Məhkəmə qərarları › İş №2(102)-3345/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3345/2019

08.05.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3345/2019 08.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, kassatorun vəkili X7 iştirakı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 dekabr 2018-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30 avqust 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(009)-2445/2018, hakim N.A.Bağırov) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, üçüncü şəxslər Cavabdeh4 və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı iddiası təmin edilmiş, Cavabdeh4 Başçısının 16.12.1994-cü il tarixli Sərəncamına əsasən X4 Səbail rayonu, Badamdar qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv.m torpaq sahəsinin yerləşmə cizgisi olaraq tərtib edilmiş və fevral 2007-ci il tarixli çıxış ştampı vurulmuş, yerləşmə yeri (ünvan) olaraq 3-cü yaşayış massivi 2/24 nömrəli torpaq sahəsi kimi göstərilmiş, Rayon İH Aparatı Təsərrüfat şöbəsinin müdiri E.Yahyayev və RİHB Badamdar qəsəbə nümayəndəsi H.Qasımzadə tərəfindən imzalanaraq, qəsəbə nümayəndəliyinin möhürü ilə təsdiqlənmiş torpaq sahəsinin yerləşmə cizgisinin verildiyi andan etibarsız hesab edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-13293/2018, hakimlər Ş.A.Məmmədova, V.T.Həsənov, N.Ş.Cəfərov) Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin apellyasiya şikayəti təmin edilmiş, Səbail Rayon Məhkəməsinin 30 avqust 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: Cavabdeh4 başçısının 4216 saylı 16.12.1994-cü il tarixli sərəncamına əsasən Səbail rayonu Badamdar qəsəbəsində 600 kv.m torpaq sahəsi fərdi evin tikintisi üçün ayrılmışdır. X8 31 may 1995-ci il tarixli etibarnamə əsasında həmin torpaq sah əsində tikinti abadlıq işləri aparmaq, özəlləşdirmək, sərəncam vermək hüquqlarını X5 etibar etmişdir. X8 13 fevral 2001-ci il tarixdə Cavabdeh4ndə ərizə ilə müracət edərək Cavabdeh4 başçısının 4216 saylı 16.12.1994-cü il tarixli sərəncamı ilə ona ayrılmış torpaq sahəsinin X2 adna sənədləşdirilməsinə dair sərəncam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 24.08.2007-ci il tarixdə tərtib edilmiş və X12 kitabında uçota alınmış torpaq sahəsinin planı və ölçüsünə əsasən həmin plan Cavabdeh4 başçısının 4216 saylı 16.12.1994-cü il tarixli sərəncamına əsasən X4 ayrılmış Badamdar qəsbəsi, İİİ yaşayış massivi, 2124 saylı ünvanda fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. 11 aprel 2008-ci il tarixd ə Bakı şəhəri, Badandar qəsəbəsi, 3-cü yaşayış massivi, 2124 saylı sahədə yerləşən 0,047923 ha torpaq sahəsi X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. 06 sentyabr 2008-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 05 sentyabr 2008-ci il tarixli etibarnamə əsasında X1 nümçayəndəsi Cavabdeh1 Bakı şəhəri, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 2124 saylı sahədə yerləşən 0,047923 ha torpaq sahəsini Cavabdeh2 satmışdır. 23 yanvar 2014-cü il tarixli alqı-satqı müqaviləsainə əsasən 23 yanvar 2014-cü il tarixli etibarnamə əsasında Cavabdeh2 səlahiyyətli nümayəndəsi X9 Bakı şəhəri, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 2124 saylı sahədə yerləşən 0,047923 ha torpaq sahəsini Cavabdeh3 satmış, əmlak sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 sentyabr 2017-ci il tarixli qərarı ilə İddiaçı Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı “Cavabdeh4 başçısının 4216 saylı 16.12.1994-cü il tarixli sərəncamı ilə iddiaçı X6 adına ünvan 1 ünvanında ayrılmış 600 kv.m torpaq sahəsinə dair hüquqların qeydiyyatdan keçirilməsi və çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə diar iddiası rədd edilmişdir. Həmin qərarda göstərilmişdir ki, İddiaçı Cavabdeh4 başçısının 4216 saylı 16.12.1994-cü il tarixli sərəncamına istinad edərək çıxarışın verilməsini tələb etdiyi 600 kv.m torpaq sahəsini artıq öz adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirərək Cavabdeh2 satdığından, iddia tələbi təmin edilə bilməz. X8 25.06.2018-ci il tarixdə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh4 başçısının 4216 saylı 16.12.1994-cü il tarixli sərəncamı ilə ona Səbail rayonu Badamdar qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv.m torpaq sahəsinin yerləşmə cizgisi olaraq tərtib edilmiş və fevral 2007-ci il tarixli çıxış ştampı vurulmuş, yerləşmə yeri (ünvan) olaraq 3-cü yaşayış massivi 2/24 nömrəli torpaq sahəsi göstərilmiş rayon İH Aparatı Təsərrüfatı şöbəsinin müdiri E.Yahyayev və RİHB Badamdar qəsəbə nümayəndəsi H.Qasımzadə tərəfindən imzalanaraq, qəsəbə nümayəndəliyinin möhürü ilə təsdiqlənmiş olan torpaq sahəsinin yerləşmə cizgisinin verildiyi andan etibarsız sayılması barədə qətnamə qəbul etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şi kayətinə dair etirazlar və tərəflərin izahatları: Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsində işə baxılarkən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 19 və 21-ci maddəsinin tələbləri pozulmuş, maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyasının iclasında kassatorun vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddə sinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddiaçı ona ayrılmış torpaq sahəsinə dair verilmiş cizginin etibarsız hesab edilməsinə dair hazırki iddia tələbini irəli sürmüş, cavabdeh qismində Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, üçüncü şəxs qismində Cavabdeh4 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsi göstərilmişdir. İddiaçı tələbini onunla əsaslandırımışdır ki, ona ayrılan torpaq sahəsi Badamdar qəsəbəsi İİİ massivdə deyil, İ massivdə yerləşir. Bu halda cizgi həqi qi məlumatları özündə əks etdirmədiyi üçün etibarsız hesab edilməlidir. Mübahisələrin məhkəmə aidiyyətinin əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-cü maddəsinin tələblərinə görə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisad məhkəməsinə aidiyyətini müəyyən etmək üçün mübahisənin subyektiv tərkibi, predmeti, eləcə də hüquq münasibətlərinin xarakteri aydınlaşdırılmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tə dbiridir. Mübahisələndirilən aktın konkret məsələni həll etməsi, ünvanladığı şəxs üçün hüquqi nəticələr yaratması mübahisəsizdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati-iqtisadi məhkəmələr və inzibati-iqtisadi kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 372-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri müəyyən edilmişdir. Apellyasiya məhkəməsi isə yuxarıda qeyd olunan xüsusatlara ümumiyyətlə hüquqi qiymət vermədən, mübahisəyə mahiyyəti üzrə baxaraq qətnamə qəbul etmişdir. Bu halda məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməklə iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, mülki və inzibati prosessual qanunvericiliyinin normaları düzgün tətbiq edilməklə mübahisə həll edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 dekabr 2018-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar