Məhkəmə qərarları › İş №2(102)-3327/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3327/2024

18.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3327/2024 18.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 Ümüd oğlunun prosessual hüquqi varisi İddiaçı2 cavabdeh X1 qarşı işi üzrə QƏRARİ Açar sözlər: apellyasiya şikayətinin qeyri-mümkünlüyü Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı1 Ümüd oğlunun prosessual hüquqi varisi İddiaçı2 cavabdeh X1 qarşı pul tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4880/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadından X2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respubl ikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Ramiz İsgəndərovdan 13000 ABŞ dolları və 200 manatın, 1344 ABŞ dolları faiz borcunun və 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Sonradan, iddiaçının ölməsi səbəbilə, o, prosessual hüquqi varisi İddiaçı2 ilə əvəz edilmişdir.

3. Nəsimi Rayon Məhkəməsinin 2(006)-1069/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək cavabdehdən iddiaçının xeyrinə 13.000 ABŞ dolları məbləğində pul vəsaitinin və 30 manat məbləğində dövlət rüsumunun tutulması qət edilmişdir (hakim Natavan Tağıyeva).

4. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermişdir.

5. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8625/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən - iddianın təmin olunmuş hissəsində ləğv edilərək iddia həmin hissədə qismən təmin edilmiş, cavabdehdən 10000 ABŞ dollarının tutularaq iddiaçıya ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir (hakimlər Emin Mehdiyev – sədrlik edən və məruzəçi, Namiq Cəfərov və Xəyal Sarıyevdən ibarət tərkibdə).

6. Qətnamə qanuni qüvvəsini almış və xx.xx.2022-ci ildə icra vərəqəsi verilmişdir. İcra qurumunun xx.xx.2022-ci il tarixli icraata başlama barədə qərarı ilə verilmiş icra vərəqəsi üzrə icra hərəkətləri nə başlanılmışdır.

7. Mərhum İddiaçı1 oğlu Nizami Yusifov apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsini və qət edilən məbləğin 1/5 hissəsinin ona ödənilməsini xahiş etmişdir.

8. Nizami Yusifov şikayətini belə əsaslandırmışdır ki, o İddiaçı1 5 vərəsəsindən biridir. Buna baxmayaraq, işə baxan birinci instansiya məhkəməsi vərəsələrdən yalnız bacısı İddiaçı2 prosessual hüquqi varis kimi işə cəlb etmişdir. Halbuki, məhkəmə vərəsələrin dairəsi tam müəyyən edilənədək icraatı dayandırmalı, vərəsələr müəyyən edildikdən sonra mübahisəli pul məbləğini mirasa daxil olan əmlak kimi müəyyən edərək vəsaiti notariat ofisinin hesabına yaxud vərəsələrin razılaşması əsasında onların hər hansı birinin hesabına köçürməli idi.

9. Bakı Apellyasiya Məhkəməsinin Mülki K ollegiyasının 2(103)-4880/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə birinci instansiya məhkəməsinin qətnaməsindən İddiaçı1 Yusifov tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir (hakimlər Elşən Kazımov – sədrlik edən və məruzəçi, İkram Şirinov və Namiq Cəfərovdan ibarət tərkibdə).

10. Məhkəmə kollegiyası mövqeyini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən - iddianın təmin edilən hissəsi artıq mövcud deyildir. Çünki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)8625/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti əsasında həmin qətnamə mübahisələndirilən hissədə, yəni iddianın təmin olunmuş hissəsində ləğv edilmişdir və iddia həmin hissədə qismən təmin edilərək cava bdehdən 10000 ABŞ dollarının tutularaq iddiaçıya ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

11. Eyni zamanda, Nizami Yusifovun hansı prosessual statusda apellyasiya şikayəti verdiyi bəlli deyil, eləcə də o qətnamənin mövcud olmayan, yəni ləğv olunmuş hissəsindən apellyasiya şikayəti vermişdir.

12. Bundan əlavə, N.Yusifovun verdiyi apellyasiya şikayətinin məzmunundan aydın olur ki, o, qətnamə ilə qət edilən məbləğin 1/5 hissəsinin ona ödənilməsinə nail olmaq istəyir, dolayısı ilə mövcud olmasa da qətnamə ilə qət edilən məbləğdən narazı deyildir.

13. Buna baxmayaraq, birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan halları müəyyən etmədən, apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulan tələblərə riayət edilib-edilmədiyini yoxlamadan şikayəti baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərməklə düzgün olmayan nəticəyə gəlmişdir.

14. Məhkəmə kollegiyiyası mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361 və 363.1.1-1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

15. Nizami Yusifov (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilərək sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün işin həmin məhkəməyə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

16. Kassasiya şikayətinin dəlilinə görə, mübahisələndirilən məhkəmə işinə cəlb edilməməsi ilə onun vərəsəlik hüquqları pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayə tinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

18. Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər.

19. Maddə 357.2. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir.

20. Maddə 361.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələn dirildiyi;

21. Maddə 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.1. apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə; 363.1.1-1. apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə.

22. Maddə 366.4. Apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər.

23. Maddə 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyal arının qərardadlarından kassasiya şikayəti verilə bilər.

24. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

25. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və h üquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

26. Apellyasiya instansiyası məhkəməsinin qərardadı Nizami Yusifov tərəfindən tam mübahisələndirildiyindən hazırkı kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qərardadının qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin qeyd edilən qərardadı əsaslıdır, məhkəmə prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş ü zrə qanuni və əsaslı nəticəyə gəlmişdir.

28. Belə ki, X2 tərəfindən apellyasiya şikayəti verilmiş məhkəmə qətnaməsi artıq apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanmış və apellyasiya məhkəməsi tərəfiundən iddianın təmin edilən hissəsi ilə bağlı yeni qətnamə qəbul etmişdir. Bu isə o deməkdir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilən hissəsinə yenidən apellyasiya qaydasında baxılması yolverilməz olduğundan apellyasiyanın mümkünlüyü üçün əsaslar mövcud deyildir.

29. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadının 41-ci bəndində də göstərilmişdir ki,... məhkəmələrin eyni iş üzrə bir tərəfin şikayəti əsasında tam, yaxud müəyyən hissədə yoxlanılaraq qanuni qüvvəsini alm ış məhkəmə qərarının mübahisənin digər tərəfinin şikayəti əsasında təkrarən yoxlanılması hüquqi müəyyənlik prinsipinə zidd olduğundan, bu şikayətlərə baxılması yolverilməz hesab edilməklə geri qaytarılmalıdır. Həmin qərardadın 43-cü bəndinin axırıncı cümləsində də qeyd olunur ki, bu qərardadın 27-ci bəndində istinad edilən hallarda da, verilmiş yeni şikayət artıq daha əvvəl baxılaraq hüquqi qiymət verilmiş hissə ilə bağlı olduğundan, həmin şikayətə apellyasiya qaydasında baxılması üçün prosessual əsasların olmamasına görə şikayət qeyri-mümkün hesab edilməlidir.

30. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsi 418-1.3-cü maddəsinə əsasən Ali Məhkəmənin mülki və kommersiya kollegiyaları mübahisəli hüquqi məsələyə birgə baxaraq ona dair hüquqi mövqeyini qəbul etdiyi qərardadda təsbit ed ir.

31. Həmin Məcəllənin 418-1.4-cü maddəsinə əsasən Ali Məhkəmənin işə baxan məhkəmə tərkibi, habelə eyni xarakterli məsələlərə baxarkən bütün digər məhkəmə tərkibləri bu Məcəllənin 418-1.3-cü maddəsində nəzərdə tutulmuş qərardadda müəyyən edilmiş hüquqi mövqeni rəhbər tutmalıdırlar.

32. Buna görə də, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, qərardad qəbul edilərkən mülki prossesual normaların tələbləri pozulmadığından kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən saxlanılmalıdır.

33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyas iya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(103)4880/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar