Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3339/2024 27.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4) iş üzrə QƏRARİ (Açar sözlər: behin qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4) “behin qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2776/2024 nömrəli 10 iyun 2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə 27 noyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1. 13.10.1978-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Zaur Kərimov küçəsi 141 a saylı fərdi yaşayış evinin 1/3 hissəsi, xx.xx.2010-cu ildə isə fərdi yaşayış evi tam olaraq Cavabdeh2 adına xüsusi mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınmışdır.
2. Cavabdeh2 Bakı şəhəri, Yasamal rayonu, Zaur Kərimov küçəsi 141 a saylı fərdi yaşayış evinin (7 otaq, y/s 92 kv metr, k/s 64,4 kv metr, ü/s 156,4 kv metr) 3 otağını ( y/s 37,3 kv metr) 4Ə-1-248 reyestr nömrəli xx.xx.2010-cu il tarixli Bakı şəhəri 19 saylı DNK tərəfindən təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən X5 və 4 otağını (y/s 54,7 k v metr) X1.
3. Cavabdeh2 adından verilmiş xx.xx.2010-cu il tarixdə 19 Bakı şəhəri Notariat kontoru tərəfindən təsdiqlənmiş 7E-01-312 saylı etibarnamə əsasında Cavabdeh1 ilə İddiaçı arasında notariat qaydasında təsdiqlənmiş 7 yanvar 2010-cu il tarixli beh müqaviləsi bağlanmış, beh müqaviləsinə görə İddiaçı Bakı şəhəri 1-ci Yasamal küçəsi 41 saylı evin Cavabdeh2 məxsus 1/3 hissəsini ondan 50400 manata almaq məqsədilə 34400 manat məbləğində pulu beh qismində nümayəndəsi Cavabdeh1 vermişdir. Cavabdeh1 həmin göstərilən məbləği qəbul etmiş və Cavabdeh2 məxsus yuxarıda qeyd olunan əmlakı öz aralarında razılaşdıqları müddət ərzində 50400 manata İddiaçı satmağı öz öhdəsinə götürmüşdür. Şərtlərə əsasən tərəflər arasında alqı-satqı müqaviləsi bağlandıqda İddiaçı tərəfindən Cavabdeh1 əlavə olaraq qala n 16000 manat ödəniləcəkdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi, iddia ərizəsinə əlavə və iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh2 və Cavabdeh1 Bakı şəhəri Yasamal rayonu Zaur Kərimov küçəsi 141 a saylı fərdi yaşayış evinin 1/3 hissəsinin alqı-satqısı məqsədilə notarial müqavilə əsasında beh məbləği olaraq ödənilmiş pulun iki misli miqdarında – 68800 (altmış səkkiz min, səkkiz yüz) manatın müştərək qaydada alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılimasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 nümayəndəsi olan Cavabdeh1 ilə evin alqı-satqısı ilə bağlı danışıqlar getmiş və evin qiyməti 50400 manat məbləğində razılaşdırılmışdır. Bununla əlaqədar Cavabdeh1 34400 manat məbləğində beh vermiş, bu barədə 7 yanvar 2010-cu il tarixdə beh müqaviləsi bağlanılmışdır. Aralarında olan razılığa əsasən qeyd edilən evə müəyyən müddət keçdikdən sonra köçmək istəmiş, lakin Cavabdeh1 müxtəlif bəhanələrlə öhdəliyini yerinə yetirilməsindən yayınmış, cavabdehlərin təqsiri ucbatından alıq-satqı müqaviləsinin bağlanması mümkün olmamışdır.
6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 iyul 2011-ci il tarixli, 2(004)3561/2011 nömrəli qiyabi qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh2 68800 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir.
7. Cavabdeh2 ərizəsi əsasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 iyul 2011-ci il tarixli, 2(004)-3561/2011 nömrəli qiyabi qətnaməsi ləğv olunmuş, tə rəflərə məlumat verilməklə işə mahiyyəti üzrə baxılması təmin edilmişdir.
8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3689/2012 saylı, 20 iyul 2012-ci il tarixli qətnaməsi ilə (hakim Elçin Qurbanov) iddia tələbinin təmin edilərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 34400 manat məbləğində behin iki misli miqdarında 68800 manat məbləğində pulun alınaraq iddiaçı X3 verilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdrır ki, məhkəmə iclasında şahid qismində X9 ifadə verərək təsdiq etmişdir ki, onun yanında qeyd edilən evin alqı-satqısı ilə əlaqədar beh müqaviləsi bağlanandan sonra İddiaçı Cavabdeh1 beh kimi 34400 manat pul vermişdir.
10. Tərəflər arasında Bakı şəhəri Z.Kərimov küçəsi 141 saylı evin 1/3 hissəsinə dair alqı-satqı müqavi ləsinin bağlanması öhdəliyin icrası behlə təmin edilmişdir.
11. Məhkəmə işin faktiki hallarını və iş üzrə tədqiq edilmiş sübutları nəzərə alıb hesab etmişdir ki, tərəflər arasında 7 yanvar 2010-cu il tarixli beh müqaviləsi bağlandığından və beh müqaviləsinin şərtlərini təmsil edilən Cavabdeh2 bəyəndiyindən, lakin sonradan mübahisəli evin İddiaçı ilə alqı-satqısına dair müqavilənin icrası satıcı tərəfindən təmin edilmədiyindən müqavilənin icra edilməməsi üçün məsuliyyəti yaranmışdır.
12. Cavabdeh2 təmsilçisi Cavabdeh1 tərəfindən beh müqaviləsi əsasında alınmış behin ona çatdırılmamasını, lakin bağlanmış əqdin bəyənməsini göstərdiyindən, İddiaçı isə behin iki mislinin birdəfəlik qaytarılmasını tələb etdiyindən, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşısında beh müqaviləsinin icra olun maması üçün birgə məsuliyyət daşımalı, iddiaçıya dəymiş zərərin əvəzini birgə ödəməlidirlər, bununla da iddia təmin olunmalıdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Cavabdeh2 (nümayəndəsi və vəkili Vəkil1) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddianın rədd olunmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh2 digər Cavabdeh1 etibarnaməni 2011-ci ildə vermişdir, məhkəmə onun adından beh müqaviləsinin 2010-cu ildə necə bağlanması halını, hansı səlahiyyət müəyyən edən sənədlər əsasında verildiyini araşdırmamışdır. Halbuki Cavabdeh2 dəfələrlə etibarnamənin ilk dəfə 2011-ci il tarixində verilməsini vurğulamışdır. 2010-cu il 7 yanvar tarixli beh müqaviləsi onun Cavabdeh1 tərəfindən Cavabdeh2 hansı sənədlər əsasında səlahiyy ət verməsi, ümumiyyətlə Cavabdeh1 Cavabdeh2 tərəfindən verilən etibarnamədə məhz hansı səlahiyyətlərin verilməsi araşdırılmamışdır. İstər beh müqaviləsinin, istərsə də onun bağlanmasına əsas olmuş sənədlərin məhkəmə texniki və məhkəmə xətşünaslıq ekspertizaları keçirilməmişdir. Sənədlərin saxta və ya əsl olması araşdırılmamışdır. Lakin işin vəziyyətindən görünür ki, Cavabdeh1 2010-cu ilin yanvar ayında Cavabdeh2 evin rəsmişlədirilməsi ilə əlaqədar almış olduğu etibarnamənin məqsədlərindən kənar istifadə etməklə sonuncunun adından İddiaçı adlı şəxslə evin satılması ilə əlaqədar beh müqaviləsi bağlamışdır. Belə çıxır ki, ya xx.xx.2010-cu il tarixli beh müqaviləsi saxta olmuşdur, yada ki, Cavabdeh1 həmin müqavilənin bağlanması üçün etibarnaməni saxtalaşdırmışdır. Hər bir halda, Cavabdeh2 dəqi q xatırlayır ki, onun Cavabdeh1 vermiş olduğu etibarnamədə beh müqaviləsinin bağlanması kimi bir səlahiyyət verilməmişdir. Məhkəmə tərəfindən xx.xx.2010-cu il tarixli beh müqaviləsinin Cavabdeh2 adından bağlanmasına səlahiyyət verən etibarnamənin mötəbər sənəd olub-olmaması yoxlanılmamışdır. Fakt budur ki, Cavabdeh2 Cavabdeh1 2010-cu il ərzində hər hansı etibarnamə vermədiyini bildirdiyi halda, məhkəmə tərəfindən həmin etibarnamə üzrə məhkəmə texniki-ekspertiza təyin edilməmiş, imzanın həqiqətən Cavabdeh2 məxsus olub-olmaması yoxlanılmamışdır. Hətta elə bir etibarnamə olmuş olsa idi belə, həmin etibarnamənin səlahiyyətlərini müəyyən edən mətni yoxlanılmamış, orada hansı hüquqların verilməsi araşdırılmamışdır.
15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2776/2024 nömrəli 1 0 iyun 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Elşən Kazımov (sədrlik edən və məruzəçi) İkram Şirinov və Namiq Cəfərov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. Məhkəmə kollegiyası mövqeyini onunla əsaslandırmışdır ki, apellyasiya şikayətinin dəlillərinin həqiqiliyinin yoxlanılması məqsədi ilə apellyasiya baxışı zamanı məhkəmə iclasında aparılan dəqiqləşdirmələrlə xx.xx.2010-cu il tarixdə 19 saylı Bakı şəhəri Notariat Kontoru tərəfindən verilmiş, reyestrdə 7E-01-312 nömrə ilə qeyd edilmiş etibarnamənin (bax.i.v.17-18) həqiqətən Cavabdeh2 tərəfindən Cavabdeh1 verildiyi (sənədləri Cavabdeh2 göstərib ondan təsdiq almaqla), məhz həmin etibarnamə əsasında Cavabdeh1 Cavabdeh2 adından İddiaçı arasında notariat qaydasınd a təsdiqlənmiş 7 yanvar 2010-cu il tarixli beh müqaviləsinin bağlandığı və İddiaçı Bakı şəhəri 1-ci Yasamal küçəsi 41 saylı evin Cavabdeh2 məxsus 1/3 hissəsini ondan 50400 manata almaq məqsədilə 34400 manat məbləğində pulu beh qismində nümayəndəsi Cavabdeh1 verdiyi, Cavabdeh1 isə həmin göstərilən məbləği qəbul etdiyi və Cavabdeh2 məxsus yuxarıda qeyd olunan əmlakı öz aralarında razılaşdıqları müddət ərzində 50400 manata İddiaçı satmağı öz öhdəsinə götürməsi təsdiq olundu. Buna baxmayaraq, Cavabdeh2 İddiaçı yaxud Cavabdeh1 əvvəllər tanıyıb-tanımamasının da beh müqaviləsinin bağlanmasına heç bir təsiri ola bilməzdi.
17. Başqa sözlə, Cavabdeh2 xx.xx.2010-cu il tarixdə 19 saylı Bakı şəhər Notariat Kontorunda, reyestrdə 7E-01-312 nömrə ilə qeyd edilmiş etibarnamənin həqiqətən də onun tərəfind ən Cavabdeh1 verildiyini təsdiqlədi və beləliklə də, bu fakt işin mübahisəsiz halına çevrildi. Deməli, etibarnamənin xx.xx.2010-cu ildə həqiqətən Cavabdeh2 tərəfindən Cavabdeh1 verildiyi müəyyən edildiyindən, etibarnamənin həqiqətən həmin tarixdə deyil 2011-ci ildə verilməsi, beh müqaviləsinin necə və hansı səlahiyyət verən sənədlər əsasında bağlanması, etibarnamədəki imzanın Cavabdeh2 məxsus olub-olmamasının yoxlanılması barədə dəlillərin əlavə yoxlanılması, eləcə də həmin sənədlərin saxta və ya orijinal olmasının araşdırılması üçün məhkəmə texniki və xətşünaslıq ekspertizasının keçirilməsinə də əsas və zərurət aradan qalxmış olmuşdur. 18. xx.xx.2010-cu il tarixdə 19 saylı Bakı şəhər Notariat Kontoru tərəfindən verilmiş, reyestrdə 7E-01-312 nömrə ilə qeyd edilmiş etibarnamədə (bax.i.v.18) həqiqətən Cavabdeh2 tərəfindən Cavabdeh1 mübahisəli evə dair sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqavilə imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməyi etibar etmişdir. Ona görə də, Cavabdeh1 həmin etibarnamənin məqsədlərindən kənar istifadə etməsi də təsdiq olunmur. Başqa sözlə, etibarnamədə beh müqaviləsinin bağlanması səlahiyyətinin xüsusi olaraq qeyd edilməməsi, bu cür müqavilə bağlanmasını istisna etmirdi. Çünki beh müqaviləsi fərdi yaşayış evinin üzərində sərəncam verilməsinin, o cümlədən, satılmasının tərkib hissəsinə aid müqavilə sayılır.
19. Cavabdeh2 28 iyun 2012-cı il tarixli məhkəmə iclasında (bax.i.v.128) ərizə ilə məhkəməyə müraciət edərək ona məxsus yaşayış evinin İddiaçı satılması məqsədilə nümayəndə Cavabdeh1 32 saylı Dövlət Notariat Kontorunda bağlamış olduğu beh müqaviləsinin şərtlərini bəyəndiyini və bu məqsədlə tərəfin ödədiyi pul vəsaitinin mövcudluğunu qəbul etdiyini bildirmişdir. Demək ki, Mülki Məcəllənin 360.2-ci maddəsinin tələbinə əsasən təmsil edilən olaraq beh müqaviləsinin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaratmışdır.
20. Göstərilənlərdən başqa, hazırki iddianın irəli sürülməsinə səbəb məhz iddiaçının cavabdehlərin beh müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi ilə bağlı olmuşdur. Mülki Məcəllənin 492.2-ci maddəsinin ikinci cümləsinin dispozisiya şərtləri iddia tələbinin qanuni əsasını təşkil edir. Çünki müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsul iyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Müqavilənin icra edilməməsi üçün də cavabdeh məsuliyyət daşıdığından qarşı tərəfə behin iki mislini ödəməyə borcludur.
21. Bununla yanaşı, Cavabdeh2 mövqeyi və davranışı da həyatda həmişə baş verən hallara uyğun deyildir. Çünki qətnamənin qəbul edildiyi məhkəmə iclasında iştirak edib və bundan 12 ilə yaxın bir müddət keçdikdən sonra apellyasiya şikayəti verməsinin səbəblərini ciddi dəlilərlə göstərməli idi. Ancaq bunu göstərməyib, apellyasiya baxışı zamanı da əsaslı arqumentlərlə məhkəmənin diqqətinə çatdıra bilməmişdir. Belə çıxır ki, bu vəziyyət onu qane etmişdir, yaxud da qətnamə üzrə tutma pensiyasına (təqaüdünə) yönəlməsəydi apellyasiya şikayəti vermək yadına da düşməyəcəydi. Əks halda, bu müddətdə faktiki olaraq “fəaliyyə tsiz” qalmasının səbəbləri də inandırıcı və ağlabatan olmalı idi.
22. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 359.1, 360.1, 360.2, 460.1, 491.1, 491.2 (xx.xx.2022-ci ilədək olan redaksiyada), 492.1, 492.2 və 442-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.3 və 217.4-cü maddələrinə istinad edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
23. Cavabdeh kassasiya şikayəti verərək (Vəkil1) qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında etibarnamə olmuş, Cavabdeh1 bu etibarnamə ilə İddiaçılə beh müqaviləsi ba ğlamışdır. Bu halların olması işin mübahisəsiz halıdır, lakin Cavabdeh1 İddiaçı həmin beh müqaviləsi əsasında almış olduğu vəsaiti Cavabdeh2 verməmişdir. Apellyasiya instansiyası mövqeyini elə əsaslandırmışdır ki, yəni əgər etibarnamə varsa, beh müqaviləsi bağlanıbsa, deməli vəsait də Cavabdeh2 verilmişdir. İş üzrə heç bir sübut yoxdur ki, Cavabdeh2 həqiqətən həmin vəsaiti almış olsun və yaxud onunla bu vəsait bölünmüş olsun. İşin mübahisəsiz halıdır ki, iş üzrə vaxtilə digər cavabdeh olan, hazırda mərhum Cavabdeh1 Cavabdeh2 aldığı etibarnaməni onun verilməsi məqsədləri çərçivəsinə istfadə etməmişdir. Cavabdeh1 birbaşa hüquqdan sui-istifadə etmişdir. Yəni işin halı həqiqətən obyektiv araşdırılarsa məlum olacaq ki, Cavabdeh1 Cavabdeh2 da oyuna gətirmiş, Cavabdeh2 ona vermiş olduğu etibarnam ədən sui istfadə etmişdir.
25. Bağlanmış beh müqaviləsində Cavabdeh2 həyat yoldaşının razılığın mövcud olmamışdır. İşin hallarından məlum olan odur ki, Qaffarovun həyat yoldaşı yalnız bir dəfə notariat orqanına getmiş və orada birbaşa alqı-satqı müqaviləsi bağlanaraq mənzilin satışında imza həyata keçirmişdir. Cavabdeh1 bağladığı beh müqaviləsində (daşınmaz əmlakın satışı ilə əlaqədar) Cavabdeh2 həyat yoldaşının imzası olmamışdır. Bu isə qanunun tələbinə müvafiq olaraq etibarsız hesab edilməli idi.
26. Birinci instansiya məhkəməsində işə baxılan zaman həm İddiaçı atası, həm də digər cavabdeh olan Cavabdeh1 sağ olmuşdur. Məhkəmə iclas protokolları ilə tanış olmaq kifayət edir ki, bütün bu fırıldağın Cavabdeh1 hərəkətləri ilə təşkil edildiyi aydın olsun. Həm də həmin protokollara izahatları yazılan şəxslərin hər biri işin real halını etiraf edərək məhkəməyə bildirmişlər ki, o evi Cavabdeh2 hələ ilk müştərisinə satdıqdan sonra həmin evdən dərhal çıxmış və bir daha həmin ünvanda yaşamamışdır. Yəni Cavabdeh2 evi satmaq niyyəti təmiz olmuşdur. Sadəcə həmin dövrdə əmlakların etibarnamə ilə satılması təcrübəsi çox geniş yayıldığından Cavabdeh2 da hüquqi savadsızlığı ucbatından Cavabdeh1 oyununa düşmüşdür. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
28. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər.
29. Maddə 360.1. Əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin.
30. Maddə 360.2. Təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir.
31. Maddə 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər.
32. Maddə 491.1. Beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir.
33. Maddə 491.2. (xx.xx.2022-ci ilədək olan redaksiyada). Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. (xx.xx.2022-ci il tarixli qanunla bu normaya 2 və 3-cü cümlə əlavə edilmişdir: Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə b ağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı beh haqqında razılaşmanın notariat qaydasında təsdiq edilməsi zamanı behi alana münasibətdə bu Məcəllənin 225.6-cı maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilir).
34. Maddə 491.3.Müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda,o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşqdirilmiş qaydada riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır.
35. Maddə 492.1. Öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır.
36. Maddə 492.2. Əgər m üqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur.
37. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sü butları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
41. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
42. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olun an nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
45. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
46. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələ nsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
47. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
48. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
49. M əhkəmə kollegiyası məruzəçini dinləyb, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, cavabbeh Cavabdeh2 kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş yeni apellyasiya baxışına göndərilməlidir.
50. Belə ki, məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Cavabdeh2 kassasiya şikayətinin nümayəndəsi Cavabdeh1 beh müqaviləsi üzrə iddiaçıdan aldığı pulu ona verməməsi, Cavabdeh1 aldığı etibarnamədən onun mənafeyinə uğun istifadə etməməsi, Cavabdeh1 hüquqdan sui-istifadə etməsi, beh müqaviləsinin bağlanmasında arvadının razılığın mövcud olmaması, evin alqı-satqısının baş tutmamasında təqsirinin olmaması barədə dəlilləri aşağı instansiya məhkəmələri tərəfindən işə baxılan zaman, həm də apellyasiya şikayətlərində irəli sürülmüş, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, həmin dəlillər üzrə əlavə qiymətləndirmə aparılmasına zərurət görmür.
51. İşdən görünür ki, iddianın rədd olunması barədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayan apellyasiya məhkəməsinin qənaətinə görə tərəflər arasında notariat qaydasında təsdiqlənmiş 07 yanvar 2010-cu il tarixli beh müqaviləsinin bağlanması, İddiaçı Bakı şəhəri 1-ci Yasamal küçəsi 41 saylı evin Cavabdeh2 məxs us 1/3 hissəsini ondan 50400 manata almaq məqsədilə 34400 manat məbləğində pulu beh qismində satıcının nümayəndəsi Cavabdeh1 verməsi, Cavabdeh1 isə həmin göstərilən məbləği qəbul etməsi, Cavabdeh2 məxsus yaşayış evinin üçdə birinin öz aralarında razılaşdıqları müddət ərzində 50400 manata İddiaçı satmağı öz öhdəsinə götürməsi, buna baxmayaraq satıcı tərəfin təqsiri ucbatından alqı-satqının baş tutmaması sübuta yetirilmiş, bağlanmış müqaviləsinin forma və məzmunu həmin vaxt qüvvədə olmuş qanunvericiliyin tələblərinə uyğun olmuşdur.
52. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə üzrə satıcının verdiyi 34400 manat məbləğində pulun beh olmasına dair kifayət qədər şübhələrin olmasına baxmayaraq, apellyasiya məhkəməsi bu məsələnin müəyyən olunması istiqamətində sübutl ara, o cümlədən Beh müqaviləsinə qiymət verməmişdir.
53. Tərəflər arasında bağlanmış və notariat qaydasında təsdiqlənmiş 07 yanvar 2010cu il tarixli Beh müqaviləsindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri 1-ci Yasamal küçəsi 41 saylı evin 1/3 hissəsini İddiaçı 50400 manata satmağı öhdəsinə götürmüş, İddiaçı isə Cavabdeh2 nümayəndəsinə 34400 manat məbləğində pulu beh kimi vermişdir, qalan 16000 manatın isə alqı-satqı barədə müqavilə bağlanan zaman ödənilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi alqı-satqının predmeti olan əmlakın dəyərinin üçdə iki hissəsindən çoxu Cavabdeh2 tərəfindən ödənilmişdir. Daşınmaz əmlakın alqı-satqısı ilə əlaqədar cəmiyyətdə təşəkkül tapmış işgüzar adətlərə görə isə beh kimi satıcıya ödənilən vəsaitin həcmi alqı-satqının predmeti olan əşyanın dəy ərinin kiçik bir hissəsini təşkil edir, bu məbləğ bir qayda olaraq əşyanın dəyərinin yarısını keçmir. İş üzrə çıxarılmış qətnamə ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçı X2 xeyrinə tutulan behin iki misli miqdarında 68800 manat məbləğ isə ümumiyyətlə alqı-satqının predmeti olan əşyanın razılaşdırılmış dəyərindən də (50400 manat) 18400 manat artıq məbləğ təşkil edir.
54. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi iddiaçı tərəfindən ödənilən 34400 manat məbləğin beh olmasına kifayət qədər şübhələrin olmasını diqqətdən qaçırmış, həmin hala Mülki Məcəllənin 491.3-cü maddəsinin tələbləri baxımından qiymət vermək üçün sübutlara tam və hərtərəfli baxmamışdır. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2776/2024 nömrəli iş üzrə 10 iyun 2024-cü il tarixli qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.