Məhkəmə qərarları › İş №2(102)-3350/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3350/2023

27.09.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3350/2023 27.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ İş № 2(102)-3350/2023 ( Açar sözlər: ümumi paylı mülkiyyət hüququna xitam verilməsi və daşınmaz əmlakın naturada özünə aid hissədə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması tələbi ) Bakı şəhəri, 27 sentyabr 2023-cü il Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və X5 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ümumi paylı mülkiyyət hüququna xitam verilməsi və daşınmaz əmlakın naturada özünə aid hiss ədə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 may 2023-cü il tarixli 2(103)-3020/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 27 sentyabr 2023-cü tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhər 21 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş, 3-M-A-108 saylı müqavilənin məzmunundan müəyyən edilir ki, 09 fevral 1996-cı il tarixdə ünvan 1 ünvanda yerləşən əmlak (mənzil), 3 otaqlı mənzilin 1-ci mərtəbəsində yerləşən sahəsi 17.2 kv.m olan yaşayış otağı yardımçı sahələri ilə birlikdə alqı-satqı müqaviləsi əsasında vətəndaş X1.

2. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlə t Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən əmlak (mənzil) üzərində X7 2 otaq xx.xx.2014-cü il tarixdə, Cavabdeh2 və X3 1 otaq üzərində ½ hissədə payları müvafiq olaraq xx.xx.2011 və xx.xx.2011-ci il tarixdə qeydiyyata alınmışdır.

3. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2015-ci il tarixli qərarından müəyyən edilir ki, İddiaçı Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X6 və Cavabdeh2 Səfər oğlu) iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, məhkəmənin 30 yanvar 2015-ci il tarixli qərarı ilə iddiası təmin edilmiş, iddiaçıya ünvan 2 ünvanında yerləşən ev in üçüncü mərtəbəsində iddiaçının xüsusi mülkiyyətində olan iki otaqlı mənzilə dair daşınmaz əmlakın dövlət reyestrində qeyd edilməklə ona reyestrdən ayrıca çıxarışın verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Apelyasiya Məhkəməsinin qeyd edilən qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilmiş, sözügedən qərar ləğv edilmiş və iddia tələbi rədd edilmişdir. Həmin qərarda göstərilmişdir ki, paylı mülkiyyətdə olan mənzil üzrə real bölgü aparılmadığından, həmin mənzilə dair verilmiş Daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışda da hər bir mülkiyyətçiyə aid yaşayış və köməkçi sahələrin ölçüləri göstərilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yer ləşən əmlak (mənzil) üzərində ümumi mülkiyyət hüquqlarına cavabdehlərin razılığı nəzərə alınmadan xitam verilməsi, həmin ünvanda olan daşınmaz əmlakın naturada özünə aid hissədə hüquqların dövlət qeydiyyatına alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsi ev 7, 91-ci mənzil bütöv halda xüsusi mülkiyyət hüququ əsasında mülkiyyətində olmuşdur. Mənzil 3 otaqdan ibarət olmaqla həmin binanın birinci mərtəbəsində yerləşən 17,0 kv.m və həmin binanın üst mərtəbəsində yerləşən sahəsi 17,4 kv.m, 11,9 kv.m olan iki yaşayış otağından və yardımçı sahələrdən ibarət olmuşdur. Birinci və 2-ci mərtəbədə yerləşən otaqlar fiziki olaraq bir-birindən ayrı olmuşdur. 09 fevral 1996cı il tarixdə mülkiyyə tində olan həmin yaşayış binasında yerləşən 3 otaqlı mənzilin 1-ci mərtəbəsində yerləşən sahəsi 17.2 kv.m olan yaşayış otağını yardımçı sahələri ilə birlikdə alqı-satqı müqaviləsi əsasında vətəndaş X2 və müqavilə Bakı şəhəri 21 saylı dövlət notariat kontorunda 3-M-A-108 reyestr nömrəsi ilə qeydə alınmışdır. Həmin alqı-satqı müqaviləsinə əsasən xx.xx.1996-cı ildə, Tİ və MH qeydiyyatı idarəsi tərəfindən özünün və Cavabdeh2 Əli oğlunun adına ayrı-ayrı texniki pasportlar işlənilmişdir. Hazırda qeyd edilən ünvanda yerləşən mənzil paylı mülkiyyət hüququ əsasında ½ hissədə (iki otaq) özünə və ½ hissədə (bir otaq) cavabdehlərə məxsusdur. Hazırda mübahisənin predmeti olan və paylı mülkiyyətində olan iki yaşayış otağı yardımçı sahələrlə birlikdə tam olaraq digər payçılara, yəni cavabdehlərə məxsus olan hissədən tam ayrıdır və müstəqil olaraq hər birinin öz hissəsinə aid olan yaşayış sahəsindən müstəqil bir-birilərinə mane olmadan istifadə etməkdədirlər. Paylı mülkiyyətdə olan əmlak üzərində sərəncam vermək mülki qanunvericiliyin tələblərinə görə bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirildiyindən, cavabdehlərlə olan ümumi paylı mülkiyyət hüququna xitam vermək qərarına gəlmişdir. Cavabdehlərlə olan ümumi paylı mülkiyyətə könüllü qaydada razılaşma şəraitində xitam verilməsi barədə edilmiş müraciət onlar tərəfindən təmin edilməmişdir.

6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 21 fevral 2023-cü il tarixli 2(005)-765/2023 saylı qətnaməsi ilə (hakim Aytən Novruzova) iddia təmin edilməmişdir.

7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdu r ki, iddiaçı öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb etməmiş, habelə iddiaçı öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçilərinə ödənilməsini tələb etmək hüququna malik olduğu halda, öz payının alınmasını təklif etməmişdir. Belə bir tələb olmadığı halda, əmlakın naturada özünə aid hissədə hüquqların dövlət qeydiyyatına alınması hissəsində iddia tələbi təmin oluna bilməz. Məhkəmə qeyd etmişdir ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarına əsasən, məhkəmənin qərarı əsasın da ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür.

8. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 223.4, 220.3-220.4, 220.5 və 220.6-cı maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayətində göstərilmişdir ki, Mülki Məcəllənin 221-ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəy i ilə bölgü və həmin normada müəyyən edilmiş digər qaydalara əsasən xitam verilir. Mübahisəli daşınmaz əmlakın fiziki cəhətdən, yəni naturada ayrı olması və həmin fiziki bölgünün həmin əmlak üzrə alqı-satqı müqaviləsi bağlanan andan istəklərinə uyğun olaraq ayrı olması təqdim edilmiş sübutlarla təsdiq edilir.

11. Cavabdehlər isə apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etmiş və göstərimişdirlər ki, xx.xx.1996-cı il tarixdə 3 otaqlı mənzilin 1ci mərtəbəsində yerləşən sahəsi 17.2 kv.m olan yaşayış otağı yardımçı sahələri ilə birlikdə alqı-satqı müqaviləsi əsasında X1. Həmin mənzil cavabdehlərin birgə nikahı dövründə əldə edildiyindən, nikahları pozulduqdan sonra mənzil onların arasında bölünmüş, nəticədə hər birinin ½ hissədə payı müəyyən olunmuş, buna gö rə də Çıxarışda 1 otaqlı mənzilin cavabdehlərin paylı mülkiyyətində olması qeyd olunmuşdur.

12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər V.N.Sadıqov (sədrlik edən və məruzəçi), A.Ə.İsgəndərov və M.Ə.Rüstəmli) 2(103)-3020/2023 nömrəli iş üzrə 16 may 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

13. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının mülkiyyətində ümumi sahəsi 71,4 kv.m, yaşayış sahəsi isə 46,3 kv.m olan mənzil olmuş və o, 1996-cı ildə həmin mənzilin 1-ci mərtəbəsində yerləşən və yaşayış sahəsi 17,2 kv.m olan 1 bir otağı cavabdeh Siyatel Qəribovaya satmışdır. Həmin vaxt tərəflər arasında daşınmaz əmlaka dair real bölgü sxemi tərtib edilməmiş, bu səbəbdən tərəflərə verilmiş Çıxarışda hər bir mülkiyyətçiyə aid yaşayış və köməkçi sahələrin ölçüləri göstərilməmişdir. Həmçinin həmin vaxt cavabdehlər ər-arvad olmuşlar. Sonradan cavabdehlər boşanmış və həmin 1 otaq onların arasında bölünərək, hər birinin ½ hissədə payı müəyyən olunmuşdur. Cavabdehlərə məxsus 1 otaq binanın 1-ci, iddiaçıya məxsus 2 otaq isə binanın 3-cü mərtəbəsində yerləşir. Hazırda iddiaçı özünün istifadəsində olan 2 otağa ayrıca Çıxarış almaq istəyir. Cavabdehlər isə könüllü olaraq buna razılıq vermirlər, ona görə də qeydiyyat orqanı tərəfindən real bölgü aparılıb, tərəflərə müstəqil çıxarışlar verilməsi mümkün deyil.

14. İddiaçı Mülki Məcəllənin 221-ci maddəsini rəhbər tutaraq hesab edir ki, həmin normada onun iddiasının təmin olunması əsasları göstərilmişdir. Həmin normaya görə, ümu mi paylı mülkiyyət hüququna ya paylı mülkiyyətin iştirakçılarının razılığı, ya da məhkəmə qaydasında xitam verilə bilər. Hazırki halda cavabdehlərin razılığı olmadığından, o, məhkəməyə müraciət etmişdir.

15. Kollegiya iddiaçının fikri ilə qismən razılaşır, həqiqətən Mülki Məcəllənin 221ci maddəsi ümumi paylı mülkiyyətə xitam verilməsinin üsul və qaydasını müəyyən etmişdir: könüllü yaxud məhkəmə qaydasında. Könüllü qayda fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilməni nəzərdə tutur. Lakin, tərəflər arasında razılıq olmadığından, Kollegiya bu üsul barədə nəsə qeyd etməyi zəruri hesab etmir.

16. Ümumi paylı mülkiyyətə məhkəmə qay dasında xitam verilməsinə gəldikdə isə qeyd olunmalıdır ki, burada söhbət yalnız fiziki bölgüdən gedir, yəni bu normanın tətbiqi yalnız o halda baş verə bilər ki, ümumi mülkiyyətdə olan əşyanın fiziki olaraq bölünməsi mümkün olsun. Hazırki işdə isə söhbət fiziki olaraq bölünməsi mümkün olmayan yaşayış evindən gedir. Yəni, iddiaçının mənzilinin cavabdehlərin mənzilindən fiziki olaraq bölünməsi mümkün deyil. Odur ki, Mülki Məcəllənin 221-ci maddəsi hazırki münasibətlərə tətbiq edilmir.

17. Kollegiya qeyd etmişdir ki, qanunvericilikdə paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ya ondan payın ayrılması qaydası müəyyən olunmuşdur (MM-nin 220-ci maddəsi). Lakin, iddiaçı öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb etməmişdir.

18. Məhkəmə göstərmişdir ki, belə bir tələb olmadığı hald a, əmlakın naturada özünə aid hissədə hüquqların dövlət qeydiyyatına alınması hissəsində iddia tələbi təmin oluna bilməz.

19. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas deyildir.

20. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.1, 215.5, 220 və 221-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

21. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qəra r qəbul edilməsini xahiş etmişdir.

22. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq belə əsaslandırılmışdır ki, işə baxan məhkəmələrin mübahisə üzrə formalaşdırdığı mövqe baxımından belə anlaşılır ki, iddiaçının mülkiyyətində olan əmlakın naturada ayrı olan bir hissəsi üzrə bağladığı alqı-satqı müqaviləsi onun xüsusi mülkiyyətində qalan əmlakın digər hissəsinə müstəqil olaraq sərəncam vermə hüquqlarının məhdudlaşdırılması ilə nəticələnmişdir, yəni sərəncam vermə səlahiyyətini cavabdehlərin iradəsindən aslı etmişdir. Bir faktı da qeyd etmək lazımdır ki, cavabdehlərlə olan mübahisə ümumi əmlakın əldə edilməsindən, həmin əmlak üzrə payların bölünməsi, payların ayrılmasından və istifadəsindən irəli gəlməmişdir. Mübahisə iddiaçının mülkiyyətində olan əmlakın (2 yaşayış ot ağı) eləcə də, dolayısı ilə cavabdehlərin xüsusi mülkiyyətində olan 1 (bir) yaşayış otağının onların adına DƏDRX- də xüsusi mülkiyyət kimi ayrı olaraq qeydə alınmasından ibarətdir. Beləliklə, ünvan 3 ünvanında yerləşən əmlak) ümumi mülkiyyətdə olan əmlak olmadığından həmin əmlaka mülki qanunvericilikdə nəzərdə tutulmuş ümumi mülkiyyətin əldə edilməsindən istifadə, payın ayrılması, payın bölünməsi ümumi mülkiyyətdə olan əmlaka dair müddəaları şamil edilmir, bu baxımdan da, apellyasiya instansiyası məhkəməsi mübahisənin həllinə tətbiq edilməli olmayan maddi hüquq normalarını yəni Mülki Məcəllənin 215.1, 215.5, 220.1, 220.2, 220.3, 220.4, 220.5, 220.6cı maddələrini düzgün tətbiq etməmişdir. Məhkəmə kollegiyası eyni zamanda mübahisənin həllinə tətbiq edilməli olan maddi hüquq normasını tətbi q etməmişdir. Belə ki, iddia tələbinin hüquqi əsası MM-nin 221-ci maddəsi ilə əsaslandırılmışdır. Həmin yəni Azərbaycan Respublikası Mülki Məcəllənin 221-ci maddəsində ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməsi qaydaları müəyyən edilmişdir. Məhkəmə kollegiyası ümumi paylı mülkiyyət hüquqlarına Mülki Məcəllənin 221-ci maddəsində nəzərdə tutulmuş qaydada xitam verilməsi ilə əlaqədar hissədə iddia tələbi ilə qismən razılaşmış, lakin hesab etmişdir ki, sözügedən xitamla əlaqədar tərəflər arasında razılaşma olmadığından bu hüquq normasını mübahisənin həllinə tətbiq edilə bilməməsi qənaətinə gəlmişdir. Hesab həllinə tətbiq edilə bilməməsi qənaətinə gəlmişdir. Hesab edirəm ki, kollegiyanın gəldiyi bu nəticə qanunsuz və əsassızdır. Belə ki, həmin normada mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir.

23. Apellyasiya instansiya məhkəməsinin Mülki Məcəllənin 221-ci maddəsinin tətbiqi ilə bağlı mövqeyinə gəldikdə isə məhkəməyə təqdim edilən sübutlara istinadən qeyd edilməlidir ki, məhkəmə kollegiyasının MM-nin “221-ci maddəsi hazırki münasibətlərə tətbiq edilməsi mümkün deyil” kimi mövqeyi yanlışdır və bu mövqe ilə razılaşmaq olmaz. Normada göstərildiyi kimi ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə və ya hərracdan satış və satış pulunun bölünməsi, və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması qalan iştirakçılara əvəz vermək yolu ilə xitam verilir. Normada göstərilən “hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması qalan iştirakçılara əvəz vermək” kimi şərtlər cavabdehlə olan hüquq münasibətinə tətbiq etmək olmaz” çünki tərəflər arasında qeyd edilən hallarla bağlı mübahisə yoxdur. 1996-cı il tarixdən hazırki vaxta qədər bu istiqamətdə tərəflər bir-birlərinə qarşı pretenziya irəli sürmədən fiziki cəhətdən tam ayrı olan əmlakdan istifadə edirlər. Digər tərəfdən həmin normada ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməsinin dahi iki şərti yəni əmlakı fiziki (naturada) ayırma və öz istəyi ilə olaraq ayırması qaydası müəyyən edilmişdir. MM-nin 221-ci maddəsində nəzərdə tutulan həmin hüquqa həm də fiziki bölgü və tərəflərin öz istəyi ilə xitam verilə bilər. Əmlak üzə rində zatən fiziki bölgünün mövcudluğu barədə məhkəməyə bölgü sxemi təqdim edilmişdir. Həmin bölgü sxemində əvvəllər bütöv şəkildə olan əmlakın 2 hissədə birbirindən tam olaraq ayrı olması müəyyənləşdirilmişdir. Həmin bölgü sxemi müvafiq mütəxəssislər tərəfindən tərtib və təsdiq edilmişdir. Məhkəmə kollegiyasının hazırda mübahisələndirilən qətnamədə “iddiaçının mənzilinin cavabdehlərin mənzilindən fiziki olaraq bölünməsi mümkün deyildir” qənaəti işdə olan sübutlarla təkzib edilir.

24. Bundan başqa, qeyd edilən ünvanda yerləşən ayrıca olan 2 otaqdan ibarət mənzil və 1 (bir) otaqdan ibarət mənzil ümumi paylı mülkiyyət hüququ statusunda deyildir və buna görə həmin əmlakın dövlət reyestrində ayrıca olaraq qeyd edilməsindən irəli gələn münasibətlərə Mülki Məcəllənin ümumi paylı mülkiyyətə aid o lan hüquq normaları tətbiq oluna bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı məhkəməyə yazılı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

26. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.

27. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.

28. Maddə 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir.

29. Maddə 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mü lkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir.

30. Maddə 215.5. ”Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir.

31. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.

32. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.

33. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiy yətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.

34. Maddə 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdə sinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər.

35. Maddə 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir.

36. Maddə 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.

37. Maddə

221. Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər işt irakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

38. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

39. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

40. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyə n edilmiş qüvvəsi yoxdur.

41. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

42. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

43. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

44. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

45. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq norma ları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

47. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır.

48. İddiaçı kassasiya şikayətində ünvan 3 ünvanında yerləşən əmlakın ümumi mülkiyyətdə olan əmlak olmadığından həmin əmlaka mülki qanunvericilikd ə nəzərdə tutulmuş ümumi mülkiyyətin əldə edilməsindən istifadə, payın ayrılması, payın bölünməsi ümumi mülkiyyətdə olan əmlaka dair müddəalarının şamil edilmədiyini göstərsə də, məhkəmə kollegiyası bu dəlillərlə razılaşmır.

49. Belə ki, iddiaçıya məxsus olmuş 3 otaqlı mənzil (1 otaq binanın 1-ci, 2 otaq isə binanın 3-cü mərtəbəsində olmaqla) vahid əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, iddiaçı həmin mənzilin binanın 1-ci mərtəbəsində yerləşən 1 otağını Cavabdeh1 satmış və nəticədə həmin əmlak paylı mülkiyyətə çevrilmişdir.

50. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə o la bilər və 213.3-cü maddənin tləlbinə əsaəsn əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir.

51. Paylı mülkiyyətdə olan əmlakın bölünməsi və payın ayrılması qaydası isə Mülki Məcəllənin 220-ci maddəsində müəyyən edilmişdir. Həmin qaydaya əməl etmədən paylı mülkiyyətə xitam verilməsi mümkün deyildir.

52. İddiaçının istinad etdiyi Mülki Məcəllənin 221-ci maddəsi isə müstəqil şəkildə deyil, həmin Məcəllənin 220-ci maddəsinə qeyd olunmuş qaydada payın ayrılmasının nəticələri kimi tətbiq edilir. Yəni paylı mülkiyyətdə olan əmlakdan payın MM-nin 220-ci maddəsində nəzərdə tutlmuş qaydada ayrılması ümumi paylı mülkiyyətin xitamına səbəb olur.

53. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı istədiyi məqsədə çatmaq üçün paylı mülkiyyətə olan əmlakdan payının ayrılması barədə iddia qaldırmalıdır.

54. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən etmiş, MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Buna görə də kassasiya ş ikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

55. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 may 2023-cü il tarixli 2(103)3020/2023 saylı i qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar