Məhkəmə qərarları › İş №2(102)-3344/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3344/2024

04.12.2024 · Sair mülki iş - Digər - Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3344/2024 04.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı X1 Cavabdeh1 oğluna və qeyrilərinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi və s. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Əhmədova Mehparə Tofiq qızı və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı X1 Cavabdeh1 və qeyrilərinə qarşı “əmlak və digər” tələblərinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-795/2024 nömrəli iş üzrə 14 may 2024-cü il tarixli qətnaməsindən iddiaçı X4 və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətlərin ə 4 dekabr 2024-cü il Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Cavabdeh1 və X4 xx.xx.2018-ci il tarixdə rəsmi nikah bağlamaqla ailə qurmuşdur. Nikah bağlandıqdan sonra ərə Xıdırov, arvada Zeynalova soyadları verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

2. X4 iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 65 saylı mənzil üzərində ikidə bir hissədə onun, ikidə bir hissədə Cavabdeh1 payının müəyyən edilməsi, “BMW X-5” minik markalı, **-DM-*** dövlət qeydiyyyat nişanlı avtomobilə dair Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, Cavabdeh2 və Cavabdeh8 arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı, “VAZ-21214 minik” markalı, ** RJ *** dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, Cavabdeh3 və Cavabdeh9 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, Cavabdeh9 və Cavabdeh4 arasında bağlanmış xx.xx.2021-ci il tarixli (satıldıqdan sonra dövlət qeydiyyat nişanı ** DU *** olaraq dəyişdirilib), Cavabdeh4 və Cavabdeh10 arasında bağlanmış xx.xx.2021-ci il tarixli (satıldıqdan sonra dövlət qeydiyyat nişanı ** BH *** olaraq dəyişdirilib) alqı-satqı, “KİA Gadenza minik” markalı, ** NL *** dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh1 və Cavabdeh11 arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı, “Hyundai Sonata minik” markalı, ** SK *** dövlət qeydiyyat nişanlı avtomobilə dair xx.xx.2021-ci il tarixli a lqı-satqı, “Daewoo Nexia minik” markalı, ** KV *** dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh1 və Cavabdeh12 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, Cavabdeh12 və Cavabdeh5 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, Cavabdeh5 və Cavabdeh6 arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı, “BMW 3281 minik” markalı, ** DR *** dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh1 və Cavabdeh13 arasında bağlanmış xx.xx.2020-ci il tarixli (satıldıqdan sonra dövlət qeydiyyat nişanı ** LY *** olaraq dəyişdirilib) alqı-satqı müqaviləsi, “Hyundai Sonata minik” markalı, ** VM *** dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh1 və Cavabdeh22 Tofiq oğlu arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi, “Hyundai Veracruz minik” markalı, ** TD *** dövlət qeydiyyat niş anlı avtomobilə dair Cavabdeh1 və Cavabdeh11 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, Cavabdeh11 və Cavabdeh14 arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi, “VAZ 21213 minik” markalı, ** NL *** dövlət qeydiyyat nişanlı avtomobilə dair xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi, “Mazda 3 minik” markalı, ** CH *** dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh1 və Cavabdeh15 arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi, “Mercedes-Benz S350 MİNİK” markalı, ** MJ *** dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh1 və Cavabdeh11 arasında bağlanmış xx.xx.2021-ci il tarixli (satıldıqdan sonra dövlət qeydiyyat nişanı 5O DD 020 olaraq dəyişdirilib) alqı-satqı müqaviləsi, “VAZ 21214 minik” markalı, ** RK *** dövlət qeydiyyat nişanlı avtomobilə dair xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi, “Volkswagen Passat minik” markalı, ** BS *** dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh1 və Cavabdeh7 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, Cavabdeh7 və Cavabdeh11 arasında bağlanmış xx.xx.2020-ci il tarixli (satıldıqdan sonra dövlət qeydiyyat nişanı ** EA *** olaraq dəyişdirilib), Cavabdeh11 və Cavabdeh16 arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi, “VAZ 21213 minik” markalı, ** DU *** dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh1 və Cavabdeh17 Bəhrəm oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini və avtomobillər üzərində ikidə bir hissədə onun, ikidə bir hissədə isə Cavabdeh1 payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş et mişdir.

3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh1 ilə xx.xx.2018-ci il tarixdə, 1 saylı Bakı “ASAN xidmət” qeydiyyat şöbəsində 2934 qeydiyyat nömrəli nikaha daxil olmuşlar. Cavabdehlə birlikdə yaşadıqları dövrdə cavabdeh ona qarşı şiddət göstərmiş, dəfələrlə onun fiziki və mənəvi zorakılıqlarına məruz qoymuşdur, hətta sağlamlığına xəsarət yetirdiyi üçün onun barəsində CM-nin 128-ci maddəsinə əsasən cinayət işi başlanmışdır. Cavabdeh Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib 01 il 03 ay müddət azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. O, hazırda 16 saylı cəzaçəkmə müəssində cəza çəkir. Cavabdehlə birgə nikah dövründə bir çox daşınmaz əmlaklar əldə edilmişdir. Cavabdeh həmin əmlakların bir çoxunu özgəninki ləşdirmək üçün ona təzyiq göstərərək etibarnamə almış və onları bağışlama müqaviləsi əsasında anası Nazilə Xıdırovaya bağışlamışdır. Onun tərəfindən bağışlama müqavilələrinin etibarsız hesab edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edilmiş, həmin mübahisə hazırda məhkəmənin icratındadır. Hazırda birgə nikah dövründə əldə olunmuş digər əmlakların aralarında bölünməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 25 nömrəli vəkil sorğusuna göndərilən xx.xx.2022-ci il tarixli, **********49 nömrəli cavab məktubundan müəyyən olunur ki, ünvan 1-da yerləşən 65 s aylı mənzil Cavabdeh1 mülkiyyətindədir. Həmin mənzili cavabdehlə birgə nikah dövründə əldə etmişlər. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin xx.xx.2022-ci il tarixli, 23335-1222 saylı cavab məktubundan müəyyən olunur ki, cavabdehlə birgə nikah dövründə cavabdeh tərəfindən alınmış və onun razılığı olmadan alqı-satqı prosesini həyata keçirən avtomobillərin dəqiq siyahısı müəyyən edilmişdir. Bunlar: “BMW X-5 minik” markalı, **-DM-*** dövlət qeydiyyal nişanlı; “Vaz 21214 minik” markalı, ** RJ *** dövlət qeydiyyat nişanlı; “Kia Cadenza minik” markalı, ** NL *** dövlət qeydiyyat nişanlı; “Hyundai Sonata minik” markalı, ** SK *** dövlət qeydiyyat nişanlı; “Daewoo Nexia minik” markalı, ** KV *** dövlət qeydiyyat nişanlı, “BMW 328İ minik” markalı, ** DR *** dövlət qeydiyya t nişanlı; “Hyundai Sonata minik” markalı, ** VM *** dövlət qeydiyyat nişanlı, “Hyundai Veracruz minik” markalı, ** TD *** dövlət qeydiyyat nişanlı; “Vaz 21214 MİNİK” markalı, ** NL *** dövlət qeydiyyat nişanlı; “Mazda 3 minik” markalı, ** CH *** dövlət qeydiyyat nişanlı; “Mercedes BENZ S350 minik” markalı, ** MJ *** dövlət qeydiyyat nişanlı; “Vaz 21214 minik” markalı, ** NL *** dövlət qeydiyyat nişanlı; “Volkswagen Passat minik” markalı, ** BS *** dövlət qeydiyyat nişanlı avtomobillərdən ibarətdir. Qeyd olunan avtomobillər onun razılığı olmadan alqı-satqısı həyata keçirilmiş, onların özgəninkiləşdirilməsi barədə cavabdeh tərəfindən ona heç bir məlumat verilməmişdir. Siyahıda qeyd edilmiş avtomobillər onun razılığı olmadan satıldığı üçün onlara dair alqı-satqı müqavilələri etibarsız hesab edilməlidir.

4. İddiaçı X1 nümayəndəsinin vəsatəti əsasında Cavabdeh18, Cavabdeh19, Cavabdeh20 və Cavabdeh21 iş üzrə cavabdeh qismində cəlb edilmişlər.

5. Cavabdeh X3 tərəfindən məhkəməyə xx.xx.2023-cü ildə ərizə daxil olmuş və ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh1 07 may 2020-ci il tarixdə alqı-satqı müqaviləsi bağlayaraq, avtomobilin dəyərini tamamilə ödəmişdir. Avtomobilin dəyərini ödədikdən sonra dövlət qeydiyyat nişanı **-VM-*** olan “Hyundai Sonata” minik markalı avtomobilə mülkiyyəti təsdiq edən sənəd almışdır. Avtomobili alqı-satqı müqaviləsinə əsasən alarkən o, qanunvericiliyin tələbinə əməl etməklə müvafiq sənədləri təqdim etməklə avtomobili alqı-satqı etmişlər. Cavabdeh1 avtomobili alqı-satqı edərkən qanunvericliyin tələblərini pozmadan vicdanlı şəkildə mülkiyyəti əldə e tmişdir. Qeyd edilənlərə əsasən iddianın ona aid hissədə rədd edilməsini xahiş etmişdir.

6. Məhkəmə iclasında iştirak edən Cavabdeh19 bildirmişdir ki, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobil hazırda onun mülkiyyətində və istifadəsindədir. Həmin avtomobili 2 il əvvəl Sumqayıt şəhərində avtomobil salonundan almışdır. O, Cavabdeh1 və Cavabdeh18 tanımır. Qeyd edilənlərə əsasən iddianın ona aid hissədə rədd edilməsini xahiş etmişdir. 7. 16.06.2023-cü il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh13 bildirmişdir ki, iddia tələbini qəbul etmir. “BMW 3281 minik” markalı, 50-DR090 dövlət qeydiyyat nişanlı avtomobil onun mülkiyyətindədir. O, Cavabdeh1 tanımır. Avtomobili internetdə elan saytı vasitəsi ilə görüb almışdır. O, avtomobili təxminən 27.00028.000 manata almışdır. Alqısatqını da DYP-də etmişdir. Qeyd edilənlərə əsasən iddianın ona aid hissədə rədd edilməsini xahiş etmişdir. 8. 16.06.2023-cü il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh16 bildirmişdir ki, iddia tələbini qəbul etmir. “Volkswagen Passat minik” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobili alqı-satqısı ilə məşğul olan şəxsdən almışdır. Avtomobili satan şəxs ona etibarnamə vermişdir. Ona görə də, iddianın ona aid hissədə rədd edilməsini xahiş etmişdir. 9. 16.06.2023-cü il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh15 nümayəndəsi, oğlu X7 bildirmişdir ki, iddia tələbini qəbul etmir. “Mazda 3 minik” markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobili anasının ona verdiyi etibarnamə əsasında Natəvan adlı qadınla alqı-satqı əsasında özü 9000 manata almışdır. Hazırda avtomobili satmışdı r. Bildiyi qədəri ilə Natəvan adlı qadının Cavabdeh1 borcu olub. Qeyd edilənlərə əsasən nümayəndə iddianın Cavabdeh15 aid hissədə rədd edilməsini məhkəmədən xahiş etmişdir. 10. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh5 bildirmişdir ki, sözügedən avtomobili qardaşı alıb. Ona verdiyi etibarnamənin vaxtının bitməsinə az qalmış avtomobili öz adına keçirmişdir. Təxminən 2 il olar ki, avtomobili başqa şəxsə satmışdır. O, İlqarə adlı şəxsi tanımır. Qeyd edilənlərə əsasən cavabdeh iddianın ona aid hissədə rədd edilməsini məhkəmədən xahiş etmişdir. 11. 01.09.2023-cü il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh18 bildirmişdir ki, **-SK-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Sonata” minik markalı avtomobili qardaşı Renat Cavabdeh1 alıb və etibarnamə əsasında onun adına k eçirib. Ondan sonra avtomobilin nömrəsini dəyişmişdir. **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobili başqa bir şəxsə satmışdır. Həmin şəxsi tanımır. Qeyd edilənlərə əsasən iddianın ona aid hissədə rədd edilməsini xahiş etmişdir. 12. 01.09.2023-cü il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh19 bildirmişdir ki, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobil hazırda ondadır. Həmin avtomobili 2 il əvvəl Sumqayıt şəhərində avtomobil salonundan almışdır. Qeyd edilənlərə əsasən cavabdeh iddianın ona aid hissədə rədd edilməsini məhkəmədən xahiş etmişdir. 13. 01.09.2023-cü il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh17 bildirmişdir ki, **-NL-*** dövlət qeydiyyat nişanlı, “VAZ-21213” minik markalı avtomobil barədə məlumatı yoxdur. “**-DU-***” dövlət qeydiyyat nişanlı, “VAZ-21213” minik mar kalı avtomobili tanımadığı şəxsdən ümumi etibarnamə əsasında almışdır. 1-2 ay sonra isə avtomobili öz adına keçirmişdir. Qeyd edilənlərə əsasən iddianın ona aid hissədə rədd edilməsini xahiş etmişdir.

14. Sumqayıt Şəhər Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli, 2(060)-2300/2023 nömrəli qətnaməsi ilə (hakim Emin Abdullayev) iddia qismən təmin edilmiş, ünvan 1-da yerləşən 65 saylı mənzil üzərində ikidə bir hissədə iddiaçı X1 (İddiaçı), ikidə bir hissədə Cavabdeh1 payları müəyyən edilmiş və iddianın qalan hissədə rədd olunması qət edilmişdir.

15. Birinci instansiya məhkəməsi ünvan 1-da yerləşən 65 saylı mənzil üzərində tərəflərin ikidə bir hissədə pay haqqının olması nəticəsinə gələrkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ər-arvadın ümumi birgə mülkiyyəti yaranmasının kökündə əmla kın ərarvadın birgə nikahları dövründə, onların birgə təsərrüfat aparmaları nəticəsində əldə etmələri dayanır. İşdən göründüyü kimi X4 və Cavabdeh1 arasında nikah xx.xx.2018-ci il tarixində bağlanmış, ünvan 1, 65 saylı mənzil alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 mülkiyyətinə keçmişdir. Bu səbəbdən həmin əmlak tərəflərin birgə mülkiyyəti olmaqla, əmlak üzərində tərəflərin hər birinin ikidə bir hissədə payı müəyyən edilməlidir.

16. Məhkəmə iddia tələbinin tərəflərin birgə nikah dövründə cavabdehin mülkiyyətində olmuş avtomobillərin özgəninkiləşdirilməsi barədə müqavilələrin etibarsız hesab edilməklə avtomobillər üzərində pay haqqının təmin edilməsindən imtina etdikdə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflərin birgə nikahları dövründə əldə edilmiş və özgəninkiləşdirilmiş av tomobillərin bəziləri sonradan yenidən özgəninkiləşdirilmişdir. Məhkəmə iclaslarında iştirak edən cavabdehlər həmin avtomobilləri müxtəlif şəxslərdən dəyərini ödəməklə aldıqlarını, cavabdehlərin bir çoxu Cavabdeh1 ümumiyyətlə tanımadıqlarını qeyd etmişlər. Belə olan halda, həmin müqavilələrin etibarsız hesab edilməsi vicdanlı alıcı olan cavabdehlərin hüquqlarının pozulmasına səbəb ola bilər. İddiaçı tərəf qeyd edilən məsələnin əksini təsdiq edən hər hansı sübut təqdim etməmişdir.

17. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 225.1 və 225.2ci maddələri, Ailə Məcəllənin 32.1 və 32.2-ci maddələri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” 23 iyul 2021-ci il tarixli Qərarının tələbləri ilə əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat

18. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin qismən, avtomobillərə dair hissədə ləğv edilərək, həmin hissədə iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin hallarından da göründüyü kimi mübahisəli avtomobillər birgə nikah dövründə əldə edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 11 aprel 2007-ci il tarixli 564 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan icra hakimiyyəti orqanlarının” Siyahısının 2-ci bəndindən isə müəyyən olunur ki, avtomobillər rəsmi reyestrdə qeydə a lınan daşınar əşyalara aiddir. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 650-ci maddəsinə əsasən, rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alqı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. İlk öncə nəzərə alınmalıdır ki, mübahisəli avtomobillərə dair iddia tələbi 2 hissədən ibarət olmuşdur: 1-ci hissə avtomobillərin özgəninkiləşdirilməsinə dair alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, 2-ci hissə həmin avtomobillər üzərində 1/2 hissədə tərəflərin 1/2 hissədə payının müəyyən edilməsidir. Birinci instansiya məhkəməsi oxşar mübahisələri ətraflı şəkildə tənzimləyən Konstitusiya Məhkəməsi Plenumunun H.Cəfərovun şikayəti üzrə 2014-cü il 15 sentyabr tarixli Qərarının müddəlarını səhv təfsir edərək mübahisəyə yalnış hüqu qi qiymət vermişdir. Belə ki, həmin qərarda qeyd edilmişdir ki, Mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alğı-satqı müqaviləsinin və onun alıcı üçün verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülürsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilirsə, iddianın təmin olunmasından imtina edilməlidir. Qərarda olan hüquqi mövqeyə görə məhz əqd etibarsız hesab edildikdən sonra vicdanlı alıcıda olan mübahisəli əmlakın geri qaytarılması ilə bağlı yaranmış mübahisələrin həll üsulu öz əksini tapmışdır. Həmin qərarda qeyd edilənlərin məzmunu bundan ibarətdir ki, əqd etibarsız hesab edilsə də, vicdanlı alıcının mülkiyyət hüquqları qorunmalı və əmlakın geri qaytarıl masına dair iddia tələbləri rədd edilməlidir. Lakin birinci instansiya məhkəməsi avtomobillərin özgəninkiləşdirilməsi ilə əlaqədar alqı-satqı müqaviləsinin etibarsızlığına dair hissədə də iddia tələbini rədd etmişdir. Halbuki məhkəmə iddia tələbini avtomobillərə dair hissədə qismən təmin etməli idi, yəni məhkəmə avtomobillərə dair bağlanmış alqısatqı müqavilələrinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmalı idi. Məhkəmənin iddia tələbini avtomobillərə dair hissədə tamamilə rədd etməsi halında iddiaçı gələcəkdə Cavabdeh1 qarşı avtombillərinin dəyəri üzərində payının müəyyən edilməsi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etməyinin də qarşısını alır. İşin hallarından da göründüyü kimi iddiaçının notarial qaydada razılığı olmadan Cavabdeh1 avtomobilləri alqı-satqı müqaviləsi əsasında özgəninkiləşdirmişdir. Yəni avtomobillərin qanunvericiliyin tələblərinə zidd şəkildə özgəninkiləşdirildiyi işin mübahisəsiz halıdır. Buna görə də, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(060)-2300/2023 nömrəli qətnaməsi həmin hissədə ləğv edilməli və avtomobillərə dair bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab olunmalıdır.

20. Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin qismən, ünvan 1-da yerləşən 65 saylı mənzil üzərində ikidə bir hissədə tərəflərin paylarının müəyyən edilmiş hissədə ləğv edilərək, həmin hissədə iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ünvan 1-da yerləşən 65 saylı mənzil cavabdehin adına olsa da, həmin mənzil onun deyil. Həmin mənzil d ostu X2 məxsusdur. Belə ki, müəyyən səbəblərə görə o, həmin mənzili cavabdehin adına almışdır, yəni həmin mənzilin alınmasına cavabdeh tərəfindən pul vəsaiti verilməmişdir. Belə olan halda həmin mənzilin onların birgə mülkiyyəti hesab edilməsi və ikidə bir hissədə bölünməsi tamamilə qanunsuz və əsassızdır. Hazırkı mübahisə üzrə ümumi birgə mülkiyyət olması iddia edilən mənzil cavabdehin adına nikah dövründə rəsmiləşdirilmişdir. Həmin mənzilin ümumi əmlak hesab edilməsi üçün bu hal kifayət etmir. Bunun üçün, həmin mənzilin, həm də tərəflərin birgə nikah dövründə onların ümumi gəliri hesabına əldə edilmiş olmalıdır. Məhkəmə iclasında cavabdehin iştirakı üzürlü səbəbdən mümkün olmayıb. Ona görə də o, iddia tələbinə dair öz etirazını və sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də hesab edir ki, qətnamə iddia tələbinin təmin olunan hissəsində ləğv olunmalı və iddia tələbi həmin hissədə də rədd olunmalıdır.

22. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-795/2024 nömrəli iş üzrə 14 may 2024-cü il tarixli qətnaməsi ilə (F.Məmmədov (sədrliyi və məruzəsi ilə), hakimlər L.Rəhimli və İ.Dəmirov) iddiaçının və cavabdehin apellyasiya şikayətləri təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.

23. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı aşağıdakıları qeyd etmişdir:

24. Məhkəmə cavabdeh tərəfindən mənzilin birgə nikah dövründə onların ümumi qazancı hesabına alınmadığı, həmin mənzilin cavabdehin dostu X2 məxsus olması ilə bağlı irəli sürülmüş dəlilləri mənzilin tərəflərin birgə nikah müdətində əldə olunmuş əmlakı hesab edilməməsi üç ün mötəbər hesab etmir və hesab edir ki, mübahisəli mənzil nikah dövründə cavabdehin adına əldə olunmuş tərəflərin qazandığı əmlakdır və onların ümumi birgə mülkiyyətidir. Ona görə də, həmin mənzil üzərində iddiaçının payı ikidə bir hissədə müəyyən edilməlidir.

25. Məhkəmə tərəflərin birgə nikahları dövründə əldə edilmiş avtomobillərin özgəninkiləşdirilməsi barədə müqavilələrin etibarsızlığı ilə bağlı tələbə dair hissədə qeyd edir ki, Mülki Məcəllənin 182.1-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud o lmalıdır.

26. Birinci instansiya məhkəməsinin tərəflərin birgə nikahları dövründə əldə edilmiş və özgəninkiləşdirilmiş avtomobillərin bəzilərinin sonradan yenidən özgəninkiləşdirildiyini, məhkəmə iclasında iştirak edən cavabdehlərin həmin avtomobilləri müxtəlif şəxslərdən dəyərini ödəməklə aldıqlarını və cavabdehlərin bir çoxunun ümumiyyətlə Cavabdeh1 tanımadıqlarını əsas tutaraq müqavilələrin etibarsız hesab edilməsinin vicdanlı alıcı olan cavabdehlərin hüquqlarının pozulmasına səbəb ola bilməsi barədə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir.

27. Mübahisələndirilən avtomobillərin iddiaçının razılığı olmadan alğı-satqı edilməsi halını isə iddiaçı tərəf məhkəmə iclasında sübuta yetirə bilməmiş və göstərilənlər işin araşdırılmış halları ilə müəyyən olunmamışdır.

28. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29 və 71-ci, Mülki Məcəlləsinin 225.1, 225.2, 225.3 və 225.4-cü, Ailə Məcəlləsinin 32.1, 32.2, 32.3, 34.1, 34.2, 35 və 36-cı, MPM-nin 14.2, 77.1, 78.1 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

29. İddiaçı X4 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edərək iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

30. Həmçinin Cavabdeh1 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin edilən hissəsində ləğv edilərək, həmin hissədə də iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

31. İddiaçının kassasiya şikayəti belə əs aslandırılmışdır ki, avtomobillərə birgə hüquqları olduğu halda Cavabdeh1 onun notarial qaydada razılığı alınmadan onları özgəninkiləşdirmişdir. Bu xüsusat məhkəmə qətnaməsində də öz təsdiqini tapmışdır. Apellyasiya məhkəməsi iddia tələbini avtomobillərə dair hissədə qismən təmin etməli idi. Yəni məhkəmə tərəfindən avtomobillərə dair bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmalı idi.

32. Qanuna görə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əmlak hesab olunan avtomobillərin özgəninkiləşdirilməsi üçün onun razılığı olmalı idi. Belə razılığın olduğu qanunun tələblərinə görə ehtimal edilə bilməz. Yəni razılığın olduğu iddia edilirsə, bunu təsdiq edən sənədlər olmalıdır. Lakin cavabdeh tərəf bununla bağlı heç bir sübut təqdim etməmiş, hər iki instan siya məhkəməsi də belə bir sənədin mövcud olub-olmamasını araşdırmamış, cavabdehdən tələb etməmişdir.

33. Məhkəmə kollegiyası öz mövqeyini belə əsaslandırmışdır ki: “Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma ilə, eləcə də iş materiallarından mübahisəsiz qaydada görünür ki, iddiaçı X4 özünə məxsus bütün əmlak və hüquqlarının Cavabdeh1 etibar edilməsinə dair xx.xx.2021-ci il tarixli, 7E-15324 reyestr nömrəli etibarnaməni Cavabdeh1 məcburetmə nəticəsində, yəni zorakılıq və ya hədələməyə məruz qaldığından vermişdir.” Göründüyü kimi Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında olmuş 2(105)-1148/2023 nömrəli mülki iş üzrə məhkəmə mübahisəsi zamanı Cavabdeh1 daşınmaz əmlakların özgəninkiləşdirilməsi üçün etibarnamənin zorakılıq və hədələməyə məruz qalaraq verdiyi aşkar olunmuş və ləğv ol unmuşdur. Yəni həmin əmlakların özgəninkiləşdirilməsi zamanı ortada etibarnamə, razılıq sənədi olduğuna görə bu zaman iddiaçı tərəf olaraq onlar tərəfindən həmin etibarnamənin zorakılıq və hədələmənin təsiri altında verilməsi məhkəmədə sübut olunmuşdur. Lakin Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında olan və hazırda mübahisələndirdiyi əmlakların, yəni avtomobillərin heç bir razılıq sənədi olmadan özgəninkiləşdirilməsi məlum hal olmasına baxmayaraq, məhkəmə kollegiyası tərəfindən nəzərə alınmamış, hətta belə razılıq sənədinin olmamasının sübutetmə yükünün onun üzərinə düşməsi nəticəsinə gəlinmişdir.

34. Qeyd edilənlərdən göründüyü kimi apellyasiya məhkəməsi yalnız avtomobillərin hazırki mülkiyyətçilərinin hüquq və mənafelərini düşünmüşdür. Onların vicdanlı alıcı olmağı onun avtomobilləri n dəyəri üzərində ikidə bir hissə paydan məhrum olmağına səbəb olmamalıdır. Belə ki, avtomobillərin sayı və onların hər birinin orta bazar qiyməti nəzərə alınsa, kifayət qədər yüksək dəyərə malik əmlak olduğu görünər. Belə olan halda o, kifayət qədər pul dəyərinə malik əmlak üzərində mülkiyyət hüquqlarından məhrum olur.

35. Cavabdehin kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə iş üzrə obyektiv araşdırma aparmamışdır. Məhkəmənin gəldiyi nəticə ilə razı deyildir. Belə ki, ünvan 1-da yerləşən 65 saylı mənzil onun adına qeydiyyata alınsa da, onun deyildir, dostu X2 məxsusdur. Müəyyən səbəblərə görə dostu həmin mənzili onun adına almışdır. Yəni həmin mənzilin alınmasına onun tərəfindən pul vəsaiti verilməmişdir. X5 qarşı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində iddia qaldırmışdır və mübahisəli mənzili ondan tələb edir.

36. Belə olan halda mübahisəli mənzilin onların birgə mülkiyyəti hesab edilməsi və ikidə bir hissədə bölünməsi tamamilə qanunsuz və əsassızdır. Məhkəmə iclasında iştirakı üzürlü səbəbdən mümkün olmayıb. Ona görə də o, iddia tələbinə dair öz etirazını və sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. İşə baxılan vaxt o, cinayət məsuliyyətinə cəlb olunmuşdu və cəza çəkirdi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

37. Kassasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən ir əli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

39. Qətnamənin iddianın rədd olunması hissəsindən iddiaçı, təmin olunması hisssəsindən isə cavabdeh kassasiya şikayəti verdiyinə görə məhkəmə aktı kassasiya qaydasında tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

40. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

41. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmla k, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.

42. Maddə

650. Rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi

43. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

44. Maddə 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə - onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi y ardımın məbləği və s.), ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.

45. Maddə 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.

46. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).

47. Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.

48. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.

49. Maddə 37.3. Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir.

50. Maddə 41.1. Ər-arvaddan birinin öhdəlikləri üzrə ödəmə yalnız onun şəxsi əmlakına və ər-arvadın ümumi əmlakı bölünərkən həmin əmlakdan ona çata biləcək paya yönəldilə bilər.

51. Maddə 41.2. Ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzr ə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

52. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

53. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

54. Maddə 76.2 Bu məlumatlar yazılı və maddi sü butlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

55. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

56. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

57. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

58. Maddə 416.2 Apellyasiy a instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

59. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

60. İddiaçının və cavabdehin ayrı-ayrılıqda ver dikləri kassasiya şikayətlərinin dəlilləri onların apellyasiya şikayətlərinin dəlilləri ilə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

61. Kassasiya şikayətlərinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

62. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı X4 və Cavabdeh1 tərəfindən ayrı-ayrııqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-795/2024 nömrəli iş üzrə 14 may 2024- cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar