Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3319/2023 20.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ İş № 2(102)-3319/2023 (Açar sözlər: əsassız varlanma, pulun geri qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə oğlu (məruzəçi), Xıdırov Əhliman Mehman oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pulun tutulması tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1350/2022 nömrəli, 31 avqust 2022-ci il qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 20 sentyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında b axaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 24 iyul 2021-ci il tarixli qərarına əsasən Cavabdeh barəsində cinayət işinin başlanması rədd edilərək İddiaçı mülki qaydada məhkəməyə müraciət etməli olması bildirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə iddia ərizəsi ilə Laçın Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 30.000 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh onu aldadaraq 30.000 manat pulunu ələ keçirmişdir. Belə ki, N küçəsində yerləşən qeyri-yaşayış obyektini ona sa tmağı öhdəsinə götürmüş, bununla əlaqədar 15 yanvar 2012-ci il tarixdə şahidlərin iştirakı ilə akt imzalanmışdır. Həmin aktda Cavabdeh özü şəxsən imza etməklə 30.000 manat pulu ondan təhvil aldığını təsdiq etmişdir. Buna baxmayaraq sonradan ona məlum olmuşdur ki, həmin obyekt dövlət reyestrində qeydiyyata alınmayıb, ümumiyyətlə özbaşına tikilidir. Bu səbəbdən də, Cavabdeh tələb etmişdir ki, obyektin uçota alınmasını təmin etdikdən sonra onun adına keçirsin. Sonradan ayrı-ayrı vaxtlarda həmin özbaşına tikintinin dövlət qeydiyyatına alınması məqsədi ilə guya hansısa işlərin görülməsi üçün cavabdeh 6.355 manat pulu ondan və həyat yoldaşı N almışdır. Cavabdeh bu yaxınlarda, yəni 2020-ci ildə ona bildirmişdir ki, aldığı pulu qaytarmaq fikri yoxdur və ona satmaq adı ilə təqdim etdiyi özbaşına ti kiliyə də bundan sonra özü sahiblik edəcək. Cavabdehin bu sözlərindən sonra o, Bakı şəhər Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Bakı şəhər Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin təhqiqatçısı, polis kapitanı N qəbul etdiyi “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 24 iyul 2021-ci il tarixli qərara əsasən izahatı alınmış Cavabdeh bildirmişdir ki, İddiaçı 2000-ci ildən tanıyır, İddiaçı müxtəlif şəxslərə sələmə pul vermişdir, 2012-ci il tarixdə şəxsi problemləri ilə əlaqədar İddiaçı sələmə 13000 manat pul almış, həmin məbləğin əvəzində sonuncuya 41.000 manat pul qaytarmışdır. Bununla yanaşı cavabdeh öz izahatında qeyd etmişdir ki, N küçəsində yerləşən qeyri-yaşayış obyekti onun həyat yoldaşı X2 adınadır, qeyd edilən obyekti İddiaçı satmamış, ondan borc almış, 2020-ci ildə isə 41.000 manat olmaqla geri qaytarmışdır. İddia ərizəsinə əlavə edilmiş 15 yanvar 2012-ci il tarixli akta əsasən isə Cavabdeh həmin aktı imzalamaqla təsdiq etmişdir ki, N küçəsində yerləşən, (şəhərin mərkəzindən Qismət şadlıq evinə gedən yolun sağ tərəfindən) evinin qarşısında ona məxsus olan biribirinə bitişik üç obyektdən birini (bina ilə üz-bə-üz dayanandan sol tərəfdəki, eni 4 metr, uzunluğu 6 metr) ticarət obyektini həqiqətən də İddiaçı 30000 (otuz min) manata satmış və 30.000 (otuz min) manat pulu təhvil almışdır. Daha sonra isə Cavabdeh aktda qeyd olunmuş 30000 manat pulu aldığını inkar etmiş və eyni zamanda bildirmişdir ki, iddiaçıdan 13000 manat məbləğində borc pul almış və həmin borcu 41.000 manat olmaqla 2020-ci ildə ta m olaraq geri qaytarmışdır. Bununla da cavabdeh tələbə etiraz ifadə edərək hüquq münasibətlərinin 2012-ci ildə yarandığını təsdiq etmiş, hüquq münasibətlərinin əsassız varlanma deyil, borc müqaviləsi əsasında yarandığını bildirmiş, lakin borc müqaviləsi və ya borc münasibətlərinin olmasını təsdiq edən hər-hansı sənəd təqdim edə bilməmiş, hüquq münasibətlərinin əsasını təşkil edən məbləğin 30.000 manat deyil, 13.000 manat olduğunu bildirmiş, lakin bunu təsdiq edən hər hansı sübut təqdim edə bilməmiş, iddiaçıdan 13.000 manat pul aldığını yazılı şəkildə ifadə etsə də, etiraf etdiyi hissənin belə iddiaçıya qaytarıldığını təsdiq edən hər hansı sübutu təqdim edə bilməmiş, hüquq münasibətlərinin 2020-ci ildə bitdiyini (əslində isə pozulduğunu) təsdiq etmişdir. Beləliklə, iddia ərizəsinə əlavə e dilmiş sübutlarla tam təsdiq olunur ki, Cavabdeh iddiaçıya Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 144.1-ci maddəsində nəzərdə tutulmuş notarial formaya əməl olunmadan, öz mülkiyyətində olubolmamasını sübut etmədən qeyri-yaşayış obyekti satmaqla, onun hesabına əsassız varlanmışdır.
4. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş məhkəmə xətşünaslıq ekspertizasının 31 yanvar 2022-ci il tarixli 4/1809 nömrəli rəyindən görünür ki, mülki işin 30-cu vərəqəsində olan 15 yanvar 2012-ci il tarixli aktda 1-ci sırada “Cavabdeh oğ” yazıları önündəki, imza və “otuz min manat pulu təhvil aldım” yazıları önündəki imzaCavabdeh tərəfindən icra olunmuşdur.
5. Laçın Rayon Məhkəməsinin (hakim C.C.İbrahimov) 31 mart 2022-ci il tarixli, 2(047)34/2022 saylı qətnaməsi ilə iddia təmin oluna raq, Cavabdeh 30.000 (otuz min) manat pulun alınıb İddiaçı verilməsi qət edilmişdir.
6. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında şahidlərin iştirakı ilə tərtib olunaraq imzalanmış 15 yanvar 2012-ci il tarixli akta əsasən Cavabdeh N küçəsində yerləşən (şəhərin mərkəzindən Qismət şadlıq evinə gedən yolun sağ tərəfindəki) evinin qarşısında ona məxsus olan bir-birinə bitişik üç obyekdən birini (bina ilə üzbəüz dayananda sol tərəfdəki, eni 4 metr, uzunluğu 6 metr) İddiaçı satmaq adı ilə İddiaçı 30.000 (otuz min) manat pul almışdır. Sonradan iddiaçı müəyyən etmişdir ki, həmin obyekt dövlət reyestrində qeydiyyata alınmamışdır, özbaşına tikilidir. İddiaçı cavabdehdən obyektin uçota alınmasını və onun adına keçirməsini tələb etmiş, cavabdeh bu tələbi yerinə yetirmədiyindən, i ddiaçı məcbur olub Bakı şəhər Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə şikayət etmişdir. Polis şöbəsində aparılan araşdırmanın nəticəsi olaraq 24 iyul 2021-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş, iddiaçıya mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olduğu izah olunmuşdur. Cavabdeh məhkəmədə verdiyi izahatına iddiaçıdan 2012-ci ildə 13.000 (on üç min) manat pul aldığını, həmin pulun əvəzinə iddiaçıya 41.000 (qırx bir min) manat pul qaytardığını, iddia olunan N küçəsində yerləşən qeyri-yaşayış obyektinin onun həyat yoldaşı X2 adına olduğunu, onun İddiaçı borcunun qalmadığını bildirsə də bu barədə mötəbər sübutlarını təqdim edə bilməmişdir. Cavabdeh hüquqi əsas olmadan başqa şəxsin, yəni İddiaçı hesabına əmlak əldə edərək əsassız varlanmışdır.
7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 152.1, 157.2, 157.4, 385.1, 386.1, 439.4, 1091.1,1091.2, 1092.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti cavabdehin birinci instansiya məhkəməsində verdiyi izahatla oxşar məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, bütün halları bilən şahidlərin iştirakı ilə işi bütün halları yenidən araşdırılmalı və iddiaya daha ədalətli və obyektiv qiymət verilməlidir. AR MM-nin 386-cı maddəsindən görünür ki, tərəflər arasında öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmalıdır. Amma işin hallarından görünür ki, iddiaçı ilə arasında heç bir müqavilə olmadığı halda, məhkəmə əsassız olaraq iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Bununla da məhkəmə tərəfindən AR MM-nin 386-cı maddəsinin tələbləri pozulmuşdur. Belə ki, tərəflər arasında hüquq və vəzifələrin müəyyənləşdirilməsi üçün onlar arasında müqavilə bağlanmalıdır. Lakin işin hallarından da görünür ki, iddiaçı ilə arasında heç bir müqavilə bağlanmamışdır. Bu halda məhkəmə tərəfindən müqavilə üzrə öhdəliklərin icrası barədə müddəalar tətbiq oluna bilmədiyi halda tətbiq edilmiş və bununla da MM-nin 389-cu maddəsinin tələbləri pozulmuşdur. AR MPMnin 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Qanunun bu normasından görünür ki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Amma hazırki mülki işin sənədlərindən görünür ki, məhkəmə tərəfindən şahidlərin bu prosesdə iştirakı üçün lazımi şərait yaradılmamış və bununla da AR MPM-nin 14-cü maddəsinin tələbləri pozulmuşdur. İddiaçı məhkəməyə təqdim etdiyi akta əsasən iddiasını əsaslandırmış və məhkəmə də ona istinad edərək qətnamə qəbul etmişdir. Lakin AR MM-nin tələblərinə görə dəyəri 3.000 manatdan artıq olan müqavilələr rəsmi şəkildə bağlanılmalıdır. Həmçinin iddiaçının məhkəməyə təqdim etdiyi bu akt qanunvericiliyin tələblərinə uyğun şəkildə tərtib olunmadığı üçün məhkəmə tərəfindən sübut kimi qəbul edilə bilməzdi. Amma əfsuslar olsun ki, məhkəmə tərəfindən həmin akt sübut kimi qəbul edilmiş və bununla da AR MPM-nin 76-cı maddəsinin tələbləri pozulmuşdur. Mülki işin məhkəmə baxışı zamanı iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş aktdakı imzanın ona məxsus olması barədə rəyin verilməsi üçün ekspertiza təyin edilmiş və ekspertin 31 yanvar 2022-ci il tarixli rəyinə əsasən həmin imzanın ona məxsus olması qeyd edilmişdir. Hesab edir ki, ekspert rəyi tamamilə əsassız və qanunsuzdur. Belə ki, həmin qəbzə imza atmadığı üçün həmin imzanın ona məxsus olması qeyri-mümkündür. Əfsus lar olsun ki, ekspertiza aparılan vaxt iştirakı təmin edilməmiş və bununla da belə əsassız rəy verilmişdir.
10. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – T.S.Kərimov (sədrlik edən və məruzəçi), T.X.Heydərov və Z.A.Zeynalov) 2(106)-1350/2022 nömrəli, 31 avqust 2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməyərək, Laçın Rayon Məhkəməsinin 31 mart 2022-ci il tarixli 2(047)-34/2022 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, 22 iyun 2022-ci il tarixdə keçirilən apellyasiya baxışında iştirak edən cavabdehin vəkili və eyni zamanda nümayəndəsi Vəkil iddiaçının sübut olaraq birinci instansiya məhkəməsinə təqdim etdiyi 15 yanvar 2012-ci il tarixli aktı şahid qismində imzalayan şəxslərin məhkəmədə iştiraklarını təmin edəcəyini bildirib, tam hərtərəfli və obyektiv araşdırmanın təmin edilməsi məqsədilə məhkəmə baxış iclasının təxirə salınmasını xahiş etmiş, məhkəmə baxış iclası təxirə salınmış və növbəti baxış iclasının tarixi və vaxtı vəkillə razılaşdırılmışdır. Buna baxmayaraq növbəti məhkəmə baxış iclasında nə iddiaçının özü, nədəki vəkili və eyni zamanda nümayəndəsi hər hansı bir üzürlü səbəblər olmadvan iştirak etməmişlər. Bundan başqa 15 yanvar 2012-ci il tarixli aktı şahid qismində imzalayan şəxslər X5 və X1 məhkəməyə teleqram vuraraq səhhətləri ilə əlaqədar məhkəmə baxışında iştirak edə bilməyəcəklərini, a kt tərtib olunarkən iştirak etdiklərini və Yasəmən xanımın xatırlamadıqları bir şəxsə onların yanında 30000 manat pul verdiyini bildirmişlər.
13. Məhkəmə hesab etmişdir ki, cavabdeh mülkiyyətində olmayan qeyri-yaşayış sahəsini satmaq adı altından iddiaçıdan 30000 manat pul vəsaitini almaqla, hüquqi əsas olmadan iddiaçının hesabına əsassız varlanmışdır ki, əldə etdiklərini məhrum olanın tələbi ilə qaytarmalıdır
14. Apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri qətnamənin ləğvi üçün əsas olmadığı qənaətinə gəlmişdir.
15. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 386.1, 439.4, 1091.1, 1091.2, 1092.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
16. Cavabdeh kassa siya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
17. Cavabdeh kassasiya şikayətini apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq belə əsaslandırmışdır ki, iddiaçı ilə Cavabdeh arasında heç bir müqavilə olmadığı halda, məhkəmə əsassız olaraq iddianın təmin edilməsi qənaətinə gəlmiş, ekspert rəyinə düzgün hüquqi qiymət verməmiş, ekspertiza aparılan vaxt cavabdehin iştirakı təmin edilməmiş, ekspertiza çəkişmə prinsipi əsasında aparılmalı olduğu halda buna riayət edilməmişdir. Cavabdeh X4 məhkəmə ilə əlaqə saxlayaraq üzrlü səbəblərə görə məhkəmə iclasına gələ bilmədiyini və ona görə də məhkəmə iclasının başqa vaxta təxirə alınmasını xahiş etmişdir. Amma nə səbəbdənsə məhkəmə iclası təxirə alınmamış, apellyasiy a şikayəti verən şəxsin iştirakı təmin edilmədən əsassız olaraq məhkəmə baxışı keçirilmiş, həmçinin şahidlərin prosesdə iştirakı təmin edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
19. Maddə 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
20. Maddə 386.1.Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlm əsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
21. Maddə 439.4.Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər.
22. Maddə 1091..Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
23. Maddə 1091.2.Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
24. Maddə 1092.1.Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin t əqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
28. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
29. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
30. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olu nan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
32. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
33. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticəl ənsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
34. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
35. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. Məhkəmə kollegiyası, ekspert rəyi ilə əlaqədar kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1.-ci maddəsinə əsasən, işə baxarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Həmin Məcəllənin 103.1-ci maddəsinə görə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Göründüyü kimi, ekspertin rəyi sübut növlərindən biridir, məhkəmə iclasında tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. İş materiallarından görünür ki, ekspert rəyinin məlumatlarını şübhə altına almaq üçün əsaslar yoxdur və məhkəmələr tərəfindən ekspert rəyinə düzgün hüquqi qiymət verilmişdir
38. Kassasiya kollegiyası kassatorun məhkəmə iclasında iştirakının təmin edilməməsi dəlilinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslər in gəlməməsi işə baxılmasına mane olmur. Həmin Məcəllənin 185.6-cı maddəsinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin, yaxud vəkilinin gəlməməsi işə baxılmasına mane olmur. İş materiallarından görünür ki, cavabdehin nümayəndə və vəkili apellyasiya instansiyası məhkəməsinin xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iştirak etmiş, onun şahidlərin dəvət edilməsi barədə vəsatəti əsasında məhkəmə iclası xx.xx.2022-ci il tarixə təxirə salınmış, lakin sonuncu iclasda cavabdeh və nümayəndəsi məhkəmə iclasında iştirak etmədiyindən və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə cavabdeh tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Bu normanın tələbinə görə məhkəmə iclasına gəlməyən şəxs təkcə məhkəməyə gələ bilməyəcəyi barədə məlumat verməklə kifayətlənməməli, bunun üzrlü səbəbi barədə sübutu təqdim etməlidir. Cavabdeh tərəf qanunun bu tələbinə əməl etməmiş, üzrlü səbəb barədə sübutu təqdim etməmişdir.
39. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barəd ə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
40. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
41. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1350/2022 nömrəli, 31 avqust 2022-ci il qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.