Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3362/2023 05.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3362/2023 (Açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və X2 ibarət tərkibdə, İddiaçı cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3749/2023 nömrəli, 12 iyun 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 5 oktyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aş ağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cinayət işi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2022-ci il tarixli Qərara əsasən ********* nömrəli cinayət işi üzrə İddiaçı X7 döyməsi, X17, X14, X8, X18 və X3 pul istəyərək alması, o cümlədən döyüş sursatı hesab olunan, 7,62 mm kalibrli 01 ədəd gülləli patronu əldə etməsi və özündə saxlaması faktları üzrə Azərbaycan Respublikası CM-nin 228.1 və 329.1-ci maddələri ilə həyata keçirilən cinayət təqibinə əməldə cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən hissəvi xitam verilmiş, İddiaçı X6 döyməsi və ondan pul alması xüsusatları ilə bağlı barəsində istintaq olunan ********* nömrəli cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-in 40.2-ci maddəsinə əsasən şəraitin dəyişməsi ilə bağlı xitam ve rilmişdir.
2. Həmin qərar ilə müəyyən edilmişdir ki, həmin cinayət işi xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 274, 331.3 və 341.1-ci maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işindən Azərbaycan Respublikası Hərbi prokurorunun müavini, ədliyyə general-mayor Şəfahət İmranov tərəfindən Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, baş leytenant İddiaçı Azərbaycan Respublikası CM-nin 228.1,331.3 və 341.1-ci maddələri ilə təqsirləndirilməsi barədə ayrıca icraata ayrılmış, həmin tarixdə Hərbi Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin mühüm işlər üzrə böyük müstəntiqi, ədliyyə mayoru Hümmət Məmmədov tərəfindən icraata qəbul olunmaqla istintaq aparılmışdır. Azərbaycan Respublikası CM-nin 274 və digər maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işinin istintaqı zamanı xx.xx.2017-ci il tarixdə İddiaçı Azərbaycan Respublikası CM-nin 274-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan olunmuş, Tərtər Hərbi Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. xx.xx.2017-ci il tarixdə Tərtər Hərbi Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxs İddiaçı həbsdə saxlanılma müddəti 4 ay olmaqla, xx.xx.2018-ci il tarixədək uzadılmışdır. xx.xx.2015-ci il tarixdə Tərtər hərbi prokuroru, ədliyyə polkovnik-leytenant Fuad Məmmədov tərəfindən Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin kəşfiyyat taqımının balansında olan «Ranter 685» markalı gecəgörmə cihazının gizli olaraq talanması faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə 19/309453 nömrəli cinayət işi başlanmışdır. xx.xx.2015-ci il tarixdə İddiaçı Azərbaycan Respublikası CM-nin 331.3, 341.1 və 347-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddələrdə nəzərdə tutulmuş ittihamlar olunmuş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. xx.xx.2015-ci il tarixdə cinayət işi ittiham aktı ilə baxılması üçün Tərtər Hərbi Məhkəməsinə göndərilmiş, məhkəmənin xx.xx.2016-cı il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3 və 341.1-ci maddələri ilə təqsirli bilinib 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən təyin edilmiş cəza şərti tətbiq edilərək 1 il sınaq müddəti təyin olunmuşdur. ********* nömrəli cinayət işi üzrə aparılmış istintaq-əməliyyat tədbirləri barəsində müəyyən edilmişdir ki, baş leytenant İddiaçı erməni hərbi qulluqçuları tərəfindən məxfi əməkdaşlığa cəlb edilmiş və bu əməkdaşlıq çərçivəsində aldığı tapşırıq əsasında 2015-ci ilin aprel ayının əvvəllərində «Ranter 685» markalı gecəgörmə cihazını oğurlayaraq