Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3340/2024 24.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Bakı Şəhəri Cavabdeh2nə qarşı ilk, Cavabdeh1 İddiaçı qarşı qarşılıqlı iddiası barədə iş üzrə QƏRARİ (Açar sözlər: qəzalı vəziyyətdə olan çoxmənzilli yaşayış binalarının sökülməsi ilə bağlı mübahisələr, mülkiyyət hüququna müdaxilənin zəruri və mütənasib olması, mülkiyyətin ədalətli kompensasiyası və kirayə haqqının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu, (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ib arət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Bakı Şəhəri Cavabdeh2nə qarşı “qanunsuz sökülmüş əmlakın əvəzləşdirilməsi və dəymiş ziyanın tutulması tələbi barədə” ilk iddiasına, Cavabdeh1 İddiaçı qarşı “əmlakın sökülməsi, daşınmaz əmlakın əvəzləşdirilməsi, kirayə haqqının ödənilməsi tələbi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-55/2024 nömrəli, 21 may 2024-cü il tarixli qətnaməsindən ilkin iddia üzrə İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.2017-ci il tarixdən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 232.1 kv.m. olan mübahi səli qeyri-yaşayış sahəsinin mülkiyyətçisidir.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 86 saylı qərarının icrası ilə əlaqədar Nəsimi rayonu ərazisində qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə xx.xx.2018-ci il tarixdə Nəsimi RİH ilə "xxxx" MMC (hazırda – Cavabdeh1 MMC) arasında müqavilə bağlanılmışdır. Həmin müqaviləyə əsasən MMC tərəfindən Nəsimi rayonu, Azadlıq prospekti, Sahib Zeynalov, Ruhulla Axundov və Mirəli Qaşqay küçələrinin kəsişməsindəki məhəllələrdə yerləşən qəzalı vəziyyətdə olan evlərdən sakinlərin köçürülməsi işlərinə başlanılmışdır.
3. Azərbaycan Respublikası Fövqəladə Hallar Na zirliyi Tikintidə X3 Agentliyinin “Azərdövləttikintilayihə” Dövlət Layihə İnstitutunun əməkdaşları tərəfindən tərtib edilmiş akta əsasən ünvan 2 ünvanında yerləşən yaşayış binalarının normativ istismar müddəti bitmişdir.
4. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2019-cu il tarixli 03-Bİ/739 saylı məktubuna əsasən söküntü və yenidən tikinti işləri aparılmasına dair xx.xx.2018-ci il tarixli 290 saylı sərəncamı ilə "xxxx" MMC-yə icazə sənədi verilmiş və məlumatlar Tikintilərin Dövlət Reyestrinə daxil edilmişdir.
5. İlk iddia üzrə Cavabdeh3 MMC-nin isə xx.xx.2008-ci il tarixdə qeydiyyata alınmış Cavabdeh1 MMC-yə xx.xx.2016-cı il tarixdə ********** qeydiyyat nömrəsi ilə qoşulması nəticəsində Cavabdeh1 MMC-nin tərkib hissəsinə çevrilmiş və Cavabdeh1 MMC onun h üquqi varisidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3 MMC, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Bakı şəhəri Cavabdeh2nə qarşı iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ona məxsus olan və ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 232,1 kv.metr olan qeyri-yaşayış sahəsinin qanunsuz olaraq Cavabdeh1 MMC tərəfindən sökülməsinin əvəzi olaraq həmin ərazidə Cavabdeh1 MMC tərəfindən inşa edilmiş binadan, binanın fasad hissəsinin mərkəzi yola baxan, asfalt səthinə nisbətdə binanın birinci mərtəbəsindən həmin ölçüyə 20 faiz artıq hesablanmaqla qeyri-yaşayış sahəsinin və əldən çıxmış fayda kimi aylıq 7.000 manat icarə haqqının xx.xx.2018-ci il tarixdən yeni əmlak təhvil verilənədək cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi iddiaçıya məlum olmayan fiziki və ya hüquqi şəxs(lər) tərəfindən onun xəbəri və razılığı olmadan sökülmüşdür. İddiaçı hesab etmişdir ki, ona məxsus qeyri-yaşayış sahəsi söküldüyündən ona dəymiş zərər naturada ödənilməli, bunun üçün isə Cavabdeh1 MMC həmin ərazidə inşa edəcək binadan, binanın fasad hissəsinin mərkəzi yola baxan, asfalt səthinə nisbətdə binanın birinci mərtəbəsindən həmin ölçüyə 20 faiz artıq hesablanmaqla qeyri-yaşayış sahəsi cavabdehlərdən müştərək qaydada tutularaq ona verilməlidir. Belə ki, Ca vabdeh2 ilə "xxxx" MMC arasında bağlanılmış xx.xx.2018-ci il tarixli müqavilənin 2.4-cü bəndinə görə, MMC binaların tikintisi üçün nəzərdə tutulan ərazidə yerləşən mənzillərin sakinlərini yeni tikilən binalarda sökülən mənzilin (qeyri-yaşayış) sahəsindən 20%-dən artıq olan, təmirli mənzil (qeyri-yaşayış) sahəsi ilə təmin etməyi öhdəsinə götürmüşdür. Bundan başqa nəzərə alınmalıdır ki, iddiaçı özünə məxsus sahəni sahibkarlıq fəaliyyəti ilə məşğul olan hər-hansı bir şəxsə icarəyə vermiş olsa idi, aylıq icarə haqqı olaraq ən azı 7.000 manat məbləğində gəlir əldə edə bilərdi. Lakin iddiaçıya məxsus qeyri-yaşayış sahəsi söküldüyü üçün iddiaçı bu faydadan məhrum olmuşdur. Beləliklə, çıxmış fayda kimi aylıq 7.000 manat icarə haqqı xx.xx.2018ci il tarixdən başlayaraq yeni qeyri-yaşayış sahəsi on a təhvil verilən tarixindən cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməldir.
8. İddiaçının cavabdeh hüquqi şəxslərə etdiyi sorğulara əsasən müəyyən edilmişdir ki, həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi ərazi, həmin ərazidə yeni yaşayış binalarının tikintisi üçün cavabdeh "xxxx" MMC-yə, hazırda isə Cavabdeh1 MMC-yə ayrılmışdır.
9. Cavabdeh1 MMC iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməsinə müraciət edərək, iddiaçının mülkiyyətində olan sahənin sökülməsi, həmin sahənin əvəzinə həmin ünvanda inşa edilən çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsində 232,1 kv.m ümumi sahəsi olan yeni əmlakın iddiaçının xüsusi mülkiyyətinə verilməsinin MMC tərəfindən təmin edilməsi, yeni əmlak verilənədək MMC tərəfindən iddiaçıya hər ay 550 manat məbləğində kirayə haqqının ödənilməs i barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus daşınmaz əmlakın yerləşdiyi ərazi mövcud yaşayış binalarının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələşdirilməsi üçün icarə əsasında cavabdeh "xxxx" MMC-nin istifadəsinə verilmişdir. Həmin ərazidə yerləşən binalar istismar müddəti bitdiyi üçün sökülməli idi. Ərazidəki sakinlərin əksəriyyəti aylıq kirayə haqqı verilməklə müvəqqəti yaşayış yerlərinə köçürülmüşlər. Cavabdeh1 MMC xx.xx.2016-cı il tarixdə, ********** nömrə ilə dövlət qeydiyyatına alınmış "xxxx" MMC-nin qoşulması ilə yenidən təşkil edilmişdir və sonuncunun hüquqi varisidir. İddiaçı ilə danışıqlar aparılmasına baxmayaraq, iddiaçı öz sahəsini söküntü üç ün MMC-yə təhvil verməmişdir. Hazırda iddiaçı sahədən istifadə etməmiş, eyni zamanda sökülərək yerində çoxmənzilli binanın inşasına məneələr yaratmışdır. Bu səbəbdən tikinti işləri dayanmış, vətəndaşlara müəyyən olunmuş tarixdə binanı təhvil vermək öhdəliyi Cavabdeh1 MMC-nin vəzifəli şəxslərinin iradəsindən asılı olmayaraq pozulmaqdadır. Eyni zamanda, Cavabdeh1 MMC köçürülmüş sakinlərə kirayə haqqlarını ödəməyə başlamış, itirilmiş vaxta görə də binanın təhvil tarixi məcburi şəkildə uzadılmışdır. Bu da mənzillərini boşaldaraq sökülməsi üçün mənzillərini MMC-yə təhvil vermiş sakinlərin mənafeyinə ciddi xələl gətirmişdir və hüquqları məhdudlaşır. Daha sonra, tikinti işinin dayandırılması şəhərin mərkəzində böyük bir ərazinin yarısökülmüş, görkəmi pozan şəkildə qalması qaçılmaz olacaqdır. Bu d a haqlı narazılıqlar yaradacaqdır.
11. Cavabdeh Nəsimi rayonu İcra Hakimiyyətinin nümayəndəsi X6, ilkin iddianın təmsil etdiyi dövlət qurumuna münasibətdə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 12. "Yeni Dövr” MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, YDQ/50 saylı "ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin aylıq icarə haqqının müəyyən edilməsi barədə” hesabatına əsasən ünvan 3 ünvanında yerləşən 232.1 kv.metr sahəli qeyriyaşayış sahəsinin hazırkı dövrə aylıq icarə haqqı 7.100 manat təşkil etmişdir. 13. "Qiymətləndirmə Xidməti Mərkəzi” MMC-nin QR 263 nömrəli "ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 232.1 kv.metr olan qeyri-yaşayış sahəsinin xx.xx.2018ci il tarixdən bu günə qədər 1 aylıq icarə haqqının müəyyən edilməsi barədə” hesabatına əsasən, ünvan 3 ü nvanının 1-ci mərtəbəsində yerləşən, faktiki ümumi sahəsi 232.1 kv.metr olan qeyri-yaşayış sahəsinin xx.xx.2018-ci il tarixə dəyəri 7.400-7.500 manat təşkil etmişdir. xx.xx.2018-ci ildən xx.xx.2021-ci ilə qədər ümumi icarə haqqının dəyəri 273800277500 manat müəyyən edilib. 14. "X7” MMC-nin xx.xx.2021-ci il tarixli, 568 saylı "ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 232.1 kv.m-dən ibarət qeyri-yaşayı sahəsinin 1 aylıq icarə haqqının müəyyən edilməsi barədə” hesabatdan görünür ki, ünvan 3 ünvanınında yerləşən, faktiki ümumi sahəsi 232.1 kv.metr olan qeyri-yaşayış sahəsinin xx.xx.2018-ci il tarixdən etibarən 1 aylıq icra haqqısı xx.xx.2021-ci il tarixdə 1 aylıq icrarə haqqı – 7.740 manat; xx.xx.2020ci il tarixdə 1 aylıq icrarə haqqı 7.585 manat; xx.xx.2019-cu il tarixdə 1 aylıq icrarə haqqı 7.433 manat; xx.xx.2018-ci il tarixdə 1 aylıq icrarə haqqı 7.284 manat; xx.xx.2018-ci il tarixdə 1 aylıq icrarə haqqı 7.248 manat təşkil etmişdir.
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 86 saylı qərarının icrası ilə əlaqədar Nəsimi rayonu ərazisində qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə xx.xx.2018-ci il tarixdə Cavabdeh2 başçısının müavini ilə "xxxx" MMC (sonradan "Azəri Tikinti Şirkəti” MMC) arasında müqavilə bağlanılmışdır. Həmin müqaviləyə əsasən "xxxx" MMC (sonradan Cavabdeh1 MMC) tərəfindən Nəsimi rayonu, Azadlıq prospekti, Sahib Zeynalov, Ruhulla Axundov və Mirəli Qaşqay küçələrinin kəsişməsindəki məhəllələrdə yerləşən qəzalı vəziyyətdə olan evlərdən sakinlərin köçürülməsi işlərinə başlanılmışdır.
16. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin e-2(006)-63/2022 nömrəli, xx.xx.2022ci il qətnaməsi ilə (hakim Cəmilə Musayeva) ilk və qarşılıqlı iddianın qismən təmin edilməsini, iddiaçının mülkiyyətində olan 232,1 kv.m olan qeyri-yaşayış sahəsinin əvəzinə həmin ünvanında Cavabdeh1 MMC-nin inşa etdiyi çoxmərtəbəli yaşayış binasının fasad hissəsinin yola baxan, yaşayış binasının asfalt səthinə nisbətdə 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 232,1 kv.m olan (yeni) qeyri-yaşayış sahəsinin Cavabdeh1 MMC tərəfindən iddiaçının mülkiyyətinə verilməsini, yeni əmlak verilənədək həmin MMC tərəfindən iddiaçıya hər ay 550 manat məbləğində kirayə haqqı ödənilməsini, ilk və qarşılıqlı iddianı n digər hissələrdə rədd edilməsini qət edilmişdir.
17. Məhkəmə ilk növbədə qeyd etmişdir ki, işin araşdırılmış hallarına əsasən ilkin iddia üzrə iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin istismara yararsız və qəzalı vəziyyətdə olması, habelə orada yaşayanlar və ətrafdakılar üçün təhlükə mənbəyi olması müəyyən edilmişdir.
18. Məhkəmə tərəfindən o da müəyyən edilmişdir ki, iddiaçıya məxsus yaşayış sahəsi cavabdeh tərəfindən dövlət ehtiyacları üçün alınmamış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə həyata keçirilən layihə əsasında sökülmüşdür. Hazırda cavabdeh (qarşılıq lı iddia üzrə iddiaçı) Cavabdeh1 MMC tərəfindən təklif edilən əmlakın yerləşdiyi yer, mərtəbəsi, sahəsi, ondan istifadəsinin mümkünlüyü və s. iddiaçının-mülkiyyətçinin “gözləntilərinə” tam uyğun olduğundan və beləliklə də söküləcək sahənin əvəzinə 20 faiz əlavə sahənin verilməsi ilə bağlı iddianın hüquqi əsası olmadığından bu hissədə rədd edilməlidir.
19. İddiaçı əlavə sahənin verilməsinə dair iddia tələbinin əsası kimi Cavabdeh2 başçısının müavini Q.S.İsmayılov ilə "xxxx" MMC-nin direktoru A.V.Məmmədov arasında bağlanılmış xx.xx.2018-ci il tarixli müqavilənin 2.4-cü bəndinə istinad etmişdir. Həmin müqavilənin qeyd olunan bəndinə görə şirkət binaların tikintisi üçün nəzərdə tutulan ərazidə yerləşən mənzillərin sakinlərini yeni tikilən binalarda sökülən mənzilin (qeyriyaşayış) sahəsindən 20 %-dən artıq olan, təmirli mənzil (qeyri-yaşayış) sahəsi ilə təmin etməyi öhdəsinə götürmüşdür. İşin hallarından göründüyü kimi, iddiaçı, qeyd edilən xx.xx.2018-ci il tarixli müqavilə üzrə tərəf deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-23-cü fəsillərindəki maddələrin mənasından isə görünür ki, mükəlləfiyyətli tərəfdən müqavilə üzrə yaranmış öhdəliyin icra olunmasını tələb etmək üzrə subyektiv hüquqa yalnız müqavilə tərəfi (kreditor, borclu) malikdir.
20. Bundan başqa, hazırkı mübahisənin predmeti qeyri-yaşayış sahəsi, həmin sahədən tərəf yaşamaq deyil, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə istifadə etmək niyyətində olmuşdur. Halbuki Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 №-li Qərarı və bu Qərarı qüvvədən salan Azərbaycan Re spublikası Nazirlər Kabinetinin 17 dekabr 2019-cu il tarixli 482 nömrəli qərarı ilə tikinti şirkətlərinə qəzalı vəziyyətdə olan binaların yerində yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsinin və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasının təmin edilməsi tapşırılmışdır. Bu müddəa Bakı şəhər Cavabdeh2 Başçısının xx.xx.2018-ci il tarixli, 33 saylı sərəncamında da öz əksini tapmışdır.
21. Birinci instansiya məhkəməsi həmçinin ilk iddianın “əldən çıxmış fayda kimi icarə haqqının ödənilməsi” hissəsi ilə əlaqədar qeyd etmişdir ki, iddia həmin hissədə sübuta yetirilmədiyindən rədd edilməlidir.
22. Birinci instansiya məhkəməsi tərəfindən ilk iddia üzrə cavabdeh Komitənin və cavabdeh Nəsimi RİH-nin ilk iddia üzrə iddiaçının onlara münasibətdə irəli sürdüyü iddia tələbləri üzrə cavabdehlik daşımadığı müəyyən edilmişdir. İlk iddia üzrə Cavabdeh3 MMCnin isə xx.xx.2008-ci il tarixdə qeydiyyata alınmış Cavabdeh1 MMC-yə xx.xx.2016-cı il tarixdə ********** qeydiyyat nömrəsi ilə qoşulması nəticəsində Cavabdeh1 MMC-nin tərkib hissəsinə çevrilməsi və Cavabdeh1 MMC-nin onun hüquqi varisi olması müəyyən edilmişdir..
23. Birinci instansiya məhkəməsi qarşılıqlı iddianın “ümumi sahəsi 232,1 kv.m olan qeyri-yaşayış sahəsinin sökülməsi” hissəsi ilə əlaqədar qeyd etmişdir ki, həmin qeyriyaşayış sahəsinin yerləşdiyi binanın sökülmüş olması işin mübahisələndirilməyən halıdır. Bu səbəbdən də qarşılıqlı iddianın b u tələbi ilə əlaqədar münasibət bildirməsini ümumiyyətlə zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsaslandırmışdır. Beləliklə məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia bu hissədə rədd edilməlidir.
24. Həmçinin qarşılıqlı iddianın “yeni daşınmaz əmlak verilənədək Cavabdeh1 MMC tərəfindən iddiaçıya hər ay 550 manat kirayə haqqının ödənilməsi” ilə əlaqədar hesab etmişdir ki, müvəqqəti yerləşdirilərək mülkiyyətçilərə ödənilməsi nəzərdə tutulan kirayə haqqının məbləği hər mülkiyyətçiyə və mənzilə münasibətdə mövcud reallığa uyğun olmuşdur.
25. Məhkəmə həmçinin nəzərə almışdır ki, ilkin iddia üzrə iddiaçı kirayə haqqının məbləğini mübahisələndirməmiş, əldən çıxmış fayda kimi aylıq 7.000 icarə haqqının xx.xx.2018-ci il tarixdən yeni əmlak təhvil verilənədək ödənilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa Nəsimi rayonu ərazisində qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş müvafiq normativ-hüquqi aktlarda həyata keçirilən söküntü işləri nəticəsində köçürülən sakinlərə kirayə haqqının məhz müvəqqəti yaşayış yerləri üçün ödənilməsi nəzərdə tutulmaqdadır. Beləliklə məhkəmənin gəldiyi qənaətə əsasən Cavabdeh1 MMC tərəfindən iddiaçıya kirayə haqqı olaraq hər ay 550 manat məbləğində pul ödənilməlidir.
26. Birinci instansiya məhkəməsi həmçinin ilk iddia üzrə iddiaçının ona məxsus qeyri-yaşayış sahəsinin qanunsuz sökülməsi ilə əlaqədar xüsusi qərardadın çıxarılması tələbi ilə əlaqədar qeyd etmişdir ki, bu tələb hüquqi mahiyyət etibarı ilə prosessual vəsatətdir, işdə iştirak edən şəxslərin vəsatəti və ya işə baxan məhkəmənin öz təşəbbüsü ilə çıxarıla bilər, yəni məhkəmə bu məsələdə tərəflərin vəsatətindən asılı deyil və işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə öz təşəbbüsü ilə müşavirə otağında müstəqil akt şəklində tərtib olunmaqla xüsusi qərardad çıxara bilər. Məhkəmə isə iddia tələbləri üzrə məhkəmə araşdırmalarının nəticələrinə əsaslanıb belə qənaətə gəlmişdir ki, cavabdehlərin hərəkətlərində cinayətin əlamətləri aşkara çıxarılmadığından hazırkı mülki iş üzrə xüsusi qərardad qəbul edilməmişdir.
27. Birinci instansiya məhkəməsi gəldiyi n əticəni Azərbaycan Respublikasının Konstitusiyasının 114-cü maddəsinin İ və İİ hissəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 16.1, 152.6, 560.1, 425, 449.1, 449.2, 560.2,-ci maddələri, Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.20-ci maddəsi, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 28.1, 28.3, 28.4-cü maddələri və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
28. İlk iddia üzrə iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi hissəsində ləğv edilməsi və ilk iddianın tam təmin edilməsi, qarşılıqlı iddianın isə tam rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
29. İddiaçı apellyasiya şikayətini idd ia tələbi ilə eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, iş materiallarında olan 3 müxtəlif qiymətləndirmə şirkətlərindən əldə edilmiş hesabatlarla iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin aylıq icarə haqqının 7.000 manatdan artıq olduğu öz təsdiqini tapmışdır.
30. Bundan başqa, Nəsimi RİH ilə "xxxx" MMC arasında bağlanılmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, MMC, binaların tikintisi üçün nəzərdə tutulan ərazidə yerləşən mənzillərin sakinlərini yeni tikilən binalarda sökülən mənzilin (qeyri-yaşayış) sahəsindən 20%-dən artıq olan, təmirli mənzil (qeyri-yaşayış) sahəsi ilə təmin etməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi həmin müqavilə üçüncü şəxslərin xeyrinə bağlanmış müqavilə olmaqla vətəndaşların sökülən mənzilin (qeyri-yaşayış) sahəsindən 20%-dən artıq olan, t əmirli mənzil (qeyri-yaşayış) sahəsi ilə təmin olunmalı olduğunu qeyd etmişdir. Lakin Rayon Məhkəməsi iş üzrə sübutlara düzgün qiymət verməmiş, mübahisələndirilən hissədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir.
31. Belə ki, rayon məhkəməsi öz qətnaməsində yeni əmlak verilənədək Cavabdeh1 MMC tərəfindən iddiaçıya 550 manat məbləğində kirayə haqqı ödənilməsini qeyd etsə də ümumiyyətlə o məbləğin hansı vaxtdan başlayaraq ödənilməli olduğunu ümumiyyətlə qətnaməsində göstərməmişdir.
32. Digər tərəfdən məhkəmə iş üzrə xüsusi qərardad çıxarmalı olduğu halda, cinayət faktlarını görməzdən gəlmişdir.
33. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-55/2024 nömrəli, 21 may 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Fuad Talışinski və Azad İ manovdan ibarət tərkibdə) iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 31 mart 2022-ci il tarixli qətnamənin apellyasiya baxışının predmeti olan hissədə qismən, yəni tutulmalı olan pul vəsaitinin miqdarının və vaxtının müəyyən edilməsi hissəsində ləğv edilməsi və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi, xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək hər ay üçün 1.100 manat icarə haqqı olmaqla, ümumilikdə (1.100 manat x 39,6 ay =) 43.560 (qırx üç min beş yüz altmış) manat məbləğində pul vəsaitinin Cavabdeh1ndən tutularaq İddiaçı ödənilməsi, hazırkı iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 31 mart 2022-ci il tarixli qətnamənin a pellyasiya baxışının predmeti olan qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
34. Apellyasiya instansiyası məhkəməsi qətnamənin nəticə hissəsində həmçinin qeyd etmişdir ki, nəzərə alınsın ki, hazırkı iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 31 mart 2022-ci il tarixli qətnamənin ilk və qarşılıqlı iddiaların qismən təmin edilməsi, Cavabdeh1 tərəfindən İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 232,1 kv.m olan qeyri-yaşayış sahəsi əvəzinə ünvan 4 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binasının ümumi sahəsi 232,1 kv.m olan, fasad hissəsi yola baxan, yaşayış binasının asfalt səthinə nisbətdə 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin İddiaçı mülkiyyətinə verilməsi hissəsi apellyasiya baxışının predmeti olmamışdır.
35. Apellyasiya instansiyası məhkəməsi mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, apellyasiya baxışının predmetini təşkil edən hissədə işin mübahisə doğuran halları iddiaçıya məxsus daşınmaz əmlakın əvəzində həmin əmlaka 20% əlavə sahənin verilməli olub-olmaması, iddiaçıya əldə çıxmış faydanın əvəzinin ödənilməli olub-olmaması, habelə yeni qeyri-yaşayış sahəsi təhvil verilənədək verilməli olan icarə haqqının miqdarı və hansı tarixdən hesablanmalı olması ilə bağlıdır.
36. İddiaçı, ona məxsus olan daşınmaz əmlakına 20 faiz əlavə sahə hesablanmaqla ona təhvil verilməsini və əldən çıxmış fayda kimi aylıq 7.000 manat icarə haqqının xx.xx.2018-ci il tarixdən yeni əmlak təhvil verilənədək cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsini tələb edir.
37. Cavabdeh1 MMC isə iddiaçıya yen i daşınmaz əmlaka 20 faiz əlavə sahə hesablanmadan verilməsini və kirayə haqqı olaraq hər ay 550 manat məbləğində pulun verilməsinin müəyyən edilməsini məhkəmədən xahiş etmişdir.
38. Məhkəmə ilk növbədə əlavə sahənin verilməsi məsələsini araşdıraraq qeyd edir ki, söküləcək sahənin əvəzinə 20 faiz əlavə sahənin verilməsi ilə bağlı iddia hüquqi əsası olmadığından, Rayon Məhkəməsi bu hissədə ilk iddianı rədd etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir.
39. Belə ki, İddiaçı əlavə sahənin verilməsinə dair tələbinin əsası kimi Nəsimi RİH ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilənin 2.4-cü bəndinə istinad etmişdir. Həmin müqavilənin qeyd olunan bəndinə görə şirkət binaların tikintisi üçün nəzərdə tutulan ərazidə yerləşən mənzillərin sakinlərini yeni tikilən binalarda sökül ən mənzilin (qeyri-yaşayış) sahəsindən 20 faizdən artıq olan, təmirli mənzil (qeyri-yaşayış) sahəsi ilə təmin etməyi öhdəsinə götürmüşdür.
40. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-23-cü fəsillərindəki maddələrin mənasına görə, mükəlləfiyyətli tərəfdən müqavilə üzrə yaranmış öhdəliyin icra olunmasını tələb etmək üzrə subyektiv hüquqa yalnız müqavilə tərəfi (kreditor, borclu) malikdir.
41. Lakin iddiaçı, qeyd edilən xx.xx.2018-ci il tarixli müqavilə üzrə tərəf olmadığı üçün müqavilə tərəfindən müqavilə üzrə öhdəliyin icrasını tələb etmək hüququna malik deyildir.
42. İddiaçı əldən çıxmış faydanı ona məxsus qeyri-yaşayış sahəsindən məhrum olması və bu səbəbdən normal mülki dövriyyə şəraitində qeyri-yaşayış sahəsinin istifadəsindən əldə edə biləcəyi gəlirdən məhrum olması ilə əlaqələnd irir.
43. İddiaçı işdə olan aşağıdakı qiymətləndirmə hesabatlarına əsaslanaraq əldən çıxmış faydanın miqdarını 7.000 manat müəyyən etmişdir. 44. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, YDQ/50 saylı hesabatdan görünür ki, iddiaçıya məxsus 232,1 kv.metr daşınmaz əmlakın yerləşdiyi ünvanda həmin ölçüdə olan qeyri-yaşayış sahəsinin aylıq icarə haqqı (hesabatın verilmə tarixinə) 7.100 manat təşkil edir. 45. "xxxx" MMC tərəfindən verilmiş QR 263 nömrəli hesabatdan görünür ki, iddiaçıya məxsus 232,1 kv.metr daşınmaz əmlakın yerləşdiyi ünvanda həmin ölçüdə olan qeyriyaşayış sahəsinin aylıq icarə haqqqı xx.xx.2018-ci il tarixə 7.400-7.500 manat, xx.xx.2018ci il tarixdən xx.xx.2021-ci il tarixədək ümumi icarə haqqının dəyəri isə 273.800 - 277.500 manat müəyyən edilir. 46. “X7” MMC-n in xx.xx.2021-ci il tarixli, 568 saylı hesabatdan görünür ki, iddiaçıya məxsus 232,1 kv.metr daşınmaz əmlakın yerləşdiyi ünvanda həmin ölçüdə olan qeyriyaşayış sahəsinin aylıq icarə haqqı xx.xx.2018-ci il tarixə 7.248 manat, xx.xx.2018-ci il tarixə 7.284 manat, xx.xx.2019-cu il tarixə 7.433 manat, xx.xx.2020-ci il tarixə 7.585 manat təşkil etmişdir. Hesabatın verilmə tarixinə - xx.xx.2021-ci il tarixə isə 7.740 manat təşkil edir.
47. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, əldən çıxmış fayda tələbi ehtimal edilən faydaya deyil, real faktlara əsaslanmalıdır. Çünki Mülki Məcəllənin 443.4-cü maddəsinə görə, əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır.
48. Lakin iddiaçı əmlakından mə hrum olmazdan əvvəl həqiqətən qeyd etdiyi kimi əmlakdan fayda əldə etdiyini təsdiq edən hər hansı mötəbər sübutu (məsələn: daşınmaz əmlakın sökülmə tarixinə qədər onunla hər hansı şəxs arasında bağlanmış “İcarə müqaviləsini”, “İcarə müqaviləsi” əsasında ona ödənilən icarə haqqından müvafiq vergilərin ödənilməsini təsdiq edən “Ödəniş qəbzlərini və s.) məhkəmələrə təqdim etməmişdir.
49. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq nəzərə almalıdır ki, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və o nlardan istifadə etməlidir. Lakin işin hallarından görünür ki, ilk iddia üzrə iddiaçı müzakirə edilən tələbinin əsaslı olmasını təsdiq edən sübutları məhkəmələrə təqdim etməmişdir. Buna görə də, qəbul edilməlidir ki, Rayon Məhkəməsi tələbin sübuta yetməməsi əsası ilə ilk iddianın “əldən çıxmış faydanın əvəzinin ödənilməsi barədə” hissəsini rədd etməkdə haqlı olmuşdur.
50. Apellyasiya instansiyası məhkəməsi icarə haqqının məbləği ilə bağlı bildirmişdir ki, yeni əmlak təhvil verilənədək Cavabdeh1 MMC tərəfindən iddiaçıya hər ay 550 manat kirayə haqqının ödənilməsi hissəsində qətnamə əsaslı deyil.
51. Hazırkı mübahisənin predmeti qeyri-yaşayış sahəsidir, həmin sahədən tərəf yaşamaq deyil, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə istifadə etmək niyyətində olmuşdur. Halbuki Azərbayca n Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 86 №-li Qərarı və bu Qərarı qüvvədən salan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 482 nömrəli qərarı ilə tikinti şirkətlərinə qəzalı vəziyyətdə olan binaların yerində yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsinin və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasının təmin edilməsi tapşırılmışdır.
52. Bu müddəa Nəsimi RİH başçısının xx.xx.2018-ci il tarixli, 33 saylı sərəncamında da öz əksini tapmışdır.
53. Məhkəmə qeyd etmişdir ki, mübahisəli qeyri-yaşayış sahəsinin yerləşdiyi binanın sakinləri ilə Cavabdeh1 MMC ara sında yaşayış və qeyri-yaşayış sahələrinin kirayə haqqı məbləği ilə bağlı məhkəmə çəkişmələri olmuş və qanuni qüvvəsini almış məhkəmə qərarları qəbul edilmişdir. Həmin məhkəmə aktları hazırki iş üzrə icarə haqqının məbləği ilə bağlı preyudisial sayılmasa da, sahənin yerləşdiyi binada icarə haqlarının miqdarı ilə bağlı artıq formalaşmış məhkəmə təcrübəsi nəzərə alınmalıdır.
54. İş materiallarında olan ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 135,7 kvadrat metr qeyri-yaşayış sahəsinin (yarımzirzəminin) mülkiyyətçi olan (hazırki iş üzrə ilk iddiaçının qaynanası) X4 ilə Cavabdeh1 MMC arasında yaranmış icarə haqqının miqdarı ilə bağlı oxşar mübahisə üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)5232/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə binanın sökü ldüyü xx.xx.2019-cu il tarixdən başlayaraq yeni əmlak verilənədək Cavabdeh1 MMC-dən Zərifə Zülfüqarovanın xeyrinə hər ay 950 manat kirayə haqqı tutulması qət edilmişdir.
55. Həmin məbləğlə razılaşmayan Zərifə Zülfüqarova tərəfindən qətnamədən verilmiş kassasiya şikayətinə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi 2(102)-975/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
56. Odur ki, qeyri-yaşayış sahəsinə münasibətdə cavabdeh MMC tərəfindən təkli edilən 550 manat kirayə haqqı miqdarı ədalətli sayıla bilməz. Çünki mənzillər üçün müəyyən edilən aylıq kirayə məbləğini qeyri -yaşayış sahəsinin kirayə məbləği ilə eyniləşdirmək olmaz. Halbuki qeyri-yaşayış sahəsinin təyinatı (icarəyə verilməsi, sahibkarlıq obyekti kimi istifadə edilməsi və s.) həmin əmlakdan gəlir götürmə ehtimalının daha çox olması baxımından onun kirayə haqqının mənzillərlə eyni tutulmasını istisna edir.
57. Məhkəmə hesab edir ki, mülkiyyətində olmuş qeyri-yaşayış sahəsinin əvəzində iddiaçıya verilməli olan aylıq pul vəsaitinin miqdarının (MMC-nin təklif etdiyi məbləğin iki qatı) 1.100 manat müəyyən edilməsi işin hallarına uyğun olmaqla ədalətli hesab edilə bilər.
58. Bundan əlavə məhkəmə qeyd etmişdir ki, Rayon Məhkəməsi icarə haqqının hansı tarixdən hesablanmalı olmasını qeyd etməməklə səhvə yol vermişdir. Buna görə də, qeyri-yaşayış sahəsinin nə vaxtdan sökülməsi məsələsinin araşdırılması na zərurət vardır.
59. Yuxarıda qeyd edilən və artıq qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5232/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, hazırki iş üzrə iddiaçıya məxsus daşınmaz əmlak, həmin iş üzrə iddiaçı olan Zərifə Zülfüqarovaya məxsus daşınmaz əmlak ilə bir binada yerləşirdi və bu şəxslər özlərinə məxsus əmlakdan istifadə etmək hüququndan xx.xx.2019cü il tarixdən etibarən məhrum olmuşlar.
60. İddiaçı tərəfindən binanın həmin tarixdən daha əvvəl sökülməsi və ya onun daha əvvəl mülkiyyətindən məhrum edilməsi ilə bağlı hər hansı mötəbər sübut təqdim edilməmişdir.
61. İş materiallarından həmçinin müəyyən edilir ki, Cavabdeh1 MMC tərəfindən sökülmüş qeyri-yaşayış sahəsinin əvəzində iddiaçıya yeni qeyri-yaşayış sah əsi xx.xx.2022-ci il tarixdə təqdim edilmiş, lakin iddiaçı tərəfindən həmin sahənin qəbul edilməsindən imtina olunmuşdur. Bu hal MMC-nin təqdim etdiyi xx.xx.2022-ci il tarixli akt ilə təsdiq edilir.
62. Belə olan halda Məhkəmə hesab edir ki, xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək aylıq 1.100 manat kirayə haqqı məbləği hesablanmaqla Cavabdeh1 MMC-dən tutularaq iddiaçıya ödənilməlidir.
63. Məhkəmə həmçinin iş üzrə xüsusi qərardad qəbul edilərək prokurora məlumat verilməsi barədə iddiaçının vəsatətinə münasibətdə isə qeyd etmişdir ki, cavabdehlərin hərəkətlərində cinayətin əlamətləri aşkara çıxarılmadığından xüsusi qərardadın qəbul edilməsi üçün əsas yoxdur. Rayon Məhkəməsinin bu məsələdə gəlmiş olduğu qənaəti düzgündür.
64. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin h üquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1,21.2, 443.4, Azərbaycan Respublikasının MPM-in 14.2,77.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
65. İlkin iddia üzrə iddiaçı (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 2(103)-55/2024 saylı iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsinin ilkin iddianın təmin olunmayan hissəsinin ləğv edilməsi, ilkin iddianın tam təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
66. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, iş materiallarında olan 3 müxtəlif qiymətləndirmə şirkətlərindən əldə edilmiş hesabatlarla ünvan 5 ünvanında yerləşən İddiaçı məxsus ümumi sahəsi 232.1 kv.m qeyri-yaşayış sahə sinin aylıq icarə haqqının 7000 (yeddi min) manatdan artıq olduğu öz təsdiqini tapır. Ekspertizanın 11 yanvar 2024cü il tarixli rəyi ilə ünvan 5 ünvanında yerləşən və 232,1 kv.metr sahəsi olan qeyri-yaşayış sahəsinin 2020-2021-ci illər üçün aylıq icarə haqqı 5200 manat, 2022-ci il üçün aylıq 5500 manat olduğu qeyd edilmişdir. 2018-2020-ci illər üçün icarə haqqı barədə məlumatların əldə olunmadığı bildirilmişdir. MBA LTD MMC tərəfindən təqdim edilmiş qiymətləndirmə rəyi ilə ünvan 5 ünvanında yerləşən və 232,1 kv.metr sahəsi olan qeyri-yaşayış sahəsinin 2018-ci il üçün icarə haqqı 3481 manat, 2019-cu il üçün icarə haqqı 3598 manat olduğu qeyd olunmuşdur. Lakin apellyasiya məhkəməsi bu sübutlara qiymət verməmişdir.
67. Məhkəmə ünvan 4 ünvanında yerləşən tikililərin istismar müddətinin bitməsi və yararsız vəziyyətə düşməsini qeyd etsə də bunun aradan qaldırmaq üçün Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 28.1, 28.2 və 28.3-cü maddələrinin normalarına diqqət yetirilməmişdir.
68. İddianın 20 faiz artıq qeyri-yaşayış sahəsinin verilməsi hissəsində təmin olunmaması ilə bağlı hissədə birinci instansiya məhkəməsinin qətnaməsi əsassız olaraq qüvvədə saxlanılmışdır. Azərbaycan Resublikasının Mülki Məcəlləsinin 403.1-ci maddəsinə əsasən, üçüncü şəxsin xeyrinə müqavilə elə müqavilədir ki, onun tərəfləri borclunun icranı müqavilədə göstərilmiş və ya göstərilməmiş, öhdəliyin öz xeyrinə icrasını borcludan tələb etmək hüququ olan üçüncü şəxsə həyata keçirməli olduğunu müəyyənləşdirirlər. Həmin Məcəllənin 403.2-ci maddəsinə əsasən, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə t utulmayıbsa, yaxud öhdəliyin mahiyyətindən hər hansı ayrı hal irəli gəlmirsə, üçüncü şəxsin xeyrinə bağlanmış müqavilənin icrasını həm kreditor, həm də üçüncü şəxs tələb edə bilər. Cavabdeh2 başçısının müavini Q.S.İsmayılov ilə "xxxx" MMC-nin direktoru A.V.Məmmədov arasında bağlanılmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən şirkət binaların tikintisi üçün nəzərdə tutulan ərazidə yerləşən mənzillərin sakinlərini yeni tikilən binalarda sökülən mənzilin (qeyri-yaşayış) sahəsindən 20%-dən artıq olan, təmirli mənzil (qeyri-yaşayış) sahəsi ilə təmin etməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi həmin müqavilə üçüncü şəxslərin xeyrinə bağlanmış müqavilə olmaqla vətəndaşların sökülən mənzilin (qeyri-yaşayış) sahəsindən 20%-dən artıq olan, təmirli mənzil (qeyri-yaşayış) sahəsi ilə təmin olunmalı olduğunu qeyd edir. İşinin qəribə halı bundan ibarətdir ki binanın sökülməsində də məhz həmin müqaviləyə istinad olunur.
69. Cavabdeh1 MMC-nin nümayəndəsi Ramilə Bağırova son apellyasiya baxışı zamanı əvvəllər səsləndirilməyən dəlil irəli sürərək, bildirmişdir ki, MMC-nin yuxarıda göstərilən ünvanda inşa etdiyi bina xx.xx.2022-ci il tarixdə dövlətin müvafiq komissiyaları tərəfindən istismara qəbul edilmişdir. Elə həmin vaxtdan etibarən iddiaçıya bu barədə məlumat verilmiş və iddiaçıya təklif edilmişdir ki, gəlib, ona təhvil verilməli olan sahəni qəbul etsin. Lakin iddiaçı təklifə əhəmiyyət verməmiş, sahəni qəbul etməmişdir. Bu barədə MMC-nin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə müvafiq akt tərtib edilmişdir. Qeyd etmək istəyirik ki, belə bir akt ümumiyyətlə əvvəlki proseslərdə t əqdim edilməmiş, eyni zamanda həmin aktın İddiaçı göndərilməsini təsdiq edən hər hansı sübuta istinad olunmamışdır. Lakin məhkəmə bunu sübut kimi qəbul etmişdir.
70. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsində göstərilmişdir ki, məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qəradad çıxarmaqla prokurora xəbər verir. Göründüyü kimi işdə iştirak edən şəxslərin bildirməsindən asılı olmayaraq, məhkəmə tərəfindən xüsusi qərardad çıxarılmasının məqsədi tərəflərin və ya digər şəxslərin hərəkətlərindəki cinayətin əlamətlərinin prokurorun diqqətinə çatdırılmasıdır. Bu fakt, daşınmaz əmlakın heç br məhkəmə qərarı olmadan sökülməsi hazırkı qətnamə ilə də öz sübutunu tapır. ünvan 5 ünvanın da yerləşən ümumi sahəsi 232.1 kv.m qeyri-yaşayış sahəsinin qanunsuz olaraq sökülməsi ilə əlaqədəar xüsusi qərardad çıxararaq bununla bağlı Baş prokurorluğa məlumat verilməli idi.
71. Kassator qeyd etmişdir ki müvafiq rəylərlə icarə haqqının məbləği müəyyən edilmişdir.Cavabdeh2 başçısının müavini Q.S.İsmayılov ilə "xxxx" MMCnin direktoru A.V.Məmmədov arasında bağlanılmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən Şirkət tərəfindən Nəsimi rayonu, Azadlıq prospekti, Mirəli Qaşqay, Mikayıl Rəfili və Sahib Zeynalov küçələrinin kəsişmələrində yeni çoxmənzilli binaların tikintisi üçün Nazirlər Kabinetinin qərarında və bu müqavilədə müəyyənləşdirilmiş öhdəliklərin yerinə yetirilməsi və İcra Hakimiyyəti tərəfindən bunun müqabilində həmin ünvanda tikiləcək bina layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsi, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi razılaşdırılmışdır. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən, şirkət binaların tikintisi üçün nəzərdə tutulan ərazidə yerləşən mənzillərin sakinlərini yeni tikilən binalarda sökülən mənzilin (qeyri-yaşayış) sahəsindən 20%-dən artıq olan, təmirli mənzil (qeyri-yaşayış) sahəsi ilə təmin etməyi öhdəsinə götürmüşdür. Lakin Məhkəmə bu sübutlara qiymət verməmişdir.
72. Kassator apellyasiya instansiyası məhkəməsinin iddiaçı X1 cavabdehlər Cavabdeh3nə, Cavabdeh1nə, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və Bakı şəhəri Cavabdeh2nə qarşı“qanunsuz sökülmüş əmlakın əvəzləşdirilməsi və əldən çıxmış faydanın ödənilməsi” barədə i lk, Cavabdeh1 X2 qarşı “qeyri-yaşayış sahəsinin sökülməsi, əvəzində yeni əmlakın və kirayə haqqının cavabdehə verilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair mülk iş üzrə məhkəmə qərarlarına istinad etməsi ilə əlaqədar qeyd etmişdir ki, həmin işdə mübahisə predmeti yarımzirzəmi olmuş və məhkəmə sonradan apellyasiya baxışı zaman verilmiş rəyə istinad etmişdir. Apellyasiya məhkəməsi zamanı iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş, ekspertizanın 11 yanvar 2024-cü il tarixli rəyi ilə ünvan 5 ünvanında yerləşən və 232,1 kv.metr sahəsi olan qeyri-yaşayış sahəsinin 2020- 2021-ci illər üçün aylıq icarə haqqı 5200 manat, 2022-ci il üçün aylıq 5500 manat olduğu qeyd edilmişdir. 2018-2020-ci illər üçün icarə haqqı barədə məlumatların əldə olunmadığı bildirilmişdir. MBA LTD MMC tərəfindən təqdim edilmiş qiymətləndirmə rəyi ilə ünvan 5 ünvanında yerləşən və 232,1 kv.metr sahəsi olan qeyri-yaşayış sahəsinin 2018-ci il üçün icarə haqqı 3481 manat, 2019-cu il üçün icarə haqqı 3598 manat olduğu qeyd olunmuşdur. Həmçinin həmin qərarla icrarə haqqı yeni əmlak təhvil verilənədək hesablanmışdır. Əgər həqiqətən də, xx.xx.2022-ci il tarixdə müvafiq akt tərtib edilmiş olsaydı digər işdə də bunu bildirə bilərdilər.
73. Kassasiya şikayəti əsaslandırılarkən Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 28.1, 28.2 və 28.3-cü maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88, 265.4-cü maddəsinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə də istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
74. Cavabdeh1 MTK-nın rəhbəri X5 tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
75. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.[16]
76. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
77. Maddə 403.1. Üçüncü şəxsin xeyrinə müqavilə elə müqavilədir ki, onun tərəfləri borclunun icranı müqavilədə göstərilmiş və ya göstərilməmiş, öhdəliyin öz xeyrinə icrasını borcludan tələb etmək hüququ olan üçüncü şəxsə həyata keçirməli olduğunu müəyyənləşdirirlər.
78. Maddə 403.2. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yaxud öhdəliyin mahiyyətindən hər hansı ayrı hal irəli gəlmirsə, üçüncü şəxsin xeyrinə bağlanmış müqavilənin icrasını həm kreditor, həm də üçüncü şəxs tələb edə bilər.
79. Maddə 443.4. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
80. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
81. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
82. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
83. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
84. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
85. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnamə sini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
86. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
87. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
88. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
89. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
90. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
91. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normala rının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
92. Hazırkı kassasiya şikayətində qətnamə ilkin iddia üzrə iddiaçı tərəfindən “ilkin iddianın təmin olunmayan” hissələrində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
93. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək belə hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin söküləcək sahənin əvəzinə 20 faiz əlavə sahə nin verilməsi ilə bağlı iddianın hüquqi əsası olmadığı barədə mövqeyi əsaslı deyil.
94. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, söküləcək sahənin əvəzinə 20 faiz əlavə sahənin verilməsi ilə bağlı iddia hüquqi əsası olmadığından, Rayon Məhkəməsi bu hissədə ilk iddianı rədd etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir.Belə ki, İddiaçı əlavə sahənin verilməsinə dair tələbinin əsası kimi Nəsimi RİH ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilənin 2.4-cü bəndinə istinad etmişdir. Həmin müqavilənin qeyd olunan bəndinə görə şirkət binaların tikintisi üçün nəzərdə tutulan ərazidə yerləşən mənzillərin sakinlərini yeni tikilən binalarda sökülən mənzilin (qeyri- yaşayış) sahəsindən 20 faizdən artıq olan, təmirli mənzil (qeyri-yaşayış) sahəsi ilə təmin etməyi öhdəsinə götürmüşdür.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-23-cü fəsillərindəki maddələrin mənasına görə, mükəlləfiyyətli tərəfdən müqavilə üzrə yaranmış öhdəliyin icra olunmasını tələb etmək üzrə subyektiv hüquqa yalnız müqavilə tərəfi (kreditor, borclu) malikdir. Lakin iddiaçı, qeyd edilən xx.xx.2018-ci il tarixli müqavilə üzrə tərəf olmadığı üçün müqavilə tərəfindən müqavilə üzrə öhdəliyin icrasını tələb etmək hüququna malik deyildir.
95. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi göstərilən mövqeyini kifayət qədər əsaslandıra bilməmişdir. Nəsimi RİH ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilənin 2.4-cü bəndinə görə şirkət binaların tikintisi üçün nəzərdə tutulan ərazidə yerləşən mənzillərin sakinlərini yeni tikilən binalarda sökülən mə nzilin (qeyri-yaşayış) sahəsindən 20 faizdən artıq olan, təmirli mənzil (qeyriyaşayış) sahəsi ilə təmin etməyi öhdəsinə götürmüşdür.
96. Apellyasiya instansiyası məhkəməsi həmin müqavilənin üçüncü şəxsin xeyrinə müqavilə olub-olmamasını araşdırıb hüquqi qiymət verməmişdir.Azərtbaycan Respublikasının Mülki Məcəlləsinin 403.1 və 403.2-ci maddələrinə əsasən üçüncü şəxsin xeyrinə müqavilə elə müqavilədir ki, onun tərəfləri borclunun icranı müqavilədə göstərilmiş və ya göstərilməmiş, öhdəliyin öz xeyrinə icrasını borcludan tələb etmək hüququ olan üçüncü şəxsə həyata keçirməli olduğunu müəyyənləşdirirlər.Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yaxud öhdəliyin mahiyyətindən hər hansı ayrı hal irəli gəlmirsə, üçüncü şəxsin xeyrinə bağlanmış müqavilənin icrasını həm kred itor, həm də üçüncü şəxs tələb edə bilər.
97. Apellyasiya instansiyası məhkəməsi tərəfindən göstərilən məsələ araşdırılıb hüquqi qiymət verildikdən sonra bağlanmış müqavilənin üçüncü şəxsin xeyrinə bağlanmış müqavilə olduğu və iddiaçının müvafiq subyektiv hüquqa malik olduğu qənaətinə gəldikdə isə müvafiq sahəli qeyri-yaşayış sahəsinin müvafiq ünvanda mövcud olub-olmadığı ilə əlaqədar və bundan irəli gələn məsələlər də araşdırılıb hüquqi qiymət verilməlidir.
98. Lakin apellyasiya instansiyası məhkəməsi yuxarıda göstərilən qaydada araşdırma və hüquqi qiymətləndirmə aparılmamışdır.
99. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 31 mart 2022-ci il tarixli qətnamənin ilk və qarşılıqlı iddiala rın qismən təmin edilməsi, Cavabdeh1 tərəfindən İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 232,1 kv.m olan qeyri-yaşayış sahəsi əvəzinə ünvan 4 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binasının ümumi sahəsi 232,1 kv.m olan, fasad hissəsi yola baxan, yaşayış binasının asfalt səthinə nisbətdə 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin İddiaçı mülkiyyətinə verilməsi hissəsinin apellyasiya baxışının predmeti olmadığının nəzərə alınmasını qeyd etsə də bu hissə iddianın söküləcək sahənin əvəzinə 20 faiz əlavə sahənin verilməsi ilə bağlı hissəsi ilə bir vahid təşkil edir və iddianın söküləcək sahənin əvəzinə 20 faiz əlavə sahənin verilməsi ilə bağlı hissəsi üzrə yuxarıda şərh edilən nöqsanların aradan qaldırılmaqla qanuni və əsaslı məhkəmə aktı qəbul edilə bilm əsi üçün Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 may 2024-cü il tarixli 2(103)55/2024 nömrəli qətnaməsi iddianın iddiaçının mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 232,1 kv.metr olan qeyri-yaşayış sahəsinin əvəzinə həmin ünvanda Cavabdeh1 MMC-nin inşa etdiyi çoxmərtəbəli yaşayış binasının fasad hissəsinin yola baxan, yaşayış binasının asfalt səthinə nisbətdə 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 232,1 kv.m olan (yeni) qeyri-yaşayış sahəsinin Cavabdeh1 MMC tərəfindən iddiaçının mülkiyyətinə verilməsinə dair hissində ləğv edilməli və iş həmin hissədə yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir.
100. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna in am yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir.
101. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
102. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ə dalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı).
103. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı).
104. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya baxışının predmeti olan qalan hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissələrdə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə iddiaçının kassasiya şikayətində göstərilən hallara m ülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası həmin hissədə apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.Qeyd edilən qalan hissədə apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
105. Kassasiya şikayətinin bir sıra dəlilləri sübutların qiymətləndirilməsi ilə əlaqədardır.Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsi sübutların qiymətləndirməsini həyata keçirmir.Azərbaycan Respublikasının MPM-in 416.1ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
106. Yuxarıda qeyd edilənlərə görə də iddiaçı(qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 may 2024-cü il tarixli 2(103)-55/2024 nömrəli qətnaməsi iddianın iddiaçının mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 232,1 kv.metr olan qeyri-yaşayış sahəsinin əvəzinə həmin ünvanda Cavabdeh1 MMC-nin inşa etdiyi çoxmərtəbəli yaşayış binasının fasad hissəsinin yola baxan, yaşayış binasının asfalt səthinə nisbətdə 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 232,1 kv.m olan (yeni) qeyri-yaşayış sahəsinin Cavabdeh1 MMC tərəfindən iddiaçının mülkiyyətinə verilməsinə dair hissəsində ləğv edilməli və iş həmin hissədə yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməli,Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 may 2024-cü il tarixli 2(103)-55/2024 nömrəli qətnaməsi mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
107. Apellyasiya instansiyası məhkəməsi yenidən baxmalı olduğu hissə üzrə yuxarıda şərh edilən nöqsanları aradan qaldrımaqla maddi və prosessual hüquq normalarının tələbinə uyğun, qanuni və əsaslı məhkəmə aktı qəbul etməlidir.
108. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı(qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 may 2024-cü il tarixli 2(103)55/2024 nömrəli qətnaməsi iddianın iddiaçının mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 232,1 kv.metr olan qeyri-yaşayış sahəsinin əvəzinə həmin ünvanda Cavabdeh1 MMC-nin inşa etdiyi çoxmərtəbəli yaşayış binasının fasad hissəsinin yola baxan, yaşayış binasının asfalt səthinə nisbətdə 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 232,1 kv.m olan (yeni) qeyri-yaşayış sahəsinin Cavabdeh1 MMC tərəfindən iddiaçının mülkiyyətinə verilməsinə dair hissində ləğv edilsin və iş həmin hissədə yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 may 2024-cü il tarixli 2(103)55/2024 nömrəli qətnaməsi mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.