Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-335/2020 15.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, iddiaçının vəkili Cəfərov Cavid Novruz oğlu, cavabdeh x2 və cavabdehin vəkili Əfrasiyabova Dilarə Paşa qızının iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 30 avqust 2019-cu il tarixli qətnaməsindən cavabdeh x2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 15 yanvar 2020-ci il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24 may 2019-cu il tarixli, 2(009)1368/2019 nömrəli qətnaməsi ilə (Ş.Abdullayev) iddiaçı x1nın cavabdeh x2na qarşı 16 oktyabr 2008-ci il tarixli ünvan 1-ə dair alqı-satqı müqaviləsinin və onun əsasında x2 adına verilmiş MA seriyalı ******* saylı 09.06.2011-ci il tarixli çıxarışın etibarsız hesab olunması barədə iddia tələbi təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 30 avqust 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər E.Kazımov (sədrlik edən, məruzəçi), T.Səmədov və İ.Şirinov, 2(103)10346/2019 saylı mülki iş) hazırki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24 may 2019-cu il tarixli, 2(009)-1368/2019 nömrəli qətnaməsi, cavabdeh x2nun apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı x1 cavabdeh x2na qarşı iddia ərizəsi i lə məhkəməyə müraciət edərək 16 oktyabr 2008-ci il tarixli ünvan 1-ə dair alqı-satqı müqaviləsinin və onun əsasında x2 adına verilmiş MA seriyalı ******* saylı 09.06.2011-ci il tarixli çıxarışın etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri Cavabdeh x2 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyasının icla sında cavabdeh x2 və cavabdehin vəkili Əfrasiyabova Dilarə Paşa qızı kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Cəfərov Cavid Novruz oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən süb ut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki,Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən 19 saylı evin 23 saylı mənzil iddiaçı x1nın 1997-ci il tarixdən mülkiyyətində olmuşdur. 16.10.2008-ci ildə cavabdeh x2 ilə x1 arasında mübahisəli mənzilin alqı-satqı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən x1 mülkiyyətində olan ünvan 1 cavabdeh x2na 24.285 manata satmışdır. Halhazırda m übahisəli mənzil x2nun mülkiyyətindədir. İddiaçının mülkiyyətində olmuş mənzilə dair alqı-satqı müqaviləsi 16.10.2008-ci il tarixdə bağlanılsa da, iddiaçı hal-hazırki vaxtadək həmin mənzildə yaşamış və mənzilin özgəninkiləşdirilməsindən yalnız cavabdeh tərəfindən ona qarşı mənzildən çıxarılması barədə Yasamal Rayon Məhkəməsində tələb qaldırıldıqdan sonra xəbər tutmuşdur. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, mülkiyyətində olan mənzili heç vaxt cavabdehə satmaq fikri olmamışdır. Notariat orqanında bağlanılmış 16.10.2008-ci il tarixli müqaviləsinin alqı-satqı olmasını bilirdi, lakin həmin müqavilənin mülkiyyətində olan 1 otaqlı mənzilin əvəzinə 2 otaqlı mənzil verilməsi ilə bağlı olduğunu zənn etmişdir. Çünki cavabdeh onu məhz bu məqsədlə notariat kontoruna aparmışdır. La kin cavabdeh ona qarşı mənzildən çıxarılma ilə bağlı məhkəmədə iddia qaldırdıqdan sonra başa düşmüşdür ki, 2008-ci ildə imza edilən müqavilə, mənzilin alqı-satqısı ilə bağlı olmuşdur və cavabdeh onu aldatmışdır. Cavabdeh tərəfindən mənzillə bağlı ona heç vaxt beh verilməmiş, həmin mənzillə bağlı alqı-satqı müqaviləsində göstərilən pul məbləğini cavabdehdən heç vaxt almamışdır. Bu səbəbdən iddiaçı həmin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmişdir. Cavabdeh alqı-satqı ilə bağlı iddiaçıya ilkin olaraq 2000 ABŞ dolları beh verdiyini və iddiaçının mənzildən uzun müddət çıxmamasının səbəbi kimi bağ evi tikdirdiyini və ora köçənədək ondan möhlət istəməsi ilə bağlı olduğunu göstərmişdir. Lakin sonradan iddiaçı onu aldatdığına görə ona qarşı iddia qaldırmışdır. Birinci instan siya məhkəməsi iddianı təmin edərkən qənaətini belə əsaslandırmışdır ki, tərəflər arasında bağlanılmış müqavilə iddiaçının iradə ifadəsini əks etdirməmişdir. Belə ki, məhkəmə iclasında təqdim olunan sənədlərdən məlum olur ki, alqı-satqı müqaviləsi tərəflər arasında 2008-ci ilin oktyabr aynda rəsmiləşdirilsə də, notariat işinə iddiaçının artıq hüquqi qüvvədən düşmüş «Ailə vəziyyəti» qrafasında «evli» qeydi olan şəxsiyyət vəsiqəsi təqdim edilmişdir. Halbuki, 02.04.2008-ci il tarixli nikahın pozulması haqqında şəhadətnaməyə əsasən x1 ilə nikahda olan x3 arasında nikah pozulmuş və bundan sonrax1 05.04.2008-ci il tarixdə «Ailə vəziyyəti» qrafasında «subay» qeydi ilə yeni şəxsiyyət vəsiqəsi əldə etmişdir. Digər tərəfdən alqı-satqı müqaviləsində «Satıcı» qismində çıxış edən x1 həmin müqavilənin «Alıcı» qrafası qarşısında, alıcı x2 isə «Satıcı» qrafası qarşısında imza etmişdir. Eyni zamanda notariat işində evin alqı-satqısı üçün 24285 manat ödənilməsini təsdiq edən mədaxil qəbzi mövcuddur. Notariat işinə hüquqi qüvvədən düşmüş şəxsiyyət vəsiqəsinin təqdim edilməsi, alqısatqı müqaviləsində özünə aid olmayan qrafalara imza atılması, mədaxil qəbzində verilmiş behin nəzərə alınmaması, 10 ildən artıq müddətdə əldə edilmiş əmlakla bağlı cavabdehin hər hansı hərəkətin edilməməsi, bununla bağlı cavabdehin məhkəmə iclasında gətirdiyi dəlillərin məntiqli və inandırıcı olmaması, hazırki vaxtadək iddiaçının həmin mənzildə yaşaması bir daha həmin əqdin aldatma, mülkiyyətçinin iradə ifadəsinə zidd olmasını təsdiq edən hallar kimi qəbul edilməlidir. Mülki Məcəllənin 329.1-ci maddəsinə əsasən əg ər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqs ədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin M əcəllənin 406.2-ci maddəsinə əsasən əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Belə ki, hazırki iş üzrə tərəflər arasında yaranmış həqiqi münasibətlərin xarakteri onlar arasında bağlanmış alqı-satqı müqaviləsinin yalan əqd olduğuna dəlalət etmişdir. Həmçinin müəyyən edilmişdir ki, tərəflər bilavasitə etiraf etməsələr də məhkəmə araşdırmasından aydın olmuşdur ki, tərəflər arasında qeyri-rəsmi ər-arvad münasibətləri olmuş və uzun müddət mübahisə predmeti olan mənzildə birgə yaşamışlar. Məhz bu münasibətlərin yaranması və davam etməsi üçün 1937-ci il təvəllüdlü iddiaçı ilə, 1958-ci il təvəllüdlü cavabdehin arasında mübahisəli mənzilə dair 16.10.2008-ci il tarixdə alqı-satqı müqaviləsi adı altında bu cür müqavilənin bağlanılması anlaşılandır. Tərəflər arasında mübahisəli mənzillə bağlı əslində həqiqi alqı-satqı münasibətləri olmamışdırsa, yəni cavabdeh qeyd olunan mənzilə görə iddiaçıya hər hansı bir məbləğdə pul verməmişdirsə, bu əqd etibarlı hesab edilə bilməz. Əqdin başqa əqdi pərdələmək məqsədi ilə bağlanması yoxdursa yalan əqddən mübahisə aparmaq olmaz. Çünki, yalan əqd başqa əqdi pərdələməlidir və məhkəmə tərəflər arasındakı əqdi yalan hesab etdikdə Mülki Məcəllənin 340.2-ci maddəsinin 3-cü cümləsinin tələblərinə əsasən yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydaları tətbiq etməlidir. Lakin qeyd olunduğu kimi tərəflər arasında yaranmış münasibətlərin xarakteri(iddiaçının həmin mənzildə yaşadığı halda, cavabdehin həmin mənzilə tez-tez gəlməsi, birlikdə yemək yemələri, cavabdehin mənzildə qalması, bəzi əşyalarını ora yerləşdirməsi, sonradan iddiaçının cavabdehi yedizdirməkdən bezdiyini, onu aldatdığını gördüyünü, bir neçə il əvvəl isə evin açarlarını dəyişib cavabdehi evə buraxmamısını bəyan etməsi və.s) sözügedən müqaviləni bağlayarkən əslində nəzərdə tutduqları əqd bağışlama(MM. mad; 666.1, 670.1, 670.3) yaxud renta münasibətləri (MM. Mad; 864, 877.1, 877.2, 879.1, 879.2) kimi də qiymətləndirilsə belə, Mülki Məcəllənin 340.2-ci maddəsinin 3-cü cümləsi tətbiq edilə bilm əz. Çünki, Mülki Məcəllənin 329.1-ci, 405.1-ci, 406.1 və 406.2-ci maddələrinin imperativ tələbinə əsasən həmin əqdlərin forma tələblərinə riayət edilməməsi əqdin etibarsızlığına səbəb olur. Yəni, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirilən hissədə dəyişdirmədən saxlamaqla düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, ka ssasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh x2nun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 30 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-335/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-335/2020
15.01.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver