Məhkəmə qərarları › İş №2(102)-3351/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3351/2022

13.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3351/2022 13.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi, apellyasiya şikayətinin səlahiyyətli şəxs tərəfindən imzalanmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 mart 2022-ci il tarixli, 2(103)2946/2022 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülk i işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli, 2(005)312/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh maddi zərərin əvəzi kimi 18950 manatın İddiaçı xeyrinə ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir.

2. Həmin qətnamədən iddiaçının adından Vəkil2 apellyasiya şikayəti vermişdir.

3. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 mart 2022-ci il tarixli, 2(103)-2946/2022 nömrəli qərardadı ilə (hakim X.Ə.Sarıyevin sədrliyi və məruzəsi ilə, hakimlər N.Ş.Cəfərovdan və E.Ə.Mehdiyevdən ibarət tərkibdə) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 yanvar 2 022-ci il tarixli, 2(005)-312/2022 nömrəli qətnaməsindən Cavabdeh vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyrimümkün hesab edilmişdir.

4. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qərardadı onunla əsaslandırmışdır ki, cavabdehin adından apellyasiya şikayətini onun vəkili Vəkil2 imzalasa da, onun həmin apellyasiya şikayətini imzalamaq hüququ olmamış, onun səlahiyyətini təsdiq edən order və etibarnamə apellyasiya şikayətinə əlavə edilməmişdir.

5. Məhkəmə öz mövqeyini Mülki Prosessual Məcəllənin 69.1, 69.1-1, 74.2, 363.1.1, 366.2-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

6. Cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 17 mart 2022-ci il tarixli, 2(103)-2946/2022 nömrəli qərardadının ləğv edi lməsi və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli, 2(005)-312/2022 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətinə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 357, 360, 361-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, cavabdeh tərəfindən vəkil orderi daxil olmaqla, bütün sənədlər apellyasiya şikayəti ilə birlikdə bir PDF faylında skan olunub, Məhkəmə Elektron Vahid portalı vasitəsi ilə göndərilmişdir. Elektron Portal tərəfindən həmin sənədlər qəbul edilərək, hətta elektron çıxarış verilmişdir.

8. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında b axılmışdır.

9. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Tətbiq edilən hüquq:

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 68.3-cü maddəsinə əsasən işdə iştirak edən şəxslərin tapşırığı ilə vəkalət əsasında vəkil məhkəmə aktlarından şikayət verir və qanunla ona verilmiş sair hüquqlardan istifadə edir. 73.1-ci maddəsinə əsasən nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 361.2-cı maddəsinə əsasən apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayən dənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. 363.1.1-ci maddəsinə əsasən apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

11. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi səlahiyyətləri çərçivəsində iddiaçının apellyasiya şikayətinin mümkünlüyünü yoxlayarkən müəyyən etmişdir ki, apellyasiya şikayəti səlahiyyətsiz şəxs tərəfindən imzalanmışdır.

12. Belə ki, cavabdehin apellyasiya şikayəti “Elektron Məhkəmə” İnformasiya Sisteminə yüklənmiş və Vəkil2 tərəfindən elektron imza ilə imzalanmışdır.

13. Lakin həmin şik ayətə apellyasiya şikayətinin cavabdeh tərəfindən şəxsən imzalanmış və skan edilmiş surəti, yaxud vəkilin orderi və vəkilə məhkəmə aktlarından şikayət vermək səlahiyyətini təsdiq edən etibarnamə əlavə olunmamışdır.

14. Odur ki, apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq apellyasiya şikayətinin səlahiyyətsiz şəxs tərəfindən imzalanması qənaətinə gəlmişdir.

15. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinə PDF faylında skan olunmuş hər hansı bir sənəd, o cümlədən vəkil orderi əlavə olunmamış və “Elektron Məhkəmə” İnformasiya Sisteminə yerləşdirilməmişdir. Vəkilin orderi yalnız hazırki kassasiya şikayətinə əlavə olaraq həmin Sistemə yüklənmişdir.

16. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətinin qeyr i-mümkün hesab olunmasına dair apellyasiya məhkəməsinin qərardadı qanuni və əsaslı olmuşdur. Kassasiya şikayətində göstərilənlər qanuni və əsaslı qərardadın ləğvi üçün əsas ola bilməz. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır.

17. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehə qərardadda göstərilən nöqsanlar aradan qaldırılmaqla, ağlabatan müddətdə, hüquqdan sui-istifadə hallarına yol verilmədən yenidən apellyasiya şikayəti ilə müraciət etmək hüququnu izah etmişdir.

18. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmi n edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 mart 2022-ci il tarixli, 2(103)-2946/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar