Məhkəmə qərarları › İş №2(102)-3355/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3355/2021

31.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3355/2021 31.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X5 qarşı ilk iddia tələbinə dair, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X2 İddiaçı qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: paylı mülkiyyətdə olan payın artırılması, dəyəri ödənilməklə mülkiyyət hüququna xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı vəkili X3, Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabde h3 və X2 vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-7084/2020 nömrəli iş üzrə 29 sentyabr 2020-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X6 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 31 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Azərbaycan Respublikası ƏMDK DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli RX seriyalı çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, X13 küçəsi, ev 12, mənzil 27 ünvanında qeydə alınmış mənzildə paylı mülkiyyətçilər kimi İddiaçı ilə Cavabdeh2 payı 1/3 hissə, X4 payı 1/3 hissə, Cavabdeh1 payı 1/3 hissə kimi qeyd olunmuşdur. Daşınmaz əmlak üzərində hüquq daşınmaz əm lakın dövlət reyestrində 1933 nömrəli reyestr kitabının 178379 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X5 qarşı “paylı mülkiyyətdə olan payın naturada ayrılması” tələbinə dair iddia tələbi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddia tələbinin həcminin azaldılması ilə bağlı ərizə ilə müraciət edərək, ünvan 12 saylı evin 27 saylı 102 kvadrat metr ümumi sahəsi olan onun Cavabdeh2 ilə birgə mülkiyyətlərində olan 34 kvadrat metr sahəni təşkil edən 1/3 hissəsinin 22,6 kvadrat metr sahəsinə 2/3 hissəsinə ümumi paylı mülkiyyətin 2/9 hissəsinə onun payının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunl a əsaslandırılmışdır ki, onun paylı və birgə mülkiyyətində olan mənzilin hərrac vasitəsi ilə satılmasını istəmir. Mənzil hərracda satılsa, dəyərindən aşağı qiymətə satılacaq. Bu da heç kimin mənafeyini təmin etməyəcək. Məhkəmədən onun payının artırılması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X1 Günel Məmməd qızına qarşı “19500 manat dəyəri ödənilməklə mülkiyyət hüququna xitam verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişlər. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, mübahisəli mənzilin naturada bölgüsü mümkün olmadığına görə ilkin iddia əsassızdır. iddiaçıya aid hissədə mülkiyyətinin dəyəri ödənilməklə mübahisənin həlli mümkündür. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, bir övladı ilə X7 həmin ünvanda yaşayır. Qeyd olunan mənzilin naturada bölgüsünün aparılmasının mümkünsüzlüyünü nəzərə alaraq ilkin iddia tələbi əsaslı olmadığına görə təmin olunmamalı və qarşılığlı iddia tələbi isə təmin olunmalıdır. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin (hakim İlahə Abbasova) 09 avqust 2019-cu il tarixli 2(011)-232/2019 nömrəli qətnaməsi ilə ilk iddia tələbi rədd edilmiş, qarşılıqlı iddia tələbi təmin edilmiş, İddiaçı 19500 manat kompensasiya ödənilməklə onun Bakı şəhəri, Xətai rayonu, X13 küçəsi 12 saylı evin, 27 saylı mənzildəki paylı mülkiyyət hüququna xitam verilməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh2 arasında ailə münasibətlərinə artıq xitam verildiyindən, həmçinin iddiaçının digər cavabdehlərlə münasibətl əri gərgin olduğundan, mübahisəli mənzildə paylı mülkiyyətçilərin təcrid olunmuş şəkildə yaşaması texniki cəhətdən qeyri-mümkün olduğundan, qarşılıqlı iddia tələbi təmin edilməli, İddiaçı digər paylı mülkiyyətçilərlə müqayisədə payı (1/3 hissənin 1/2 hissəsi) cüzi olduğuna görə ona 19500 manat kompensasiya ödənilməklə mübahisəli mənzildəki paylı mülkiyyət hüququna xitam verilməlidir. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 220-ci maddəsinə istinadla əsaslandırmışdır. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər – Xumar Mərdanova sədrlik edən və məruzəçi, Elnur Həsənov, Fuad Babayev) 29 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinc i instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilmiş, qarşılıqlı iddia tələbi rədd edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddia tələbinn təmin edilməsi hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab etməyərək qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddianı təmin edərkən, iddiaçının müllkiyyət hüququnu pozmuşdur. Belə ki, İddiaçı mübahisəli mənzilə dair mülkiyyət hüququ dövlət reyestrində qeydə alınmışdır. Mülkiyyə hüququnun qanunsuz olaraq ləğv edilməsi isə həm daxili, həmdə beynəlxalq qanunvericiliyin tələblərinə ziddir, bu yalnız mülkiyyətçinin razılığı ilə ola bilər. Məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsinin müddəaları paylı mülk iyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi və ya ondan payın ayrılması zamanı tədbiq edilir. Yəni paylı mülkiyyətçilərin hər birinin paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan pay ayrılmasına dair iradə ifadəsi olmalıdır. Hazırkı halda isə iddiaçının onun paylı mülkiyyətində olan əmlakın bölünməsi və ya ondan pay ayrılması ilə bağlı iradə ifadəsi mövcud deyil. Bundan başqa iddiaçı ona təklif edilmiş kompensasiya məbləği ilə razı olmadığına görə, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, bu əsasa görə də, qarşılıqlı iddia tələbi təmin edilə bilməz. Cavabdehlər (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasi ya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının mübahisəli mənzildə payının cuzi olmasını nəzərə almayaraq Mülki Məcəllənin 220.4-cü maddəsinin tələblərini pozmuş, qarşılqlı iddia tələbini rədd edilməsi hissədə düzgün olmayan nəticəyəgəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabehlərin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin e dilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının: Maddə

13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz; Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 152.1-ci Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsas ən onlar arasında bölünə bilər. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Maddə 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 04 aprel 2014-cü il tarixli qərarı: “...nəzərə alınmalıdır ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir”. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol veri lmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməs inin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Baxılan işdə ilk iddia tələbi birinci instansiya məhkəməsi tərəfindən rədd edilmiş, apellyasiya instansiyası məhkəməsi qətnamənin həmin hissəsini dəyişdirmədən saxlamışdır. İddiaçı həmin hissədə qətnaməni mübahisələndirmir. Qətnamədən şikayət verən cavabdehlər yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən qarşılıqlı iddia tələbinin rədd edilməsi hissəsini mübahisələndirirlər. Ona görə də, qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə - mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə mübahisələndirilən hissədə düz gün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlillərini məhkəmə kollegiyası əsaslı hesab etmir. Belə ki, Mülki Məcəllənin 220.4-cü maddəsində qeyd edilən hal, yəni hazırki işdə iddiaçının payının cuzi olması məsələsi hazırki iddia tələbinin predmetini təşkil etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 04 aprel 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, “...nəzərə alınmalıdır ki, əmlakın açıq hər racdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir”. Hazırki işdə iddiaçı əmlakın bölünməsi və ya naturada ayrılması barədə tələb irəli sürməmişdir. İddiaçının məhkəməyə müraciət edərkən tələbi bu barədə olsa da, sonrada o tələbini dəyişdirərək “payınını artırılmasını” tələb etmişdir. Ona görə də, normada qeyd edilən digər mə rhələlər, yəni hazırki halda qarşılqı iddia tələbinin əsası kimi göstərilən hallar kassasiya baxışının həddlərin təşkil etmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X6 tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-7084/2020 nömrəli iş üzrə 29 sentyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar