Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-336/2025 18.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: maddi və mənəvi ziyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4556/2024 nömrəli, 23 sentyabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 18 fevral 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydas ında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və vətəndaş İddiaçı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.
2. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 6(001)27/2024 nömrəli qərarı ilə şikayət qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlar ləğv edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə d air iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2000-ci ildən 2017-ci ilədək Bakı şəhəri, 8-ci mikrorayon ərazisində çörək sexində rəhbər işləmişdir. Həmin dövrdə Cavabdeh sexə un gətirən təchizatçılardan biri olmuşdur. Cavabdeh münasibəti olan şəxs kimi ona müraciət edərək bildirmişdir ki, dəyirmana taxıl almaq üçün təcili 50000 manat məbləğində pul ödənilməsi lazımdır. O, Nazimə vacib pul lazım olduğunu düşünərək 20000 manat dostlarından borc götürərək həmin məbləği düzəltmişdir. Nazimə 2017-ci ilin dekabr ayında 50000 manat məbləğində pulu vermişdir. Cavabdeh bildirmişdir ki, pulu tezliklə qaytaracaqdır. 15-20 gün sonra o, cavabdehi görüb dəyirmana taxıl almasını soruşmuş, cavabdeh ona bildirmişdir ki, dəyirmana taxıl almamış, pulu öz şəx si işi üçün xərcləmiş, hazır həyət evi almışdır. Nə vaxt ona pul ödənilməsi lazım olsa, 10-15 gün əvvəl xəbər etsin, onun pulunu qaytarsın. Təqribən bir ildən sonra ondan pulu istəmişdir. Hər dəfə müxtəlif bəhanələrlə pulun qaytarılmasından yayınmış, pulu qaytarmamışdır. Bu illər ərzində dəfələrlə yaşadığı ünvana, evlərinə getmişdir, lakin pulu qaytarmamışdır, ailəsi və uşaqları da bu barədə bilirlər. Dəfələrlə pulu qaytaracağı barədə vəd vermiş, lakin yerinə yetirməmişdir. Cavabdeh öz şəxsi məqsədi üçün pul ödənilməsi lazım olduğunu dediyi təqdirdə onun pulu verməyəcəyini düşünərək dəyirmana taxıl almaq adı ilə aldatmışdır və o da ona etibar etdiyindən pulun verilməsinə razılaşmışdır. Həmçinin, bir-birlərini uzun müddət tanıdıqlarından notariatda müqavilə bağlamaq və ya pulu alması barədə iltizam verilməsinə təşəbbüs göstərməmişdir. Cavabdeh onun etibarından sui-istifadə etmişdir. Ona görə də cavabdehdən 50000 manat məbləğində pul alınaraq ona qaytarılmalıdır. O, həmin vaxt obyekti satmışdır, əldə etdiyi vəsaitdən istifadə edərək qazanc əldə etmək istəmişdir, lakin cavabdeh külli miqdarda vəsaiti alaraq qaytarmaması səbəbindən o vaxtında həmin vəsaitdən istifadə edə bilməmişdir, qazanc əldə etməmişdir və ona maddi zərər vurulmuşdur. Cavabdehdən 10000 (on min) manat məbləğində maddi zərərin əvəzi olaraq tutulmalıdır. Cavabdehin təqsiri üzündən o dəfələrlə stress keçirmişdir, o da əsəb gərginliyi yaratmışdır, sağlamlığı pozulmuşdur. Bütün bunların səbəbindən o mənəvi zərərə məruz qalmışdır. Bu hal onun gündəlik həyatına və işinə mənfi təsir göstərir. Cavabdehin onu aldatması, pul məbləğini ələ keçirərək mənimsəməsi, verdiyi vədi yerinə yetirməməsi, onu maddi zərərə məruz qoyması, onun şüurunda mənfi psixoloji reaksiyaya səbəb olmuşdur. Cavabdeh tərəfindən ona vurulmuş mənəvi zərəri 10000 manat məbləğində dəyərləndirir. Göstərilənlərə əsasən, Cavabdeh 50000 manat məbləğində pulun alınaraq iddiaçıya verilməsinə, maddi zərərə görə 10000 manat, vurulmuş mənəvi zərərin əvəzi olaraq 10000 manat pulun ödənilməsi və iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Məhkəmə iclasında X3 və X1 şahid qismində dindirilmişlər.
6. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(007)699/2024 nömrəli qətnaməsi ilə (hakim R.T.Əhmədov) iddia təmin edi lməmişdir.
7. Məhkəmə qeyd etmişdir ki, hazırkı tələb üzrə İddiaçı Cavabdeh ondan 50000 manat pulu aldığını göstərsə də, buna dair sübutunu təqdim etməmişdir. Belə ki, iddia ərizəsinə iddiaçı tərəfindən sadəcə cavabdehin Binəqədi RPİ-nin 5-ci PB-də verdiyi izahatı əlavə edilmişdir, həmin izahatında da cavabdeh iddiaçıya borcunun olmadığını bildirmişdir. Ona görə də, məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfin təqdim etdiyi həmin dəlillər iddianı əsaslı edəcək mötəbər sübut qismində qəbul edilə bilməz, ümumilikdə isə iddianın təmin edilməsi üçün əsaslar yoxdur.
8. Hazırkı iddia tələbinin “maddi zərərə görə 10000 manat pulun cavabdehdən tutulması” hissəsinə münasibətdə qeyd edilməlidir ki, tərəflər arasında borc münasibətlərinin mövcudluğu məhkəmə tərəfindən araşdırılmış və sübuta yetirilməmi şdir. Belə olan halda, hazırkı iddia tələbinin həmin hissədə də təmin edilməsi üçün hüquqi əsaslar mövcud deyil, iddia həmin hissədə də rədd edilməlidir.
9. Məhkəmə iddia tələbinin “dəymiş 10000 manat mənəvi zərərin tələb edilməsi” hissəsinə münasibətdə isə qeyd etmişdir ki, həmin tələb əsas iddia tələbindən törəmə tələbdir, borc pul və maddi ziyan hissəsində iddia tələbi sübuta yetirilmədiyi halda, mənəvi ziyan hissəsində də iddia tələbi təmin edilə bilməz. O cümlədən, iddiaçı özünə mənəvi ziyan vurulmasına dair (hansı mənəvi sarsıntı və iztirablar keçirməsini və.s) məhkəməyə heç bir əsaslı və mötəbər sübut təqdim edə bilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, mənəvi ziyanla bağlı iddia tələbi də təmin edilməməlidir.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllə sinin 324.1, 329.2, 442, 739.1, 739.2 və 740.1-ci maddələrinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarının 2-ci bəndinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli və “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarlarına, Mülki-Prosessual Məcəllənin 14.2, 88, 104.1, 104.3, 119.1 və 218.1-ci maddəsinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, onun ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsasland ırılmışdır ki, cavabdeh iddiaçını aldadaraq ondan 50000 manat pulu almaqla əsassız varlanan şəxs olmuşdur. İş materiallarından göründüyü kimi, cavabdeh iddiaçıdan pulu borc kimi deyil, iş görmək adı ilə almışdır və bu fakt sahibkarlıq sahəsində təşəkkül tapmış davranış formasıdır. Yəni, 50000 manatın cavabdehə verilməsi işgüzar adət sferasında baş verdiyindən burada hər hansı yazılı sənədin tərtib edilməməsi həmin pulun verilmədiyi anlamına gəlməməlidir. Məhkəmə Binəqədi rayon Pİ-də İddiaçı şikayət ilə əlaqədar araşdırma zamanı onun xeyrinə əldə olunmuş sübutları nəzərə almamışdır. Həmin materialı tələb edib tədqiq etməmişdir. Məhkəmə cavabdehin həqiqətən göstərilən tarixlərdə həyət evi alıb-almamasını araşdırmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosses ual hüquq normalarının tələbləri pozulmasına yol verildiyindən, işin faktiki hallarına obyektiv qiymət verilmədiyindən, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar sübut olunmadığından qətnamə ləğv edilərək iddianın təmini barədə yeni qətnamə çıxarılmalıdır.
13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4556/2024 nömrəli, 23 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər M.Rüstəmli (sədrlik edən və məruzəçi), A.İsgəndərov və V.Sadıqov) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(007)699/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gələrkən aşağıdakıları qeyd etmişdir:
15. İddiaçı cavabd ehin ondan 50000 manat məbləğində pulu alması ilə bağlı sübutlarını məhkəməyə təqdim edə bilməmişdir.
16. İddiaçı özü iddia ərizəsində göstərmişdir ki, cavabdehlə pulun verilməsinə dair müqavilə bağlamamış və ya cavabdeh tərəfindən pulun alınması barədə iltizam verilməsinə təşəbbüs göstərməmişdir.
17. Bundan başqa, iddiaçı məhkəmə iclasında bildirmişdir ki, cavabdehə pulu bacısının yanında vermişdir.
18. Bununla da müəyyən olunur ki, iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş şahidlər X3 və X1 iddiaçı tərəfindən 50000 manat məbləğində pulun cavabdehə verilməsini təsdiq edə bilməzlər.
19. İddia ərizəsinə əlavə edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, araşdırma zamanı izahatı alınmış cavabdeh iddiaçıdan 50000 manat məbləğində pul götürdüyünü inkar etmişdir.
20. Beləliklə iddiaçının cavabdehə 50000 manat məbləğində borc pul verməsi iş materialları ilə öz təsdiqini tapmamışdır, bu baxımdan da birinci instansiya məhkəməsi haqlı olaraq iddianı rədd etmişdir.
21. Apellyasiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 739.1, 740.1 və 740.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.2, 217.3 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
22. İddiaçı kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
23. İddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış kassasiya şikayətində həmçinin qeyd edilmi şdir ki, məhkəmə qətnamədə göstərmişdir ki, Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Lakin iş materiallarından göründüyü kimi, cavabdeh iddiaçıdan pulu borc kimi deyil, iş görmək adı ilə almışdır və bu fakt sahibkarlıq sahəsində təşəkkül tapmış davranış formasıdır. 50000 manatın cavabdehə verilməsi işgüzar adət sferasında baş verdiyindən burada hər hansı yazılı sənədin tərtib edilməməsi həmin pulun verilmədiyi anlamına gəlməməlidir.
24. Məhkəmə Binəqədi rayon Pİ-də İddiaçı şikayəti ilə əlaqədar araşdırma zamanı onun xeyrinə əldə olunmuş sübutları nəzərə almamışdır. Həmin materialı tələb edib tə dqiq etməmişdir. Məhkəmə cavabdehin həqiqətən göstərilən tarixlərdə həyət evi alıbalmamasını araşdırmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
26. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
27. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə e dəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür;
28. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
29. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.
30. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsi
31. Maddə 14.2. Məhkəmə yalnız t ərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
35. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfində n bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
37. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
39. İddiaçının kassasiya şikayətinin dəlilləri iddia ərizəsində və apellyasiya şikayətində irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
40. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
41. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araş dırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4556/2024 nömrəli iş üzrə 30 sentyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir