Məhkəmə qərarları › İş №2(102)-3334/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3334/2024

08.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3334/2024 08.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülki hüquq pozuntusu üçün məsuliyyət, sübutetmə vəzifəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 qarşı “pul, maddi və mənəvi zərərin ödənilməsi və əldən çıxmış fayda” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kolleg iyasının 2(103)- 2432/2024 nömrəli 17 aprel 2024-cü il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 08 oktyabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı 1995-ci ildən 2016-cı ilə qədər Cavabdeh3 Ticarət Mərkəzində xəz və dəri geyimləri satışı ilə məşğul olmuşdur.

2. XX Ticarət Mərkəzində fəaliyyət göstərən sahibkar X2 adlı şəxs tərəfindən verilən xx.xx.2023-cü il tarixli, 01/23 nömrəli arayışa əsasən ünvan 1 mağazada fəaliyyət göstərən İddiaçı 2016-cı ilin aprel ayında Cavabdeh3 Ticarət Mərkəzindəki fəaliyyətini dayandırdığı üçün özünə məxsus 30 ədəd xəz-dəri mallarının alınmasını xahiş etmişdir. Onun xahişi əsasında 30 ədəd mal alınmışdır.

3. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-4142/ 2023 nömrəli, 16 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər "xxxx" MMC və X1 qarşı “pul, maddi və mənəvi zərərin ödənilməsi və əldən çıxmış fayda” tələbinə dair iddiası təmin edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, dövriyyədəki əşyalarının dəyəri olan 300000 manatın, 200000 manat maddi zərərin, 300000 manatlıq dövriyyədəki əşyalarını əsassız olaraq əlində saxlaması nəticəsində əldə edəcəyi 168000 manat faydanın, mənəvi zərərə görə isə 20.000 manatın cavabdehlər "xxxx" MMC, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, idd iaçı icarəyə götürdüyü 100 m2 mağazaya görə hər ay 6000 manat ödəniş etmişdir. Lakin 2015-ci ilin fevral ayında devalvasiya ilə əlaqədar icarə haqqında gecikmələr olmuşdur. Bu səbəbdən 2016-cı ilin mart ayının 30-da bazarın müdiri Cavabdeh2 mühafizə işçiləri ilə birlikdə iddiaçının 300.000 manatlıq şubalarını müsadirə edərək aparmışdır. İddiaçı dəfələrlə müraciət edib müsadirə edilən şubaların geri qaytarmalarını istəsə də, heç bir nəticəsi olmamışdır. Beləliklə, cavabdehin qanunsuz əməli nəticəsində iddiaçının maddi durumu çox acınacaqlı vəziyyətə düşmüşdür. Belə ki, iddiaçı yaşadığı evi "xxxx" ASC-yə girov qoyaraq 100.000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Lakin cavabdehlərin qanunsuz əməlləri nəticəsində 300.000 manatlıq şubalarının müsadirə edilməsi səbəbindən və 7 il ərzində i şsiz qaldığından banka ödəniş edə bilməmişdir. Şuşa Rayon Məhkəməsində həmin işlə bağlı çıxmış qətnaməyə əsasən iddiaçıdan 78000 ABŞ dolları məbləğində pul tutulması qət edilmiş və iddiaçı sözügedən məbləği ödəyə bilmək durumunda olmadığından hazırda yaşadığı ev hərracda satılmışdır. Həmin ev iddiaçının və ailəsinin yeganə yaşadığı yeri olmuş və məhz cavabdehlərin qanunsuz əməlləri nəticəsində onun əlindən çıxmışdır.

6. İddiaçı mağazadan istifadə etməklə ticarətlə məşğul olmuş, həm qazanc əldə etmiş, həm də dövriyyədəki mallarının sayını artırmışdır. Lakin cavabdehlərin onun 300.000 manatlıq şubalarını müsadirə etməsi və illərdir ki, qaytarmaması səbəbindən həm biznesi məhv olmuş, həm 300.000 manatlıq əmlakından (şubalar) məhrum olmuş, həm də biznesinin çökməsi və krediti ödəyə bilməməsi s əbəbindən yeganə yaşayış yeri əlindən çıxmışdır. İddiaçı ilk dəfə bu tələblə bağlı Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş ki, həmin mülki işin gedişində onun şubalarının onlarda yox, "xxxx" MMC-də olduğuna dair arayış təqdim edərək məsuliyyətdən qaçmağa çalışmışlar ki, sonradan o, pulunu "xxxx" MMC-dən tələb etməklə bağlı iddia verərkən, həmin arayışdakı imzanın saxta olduğu üzə çıxmışdır. Bu da cavabdehlərin onun pulunu qaytarmamaq üçün atdığı digər bir qanunsuzluq olmuşdur. Halbuki onun 300000 manatlıq əmlakını müsadirə etməsə idilər, belə bir arayış da təqdim etməzdilər.

7. Beləliklə, cavabdehlərin qanunsuz əməlləri nəticəsində iddiaçıya xeyli maddi zərər dəymiş, həm 300000 manatlıq dövriyyədəki əşyalarından, həm 200.000 manatlıq evindən, həm də 300000 manatlıq dövriyyədəki əşyalarını əsassız olaraq əlində saxlaması nəticəsində əldə edəcəyi faydadan məhrum olmuşdur.

8. Milli Bankın 2022-ci il üçün bank uçot dərəcəsi ortalama 7.75 % olmuşdur ki, 300000 manat məbləğinin 7.75 faizi gündəlik təxminən 6.458 manat edir. xx.xx.2016-cı ildə verilən 300.000 manat məbləğdən xx.xx.2022-ci ilədək 2370 gün (79 ay) gecikmə olduğundan, həmin gecikmənin (2370 x 6458 = 15.305.460) və cavabdehlərin də həmin məbləği qəsdən yubatdığından iddiaçı gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etməkdə tam haqlıdır.

9. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 21, 1096.1, 1097.1 və 1115-ci maddələrinə istinad etmişdir.

10. Cavabdeh4 iddia ərizəsinə yazılı etiraz verərək qeyd etmişdir ki, iddia ərizəsində göstərilən halların sübutuna dair məhkəməyə heç bir yazılı sübutu n təqdim edilmədiyi görünür. Belə ki, iddia 4 cavabdehə qarşı yönəlmişdir, lakin kimdən nə istənildiyi və ya istənilən tələbin əsası olan sübutların nədən ibarət olması iddia ərizəsindən aydın deyil. İddiaçı tərəfindən iddia müddəti də buraxılmışdır.

11. Birinci instansiya məhkəməsində cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X3 da iddianı qəbul etməmiş, iddia ərizəsinin əsassız olduğunu bildirmişdir.

12. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4677/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim Anar İbadzadə)

13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir.

14. Birinci instansiya məhkəməsi iddia müddətinin keçməsinə münasibətd ə qeyd etmişdir ki, iddiaçı 2016-cı ilin mart ayının 30-da Cavabdeh2 mühafizə işçiləri ilə birlikdə onun 300.000 manatlıq şubalarını müsadirə edərək apardığını bildirsə də, qeyd olunan mübahisə ilə bağlı vaxtında iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, qanunla müəyyən olunmuş iddia müddətini üzrsüz səbəbdən ötürmüş, iddia müddəti başa çatdıqdan xeyli sonra iddia ərizəsi ilə yalnız xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. İddia müddətinin tətbiq edilməsi barədə ərizə verildiyindən, hazırkı iş üzrə iddia müddəti keçdiyindən, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir.

15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki 372.1, 373.1, 373.2, 375.2, 376, 377.2, 378-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Apellyasiya şikayəti iddianın dəlillərinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə təqdim edilmədən özü bunu tətbiq etməklə maddi və prosessual normaların pozuntusuna yol vermişdir. Həmçinin hazırkı iş üzrə iddiaçı və cavabdehlər arasında mövcud olan münasibətlərə müqavilədən irəli gələn deyil, ümumi iddia müddəti ilə bağlı normalar tətbiq edilməlidir. Çünki hazırkı mübahisənin predmeti tərəflərin arasındakı hansısa müqavilədən irəli gəlməmişdir.

18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasın ın 2(103)-2432/2024 nömrəli mülki iş üzrə 17 aprel 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia rədd edilmişdir. (hakimlər Fuad Babayev (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva, Günay Axundova)

19. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən iş üzrə düzgün maddi hüquq norması, ümumiyyətlə, tətbiq edilməmişdir.

20. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq hesab etmişdir ki, hazırkı iş üzrə iddiaçının tələbi ona məxsus olan malların cavabdehlər tərəfindən onun iradəsinə zidd olaraq götürülməsi və bununla da iddiaçıya zərər vurulması olduğundan, tərəflər arasında yaranmış öhdəliyin əsası qismində mülki qanunvericiliyin mülki hüquq pozuntularını (deliktlər) tənzimləyən normaları çıxış edir və birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən normalar hazırki işin hallarına tətbiq edilməmişdir. Bundan əlavə, birinci instansiya məhkəməsi tərəfindən iddianın əsası düzgün müəyyənləşdirilmədiyindən iddia müddətinin tətbiqi ilə bağlı normalara istinadlarda da yanlışlığa yol verilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddianın hüquqi əsası ilə bağlı qeyd etmişdir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmır. Çünki hazırkı iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşdüyü halda o, cavabdehlər tərəfindən ona məxsus olan xəz dərilərin iradəsinə zidd olaraq götürülməsinə və nəticədə ona idd ia tələbində göstərdiyi miqdarda zərər vurulmasına dair kifayət qədər mötəbər sübutlar təqdim etməmiş, iş materialları ilə cavabdehlərin iddiaçıya zərər vurması halı öz təsdiqini tapmamışdır.

22. Belə ki, iş materiallarında iddiaçı tərəfindən öz iddiasının əsaslılığı üçün istinad etdiyi yeganə sübut Cavabdeh3 Ticarət Mərkəzində fəaliyyət göstərən sahibkar xxx adlı şəxs tərəfindən verilən xx.xx.2023-cü il tarixli, 01/23 saylı arayış olmuş, həmin arayışda isə ünvan 1 mağazada fəaliyyət göstərən İddiaçı 2016-cı ilin aprel ayında XX Ticarət Mərkəzindəki fəaliyyətini dayandırdığı üçün özünə məxsus 30 ədəd xəs-dəri mallarının alınmasını xahiş etmişdir. Onun xahişi əsasında 30 ədəd mal alınmışdır” qeyd edilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsi təqdim olunan sübuta münasibətdə qeyd göstər mişdir ki, əvvəla, arayış bunu tərtib etməyə səlahiyyəti olan və bu səlahiyyətin təsdiq edildiyi hansısa şəxs və qurum tərəfindən tərtib edilmədiyindən, adı qeyd edilən “XX Ticarət Mərkəzində fəaliyyət göstərən sahibkar xxx.” adlı şəxsin kimliyini müəyyənləşdirmək mümkün olmadığından və həmin şəxsin bu smetanı tərtib etməyə səlahiyyətinin dərəcəsi hansısa sənədlə müəyyən olunmadığından mötəbər sübut kimi qəbul edilə bilməz və həqiqəti nə dərəcədə əks etdirdiyi şübhə doğurardı.

24. Bundan əlavə həmin arayışın məzmunundan da göründüyü kimi qeyd edilən sənədin iddiaçının hazırda cavabdehlərdən etdiyi tələblə konkret və birbaşa olaraq hansısa bağlantısı yoxdur və arayışda tamamilə başqa mağazanın adı qeyd edilmişdir. Həmçinin iş materiallarındakı Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-4142/2024 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi və Məhkəmə Ekspertiza Mərkəzinin 4/1320 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyindən də görünür ki, arayışdakı “xxx” soyadının qarşısındakı imza həmin şəxsin özü tərəfindən deyil, başqa şəxs tərəfindən icra edilmişdir. Bütün bunlar da o deməkdir ki, sözügedən sənədin hazırkı iş üzrə heç bir mötəbər qüvvəsi olmamışdır.

25. Apellyasiya instansiyası məhkəməsi onu da qeyd etmişdir ki, iddiaçının qeyd etdiyi fakt, yəni ona məxsus xəz dərilərin götürülməsi faktı hansısa ehtimalda həqiqəti əks etdirsə idi belə, həmin malların məhz hazırkı iş üzrə cavabdehlər tərəfindən götürülməsi, o cümlədən həmin malların dəyərinin məhz dəqiqliklə iddiaçının bildirdiyi kimi 300.000 manat olmasını təsdiq edən hər hansı mötəbər sübut da məhkəməyə təqdim edilməmişdir. Bütün bunlar onu deməyə əsas verir ki, iddiaçı ona cavabdehlər tərəfindən 300.000 manat dəyərində zərər vurulmasını heç bir sübutla təsdiq edə bilməmişdir.

26. Apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə təqdim edilmədən birinci instansiya məhkəməsinin özünün bunu tətbiq etməsi ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, şikayət bu hissədə də əsassızdır. Belə ki, iş üzrə Cavabdeh4 tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanan xx.xx.2023-cü il tarixli etirazın məzmununda cavabdeh tərəfindən iddiaçının hazırkı iş üzrə iddia müddətini ötürdüyü və buna görə də iddianın rədd edilmə əsaslarından biri kimi də iddia müddətinin tətbiq edilməli olduğu qeyd edilmişdir.

27. Apellyasiya instansiyası məhkəməsi izah e tmişdir ki, qanunvericiliyin ruhuna görə məhkəmə tərəfindən iddia müddətinin tətbiqi məsələsinə baxılıb münasibət bildirməsi üçün cavabdeh tərəfindən ayrıca ərizə forması ilə müraciət edilməsi şərt deyil və yazılı formada müraciət etməsi, o cümlədən hazırkı işdə olduğu kimi iddiaya etirazın əsaslarından biri kimi göstərməsi kifayətdir. Buna görə də məhz qeyd edilən hissədə iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur.

28. Lakin iddiaçının hazırkı iş üzrə ümumi 10 illik iddia müddətinin tətbiq edilməli olması ilə bağlı apellyasiya şikayətinin dəlilləri əsaslıdır və birinci instansiya məhkəməsi qeyd edilən hissədə yanlışlığa yol vermişdir. Belə ki, birinci instansiya məhkəməsi işdə konkret olaraq hansı növ iddia müddətinin (müqavilə tələbləri üzrə 3 il və s.) ötürüldüyü və nə qədər müddətə ötürüldüyünü qeyd etməmişidir.

29. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə iddiaçının cavabdeh tərəfindən 2016-cı ilin mart ayının 30-da onun 300.000 manatlıq şubalarını müsadirə edərək apardığını bildirməsi və birinci instansiya məhkəməsi tərəfindən iddiaçının “iddia müddəti başa çatdıqdan xeyli sonra” müraciət etməsi qeyd edildiyindən hazırda birinci instansiya məhkəməsi tərəfindən ümumi 10 illik iddia müddətinin deyil, müqavilə tələblərindən irəli gələn 3 illik iddia müddətini tətbiq etdiyi qənaətinə gəlinməlidir. Lakin birinci instansiya məhkəməsi yuxarıda qeyd edildiyi kimi iddianın hüquqi əsasını düzgün müəyyən etmədiyindən və işə mülki hüquq pozuntularından – deliktlərdən irəli gələn müddəaları tətbiq etmədiyindən, seçilməli olan iddia müddətini də düz gün müəyyənləşdirməmişdir.

30. Belə ki, hazırkı iş üzrə iddiaçının tələbi tərəflər arasında bağlanmış hansısa müqavilədən irəli gəlmədiyindən və ona dəydiyini iddia etdiyi zərərin tələb olunması ilə bağlı olduğundan, həmin tələblə bağlı ümumi iddia müddəti olan 10 illik müddət tətbiq edilməli və həmin müddətin ötürülüb-ötürülməməsi aydınlaşdırılmadır. İddia tələbindən də göründüyü kimi iddiaçı cavabdehlər tərəfindən ona məxsus malların 2016-cı ilin mart ayında götürüldüyünü iddia etmişdir. Bu da o deməkdir ki, iddiaçı tərəfindən hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edilərkən, iddia müddəti ötürülməmişdir. Beləliklə, iddiaçının apellyasiya şikayəti qeyd edilən hissədə əsaslıdır.

31. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının pul tələbi ilə bağlı iddiasının təmin olunması üçün əsaslar müəyyən edilmədiyindən, həmin tələbdən irəli gələn tələbinin digər hissələri də təmin edilməməlidir.

32. Apellyasiya instansiyası məhkəməsi kollegiyası gəldiyi nəticəni Mülki Məcəllənin 14.2.6, 372.1, 373.1, 386.1, 1096.1, 1096.2-ci və Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

33. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

34. Kassasiya şikayəti Mülki Məcəllənin 21, 1096, 1097-ci, MPM-in 217 və 218-ci maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən iş üçün mühüm əhəmiyyət kəsb edən halları nəzərə almamışdır. Məhkəmə isə öz qətnaməsində iddiaçıya zərər vurulmasını nəzərə almamış, işi tam və ətraflı araşdırmamış, işə formal yanaşaraq iddianı rədd etmişdir. Apellyasiya instansiyası məhkəməsi qətnaməsində qərəzli mövqe tutaraq cavabdeh tərəfindən çıxış etmiş, işə obyektiv yanaşmamış və əsassız qətnamə qəbul etmişdir. İş materiallarından göründüyü kimi iddiaçı tərəf cavabdehin məhkəməyə saxta sənəd təqdim etdiyini dəfələrlə məhkəmənin nəzərinə çatdırsa da, hər iki instansiya məhkəməsi bu məsələyə lazımi diqqət yetirməmiş və araşdırmamışdır. Halbuki cavabdehin saxta sənədlər təqdim etməsi elə onun təqsirli olmasını göstərən ən birinci sübutlardan olmuşdur. İş materiallarında olan sübutlarla iddiaçının cavabdehə məxsus mağazada fəaliyyət göstərməsi və onun tərəfindən mağazanın qapısının bağlanmasının tam sübuta yetirilməsinə baxmayaraq məhkəmə bu ziddiyyətləri aydınlaşdırmamış, formal mülahizələrlə iddianı təmin etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

35. Cavabdehlər "xxxx" MMC və Cavabdeh2 kassasiya şikayətinə qarşı etiraz göndərək, şikayətin təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 14.2.6. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilə də zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Pros essual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası m əhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qə tnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

36. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

37. Kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirilib. Bu səbəbdən kollegiya qətnaməni tam yoxlayır.

38. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən hallar müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

40. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlib.

41. İddia tələbi vurulmuş zərərin ödənilməsi barədir. İddiaçı 2016-cı ilin mart ayının 30-da bazarın müdiri Cavabdeh2 mühafizə işçiləri ilə birlikdə ona məxsus 300.000 manatlıq şubaların müsadirə edilməsinə, bununla da ona zərər vurulm asına istinad etmişdir.

42. Zərər vurulması iddialarının təmin olunması şərtləri bunlardır: zərər vurulması; zərərin hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində vurulması; zərərlə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması. Yalnız bu şərtlərin məcmu halında mövcud olması müəyyən edildiyi halda, iddianın tam və ya qismən təmin olunmasından danışmaq olar.

43. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən hallarına görə isə hazırkı iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşdüyü halda o, cavabdehlər tərəfindən ona məxsus olan xəz dərilərin iradəsinə zidd olaraq götürülməsinə və nəticədə ona iddia tələbində göstərdiyi miqdarda zərər vurulmasına dair kifayət qədər mötəbər sübutlar təqdim etməmiş, iş materialları ilə cavabdehlərin iddiaçıya zərər vurma sı halı öz təsdiqini tapmamışdır.

44. Başqa sözlə, hazırkı işdə delikt öhdəliyinin yaranması üçün qanunda nəzərdə tutulmuş dispozisiya şərtləri mövcud olmamışdır.

45. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş həmin hallarına əsasən hazırki qərarın 19-32-ci bəndlərində əks edilən qiymətləndirməsi ilə razılaşır və bu səbəbdən əlavə şərhə zərurət görmür.

46. Həmin bəndlərdən görünür ki, apellyasiya instansiyası məhkəməsi işin hallarını işdə olun sübut bazası əsasında müəyyən etmiş, həmin sübutları Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun qiymətləndirməklə, yuxarıda göstərilən nəticəyə gəlmişdir.

47. İş materiallarından görünür ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

48. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin sübuta yetirilməsi iddiaçının üzərinə düşdüyü və buna baxmayaraq, iddiaçı öz tələblərini sübuta yetirə bilmədiyi üçün apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianı təmin etməmişdir.

49. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edir ki, bu dəlillər işin faktiki hallarına aid olmaqla apellyasiya məhkəməsinin qərarı ilə təkzib edilir.

50. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

51. Yuxarıda göstərilə nləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2432/2024 nömrəli, 17 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar