Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3319/2024 17.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X29 qarşı (üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət reyestr Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi, Bərdə regional Asan Xidmət Mərkəzində Notariat ofisi və X18) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin çıxaşın və onun bütün digər hüquqi nətiələrinin etibarsız hesab edilməsi”) (Mülki mübahisənin kateqoriyası: Vərəsəlik hüququndan irəli gələn mübahisələr; Mirasın faktiki qəbulu ilə bağlı mübahisələr; Vərəsələrin miras paylarının müəyyən edilməsi ilə bağlı mübahisələr ) Azərbaycan Respublikası Ali Məhkəməsi nin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 qarşı (üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət reyestr Xidmətinin 7 saylıBərdə Ərazi İdarəsi, Bərdə regional Asan Xidmət Mərkəzində Notariat ofisi və X18) qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin çıxaşın və onun bütün digər hüquqi nətiələrinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(104)-1125/2024 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. X19 ilə X20 birgə nikahından X24, X25, İddiaçı (bundan sonra mətndə-iddiaçı) və X21 doğulmuşdur.
2. X31 xx.xx.1974-cü ildə ölmüş, xx.xx.1990-cı il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamə ilə onun vərəsəsi kimi X19 tanınmış, miras əmlak Bərdə şəhəri, Füzuli küçəsi 16 ünvanında yerləşən 6** kv.m torpaq sahəsində saman-kərpicdən tikilmiş iki otaqlı 39,56 kv.m yaşayış, 69,59 kv.m ümumi sahəsi olan yaşayış evindən ibarət olmuşdur.
3. X19 xx.xx.1990-cı il tarixli vəsiyyətnamə ilə özünə məxsus bütün əmlakını harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq, həmçinin Bərdə şəhəri ünvan 1 ünvanda saman kərpicdən tikilmiş iki otaqlı yaşayış evini oğlu X16 vəsiyyət etmişdir.
4. X22 xx.xx.1989-cu ildə, X19 12.03.2**1-ci ildə, X25 xx.xx.2012-ci ildə ölmüşdür.
5. X11 oğlu X32 04 oktyabr 2**7-ci ildə ölmüşdür.
6. X 7 arvadı X17 və qızı X8 mübahisəli ünvanda yaşayırlar.
7. Bərdə şəhəri, ünvan 2ləşən 280,1 kv.m sahədən ibarət fərdi yaşayış evi üzərində X9 tam mülkiyyət hüququ 22 may 2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 8. 22 may 2020-ci il tarixli, 2V-455 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X9 vərəsəsi – oğlu X32 olmuşdur, lakin 2**7-ci il tarixdə vəfat etməsi ilə əlaqədar miras onun təmsilçiləri - gəlini Cavabdeh1, nəvələri - Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 miras əmlakdan ¼ hissədə pay almışlar. Şəhadətnamə verilən miras əmlak Bərdə şəhəri, Füzuli küçəsi ev 16 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi və ümumi sahəsi 280,1 kv.m-dən ibarət fərdi yaşayış evindən ibarət olmuşdur.
9. Bərdə şəhəri, ünvan 2ləşən 280,1 kv.m sahədən ibarət fərdi yaşayış evi üzərində Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ümumi birgə mülkiyyət hüququ 30 may 2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 10. 04 iyun 2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 birgə mülkiyyətlərində olan Bərdə şəhəri, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 280,1 kv.m olan 3 otaqlı fərdi yaşayış evini və Bərdə şəhəri, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 0,06 ha olan torpaq sahəsini 6**** manata (ev 5**** manat, torpaq sahəsi 1**** manat olmaqla) X4, hər iki əmlak 11 aprel 2022-ci il tarixdə mülkiyyət hüququ ilə sonucunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsin də icraat
11. İddiaçı məhkəmədə iddia qaldıraraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 22 may 2020-ci il tarixdə aldıqları 2V-455 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X26 adına verilmiş 30 may 2020-ci il tarixli 182**10649 qeydiyyat nömrə nişanlı çıxarış və onun hüquqi nəticələrinin etibarsız hesab olunması, valideynlərindən miras qalmış Bərdə şəhəri, Füzuli küçəsi 16 ünvanında yerləşən, ümumi sahəsi 280 kv.m-dən ibarət fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsinin miras əmlak kimi tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. İddia ərizəsi onunla əsasəlandırılmışdır ki, iddiaçının və digər qardaşlarının böyüyüb boya başa çatdığı Bərdə şəhəri, Füzuli k üçəsi ev 16 ünvanında yerləşən ev mərhum valideynləri X31 və X13 məxsus olmuşdur. Valideynlərinin birgə nikahından iddiaçı, Mürşüd, Rəşid və Maarif doğulmuşdur. Qanun üzrə yeganə vərəsə o, olduğu halda Bərdə şəhəri İƏD üzrə nümayəndəliyi tərəfindən təqvim ayı bilinməyən, 2020-ci il tarixli, 2345 saylı arayış verilmişdir ki, anası Xanım Təhməzova vəfat etdikdən sonra, guya onunla bir təsərrüfatda yaşamış hazırkı iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qanun üzrə vərəsə qalmışlar. Bundan sonra cavabdehlər mərhum anası X9 adına Bərdə şəhəri ünvan 4 ünvanının mülkiyyətinə keçirilməsi barədə 22 may 2020-ci il tarixli qeydiyyat nömrəsi 182**09362 saylı çıxarış almış və həmin çıxarış əsasında 30 may 2020-ci il tarixdə mülkiyyət hüquqlarını təsdiq edərək 182**10649 saylı çıxarış almışlar. Miras əmlak üzərində mülkiyyət hüquqları valideynlərinin adına olduğunu bilmişdir. İddiaçıya təsadüf nəticəsində məlum olmuşdur ki, hazırkı iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 saxta yollarla qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almış və onun əsasında çıxarışla mülkiyyət hüquqlarını öz adlarına rəsmiləşdirmişlər.
13. Məhkəmənin tələbi ilə məhkəmə iclasında dindirilmiş icra nümayəndəsi X27 izahatında göstərdi ki, Bərdə şəhəri, Füzuli küçəsi 16 üvandanda iki yaşayış evi vardır, 16 və 16A nömrəli evlərdir. İş üzrə notariat kontoruna arayışların yazılıb verilməsini o, icra etmiş, Bərdə şəhər İƏD üzrə icra nümayəndəsi Əli Fərzəliyev də imzası və möhürü ilə təsdiq etmişdir. Əli Baxşəliyev əlavə olaraq bildirdi ki, birinci arayışda İddiaç ı adı yazılmayıb. Onun vərəsə olduqlarını və adının təsərrüfat baş kitabında olmasını bilirdi. Birinci arayışın əsasında cavabdehlər qanun üzrə vərəsəlik şəhadətnaməsini alıblar. Məhkəmə sorğu verdikdən sonra isə ümumi arayış verilmişdir.
14. Mülki iş üzrə mübahisəli ünvana baxış keçirilmiş, baxış zamanı müəyyən olunmuşdur ki, miras qalmış torpaq sahəsi üzərində 2 yaşayış evi mövcuddur və onların ünvanları Bərdə şəhəri, Füzuli küçəsi 16 və 16 A-dır.
15. Bərdə Rayon Məhkəməsinin (bundan sonra mətndə-birinci instansiya məhkəməsi) 2(021)-1353/2022 saylı, 17 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim E.Əhmədov) iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 22 may 2020-ci il tarixdə aldıqları 2V-455 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətna mənin, onların adına verilmiş 30 may 2020-ci il tarixli 182**10649 qeydiyyat nömrəli çıxarışın və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi və iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.
16. Məhkəmə müəyyən etmişdir ki, X19 vəfat edən günə qədər Bərdə şəhəri Füzuli küçəsi 16 ünvanında gəlini X17 və nəvəsi X8 ilə birgə yaşamışdır və sonuncular halhazırda da orada yaşayırlar. X1 Füzuli küçəsi 16 ünvanındakı həyətyanı sahədə ayrılmış 2 sot torpaq sahəsində tikilmiş evdə (ünvan 6 X9 nəvəsi mərhum X23 ailəsi - Cavabdeh1, Təhməzzadə (Hüseynzadə) Xanım Rza qızı, Cavabdeh3 və Cavabdeh4 yaşamışdır. X32 2**7-ci ildə vəfat etdikdən sonra Füzuli küçəsi 16 a ünvanında onun ailəsi yaşamışdır. Halhazırda qeyd olunan şəxslər ünvan 7 ünvanda yaşamırlar.
17. Miras əmlakla bağlı iki ünva nın qeyd edilməsi və rəsmi sənədlərin bir qismində mübahisəli evin Bərdə şəhəri, Füzuli küçəsi ev 16, bəzi sənədlərdə isə Bərdə şəhəri ünvan 3 kimi göstərilməsi vərəsələr arasında qeyri-müəyyənlik hallarını yaratmışdır ki, bu da öz növbəsində məhkəmə mübahisəsi predmetinə çevrilmişdir.
18. Belə olduğu halda, iddia ərizəsi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, çıxarışın və onun hüquqi nəticələrinin etibarsız hesab olunmasına dair hissədə təmin edilməli, valideynlərindən miras qalmış Bərdə şəhəri, Füzuli küçəsi 16 ünvanında yerləşən, ümumi sahəsi 280 kv.m-dən ibarət fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsinin miras əmlak kimi tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair hissədə isə iddia təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında iddiaçının miras əmlakı qə bul etməsi faktı müəyyən edilməmişdir. Miras əmlak faktiki olaraq Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X17 və X8 tərəfindən qəbul edilmişdir.
19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29 və 43-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 1133.1, 1133.2, 1134.1, 1151.1, 1159.1.1, 1243.2, 1274 və 1276-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4, 76.1, 106.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat:
20. Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 17 noyabr 2022-ci il tarixli, 2(021)-1353/2022 saylı qətnaməsinin apellyasiya icraatı qaydasında ləğv edilməsi və iş üzrə iddia tələblərinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə işi birtərəfli araşdıraraq, yanlış nəticəyə gəlmiş, iddia tələbini qismən təmin etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halları aydınlaşdırmamışdır və qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun deyildir. X5 ona vəsiyyətnamə vermişdir. Ancaq iddiaçının 21 ildən sonra iddia qaldırması tam əsassızdır və müddət keçmişdir. İddiaçı müddəti qəsdən keçirmişdir. Ondan pul almaq naminə belə bir iddia verir. Göründüyü kimi 21 ildir X5 vəfat edib, onun vəfatından illər öncə də həmin evdən və həyətyanı torpaqdan o istifadə etmişdir. Mübahisəli ünvanda isə 2 ev var. İddiaçının tələb etdiyi evin ona heç bir aidiyyətı yoxdur. Hazırda həmin mübahisəli ev başqa şəxsə satılıb və sənədləşdirilib. Sadalanan xüsusatlardan göründüyü kimi, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə qəbul edilmiş və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri isə işin hallarına uyğun deyildir.
22. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı izahat verib bildirmişdir ki, cavabdehlər onun xəbəri olmadan anasından qalan evi öz adlarına keçirmişlər. Halbuki, cavadbehlər öz adların 0,02 ha torpaq sahəsi alıb istifadə etmişlər. Miras əmlakı rəsmiləşdirəndə isə 0,02 ha torpaq sahəsini deyil, anasından miras qalmış 0,06 ha torpaq sahəsinə çıxarış almışlar və başqasına satmışlar. 0,02 ha torpaq sahəsində isə köhnə ev qalmışdır ki, həmin evdə də mərhum qardaşı Mürşüdün ailə üzvləri olan Təhməzova Solmazla, Təhməzova Gülmirə yaşamışdır. Məhkəmənin suallarına cavabında isə bildirmişdir ki, o, miras qalmış evdə yaşamasa da, həmin evdə qeydiyyatda olduğundan və Təhməzova Solmaz, Təhməzova Gülmirə qadın olduğundan hazırkı iddianı o qaldımışdır.
23. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-935/2023 nömrəli iş üzrə 05 may 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər A.Hüseynzadə (sədrlik edən və məruzəçi), hakimlər Ş.Rzaquliyev və İ.Həsənov) apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə “cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 22 may 2020-ci il tarixdə aldıqları 2V455 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, Cavabdeh1, Cavabdeh2, Cava bdeh3, X26 adına verilmiş 30 may 2020ci il tarixli 182**10649 qeydiyyat nömrə nişanlı çıxarışın və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi” hissəsində ləğv edilmiş və həmin hissədə iddia təmin edilməmişdir.
24. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının miras qalmış əmlakı nə faktiki, nə də rəsmi qaydada qəbul etməməsi nəticəsinə gələrək, iddia tələbini həmin hissədə rədd etmiş, iddiaçı isə məhkəmənin gəldiyi həmin nəticə ilə razılaşaraq, qətnamədən apellyasiya şikayəti verməmiş və mirasın qəbul edilməsi faktının rədd edilməsi hissəsində qətnamə qanuni qüvvəyə minmişdir. Buna baxmayaraq birinci instansiya məhkəməsi əsassız olaraq iddianı vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi h issəsində təmin etmişdir.
25. Məhkəmə hesab etmişdir ki, iddiaçının mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinin əsassız hesab edilməsi, iddiaçının həmin miras qalmış əmlaka dair digər vərəsələrə verilmiş hüquq müəyyənedici sənədlərin ləğvi və ya etibarsızlığını mübahisələndirməsi üçün subyektiv hüququnu aradan qaldırmış olur. Çünki, iddiaçının iddianı qaldırmaqda hüquqi marağı və məqsədi miras qalmış əmlakdan pay əldə etməkdir ki, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə iddia tələbinin rədd edilməsi ilə məqsədin reallaşdırılması mümkünsüz olur. Belə olduğu halda isə mirasa dair digər vərəsələrə verilmiş hüquq müəyyənedici sənədlərin ləğv və ya etibarsız hesab edilməsi əhəmiyyətsiz olmaqla, onların əsassız olaraq mülkiyyət hüquqlarının pozulmasına səbəb olur.
26. Bundan başqa məhkəmə qeyd etmişdir ki, iddiaçının təmin olunmuş tələbi irəli sürmək üçün subyektiv hüququ mövcud olduğu halda belə məhkəmənin gəldiyi nəticə yenə də qanunsuz və əsassız olmuşdur. Belə ki, birinci instansiya məhkəməsi qanun üzrə vərəsəlik şəhadətnaməsinin miras qalmış əmlaka görə deyil, sonradan tikilmiş və ya alınmış torpaq sahəsinə görə verilməsi qənaətinə gəlsə də, nəzərə almamışdır ki, daşınmaz əmlakın dövlət reyestrindəki 22 may 2020-ci il tarixli, 182**09362 saylı qeydə əsasən miras qoyan X6 miras qalmış əmlak Bərdə şəhəri, Füzuli küçəsi ev 16 ünvanında, 0.06 ha torpaq sahəsində yerləşən 280,1 kv.m sahədən ibarət fərdi yaşayış evi olmuşdur. 22 may 2020-ci il tarixli, 2V-455 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə də həmin qeyd əsasında cavabdehlərə verilmişdir. Daşınmaz əmlakın dövlət reyestrindəki 22 may 2020-ci il tarixli, 182**09362 saylı qeyd ləğv edilmədiyindən daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə olmaqla yanaşı, iddiaçı da məhz həmin əmlakın miras qalmış əmlak olmasını iddia etməklə, həmin əmlaka dair mirasın qəbul edilməsi faktının müəyyən edilməsini istəmişdir.
27. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 1133.1, 1134.1, 1159.1, 1159.1.1, 1159.2, 1243.2, 1243.3, 1246, 1255, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.1, 14.2, 76.1, 76.3, 77.1, 88, 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır. maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat:
28. Qətnamədən iddiaçı kassasi ya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 2(104)-935/2023 nömrəli iş üzrə 05 may 2023-cü il tarixli qətnaməsinin ləğv olunması, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
29. Kassasiya şikayəti iddianın dəlillərinə uyğun əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, mülki qanunvericilikdə mirasın qəbulu ilə əlaqədar müddətlərin müəyyən olunması vərəsənin mirasda məcburi pay almaq hüququnu məhdudlaşdıran hal kimi şərh edilə bilməz.
30. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli (sədrlik edən və məruzəçi hakim A.Q.Hüseynov, hakimlər Z.B.Babayev və Ə.G.Nurməmmədovdan ibarət tərkibdə) qərarı ilə, apelyasiya instansiya məhkəməsinin Mülki kollegiyasının 2(104)-935/2023 nömrəli iş üzrə 05 may 2023-cü il tarixl i qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır.
31. Kassasiya instansiyası məhkəməsi qəbul etdiyi qərarı onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Mülki Məcəllənin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından həmin Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilmişdir.
32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qeyd olunan qərarının qəbul edildiyi dövrdə hazırkı iş məhkəmələrin icraatında olduğu üçün həmin Qərar bu işə də şamil edilməlidir.
33. Konstitusiya Məhkəməsinin qeyd olunan qərarında ifadə edilmiş hüquqi mövqelərə əsasən Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də, bu müdaxilə fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyri-mütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır....vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir.
34. Baxılan iş üzrə iddiaçının qanunla nəzərdə tutulmuş müddət ərzində birinci növbəli vərəsə kimi anasında n qalmış miras əmlakdan imtina etdiyi müəyyən olunmadığı üçün, o, qanuna əsasən miras əmlaka mülkiyyət hüququ əldə etmişdir. İddiaçının Mülki Məcəllənin 1246-cı maddəsində müəyyən edilmiş müddət ərzində miras əmlakı rəsmi və ya faktiki qəbul etməməsi mübahisəli əmlaka dair onun vərəsəlik hüquqlarının məhrum edilməsi ilə nəticələnən hal kimi qiymətləndirilə bilməz. Bu baxımdan iddiaçının mübahisəli miras əmlaka dair tələb irəli sürməklə bağlı subyektiv hüquqa malik olmadığı barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni sayıla bilməz.
35. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin tətbiq edilməli olmayan 140-cı maddəsi mübahisəyə tətbiq edilmişdir. Belə ki, həmin maddə daşınmaz əmlakı mülkiyyətçi olmayan şəxslərdən əldə etmiş mülki dövriy yə iştirakçılarının reyestrin məzmununa olan etimadını qorumaqla, onun məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasını nəzərdə tutur. Həmin prinsip daşınmaz əmlaka mülkiyyət hüquqları vərəsəlik qaydasında qeydə alınmış şəxslərə tətbiq edilə bilməz.
36. Həmçinin qeyd olunmalıdır ki, işə mahiyyəti üzrə baxan məhkəmələr iddiaçının “çıxarış və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi” barədə iddia tələbinə də mahiyyəti üzrə qiymət verərək, həmin tələb birinci instansiya məhkəməsi tərəfindən təmin, apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edilmiş, bu tələbin konkret olaraq nədə ifadə olunması dəqiqləşdirilməmişdir. Halbuki, MPM-in 149.2.3-cü maddəsinə əsasən, iddia ərizəsində iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir.
37. Apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, qeyd olunan hal MPMin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılması, icraata qəbul edildiyi halda isə MPM-in 259.0.12-ci maddəsində müəyyən edilmiş qaydada (iddiaçıya təklif olunmasına baxmayaraq müəyyən edilmiş müddət ərzində iddia tələbini dəqiqləşdirmədiyi halda) baxılmamış saxlanılması, habelə MPM-in 387.2.8-ci maddəsinə əsasən apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması üçün əsas olmuşdur.
38. Mövcud qeyri-müəyyənlik məhkəmə tərəfindən prosessual qanunvericiliyin tələblərindən irəli gə lən, işin hallarının işdə iştirak edən şəxslərlə müzakirə olunması vəzifəsinə riayət etməklə də aradan qaldırıla bilərdi. Belə ki, dispozitivlik və çəkişmə prinsiplərinə ciddi riayət etmək şərtilə, MPM-in 14.1 və 184.1-ci maddələrinə əsasən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmaq və bunun üçün işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah etmək, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə tərəfləri xəbərdar etmək, işin və mübahisənin vəziyyətini müzakirə etmək, hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edib-etməməsindən asılı olmayaraq onlarla müzaki rə etmək, habelə MPM-in 167-ci maddəsinə əsasən işin düzgün və vaxtında həll edilməsinə yönələn digər hərəkətləri etmək hakimin vəzifəsidir.
39. Hazırkı mübahisə üzrə birinci instansiya məhkəməsi tərəfindən MPM-in 14, 184.1 və 167-ci maddələrinin tələbləri pozulmuş, tərəflərlə lazımi müzakirələr aparılmadan qeyri- müəyyən iddia tələbinə mahiyyəti üzrə baxılmış, yol verilmiş həmin prosessual pozuntular apellyasiya instansiyası məhkəməsi tərəfindən də aradan qaldırılmamışdır.
40. Qeyd edilənləri nəzərə almaqla, Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməli, təkrar apelyasiya baxışı zamanı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarında ifadə edilmiş nəticələr və hüquqi mövqelər, habelə bu qərarda ifadə edilmiş mövqelər nəzərə alınmaqla mübahisə ilə bağlı həm işin faktiki vəziyyəti əlaqəli və mötəbər sübutlar əsasında müəyyənləşdirilməklə, həm də müəyyən olunmuş işin hallarına tətbiq edilməli olan hüquq normaları əsasında qiymət verilməklə əsaslandırılmış məhkəmə aktı qəbul olunmalıdır.
41. İşə yenidən baxılarkən, həmçinin miras əmlaka hüququ olan digər vərəsələrin də dairəsi müəyyən edilməklə, qəbul edilən məhkəmə aktı belə şəxslərin hüquqlarına və vəzifələrinə toxunursa, həmin şəxslərin işdə iştirak etməyə cəlb olunması barədə məsələ müzakirə olunmalıdır.
42. Həmçinin işə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş - miras əmlakla bağlı iki ünvanın qeyd edilməsi və rəsmi sənədlərin bir qismində mübahisəli evin Bərdə şəhəri, Füzuli küçəsi ev 16, bəzi sənədlərdə isə Bərdə şəhəri ünvan 3 kimi göstərilməsinin vərəsələr arasında qeyri-müəyyənlik yaratdığı, miras əmlakın miras qoyan tərəfindən oğlu Rəşidə vəsiyyət edildiyi, sonuncunun oğlu və cavabdehlərin atası Rzanın Rəşiddən daha əvvəl öldüyü kimi hallar da nəzərə alınmaqla, MPM-in 88-ci maddəsinə əsasən həmin hallara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir.
43. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 1133.1, 1134.1, 1159.1, 1159.1.1, 1159.2, 1243.1, 1243.2, 1243.3, 1246, 1256, 12731,1301.1, 1301.2 və 1301.3-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 88, 149.2, 149.2.3, 184.1, 387.2, 387.2.8, 407.2, 416.1, 416.2, 418.1 və 418.3-cü maddələrinə istinadla əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat:
44. Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək, şikayətin dəlillərinə uyğun izahat vermiş, həmçinin o göstərmişdir ki, 2020-ci ilin iyul ayında mübahisəli evi satmışdır. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin 2(021)-1353/2022 saylı, 17 noyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
45. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, miras qoyan X9 2**1-ci ildə vəfatı ilə vərəsəlik açılmışdır. Miras ev X19 tərəfindən oğlu X16 vəsiyyət edildiyindən və X2 5 xx.xx.2012-ci ildə öldüyündən, 22 may 2020-ci il tarixli, 2V-455 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən gəlini Cavabdeh1, nəvələri - Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 adına sənədləşdirilmiş və sonra Cavabdeh1 həmin mirası qəbul edərək, satmışdır. İddiaçı mirası qəbul etmədiyindən, iddiası əsassızdır. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Bərdə Rayon Məhkəməsinin 2(021)1353/2022 saylı, 17 noyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
46. Cavabdeh2 izahatında göstərmişdir ki, o, 2014-cü ildə ailə quraraq, mübahisəli evdən getmişdir. Ona görə də, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
47. Cavabdeh X14 izahatında göstə rdi ki, o, mübahisəli evdə yaşamış və 2022-ci ildə ailə qurararq mübahisəli evdən getmişdir. Ona görə də, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
48. İddiaçı apellyasiya şikayətinə etiraz edərək izahatında göstərmişdir ki, o, 1974-cü ilin may ayında hərbi xidmətə getmiş, qayıtdıqdan sonra Bərdə rayonunda ona ev verilmiş, həmin evdə yaşamışdır. X19 vəfat edən günə qədər Bərdə şəhəri Füzuli küçəsi 16 ünvanında gəlini X17 və nəvəsi X8 ilə birgə yaşamışdır və sonuncular hal-hazırda da orada yaşayırlar. X1 Füzuli küçəsi 16 ünvanındakı həyətyanı sahədə ayrılmış 2 sot torpaq sahəsində tikilmiş evdə, yəni Füzuli küçəsi 16a-da X9 nəvəsi mərhum X23 ailəsi Cavabdeh1, Təhməzzadə (Hüseynzadə) Xanım Rza qızı, Cavabdeh3 və Cavabdeh4 yaşamışdır. Cavabdeh Zülfiyyə onun qardaşı Rəşidin gəlini, qardaşı oğlu Rzanın arvadıdır. Zülfiyyə həmin evə dair qanunsuz olaraq vərəslik üzrə şəhadətnamə alaraq, evi satmışdılr. Məhkəmənin qətnaməsini qanuni hesab edir. Ona görə də, apellyasiya şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
49. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1125/2024 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakimlər L.S.Süleymanov (sədrlik edən və məruzəçi), F.Ə.Mehtiyev və R.Ş.Muradov ibarət tərkibdə) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin 2(021)-1353/2022 saylı, 17 noyabr 2022-ci il tarixli qətnaməsi iddianın qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, Cav abdeh2, Cavabdeh3 və Cavabdeh4 22 may 2020-ci il tarixdə aldıqları 2V-455 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onların adına verilmiş 30 may 2020-ci il tarixli 182**10649 qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi hissəsində ləğv edilməsini və həmin hissədə yeni qətnamə qəbul edilməsini, iddia tələbinin həmin hissədə qismən təmin edilməsini, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 22 may 2020-ci il tarixdə aldıqları 2V-455 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X26 adına verilmiş 30 may 2020-ci il tarixli 182**10649 qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsini, 12 mart 2**1-ci il tarixdə vəfat etmiş X6 miras qalmış Bərdə şəhəri, Füzuli küçəsi, ev 16 sa ylı fərdi yaşayış evinin 1/4 hissəsinə mərhum X7, 1/4 hissəsinə mərhum X11, 1/4 hissəsinə mərhum X10 və 1/4 hissəsinə İddiaçı vərəsəlik üzrə payları müəyyən edilməsini qət edilmişdir.
50. Həmin qətnamədə həmnçinin qeyd edilmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin 13 iyun 2024-cü il tarixli qərardadı ilə Bərdə Rayon Məhkəməsinin 2(021)-1353/2022 saylı, 17 noyabr 2022-ci il tarixli qətnaməsi qismən, “və onun hüquqi nəticələrinin etibarsız hesab olunması” hissəsində ləğv olunaraq, həmin hissədə iddia baxılmamış saxlanılmışdır.
51. Apellyasiya instansiyası məhkəməsi işə təkrar baxarkən qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Kon stitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli Qərara əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir.
52. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarda ifadə etdiyi hüquqim mövqeyinə görə, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda o lan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir.
53. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olar aq məhkəmənin təsdiqi tələb olunmuşdur.
54. Qərarda həmçinin göstərilmişdir ki, qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir.
55. Apellyasiya instansiyası məhkəməsi etmişdir ki, miras qoyan X19 12 mart 2**1-ci il tarixdə vəfat etmiş və onun vəfatından sonra Bərdə şəhəri, Füzuli küçəsi, ev 16 saylı fərdi yaşayış evi miras qalmışdır. X9 birinci növbə vərəsələri övladları X22, X25, İddiaçı və X21 olmuşdur. Hazırkı iş üzrə məhkəmədə iddia qaldırılarkən, birinci növbə vərəsələrdən X22, X25 və X21 vəfat etmiş olduğundan, onun hüquqi vərəsələrinin müəyyən edilməsi üçün, iş üzrə icraatın dayandırılmasına hüquqi əsa slar müəyyən edilmir. Belə ki, bu vərəsəlik mübahisəsi miras qoyan X9 hazırda sağ və vəfat etmiş birinci növbə vərəsələrinə münasibətdə həll edilir. Miras qoyanın vəfat etmiş birinci növbə vərəsələrinin özlərinin birinci növbə vərəsələrinin yaşayış ünvanlarının hazırda tam müəyyən edilməsi mümkün olmadığından, miras qoyan X9 birinci növbə vərəsələrinin miras əmlakdan qanuna müvafiq olaraq payının müəyyən edilməsini məqsədə müvafiq hesab edilir.
56. Kollegiya qeyd edir ki, bu hal gələcəkdə həmin vəfat etmiş şəxslərin vərəsələrinin dairəsinin müəyyən edilməsi və həmin şəxslərin vərəsəlik hüquqlarını həyata keçirmələrini asanlaşdırmaq məqsədi daşıyır. Belə ki, vəfat etmiş birinci növbə vərəsələrin müəyyən ediləcək miras payları ilə bağlı onların vərəsələri arasında mübahisə olduğu halda, onla rın məhkəməyə müraciət etmək hüquqları vardır.
57. Məhkəmə kollegiyasında müəyyən edildi ki, hazırkı iş üzrə X5nın 12 mart 2**1-ci il tarixdə vəfat etməsindən sonra, onun Bərdə şəhəri, Füzuli küçəsi 16 ünvanında yerləşən 6** kv.m torpaq sahəsində saman-kərpicdən tikilmiş iki otaqlı 39,56 kv.m yaşayış, 69,59 kv.m ümumi sahəsi olan yaşayış evi miras qalmışdır. X19 xx.xx.1990-cı il tarixli vəsiyyətnamə ilə həmin iki otaqlı yaşayış evini oğlu X16 vəsiyyət etmişdir. Bununla belə, Bərdə şəhəri ünvan 3 kimi göstərilmiş evin isə, miras mülkə aidiyyəti yoxdur. Belə ki, Bərdə şəhəri, ünvan 2ləşən 280,1 kv.m sahədən ibarət fərdi yaşayış evi üzərində X9 tam mülkiyyət hüququ 22 may 2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və 22 may 2020-ci il tarixli, 2V-455 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X9 vərəsəsi kimi, oğlu X32 göstərilmiş və onun vəfat etməsi ilə əlaqədar mirasdan təmsilçiləri - gəlini Cavabdeh1, nəvələri - Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 miras əmlakdan ¼ hissədə pay almışlar.
58. Məhkəmə kollegiyasında müəyyən edildi ki, X19 vəfat edən günə qədər Bərdə şəhəri Füzuli küçəsi 16 ünvanında gəlini X17 (Mürşüdün həyat yoldaşı) və nəvəsi X8 ilə birgə yaşamışdır və sonuncular hal-hazırda da orada yaşayırlar. X1 Füzuli küçəsi 16 ünvanındakı həyətyanı sahədə ayrılmış 2 sot torpaq sahəsində tikilmiş evdə (ünvan 6 X9 nəvəsi mərhum X23 ailəsi - Cavabdeh1, Təhməzzadə (Hüseynzadə) Xanım Rza qızı, Cavabdeh3 və Cavabdeh4 yaşamışdır. X32 2**7-ci ildə vəfat etdikdən sonra Füzuli küçəsi 16 a ünvanında onun ailəsi yaşamışdır.
59. Həmi n hal, iş materiallatrına əlavə edilmiş Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 71 nömrəli 23 avqust 2022-ci il tarixli arayışla da, təsdiq edilir. Belə ki, həmin arayışla müəyyən olunur ki, mərhumə X19 (vəfat edib 12 mart 2**1) vəfat edən günə qədər Bərdə şəhəri Füzuli küçəsi 16 ünvanında gəlini X17 və nəvəsi X8 ilə birgə yaşamışdır. X19 vəfat etdikdən sonra hal-hazıradək Füzuli küçəsi 16 ünvanında X17 və onun qızı X8 yaşayırlar. X3 yaşadığı dövrdə Füzuli küçəsi 16 ünvanındakı həyətyanı sahədə ayrılmış 2 sot torpaq sahəsində tikilmiş evdə (ünvan 6 X9 nəvəsi mərhum X32 ailəsi - Cavabdeh1 (arvadı), Təhməzzadə (Hüseynzadə) Xanım Rza qızı (qızı), Cavabdeh3 (qızı), Cavabdeh4 (oğlu) yaşamışdır. X32 2**7-ci ildə vəfat etdikdən sonra Füzuli küçəsi 16 a ünvanında onun ailəsi yaşamışdır. Hal-hazırda Cavabdeh1, Təhməzzadə (Hüseynzadə) Xanım Rza qızı, Cavabdeh3, Təhməzzadə X15 16 a ünvanında qeydiyyatda olmalarına baxmayaraq 2019-cu ildən həmin ünvanda yaşamırlar.
60. Qeyd edilənlərə əsasən, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, miras evlə bağlı X16 vəsiyyət qoyulsa da, sonuncu tərəfindən həmin əmlak faktiki və ya notariata yazılı ərizə vermək yolu ilə qəbul edilməmiş, o, anası sağlığında həmin həyətdə ona ayrılmış 2 sot torpaq sahəsində tikilmiş evdə yaşamışdır.
61. Qanunla müəyyən edilmiş müddətə mirasdan imtina barədə notariat orqanına ərizə verilməmişdir.
62. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1134.1, 1151.1, 1159.1, 1159.1.1, 1159.1.2, 1159.1.3, 1166 və 1256-cı maddələrinə və Azərb aycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.1, 385.1.4, 385.1.1, 386 və 420-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: a) Kassasiya şikayətinin dəlilləri:
63. Cavabdeh1 (Vəkil) kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(104)-1125/2024 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsi, iddia tələbinin rədd edilməsi və ya işin təkrar apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
64. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(104)1125/2024 nömrəli qətnaməsinin qanunsuz və əsassız olduğu üçün tamamilə ləğv edilməsi, iddia tələbinin rədd edilməsi və ya işin təkrar apellyasiya baxışına gönd ərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
65. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası maddi hüquq normalarını kobud şəkildə pozmuşdur. Belə ki, məhkəmə kollegiyası hazırki iş üzrə vərəsəlik mübahisəsini miras qoyan X9 hazırda sağ qalan və vəfat etmiş birinci növbə vərəsələrinə münasibətdə həll edilməsini göstərməklə vəsiyyət üzrə vərəsəlik hüququna malik olan şəxslərin qanunla qorunan maraqlarını nəzərə almamışdır.İşdən də açıq-aydın görünür ki, X5 10 avqust 1990-cı il tarixdə Bərdə rayon 1 №-li notariat kontorunda vəsiyyətnamə yazaraq Bərdə şəhəri, Füzuli küçəsi 16 ünvanında yerləşən 6** kv.m torpaq sahəsində saman-kərpicdən tikilmiş iki otaqlı 39,56 kv.m yaşayış, 69,59 kv.m ümumi sahəsi olan yaşayış evini (miras əmlakı) oğlu(mənim də qaynata m) X16 vəsiyyət etmişdir. Qeyd edilən ev sonradan Bərdə şəhəri, Füzuli küçəsi 16 A ünvanı kimi qeydə alınmışdır.Bu hal şəxsiyyətini təsdqi edən sənədlərlə də təsdiq edilməkdədədir.Belə ki, şəxsiyyət vəsiqə nəzər salıbsa görünər ki, qeydiyyatda olduğu ünvan Bərdə şəhəri, ünvan 9lqı-satqı müqaviləsinə əsasən mülkiyyətlərində olan Bərdə şəhəri, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 280,1 kv.m olan 3 otaqlı fərdi yaşayış evini və Bərdə şəhəri, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 0,06 ha olan torpaq sahəsini 6**** manata (ev 5**** manat, torpaq sahəsi 1**** manat olmaqla) X2 və 11 aprel 2022-ci il tarixdə mülkiyyət hüququ ilə Ulduz Hacıyevanın adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Miras qoyan X19 12 mart 2**1-ci il tarixdə vəfat etmiş və onun vəfatından sonra Bə rdə şəhəri, ünvan 10 ünvanında yerləşən yaşayış evi miras qalmışdır. X9 birinci növbə vərəsələri onun oğlanları X22, X25, İddiaçı və X21 olmuşdur. Miras qoyanın ölümündən sonra sağ qalan vəsiyyət üzrə vərəsəsi X25 və qanun üzrə vərəsəsi İddiaçı sağ olmuşlar.Mübahisəli əmlak olan, Bərdə şəhəri ünvan 3 ünvanında yerləşən yaşayış evində heç bir maneə və mübahisə olmadan daima yaşamışlar. Cavabdeh İddiaçı isə 1974-cü il tarixdən hərbi xidmətə çağırılmış, Rusiya Federasiyasında yaşamış, orada oxumuş və hərbi vəzifəli şəxs kimi Rusiyada işləmişdir. Rusiyada dövlət tərəfindən ona ev verilmiş və o ümumiyyətlə ata və anasının yanında (mübahisəli evdə) bir gün də olsun belə yaşamamışdır.Apellyasiya instansiyası qeyd edilən maddənin tələblərini də nəzərdən qaçırmışdır.Belə ki, vərəsə vərəsəliyə çağır ıldığını bildiyi və ya bilməli olduğu gündən müddəası kollegiya tərəfindən tam aydınlaşdırlmamış və belələliklə də yekun nəticə işin halları ilə uzlaşmamışdır.Yəni, cavabdeh İddiaçı anasının ölümündən və mirasın açılmasından məlumatlı olmuşdur. Hesab edir ki, bu hal da mirasdan imtina kimi qiymətləndirilməli idi.
66. Belə ki, məhkəmə kollegiyası mirasın qəbul edilməsi əsasları, miras əmlakın vəsiyyət üzrə və qanun üzrə bölüşdürülməsi, miras əmlakdan vərəsələr çatan payların qanuni yolla müəyyən edilməsi məsələlərini aydınlaşdırmamış və gəldiyi yekun nəticə işin faktiki hallarına uyğun olmamışdır. Məhkəmə vəsiyyətnamə ilə bağlı hissədə ümumiyyətlə bir tərəfli mövqe sərgiləmiş, qanunla şəxsə verilmiş hüquqları kölgədə qoymuşdur. Ona görə də hesab edirik mübahisələndirilən qətnamə tamamilə qanunsuz və əsassız olduğu üçün kassasiya qaydasında ləğv edilməlidir.
67. Kassasiya şikayyətinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1146, 1151.1 və 1256-cı maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
68. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:
69. Maddə 1133.1: Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
70. Maddə 1133.2: Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
71. Maddə 1134.1: Qanun üzrə vərəsəlik z amanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.
72. Maddə 1151.1: Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
73. Maddə 1159.1: Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar:
74. Maddə 1159.1.1: Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).
75. Maddə 1159.1.2: Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar.
76. Maddə 1159.1.3: Bu sonuncuların nəvələri, nəticələri və uşaqlar ı o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar.
77. Maddə 1166: Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər.
78. Maddə 1256: Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
79. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları a raşdırmalı və onlardan istifadə etməlidir.
80. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
81. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
82. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
83. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
84. Maddə 416.1. Kassasiya instansiyası məhkə məsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
85. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
86. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
87. Maddə 418.2. Bu Məcəllənin 386-cı maddəsində göstərilən ha llarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir.
88. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
89. Maddə
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri
90. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
91. Hazırkı kassasiya şikayətində Cavabdeh1 qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
92. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələbi pozulmuşdur.
93. Belə ki, apellyasiya instansiyası məhkəməsi qətnamədə qeyd etmişdir ki, bu vərəsəlik mübahisəsi miras qoyan X9 hazırda sağ və vəfat etmiş birinci növbə vərəsələ rinə münasibətdə həll edilir. Miras qoyanın vəfat etmiş birinci növbə vərəsələrinin özlərinin birinci növbə vərəsələrinin yaşayış ünvanlarının hazırda tam müəyyən edilməsi mümkün olmadığından, miras qoyan X9 birinci növbə vərəsələrinin miras əmlakdan qanuna müvafiq olaraq payının müəyyən edilməsini məqsədə müvafiq hesab edilir.
94. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin göstərilən mövqeyi ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi yenidən işə baxarkən miras əmlaka hüququ olan digər vərəsələrin dairəsinin müəyyən edilməsi, qəbul edilən məhkəmə aktı belə şəxslərin hüquqlarına və vəzifələrinə toxunursa, həmin şəxslərin işdə iştirak etməyə cəlb olunması barədə kifayət qədər tədbir görməmişdir.Halbuki işə əvvəl kassasiya qaydasında baxan məhkəmə tərki binin göstərişlərindən biri bu barədə olmuşdur.
95. Digər tərəfdən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2023cü il tarixli qərarı ilə Mülki Məcəllənin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından həmin Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilmişdir.
96. Azərbaycan Respublikası Kons titusiya Məhkəməsinin qeyd olunan qərarının qəbul edildiyi dövrdə hazırkı iş məhkəmələrin icraatında olduğu üçün həmin Qərar bu işə də şamil edilməlidir.
97. Konstitusiya Məhkəməsinin qeyd olunan qərarında ifadə edilmiş hüquqi mövqelərə əsasən Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də, bu müdaxilə fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyri-mütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır....vərəsəlik hüququnun mül ki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir
98. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, miras evlə bağlı X16 vəsiyyət qoyulsa da, sonuncu tərəfindən həmin əmlak faktiki və ya notariata yazılı ərizə vermək yolu ilə qəbul edilməmiş, o, anasının sağlığında həmin həyətdə ona ayrılmış 2 sot torpaq sahəsində tikilmiş evdə yaşamışdır. Qanunla müəyyən edilmiş müddətə mirasdan imtina barədə notariat orqanına ərizə verilməmişdir.
99. Lakin apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarının xeyrinə vəsiyyətnamə qoyulan şəxsə münasibətdə (yəni vəsiyyət üzrə vərəsəlik zamanı) tətbiq edilməli olub-olmamasını əsaslandırmamışdır.Müvafiq hüquqi qiymətləndirmə nəticəsində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müvafiq qərarının, xeyrinə vəsiyyətnamə qoyulan şəxsə münasibətdə (yəni vəsiyyət üzrə vərəsəlik zamanı) tətbiq edilməli olması qənaətinə gəlindikdə isə iddiaçının qanun üzrə vərəsəlik qaydasında pay, yoxsa məcburi pay alması məsələsinə hüquqi qiymət verilməlidir.İddiaçının miras əmlakdan alacağı hissə müəyyənləşdirildikdən sonra isə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 22 may 2020-ci il tarixdə aldıqları 2V-455 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X26 adına verilmiş 30 may 2020-ci il tarixli 182**10649 qeydiyyat nömrəli çıxarışın tamamiləmi, yoxsa iddiaçının mirasdan almalı olduğu hissəyə münasibətdəmi etibarsız hesab edilməli olduğu məsələsi araşdırılıb hüquqi qiymətləndirmə aparılmalıdır.
100. Lakin apellyasiya instansiyası məhkəməsi bu istiqamətdə araşdırma və hüquqi qiymətləndirmə aparmamışdır.
101. Yuxarıda şərh edilənlərə görə də kassasiya şikayəti təmin edilməli Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 iyun 2024-c ü il tarixli 2(104)-1125/2024 nömrəli qətnaməsi ləğv edilməli, iş yenidən baxılmaq üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməlidir.İşə apellyasiya məhkəməsi tərəfindən yenidən baxılarkən, işə əvvəllər kassasiya qaydasında baxmış məhkəmə tərkibinin göstərişləri tam icra edilməklə bərabər, hazırkı qərarda şərh edilən nöqsanlar da aradan qaldırılımaqla maddi və prosessual hüquq normalarının tələbinə cavab verən qanuni və əsaslı məhkəmə aktı qəbul edilməlidir.
102. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 iyun 2024-cü il tarixli 2(104)-1125/2024 nömrəli qətna məsi ləğv edilsin. İş yenidən baxılmaq üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.