Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-332/2025 13.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətimübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdehlər Cavabdeh1, X1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı iş üzrə QƏRARİ Açar sözləri: Mülkiyyət hüququnun müdafiəsinə dair tələblər, qeyri-yaşayış sahəsindən çıxarılma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Şamayev Elşad Yaquboviç və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərk ibdə, iddiaçı Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti- mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdehlər Cavabdeh1, X1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı qeyri-yaşayış sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4648/2024 nömrəli, 1 oktyabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdehlər Cavabdeh1, X1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6, Bakı şəhəri Nəsimi rayonu, A.D.Qurbanov küçəsi 7 say lı evin 1-ci mərtəbəsində yerləşən mənzilində yaşayırlar.
2. Bakı şəhəri Nəsimi rayonu, A.D.Qurbanov küçəsi 7 saylı evə bitişik sahəsi 85.0 kv.m olan qeyri-yaşayış sahəsini cavabdehlər heç bir müvafiq sənəd olmadan zəbt edib istifadə edirlər. Qeyri-yaşayış sahəsinin boşaldılması barədə rəzmi xəbərdarlığı qəbul etməkdən imtina etmişdirlər.
3. Nəsimi rayonu, A.D.Qurbanov küçəsi 7 saylı ev Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansında qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “qeyri-yaşayış sahəsindən çıxarılma” tələbinə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddia ərizəsi onunla əsaslandır ılmışdır ki, Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansında olan Nəsimi rayonu, A.D.Qurbanov küçəsi 7 saylı evin 1 otaqlı yaşayış sahəsi 10,0 kv.m olan xidməti mənzilində yaşayan Cavabdeh1 mənzilinə bitişik olan sahəsi 85 kv.m olan qeyri-yaşayış sahəsini heç bir müvafiq icazə sənədi olmadan zəbt etmiş və oratadan istifadə edir. Həmin əraziyə xidmət göstərən MKİS tərəfindən cavabdehə həmin qeyri-yaşayış sahəsinin boşaldılması üçün xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh həmin qeyri-yaşayış sahəsini boşaltmaqdan imtina edir. Bununla da Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi AR MM-nin 152-ci maddəsində nəzərdə tutulan hüquqları pozulmuşdur.
6. Daha sonra AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən ümçüncü şəxs qismində cəlb edilmişdir.
7. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o, 4 qızı ilə küçədə qalmış, yaşayacaq başqa yerləri yoxdur. Bununla bağlı bir çox dövlət orqanlarına müraciət etmiş və nəticədə ona qızları ilə yaşamaq üçün sahəsi 10 kv.m-lik sahə verilmişdir. Lakin onun 4 qızı və 4 nəvəsi ilə həmin sahədə yaşaması mümkün deyil, ona görə də artıq uzun illərdir ki, yaşadıqları sahənin ətrafında olan sahədən də istifadə edirlər. Onların başqa yaşayış yeri yoxdur. Qeyd olunanların nəzərə alınaraq iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
8. Nəsimi Rayon Məhkəməsinin 2(006)-1377/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi (hakim-Ramin Xəlilov) ilə iddia tələbi təmin edilməsi, Cavabdeh1, X1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 Bakı şəhəri Nəsimi rayonu, A.D.Qurbanov küçəsi 7 saylı evə bitişik sahəsi 85.0 kv.m olan qeyri-yaşayış sahəsindən çıxarılması qət edilmişdir.
9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisə predmeti olan qeyriyaşayış sahəsi iddiaçının balansındadır və cavabdehlər heç bir hüquqi əsas olmadan həmin sahəni zəbt etməklə qanunsuz sahibliklərində saxlayırlar. Ona görə iddiaçı cavablərin mübahisə predmeti qeyri-yaşayış sahəsindən çıxarılmalarını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Bundan əlavə isə məhkəmə həmçinin qeyd etmişdir ki, sözügedən həm yaşayış sahəsi, həmdə qeyri-yaşayış sahəsi mülkiyyətçisi Azərbaycan Respublikasıdır (dövlət) və bununla bağlı müvafiq arayışda məhkəməyə təqdim edilmişdir. Lakin cavabdehlər qeyri-yaşa yış sahəsinə bitişik yaşayış sahəsini belə özəlləşdirməmişdir (mülkiyyətə keçirilmə ilə bağlı müvafiq dövlət qurumuna müraciət etməmişdir).
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə, Mülki Məcəllənin 152.1, 152.5, 157.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 217.3, 217.4, 218.3-cü maddələrinə, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəs imi rayon Mənzil Kommunal Təsərrüfat Birliyi ünvan 1 ünvanda qeydiyyatda olmasına baxmayaraq, ünvan 2 olan qeyri-yaşayış sahəsinin guya ona aid olmasını iddia etsə də, onu təsdiq edən hər hansı bir sənəd, sübut Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi qətnamədə məhkəmə tərəfindən müəyyən edilən hallar bəndində qanunsuz olaraq göstərmişdir ki, guya Bakı şəhəri, Nəsimi rayonu, A.D.Qurbanov küçəsi 7 saylı bina Bakı şəhəri Nəsimi rayon Kommunal Təsərrüfat Birliyinin balansındadır. Məhkəmə isə bu faktı təsdiq edən hər hansı bir mötəbər sənədə istinad etməyərək qanunsuz qətnamə çıxarmışdır. Bakı şəhəri Nəsimi rayon Məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.
13. Bakı Apellyasiya Məhkəməs i Mülki Kollegiyasının 2(103)-4648/2024 nömrəli, 1 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər- İkram Şirinov (sədrlik edən və məruzəçi) Namiq Cəfərov və Elşən Kazımov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh tərəf həm şikayətində, həm də izahatında iddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun olmamasına istinad etmişdir.Halbuki mülki iş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 07 mart 2024-cü il tarixli, 2-21-3/23885/2024 nömrəli məktubundan və ona əlavə edilmiş çıxarışdan görünür ki, Nəsimi rayonu, A.D.Qurbanov küçəsi 7 saylı ev Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansında qeydiyyata alınmışdır. Belə olan halda məlum olur ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malikdir. Beləliklə, cavabdeh iddiaçıya məxsus qeyri-yaşayış sahəsini hər hansı qanuni əsas olmadan, özbaşına zəbt etdiyindən, birinci instansiya məhkəməsi ona aid hissədə düzgün nəticəyə gəlmiş və iddianı təmin etməkdə haqlı olmuşdur.
15. Apellyasiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2, Azərbaycan Respublikasının MPM-in 14.2, 77.1-ci maddələrinə də istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
16. Cavabdeh1 (vəkil Nümayən də2) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-4648/2024 saylı qətnaməsinin tam ləğv olunmasını və iddianın tam rədd olunmasını xahiş etmişdir.
17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırılmalı idi. Çünki, iddiaçının yaşayış binasına çıxarışı olsa da, qeyri-yaşayış binasına heç bir çıxarışı yoxdur. Cavabdeh1 4 qızı və 4 nəvəsi ilə birlikdə uzun müddətdir, yəni 20 ilə yaxındır ki, həmin mənzildə yaşayır.İddiaçı Bakı şəhəri Nəsimi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin subyektiv hüququ olmadığı halda məhkəmədə iddia qaldırmışdır.
18. Hesab edir ki, həm bir inci instansiya məhkəməsi, həm Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi qətnamədə iddiaçının iddia vermək üçün hüquqi əsasın olmamasına baxmayaraq, yəni iddiaçı Nəsimi rayonu Mənzil Komunal Təsərrüfat Birliyinin balansında olmayan qeyri-yaşayış sahəsindən çıxarılmaq barədə iddianı təmin etməklə MPM-in maddəsinin tələblərini kobud surətdə pozmuşdur. Ona görə də məhkəmə qətnaməsi tamamilə ləğv olunmalıdır.
19. Kassasiya şikayəti əsaslandırılarkən Azərbaycan Respublikasının MPM-in 4.1, 77, 418-ci maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasinin Konstitusiyası
21. Maddə
13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və döv lət tərəfindən müdafiə olunur.
22. Maddə
29. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasinin Mülki Məcəlləsi
23. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
24. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslə rin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
25. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhk əmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
30. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
33. Maddə 416.
2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
34. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
35. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
36. Qanu nun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
37. Hazırkı kassasiya şikayətində qətnamə Cavabdeh1 tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəm əsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
39. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə kassasiya şikayətində göstərilən hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandır ma ilə razılaşır.
40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
41. Ona görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 1 oktyabr 2024-cü il tarixli 2(103)-4648/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.