Məhkəmə qərarları › İş №2(102)-3351/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3351/2023

27.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3351/2023 27.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ İş № 2(102)-3351/2023 (Açar sözlər: fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi) Bakı şəhəri 27 sentyabr 2023-cü il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-916/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 27 sentyab r 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh xx.xx.2020-ci il tarixdə təxminən saat 15 radələrində Bak-QazaxGürcüstan sərhədi yolunun Ağstafa rayonu Qırılı kəndi ərazisindən keçən 455-ci kilometrliyində “X4” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq nəqliyyat vasitələrini idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi və müvafiq etibarnamə olmadan idarə etdiyi “Ford” Transit markalı **-TE-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini Qazax istiqamətində hərəkət etdirərkən öz hərəkət zolağından çıxaraq əks hərəkət zolağına keçib hərəkətdə olarkən avtomobilin ön sağ hissəsi ilə qarşıdan öz yolu ilə gələn sürücü İddiaçı idarə etdiyi Mercedes-Benz E22 0 CDl markalı **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Baş vermiş avto-qəza nəticəsində İddiaçı baş beyin silkələnməsi, hər iki bud sümüyü boynunun və orta 1/3-nin qapalı yerdəyişmiş sınıqları, sol diz qapağının sol qapalı yerdəyişmiş qəlpəli sınığı, sağ baldır sümüklərinin orta 1/3-nin açıq, yerdəyişmiş qəlpəli sınığı, hər iki əlin və sol mil-bilək oynağı nahiyəsinin əzilmiş-cırılmış yaraları diaqnozu qoyulmuşdur. Həmin cinayət işi üzrə ibtidai istintaq zamanı alınmış xx.xx.2021-ci il tarixli akta əsasən İddiaçı idarə etdiyi “Mercedes-Benz E220 CDl” markalı **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə 14.983 manat maddi ziyan dəyməsi müəyyən edilmişdir.

2. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-58/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Cavab deh Azərbaycan Respublikasının CM-nin 263-1.3-cü maddəsi ilə təqsirli bilinmiş və ona 4 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir.

3. İddiaçı cinayət işinə baxlarkən həmin məhkəməyə xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizə ilə müraciət edərək, Cavabdeh qarşı, heç bir şikayəti və tələbi olmadığını, onunla barışdığını göstərmişdir. 4. “X5” Klinikası tərəfindən verilmiş tarixsiz arayışa əsasən İddiaçı klinikada xx.xx.2020-ci ildən xx.xx.2020-ci il tarixədək müalicə almış və xəstə klinikanın xəzinəsinə 25000 manat ödəniş etmişdir. 5. “X5” Klinikası tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ödəniş sənədinə əsasən İddiaçı tibbi təxliyə xidməti ambulansa görə 1500 manat pul ödən iş etmişdir. 6. “X5” Klinikası tərəfindən xx.xx.2021-ci ildən xx.xx.2022-ci il tarixədək müxtəlif vaxtlarda verilmiş qəbzlərə əsasən İddiaçı Xəstəxanaya ümumi müayinələr üçün 2018 manat məbləğində pul ödənişi etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı məhkəmədə iddia qaldıraraq, cinayət yolu ilə ona dəymiş 42361 manat maddi ziyanın, 10000 manat dəyərində mənəvi zərərin və ödənilmiş 248 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia işin yuxarıda göstərilən faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində onun sağlamlığına zərər yetirilmiş və sağlamlığını itirdiyinə görə işə çıxa bilmədiyindən cavabdehə qar şı əldən çıxmış fayda və mənəvi zərər tələbinə dair iddia qaldırmaq məcburiyyətində qalmışdır. Ona cavabdehin təqsiri ucbatından 62361 manat maddi ziyan, 10000 manat dəyərində mənəvi zərər dəymişdir. Onun müalicələri üçün tələb olunan dərman preparatlarına çəkilən xərclər 795 manat, xəstəxana xərcləri 28183 manat, avtomobilinin bərpası üçün 14983 manat, aylıq gəlir olaraq əldən çıxmış faydaya görə xx.xx.2020-ci il tarixdən aylıq 1000 manat, hökm çıxarılan günə 10 ay hesablanmaqla 10000 manat, həyat yoldaşının ona qulluq etməsi səbəbi ilə, işə çıxa bilmədiyi xx.xx.2020-ci il tarixdən hər gün üçün 21 manat, hökm çıxarılan günə 10 ay hesablanmaqla 6300 manat, xəstəliyi ilə bağlı tez-tez Bakı şəhərində müalicələr və müayinələr olmağına zərurət olduğundan kirayə haqqı aylıq 300 manat, xx.xx.2 020-ci il tarixdən hesablanmaqla xx.xx.2021-ci il tarixə kimi 7 ay hesabı ilə 2100 manat maddi ziyan dəymişdir. Cavabdeh ona dəymiş ziyandan 20.000 manat ödəniş etmiş, qalan məbləği ödəyəcəyinə söz versə də, hadisədən kifayət qədər müddət keçməsinə baxmayaraq cavabdeh onun xərclərini ödəmir. Həmin maddi ziyandan 20000 manatı ödənildiyindən, cavabdehdən 42361 manat maddi ziyan, 10000 manat dəyərində mənəvi zərər tələb edir.

9. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(015)-972/2022 nömrəli qətnaməsi ilə (hakim Zamiq Rəsulov) iddia qismən təmin edilmiş, Cavabdeh 28183 manat maddi, 2000 manat mənəvi zərər və ödənilmiş 248 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 30431 (otuz min dörd yüz otuz bir) manat pul tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi q ət edilmişdir.

10. Məhkəmə öz mövqeyini əsaslandıraraq qeyd etmişdir ki, Cavabdeh törətdiyi cinayət hadisəsi nəticəsində İddiaçı maddi və mənəvi zərər dəymişdir. İş üzrə iddiaçı cinayət mühakimə icraatı zamanı mülki iddia verməsə də, hazırkı vəziyyətdə ona dəymiş maddi və mənəvi zərərə görə mülki mühakimə icraatı qaydasında mülki iddia ilə məhkəməyə müraciət etmişdir. İş üzrə iddiaçı ona 62361 manat maddi ziyan dəyməsini və həmin ziyandan 20000 manatı cavabdeh tərəfindən ödənildiyindən, 42361 manat maddi ziyan tələb etsə də, həmin tələbi əsaslandıran hallara dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. İş üzrə iddiaçı məhkəməyə yalnız avtomobilinə və müalicə xərclərinə dəymiş ziyana dair sübutları təqdim etmiş, cavabdeh tərəfindən iddiaçıya 20000 manat ziyan ödənilməsi, həmin ödəniş in iddiaçının avtomobilinə dəymiş ziyana, müayinə, dərman və yol xərclərinə çıxılması nəzərə alınmaqla, iddiaçının cavabdehdən tələb etdiyi müalicə xərclərinə görə 28183 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı verilməsi müəyyənləşdirilmişdir.

11. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-21.2, 1096.1-1096.2, 1097.1, 1115, 1118-ci maddələrinə istinad etmişdir b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Cavabdeh X2 qətnamədən apellyasiya şikayəti verərək, Ağstafa Rayon Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli 2(015)-972/2022 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-58/2022 saylı, 22 aprel 2022-ci il tarixli hökm ündən göründüyü kimi, o hökm çıxarılanadək həmin zərərçəkmiş şəxs, hazırda İddiaçı ilə barışıq əldə etmiş və maddi ziyanı qarşılamışdır. Dəymiş zərərlə bağlı notariat qaydada rəsmi ərizə mövcuddur ki, hansı ki, zərəri tam olaraq qarşıladıqdan sonra barışdıqları barədə ərizə yazmışdır. Qəzadan sonra avtomobil İddiaçı özündə qalmış, o, isə avtomobili müəyyən qiymətə satmışdır. Özü isə zərəri artıqlaması ilə yəni 13700 manat bir dəfə, 6600 manat isə şəxsən özünə təqdim etməklə ödəmişdir, 6500 manat da sığortadan yararlanmışdır. Bunlar zərəçəkmişin şikayəti olmaması üçün edilmişdir. Lakin bu hallara məhkəmə tərəfindən hüquqi qiymət verilməmişdir.

14. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-916/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Loğman Süleymanov ( sədrlik edən və məruzəçi), İslam Həsənov və Şamil Rzaquliyev) apellyasiya şikayəti təmin edilməmiş, Ağstafa Rayon Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli, 2(015)-972/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

15. Məhkəmə kollegiyası mövqeyini onunla əsaslandırmışdır ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanuni qüvvəsini almış məhkəmə hökmü üzrə Cavabdeh Azərbaycan Respublikasının CM-nin 263-1.3-cü maddəsi ilə təqsirli bilinmiş və ona 4 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Həmin hökm üzrə müəyyən edilmişdir ki, Cavabdeh sürücülük vəsiqəsi və mü vafiq etibarnamə olmadan idarə etdiyi “Ford” Transit markalı **-TE-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini Qazax istiqamətində hərəkət etdirərkən öz hərəkət zolağından çıxaraq əks hərəkət zolağına keçib hərəkətdə olarkən avtomobilin ön sağ hissəsi ilə qarşıdan öz yolu ilə gələn sürücü İddiaçı idarə etdiyi “Mercedes-Benz E220 CDl” markalı **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Cavabdeh təqsirli hərəkəti nəticəsində zərərçəkmiş şəxs İddiaçı avtomobilinə 14983 manat məbləğdə maddi ziyan dəymiş, habelə zərərçəkmiş şəxsin sağlamlığına həyat üçün təhlükəli olan ağır zərər dəymişdir. İş materiallarından görünür ki, İddiaçı almış olduğu xəsarətlərlə bağlı “X5” Klinikasında müayinə və müalicə olunmuş, o, bununla bağlı “X5” Klinikasına tibbi təxliyə xidməti üçün ambulan sa görə 1500 manat pul ödəniş etmiş, “X5” Klinikasının hesabına ilkin olaraq 25000 manat ödəniş etmiş, əməliyyatdan sonrakı müayinələr üçün müxtəlif vaxtlarda 2018 manat ödəniş etmişdir ki, bu ödənişlər işə əlavə edilən ödəniş qəbzləri ilə təsdiq edilir. “X5” Klinikasında müalicə xərclərinə görə 28518 manat xərclənsə də, iddiaçı 28183 manat məbləğində pul xərcləməsini bildirdiyindən və birinci instansiya məhkəməsi iddianı yalnız həmin hissədə təmin etdiyindən, məhkəmə kollegiyası həmin məbləğlə razılaşmışdır.

16. Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır.

17. Məhkəmə kollegiyası gəldiyi nəticəni əsaslandırarkən Mülki-Prosessual Məcəllənin 82.4, Cina yət-Prosessual Məcəllənin 180.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

18. Cavabdeh kassasiya şikayəti verərək (Vəkil) qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hakim cavabdeh tərəfindən iş üçün mötəbər əhəmiyyət kəsb edən sübutlar təqdim edilsə də, bu sübutları ümumiyyətlə əsaslandırmamış və həmin sübutlara hüquqi qiymət verməmişdir. Cavabdeh tərəfindən məhkəməyə verilmiş olan iddiaçının rəsmi qaydada vermiş olduğu Ağır cinayətlər məhkəməsinin cavabdeh barəsində çıxarmış olduğu hökmdə də öz əksini tapan notarial ərizəsinə məhkəmə tərəfindən hüquqi qiymət verilməmişdir. İddiaçının sübut növü kimi məhkəmə işinə əlavə etdivi “X5“ 'müalicə mərkəzinin ödənişinə dair arayış sənədi sübut növü kimi qəbul edilə bilməz. İşə baxan hakim sübutların dəyərləndirilməsi zamanı iddiaçı tərəfindən həmin klinikaya ödənilmiş vəsaitin ciddi uçot blankı, kassa ödəniş qəbzləri, post-terminal vasitəsi ilə ödənilmiş ödəniş qəbzləri və digər qanunvericiliyin tələblərinə uyğun ödənişlərin həyata keçirilməsini təsdiq edən sənədləri təqdim etməmişdir. Apellyasiya instansiya məhkəməsində həmin hallara qiymət verilməmiş həmçinin, iddiaçının dövlət hesabına müalicə alma imkanın olduğu bir halda bundan istifadə etməməsi məsələsinə də hüquqi qiymət verilməmiş, bunula da MPM-nin 77.1, 88-ci maddələrinin tələbləri pozulmuşdur. b)

20. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

21. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

22. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

23. Maddə 1118.1. Fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yax ud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarı

24. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaql a, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcə si, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı Qərarı

25. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, z ərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi

26. Maddə 59.1.12. zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, 59.1.13. cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması; 59.1.14. cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi cəzanı yüngülləşdirən haldır.

27. Maddə 60.1.“Bu Məcəllənin“59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda“və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin“dörddə üçündən“artıq ola bilməz.“ Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi

28. Maddə 7.0.36. zərər — cinayət nəticəsində zərər çəkmiş şəxsə vurulmuş mənəvi, fiziki və ya maddi ziyandır;

29. Maddə 180.2. Şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllə

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə 82.4. M əhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

33. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

35. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halla rın aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

38. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

39. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

41. Apellyasiya məhkəməsi qətnaməni qismən, iddianın təmin eilən hissəsində yoxladığından hazırkı kassasiya şikayətinə əsasə apellyasiya ins tansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərlə bağlı hər hansı araşdırma aparılmamış və işdə olan sübutlara Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 88-ci maddəsi baxımından düzgün hüquqi qiymət verilməmişdir.

43. Belə ki, işin araşdırılan hallarından görünür ki, apelyasiya məhkəməsi iddiaçının sağlamlığına dəyən ziyana görə “X5” Klinikasına ambulans xidmətinə görə 1500 manat, “X5” Klinikasının arayışına əsasən 25000 manat və əməliyyatdan sonrakı müayinələr üçün müxtəlif vaxtlarda edilmiş 2018 manat ödənişin müvafiq sənədlərlə təsdiq edildiyinə istinad edərək, 28183 manat hissəsində iddia nın təmin edilməsini əsaslı hesab etmişdir.

44. Lakin apellyasiya məhkəməsi ziyanın məbləğinin müəyyən edilməsi zamanı cavabdehin apellyasiya şikayətinin dəlillərini araşdırmamış və onlara qiymət verməmiş, həmin dəlilləri hansı səbəbdən qəbul etmədiyini qətnamədə göstərməmiş, iddiaçıya dəymiş real zərərin həcmini tam, hərtərəfli və obyektiv müəyyənləşdirmədən şikayətin təmin edilməməsi nəticəsinə gəlmişdir.

45. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin s übut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.

46. Hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları və sübutları da təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran faktlar və sübutlar əsasında hüquqi qiymət verməlidir.

47. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282).

48. İşdən görünür ki, iddiaçının” X5” Klinikasına 25.000 manat ödənilməsini təsdiq etmək üçün təqdim etdiyi arayışa tarix qoyulma mışdır və arayışın məzmunundan müəyyən edilmir ki, həmin məbləğ hansı dövr üzrə ödənilmişdir. İddiaçı klinikada xx.xx.2020-ci ildən xx.xx.2020-ci il tarixədək müalicə almış, sonra isə müxtəlif vaxtlarda həmin klinikada müayinələrdən keçmişdir. Belə olan halda, xx.xx.2020-ci il tarixdə ambulansa görə 1500 manat edilmiş ödənişin və müayinələrə görə 2021-2022-ci illərdə edilmiş ödəniş qəbzləri üzrə 2018 manat məbləğin Klinikanın xəzinəsinə ödənilmiş 25000 manatın tərkibinə daxil olub-olmadığını müəyyən etmək üçün həmin arayışın hansı tarixdə yazıldığı və göstərilən ödənişin hansı dövr üzrə ödənilmiş olması mühüm əhəmiyyət kəsb edir. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiya məhkəməsi həmin arayış sübut qismində qiymətləndirərkən Azərbaycan Respublikası MPM–nin 88- ci maddəsinin tələblərini pozmuşdur.

49. Eyni zamanda, iddiaçının özünün etiraf etdiyinə görə cinayət işinə baxılan dövrdə cavabdeh tərəfindən ona 20.000 manat ödəniş edilmiş və hökmdən görünür ki, İddiaçı cinayət işinə baxlarkən həmin məhkəməyə xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizə ilə müraciət edərək, Cavabdeh qarşı heç bir şikayəti və tələbi olmadığını, onunla barışdığını göstərmişdir və cinayət işinə baxan məhkəmə bu halı cəzanı yüngülləşdirən hallardan biri kimi nəzərə almaqla cavabdehə cəza təyin etmişdir. Həmçinin apellyasiya məhkəməsinə təqdim edilmiş sığorta aktından görünür ki, cavabdehin idarə etdiyi avtomobilin icbari sığortası üzrə iddiaçının əmlakına dəymiş ziyana görə 5000 manat sığorta ödənişi həyata keçirilmişdir.

50. Apellyasiya məhkəməsi isə iddi açıya dəymiş real ziyan məbləğini müəyyən edərkən, həmin ziyana görə iddiaçıya ödənilmiş məbləğlərin hansı səbəbdən nəzərə alınmamasını qətnamədə göstərməmiş, bu barədə apellyasiya şikayətinin dəlillərinə ümumiyyətlə qiymət verməmişdir.

51. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, iddiaçının cinayət mühakimə icraatı çərçivəsində təqsirləndirilən şəxslə barışması, ona qarşı heç bir şikayəti və tələbinin olmaması ilə bağlı ərizəsi də mülki qaydada ziyan tələbinə baxılarkən tərəflərin qarşılıqlı münasibətlərinin müəyyən edilməsi baxımından hüquqi qiymət verilməli məsələdir.

52. Məlumdur ki, cinayət mühakimə icraatı çərçivəsində zərəçəkmiş şəxsin təqsirləndirlən şəxslə barışması və ona dəymiş ziyanı ödəməsi cəzanı yüngülləşdirən hallardan biridir. Cinayət işləri üzrə ədalət mühakiməsini h əyata keçirən məhkəməyə zərərçəkən şəxsin belə bir bəyanı ədalət mühakiməsini düzgün həyata keçirilməsinə təsir edən amildir. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, cinayət mühakimə icraatının hər bir iştirakçısı öz hüquqlarını və vəzifələrini vicdanla yerinə yetirməli, öz hərəkətlərinin məsuliyyətini dərk etməli, yaratdığı nəticələri qəbul etməlidir.

53. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında qeyd etmişdir ki, konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Konstitusiyanın Preambulasında öz əksini tapan qanunun alilliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll o lunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

54. Oxşar hüquqi mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da əks olunmuşdur. Avropa Məhkəməsinin Ryabıx Rusiyaya qarşı iş üzrə 2003-cü il 24 iyul tarixli Qərarında qeyd olunmuşdur ki, hüquqi müəyyənlik qanunun aliliyi prinsipinin əsasını təşkil etməklə daha əvvəl hüquqi qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmiş faktların təkrarən mübahisələndirilməsini istisna edir.

55. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cinayət prosesində zərərçəkən şəxsin təqsirləndirilən şəxslə barışması və ona qarşı hər hansı şikayət və tələbinin olmaması barədə məhkəməyə təqdim etdiyi və qanuni qüvvəyə minmiş hökmdə cəza təyin edilərkən nəzərə alınan ərizəsi bu şəxslər arasında həmin vaxta qədər mövcud olmuş tələblərin qarşılıqlı güzəştlər əsasında həll olunması kimi qiymətləndirilməlidir. Bu halda, zərərçəkmiş həmin vaxtdan sonra yaranmış zərərlə bağlı tələb irəli sürmək hüququna malikdir.

56. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı iddia ərizəsində cavabdeh tərəfindən 20.000 manat ödənildikdən sonra digər ziyanı ödəyəcəyini vəd etdiyini göstərsə də, bu barədə hər hansı sazişin olması barədə sübut təqdim etməmiş, həmçinin təqdim edilən ərizədə dəymiş ziyanın tam ödənilməsini tələb etmək hüququnu özündə saxlaması barədə qeyd-şərt göstərməmişdir.

57. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsində təqdim edilmiş iddiaçı tərəfindən cinayət işinə baxan hakimə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizə ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, bu ərizənin cinayət işinə baxan məhkəməyə təqdim edilməsi barədə iş materiallarına hər hansı sübut əlavə edilməmişdir.

58. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsiplər, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticəsi düzgün deyildir.

59. Kassasiya şikayətinin dəlillərini müzakirə edər ək məhkəmə kollegiyası onları əsaslı hesab edir, çünki apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə tam əməl olunmamış, əsaslandırılmış qətnamə qəbul edilməmişdir. Bu da qəbul olunmuş qətnamənin ləğvi üçün əsasdır. Buna görə də, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməli, kassasiya şikayəti təmin edilməlidir.

60. İşə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, apellyasiya şikayətinin dəlillərinə müfəssəl qiymət verilməli, gəlinən nəticələr qətnamədə əsaslandırılmalı, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.

61. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 aprel 2023-cü il tarixli 2(104)-916/2023 saylı qətnaməsi ləğv edilsin, iş yeni apelyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar