Məhkəmə qərarları › İş №2(102)-3306/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3306/2024

27.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3306/2024 27.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Məlı̇ kova Samı̇ rə Rafı̇ q qızının cavabdeh Qulı̇ yeva Sevı̇ nc Hüseyn qızına qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqavilə öhdəliklərindən irəli gələn mübahisələr, öhdəliyin icra edilməməsi, sübutların qiymətləndirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı Məlı̇ kova Samı̇ rə Rafı̇ q qızının cavabdeh Qulı̇ yeva Sevı̇ nc Hüseyn qızına qarşı pul tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin 10 iyun 2024-cü il tarixli, 2(10 6)-1007/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 27 noyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Tərəflər arasında nisyə alğı-satqı müqaviləsi bağlanmışdır. Müqavilə öhdəliyi üzrə cavabdeh müxtəlif qızıl-zinət əşyalarını sonradan pulunu ödəmək şərti ilə almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh 23000 manat pulun və 159 manat dövlət rüsumunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, uşaq baxçasında xadimə, həyat yoldaşı günəmuzd fəhlə işləyir. 9 yaşlı övladı Zəhra anadangəlmə böyrək çatışmamazlığından əziyyət çəkir, ona böy rək köçürülməlidir. Qeyd olunan əməliyyat isə xeyli miqdarda vəsait tələb edir. O, qızının müalicə pulunun toplanması üçün tanış zərgərlərdən qızıl-zinət əşyaları alaraq satmağa başlamışdır. Müəyyən müddətdən sonra Cavabdeh iş yerinə gələrək qızıl-zinət əşyalarının satılmasında ona köməklik edə biləcəyini, bunun üçün kifayət qədər tanışlarının olduğunu bildirmişdir. O, övladının əməliyyat xərclərini düzəltmək üçün bir neçə qızıl əşyasını cavabdehə vermiş, müəyyən müddətdən sonra cavabdeh həmin qızılların pullarını ona vermiş və yeni qızıl dəstlər verməsini istəmişdir. O, cavabdehin əvvəl götürdüyü qızılların dəyərini vaxtında ödəməsinə inanaraq tanış zərgərlərdən bir neçə qızıl dəsti götürərək cavabdehə vermişdir. Cavabdeh müəyyən müddətdən sonra iş yerinə gələrək həmin qızılları dəyərini hissəhissə ödənilməklə satdığını, pullarını müştərilərdən alaraq ödəyəcəyini, müştərilərin yeni qızıl dəstləri istədiklərini bildirmişdir. O, cavabdehə inandığı üçün yeni qızıl dəstləri götürərək ona vermişdir. Ümumilikdə 2023-cü ilin fevral ayının 15- dən aprel ayının 20-dək cavabdehə 30000 manat dəyərində qızıl əşyaları vermişdir. Cavabdeh tərəfindən müəyyən vaxta həmin borcdan 7000 manat ödənilsə də 23000 manat ödənilməmişdir. O, dəfələrlə cavabdehlə görüşüb ondan qızılları və ya onların dəyəri olan 23000 manat pulu ödəməsini tələb etsə də, heç bir nəticəsi olmamış, cavabdeh hər dəfə qızılların pulunun müştərilərdə olmasını, onlardan pulu aldıqdan sonra ona ödəyəcəyini bildirmişdir. O, cavabdehin onu aldatdığına əmin olduqdan sonra qanunamüvafiq tədbir görülməsi üçün Daxili İşlər Nazirl iyinə müraciət etmişdir. Daxili İşlər Nazirliyi tərəfindən müraciəti baxılması üçün Salyan RPŞ-nə göndərilmiş, Salyan RPŞ müraciətin mülki xarakterli olmasını bildirərək məhkəməyə müraciət etməsini tövsiyyə etmişdir. Bildirir ki, cavabdeh tərəfindən aldadılmağı onun qızıl-zinyət əşyaları aldığı şəxslər qarşısında əlverişsiz vəziyyətə salmış, qızının müalicəsinə pul vəsaiti toplamaq istədiyi halda əlavə olaraq 23000 manat məbləğində borca salmışdır. Cavabdehin ona 23000 manat borcunun olması videoçəkilişlərlə təsdiq olunur.

4. İşə əlavə edilmiş DVD formatda olan diskdə saxlanılan tərəflər arasında olan danışığın çəkilişi barədə video görüntüdən görünür ki, Cavabdeh 54- 57-ci saniyələrdə, 11-ci dəqiqədə, 17:33-18:03 dəqiqələrdə 23000 manat dəyərində qızılın İddiaçı tərəfindən ona verilməsini, qızılları başqa şəxsə verməsini, pulu alıb qaytaracağını bildirir. O, qızılları Yeganə adlı şəxsə verdiyini, həmin şəxsin qızılları lombarda qoyaraq pul götürdüyünü, Yeganənin pulu ona ödədiyi zaman qızıllara görə olan borcunu qaytaracağını bildirmişdir.

5. Cavabdehin nümayəndəsi və vəkili Vəkil Babalı oğlu ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iş üzrə sübut kimi təqdim edilmiş video görüntünün qanunsuz yolla əldə edilməsi nəzərə alınmaqla məhkəmə tərəfindən sübut kimi qiymətləndirilməməsini xahiş etmişdir.

6. Birinci instansiya məhkəməsindəki icraatda Cavabdeh bildirmişdir ki, İddiaçı 24000 manat dəyərində qızıl-zinət əşyaları almışdır ki, satıb özü də pul qazansın. Həmin məbləği də ödəmişdir.

7. Masallı Rayon Məhkəməsinin (X1) 2(050)-161/2024 nömrəli, 16 fevral 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir.

8. Məhkəmə qeyd etmişdir ki, işdə olan sübutlara əsasən və işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından məlum olur ki, tərəflər arasında etibarlı nisyə alğı-satqı müqaviləsi bağlanmışdır. Müqavilə öhdəliyi üzrə cavabdeh 30000 manat dəyərində müxtəlif qızıl-zinət əşyaları pulunu sonradan pulunu ödəmək şərti ilə almış, lakin həmin məbləğdən 23000 manat ödənilməmişdir.

9. Məhkəmə cavabdeh tərəfin iddiaçı tərəfindən təqdim edilmiş video görüntülərin qanuni yolla əldə edilməmiş sübut hesab edilməsi fikrinə münasibətdə bildirmişdir ki, qeyd edilən video görüntülərdəki məlumatlar Cavabdeh şəxsi toxunulmazlıq hüququnu pozmur. Belə ki, həmin görüntülərdə hər iki tərəf üçün sirr olmayan, hər iki tərəfə məlum olan hallar barədə faktlard an danışılır. Bu baxımdan məhkəmə hesab etmişdir ki, təqdim edilmiş video görüntülərdəki məlumatlar başqa şəxs barəsində olmadığından və məhz hazırkı mülki mübahisə üzrə tərəflərə aid məlumatları özündə əks etdirdiyindən, video görüntülərin sübut kimi qiymətləndirilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Ona görə də video görüntülərdə Cavabdeh 23000 manat dəyərində qızılların ona verilməsinə, həmin pulun məhz onun tərəfindən ödəniləcəyinə etiraz etməməsi iddia tələbinin əsaslı olması kimi qiymətləndirilməlidir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, qızıl-zinət əşyalarına görə cavabdehin 23000 manat pulu Cavabdeh ödəməsi öhdəliyini pozması sübuta yetir.

10. Məhkəmə hazırlıq iclasında cavabdehin iddiaçıdan 24000 manat dəyərində qızıl-zi nət əşyası alması və pulunu ödəməsi barədə izahatına münasibətdə qeyd etmişdir ki, video çəkiliş zamanı o, 24.000 manat dəyərində qızılın pulunu ödəməsi barədə heç bir etiraz nümayiş etdirmir, əksinə müxtəlif bəhanələrlə pulun qaytarılmasından yayınmağa çalışır

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1, 442, 600.1, 601.1, 600.4 və 600.5-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 76.3, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiy a məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır.

14. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Tofiq Heydərov (sədrlik edən və məruzəçi), İlham Əsədov və Tale Kərimov) 10 iyun 2024-cü il tarixli, 2(106)-1007/2024 nömrəli qətnaməsi ilə Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbinin cavabdeh tərəfindən etiraf olunması səbəbi ilə 23000 manatdan hansı məbləğin qaytarılm asını sübutetmə vəzifəsi kimi Cavabdeh üzərinə qoymaqda haqlı olmuşdur. Cavabdeh isə borc alınan pulun hamısının qaytarılması və iddiaçıya borcunun qalmadığını sübut edə bilməmişdir.

16. Apellyasiya məhkəməsi həmçinin hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəflərin aralarında olan video çəkilişi sübut növü kimi qəbul etməkdə haqlı olmuşdur.

17. Məhkəmə qeyd etmişdir ki, hazırkı iş üzrə təqdim edilmiş sübut, yəni video çəkiliş mötəbərlilik kriteriyasına cavab verməklə, iddia tələbini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhz buna görə də, iddiaçı tərəfindən təqdim edilən video çəkilişə dair DVD disk işin halları ilə təsdiq olunduğuna görə sübut kimi qəbul edilməlidir.

18. Birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti isə heç bir sübutla təsdiqini tapmayan formal mülahizədən ibarət olmuşdur.

19. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 386.1, 425.1, 445.2.1, 445.1, 600.1, 601.1, 600.4. və 600.5-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. Cavabdeh (Vəkil Babalı oğlu) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir.

21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflərindən iddiaçı tərəfindən təqdim olunmuş diskə baxış keçirilərkən müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən həmin video çəkiliş gizli formada çəkilmişdir və bununla əlaqədar olara q məhkəməyə rəsmi vəsatət verərək Azərbaycan Respublikas MPM-nin 95.2-ci maddəsinə əsasən həmin diskin sübutlar siyahısından çıxarılması xahiş olunmuşdur. Lakin, məhkəmə MPM-in 95.2 və 95.3-cü, eyni zamanda 10.10-cu maddəsinin tələblərini kobud surətdə pozmuşdur. İş materiallarından görünür ki, iddiaçı ilkin olaraq Salyan rayon Polis İdarəsinə rəsmi ərizə ilə müraciət etmiş və həmin şikayəti rədd edilmişdir. Lakin buna baxmayaraq, İddiaçı həmin qərardan yuxarı orqanlara heç bir şikayət etməmişdir. Məhkəmələrdəki icraat zamanı iş üçün əhəmiyyətli olan bütün hallar araşdırılmamış, iddiaçının telefonu məhkəmə araşdırılması zamanı tədqiq olunmamış, iddiaçı tərəfindən sübutlar məhkəməyə təqdim olunmamış və iş üçün əhəmiyyəti olan hallar sübuta yetirilməmişdir. Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə hakim Tofiq Heydərov işə baxarkən elektron kabinet vasitəsilə məhkəməyə məlumat göndərilmiş və üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini göstərərək məhkəmə iclasının başqa vaxta keçirilməsi xahiş olunmuşdur. Ona görə ki, həmin tarixdə həmin vaxtda saat 14:30-da Masallı Rayon Məhkəməsində Cavabdeh qismində iştirak etdiyi 2(050)-1824/2024 saylı məhkəmə baxışı təyin olunmuşdur. Lakin, apellyasiya instansiya məhkəməsi MPM-in tələblərini kobud surətdə pozaraq cavabdeh tərəfin iştirakı olmadan məhkəmə iclasını keçirmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

23. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidi r, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

24. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

25. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətd ə hərəkət etməlidir.

26. Maddə 600.1. və 601.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

27. Maddə 600.4. və 600.5.Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərd ə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Mülki Prosessual Məcəllə

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərin in və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

32. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

34. Maddə 4 16.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

35. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

36. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

37. Qanunun tələbinə görə, kassasiya i nstansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

38. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araş dıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

40. Cavabdehin kassasiya şikayətlərinin dəlilləri aşağı instansiya məhkəmələri tərəfindən işə baxılan zaman və apellyasiya şikayətində irəli sürülmüşdür, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla iş üzrə Ali Məhkəmənin qərarındakı göstərişlər nəzərə alınmaqla Azərbaycan Res publikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

41. Kassasiya şikayətlərinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

42. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqin də səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Qulı̇ yeva Sevı̇ nc Hüseyn qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1007/2024 nömrəli iş üzrə 10 iyun 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar