Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3350/2024 07.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, X6 və Cavabdeh4 qarşı ilk, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələblərinə dair iş üzrə QƏRARİ (Açar sözlər: əqdin etibarsız hesab edilməsi, yalan əqd, ədalətli məhkəmə araşdırması hüququ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç, Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, X6 və Cavabdeh4 qarşı “torpaq sahəsindən və evdən çıxarılma” tələbinə dair ilk, qarşılıqlı iddia üzrə iddiaçı Cavabd eh2 cavabdeh İddiaçı qarşı “Alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-241/2024 nömrəli, 4 mart 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən kassasiya şikayətinə 07 noyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışına əsasən ünvan 1 ünvanında yerləşən 0.04 ha torpaq sahəsi xx.xx.2010-cu il tarixdə Cavabdeh2 adına qeydiyyatdan keçmişdir.
2. AN-İ seriyalı ******* nömrəli xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın alğısatqı müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətinə əsasən Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.04 ha torpaq sahəsini 6.000 manata İddiaçı (bundan sonra iddiaçı ) satmışdır.
3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 556G ünvanında yerləşən, ümumi sahəsi 87 kv.m olan bağ evi və 0.04 ha torpaq sahəsi xx.xx.2021-ci il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cava bdeh3, X3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, X1 və Cavabdeh4 ona məxsus mübahisəli bağ evindən və 0.04 ha torpaq sahəsindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi 556G ünvanda 0.04 ha torpaq sahəsində yerləşən bağ evini Cavabdeh2 xx.xx.2020-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında almışdır. Daha sonra isə o, bağ evinə dair mülkiyyət hüquqlarını xx.xx.2021-ci il tarixdə dövlət qeydiyyatına aldırmışdır. Cavabdeh bir neçə ay müddətinə özü üçün alacağı evə köçəcəyi müddətədək ona möhlət verməyini xahiş etmişdir. O da ona bir neçə ay müddətinə möhlət verməyə razı olmuşdur. Hazırda xeyli müddət k eçməsinə və dəfələrlə evi tərk etməsini tələb etməsinə baxmayaraq cavabdeh evi ona təhvil vermir. Bununla yanaşı o həmin ünvana ailə üzvlərini, yəni digər cavabdehlər arvadı Cavabdeh1, anası Cavabdeh3, övladları X4 və Cavabdeh4 da qanunsuz gətirmiş və oradan çıxarmır. Onların bu hərəkətlərini onun mülkiyyət hüquqlarının pozulması kimi qiymətləndirir.
6. Cavabdeh2 İddiaçı qarşı “Alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli 0.04 ha torpaq sahəsinin xx.xx.2020-ci il tarixli Alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və xx.xx.2021-ci il tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
7. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, o, “İceland Camal LTD” şirkətində işləyəndə əmək haqqını anasının xəstə olmasına sərf etdiyinə görə az miqdarda olmaqla borcları yaranmış, şirkət bundan məlumatlı olduğu halda ona heç nə deməmiş, 2020-ci ildə ona 7000 manat borcu yarandığı bildirilmiş, sonradan onun şirkətə 17000 manat borcu olsa da, şirkət ona 15000 manata razı olduğunu bildirmişdir. Onun şirkətə olan borcu özünün hesablamasına görə 12000-13000 manat olmuşdur. Borcunu ödəmək üçün bankdan kredit almaq istəmiş, lakin bank ona kredit verməmişdir. İddiaçı ona bildirmişdir ki, evi onun mülkiyyətinə keçirsin, o, həmin evin əsasında bankdan kredit alsın, onun borcunu bağlasınlar. Borc ödənildikdən sonra evi yenidən onun mülkiyyətinə qaytaracaqdır. O da razılaşmış, cavabdehlə xx.xx.2020-ci ildə “Alğı-satqı” müqaviləsini ba ğlamış, müqavilədə bağ sahəsinin qiyməti 6000 manat göstərilmişdir. İddiaçı 6000 manatı banka qoymuş, o, həmin pulu götürüb Ceyhuna qaytarmış, bütün xərcləri Ceyhun özü çəkmişdir. Lakin 2022-ci ildə Ceyhun ona şirkətə olan borcu ödəməsini, daha sonra evdən çıxmasını bildirmiş və aralarında mübahisə yaranmışdır. Çünki o, evini Ceyhuna satmamış, aralarında razılaşma olmuşdur. Maştağa qəsəbəsində 0,01 ha torpaq sahəsi 8000 manat olduğu halda, onun 0,04 ha bağ sahəsini İddiaçı 6000 manata satmağı mümkünsüz idi, ev barədə onunla ümumiyyətlə söhbət olmamışdır. Onların bağladığı “Alğı-satqı” müqaviləsi alğı-satqı niyyəti olmadan bağlanmış əhəmiyyətsiz əqd olmuşdur. Şirkətə olan borcunu ödəyə bilmədiyinə görə razılaşmış, evi ona vermək, satmaq fikri olmamışdır. Əslində şirkətə borcunu ödəmək üçün Ceyhunun onun evinə görə bankdan borc alıb ödəməsi üçün “Alğı-satqı”, yəni formal olaraq müqavilə bağlamışdır.
8. X5 izahatında bildirmişdir ki, o, Cavabdeh2 8-9 ildir tanıyır, Maştağada qonşudur. İddiaçı isə Cavabdeh2 satış müdiri kimi tanıyır. Cavabdeh2 vəkilinin verdiyi sorğuları “Camal LTD” şirkətinə təqdim edəndə orada onu əməkdaşlar qəbul etdi, daha sonra İddiaçı gəldi, onu ilk dəfə orada gördü. Ceyhundan Zahidin ona nə qədər borcu olduğunu soruşanda ona 39000 manat, daha sonra isə 42000 manat borcu olduğunu bildirdi. Zahid şirkətin dondurma soyuducularını mağazalara təhvil verirdi, işlədiyi dövrdə Ceyhuna borcu yaranmışdır. Zahid Ceyhuna olan borcunu ödəmək üçün öz evini Ceyhunun adına keçirtdi, bankdan pul götürdü. Zahidin yoldaşının heç xəbəri olmamışdı, gedib müqaviləyə imza eləm işdir. Sonra onun müdiri dedi ki, Zahid ona 15000 manat pul versin, evi satışdan geri qaytarsın. Zahidin borcunu süni şəkildə artırdılar ki, onun evini əlindən alsınlar. Əslində Zahidin o qədər borcu olmamışdır.
9. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli, e2(008)-1078/2023 saylı qətnaməsi ilə (hakim Şəbnur Qədirova) ilk iddia rədd edilərək, qarşılıqlı iddia təmin edilmiş, ünvan 1 ünvanında yerləşən 0.04 ha torpaq sahəsinə dair iddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2020-ci il tarixdə 3 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisində bağlanmış AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın Alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında iddiaçının adına xx.xx.2021-ci il tarixdə verilmiş çıxarışın ləğv edilməsi, məhkəmə xərclərinin tər əflərin özlərinə aid edilməsi qət edilərək, iddia qalan hissədə təmin edilməmişdir.
10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisəli bağ sahəsi ünvanında yerləşən 0.04 ha torpaq sahəsinə dair İddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2020-ci il tarixli alğı-satqı müqaviləsi formal tələblərə uyğun bağlansa da, Alğı-satqı müqaviləsi bağlanan zaman Cavabdeh2 əsl niyyəti torpaq sahəsini satmaq deyil, Cavabdeh2 müxtəlif şəxslər qarşısında yaranmış borc öhdəliyinin icrasını təmin etmək olmuşdur. Belə ki, iddiaçı Cavabdeh2 mübahisəli torpaq sahəsini onun adına rəsmiləşdirməsini, sonuncunun da torpaq sahəsini banka ipotekaya qoyub kredit alaraq Cavabdeh2 verməsini, Cavabdeh2 borcunu ödədikdən sonra evini qaytaracağını təklif etmişdir. Cavabdeh2 də İddiaçı təklifi ilə razılaşmışdır. Alğı-satq ı müqaviləsində torpaq sahəsinin qiyməti Cavabdeh2 borcunun məbləğinə uyğun formal olaraq 6.000 manat göstərilmişdir. Qeyd olunan hallar mübahisəli daşınmaz əmlaka dair bağlanmış Alğı-satqı müqaviləsinin ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti ilə deyil, formal olaraq, borc öhdəliklərinin pərdələnməsi məqsədi ilə bağlanması barədə Cavabdeh2 dəlillərinin inandırıcı olmasına dəlalət etmişdir.
11. Məhkəmə Cavabdeh2 tərəfindən iddia müddətinin ötürülməsi ilə bağlı ilkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil2 dəlilini əsassız hesab edərək göstərmişdir ki, hazırkı iş üzrə də Cavabdeh2 qarşılıqlı iddiası torpaq sahəsinin Alğı-satqı müqaviləsinin yalan əqd olaraq əhəmiyyətsizliyinin təsdiqi və müqavilənin predmeti olan torpaq sahəs i üzərində mülkiyyət hüququnun bərpası ilə bağlı olduğundan, onun bu tələbi müddətlə məhdudlaşdırıla bilməz.
12. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 324.1, 324.5, 337.1, 337.2, 337.3, 337.4, 337.5, 339.4, 340.2, 390.1, 404.1, 567, 568.1, 646.1-ci maddələri, “T.Qasımovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 01 dekabr 2020-ci il tarixli qərarına, “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dai r” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli qərarına, “X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarı, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli qərarına, Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 217. 3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat
13. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qətnaməsinin ləğv olunaraq, qarşılıqlı iddianın rədd edilməsi və ilk iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayətində işin faktiki hallarına və iddia tələbinə uyğun əsaslandırılaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuşdur. X15 ifadəsində qeyd olunanlar isə məhkəmə tərəfindən sübut kimi qəbul edilə bilməz. Çünki, onun dediyi sözlər və hallar ümumiyyətlə olmamış və olsa da bu mübahisəyə heç bir aidiyyəti olmamışdır. O, Rəfi Məmmədovu heç vaxt tanımayıb və o, mübahisəli bağ sahəsini Cavabdeh2 alarkən Rəfi onların heç bir söhbətlərində iştirak etməyib. O, sonralar Zahidin sözləri ilə öyrədilərək məhkəmədə dindirilmiş şəxs olmuşdur. Cavabdehin izahatında və şahidin ifadəsində qeyd olunan hallar, yəni guya Cavabdeh2 işlədiyi müəssisəyə borcu olması, həmin borcun əvəzində onunla Cavabdeh2 arasında mübahisəli bağ sahəsinə dair müqavilənin bağlanması, mübahisəli bağa dair hansısa bankdan kredit götürülməsi barədə məhkəmədə sadalanmış cəfəngiyyatların isə heç bir əsası və təsdiqi olmamışdır. Onunla Zahid arasında heç vaxt heç bir borc məsələsi olmayıb. Zahidin başqa şəxslərə borcunun olub-olmamasının isə onun mülkiyyətinə və bağ sahəsi ilə bağlı alğı-satqı müqaviləsinə heç bir aidiyyəti olmamışdır.
15. Apellyasiya məhkəməsinin müvafiq qərardadı ilə ünvan 1 ünvanında yerləşən 0.04 ha torpaq s ahəsinin və yerləşən 0.04 ha torpaq sahəsinin üzərindəki ümumi sahəsi 87 kv.m olan daşınmaz əmlakla birgə bazar qiymətinin müəyyən edilməsi məqsədi ilə məhkəmə-texniki-əmtəəşünaslıq( əmtəəşünaslıq üzrə mütəxəssis rəyinin alınmasına dair) ekspertizası təyin edilmiş, "xxxx" MMC tərəfindən təqdim edilmiş UNİ/Y-xx-xx/2024 saylı, 15 yanvar 2024-cü il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, ünvan 1 ünvanında yerləşən 0.04 ha torpaq sahəsinin 25 noyabr 2020-ci il tarixə bazar qiyməti 22 000 manat, ünvan 1 ünvanında yerləşən 0.04 ha torpaq sahəsinin üzərindəki ümumi sahəsi 87 kv.m olan daşınmaz əmlakla birgə 25 noyabr 2020-ci il tarixə bazar qiyməti 44 000 manat təşkil etmişdir.
16. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri p ublik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 19 fevral 2024-cü il tarixli, 3-21-3-30/2-5986/2024 saylı məktubuna əsasən Cavabdeh2 mülkiyyətində olmuş ünvan 1 ünvanında yerləşən 0,04 hektar torpaq sahəsi 3 saylı Bakı “Asan xidmət” mərkəzinin notariat ofisində təsdiq edilmiş 4Ə-1378 reyestr nömrəli, 25 noyabr 2020-ci il tarixli Alğı-satqı müqaviləsi əsasında 14 dekabr 2020ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. Daha sonra həmin torpaq sahəsi üzərində inşa edilmiş bağ evinin eskiz layihəsi və Sabunçu rayon İcra Hakimiyyətinə ünvanlanmış 29 dekabr 2020-ci il tarixli məlumatlandırma ərizəsi əsasında Maştağa qəsəbəsi, ümumi sahəsi 87 kv.m olan 556G (yeni ünvan) saylı bağ evi və 0,04 hektar sahəsi xx.xx.2021-ci il tarixdə vahid əmlak kimi İddiaçı adına qeydiyy ata alınmışdır, hazırda mülkiyyətindədir.
17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 4 mart 2024-cü il tarixli, 2(103)-241/2024 saylı qətnaməsi ilə (hakimlər Günay Axundova (sədrlik edən, və məruzəçi), Cəmilə Musayeva və Fuad Babayev) ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Sabunçu rayon Məhkəməsinin xx.xx.2023-cü tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
18. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə görə Cavabdeh2 ünvan 6 ünvanında yerləşən 0.04 ha torpaq sahəsini 6.000 manata İddiaçı satmışdır. Müqavilədə yalnız torpaq sahəsinin satılması göstərilsə Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi 556G ünvanında yerləşən, ümumi sahəsi 87 kv.m olan ba ğ evi və 0.04 ha torpaq sahəsi xx.xx.2021-ci il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir. Mübahisə predmeti olan daşınmaz əmlakda Cavabdeh2 ailə üzvləri yaşayır. İddiaçı alğı satqı müqaviləsinin bağlanmasından iki il sonra məhkəməyə müraciət edərək cavabdehlərin evdən və torpaq sahəsindən çıxarılmasını tələb etmişdir. O cümlədən, Cavabdeh2 da qarşılıqlı iddia verərək müqavilənin etibarsız hesab edilməsini tələb etmişdir.
19. Cavabdeh2 nümayəndəsi və vəkili X9 izahatında bildirmişdir ki, tərəflərin arasında real alğı-satqı barədə razılıq olmamışdır. Cavabdeh2 “İCELAND CAMAL LTD” şirkətinə borcu yaranmışdır. Müqaviləni bağlamaqda niyyət o idi ki, İddiaçı Zahidin yerinə bankdan pul götürsün, Zahid isə borcunu hissə-hissə ödəsin. Lakin sonra borc 17000 manata çatıb, borcun gah 15000, gah d a 17000 manat olduğu bildirilir. Daha sonra aralarındakı razılşamanı İddiaçı pozaraq onun evdən və torpaq sahəsindən çıxarlmasını tələb etmişdir.
20. Elektron sistem məlumatlarından müəyyən olunur ki, İddiaçı “CAMAL LTD” şirkətində satış üzrə nümayəndə vəzifəsində çalışır.
21. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və apellyasiya şikayətinin təmin edilərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur.
22. Belə ki, mübahisə predmeti olan alğı satqı müqaviləsindən görünür ki, yalnız torpaq sahəsi 6000 manata satılmışdır. Mütəxəssis rəyindən də müəyyən olunduğu kimi əmlakın dəyəri bir neçə dəfə bahadır. Torpaq sahəsinin 25 noyabr 2020-ci il tarixə bazar qiyməti 22 000 manat, ünvan 8 ünvanında yerləşən 0.04 ha torpaq sahəsinin üzərindəki ümumi sahəsi 87 kvm olan daşınmaz əmlakla birgə 25 noyabr 2020-ci il tarixə bazar qiyməti 44 000 manat təşkil edir.
23. Məhkəmə kollegiyası onuda qeyd etmişdir ki, bağ evinin satılması ümumiyyətlə öz təsdiqini tapmamışdır. Mübahisə predmeti olan əmlak birgə nikah dövründə alındığından Cavabdeh1 Böyükağa qızının ərizəsi alınmışdır. O, ərizəsində torpaq sahəsinin bağışlanmasına etiraz etmədiyi qeyd etmişdir. Alğı-satqı müqaviləsində də bağ evi qeyd edilməmişdir. İddiaçı nümayəndə və vəkili qeyd etmişdir ki, bağ evinə dair müqavilədən kənar ödəniş olunmuşdur. Müəyyən olunduğu kimi ilkin olaraq torpaq sahəsi 25 noyabr 2020-ci il tarixli Alğı-satqı müqaviləsi əsasında 14 dekabr 2020-ci il tarixdə İ ddiaçı adına qeydiyyata alınmışdır. Daha sonra həmin torpaq sahəsi üzərində inşa edilmiş bağ evinin eskiz layihəsi və Sabunçu rayon İcra Hakimiyyətinə ünvanlanmış 29 dekabr 2020-ci il tarixli məlumatlandırma ərizəsi əsasında Maştağa qəsəbəsi, ümumi sahəsi 87 kv.m olan 556G (yeni ünvan) saylı bağ evi və 0,04 hektar sahəsi xx.xx.2021-ci il tarixdə vahid əmlak kimi İddiaçı adına qeydiyyata alınmışdır.
24. Kollegiya əlavə olaraq onuda qeyd etmişdir ki, mübahisələndilən bağ evində əvvəlki mülkiyyətçinin ailə üzvləri yaşamışlar. İşin bütün sadalanan halları ilə birlikdə qiymətləndirdikdə məhkəmə belə nəticəyə gəlmişdir ki, tərəflər arasında alğı-satqı müqaviləsi bağlanmamışdır.
25. Məhkəmə kollegiyası qarşılıqlı iddia ərizəsinə əsasən bildirmişdir ki, iddiaçı Cavabdeh2 evini və torpağını adına keçirdikdən sonra "xxxx" QSC-dan kredit götürüb Cavabdeh2 barədə şirkət tərəfindən müəyyən edilmiş borcu ödəmişdir. Hal-hazırda Cavabdeh2 şirkətə deyil, İddiaçı Nuhu oğluna borcu yaranmışdır. Borcunu ödəmək üçün lazım olan məbləği qazanmaq üçün Rusiyaya getmişdir. Borcu ödəməkdən heç vaxt imtina etməmişdir.
26. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırda əqd etibarsız hesab edildiyindən, habelə Cavabdeh2 nümayəndəsinin bildirdiyinə görə iddiaçı Cavabdeh2 şirkətə olan borcunu ödədiyindən iddiaçı Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər.
27. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 337.1, 337.2, 337.4, 340.1, 404.1, 405.1-ci maddələrinin və MPM-in 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayət inin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
28. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edərək, ilkin iddianın təmin olunması, qarşılıqlı iddianın isə təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamədə ünvan 6 ünvanında yerləşən 0.04 ha torpaq sahəsinə dair İddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2020-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin ona uyğun hüquqi nəticələr yatarmaq niyyəti ilə deyil, formal olaraq, borc öhdəliklərinin pərdələnməsi məqsədi ilə bağlanması barədə nəticəyə gələrkən bu qeyd olunanları təsdiq edən heç bir mötəbər və ya qeyri-mötəbər sübuta istinad etməmişdir. Məhkəmə yalnız cavabdehin heç nə ilə təsdiq edilməyən izahatına və guya şahid qismində dindirilmiş X8 heç nə ilə təsdiq olunmayan ifadəsinə istinad etmişdir. Halbuki, nə cavabdehin izahatı, nə də Rəfi Məmmədovun ifadəsi iddiaçı tərəfindən, nə də digər sübutlarla təsdiq olunmur. X15 ifadəsində qeyd olunanlar isə məhkəmə tərəfindən sübut kimi qəbul edilə bilməz. Çünki, onun dediyi sözlər və hallar ümumiyyətlə olmamış və olsa da bu mübahisəyə heç bir aidiyyəti yoxdur. İddiaçı Rəfi Məmmədovu heç vaxt tanımamış və mübahisəli bağ sahəsini Cavabdeh2 alarkən Rəfi onların heç bir söhbətlərində iştirak etməyib və o mübahisənin hər hansısa halının birbaşa şahidi olmayıb. O, sonralar Zahidin sözləri ilə öyrədilərək məhkəmədə dindirilmiş şəxsdir. Cavabdehin izahatında və şahidin ifadəsində qeyd olunan hallar, yəni guya Cavabdeh2 işləd iyi müəssisəyə borcu olması, həmin borcun əvəzində onunla Cavabdeh2 arasında mübahisəli bağ sahəsinə dair müqavilənin bağlanması, mübahisəli bağa dair hansısa bankdan kredit götürülməsi barədə məhkəmədə sadalanmış cəfəngiyyatların isə heç bir əsası və təsdiqi yoxdur. Onunla Zahid arasında heç vaxt heç bir borc məsələsi olmayıb. Zahidin başqa şəxslərə və ya işlədiyi şirkətə borcunun olub-olmamasının isə onun mülkiyyətinə və bağ sahəsi ilə bağlı alqı-satqı müqaviləsinə heç bir aidiyyəti yoxdur və ola da bilməz. Lakin, məhkəmə bütün bunlara əhəmiyyət vermədən və heç bir sübuta istinad etmədən, cavabdehin qeyd olunan cəfəngiyyatlarına istinad edərək ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsi barədə qətnamə qəbul etmişdir. Cavabdeh2 “İceland Camal LTD” şirkətinə hansısa borcunu n olması barədə qeyd edir ki, iş materiallarında olan məhkəmənin sorğusuna “İceland Camal LTD” şirkəti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan göründüyü kimi onlar arasında hər hansı borc yoxdur və hər hansı problemlər olmayıb. Lakin, məhkəmə həmin məktuba qətnamədə heç bir qiymət verməmişdir. Məhkəmə alqı-satqı müqaviləsində qiymətin ucuz yazılmasını həmin müqavilənin bağlanmaması kimi qiymətləndirməsi əsassızdır. Çünki, göründüyü kimi mübahisəli ev həmin vaxt dövlət qeydiyyatına alınmadığına görə rəsmi alqı-satqı müqaviləsi yalnız torpaq sahəsi barəsində həyata keçirilib. Lakin, razılaşmaya uyğun olaraq sonradan evi də mülkiyyət hüququ üzrə qeydiyyata aldırmışdır. Əgər məqsədi torpaq sahəsi və evi almaq olmasaydı onun yerləşdiyi torpaq sahəsi onun nəyinə gərəkdir k i...!? Torpaq sahəsinin real dəyəri isə tam 6000 manata olmasa da həmin ərazilərdə 6000-8000 manat arasıdır. Cavabdehin arvadının alqı-satqıya razılıq ərizəsinin olmaması da tam əsassız fikirdir. Belə ki, alqı-satqı barədə notariat işindən göründyü kimi, cavabdehin arvadı nəinki alqı-satqıya (əvəzli əqdə), hətta əmlakın bağışlanmasına (əvəzsiz əqdə) razı olmuşdur. Onun bu ərizəsi olduğu halda əvəzli əqd olan alqı-satqı müqaviləsi cavabdehin və arvadının hər hansı mənafeyinə toxunmur. Müqavilənin 2020-ci ildə bağlanması və iki il sonra iddianın qaldırılması səbəbi isə iddia ərizəsində qeyd etdiyi kimi cavabdehin özünə yeni yaşayış yeri alması və oraya köçməsinə möhlət verməsi olub. Məhkəmə ona təqdim olunmuş iddianı sübut edən sübutları və faktiki işin həqiqi hallarını nəzərə almamış, onl ara düzgün hüquqi qiymət verməmiş və yalnız cavabdehin formal mülahizələrinə istinad edərək qətnamə qəbul etmişdir. Məhkəmə qarşılıqlı iddiaçının həmin iddianı qaldırmaq üçün müəyyən edilmiş 1 illik iddia müddətini ötürməsinə də hüquqi qiymət verməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
31. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
32. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
33. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
34. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
35. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
36. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
37. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağl ı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
38. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
39. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.
40. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.
41. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
44. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıq dan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
45. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
46. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası mə hkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
49. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
50. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
51. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
52. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
53. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obye ktiv araşdırmayıb.
54. Belə ki, birinci instansiya məhkəməsi alqı-satqı müqaviləsinin bağlanması zamanı Cavabdeh2 əsl niyyətinin torpaq sahəsini satmaq deyil, özünün “İceland Camal LTD” şirkəti qarşısında yaranmış borc öhdəliyinin icrasını təmin etmək olduğuna, İddiaçı həmin torpaq sahəsini banka ipotekaya qoyaraq kredit götürüb ona verməsi, krediti qaytardıqdan sonra isə evi ona qaytarması barədə aralarında razılaşmasına və formal olaraq torpaq sahəsinin qiymətinin 6000 manat göstərildiyinə istinad edərək bağlanmış alqı-satqı müqaviləsini ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti ilə deyil, formal olaraq, borc öhdəliklərinin pərdələnməsi məqsədi ilə bağlanmasına görə etibarsız hesab etmişdir.
55. Apellyasiya instansiyası məhkəməsi isə mübahisələndirilən alqı-satqı müqaviləsində yalnız t orpaq sahəsinin 6000 manata satılmasına, mütəxəssis rəyinə əsasən əmlakın dəyərinin bir neçə dəfə baha olduğuna, bağ evinin satılmasının ümumiyyətlə öz təsdiqini tapmamasına, bu əmlak birgə nikah dövründə alındığından Cavabdeh1 Böyükağa qızının ərizəsində torpaq sahəsinin bağışlanmasına etiraz etmədiyinin göstərilməsinə, alğı-satqı müqaviləsində də bağ evinin qeyd edilmədiyinə və bağ evində əvvəlki mülkiyyətçinin ailə üzvləri yaşadığına istinad edərək belə nəticəyə gəlmişdir ki, tərəflər arasında alğı-satqı müqaviləsi bağlanmamışdır. Həmçinin Cavabdeh2 nümayəndəsinin izahatına istinad edərək qeyd etmişdir ki, iddiaçı Cavabdeh2 evini və torpağını adına keçirdikdən sonra "xxxx" QSC-dan kredit götürüb Cavabdeh2 barədə şirkət tərəfindən müəyyən edilmiş borcu ödəmişdir. Hal-hazırda Cavabdeh2 şirkətə deyil, İddiaçı Nuhu oğluna borcu yaranmışdır. Borcunu ödəmək üçün lazım olan məbləği qazanmaq üçün Rusiyaya gtmişdir. Borcu ödəməkdən heç vaxt imtina etməmişdir. Ona görə də, iddiaçı Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər.
56. Kassasiya kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir.
57. Əvvəla qeyd olunmalıdır ki, məhkəmə əqdin etibarsızlığına dair mübahisəyə baxarkən yalnız iradə ifadəsini deyil, həm də bu iradənin formalaşmasına və bəyan edilməsinə əsas olmuş şərait və motivi, tərəflər arasındakı həqiqi münasibətləri çəkişmə prinsipi çərçivəsində müəyyən etməlidir. Təqdim olunmuş sübutların tədqiqi nəticəsində məhkəmənin müəyyən etd iyi yekun faktiki hallara aidiyyəti hüquq normalarının dispozisiya şərtlərinə uyğun şəkildə hüquqi qiymət verilməsi mübahisənin düzgün həll edilməsi üçün mühüm əhəmiyyət kəsb edirdi. Hazırkı işdə bu qaydaya əməl edilməmişdir.
58. Apellyasiya instansiyası məhkəməsi sözügedən alqı-satqı müqaviləsinin etibarsızlığı ilə bağlı işin halları üzrə kifayət qədər araşdırma aparmadan, həmin müqavilənin bağlanması zamanı Mülki Məcəllədə müəyyənləşdirilmiş hansı şərtlərin pozulduğunu dəqiqləşdirmədən, yalnız qarşılıqlı iddia tələbi üzrə iddiaçı tərəfin irəli sürdüyü arqumentlərlə kifayətlənərək iddianı təmin etmişdir.
59. Apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində əqdin hansı maddi hüquq normasına əsasən etibarsız hesab edilməsini göstərməsə də, birinci instansiya məhkəməsi iddianı Mülki Məcəll ənin (bundan sonra - MM) 340.2-ci maddəsini tətbiq etməklə təmin etdiyi üçün və apellyasiya məhkəməsi də bu mövqe ilə razılaşdığı üçün kassasiya kollegiyası yalan əqdin mahiyyətinə və qanunda nəzərdə tutulan dispozisiya şərtlərinə nəzər salmağı zəruri hesab edir.
60. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.
61. Normanın məzmunundan göründüyü kimi yalan əqddə tərəflər əslində görünən müqavilədən başqa bir müqavilə barədə razılığa gəlmiş olurlar, lakin görünən əqdlə həmin müqaviləni pərdələləyirlər. Beləcə, tərəflər xarici aləmə (üçüncü şəxslərə) qarşı əslində istəmədikləri bəyanları ilə meydana gələn müq avilə ilə görünməyi, amma gerçəklikdə başqa bir müqavilənin bağlanmasını arzu edir və bu xüsusda anlaşırlar. Başqa sözlə, tərəflərin bağladıqları müqavilədə göstərilən hüquqi nəticəni əmələ gətirmək niyyətləri olmur və bu cür pərdələmə müqavilə tərəflərinin hər ikisinin qəsdi ilə əhatə olunur.
62. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun“ Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022ci il tarixli Qərarında da göstərilmişdir ki, yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata ke çirmək iradəsində olduqlarını göstərirlər. Xüsusilə qeyd olunmalıdır ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil. Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur.
63. Kollegiya vurğulayır ki, müqavilənin yalan əqd olması səbəbindən etibarsız sayılması üçün sadalan şərtlərin hər biri məhkəmə tərəfindən mötəbər və kifayətedici sübutlarla təsdiq olunmalıdır. Onlardan birinin sübuta yetirilməməsi MM-in 340.2-ci maddəsinə söykənən tələbin rədd edilməsi üçün əsasdır.
64. Xüsusilə qeyd olunmalıdır ki, mülki hüquq münasibətlərinə girən subyektlərin müqavilə azadlığı çərçivəsində, qanunvericiliyə və işgüzar adətlərə uyğun qaydada bağladıqları müqavilələrin etibarlılığı prezumpsiyası qəbul olunur. Bu o d eməkdir ki, belə bir əqdlə əmlak hüququ əldə etmiş tərəf bağladığı müqavilənin etibarlı olduğunu sübuta yetirməyə borclu deyil. Əksinə həmin müqavilənin etibarsızlığını iddia edən tərəf öz iddiasını sübuta yetirməlidir.
65. Bu baxımdan hazırkı işdə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız olduğunu (yalan əqdin yuxarıda qeyd olunan şərtlərini) sübuta yetirmək vəzifəsi onu iddia edən tərəfə aiddir. Belə ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
66. Buna baxmayaraq, məhkəmələr gəldikləri nəticəni Mülki Məcəllənin 340.2-ci maddəsinin tələbləri baxımından kifayət qədər əsaslandırmayıb və alqı-satqı müqaviləsinin iddiaçı Cavabdeh2 əsl niyyətinin torpaq sahəsini satmaq deyil, özünün “İceland Camal LTD” şirkətinə ola n borcunun İddiaçı tərəfindən ödənilməsi üçün təminat olaraq bağlandığını və borc ödənildikdən sonra torpaq sahəsinin geri qaytarılacağını qeyd etdikləri halda, həmin müqavilə ilə pərdələnən başqa əqdin, yəni borc müqaviləsinin mövcudluğu, məbləği, borc müqaviləsinin tərəfləri, borcun qaytarılıb qaytarılmadığı və sair işin halları barədə heç bir araşdırma aparmamışdır
67. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya məhkəməsi yalnız Cavabdeh2 nümayəndəsinin izahatına əsaslanaraq İddiaçı Cavabdeh2 evini və torpağını adına keçirdikdən sonra "xxxx" QSC-dan kredit götürüb Cavabdeh2 barədə şirkət tərəfindən müəyyən edilmiş borcu ödədiyini, hal-hazırda Cavabdeh2 şirkətə deyil, İddiaçı Nuhu oğluna borcu yarandığını və borcu ödəməkdən heç vaxt imtina etmədiyini müəyyən edərək, İddiaçı Ca vabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnu izah etmişdir.
68. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi tərəfin izahatında bildirdiyi halların digər sübutlarla əlaqələndirməmiş, tam və obyektiv həqiqətə nail olmaq üçün tərəflərə bu halların sübut olunmasına dair hər hansı təklif verməmiş, bununla da prosessual pozuntuya yol vermişdir.
69. Əqdin etibarsız hesab edilməsi üçün apellyasiya məhkəməsi tərəfindən göstərilən digər hallar, yəni torpaq sahəsinin dəyərinin əqddə az göstə rilməsi, torpaq sahəsi üzərindəki evin alqı-satqı predmeti olmaması, həmçinin torpaq sahəsində və üzərindəki evdə keçmiş mülkiyyətçiləri yaşaması isə özü özlüyündə torpaq sahəsinə dair bağlanmış əqdin əhəmiyyətsiz hesab edilməsi üçün tutarlı əsaslar hesab edilə bilməz. Belə ki, torpaq sahəsi üzərində olan evə dair keçmiş mülkiyyətçinin hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından həmin əmlak alqı-satqı müqaviləsinin predmeti ola bilməzdi, həmçinin tərəflər müqavilədə satılan əmlakın dəyərini qarşılıqlı razılıqla müəyyən edirlər.
70. Məhkəmə kollegiyası həmçinin qəbul edir ki, mülki dövriyyənin iştirakçıları bəzən daxil olduqları hüquq münasibətlərini onların həqiqi məzmununa uyğun olaraq yazılı şəkildə rəsmiləşdirmirlər (və ya rəsmiləşdirə bilmirlər), yaxud bunu bir neçə hüquqi əməliyyatla edirlər. Bu müxtəlif səbəblərdən irəli gələ bilər: tərəflərin şifahi razılaşmanı kifayət hesab etməsi, qarşı tərəfin razılaşma şərtlərinə və formalaşmış işgüzar adətlərə zidd hərəkət etməyəcəyinə olan güvən, hüquqi sənədləşmə ilə bağlı tərəflərə göstərilən xidmətin keyfiyyətsiz olması, əqdlərin rəsmi qaydada bağlanması ilə bağlı çətinliklər və s. Bəzi hallarda tərəflərin başqa hüquq münasibətlərindən əmələ gəlmiş pul öhdəliyinin icra edilməsinin təminatı kimi daşınmaz əmlakın ipoteka müqaviləsini “alqı-satqı müqaviləsi” ilə rəsmiləşdirmək təcrübəsinə rast gəlinir.
71. Bu səbəbdən məhkəmə əqdə əsaslanan və ya əqdin etibarsızlığının təsbit olunmasına dair tələblərə baxarkən yalnız formal tələbləri (müqavilənin adını, onun hərfi mənasını, müqavilədə tərəfin iradəsinin ifadə olunmasını, əqdin yazılı və ya notarial formasına əməl olunmasını və s.) yoxlamaqla kifayətlənməməli, bəyan edilmiş iradənin formalaşmasına əsas olmuş şəraiti, niyyəti, tərəflər arasında müqaviləyə qədərki və sonrakı danışıqları və hərəkətləri nəzərə almalı, mübahisəli hüquq münasibətinə qiymət vermək tələb olunduqda, iradə ifadəsinin həqiqi məzmununu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu səbəbdən mübahisəli alqı-satqı müqaviləsi bağlanarkən tərəflərin əslində bu müqaviləni borcun ödənilməsi üçün təminat kimi sənədləşdirmək düşüncəsi ilə hərəkət edib-etməmələrinin müəyyən edilməsi əhəmiyyət kəsb edir. Odur ki, notariat orqanında alqı-satqı müqaviləsinin təsdiqlənməsi ilə əslində mövcud borcun təminatı üçün girov(ipoteka) sənədlə şdirilməsi sübuta yetirildikdə isə məhkəmə MM-in 340.2-ci maddəsinə əsasən tərəflərin əqd bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydaları tətbiq etməlidirlər.
72. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır.
73. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması qəbul edilmiş qərarın iş üzrə tərəflərdə qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməs inə xidmət edir. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan, əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin aktı kimi qəbul etməyə imkan vermir.
74. Bu qaydalara riayət edilməməsi Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsi ilə təminat verilən hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququnun, İnsan Hüquqlarının və X7 X2 6-cı maddəsində əks olunmuş ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət edir (§ 36-37).
75. Qeyd olunanlara əsasən kassasiya kollegiyası bu qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.
76. Təkrar apellyasiya baxışında tərəflərin izahatları və dəlilləri dinlənilməli, mübahisəli hallar, habelə bu hallar üzrə sübut etmə yükü düzgün müəyyən edilməklə işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmalı, təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, tərəflərin dəlillərinin hansı səbəbdən qəbul edilib-edilməməsi əsaslandırılmalı, ədalətli məhkəmə araşdırması hüququ təmin olunmaqla mübahisəyə qanunvericiliyə uyğun qaydada yekun hüquqi qiymət verilməlidir.
77. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 mart 2024-cü il tarixli 2(103)-24 1/2024 saylı qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.