Məhkəmə qərarları › İş №2(102)-3337/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3337/2019

21.05.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3337/2019 21.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim R.Səmədov, iş № 2(006)-xx/18) İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «öhdəliyi n icrası» tələbinə dair ddiası qismən təmin edilərək, dövlət büdcəsinin vəsaiti hesabına İddiaçı xeyrinə mənəvi zərərin əvəzi kimi 1500 (bir min beş yüz) manat məbləğində pulun ödənilməsi qət olunmuş, iddia tələbi qalan hissədə rədd edilmişdir. Həmin qətnamədən həm İddiaçı, həm də cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər V.Həsənov-sədrlik edən və məruzəçi, Ş.Məmmədova və N.Cəfərov, iş №2 (103)-xx/18) apellyasiya şikayətləri təmin edilməyərək, Nəsimi Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsinin ləğv olunmasını və iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh təşkilatın üzərinə iddiaçıya kompensasiya olaraq maddi zərərin əvəzi kimi 37.720 manat, mənəvi zərərin əvəzi kimi 2.000.000 manatın ödənilməsi öhdəliyinin qoyulması və mənəvi zərərə görə tutulan2.000.000 manat pulun X1 hesabına köçürülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, həmin norm aların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. İddiaçı Azərbaycan Respublikası MPM-nin 67-ci maddəsinin tələbinə zidd olaraq məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən onun izahatı dinlənilmədi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, nümayəndəsi üzrlü səbəb olmadan məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini dinləyərək, kassasiya şikayətinin dəlillər ini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2018-ci il tarixli qətnaməsihəmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddianın qismən əsaslı olması ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq həmin qətnaməni dəyişdirilmədən saxlayarkən aşağıdakıları nəzərə almışdır. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Cəlilabad Rayon Məhkəməsinin 1(073)-xx/2017 saylı 12.01.2017-ci il tarixli hökmü ilə əməlində cinayət tərkibi olmadığına görə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152-ci maddəsi ilə bəraət verilmiş, İddiaçı barəsində seçilmiş başqa yerə getməmək haqqında ilt izam qətimkan tədbiri ləğv olunmuş, ona qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ izah edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 11.05.2017-ci il tarixli, 1(106)-xx/2017 saylı hökmü il dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin olunaraq həmin hökm ləğv edilmiş, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və dərhal məhkəmə zalından həbsə alınmaqla cəzaçəkmə müddətinin başlanğıcının xx xxx 2017-ci il tarixdən hesablanması müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 01.11.2017-ci il tarixli, 1(102)-xx/17 saylı qərarı ilə məhkumun müdafiəçisi və zərərçəkmiş şəxs t ərəfindən verilmiş kassasiya şikayətləri təmin edilmiş, İddiaçı barəsində Şirvan Apellyasiya Məhkəməsinin xx xxx 2017-ci il tarixli hökmü ləğv edilmiş, Azərbaycan Respublikası CPM-nin 39.2-ci maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyindən məhkum İddiaçı barəsində Azərbaycan Respublikası CM-nin 152-ci maddəsi ilə başlanılmış cinayət işi üzrə icraata xitam verilmiş, İddiaçı dərhal cəzaçəkmə müəssisəsindən azad olunmuşdur. İddiaçı 18.04.2018-ci ildə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əsassız cinayət təqibi nəticəsində maddi və mənəvi zərərə məruz qaldığını bildirmiş və həmin zərərin əvəzinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini yalnız mənəvi zərərin əvəzinin ödənilməsi hissəsində qismən əsaslı saymış və iddiaçıya mənəvi zərərin əvəzi kimi dövlət büdcəsinin vəsaiti hesabına 1500 (bir min beş yüz) manat məbləğində pulun ödənilməsini qət etmişdir. Məhkəmənin qənaətinə görə dövlət orqanları və vəzifəli şəxslərin hüquqazidd əməli nəticəsində fərdə vurulmuş zərər ödənilməlidir. Lakin iddiaçı bu zərərin vurulmasını, zərərə məruz qaldığını sübut etməlidir. Hazırkı işdə iddiaçı ona 37.720 manat məbləğində maddi ziyan vurulduğunu bildirsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də iddia tələbi maddi ziyanın əvəzinin ödənilməsi hissəsində təmin oluna bilməz. Qeyd olunanlarla yanaşı birinci instansiya məhkəməsi iddiaçının mənəvi zərərə məruz qaldığı qənaətinə gələrək iddia tələbini həmin hissədə qismən təmin etmişdir. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci, «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 1, 5, 6, 7-ci maddələrini rəhbər tutaraq, eləcə də «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarında və «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxx 2008-ci il tarixli Qərarında şərh olunan tövsiyə və izahları nəzərə alaraq birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmış və həmin qətna məni dəyişdirilmədən saxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə birinci instansiya məhkəməsi tərəfindən işin halları düzgün müəyyən olunmuş, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsi iddiaçıya vurulmuş mənəvi zərərin əvəzinin 1500 manat həddində müəyyən edilməsi barədə nəticə ilə razılaşmış və qeyd etmişdir ki, iddiaçının qanunsuz olaraq həbsdə saxlandığı müddət və həbsdə qaldığı zaman məhrumiyyətlərə məruz qalması onun xeyrinə tutulmalı olan mənəvi zərərin məbləğini aşkar olaraq müəyyən etmiş olur. Nəzərə alınmalıdır ki, həbsdə olduğu müddətdə iddiaçının barəsində mənfi fikir formalaşmış, onu əhatə edən şəxslərlə münasibətlərinin pisləşməsinə gətirib çıxaran və onun şəxsiyyətini aşa ğı salan mənfi nəticələr yaranmışdır. Bu nəticəyə gələrkən məhkəmə iddiaçının həbsdə saxlanıldığı müddəti nəzərə almışdır. Məhkəmə haqlı olaraq həmin müddəti əsas götürərək mənəvi zərərin miqdarını ağlabatan məbləğdə müəyyən etmişdir. Bundan artıq məblələğdə zərər məbləğinin müəyyən edilməsi üçün isə iddiaçı əlavə sübutlara malik olmalı və həmin sübutlara məhkəməyə təqdim etməli idi ki, hazırkı işin halları baxımından iddiaçı belə sübutlara istinad etməmişdir. Yalnız birinci instansiya məhkəməsində irəli sürdüyü dəlilləri apellyasiya şikayətində təkrarlamışdır. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətlərinin dəlilləri üzrə də araşdırma apararaq həmin dəlilləri əsassız saymışdır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərə flər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları qismən – yalnız məhkəmə tərəfindən təmin olunan hissədə sübuta yetirə bilmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbi q edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş ü zrə toplanmış sübutları qiymətləndirərkən yuxarıda göstərilən tələblərə əməl etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinin tələblərinə cavab verir. Qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2018-ci il tarixli, 2 (103)xx/18 saylı qətnaməsi həmin kassasiya şikay ətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar