Məhkəmə qərarları › İş №2(105)-795/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-795/2024

14.05.2024 · Sair mülki iş - Digər - Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-795/2024 14.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı X1 Cavabdeh1 və qeyrilərinə qarşı əmlak və digər tələblərinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X7 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh19 iştirakları ilə İddiaçı X1 Cavabdeh1 və qeyrilərinə qarşı əmlak və digər tələblərinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli, 2(060)-2300/2023 nömrəli qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 və Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 1 saylı ASAN xidmət mərkəzi qeydiyyat şöbəsinin 23 iyun 2021-ci il tarixdə verdiyi arayışdan görünür ki, Cavabdeh1 və X4 xx.xx.2018-ci il tarixdə, 2934 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra ərə Xıdırov, arvada Zeynalova soyadları verilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

2. X4 iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 65 saylı mənzil üzərində ½ hissədə onun, ½ hissədə Cavabdeh1 payının müəyyən edilməsi, “BMW X-5” minik markalı, ** DM *** dövlət qeydiyyyat nişanlı avtomobilə dair Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, Cavabdeh2 və Cavabdeh8 arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı, “VAZ 21214 minik” markalı, ** RJ *** dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, Cavabdeh3 və Cavabdeh9 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, Cavabdeh9 və Cavabdeh4 arasında bağlanmış xx.xx.2021-ci il tarixli (satıldıqdan sonra dövlət qeydiyyat nişanı ** DU *** olaraq dəyişdirilib), Cavabdeh4 və Cavabdeh10 arasında bağlanmış xx.xx.2021-ci il tarixli (satıldıqdan sonra dövlət qeydiyyat nişanı ** BH *** olaraq dəyişdirilib) alqı-satqı, “KİA Gadenza minik” markalı, ** NL *** dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh1 və Cavabdeh11 arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı, “Hyundai Sonata minik” markalı, ** SK *** dövlət qeydiyyat nişanlı avtomobilə dair xx.xx.2021-ci il tarixli alqı-satqı, “Daewoo Nexia minik” markalı, ** KV *** dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh1 və Cavabdeh12 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, Cavabdeh12 və Cavabdeh5 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, Cavabdeh5 və Cavabdeh6 arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı, “BMW 3281 minik” markalı, ** DR *** dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh1 və Cavabdeh13 arasında bağlanmış xx.xx.2020-ci il tarixli (satıldıqdan sonra dövlət qeydiyyat nişanı ** LY *** olaraq dəyişdirilib) alqı-satqı müqaviləsi, “Hyundai Sonata minik” markalı, ** VM *** dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh1 və Cavabdeh22 Tofiq oğlu arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi, “Hyundai Veracruz minik” markalı, ** TD *** dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh1 və Cavabdeh11 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, Cavabdeh11 və Cavabdeh14 arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi, “VAZ 21213 minik” markalı, ** NL *** dövlət qeydiyyat nişanlı avtomobilə dair xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi, “Mazda 3 minik” markalı, ** CH *** dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh1 və Cavabdeh15 arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi, “Mercedes- Benz S350 MİNİK” markalı, ** MJ *** dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh1 və Cavabdeh11 arasında bağlanmış xx.xx.2021-ci il tarixli (satıldıqdan sonra dövlət qeydiyyat nişanı 5O DD 020 olaraq dəyişdirilib) alqı-satqı müqaviləsi, “VAZ 21214 minik” markalı, ** RK *** dövlət qeydiyyat nişanlı avtomobilə dair xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi, “Volkswagen Passat minik” markalı, ** BS *** dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh1 və Cavabdeh7 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, Cavabdeh7 və Cavabdeh11 arasında bağlanmış xx.xx.2020-ci il tarixli (satıldıqdan sonra dövlət qeydiyyat nişanı ** EA *** olaraq dəyişdirilib), Cavabdeh11 və Cavabdeh16 arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi, “VAZ 21213 minik” markalı, ** DU *** dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh1 və Cavabdeh17 Bəhrəm oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini və avtomobillər üzərində ½ hissədə onun, ½ hissədə isə Cavabdeh1 payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh1 ilə xx.xx.2018-ci il tarixdə, 1 saylı Bakı “ASAN xidmət” qeydiyyat şöbəsində 2934 qeydiyyat nömrəli nikaha daxil olmuşlar. Cavabdehlə birlikdə yaşadıqları dövrdə cavabdeh ona qarşı şiddət göstərmiş, dəfələrlə onun fiziki və mənəvi zorakılıqlara məruz qoymuşdur, hətta sağlamlığına xəsarət yetirdiyi üçün onun barəsində CM-nin 128-ci maddəsinə əsasən cinayət işi başlanmışdır. Cavabdeh Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin örədilməsində təqsirli bilinib 01 il 03 ay müddət azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. O, hazırda 16 saylı cəzaçəkmə müəssində cəza çəkir. Cavabdehlə birgə nikah dövründə bir çox daşınmaz əmlaklar əldə edilmişdir. Cavabdeh həmin əmlakların bir çoxunu özgəninkiləşdirmək üçün ona təzyiq göstərərək etibarnamə almış və onları bağışlama müqaviləsi əsasında anası Nazilə Xıdırovaya bağışlamışdır. Onun tərəfindən bağışlama müqavilələrinin etibarsız hesab edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edilmiş, həmin mübahisə hazırda məhkəmənin icratındadır. Hazırda birgə nikah dövründə əldə olunmuş digər əmlakların aralarında bölünməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 25 nömrəli vəkil sorğusuna göndərilən xx.xx.2022-ci il tarixli, **********49 nömrəli cavab məktubundan müəyyən olunur ki, ünvan 1-da yerləşən 65 saylı mənzil Cavabdeh1 mülkiyyətindədir. Həmin mənzili cavabdehlə birgə nikah dövründə əldə etmişlər. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinin xx.xx.2022-ci il tarixli, 23335-1222 saylı cavab məktubundan müəyyən olunur ki, cavabdehlə birgə nikah dövründə cavabdeh tərəfindən alınmış və onun razılığı olmadan alqı-satqı prosesini həyata keçirən avtomobillərin dəqiq siyahısı müəyyən edilmişdir. Bunlar: “BMW X-5 minik” markalı, ** DM *** dövlət qeydiyyal nişanlı; “Vaz 21214 minik” markalı, ** RJ *** dövlət qeydiyyat nişanlı; “Kia Cadenza minik” markalı, ** NL *** dövlət qeydiyyat nişanlı; “Hyundai Sonata minik” markalı, ** SK *** dövlət qeydiyyat nişanlı; “Daewoo Nexia minik” markalı, ** KV *** dövlət qeydiyyat nişanlı, “BMW 328İ minik” markalı, ** DR *** dövlət qeydiyyat nişanlı; “Hyundai Sonata minik” markalı, ** VM *** dövlət qeydiyyat nişanlı, “Hyundai Veracruz minik” markalı, ** TD *** dövlət qeydiyyat nişanlı; “Vaz 21214 MİNİK” markalı, ** NL *** dövlət qeydiyyat nişanlı; “Mazda 3 minik” markalı, ** CH *** dövlət qeydiyyat nişanlı; “Mercedes BENZ S350 minik” markalı, ** MJ *** dövlət qeydiyyat nişanlı; “Vaz 21214 minik” markalı, ** NL *** dövlət qeydiyyat nişanlı; “Volkswagen Passat minik” markalı, ** BS *** dövlət qeydiyyat nişanlı avtomobillərdən ibarətdir. Qeyd olunan avtomobillər onun razılığı olmadan alqı-satqısı həyata keçirilmiş, onların özgəninkiləşdirilməsi barədə cavabdeh tərəfindən ona heç bir məlumat verilməmişdir. Siyahıda qeyd edilmiş avtomobillər onun razılığı olmadan satıldığı üçün onlara dair alqı-satqı müqavilələri etibarsız hesab edilməlidir.

4. İddiaçı X1 nümayəndəsinin vəsatəti əsasında Cavabdeh18, Cavabdeh19, Cavabdeh20 və Cavabdeh21 iş üzrə cavabdeh qismində cəlb edilmişlər.

5. Cavabdeh X3 tərəfindən məhkəməyə xx.xx.2023-cü ildə ərizə daxil olmuş və ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh1 07 may 2020-ci il tarixdə alqı-satqı müqaviləsi bağlayaraq, avtomobilin dəyərini tamamilə ödəmişdir. Avtomobilin dəyərini ödədikdən sonra dövlət qeydiyyat nişanı **-VM-*** olan “Hyundai Sonata” minik markalı avtomobilə mülkiyyəti təsdiq edən sənəd almışdır. Avtomobili alqı-satqı müqaviləsinə əsasən alarkən o, qanunvericiliyin tələbinə əməl etməklə müvafiq sənədləri təqdim etməklə avtomobili alqı-satqı etmişlər. Cavabdeh1 avtomobili alqı-satqı edərkən qanunvericliyin tələblərini pozmadan vicdanlı şəkildə mülkiyyəti əldə etmişdir. Qeyd edilənlərə əsasən iddianın ona aid hissədə rədd edilməsini xahiş etmişdir.

6. Məhkəmə iclasında iştirak edən Cavabdeh19 bildirmişdir ki, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobil hazırda onun mülkiyyətində və istifadəsindədir. Həmin avtomobili 2 il əvvəl Sumqayıt şəhərində avtomobil salonundan almışdır. O, Cavabdeh1 və Cavabdeh18 tanımır. Qeyd edilənlərə əsasən iddianın ona aid hissədə rədd edilməsini xahiş etmişdir.

7. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh13 bildirmişdir ki, iddia tələbini qəbul etmir. “BMW 3281 minik” markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobil onun mülkiyyətindədir. O, Cavabdeh1 tanımır. Avtomobili internetdə elan saytı vasitəsi ilə görüb almışdır. O, avtomobili təxminən 27.000-28.000 manata almışdır. Alqısatqını da DYP-də etmişdir. Qeyd edilənlərə əsasən iddianın ona aid hissədə rədd edilməsini xahiş etmişdir.

8. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh16 bildirmişdir ki, iddia tələbini qəbul etmir. “Volkswagen Passat minik” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobili alqı-satqısı ilə məşğul olan şəxsdən almışdır. Avtomobili satan şəxs ona etibarnamə vermişdir. Ona görə də, iddianın ona aid hissədə rədd edilməsini xahiş etmişdir.

9. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh15 nümayəndəsi, oğlu X8 bildirmişdir ki, iddia tələbini qəbul etmir. “Mazda 3 minik” markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobili anasının ona verdiyi etibarnamə əsasında Natəvan adlı qadınla alqı-satqı əsasında özü 9000 manata almışdır. Hazırda avtomobili satmışdır. Bildiyi qədəri ilə Natəvan adlı qadının Cavabdeh1 borcu olub. Qeyd edilənlərə əsasən nümayəndə iddianın Cavabdeh15 aid hissədə rədd edilməsini məhkəmədən xahiş etmişdir.

10. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh5 bildirmişdir ki, sözügedən avtomobili qardaşı alıb. Ona verdiyi etibarnamənin vaxtının bitməsinə az qalmış avtomobili öz adına keçirmişdir. Təxminən 2 il olar ki, avtomobili başqa şəxsə satmışdır. O, İlqarə adlı şəxsi tanımır. Qeyd edilənlərə əsasən cavabdeh iddianın ona aid hissədə rədd edilməsini məhkəmədən xahiş etmişdir.

11. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh18 bildirmişdir ki, **-SK-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Sonata” minik markalı avtomobili qardaşı Renat Cavabdeh1 alıb və etibarnamə əsasında onun adına keçirib. Ondan sonra avtomobilin nömrəsini dəyişmişdir. **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobili başqa bir şəxsə satmışdır. Həmin şəxsi tanımır. Qeyd edilənlərə əsasən iddianın ona aid hissədə rədd edilməsini xahiş etmişdir.

12. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh19 bildirmişdir ki, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobil hazırda ondadır. Həmin avtomobili 2 il əvvəl Sumqayıt şəhərində avtomobil salonundan almışdır. Qeyd edilənlərə əsasən cavabdeh iddianın ona aid hissədə rədd edilməsini məhkəmədən xahiş etmişdir.

13. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh17 bildirmişdir ki, **-NL-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21213” minik markalı avtomobil barədə məlumatı yoxdur. “**-DU-***” dövlət qeydiyyat nişanlı, “VAZ 21213” minik markalı avtomobili tanımadığı şəxsdən ümumi etibarnamə əsasında almışdır. 1-2 ay sonra isə avtomobili öz adına keçirmişdir. Qeyd edilənlərə əsasən iddianın ona aid hissədə rədd edilməsini xahiş etmişdir.

14. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, ünvan 1-da yerləşən 65 saylı mənzil Sumqayıt şəhər 3 saylı Notariat ofisinin təsdiq etdiyi xx.xx.2021-ci il tarixli, 4Ə-324 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixində Cavabdeh1 adına qeydiyyatdan keçmişdir və hal-hazırda onun mülkiyyətindədir.

15. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, Cavabdeh1 adına ünvan 1-da yerləşən 65 saylı mənzil xx.xx.2021-ci il tarixində, ********** qeydiyyat nömrəsinə əsasən qeydiyyatdan keçmişdir və hal-hazırda mülkiyyətindədir.

16. AE seriyalı, 083764 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “BMW X-5 MİNİK” markalı, **-DM-*** dövlət qeydiyyyat nişanlı avtomobil Cavabdeh8 mülkiyyətindədir.

17. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “X5” markalı, **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh16 mülkiyyətindədir.

18. AD seriyalı, 876606 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “BMW 328İ minik” markalı, **-LY-*** dövlət qeydiyyyat nişanlı avtomobil Cavabdeh13 mülkiyyətindədir.

19. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsindən sorğu əsasında əldə edilmiş nəqliyyat vasitələrinin qeydiyyat hərəkətləri barədə məlumatların kompüter çıxarışlarına əsasən “BMW X-5 minik” markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixdə Cavabdeh1, xx.xx.2020-ci il tarixdə Cavabdeh2, xx.xx.2021-ci il tarixində Cavabdeh8 mülkiyyətinə keçmişdir. “Vaz 21214 minik” markalı, **- RJ-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu il tarixində Cavabdeh1, xx.xx.2020-ci il tarixində Cavabdeh3, xx.xx.2020-ci ildə Cavabdeh9, xx.xx.2021-ci il tarixində Cavabdeh4, xx.xx.2021-ci ildə Cavabdeh10 mülkiyyətinə keçmişdir. “Kia Gadenza minik” markalı, **-NL-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixində Cavabdeh1, xx.xx.2021-ci il tarixində isə Cavabdeh11 mülkiyyətinə keçmişdir. “Hyundai Sonata minik” markalı, **-SK-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixində Cavabdeh1, xx.xx.2021-ci ildə Cavabdeh18, xx.xx.2021-ci ildə isə Cavabdeh19 mülkiyyətinə keçmişdir. “Daewoo Nexia minik” markalı, **-KV-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixində Cavabdeh1, xx.xx.2020-ci ildə Cavabdeh12, xx.xx.2021-ci ildə Cavabdeh5 Rafiq oğlunun, xx.xx.2022-ci ildə Cavabdeh6 mülkiyyətinə keçmişdir. “BMW 3281 minik” markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu il tarixində Cavabdeh1, xx.xx.2020-ci ildə Cavabdeh13 mülkiyyətinə keçmişdir. “Hyundai Sonata minik” markalı, **-VM-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixində Cavabdeh1, xx.xx.2020-ci ildə Cavabdeh22 mülkiyyətinə keçmişdir. “Hyundai Veracruz minik” markalı, **-TD-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci ildə Cavabdeh1, xx.xx.2021-ci ildə Cavabdeh11, xx.xx.2022-ci ildə Cavabdeh14 mülkiyyətinə keçmişdir. “Vaz 21213 minik” markalı, **-NL-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2018-ci il tarixində Cavabdeh1, xx.xx.2021-ci ildə Cavabdeh17 mülkiyyətinə keçmişdir. “Mazda 3 minik” markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci ildə Cavabdeh1, xx.xx.2021-ci ildə Cavabdeh15 mülkiyyətinə keçmişdir. “Mercedes-Benz S350 minik” markalı, **-MJ-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci ildə Cavabdeh1, xx.xx.2021-ci ildə Cavabdeh11 mülkiyyətinə keçmişdir. “Vaz 21214 minik” markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu ildə Cavabdeh1, xx.xx.2019-cu ildə Cavabdeh20, xx.xx.2021-ci ildə Cavabdeh21 mülkiyyətinə keçmişdir. “Volkswagen Passat minik” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu ildə Cavabdeh1, xx.xx.2020-ci ildə Cavabdeh7, xx.xx.2020-ci ildə Cavabdeh11, xx.xx.2021-ci ildə Cavabdeh16 mülkiyyətinə keçmişdir. “Vaz 21213 minik” markalı, **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci ildə Cavabdeh1, xx.xx.2021-ci ildə Cavabdeh17 mülkiyyətinə keçmişdir.

20. Sumqayıt Şəhər Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli, 2(060)-2300/2023 nömrəli qətnaməsi ilə (hakim Emin Abdullayev) iddia qismən təmin edilmiş, ünvan 1-da yerləşən 65 saylı mənzil üzərində ½ hissədə iddiaçı X1 (İddiaçı), ½ hissədə Cavabdeh1 payları müəyyən edilmiş və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

21. Birinci instansiya məhkəməsi ünvan 1-da yerləşən 65 saylı mənzil üzərində tərəflərin ½ hissədə pay haqqının olması nəticəsinə gələrkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ər-arvadın ümumi birgə mülkiyyəti yaranmasının kökündə əmlakın ərarvadın birgə nikahları dövründə, onların birgə təsərrüfat aparmaları nəticəsində əldə etmələri dayanır. İşdən göründüyü kimi X4 və Cavabdeh1 arasında nikah xx.xx.2018-ci il tarixində bağlanmış, ünvan 1, 65 saylı mənzil alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 mülkiyyətinə keçmişdir. Bu səbəbdən həmin əmlak tərəflərin birgə mülkiyyəti olmaqla, əmlak üzərində tərəflərin hər birinin ½ hissədə payı müəyyən edilməlidir.

22. Birinci instansiya məhkəməsi iddia tələbinin tərəflərin birgə nikah dövründə cavabdehin mülkiyyətində olmuş avtomobillərin özgəninkiləşdirilməsi barədə müqavilələrin etibarsız hesab edilməklə avtomobillər üzərində pay haqqının təmin edilməsindən imtina etdikdə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflərin birgə nikahları dövründə əldə edilmiş və özgəninkiləşdirilmiş avtomobillərin bəziləri sonradan yenidən özgəninkiləşdirilmişdir. Məhkəmə iclaslarında iştirak edən cavabdehlər həmin avtomobilləri müxtəlif şəxslərdən dəyərini ödəməklə aldıqlarını, cavabdehlərin bir çoxu Cavabdeh1 ümumiyyətlə tanımadıqlarını qeyd etmişlər. Belə olan halda, həmin müqavilələrin etibarsız hesab edilməsi vicdanlı alıcı olan cavabdehlərin hüquqlarının pozulmasına səbəb ola bilər. İddiaçı tərəf qeyd edilən məsələnin əksini təsdiq edən hər hansı sübut təqdim etməmişdir.

23. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 225.1, 225.2-ci maddələri, Ailə Məcəllənin 32.1, 32.2-ci maddələri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” 23 iyul 2021-ci il tarixli Qərarının tələbləri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

24. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti verərək qətnamənin qismən, avtomobillərə dair hissədə ləğv edilərək, həmin hissədə iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

25. İddiaçı tərəf apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işin hallarından da göründüyü kimi mübahisəli avtomobillər birgə nikah dövründə əldə edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 11 aprel 2007-ci il tarixli 564 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan icra hakimiyyəti orqanlarının” Siyahısının 2-ci bəndindən isə müəyyən olunur ki, avtomobillər rəsmi reyestrdə qeydə alınan daşınar əşyalara aiddir. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 650-ci maddəsinə əsasən, rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alqı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. İlk öncə nəzərə alınmalıdır ki, mübahisəli avtomobillərə dair iddia tələbi 2 hissədən ibarət olmuşdur: 1-ci hissə avtomobillərin özgəninkiləşdirilməsinə dair alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, 2-ci hissə həmin avtomobillər üzərində 1/2 hissədə tərəflərin 1/2 hissədə payının müəyyən edilməsidir. Birinci instansiya məhkəməsi oxşar mübahisələri ətraflı şəkildə tənzimləyən Konstitusiya Məhkəməsi Plenumunun H.Cəfərovun şikayəti üzrə 2014-cü il 15 sentyabr tarixli Qərarının müddəlarını səhv təfsir edərək mübahisəyə yalnış hüquqi qiymət vermişdir. Belə ki, həmin qərarda qeyd edilmişdir ki, Mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alğı-satqı müqaviləsinin və onun alıcı üçün verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülürsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilirsə, iddianın təmin olunmasından imtina edilməlidir. Qərarda olan hüquqi mövqeyə görə məhz əqd etibarsız hesab edildikdən sonra vicdanlı alıcıda olan mübahisəli əmlakın geri qaytarılması ilə bağlı yaranmış mübahisələrin həll üsulu öz əksini tapmışdır. Həmin qərarda qeyd edilənlərin məzmunu bundan ibarətdir ki, əqd etibarsız hesab edilsə də, vicdanlı alıcının mülkiyyət hüquqları qorunmalı və əmlakın geri qaytarılmasına dair iddia tələbləri rədd edilməlidir. Lakin birinci instansiya məhkəməsi avtomobillərin özgəninkiləşdirilməsi ilə əlaqədar alqı-satqı müqaviləsinin etibarsızlığına dair hissədə də iddia tələbini rədd etmişdir. Halbuki məhkəmə iddia tələbini avtomobillərə dair hissədə qismən təmin etməli idi, yəni məhkəmə avtomobillərə dair bağlanmış alqısatqı müqavilələrinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmalı idi. Məhkəmənin iddia tələbini avtomobillərə dair hissədə tamamilə rədd etməsi halında iddiaçı gələcəkdə Cavabdeh1 qarşı avtombillərinin dəyəri üzərində payının müəyyən edilməsi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etməyinin də qarşısını alır. İşin hallarından da göründüyü kimi iddiaçının notarial qaydada razılığı olmadan Cavabdeh1 avtomobilləri alqısatqı müqaviləsi əsasında özgəninkiləşdirmişdir. Yəni avtomobillərin qanunvericiliyin tələblərinə zidd şəkildə özgəninkiləşdirildiyi işin mübahisəsiz halıdır. Buna görə də, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(060)-2300/2023 nömrəli qətnaməsi həmin hissədə ləğv edilməli və avtomobillərə dair bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab olunmalıdır.

26. Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti verərək qətnamənin qismən, ünvan 1-da yerləşən 65 saylı mənzil üzərində ½ hissədə tərəflərin paylarının müəyyən edilmiş hissədə ləğv edilərək, həmin hissədə iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

27. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ünvan 1-da yerləşən 65 saylı mənzil cavabdehin adına olsa da, həmin mənzil onun deyil. Həmin mənzil dostu X2 məxsusdur. Belə ki, müəyyən səbəblərə görə o, həmin mənzili cavabdehin adına almışdır, yəni həmin mənzilin alınmasına cavabdeh tərəfindən pul vəsaiti verilməmişdir. Belə olan halda həmin mənzilin onların birgə mülkiyyəti hesab edilməsi və ½ hissədə bölünməsi tamamilə qanunsuz və əsassızdır. Hazırkı mübahisə üzrə ümumi birgə mülkiyyət olması iddia edilən mənzil cavabdehin adına nikah dövründə rəsmiləşdirilmişdir. Həmin mənzilin ümumi əmlak hesab edilməsi üçün bu hal kifayət etmir. Bunun üçün, həmin mənzilin, həm də tərəflərin birgə nikah dövründə onların ümumi gəliri hesabına əldə edilmiş olmalıdır. Məhkəmə iclasında cavabdehin iştirakı üzürlü səbəbdən mümkün olmayıb. Ona görə də o, iddia tələbinə dair öz etirazını və sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də hesab edir ki, qətnamə iddia tələbinin təmin olunan hissəsində ləğv olunmalı və iddia tələbi həmin hissədə də rədd olunmalıdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Apellyasiya şikayətlərinə qarşı tərəf yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

29. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş iddiaçı X1 nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti ilə eyni məzmunlu izahatlar verərək, apellyasiya şikayətinin təmin edilməsini, cavabdeh tərəfin verdiyi apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir.

30. Məhkəmə kollegiyasının iclasında iştirak Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə verdiyi apellyasiya şikayətini müdafiə edib, iddiaçı tərəfin verdiyi apellyasiya şikayətinə etiraz edərək ünvan 1-da yerləşən 65 saylı mənzil üzərində ½ hissədə tərəflərin paylarının müəyyən edilmiş hissədə qətnamənin ləğv edilərək, həmin hissədə iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

31. Cavabdeh19 iddiaçı tərəfin apellyasiya şikayətinə etiraz edib, Sumqayıt Şəhər Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli, 2(060)-2300/2023 nömrəli qətnaməsinin ona münasibətdə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

32. Məhkəmə iclasının yeri və vaxtı barədə digər cavabdehlərə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyası:

33. Maddə 29.1. Hər kəsin mülkiyyət hüququ vardır. Maddə 29.2. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Maddə 29.3. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

34. Maddə 71.1. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Maddə 71.7 İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir.

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

35. Maddə 225. Ərlə arvadın ümumi mülkiyyəti 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. 225.3. Daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. 225.4. Ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir. (...)

Azərbaycan Respublikası Ailə Məcəlləsi:

36. Maddə 9. Nikahın bağlanma qaydası (...) 9.4. Ər-arvadın hüquq və vəzifələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır.

37. Maddə 32. Ər-arvadın birgə mülkiyyəti 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.

38. Maddə 34. Ər-arvadın hər birinin mülkiyyəti 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 34.2. Ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur.

39. Maddə 35. Ər-arvadın hər birinin əmlakının onların birgə mülkiyyəti sayılması Nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər.

40. Maddə 36. Ər-arvadın ümumi əmlakının bölünməsi (...) 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. (...)

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

41. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

42. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

43. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

44. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər (...) 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

45. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

46. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

47. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

48. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayətləri mümkün sayılmışdır. İddiaçının apellyasiya şikayətində qətnamənin qismən, avtomobillərə dair hissədə ləğv edilərək, həmin hissədə iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmiş, cavabdehin apellyasiya şikayətində qətnamənin qismən, ünvan 1-da yerləşən 65 saylı mənzil üzərində ½ hissədə tərəflərin paylarının müəyyən edilmiş hissədə ləğv edilərək, həmin hissədə iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş olunur. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyindən hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

49. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

50. Nəzərə alınmalıdır ki, ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və ya intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri, ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Qanunverici əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə tərəflərin qazandığı əmlakın onların ümumi birgə mülkiyyətini təşkil etdiyini təsbit etmişdir (Ailə Məcəlləsinin 32.2.1 və 32.2.2-ci maddələri).

51. İşdən görünür ki, Cavabdeh1 və X4 xx.xx.2018-ci il tarixdə nikaha daxil olmuşlar. xx.xx.2021-ci il tarixli, 4Ə-324 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən ünvan 1-da yerləşən 65 saylı mənzil xx.xx.2021-ci il tarixində Cavabdeh1 adına tam mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

52. Məhkəmə kollegiyası qeyd edir ki, əmlak üzərində birgə mülkiyyət hüququnun tanınmasını tələb edən ər (arvad) həmin əmlakın nikah dövründə əldə edildiyini sübut etməlidir. Bu halın sübuta yetirilməsi ərə (arvada) birgə mülkiyyət prezumpsiyasının yaratdığı hüquqi vəziyyətdən istifadə imkanı verir. Yəni ər (arvad) əlavə olaraq əmlakın birgə gəlirlər hesabına, əvəzli olaraq əldə olunmasını və bu səbəbdən özünün də mülkiyyətçi olduğunu sübuta yetirmək vəzifəsi daşımır. Həmin ehtimalın əksini iddia edən şəxs müvafiq sübutlar təqdim etməklə prezumpsiyanı aradan qaldıra bilər.

53. Ər-arvadın birgə mülkiyyəti prezumpsiyasını aradan qaldıran hallar Ailə Məcəlləsinin 34-cü maddəsində göstərilmişdir. Həmin normaya görə, nikaha daxil olanadək ər-arvada məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak, eləcə də fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) onların hər birinin ayrıca (fərdi) mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən həmin halları sübut etmək yükü bunu iddia edən və ya iddiaya etiraz edən tərəfin üzərinə düşür.

54. Ümumi mülkiyyət prezumpsiyasının əksini iddia edən ər (arvad) mübahisəli əmlakı birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq deyil, nikahdan əvvəlki əmlakı hesabına və ya bağışlama, vərəsəlik, yaxud digər əvəzsiz əqd əsasında əldə etdiyini sübuta yetirməlidir.

55. Məhkəmə kollegiyası cavabdeh tərəfindən mənzilin birgə nikah dövründə onların ümumi qazancı hesabına alınmadığı, həmin mənzilin cavabdehin dostu X2 məxsus olması ilə bağlı irəli sürülmüş dəlilləri mənzilin tərəflərin birgə nikah müdətində əldə olunmuş əmlakı hesab edilməməsi üçün mötəbər hesab etmir və hesab edir ki, mübahisəli mənzil nikah dövründə cavabdehin adına əldə olunmuş tərəflərin qazandığı əmlakdır və onların ümumi birgə mülkiyyətidir. Ona görə də, həmin mənzil üzərində iddiaçının payı ½ hissədə müəyyən edilməlidir.

56. Məhkəmə kollegiyası tərəflərin birgə nikahları dövründə əldə edilmiş avtomobillərin özgəninkiləşdirilməsi barədə müqavilələrin etibarsızlığı ilə bağlı tələbə dair hissədə qeyd edir ki, Mülki Məcəllənin 182.1-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır.

57. Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli qərarında göstərilmişdir ki, reyestrdə qeydə alınmalı olan daşınar əşyalara münasibətdə sərəncam əqdi bağlanarkən əqdin tərəfi olmayan ərin (arvadın) razılığına dair qanuni ehtimal nəzərdə tutulmadığı üçün mübahisə halında razılığın olduğunu sübutetmə vəzifəsi belə razılığın olduğu əsası ilə iddiaya etiraz edən tərəfin üzərinə düşür. Ailə Məcəlləsinin 33-cü maddəsində razılığın verilməsi üçün məcburi forma nəzərdə tutulmamışdır. Eyni zamanda Mülki Məcəllənin 355.2-ci maddəsinə əsasən, razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur. Odur ki, ərin (arvadın) bağladığı müqavilədə tərəf olmayan ərin (arvadın) razılığı istənilən formada (şifahi, sadə yazılı, notarial, konkret konkludent hərəkətlərdə və s.) ifadə oluna bilər.

58. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun S.N.Məmmədovanın şikayəti üzrə 2004-cü il 27 oktyabr tarixli Qərarında göstərilmişdir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir.

59. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun H.Cəfərovun şikayəti üzrə 2014-cü il 15 sentyabr tarixli Qərarında göstərilmişdir ki, mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alğı-satqı müqaviləsinin və onun alıcı üçün verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülürsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilirsə, iddianın təmin olunmasından imtina edilməlidir.

60. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin tərəflərin birgə nikahları dövründə əldə edilmiş və özgəninkiləşdirilmiş avtomobillərin bəzilərinin sonradan yenidən özgəninkiləşdirildiyini, məhkəmə iclasında iştirak edən cavabdehlərin həmin avtomobilləri müxtəlif şəxslərdən dəyərini ödəməklə aldıqlarını və cavabdehlərin bir çoxunun ümumiyyətlə Cavabdeh1 tanımadıqlarını əsas tutaraq müqavilələrin etibarsız hesab edilməsinin vicdanlı alıcı olan cavabdehlərin hüquqlarının pozulmasına səbəb ola bilməsi barədə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir.

61. Mübahisələndirilən avtomobillərin iddiaçının razılığı olmadan alğı-satqı edilməsi halını isə iddiaçı tərəf məhkəmə iclasında sübuta yetirə bilməmiş və göstərilənlər işin araşdırılmış halları ilə müəyyən olunmamışdır.

62. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

63. Hazırki işdən görünür ki, tərəflər apellyasiya şikayətlərinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişlər.

64. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir və belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir.

65. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında baxıldıqda dəyişdirilmədən, apellyasiya şikayətinin təmin edilmədən saxlanması üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayətləri təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli, 2(060)-2300/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar