Məhkəmə qərarları › İş №2(102)-3309/2023

Ali Məhkəmə Qərardad — İş №2(102)-3309/2023

02.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3309/2023 02.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh "xxxx"xxxx"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçı qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARDADİ (Açar sözlər: hüququ olmayan şəxs tərəfindən verilməsi əsası ilə kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi) Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri X1 (məruzəçi hakim), Şamayev Elşad Yaquboviç və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx"xxxx"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qarşılıqlı iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)1681/2023 saylı, 20 aprel 2023-cü il tarixli qətnaməsindən ilikin iddia üzrə İddiaçı və ilkin iddia iddia üzrə cavabdeh"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayətlərinin mümkünlüyünü yoxlayaraq, aşağıdakı qərardadı qəbul etdi. İşin halları:

1. İddiaçı (bundan sonra – iddiaçı) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra – cavabdeh və ya MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 259.299.76 ABŞ dolları və 73.799.928 ABŞ dolları maddi ziyanın və ödədiyi 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti qarşılıqlı iddia ərizəsi verərək, MMC-yə qarşı vicdansızcasına heç bir hüquqi əsasa söykənməyən pul tələbinə dair iddia qaldırdığı üçün İddiaçı MMC-nin və dövl ətin xeyrinə ümumilikdə 100.000 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

3. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-515/2020 nömrəli iş üzrə 09 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakim-Cəmilə Musayeva) hər iki iddia rədd olunmuşdur.

4. İlk iddia üzrə İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və ilkin iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat:

5. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-7707/2020 nömrəli iş üzrə 17 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – X.Mərdanova (sədrlik edən və məruzəçi), E.Həsənov və F.Babayev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçıya münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

6. Qətnamədən iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat:

7. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-2457/2021 nömrəli iş üzrə 13 aprel 2021-ci il tarixli qərarı ilə (hakimlər – M.Əhmədova (sədrlik edən və məruzəçi), İ.Xəlilov və Ə.Əliyev) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin 17 noyabr 2020-ci il tarixli qətnaməsi qismən – ilk iddia hissəsində ləğv edilmiş və mülki iş həmin hissədə yenidən baxılması üçün a pellyasiya instansiyası məhkəməsinə göndərilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat:

8. Apellyasiya instansiyası məhkəməsinin 2(103)-5874/2021 nömrəli iş üzrə 28 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – Q.Əsgərov (sədrlik edən və məruzəçi), A.İmanov və V.Sadıqov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilmiş, ilk iddia təmin olunaraq, MMC-dən 259.299,76 ABŞ dolları əsas borc, 73.799,928 ABŞ dolları əldən çıxmış fayda olmaqla, cəmi 333.099,688 ABŞ dolları (ödəniş günü Azərbaycan manatı məzənnəsi ilə) pul vəsaitinin tutulub iddiaçıya ödənilməsi qət edilmişdir.

9. Qətnamədən cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya insta nsiyası məhkəməsində ikinci icraat:

10. Kassasiya instansiyası məhkəməsinin 2(102)-815/2022 nömrəli iş üzrə 07 fevral 2022-ci il tarixli qərarı ilə (hakimlər – A.Hüseynov (sədrlik edən və məruzəçi), Ə.Nurməmmədov və Z.Əliyev) cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5874/2021 nömrəli iş üzrə 28 sentyabr 2021-ci il tarixli qətnaməsi ləğv olunaraq, işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır. Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat:

11. Apellyasiya instansiyası məhkəməsi Mülki kollegiyasının 2(103)-3332/2022 nömrəli iş üzrə 26 may 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər M.V.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Ə.Məhərrəmova və R.M.Hə sənov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi apelyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmışdır.

12. Qətnamədən iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya instansiyası məhkəməsində üçüncü icraat:

13. Kassasiya instansiyası məhkəməsinin 2(102)-5621/2022 nömrəli iş üzrə 11 noyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər – İ.Xələfov (sədrlik edən və məruzəçi), Vəkil2 və Ə.Əhmədov) İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 26 may 2022-ci il tarixli qətnaməsi ləğv olunaraq, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Apellyasiya instansiyası məhkəməsindəki dördüncü icraat:

14. Bakı Apellyasiya Məhkəməsinin 20 ap rel 2023-cü il tarixli 2(103)-1681/2023 nömrəli qətnaməsi ilə İddiaçı Müxtar oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 iyun 2020-ci il tarixli, 2(006)515/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə ilk iddia təmin edilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

15. Qətnamədən ilk iddia üzrə İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin 20 aprel 2023-cü il tarixli 2(103)-1681/2023 nömrəli qətnaməsinin ilkin iddia tələbi hissəsində ləğv edilməsi və ilkin iddia tələbinin tam təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

16. Qətnamədən ilkin iddia üzrə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cüil tarixli 2(103)- 1681/2023 saylı qətnaməsini qismən (ilkin iddia tələbinin 89.172 ABŞ dolları borcun tutulmasının iddia müddətinin tətbiq olunmaqla rədd edilməsi hissəsində) ləğv edilməsini; İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “259.299,76 ABŞ dolları pulun, 73.799,928 ABŞ dolları maddi ziyanın və 30 manat dövlət rüsumunun tutulması” tələbinə dair iddiasını “89.172 ABŞ dolları borcun tutulması hissəsində” də əsassız olması və sübuta yetirilməməsi ilə bağlı tamamilə rədd edilməsi barədə yeni qərar qəbul edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini qalan hissələrdə dəyişdirmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respubli kası Mülki Prosessual Məcəlləsi.

17. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər.

18. Maddə 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.1. Kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə;

19. Maddə 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır.

20. Maddə

409. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

21. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin mümkünlüyünü araşdıraraq, aşağıdakılara əsasən hesab edir ki, ilk iddia üzrə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və geri qaytarılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

22. Belə ki, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti daxil olduqda onu vermiş şəxsin kassasiy a şikayəti vermək hüququna malik olmasını, kassasiya şikayətinin qanunla müəyyən olunmuş müddətdə verildiyini, kassasiya şikayətinin qanunla nəzərdə tutulmuş forma və məzmun tələblərinə cavab verdiyini yoxlamalı, həmin qaydalara riayət olunduğu halda kassasiya şikayətini baxılması üçün kassasiya instansiyasına göndərməli, göstərilən tələblərə cavab vermədiyi halda isə, kassasiya şikayətinin geri qaytarılması barədə əsaslandırılmış qərardad çıxarmalıdır.

23. İş materiallarından görünür ki, ilk iddia üzrə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti prosessual tələblərə uyğun şəkildə verilsə də, ilk iddia üzrə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti MPM-nin 403.1-ci maddəsinin tələblərinin pozulması ilə verilmişdir. Belə ki, şikayət verilən apel lyasiya instansiyası məhkəməsinin qətnaməsindən məlum olur ki, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə yönəldilmiş ilk iddia rədd edilmişdir.İlk iddia üzrə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti də məhz apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ilk iddianın rədd edilməsi hissəsindən kassasiya şikayəti vermişdir ki, bu halda da ilk iddia üzrə cavabdehin təmin olunmamış tələbi olmadığına görə qətnamənin həmin hissəsindən kassasiya şikayəti vermək hüququ yoxdur.

24. Halbuki bu halda apellyasiya instansiyası məhkəməsi, kassasiya şikayəti verilməsi üçün MPM-nin 403.1-ci maddəsinə riayət olunmasını araşdırmaqla, ilk iddia üzrə cavabdehin kassasiya şikayətini geri qaytarmalı idi.

25. Beləliklə, ilki iddia üzrə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin kassasiya şika yəti icraata qəbul edilib baxıla bilməz.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 404-1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir.

27. Həmin Məcəllənin 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.

28. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki,, ilki iddia üzrə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin kassasiya şikayəti qeyri-mümkün hesab edilməli, geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir.

29. Məhkəm ə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 404-1-ci maddəsini rəhbər tutaraq, Qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1681/2023 saylı, 20 aprel 2023-cü il tarixli qətnaməsindən ilki iddia üzrə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. İlki iddia üzrə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar