqa vilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir.

37. Maddə 425.1-425.2. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər

38. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

39. Maddə 448.1-448.4. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdə liklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün o lmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş q üvvəsi yoxdur.

43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

45. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılma lıdır. Kassasiya baxışının hədləri

46. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

47. Hazırkı kassasiya şikayətində qətnamə ilk iddianın təmin, qarşılıqlı iddianın rədd olunması hissələrində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı yalnız həmin hissələrdə yoxlanılır. Kassasiya inst ansiyası məhkəməsinin mövqeyi

48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

49. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.

50. Kollegiya, həmçinin bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apel lyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

51. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsi, işin hallarının tam araşdırılamaması, işin hallarının sübut olunmaması ilə bağlı dəlillərini isə məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən araşdırmır.

52. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

53. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-549/2023 nömrəli, 06 aprel 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar