Məhkəmə qərarları › İş №2(102)-3344/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3344/2019

17.05.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3344/2019 17.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), Vafəddin Ələm oğlu İbayev və Əhməd Abbas oğlu Əhmədovdan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-2134/2018 nömrəli iş üzrə 30 oktyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim S.B.Mehrəliyev) 2(004)-5966/2017 nömrəli, 23 noyabr 2017-ci il tarixli qətnaməsi ilə iddia qismən tə min edilmiş, Cavabdeh1 və Cavabdeh2 dəymiş maddi ziyana görə 2819 (iki min səkkiz yüz on doqquz) manatın və ödənilmiş dövlət rüsumunun 6 (altı) manat hissəsinin tutularaq İddiaçı2 və İddiaçı1 ödənilməsi, xxxxxxxxx ev 2, korpus 1, 14 saylı otaqdan iddiaçıların yaşadığı xxxxxxxxx ev 2, korpus 1, 8 saylı otağa su axıntısının dərhal dayandırılması vəzifəsinin cavabdehlərə tapşırılması, iddianın qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyərinin 10 (on) manat hissəsinin cavabdehlərə, 40 (qırx) manat hissəsinin isə iddiaçılara aid edilməklə onlardan tutulub dövlət büdcəsinə keçirilməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi MK-nın (hakimlər E.M.Həsənov (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və İ.Ş.Vəliyev) 2(103)-2134/2018 nömrəli, 30 oktyabr 2018-ci il tarixli qətnaməsi il ə apellyasiya şikayəti qismən təmin edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5966/2017 nömrəli, 23 noyabr 2017-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni Cavabdeh1 və Cavabdeh2 dəymiş maddi ziyana görə 2819 (iki min səkkiz yüz on doqquz) manatın tutularaq İddiaçı2 və İddiaçı1 ödənilməsi hissəsində dəyişdirilməsi, Cavabdeh1 və Cavabdeh2 maddi ziyana görə 481 (dörd yüz səksən bir) manat tutularaq İddiaçı2 və İddiaçı1 xeyrinə tutulması, apellyasiya şikayətini verdikləri zaman cavabdehlərin ödədiyi dövlət rüsumunun (bank xidmət haqqı ilə birlikdə) məbləği onların özlərinə aid olunmas, apellyasiya baxışı zamanı keçirilmiş ekspertizaların dəyəri olan 100 (yüz) manat isə Cavabdeh1 və Cavabdeh2 alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, X1, Kod 210005, VÖEN **********, M/h-AZ85NABZ********************, SWİFT-BİK xxxxxxxxx) köçürülməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı2 1983-1999-cu illərdə “Azərbaycan” Nəşriyyatında tərcüməçi-jurnalist işləmiş, 1990-cı ildə ona nəşriyyatın yataqxanasında yaşayış üçün 1 otaqlı 8 saylı mənzil ayrılmış, 1993cü ildə həmin nəşriyyatda işləyən X2 da 1 otaqlı 14 saylı mənzil verilmişdir. Həmin mənzil onların yaşadıqları mənzilin tam üstündədir və artıq 25 ildir ki, onların mənzilinə Şahbazovlar ailəsi 24 saat su axıdırlar. Bunun nəticəsində mənzilin bütün tavanları, divarları uçmuş, evdəki bütün əşyalar - mebel, xalçalar, kitablar, saatlar, yorğanlar, balışlar və s. tam sıradan çıxmış, döşəmələr, dörd divar tökülmüş, mənzildə nəmişlikdən, iydən, qoxudan yaşamaq dözülməz həddə çatmışdır. Yaranmış dözülməz vəziyyətlə bağlı 25 ildir ki, aidiyyatı orqanlara yazmaqdan təngə gəlmişlər və artıq məhkəmədə ikinci dəfə iddia qaldırırlar. Şahbazovlar ailəsi ilə mütəmadi münaqişələri onların səhhətində ciddi problemlərə səbəb olmuşdur. Şahbazovun ailəsində günün 24 saatı yüksək səslər onları istirahətdən məhrum etmiş, hətta dözülməz psixi pozuntulara yol açmış, bundan ən çox xəsarət alan Əşrəf olmuşdur. Bundan başqa, pəncərənin qabağına - 1-ci mərtəbədəki qonşunun 100 metrlik damına bütün məişət zibillərini və kəskin iyli mayelər tökürlər, iydən evdə qalmaq qeyri-mümkündür. Y aşamağa başqa yerləri yoxdur. Əvvəlki məhkəmədən sonra Cavabdehlər balkona moyka qoymuşlar və indi balkonun tavanından da su axır. Hamamla bitişik balkonun divarın arası ilə su süzülür, divar şişib partlamışdır. Buna görə də dəymiş maddi ziyanın, həmçinin səhhətlərinə dəymiş mənəvi zərərin əvəzi Şahbazovlardan tutulmalıdır. Dəymiş mənəvi zərəri 10000 manat məbləğində qiymətləndirirlər. Cavabdehlərin 25 il davam edən qanunsuz hərəkətləri nəticəsində bu gün də iztirablar keçirirlər, onların qanunsuz hərəkətləri səhhətində mənfi psixi reaksiyaya səbəb olmuşdur. Göstərilənlərə əsasən, cavabdehlərin yaşadığı xxxxxxxxxx ev 2, korpus 1, 14 saylı otaqdan onların yaşadığı xxxxxxxxxx ev 2, korpus 1, 8 saylı otağa su axıntısının dərhal dayandırılması, cavabdehlərdən dəymiş maddi zərərə görə 15000 man at və mənəvi zərərə görə 10000 manat olmaqla 25000 manat məbləğində pul vəsaitinin tutularaq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçılar İddiaçı2 və İddiaçı1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-2134/2018 nömrəli iş üzrə 30 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və onlara dəymiş 15.000 manat maddi ziyan və 10.000 manat mənəvi zərərin ödənilməsinə dair yeni qərar qəul edilməsini xahiş etmişlər. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kolleg iyasına kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyası iclasında iddiaçılar İddiaçı2 və Cavabdeh2 vəkilsiz iştirak etdiklərinə görə Azərbaycan Respublikasının MPM-nin 67-cı maddəsinə əsasən məhkəmə kollegiyasında onların izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən şəxslər iştirak etmədikləri üçün və iştirak etməməklərinin üzrlü səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)2134/2018 nömrəli i ş üzrə 30 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməldir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktl ara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilmədən işin faktik hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İşin müəyyən olunmuş hallarına əsasən xxxxxxxxx 2, korpus 1, 2-ci mərtəbədə yerləşən 1 otaqlı, 8 saylı mənzildə iddiaçılar, həmin binanın 3-cü mərtəbəsindəki 14 saylı mənzildə isə cavabdehlər yaşayırlar; iddiaçılar məhz cavabdehlərin mənzilindən onların mənzilinə su axıdılması nəticəsində ziyana məruz qaldıqlarını iddia etmiş, cavabdehlər isə, yuxarıda qeyd olunduğu kimi, iddia olunan ziyanın 2012-ci ilə qədər yarandığını və buna görə onlardan, əvvəlki məhkəmə qətnaməsi ilə artıq pul tutulduğunu, hazırda mənzillə rindən iddiaçıların mənzilinə su axmadığını irəli sürmüşlər. Apellyasiya baxışı zamanı müəyyən olunmuşdur ki, İddiaçı2 və İddiaçı1 Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiaları Bakı Apellyasiya Məhkəməsinin 25.04.2012-ci il tarixli qətnaməsi ilə qismən təmin olunmuş, cavabdehlərdən maddi ziyana görə 2488 manatın və mənəvi zərərə görə 500 manat tutularaq iddiaçılara ödənilməsi qət edilmişdir; Yasamal rayon 158 saylı MKİS-nin əməkdaşları tərəfindən tərtib edilmiş 02.04.2017-ci il tarixli akta görə isə, hər iki mənzilə baxış keçirilmiş, mənzil 14-də baxış keçirilərkən müəyyən olunmuşdur ki, təmir işləri tikinti norma qaydaları çərçivəsində yerinə yetirilmiş, mühəndis kommunikasiya xəttlərində heç bir nöqsan və su axıntısı aşkar edilməmiş, mənzil 8-d ə baxış zamanı mənzilin uzun müddət təmir olunmadığından yararsız hala düşdüyü aşkar olunmuşdur. İşə birinci instansiya məhkəməsində baxılarkən təyin olunmuş ekspertizanın 23.10.2017-ci il tarixli 18816/17 saylı rəyindən görünür ki, xxxxxxxxx ev 2, korpus 1, 8 saylı mənzilin tikililərinin konstruktiv elementləri (divar, tavan) üzərində müxtəlif həcmdə qüsurların mövcudluğu, həmin qüsurların su sızmaya aid olduğu, eləcə də mülki işdə olan aktın məlumatları nəzərə alınaraq, 14 saylı mənzildən suyun 8 saylı mənzilə sızması müəyyən edilmiş, lakin suyun hansı tarixdən sızdığını müəyyən etmənin mümkün olmadığı qeyd olunmuşdur. İş materiallarından aydın olur ki, həmin rəydə ekspertin istinad etdiyi akt 21 oktyabr 2009-cu il tarixlidir və tərəflər arasında bu tarixdən sonra yuxarıda qeyd olunan mə hkəmə mübahisəsi olmuşdur; məhz bu səbəblə, xüsusilə iddiaçıların mənzilinə 2012-ci ildən sonra su axıdılıb-axıdılmadığının müəyyənləşdirilməsi üçün əlavə ekspertiza təyin olunmuş, ekspertlər qarşısında “xxxxxxxxx 2, korpus 1, 2-ci mərtəbədə yerləşən 1 otaqlı, 8 saylı mənzilə həmin mənzilin üzərindəki (3-cü mərtəbədə olan) 14 saylı mənzildən 2012-ci il tarixdən sonra su axıdılması halı baş vermişdirmi və hazırda su axıntısı davam edirmi?Əgər davam edirsə, su 8 saylı mənzilin hansı hissələrinə sızır?; İddiaçıların mənzilində hazırda mövcud olan qüsurlar (ilkin ekspertiza rəyində göstərilən qüsurlar) Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 28 yanvar 2011-ci il tarixli rəyində (tərəflər arasında əvvəllər mövcud olmuş mübahisə üzrə verilmiş rəy) göstərilən qüsurlarla eynidirmi? Əg ər eyni deyildirsə, o zaman yeni yaranmış qüsurlar və onların aradan qaldırılması üçün çəkilməli olan xərcin məbləği müəyyənləşdirilsin” məzmununda suallar və məsələlərin həlli qoyulmuşdur. Həmin təyinat əsasında verdikləri 5872 saylı 14 iyun 2018-ci il tarixli rəydə ekspertlər “xxxxxxxxx küçəsi 2, korpus 1, 2-ci mərtəbədə yerləşən 1 otaqlı, 8 saylı mənzilə 14 saylı mənzildən su axıdılması halının baş verdiyinin müəyyən edildiyini, lakin 8 saylı mənzilin konstruktiv elementləri üzərində təmir işlərinin bərbad vəziyyətdə olması, eləcə də istismar müddətinin keçməsi ilə əlaqədar qüsurların olması səbəbindən su sızmanın hansı tarixdən baş verdiyini və konkret olaraq hansı hissələrə sızmasının müəyyən etməyin mümkün olmadığını, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 28 yanvar 201 1-ci il tarixli rəyinə tədqiq olunan evə dair hər hansı fotoşəkil əlavə olunmadığından göstərilən qüsurlarla eyni olubolmamasını müəyyən etməyin mümkün olmadığını,... 2011-ci il tarixdən baxış keçirildiyi müddətə qədər mənzilin konstruktiv elementləri üzərində təmir bərpa işlərinin aparılmadığını nəzərə alaraq həmin mənzildə su sızma nəticəsində sonradan yaranmış qüsurların nədən ibarət olduğunu müəyyən etmənin mümkün olmadığını” vurğulamışlar. Apellyasiya instansiyası məhkəməsi ikinci dəfə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş, həmin təyinat əsasında verilən 21883 saylı 24.09.2018-ci il tarixli rəydə isə aşağıdakılar göstərilmişdir: xxxxxxxxx 2, korpus 1, 2-ci mərtəbədə yerləşən 1 otaqlı, 8 saylı mənzilə həmin mənzilin üzərindəki (3-cü mərtəbədə olan) 14 saylı mənzildən 2012-ci il tarixdən sonra su axıdılması halı baş vermiş və sonuncu baxış keçirilən dövrə su axıntısının qarşısının alındığı müəyyən edilmişdir....İddiaçıların mənzilində sonuncu baxış zamanı (2018-ci ilin iyun ayı) aşkar olunmuş qüsurlar 28 yanvar 2011-ci il tarixli ekspert rəyində göstərilən qüsurlarla eynilik təşkil etmədiyi müəyyən edilmişdir. 28 yanvar 2011-ci il tarixli ekspert rəyinə əsasən 8 saylı mənzilə suyun sızma halları nəticəsində dəymiş zərərin məbləğinin 2338,0 manat olduğu, 14 iyun 2018-ci il tarixli ekspert rəyinə əsasən 8 saylı mənzilə dəymiş zərərin məbləğinin isə 2819,0 manat olduğu müəyyən edilmişdir. Sonuncu baxış zamanı 8 saylı mənzilin konstruktiv elementləri üzərində təmirin istismar müddətinin keçməsi müəyyən edilmiş və 2012-ci il tarixdən sonra 8 saylı mənzilin konstruktiv elementləri üzərində təmir işləri aparılmamışdır”. 2012-ci ildən sonra mənzilində təmir işləri aparmadığını və əvvəlki məhkəmə qətnaməsi əsasında cavabdehlərdən alınıb ona verilən pul vəsaitini digər ehtiyaclarına sərf etdiyini iddiaçı özü də etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi m ülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Apellyasiya instnasiyası məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hü quqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göstərilən Məcəllənin 1111.2-ci maddəsində isə təsbit olunmuşdur ki, əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Apellyasiya instnasiyası məhkəməsi iş üzrə toplanılmış sübutların məcmusuna qiymət verməklə hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçıların mənzilinə cavabdehlərin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində su sızmasının baş verdiyi və onun dayandırılmalı olması barəsində düzgün nəticəyə gəlmişdir. Belə ki, yuxarıda qeyd olunduğu kimi, işə birinci instansiya məhkəməsində baxılarkən alınmış ekspert rəyi ilə iddiaçıların mənzilinə suyun cavabdehlərin mənzilindən sızdığı müəyyən edilmiş, apellyasiya baxışı zamanı alınmış ekspert rəyləri ilə də bu fakt təsdiq olunaraq sonuncu baxış keçirilən dövrdə (2018-ci ilin iyun ayı) su axıntısının qarşısının alındığı müəyyənləşdirilmişdir. Apellyasiya instnasiyası məhkəməsinin qənaətinə görə, birinci instansiya məhkəməsi iddiaçıya dəymiş maddi ziyanın məbləğini müəyyən etdiyi zaman işin bütün hallarına lazımi hüquqi qiymət verməmişdir. Belə ki, yuxarıda qeyd edildiyi kimi, tərəflər arasında əvvəllər də bənzər mübahisənin olduğu, Bakı Apellyasiya Məhkəməsinin 25.04.2012-ci il tarixli qətnaməsi ilə cavabdehlərdən maddi ziyana görə 2488 manatın və mənəvi zərərə görə 500 manatın tutularaq iddiaçılara ödənilməsinin qət edildiyi, həmin qətnamənin icra edildiyi, lakin iddiaçıların mənzillərində su sızmadan yaranmış qüsurları aradan qaldırmadıqları (mənzili təmir etmədikləri) müəyyən olunmuşdur. Apellyasiya instnasiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, 28 yanvar 2011-ci il tarixli ekspert rəyinə əsasən 8 saylı mənzilə suyun sızma halları nəticəsində dəymiş zərərin məbləği kimi müəyyənləşdirilmiş 2338,0 manatla, apellyasiya baxışı zamanı müəyyənləşdirilmiş zərər məbləği arasındakı fərqin iddiaçıların xeyrinə tutulması daha mən tiqli və ədalətli hesab olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Sözügedən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlard an irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-2134/2018 nömrəli iş üzrə 30 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçılar İddiaçı2 və İddiaçı1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-2134/2018 nömrəli iş üzrə 30 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar