Məhkəmə qərarları › İş №2(102)-3312/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3312/2022

04.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3312/2022 04.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh2 qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-9385/2021 nömrəli, 13 oktyab r 2021-ci il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə 4 avqust 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçılar İddiaçı1 və İddiaçı2 (bundan sonra-iddiaçılar) "xxxx" MMC-yə süni mayalanma vasitəsi ilə övlad sahibi olmaq üçün müraciət etmişlər. İddiaçılar tərəfində ödəniş edildikdən sonra əməliyyat aparılmış, lakin cavab neqativ olmuş və süni mayalanma alınmamışdır.

2. İddiaçı2 xx.xx.2020-ci il tarixdə imzaladığı “Xəstə razılığı”nda o, əməliyyatın və göstərilən xidmətlərin nəticələrindən asılı olmayaraq, xəstəxanaya ödədiyi (ƏDV daxil) 1840 manat məbləğin ona geri ödənilməyəcəyini qəbul etmiş, müqavilədə nəzərdə tutulmamış xidmətlərin (fəsad, proqramda nəzərdə tutulan yatış günündən əlavə yatış və əlavə tibbi zəruriyyətli cərrahi müdaxilə halları) qarşılığı olaraq “Qiymət Cədvəli” əsasında fakturada müəyyənləşdiriləcək məbləği xəstəxanaya ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. 3. "xxxx" MMC ilə xəstə (arvad) İddiaçı2 və xəstə yaxını (ər) İddiaçı1 arasında xx.xx.2020-ci il tarixdə imzalanmış “Süni mayalanmaya görə tibbi xidmət müqaviləsi”nin 1.6-cı maddəsindən görünür ki, müdaxilə hər zaman hamiləliklə nəticələnməyə bilər: hamiləlik olsa belə, normal bir uşaqla nəticələnməyə bilər. Həmin Müqavilənin 3.1-ci maddəsində ”Xəstə” və ya “Xəstə yaxını” nəticəsindən asılı olmayaraq göstərilən tibbi xidmətin qarşılığı olan (ƏDV daxil) 1840 manat məbləği xidmətin nəticəsindən asılı olmayaraq ödəməlidir. Həmin Müqavilənin 3.3-cü maddəsinə əsasən ”Xəstə” və ya “Xəstə y axını” hazırki müqavilə ilə nəzərdə tutulmamış xidmətlərin göstərilməsi, fəsad, proqramda nəzərdə tutulan yatış günündən əlavə yatış və əlavə tibbi zəruriyyətli cərrahi müdaxilə hallarında göstəriləcək xidmətlərin qarşılığı olaraq fakturada müəyyənləşdiriləcək məbləği müqavilənin 3.1-ci maddəsində göstərilən məbləğdən əlavə olaraq ödəməyi öhdəsinə götürür. 4. "xxxx" MMC-nin arayışından görünür ki, tibbi xidmətin qarşılığı olaraq İddiaçı2 tərəfindən xəstəxanaya 2785,49 manat ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçılar cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər müştərək qaydada ödədiyi 8140 manat məbləğində pulun və 10 000 manat məbləğində mənəvi zərərin alınıb onlara öd ənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, onların iki qız övladları var və qərara almışlar ki, oğlan övladları da olsun və bu məqsədlə Bakı şəhərinə gedib X2-qinekoloji şöbəsinin müdiri Cavabdeh2 ilə məsləhətləşmişlər. Həkim Cavabdeh2 onlara demişdir ki, süni mayalanma vasitəsi ilə cins problemini həll edə bilirlər. Bunun xərci isə cəmi 7000 manat edir. Əlavə olaraq o bildirdi ki, bu məbləğə əkiz oğlan uşağı da yaratmaq mümkündür. Onlar bildirdilər ki, iki oğlan övladı istəyirlər, amma əkiz yox tək-tək. Mahirə həkim demişdir ki, mümkündür, amma belə halda əlavə 3500 manat ödəməlidirlər. Həm də uşaqların doğulmasının arası müəyyən müddət keçməlidir. Onlar bildirmişlər ki, əgər nəticəyə 100 faiz söz verirsə, bu qədər xər ci cəkərlər. Həm də uşağın keyser yolu ilə deyil, təbii doğuş olacağını istəyirlər. Mahirə həkim onlara 100 faiz söz vermişdir. Bundan sonra Bakıda Mahirə xanım, Gəncə şəhərində X1 Mahirə həkimin rəhbərliyi ilə Pərvinə həkim müalicəyə başladılar. Onlar transferədək 7000 manat xərc çəkmişlər. Transfer vaxtı əlavə onlardan 740 manat pul tələb olundu. Onlar xərcin bu qədər artmasına narazılıq etmişlər. Həkim isə bildirmişdir ki, pulu ödəməsələr transfer edilməyəcək. Məcbur olub əlavə 740 manat pulu ödəmişlər. Onlar həkimə bildirmişlər ki, maddi cəhətdən imkanları azdır. Gəncədən Bakı şəhərinə teztez gələ bilmirlər. Mahirə həkim demişdir ki, cəmi bir dəfə gələcəklər. Amma onlar əlavə xərc çəkib, 3-4 dəfə getmişlər. Sonra onlara dedilər ki, transfer edilib, hər şey uğurla keçmişdir. Ancaq bir müddətdən sonra dedilər ki, qan analizi göstərmişdir ki, gözlənilən nəticə alınmamışdır. Onlar Mahirə həkimə demişlər ki, o, istədikləri nəticənin alınacağına onlara 100 faiz söz vermişdir. O isə onlara söz verdiyini boynuna almamışdır. Hazırda bir oğlan uşağının transferi üçün imkan qalır. Ancaq Mahirə həkim buna da zəmanət vermir. Ona görə də, çətin vəziyyətdə qalıb məhkəməyə müraciət etməli olmuşlar. Beləliklə, cavabdeh Mahirə həkimin onları aldatması nəticəsində həm çəkdikləri xərc, həm də zəhmətləri itirilmişdir. Cavabdehlərin hərəkəti nəticəsində onlara Bakı Mərkəzi Klinik Xəstəxanasına transfer və müalicə üçün ödədikləri 7740 manat, Bakı şəhərinə gedibgəldikləri üçün ödənilən 400 manat, cəmi 8140 manat maddi ziyan dəymişdir. Məhkəməyə təqdim etdikləri qəbzlər transfer və həkim qəbu lunun qəbzləridir. Onlar cavabdehlərdən onlara vurulmuş ziyanı tələb etmələrinə baxmayaraq, cavabdehlər həmin ziyanı ödəməkdən imtina etmişlər. Mahirə həkimdən çəkdikləri xərcin geri qaytarılmasını tələb etdikdə bildirdi ki, özləri müqaviləyə imza edib hər şeylə razılaşmışlar. Onlara pul qaytarmalı deyillər. Əslində isə onlara heç bir müqavilə təqdim edilməmişdir. Müalicə qurtarana yaxın onlara hansısa sənədə imza etdirdilər. Soruşdular ki, bu nə sənəddir, bildirdilər ki, işin arasında bu da olmalıdır. Onlar nağd odədikləri puldan başqa mənəvi ziyana düşmüşlər. Belə ki, iki il müddətində dəfələrlə sarsıntı keçirmişlər, həyat yoldaşı mənasız yerə orqanizm üçün zərəli olan ağır müalicələr götürmüşdür. Nəticədə isə bütün ümidləri puç olmuşdur. Hazırda hər ikisinin əsəbləri tam pozulmuşdur.

7. Məhkəmə iclasında cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək onun əsassız olduğundan təmin edilmədən saxlanılmasını xahiş etmiş və izahat verərək bildirmişdir ki, iddiaçılar 2020-ci ildə MKX-ya süni mayalanma üçün müraciət etmişlər. Aparılan müvafiq müayinələrdən sonra İddiaçı2 xx.xx.2020-ci il tarixində yumurta toplama icra edilmiş və həmin gün ərindən alınan spermlə mayalandırılmışdır və 3 embrion blast mərhələyə çatmış və dondurulmuşdur. xx.xx.2021-ci il tarixdə bu embrionlar İddiaçı2 transfer olunmuşdur. 15 gün sonra cavab neqativ olmuş və süni mayalanma alınmamışdır. Hal-hazırda onların bir embrionu var və müvafiq ödənişlər edildikdən sonra həmin embrion transfer edilə bilər. Transferin alınmaması isə tibbi cəhətdən tamamilə mümkündür və bu özünü tər əflər arasında imzalanmış xx.xx.2021-ci il tarixli Süni Mayalanmaya görə Tibbi Xidmət müqaviləsində öz əksini tapmışdır. Belə ki, müqavilənin 1.6-cı bəndində hamiləliyin baş verməməsi ehtimalı öz əksini tapmışdır. Eyni zamanda iddiaçılarla xəstəxana arasında bağlanmış “Xəstə razılığı” və “Xəstə yaxını razılığı”na əsasən xidmətin nəticəsindən asılı olmayaq iddiaçılar tələb irəli sürməməyi öhdələrinə götürmüşlər. Eyni zamanda valideynlərin istəyi əsasında uşaqların cinsinin seçilməsi barədə deyilən məsələlər tam absurddur və Respublikada belə xidmət mövcud deyil. Lakin tərəf öz istəyi ilə mayalandırılmış embrionları öz vəsaiti hesabına xarici ölkəyə göndərmişdir. Əgər iddiaçılar özləri və öz vəsaiti hesabına cins seçimi üçün embrionları xarici ölkəyə göndərirsə, əvvəlcədən onlara oğlan söz v erilməsi barədə yazdıqları absurddur.

8. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(009)-1521/2021 nömrəli iş üzrə 23 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim Mədinə Bağırova) iddia təmin edilməmişdir.

9. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, iddiaçılarla xəstəxana arasında bağlanmış xəstə razılığı və xəstə yaxını razılığına əsasən onlar əməliyyatın və göstərilən xidmətlərin nəticələrindən asılı olmayaraq, xəstəxanaya ödədikləri (ƏDV daxil) 1840 manat məbləğin onlara geri ödənilməyəcəyini qəbul etmiş, müqavilədə nəzərdə tutulmamış xidmətlərin (fəsad, proqramda nəzərdə tutulan yatış günündən əlavə yatış və əlavə tibbi zəruriyyətli cərrahi müdaxilə halları) qarşılığı olaraq “Qiymət Cədvəli” əsasında fakturada müəyyənlə şdiriləcək məbləği xəstəxanaya ödəmək öhdəliyini öz üzərinə götürmüşlər. İddiaçılar xəstəxana ilə “Süni mayalanmaya görə tibbi xidmət müqaviləsi” bağlayaraq müqavilənin bütün şərtləri ilə, o cümlədən “Müdaxilə hər zaman hamiləliklə nəticələnməyə bilər: hamiləlik olsa belə, normal bir uşaqla nəticələnməyə bilər” şərti ilə razılaşdıqlarına dair iradə ifadələrini bildirmişlər. Həmin müqavilə ilə iddiaçılar ortaya çıxa biləcək nəticələri həkim və xəstəxana əleyhinə istifadə etməmək barədə öhdəlik götürmüşlər.

10. İddiaçılar cavabdehlərin hərəkətləri nəticəsində onlara 8140 manat maddi ziyan dəydiyini iddia etsələr də, həmin tələblə bağlı sübutları məhkəməyə təqdim etməmişlər. Belə ki, qanunvericiliyin tələblərinə əsasən ziyanın tələb edilməsi üçün ilk növbədə zərərvuran qismində göstərilən şəx sin hərəkətlərində zərərçəkmiş şəxsə qarşı yönəlmiş hüquqi zidd hərəkətləri sübut olunmalı və vurulmuş ziyanın məhz həmin hərəkətlər nəticəsində əmələ gəlməsi təsdiq olunmalıdır. İddiaçılar isə cavabdehin hərəkətləri nəticəsində onlara 8140 manat maddi və 10000 manat mənəvi ziyan vurulması ilə bağlı hər hansı mötəbər sübutlar təqdim edə bilməmişlər.

11. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 1096, 1097.1, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. İddiaçılar apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti iddia ərizəsinin məzmuna uyğun əsaslandırılmışdır.

14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-9385/2021 nömrəli iş üzrə 13 oktyabr 2021ci il tarixli qətnaməsi ilə (hakimlər – Azad İmanov (sədrlik edən və məruzəçi), Qürbət Əsgərov və Vahid Sadıqov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla mübahisələndirilən hissədə iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

16. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 1096, 1097.1 Mülki Prosess ual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

17. İddiaçılar kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya məhkəməsi qətnaməsində yanlış nəticəyə gələrək düzgün olmayan qətnamə çıxarmışdır. Apellyasiya məhkəməsi lazımi araşdırmaları aparmadan, tələmtələsik, başdansovdu, əsassız qətnamə çıxarmışdır. İddiaçıların cavabdeh tərəfə ödədikləri və məhkəməyə təqdim etdikləri pul qəbzlərindən, xəstəxanaya daxil olma qeydlərindən aydın görünür ki, iddiaçılar tərəfindən hələ qətnamədə göstərilən müqavilələrə imza etməmişdən əvvəl cavabdeh "xxxx" MMC və cavabdeh Mahirə həkimin göstərişi əsasında “X3”nın hesabına artıq pul keçirilmişdir. İddiaçıların məhkəməyə təqdim etdikləri reseptdən aydın görünür ki, qətnamədə adı çəkilən müqavilələrə iddiaçılar tərəfindən imza edilmədən 10 gün əvvəl artıq müalicə başlanmışdır.Müalicə xx.xx.2020-ci ilədək davam etmişdir. Həmin vaxt müalicəyə 1700 manata qədər pul xərclənmişdir. Əvvəl həkim onlara 3 kurs müalicə götürmələri olacaqları barədə bildirsə də sonradan 4 kurs müalicə etmişlər.

19. Apellyasiya məhkəməsi əsassız olaraq qətnamədə qeyd etmişdir ki, iddiaçılar cavabdehin hərəkətləri nəticəsinə onlara 8140 manat maddi və 10000 manat mənəvi ziyan vurulması ilə bağlı hər hansı mötəbər sübutlar təqdim edə bilməmişlər.

20. Apellyasiya Məhkəməsinin qətnamədə göstərdiyi dəlillər işin hallarına u yğun deyildir.Bu da məhkəmədə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlməsinə səbəb olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

22. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

23. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərə rvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Prosessual Məcəllə

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

28. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

29. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

30. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

31. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətin dən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

32. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçılar tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunma ması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

35. İddiaçıların verdikləri kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi t ərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

36. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən təl əblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.

38. Yuxarıda gös tərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-9385/2021 nömrəli, 13 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar