Məhkəmə qərarları › İş №2(102)-3318/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3318/2022

07.06.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3318/2022 07.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qiymətləndirmənin nəticələrinin ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı qiymətləndirmənin nəticələrinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2285/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 07 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazı lı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları

1. Nərimanov rayon Məhkəməsinin 30 may 2019-cu il tarixli, 2(005)- 1987/2019 saylı qətnaməsi ilə iddiaçının cavabdeh X2 qarşı «borcun etirafı haqqında müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair iddiası təmin edilməmiş, qarşılıqlı iddia təmin edilməklə, iddiaçıdan X1 xeyrinə 123 100 ABŞ dolları tutulması qət edilmişdir.

2. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 oktyabr 2019-cu il tarixli 2(103)11129\2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Nərimanov rayon Məhkəməsinin 30 may 2019-cu il tarixli, 2(005)-1987/2019 saylı qətnaməsi dəyişdirilmiş, iddiaçıdan 113 100 ABŞ dolları və iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsümunun əvəzi olaraq 30 (otuz)manat mə bləğində pul vəsaitinin tutularaq X2 ödənilməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus «Temsa Safari SD Avtobus» markalı **-BT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin, Şabran rayonu, Dəvəçi kəndi və Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində yerləşən 8 ədəd ümumi sahəsi 2,93 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin Cavabdeh MMC tərəfindən qiymətləndirilməsi barədə xx.xx.2021-ci il tarixli QXM-3101 saylı qiymətləndirmə hesabatlarının (qiymətləndirmənin nəticələri barədə hesabatın) ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı iddia tələbini onunla əsaslandırmışd ır ki, Bakı Apellyasiya Məhkəməsinin 8(105)-78/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə qətnamənin icrasının təmin edilməsi məqsədi ilə iddiaçıya məxsus avtobus və 8 ədəd torpaq sahəsi üzərinə həbs qoyulmuşdur. Məhkəmə qərarının icrası Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə tapşırılmışdır. Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli qərarı və 406/2021-ci il tarixli müraciətinə əsasən iddiaçıya məxsus «Temsa Safari SD Avtobus» markalı **-BT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin, habelə iddiaçıya məxsus olan Şabran rayonu, Dəvəçi kəndi və Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində yerləşən 8 ədəd ümumi sahəsi 2,93 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin qiymətləndirilməsi cavabdehə həvalə edilmişdir. Cavabdeh tərəfindən hazırlanmış qiymətləndirmə nin nəticələri barədə hesabatı (rəyi) ilə «Temsa Safari SD Avtobus» markalı **-BT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2021-ci il tarixə bazar qiyməti 40 000 manat, Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində yerləşən 0,80 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 16 000 manat, 1.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 20 000 manat, 0,6 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 1200 manat, 0,12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 2 400 manat, 0,39 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 7 800 manat, 0,38 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 7600 manat, 0,03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 600 manat və Şabran rayonu, Dəvəçi kəndində 0,15 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 3 000 manat miqdarında müəyyən edilmişdir. Cavabdeh MMC t ərəfindən nə «Temsa Safari SD Avtobus» markalı nəqliyyat vasitəsi nə də ki, qeyd olunan 8 ədəd torpaq sahəsi düzgün qiymətləndirilməmiş, qoyulmuş qiymət əsassız olmuş və real bazar dəyərindən əhəmiyyətli dərəcədə aşağıdır. Belə ki, qiymətləndirmə obyekti olan «Temsa Safari SD Avtobus» markalı nəqliyyat vasitəsinin texniki sənədlərindən göründüyü kimi, nəqliyyat vasitəsinin buraxılış(istehsal)ili 2010-cu il olmaqla, kifayət qədər yenidir. Həmçinin avtonəqliyyat vasitəsinin texniki vəziyyəti də tam saz vəziyyətdə olmaqla, istismara tam yararlı və görünüşcə yenidən demək olar ki, fərqlənmir. Hətta cavabdeh qiymətləndirici tərəfindən avtonəqliyyat vasitəsinin texniki qeydiyyat sənədlərinə belə istinad edilməmiş, onun istismar vəziyyəti qiymətləndirilməmişdir. İddiaçının müraciəti əsasında, o na məxsus yuxarıda bəhs olunan «Temsa Safari SD Avtobus» markalı nəqliyyat vasitəsinin qiymətləndirilməsini “X5” MMC tərəfindən də qiymətləndirmə həyata keçirilmiş və ona 80 000 manat müəyyən edilmişdir. Bundan əlavə, ölkəmizdə avtonəqliyyat vastələrinin satışı ilə bağlı hamının tanıdığı, populyar “Turbo.az” saytında olan məlumatlardan göründüyü kimi (https://turbo.az/autos/5285719-man-temsa ), “MAN” markalı, 2008-ci buraxılış ili olan “Temsa” modelli safari avtobusunun satış qiyməti (bazar qiyməti) 200 000 (iki yüz min) AZN müəyyən edilmişdir. Bundan başqa, CavabdehMMC tərəfindən iddiaçıya məxsus 8 ədəd torpaq sahəsinin də qiymətləndirilməsi ilə, “X5” MMC-nin qiymətləndirilməsi arasında ikiqat fərq vardır. Yuxarıda göstərilənlər təsdiq edir ki, CavabdehMMC tərəfindən verilmiş qiymətləndir mənin nəticələri haqqında hesabat tamamilə əsassız və qərəzli olmaqla, hüquqlarını təmsil etdiyi şəxsin hüquqlarının ciddi şəkildə pozulmasına yönəlmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

5. Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin (hakim X3) 2(004)-5673/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.

6. Məhkəmə öz mövqeyini əsaslandıraraq qeyd etmişdir ki, iddiaçı iddiasının əsaslarından biri kimi ona məxsus avtobusun kifayət qədər yeni olmasını, texniki vəziyətinə görə tam saz olmaqla, istismara tam yararlı olmasını və görünüşünə görə yeni avtobusdan demək olar ki, fərqlənməməsini göstərmişdir. Lakin həmin avtobusun qiymətləndirici tərəfindən çəkilmiş fotoşəkillərindən belə görünmüşdür ki, avtobus çox istismar olunması nəticəsində çox köhnə vəziyyətdədir. Belə ki, təkərləri köhnə, çöl dəmirləri karroziyaya ugramış, salonu çox köhnə vəziyyətdədir, qiymətləndirici tərəfindən aparılmış qeydiyyata əsasən də əsaslı təmirə ehtiyacı vardır. Bu hal da bir daha avtobusun fotoşəkilləri ilə təsdiq edilmişdir.

7. Məhkəmə göstərilənlərə əsasən hesab etmişdir ki, cavabdeh tərəfindən verilmiş rəy obyektiv olmuşdur və etibarsızlığı üçün əsaslar yoxdur, yenidən ekspert qiymətləndirilməsinə zərurət yoxdur. Bundan əlavə məhkəmə hesab etmişdir ki, hazırki iddia Bakı Apelyasiya Məhkəməsinin qətnaməsinin icrasına maneçilik törədilməsi məqsədi ilə süni olaraq qaldırılmışdır. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2.-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməs i, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır.

8. Məhkəmə öz mövqeyini əsaslandırarkən «Qiymətləndirmə fəaliyyəti haqqında» Qanununun 8-ci maddəsinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim X3) 14 dekabr 2021-ci il tarixli, 2(004)-5673/2021 saylı qətnaməsindən iddiaçı apellyasiya şikayəti vermişdir.

10. İddiaçı apelyasiya şikayəti verərək, onun ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş və şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmışdır.

11. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2285/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə (hakimlər X7 (sədrlik edən və məruzəçi), X4 və X8) apellyasiya şikayəti qismən təmin olunmuş, İş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli, 2(004)-5673/2021 saylı qətnaməsi ləğv edilmiş, mülki iş üzrə icraata xitam verilmişdir.

12. Məhkəmə kollegiyası öz mövqeyini əsaslandıraraq qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 oktyabr 2019-cu il tarixli, 2(103)11129/2019 saylı icra vərəqəsinə əsasən, İddiaçı 113.100 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı e kvivalenti ilə) və iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat tutularaq X2 ödənilməlidir. İcra vərəqəsi icra olunması üçün Xaçmaz rayon İcra şöbəsinə göndərilmiş və həmin şöbə tərəfindən xx.xx.2020-ci il tarixli qərarla icra icraatına başlanılmış, tələb könüllü icra müddətində icra edilmədiyi üçün icra sənədinin icrası ilə bağlı xx.xx.2020-ci il tarixdə borclu İddiaçı məxsus 8 ədəd torpaq sahəsinin və 2 ədəd nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması və tələbin həmin əmlaka yönəldilməsi barədə Xaçmaz Rayon Məhkəməsinə təqdimatla müraciət olunmuşdur. Həmin Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə təqdimat təmin edilməmiş, tələbkar X6 qeyd olunan qərardaddan apellyasiya şikayəti vermiş və Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020- ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, rayon məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2020-ci il tarixdə yenidən borlcuya məxsus daşınar və daşınmaz əşyaların üzərinə həbs qoyulması və tələbin həmin əmlaka yönəldilməsi barədə Xaçmaz Rayon Məhkəməsinə təqdimatla müraciət olunmuş, həmin Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə təqdimat tam təmin olunmuş, borclunun bu qərardaddan verdiyi apellyasiya şikayəti isə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə qismən təmin olunaraq, rayon məhkəməsinin qərardadı nəqliyyat vasitələrinin birinə aid hissədə ləğv olunmuş, qalan hissədə («Temsa Safari SD Avtobus» markalı **-BT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin və Şabran rayonu, Dəvəçi kəndi və Xaçmaz rayonu, Köhnə X açmaz kəndində yerləşən 8 ədəd ümumi sahəsi 2,93 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin üzərinə həbs qoyulması) dəyişdirilmədən saxlanılmışdır. İcra sənədinin icrasını təmin etmək məqsədilə borcluya məxsus üzərinə həbs qoyulmuş daşınar və daşınmaz əşyaların qiymətləndirilməsi üçün qiymətləndiricinin dəvət olunması haqqında qərar qəbul olunmuş və Cavabdeh MMC-yə göndərilmişdir. Qeyd olunan əmlak qiymətləndirildikdən sonra, qiymətləndirmə rəyindən narazı qalan borclu qiymətləndirmənin nəticələrinin ləğv olunması üçün şikayət vermiş, buna görə də, həmin əşyaların açıq hərracda satılması və icra sənədinin icra edilməsi mümkün olmamışdır (əsas: Ədliyyə Nazirliyi Xaçmaz rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli, 194/2022 saylı məktubu)

13. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazı rkı iş üzrə İddiaçı məxsus icra icraatı çərçivəsində üzərinə həbs qoyulmuş əmlak barəsində hərrac keçirilməmiş (əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi-vəkili Vəkil və tələbkar X6 da izahatlarında bu halı təsdiqləmişlər) və borclu qeyd olunan daşınar və daşınmaz əşyaların ilkin satış qiymətini hərracın keçrilməsinədək olan dövr ərzində mübahisələndirimişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” 24 noyabr 2021-ci il tarixli, 02/2021 saylı qərardadında qeyd olunmuşdur ki, “İcra haqqında” Qanunun 51-ci maddəsindən, habelə yuxarıda qeyd edilən digər müddəalarından belə qənaət hasil olur ki, icra icraatı çərçivəsində borclunun ipoteka predmeti olmayan əmlakının, notariusun icra qeydi əsasında tutma yönəldilmiş ipoteka predmeti olan əmlakının, habelə vergi ödəyicisi kimi siyahıya alınmış əmlakının ilkin (başlanğıc) satış qiyməti qiymətləndiricilərdən alınan rəylər əsasında icra məmuru tərəfindən müəyyənləşdirilir. Bu baxımdan, məhkəmə tərkibi hesab etmişdir ki, borclunun ipoteka predmeti olmayan əmlakının, notariusun icra qeydi əsasında tutma yönəldilmiş ipoteka predmeti olan əmlakının, habelə vergi ödəyicisi kimi siyahıya alınmış əmlakının ilkin (başlanğıc) satış qiyməti hərracın keçirilməsinədək olan dövr ərzində iddia icraatı qaydasında deyil, icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında mübahisələndirilməlidir. Belə ki, “İcra haqqında” Qanunun 51-ci maddəsində icra məmurunun müvafiq qiymətləndiricini dəvət etmək səlahiyyəti nəzərdə tutulmuşdur. Bu baxımdan dəvət edilmiş qiymətləndiricinin rəyindəki müvafiq (başlanğıc) qiymətlə əmlakın hərraca çıxarılmasına dair sifariş vermək hüququ da icra məmuruna aiddir. Belə olan halda, hərrac keçirilənədək həmin qiymət, onu öz sifarişində əsas götürən icra məmurunun hərəkətindən verilən şikayət qaydasında mübahisələndirilə bilər. Hərrac keçirildikdən sonra isə qiymət “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 8-ci maddəsinə uyğun olaraq iddia icraatı qaydasında mübahisələndirilməlidir.

14. Belə olan halda, məhkəmə kollegiyası hesab etmişdir ki, hazırkı mərhələdə borclunun əmlakının ilkin satış qiymətinin mübahisələndirilməsi ilə bağlı məsələyə yeni iddia vermək yolu ilə deyil, yalnız icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında baxıla bilər. Qeyd edilən icraatlar isə fərqli olmaqla, özlərində, həmçinin müvafiq icraat qaydasını («Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair» Təlimata uyğun olaraq müxtəlif indeksləri) ehtiva edirlər.

15. Belə olan halda isə, yəni birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulduğundan, nəticədə qəbul edilmiş qətnamə qanuni və əsaslı hesab edilə bilməz.

16. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiyasının 62, Mülki Prosessual Məcəllənin (bundan sonra MPM) 261 –ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2285/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadından iddiaçı (Vəkil qızı) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

18. Şikayət onunla əsaslandırılmışdır ki, İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. 6.2. Eyni zamanda, torpaqla bağlımüqavilələrdən (alqı-satqı, o cümlədən, torpağın hərrac vasitəsi ilə satılması, icarəyə verilməsi və s.) irəli gələn mübahisələrə, bu müqavilələrin iştirakçılarının statusundan asılı olmayaraq, mülki məhkəmə icraatı qaydasında baxılır. 7.1. İnzibati orqanların qanunsuz qə rarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan məsuliyyət daşıyır. Maraqlı şəxsin vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi barədə tələbi inzibati orqan tərəfindən təmin edilmədikdə, bununla bağlı iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Nəzərinizə catdırıram ki, icraci nə avtobusa nə də ki 8 ədəd torpağa qiymət qoymayıb o, sadəcə olaraq İcra sənədinin icrasını təmin etmək məqsədilə borcluya məxsus üzərinə həbs qoyulmuş daşınar və daşınmaz əşyaların qiymətləndirilməsi üçün qiymətləndiricinin dəvət olunması haqqında qərar qəbul etmişdir.

19. Kassator qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir.

20. Kassator öz mövqeyini əsaslandırarkən MPM-in 14, 77, 88, 217, Azərbaycan RespublikasıAli Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunveri ciliyin tətbiqi üzrə” 24 noyabr 2021-ci il tarixli, 02/2021 saylı qərardadına istinad etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

25. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə o lan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

26. Maddə 261 Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə;

27. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

28. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

29. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hall arını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

30. Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

32. Məhkəmə qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 oktyabr 2019-cu il tarixli, 2(103)-11129/2019 saylı icra vərəqəsinə əsasən, İddiaçı 113.100 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) və iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat tutularaq X2 ödənilməlidir. İcra vərəqəsi icra olunması üçün Xaçmaz ra yon İcra şöbəsinə göndərilmiş və həmin şöbə tərəfindən xx.xx.2020-ci il tarixli qərarla icra icraatına başlanılmış, tələb könüllü icra müddətində icra edilmədiyi üçün icra sənədinin icrası ilə bağlı xx.xx.2020-ci il tarixdə borclu İddiaçı məxsus 8 ədəd torpaq sahəsinin və 2 ədəd nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması və tələbin həmin əmlaka yönəldilməsi barədə Xaçmaz Rayon Məhkəməsinə təqdimatla müraciət olunmuşdur. Həmin Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə təqdimat təmin edilməmiş, tələbkar X6 qeyd olunan qərardaddan apellyasiya şikayəti vermiş və Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, rayon məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2020-ci il tarixdə yenidən borlcuya məxsus daşınar və daşı nmaz əşyaların üzərinə həbs qoyulması və tələbin həmin əmlaka yönəldilməsi barədə Xaçmaz Rayon Məhkəməsinə təqdimatla müraciət olunmuş, həmin Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə təqdimat tam təmin olunmuş, borclunun bu qərardaddan verdiyi apellyasiya şikayəti isə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə qismən təmin olunaraq, rayon məhkəməsinin qərardadı nəqliyyat vasitələrinin birinə aid hissədə ləğv olunmuş, qalan hissədə («Temsa Safari SD Avtobus» markalı **-BT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin və Şabran rayonu, Dəvəçi kəndi və Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində yerləşən 8 ədəd ümumi sahəsi 2,93 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin üzərinə həbs qoyulması) dəyişdirilmədən saxlanılmışdır. İcra sənədinin icrasını təmin etmək məqsədilə borcluya məxsus üzərinə həbs qoyulmuş daşınar və daşınmaz əşyaların qiymətləndirilməsi üçün qiymətləndiricinin dəvət olunması haqqında qərar qəbul olunmuş və Cavabdeh MMC-yə göndərilmişdir. Qeyd olunan əmlak qiymətləndirildikdən sonra, qiymətləndirmə rəyindən narazı qalan borclu qiymətləndirmənin nəticələrinin ləğv olunması üçün şikayət vermiş, buna görə də, həmin əşyaların açıq hərracda satılması və icra sənədinin icra edilməsi mümkün olmamışdır (əsas: Ədliyyə Nazirliyi Xaçmaz rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli, 194/2022 saylı məktubu)

33. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə İddiaçı məxsus icra icraatı çərçivəsində üzərinə həbs qoyulmuş əmlak barəsində hərrac keçirilməmiş (əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi-vəkili Vəkil və tələbkar X6 da izahatlarında bu halı təsdiqləmişlər) və borclu qeyd olunan daşınar və daşınmaz əşyaların ilkin satış qiymətini hərracın keçrilməsinədək olan dövr ərzində mübahisələndirimişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” 24 noyabr 2021-ci il tarixli, 02/2021 saylı qərardadında qeyd olunmuşdur ki, “İcra haqqında” Qanunun 51-ci maddəsindən, habelə yuxarıda qeyd edilən digər müddəalarından belə qənaət hasil olur ki, icra icraatı çərçivəsində borclunun ipoteka predmeti olmayan əmlakının, notariusun icra qeydi əsasında tutma yönəldilmiş ipoteka predmeti olan əmlakının, habelə vergi ödəyicisi kimi siyahıya alınmış əmlakının ilkin (başlanğıc) satış qiyməti qiymətləndiricilərdən alınan rəylər əsasında icra məmuru tərəfindən müəyyənləşdirilir. Belə ki, borclunun ipoteka predmeti olmayan əmlakının, notariusun icra qeydi əsasında tutma yönəldilmiş ipoteka predmeti olan əmlakının, habelə vergi ödəyicisi kimi siyahıya alınmış əmlakının ilkin (başlanğıc) satış qiyməti hərracın keçirilməsinədək olan dövr ərzində iddia icraatı qaydasında deyil, icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında mübahisələndirilməlidir. Belə ki, “İcra haqqında” Qanunun 51-ci maddəsində icra məmurunun müvafiq qiymətləndiricini dəvət etmək səlahiyyəti nəzərdə tutulmuşdur. Bu baxımdan dəvət edilmiş qiymətləndiricinin rəyindəki müvafiq (başlanğıc) qiymətlə əmlakın h ərraca çıxarılmasına dair sifariş vermək hüququ da icra məmuruna aiddir. Belə olan halda, hərrac keçirilənədək həmin qiymət, onu öz sifarişində əsas götürən icra məmurunun hərəkətindən verilən şikayət qaydasında mübahisələndirilə bilər. Hərrac keçirildikdən sonra isə qiymət “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 8-ci maddəsinə uyğun olaraq iddia icraatı qaydasında mübahisələndirilməlidir.

34. Məhkəmə belə nəticəyə gəlir ki, hazırkı mərhələdə borclunun əmlakının ilkin satış qiymətinin mübahisələndirilməsi ilə bağlı məsələyə yeni iddia vermək yolu ilə deyil, yalnız icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında baxıla bilər. Qeyd edilən icraatlar isə fərqli olmaqla, özlərində, həmçinin müvafiq icraat qayda sını («Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair» Təlimata uyğun olaraq müxtəlif indeksləri) ehtiva edirlər.

35. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır.

36. MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

37. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

38. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. 36.Yuxarıda göstər ilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2285/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar