Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3310/2022 09.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh X9 (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Departamenti və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi) qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3310/2022 (Açar sözlər: pulun ödənilməsi) Bakı şəhəri 9 avqust 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh X9 (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Departamenti və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi) qarşı pulun ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1736/2022 nömrəli, 17 fevral 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 9 avqust 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.2016-cı il tarixli, AN ******* saylı “Daşınmaz əmlakın alqı-satqısı müqaviləsi”nə əsasən İddiaçı 20 may 2016-cı il tarixdə mülkiyyət hüququ əsasında ona məxsus olan ünvan 1 ünvanda yerləşən 5 otaqlı fərdi yaşayış evini və 0,5894 ha torpaq sahəsini X1. 2. xx.xx.2016-cı il tarixli ödəniş tapşırığına əsasən X10 tərəfindən həmin tarixli alqısatqı müqaviləsi üzrə Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinə (benefisiar: X5) sadələşdirilmiş vergiyə görə 6563,70 manat köçürülmüşdür.
3. Bakı şəhəri 30 saylı Xüsusi notariat kontorunun xüsusi notariusu X8 İddiaçı ünvanlanmış xx.xx.2017-ci il tarixli məktubuna əsasən İddiaçı 5 ildən artıq qeydiyyatda olduğu evinin satışına görə ondan 6563,70 manat sadələşdirilmiş verginin tutulması həmin vəsaitin qaytarılması üçün müvafiq vergi orqanına müraciət etməsi tövsiyyə olunmuşdur.
4. Ədliyyə Nazirliyi tərəfindən Vergilər Nazirliyinə verilmiş sorğuya xx.xx.2016-cı il tarixli cavabla fiziki şəxsin 5 ildən artıq qeydiyyatda olduğu daşınmaz əmlakı təqdim etməsinə görə vergin in tutulmaması, bununla bağlı artıq ödənilmiş vəsaitin qaytarılması üçün İddiaçı müvafiq vergi orqanına müraciət etməsi tövsiyə olunmuşdur.
5. İddiaçı Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə ünvanlanmış xx.xx.2018-ci il tarixli ərizəsindən görünür ki, xx.xx.2016-cı il tarixli AN ******* saylı “Daşınmaz əmlakın alqı-satqısı müqaviləsi” rəsmiləşdirilərkən Bakı şəhəri 30 saylı Xüsusi notariat kontorunun xüsusi notariusu X3 ondan 6563,70 manat sadələşdirilmiş verginin tutulması və bu vəsaitin ona qaytarılması üçün həmin vəsaitin notariusun depozit hesabına köçürülməsi xahiş edilmişdir.
6. Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin Bakı şəhəri 30 saylı Xüsusi notariat kontorunun xüsusi notariusu X9 onun xx.xx.2019-cu il tarixli məktubuna c avab olaraq göndərilmiş məktuba əsasən şəxsi hesab vərəqəsində xx.xx.2018-ci il tarixə olan 13209,92 manat artıq ödəmənin 6721,23 manatı gələcək dövrün vergi öhdəliklərinə aid edildiyindən şəxsi hesab vərəqəsində cari tarixə 6488,69 manat artıq ödəmə məbləğinin olduğu, 6563,70 manat artıq ödəmənin olmadığı, bu səbəbdən də müraciətin icrasının mümkün olmaması qeyd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh X9 (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşayış sahəsinin təqdim edilməsinə görə cavabdehin ondan səhvən aldığı 6563,70 (altı min beş yüz altmış üç manat yetmiş qəpik) manat məbləğində sadələşdirilmiş verginin Bakı şəhəri 30 saylı xüsusi notariat kontorunun notariusu X6 alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, o, 20 may 2016-cı il tarixdə mülkiyyət hüququ əsasında ona məxsus olan fərdi yaşayış evinin və torpaq sahəsinin X2 barədə alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi zamanı həmin ünvanda 5 ildən artıq qeydiyyatda olmasına baxmayaraq cavabdeh yaşayış sahəsinin təqdim edilməsinə görə ondan səhvən 6563,70 (altı min beş yüz altmış üç manat yetmiş qəpik) manat məbləğində sadələşdirilmiş vergi tutmuşdur. Həmin məbləğin ona qaytarılması üçün dəfələrlə cavabdehə müraciətlər etsə də, o, müxtəlif bahənələrlə ondan artıq aldığı 6563,70 manatı geri qaytarmamışdır. Dəfələrlə aidiyyəti quruml ara yazılı müraciətlər etmiş, lakin müraciətləri müsbət həllini tapmamışdır.
9. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Departamenti və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb olunmuşlar.
10. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(007)-2430/2021 nömrəli 16 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Həqiqət Əhmədova) iddia təmin edilmişdir.
11. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, fiziki şəxs olan iddiaçı vergi sahəsində xüsusi biliyə sahib olmaya və belə əməliyyata görə ondan həmin vəsaitin tutulmasını bilməyə bilər. Əks təqdirdə bu, hər bir əməli yyat aparan fiziki şəxsin vergi ödəyicisi kimi qeydiyyata alınmaqla vergi hesablamalı olmasına şərait yarada bilər. Ona görə də, əməliyyatın aparıldığı vaxt qüvvədə olan qanunvericilik fiziki şəxsin əmlakını özgəninkiləşdirərkən vergiyə cəlb ediləcəyi halda belə bir vəsaitin tutulması vəzifəsini həmin əməliyyatı həyata keçirən notariusa həvalə etmişdir. Qeyd olunan vəsaitin səhvən tutulması halında isə onun qaytarılmasının qanunvericilikdə xüsusi proseduru da müəyyən edilmişdir.
12. Məhkəmə öz mövqeyini 1 yanvar 2016-cı il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 150.1.9-cu maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 313 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdə n sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”na istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
13. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1736/2022 nömrəli mülki iş üzrə 17 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Elnur Həsənov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Vahid Sadıqov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, yeni qətnamə çıxarılmaqla iddia tələbinin təmin olunmaması qət edilmişdir.
15. Apel lyasiya instansiyası məhkəməsinə görə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğun olmamaqla, məhkəmə maddi hüquq normasını düzgün tətbiq etməmişdir.
16. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının bağladığı alqı-satqı müqaviləsini rəsmiləşdirən notarius vergi agenti olaraq üzərinə qoyulan vəzifəni icra etmiş, iddiaçıdan səhvən tutulan vergi məbləği dövlət büdcəsinə köçürülmüş, həmin vəsaitin geri qaytarılması barədə notariusun, eləcə də iddiaçının vergi orqanına ünvanladıqları müraciət isə həmin orqan tərəfindən müsbət həll olunmamışdır. Halbuki, Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliy yə sanksiyalarının qaytarılması Qaydaları”na görə vergi orqanı səhvən ödənilən vergi məbləğini notariusun depozit hesabına qaytarmalı, notarius isə bu məbləği iddiaçıya ödəməli idi. Beləliklə, iddiaçıdan tutulmuş pul vəsaiti dövlət büdcəsinə ödənildiyindən və ödəmənin həyata keçirilməsində notarius yalnız vergi agenti qismində çıxış etdiyindən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən həmin məbləğ vergi orqanlarından tələb oluna bilər.
17. Kollegiyanın qənaətinə görə, vergi agenti qismində fəaliyyət göstərərkən yol verdiyi səhvə görə iddiaçıdan tutulmuş vergi məbləğinə münasibətdə notariusu əsassız varlanmış şəxs hesab etmək və həmin məbləği ondan tutmaq mümkün deyildir.
18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091, 1092.1, 1092. 3-cü, 1 yanvar 2016-cı il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 150.1.9-cu maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 313 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”na istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
19. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
20. Kassator hesab etmişdir ki, hazırkı mülki mübahisəyə M ülki Məcəllənin 21.1 və 21.2-ci maddələri tətbiq olunmalı, vurulmuş real zərərin əvəzi notarius tərəfindən ödənilməlidir. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnamədə maddi hüquq normalarını pozaraq, tərəflər arasında yaranmış hüquq münasibətlərdən əmələ gələn hüquqi mübahisəni vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi kimi deyil, əsassız varlanmadan irəli gələn pul tələbi kimi dəyərləndirməklə səhvə yol vermişdir.
21. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1092.1, 1092.2, 1097.1-ci, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 11ci, 1 yanvar 2016-cı il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 150.1.9, 150.3-1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 313 nömr əli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”na istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq 1 yanvar 2016-cı il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Vergilər Məcəlləsi
23. Maddə 150.1.9. Torpaq, yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi (fiziki şəxsin azı 5 (beş) il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi, bu Məcəllənin 102.1.3.2-ci, 102.1.18-ci, 106.1.16-cı, 144.1.1ci və 144.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda təqdim edilmə, həmçinin bu Məcəllənin 221.5-ci maddəsinə uyğun olaraq sadələşdirilmiş vergi hesablanmış tikinti sahələrinin həmin bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs tərəfindən təqdim edilməsi halları istisna olmaqla) üzrə müqavilələri təsdiq edən notarius vergi agenti qismində ödəmə mənbəyində vergini tutmağa borcludur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
24. Maddə 1091. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
25. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhr um olanın tələbi ilə ona qaytarmalıdır.
26. Maddə 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 313 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”
27. Bənd 3.1. Vergi ödəyicisi artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (1 nömrəli əlavə) ilə bu Qaydaların 1.2.1-ci yarımbəndi nəzərə alınmaqla aidiyyəti üzrə vergi orqanlarına və ya gömrük orqanlarına, özəlləşdirilməsi başa çatmış dövlət əml akına görə ödənilmiş əmlak vergisinin qaytarılması barədə ərizə (2 nömrəli əlavə) ilə vergi orqanına, sığortaedən artıq ödənilmiş məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına, sığortalı isə artıq ödənilmiş icbari tibbi sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına müraciət etməlidir.
28. Bənd 3.2. Büdcəyə artıq ödəmələrin qaytarılması üçün ərizə vergi ödəyicisinin sığortaedənin və ya sığortalının qeydiyyatda olduğu vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara təqdim olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sü butları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəti cələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
35. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş material larında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir.
37. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiy a instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
39. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
40. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə b axılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın rədd edilməsi barədə nəticəsi mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.
41. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1736/2022 nömrəli, 17 fevral 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Hakimlər İlqar Xələfov Ələsgər Əliyev