düşmən tərəfə satmışdır. İddiaçı məhkum edilməsinə dair 19/309453 saylı cinayət işinin gəldiyi yekun nəticə ilə ********* nömrəli cinayət işinin istintaqı zamanı müəyyən edilmiş hallar arasında əhəmiyyətli ziddiyyətlər yarandığından və həmin xüsusatın ********* nömrəli cinayət işinin istintaqı gedişində yenidən istintaq edilməsi zərurəti yarandığından Tərtər Hərbi Məhkəməsinin İddiaçı barəsində xx.xx.2016-cı il tarixli hökmünün ləğv edilməsi və cinayət işinin birinci instansiya məhkəməsinə məhkəmənin hazırlıq iclasının keçirilməsi mərhələsinə göndərilməsinə dair qərar qəbul edilməsi üçün Azərbaycan Respublikasının Baş prokurorunun müavini – Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general- leytenantı Xanlar Vəliyev tərəfindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının xx.xx.2017-ci il tarixli qərarı ilə apellyasiya protesti təmin edilərək, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3 və 341.1-ci maddələri ilə təqsirləndirilməsi barədə cinayət işinin məhkəmə baxışına təyin edilməsi haqqında Tərtər Hərbi Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı, xx.xx.2016-cı il tarixli cinayət təqibi nə hissəvi xitam verilməsi barədə qərarı və xx.xx.2016-cı il tarixli hökmü ləğv edilmiş və cinayət işi məhkəmənin hazırlıq iclası mərhələsində baxılması üçün Tərtər Hərbi Məhkəməsinə qaytarılmışdır. Tərtər Hərbi Məhkəməsinin hazırlıq iclasının keçirilməsinə dair xx.xx.2017-ci il tarixli qərarı ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3, 341.1 və 347-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməsi və cinayət ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına dair qərar qəbul edilmişdir. Tərtər Hərbi Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarına əsasın cinayət işi Tərtər hərbi prokurorluğuna göndərilmişdir. xx.xx.2017-ci il tarixdə 19/309453 nömrəli cinayət işi Azərbaycan Respublikası Hərbi Prokurorluğu nda istintaq olunan ********* nömrəli cinayət işinə birləşdirilməsi üçün Azərbaycan Respublikasının Hərbi Prokurorluğuna göndərilmiş, xx.xx.2017-ci il tarixdə cinayət işi birləşdirilərək bir icraatda istintaq davam etdirilmişdir. xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası Baş Prokurorunun müavini – Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə generalleytenantı Xanlar Vəliyev tərəfindən cinayət işi üzrə ibtidai istintaq müddəti 5 ay olmaqla, xx.xx.2018-ci il tarixədək uzadılmışdır. xx.xx.2018-ci il tarixdə ********* nömrəli cinayət işindən Azərbaycan Respublikası Hərbi prokurorunun müavini, ədliyyə general-mayoru Səfahət İmranov tərəfindən Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, baş leytenant İddiaçı Azərbaycan Respublikası CM-nin 274, 331.3 və 341.1-c i maddələri ilə təqsirləndirilməsi barədə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılaraq istintaq aparılmışdır. xx.xx.2018-ci il tarixdə cinayət işi üzrə İddiaçı barəsində Azərbaycan Respublikası CM-nin 274 və 347-ci maddələri ilə istintaq olunan hissəsinə CPM-in 39.2-ci maddəsinə əsasən xitam verilmiş, həmin tarixdə İddiaçı əməli Azərbaycan Respublikası CM-nin 228.1,331.3 və 341.1-ci maddələrinə tövsif olunaraq ona həmin maddələrdə nəzərdə tutulmuş yenidən ittiham elan edilmişdir. xx.xx.2018-ci il tarixdə iş üzrə ibtidai istintaq tamamlanmaqla baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilmiş, məhkəmənin xx.xx.2018-ci il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası CM-nin 228.1, 331.3 və 341.1-ci maddələri ilə təqsirli bilinib, 1 il 6 ay müddətinə azadlıqdan mə hrum etmə cəzasına məhkum olunmuşdur. İddiaçı Azərbaycan Respublikası CM-nin 228.1, 331.3 və 341.1-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə CPM-in 303.1, 303.3, 303.3.1, 303.3.8, 391.8 və 391.8.1-ci maddələrinin tələblərinin kobud şəkildə pozulmasına yol verildiyindən Azərbaycan Respublikası Baş prokurorunun müavini, İİİ dərəcəli dövlət ədliyyə müşaviri Heydər Məmmədov tərəfindən verilmiş apellyasiya protesti nəticəsində Bakı Hərbi Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü və məhkəmənin hazırlıq iclasının xx.xx.2018-ci il tarixli qərarı ləğv edilərək cinayət işi yenidən baxılması üçün həmin məhkəmənin hazırlıq mərhələsinə qaytarılmışdır. Bakı Hərbi Məhkəməsinin hazırlıq iclasının xx.xx.2022-ci il tarixli qərarına əsasən İddiaçı Azərbaycan Respublikası CM-nin 228.1, 331.3 və 341.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməklə iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmışdır. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Baş X19 tərəfindən ********* nömrəli cinayət işi üzrə istintaqın davam etdirilməsi Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinə həvalə edilmişdir. xx.xx.2022-ci il tarixdə cinayət işi üzrə ibtidai istintaqı davam etdirilməsi Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi X9 tapşırıldığından həmin tarixdə icraatına qəbul olunmaqla istintaq aparılmışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında» xx.xx.2020-ci il tarixli Qanunun 1.73-cü maddəsinə əsasən Cinayət Məcəlləsinin 331-ci maddəsi ləğv edildiyindən və 1.72-ci maddəsinə əsasən Cinayət Məcəlləsinin 329-cü maddəsi yeni redaksiyada verilərək qüvvədən düşmüş Cinayət Məcəlləsinin 331.3-cü maddəsində göstərilən hərəkətlərə görə cinayət məsuliyyəti hazırda qüvvədə olan CM-nin 329-cu maddəsi ilə əhatə olunduğu üçün xx.xx.2022-ci il tarixdə cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 228.1, 331.3 və 341.1-ci maddələrindən həmin Məcəllənin 228.1, 329.1 və 341.1-ci maddələrinə tövsif edilmişdir. 3. "xxxx" ASC tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş İddiaçı ödəniş kartı üzrə çıxarışa əsasən xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək 18176,54 manat mədaxil olunmuş, 18175,68 manat məxaric olunmuşdur.
4. X20 Yusubova tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli psixotera pevtik müayinə haqqında rəy ilə psixoterapevtik müayinə üçün müraciət etmiş İddiaçı verdiyi məlumata əsasən o, 2012-ci ilin iyun ayından etibarən cəbhəyanı hərbi hissədə müddətdən artıq hərbi qulluqçusu kimi xidmətdə olmuşdur. xx.xx.2017-ci il tarixdə haqqında yaranmış hərbi cinayət şübhələri ilə əlaqədar olaraq həbs edilmişdir. xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixə qədərki dövrdə, istintaq prosesində ağır işgəncələrə (dırnağının çıxarılması, elektrik naqillərlə qoşulması, armaturla döyülməsi və s.) məruz qaldığını bildirmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə psixoterapevtik müayinə üçün müraciət etmiş və müayinə edilmişdir. Müayinə zamanı aşkarlanmışdır ki, İddiaçı bir neçə ildir ki, davam edən emosional çətinliklər yaşamışdır. Hal-hazırda qeyd edilmiş travmatik hadisələrlə bağlı, narahatedici fikirlər və xəritələrdən əziyyət çəkmişdir. Ailə və sosial münasibətlərdə travmatik hadisələri yenidən xatırladan emosional hallar yaşamışdır. Stressə dözümlülüyü kəskin şəkildə enmişdir. Emosional davamsızlıq və aqressiya müşahidə edilmişdir. Əsəbilik, qəzəb kontrolu problemləri yaşamışdır. Təşviş əlamətlərindən (əllərdə tərləmə, sürətli ürək döyüntüləri), sensor həssaslığın kəskin enməsindən və diqqətin tez-tez dağılmasından şikayətlənmişdir. Yaxın münasibətlərdən zövq ala bilməmişdir. Özünə qarşı yadlaşma, təkliyə meyillilik mövcud olmuşdur. Yuxu sferasında narahatlıqlar yaşamış və yuxu fasiləli olmuşdur. Siqaret istifadəsi bu dövr ərzində kəskin artmış və bu, onu narahat etmişdir. Bütün bunları nəzərə alaraq demək olar ki, davamlı psixoloji reabilitasiyaya ehtiyac o lmuşdur.
5. «Bakı Medical Clinic» tibb müəssisəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışa əsasən İddiaçı tərəfindən həmin tibb müəssisəsində bel-oma nahiyyəsinin MRT müayinəsi keçirilmiş, nəticədə 3-4 diskdə dural kisəni sıxan 2 mm ölçülü sol paramedian protruziya, 4-5 diskdə dural kisəni və sol ressesdə sol 1,5 sinir kökcüyünü sıxaraq kraniala və kaudala miqrasiya edən 26 (CC) x 9 mm ölçülü sol paramedian yırtıq, spinal kanalda stenoz müəyyən edilmiş, L5-S1 diskdə 2 mm ölçülü arxa-mərkəzi protruziya diaqnozu qoyulmuşdur. 6. "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş İddiaçı ödəniş kartı üzrə çıxarışa əsasən xx.xx.2013-cü il tarixdən xx.xx.2017-ci il tarixədək 51236,90 manat mədaxil olunmuş, o cümlədən xx.xx.2017-ci il tarixdə – 755,69 manat, xx.xx.2017-ci il tari xdə - 974,63 manat, xx.xx.2017-ci il tarixdə – 1.150,66 manat, xx.xx.2017-ci il tarixdə – 896,44 manat mədaxil olunmuş, 51236,04 manat məxaric olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçılar X21, X15, İddiaçı, X10 və X4 cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçılara vurulmuş mənəvi zərərə görə onların hər birinə 50000 manat, iddiaçı X16 vurulmuş maddi zərərə görə 27360 manat, iddiaçı X11 vurulmuş maddi zərərə görə 36100 manat, İddiaçı vurulmuş maddi zərərə görə 185440 manat, iddiaçı X5 vurulmuş maddi zərərə görə 44000 manat, iddiaçı X1 vurulmuş maddi zərərə görə 182700 manat məbləğində kompensasiyanın cavabdehdən alınaraq onlara ödənilməsi barədə qətnamə qəbul edil məsini xahiş etmişlər.
8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-302/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçı X12 və qeyrilərinin cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair 2(006)306/2022 nömrəli mülki iş üzrə İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbi ayrılaraq, ayrıca icraatda baxılması qərara alınmışdır.
9. Sonra İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı vurulmuş mənəvi zərərə görə 100000 manat, vurulmuş maddi ziyana görə 21600 manat, cəmi 121600 manat məbləğində kompensasiyanın cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməs i xahiş etmişdir.
10. Ərizə onunla əsaslandırılmışdır ki, istintaqın nəticəsində xx.xx.2022-ci il tarixdə İddiaçı barəsində Azərbaycan Respublikası CM-nin 228.1 və 329.1-ci maddələri ilə həyata keçirilən cinayət təqibinə əməldə cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən xitam verilməsi haqqında qərar çıxarılmışdır. Beləliklə, iş üzrə İddiaçı qarşı Azərbaycan Respublikası CM-nin 274, 347, 228.1 və 331.3cü (329.1-ci maddəyə tövsif edilməklə) maddələri ilə irəli sürülmüş ittihamlara bəraətverici əsaslarla xitam verilmişdir. İddiaçı əsassız olaraq dövlətə xəyanətlə bağlı ağır ittihamlara məruz qalmış, barəsində xx.xx.2017-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsdə qalma müddəti bir neçə dəfə artırılmış, əlavə ittiham verilmiş, əlavə itti hamla təqsiri bilinərək 18 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci ildən xx.xx.2018-ci il tarixə qədər, yəni 18 ay həbsdə saxlanılmış, həbsinin ilk 1 ayını ağır işgəncələrə məruz qalmış, nəticədə səhhətində ağır fəsadlar yaranmış və indiyə qədər qalmışdır. Bununla da iddiaçıya cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində ağır maddi ziyan və mənəvi zərər vurulmuşdur. İddiaçı cinayət məsuliyyətinə cəlb edilərkən və barəsində həbs qətimkan tədbiri seçilərkən, yəni 2017-ci ilin may ayında baş leytenant rütbəsində həqiqi hərbi xidmət hərbi qulluqçusu olaraq Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmət etmişdir. O, cinayət məsuliyyətinə cəlb edilməzdən öncə sonuncu dəfə aylıq əmək haqqını 2017-ci ilin aprel ayında almış dır. Onun orta əmək haqqı məbləği 1200 manat olmuşdur. İddiaçı cinayət məsuliyyətinə cəlb edildiyindən 2017-ci ilin 7 may tarixindən 18 ay müddətində, yəni 2018ci ilin dekabr ayına qədər faktiki aylıq qazancından məhrum olmuşdur. Bu isə 21600 manat etmişdir (1200 x 18 ay=21600). İddiaçı vurulmuş mənəvi zərərə görə isə 100000 manat tələb etmişdir.
11. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulmuş ziyana görə zərərçəkmiş şəxsə kompensasiya ödənilməsi ilə bağlı müddəalar Azərbaycan Respublikası CPM-in 189-191-ci maddələrində nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 191-ci maddəsinə əsasən Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabı na zərər çəkmiş şəxsə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulmuş ziyana görə kompensasiya verilməsi məsələsini zərərçəkmiş şəxsin ərizəsi ilə məhkəmə həll edir. Zərərçəkmiş şəxsə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına kompensasiya verilməsi haqqında qərarı ittiham hökmündə əks etdirərkən məhkəmə həmçinin kompensasiya qismində ayrılan pul məbləğinin məhkum edilmiş şəxsdən tutulub dövlət büdcəsinə qaytarılmasını hökmdə göstərir. İlk növbədə cinayət işi üzrə məhkəmə icraatı zamanı həmin məhkəmə işi üzrə hökmdə kompensasiya qismində ayrılan pul məbləğinin məhkum edilmiş şəxsdən tutulub dövlət büdcəsinə qaytarılması məsələsinin qeyd olunub-olunmaması araşdırılmalıdır. Bundan başqa CPM-in 197-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə zərər çək miş şəxsə vurulmuş ziyana görə kompensasiya qismində ödənilmiş məbləğ məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən yuxarıda qeyd olunan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və bu məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Məhkəmə tərəfindən kompensasiya müəyyən edilərkən, həmin kompensasiyanın dövlət büdcəsinə qaytarılması məsələsi də həll edilməlidir. Bununla yanaşı «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş zıyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının Qanununa istinad edilərək kompensasiya tələb edilmişdir. CPM-in 63-cü maddəsinə əsasən c inayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki mühakimə icraatı qaydasında «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş zıyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir. Lakin iş materiallarında iddiaçıya cinayət prosesini həyata keçirən orqanın (təhqiqat, ibtidai, istintaq, prokurorluq və məhkəmə orqanlarının) səhvi və ya sui-istifadəsi nəticəsində ziyan dəyməsi faktını müəyyənləşdirmək mümkün olmamışdır. Belə ki, yuxarıda qeyd olunan cinayət işi üzrə məhkum olunmuş şəxsin cinayət prosesini həyata keçirən orqanın vəzifəli şəxsləri olub-olmaması məlum olmamış dır. Azərbaycan Respublikasının Baş Prokurorluğu, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti sözügedən cinayət işi ilə bağlı 2017-ci il 7 may tarixli bəyanat yaymışdır. Yuxarıda qeyd olunan məsələlər ilə bağlı adıçəkilən orqanların məhkəmə işinə cəlb olunması məqsədəmüvafiqdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 03 noyabr 2008-ci il tarixli 8 nömrəli Qərarına əsasən Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi n əticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarına əsasən mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Bununla yanaşı maddi və mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Belə ki, həmin maddədə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir (ona qarşı xüsusilə ağır cinayət törədildikdə - üç yüz otuz manat, ona qarşı ağır cinayət törədildikdə - yüz altmış beş manat, ona qarşı az ağır cinayət törədildikdə - əlli beş manat, ona qarşı böyük ictimai təhlükə törətməyən cinayət törədildikdə - on bir manat). Göründüyü kimi mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği 330 manatdır. Bundan başqa iddiaçı ərizəsində məcburi ərizə yazdırılaraq işdən çıxdığını iddia etmiş və ma ddi zərərə görə kompensasiya tələb etmişdir. Sözügedən məsələ əmək mübahisəsi olduğundan qeyd olunan məsələ işçi (hərbi qulluqçu) və işəgötürən (müvafiq hərbi hissə) arasında tənzimlənməlidir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçının Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən maddi və mənəvi zərərə məruz qaldığını sübut edən hallar mövcud olmamışdır. Göstərilənlərə əsasən İddiaçı Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair» iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir.
12. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-733/2023 nömrəli iş üzrə 29 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ramin Xəlilov) iddia tələbi qismə n təmin edilərək, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən İddiaçı xeyrinə maddi ziyana görə 17568 manat, mənəvi zərərə görə 18000 manat manat, cəmi 35568 pulun tutularaq ona verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
13. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı əsassız olaraq 18 ay müddətində həbsdə olması və barəsində ibtidai istintaq orqanı tərəfindən aparılmış cinayət təqibinin əsassız olması təsdiq olunduğundan, iddiaçı mövcud iddia tələbi ilə məhkəmədə çıxış etməkdə tam haqlı olmuşdur.
14. Məhkəmə qeyd etmişdir ki, İddiaçı barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir çox maddələri üzrə (177.2.4, 331.3, 341.1, 347, 274, 228.1) cinayət işi başlanılmış və son olaraq bütün hissələri üzrə yekun o laraq AR CM-nin 329.1 və 341.1–ci maddələri istisna olmaqla cinayət işi üzrə icraata xitam verilmişdir. Həmçinin istisna kimi qalan AR CM-nin 329.1 və 341.1–ci maddələri üzrə məhkəmə qeyd etmişdir ki, həmin sonuncu maddələrin dispozisiyasında azadlıqdan məhrum etmə cəzası müəyyən edilməmiş, Tərtər Hərbi Məhkəməsinin 18 fevral 2016-ci il tarixli hökmü ilə hüquqi qiymət verilərkən də sırf AR CM-nin 329.1 və 341.1-ci maddələri üzrə ona 1 (bir) il müddətinə sınaq müddəti təyin edilmişdir. Bu isə onu deməyə əsas vermişdir ki, iddiaçı son olaraq ona verilmiş ittiham üzrə cəza təyin edilmiş olsaydı da belə iddiaçı öz iş yerində qalmaqla əmək münasibətlərini davam etdirəcəkdi.
15. Məhkəmə onu da qeyd etmişdir ki, iddiaçıya dəymiş ziyan məbləği 21600 manat qeyd edilsə də, bu hal məhkəmədə öz əksini tam tapmamışdır. Belə ki, iddiaçı məhkəmə iclasında vermiş olduğu izahatından da müəyyən edilmişdir ki, onun iş vaxtı ərzində rütbəsi (vəzifəsi) aşağı salınmış və bunun nəticəsində əmək haqqı aşağı düşmüşdür (ilkin iddia ərizəsində də iddiaçı özünün əmək haqqısının 976 manat olmasını qeyd etmişdir). Məhkəmə bu halda hesab etmişdir ki, iddia tələbi maddi ziyanın tutulması hissəsində qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə maddi ziyana görə 17568 (976 manat x 18 ay = 17568) manat məbləğində pul tutulmalıdır.
16. Məhkəmə hesab etmişdir ki, ibtidai istintaq orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində iddiaçı barəsində əsassız olaraq həbs qətimkan tədbiri tətbiq edildiyindən, iddiaçı 18 ay əsassız həbsdə olduğundan və bu hal cinayət işinin başlanmasının rədd edilməsi barə də qərarı ilə öz təsdiqini tapdığından, ona vurulmuş mənəvi ziyanın əvəzi kimi kompensasiya ödənilməlidir. İddiaçının törətmədiyi cinayətə görə qanunsuz olaraq təqsirləndirilən şəxs qismində tanınması, əsassız olaraq barəsində həbs qətimkan tədbirinin tətbiq edilməsi, ibtidai istintaq orqanı tərəfindən əsassız olaraq cinayət təqibinə məruz qalması onda narahatçılıq, cinayətkar imicinin yaradılması, nüfuzdan salınması və məyusluq hisslərinin yaranmasına və stressə düşməsinə səbəb olduğundan, ona vurulmuş mənəvi ziyan ödənilməlidir.
17. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddia tələbi mənəvi ziyanın tutulması hissəsində qismən təmin edilməli və mənəvi ziyanın əvəzi kimi iddiaçının xeyrinə 18000 (1000 x 18 ay) manat məbləğində pul tutulmalıdır.
18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublik ası Konstitusiyasının 68-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1101-ci, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56-cı, «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun 4cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair» 19 mart 2002-ci il tarixli, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfind ən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı Qərarlarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
19. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbi dövlət büdcəsinə yönəldiyindən məhkəmə tərəfindən iş üzrə təqsirkar vəzifəli şəxslərin məhkəmə prosesinə cəlb olunması, onların təqsirinin müəyyən edilməsi və dövlətin həmin şəxslərə qarşı reqres hüququndan istifadə edə bilməsi üçün hüquqi faktların məhkəmə qərarında göstərilməsi barədə qanunsuz hərəkətə yol vermiş vəz ifəli şəxs məhkəmə prosessinə cəlb olunmamışdır. Məhkəmə iddiaçıya mənəvi zərərə görə 18000 manat vəsaitin ödənilməsi qənaətinə gəlmişdir. Mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. İddiaçıya mənəvi zərərə görə 18000 manat məbləğində kompensasiya hesablanması tamamilə əsassız olmuşdur. Eyni zamanda ona dəymiş mənəvi ziyanla bağlı bu qədər yüksək məbləğdə kompensasiyanın müəyyən olunması, analoji məhkəmə işləri üzrə formalaşmış məhkəmə təcrübəsi baxımından da əsassız olmuşdur. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmiş ayırmalar ciddi şəkildə öz təyin atına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların şifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. Maliyyə Nazirliyinin kredit sərəncamçıları (hüquq-mühafizə orqanları) əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Xərc maddələri isə qanunla təsdiq olunduğundan və Maliyyə Nazirliyinin onu dəyişdirmək hüququ olmadığından məhkəmə qərarının icrasının aidiyyəti büdcə təşkilatına deyil, birbaşa və maliyyə mənbəyi göstərilmədən mücərrəd şəkildə dövlət büdcəsinə yönəldilməsi tamam ilə yanlış olmuş və belə olan halda yuxarıda sadalanan pozuntular nəticəsində qəbul edilən məhkəmə qərarının icrası ümumiyyətlə mümkünsüz olmuşdur. Başqa sözlə, büdcə təşkilatı Nazirliyin müvafiq xəzinədarlıq qurumuna sifariş vermək öhdəliyindən kənarda qaldığından xəzinədarlığın əsas prinsipləri pozulmuş və vəsaitin hansı xərclərdən ödənilməli olması məsələsi isə mübahisə doğurmuşdur. Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi halda son nəticədə yanlış olaraq Maliyyə Nazirliyi iş üzrə delikt törətmiş şəxs kimi dəyərləndirilmişdir.
21. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-3749/2023 nömrəli mülki iş üzrə 12 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Elşən Kazımov (sədrlik edən və məruzəçi), İkram Şirinov və Nami q Cəfərov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
22. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının Mülki Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan əsasla hazırkı iddia üzrə məhkəməyə müraciət etməkdə subyektiv hüquqları olmuş və Maliyyə Nazirliyinin cavabdeh kimi göstərilməsi isə iddianın sonuncuya qarşı yönəldilməsi kimi qiymətləndirilə bilməz. Çünki, qeyd olunan maddədə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikasının qanunla müəyyən edilmiş qaydada tam həcmdə ödəməsi nəzərdə tutulmuşdur. Mülki Məcəllənin tələblərinə görə Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak ed ir və bu hallarda onun səlahiyyətlərini hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Lakin iddiaçı ilə Mülki Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan orqanların və onların vəzifəli şəxslərinin arasında hazırkı iddianın irəli sürülməsinə əsas olmuş münasibətlər mülki hüquq münasibətləri olmamış və hazırkı iddiada da mülki hüquq münasibətləri nəticəsində yaranmamışdır. Bu baxımdan həmin orqanlar və onların vəzifəli şəxsləri qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində göstərdikləri fəaliyyətə, hərəkət və hərəkətsizliyə görə cavabdehlik daşıya bilməzlər. Qanunvericilik bu hallara görə mülki hüquqi məsuliyyət daşımalı olan şəxsi, yəni Azərbaycan Respublikasını konkret olaraq nəzərdə tutmuşdur. Buna görə də, Maliyyə Nazirliyi digər dövlət orqanlarının və onların və zifəli şəxslərinin hərəkətlərinə görə deyil, bu iddia üzrə Azərbaycan Respublikasını təmsil edən şəxs olaraq cavabdeh kimi qeyd olunmuş və bu da heç bir halda qanunvericiliyin tələblərinə zidd hesab edilə bilməz.
23. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsində Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onların hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmalarına gətirib çıxaran qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verildiyi göstərilməmişdir. Yuxarıda qeyd olunduğu kimi, məhkəmə iddianı Maliyyə Nazirliyinə münasibətdə deyil, Azərbaycan Respublikasına münasibətdə qismən təmin etmiş, Maliyyə Nazirliyi isə dövləti təmsil etmiş və bu da qanunvericiliyin tələblərinin pozulması demək deyildir. Başqa sözlə Maliyyə Nazirliyi iş üzrə d elikt törədən şəxs kimi dəyərləndirilməmişdir. Ona görə də bəraət almış şəxslərlə bağlı vurulmuş ziyanın hansı qurum və ya hansısa şəxs tərəfindən ödənilməli olması məsələsini hazırda araşdırılmasına da ehtiyac olmamışdır və Maliyyə Nazirliyinin cavabdeh kimi göstərilməsi heç bir halda köhnə (vaxtı keçmiş) məhkəmə praktikası kimi qiymətləndirilə bilməz.
24. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi hazırkı işə baxarkən Mülki Məcəllənin 1114.3-cü maddəsinin tələblərini istəsə belə nəzərə ala bilməzdi. Çünki, həmin maddədə göstərilən orqanların hansısa vəzifəli şəxsinin vurduğu zərər üzrə təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyənləşdirilməmiş, eləcə də hazırkı iş üzrə Azərbaycan Respublikası hansısa şəxsə reqres qaydada tələb irəli sürməmişdir. Bunun la yanaşı, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin iddiaçıya ödənilməsi qət edilən vəsaitin gələcəkdə dövlət büdcəsinə bərpası (qaytarılması) məqsədilə ziyanı vuran təqsirli vəzifəli şəxsi müəyyən etmək vəzifəsi də olmamışdır. Ona görə də, iddiaçıya ödənilən vəsaitin hansı qaydada dövlət büdcəsinə qaytarılması barədə qətnamədə hansısa bir izah verilməsi də mümkünsüz olmuşdur. Bu halları isə tərəflərin (tərəflərin və dövlətin) bərabərlik prinsipinin, maddi hüquq normalarının pozulması kimi qəbul etmək olmaz. Göründüyü kimi, şikayətin bu dəlili də əsaslı olmamışdır.
25. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının azadlıqdan məhrum olunması ona mənəvi zərər vurmaya bilməzdi. Çünki, istintaq orqanının və məhkəmənin səhvi nəticəsində, yəni qanunsuz həbs qətimkan tədbiri seçilməsi v ə azadlıqdan məhrumetmə cəzası təyin edildiyinə görə bu məhrumiyyətlər ən azından ona inamsızlıq, narahatlıq, məyusluq hissləri, stresslər, əzab və əziyyətlər yetirmişdir. İddiaçının bununla bağlı məhkəməyə əlavə sübut təqdim etməsinə də ehtiyac olmamışdır. Çünki, ən mötəbər sübut ona elan olunmuş ittiham üzrə əməlində cinayət tərkibi olmadığı əsası ilə barəsində bəraətverici əsaslarla cinayət işinin icraatına xitam verilməsi olmuşdur. Ona görə də, mənəvi ziyanla bağlı iddianın qismən təmin edilməsi qətiyyən əsassız və qanunsuz hesab edilə bilməzdi. Əlbəttə ki, mənəvi zərərlə bağlı tələb edilən məbləğdə ağlabatan olmalıdır. Lakin mənəvi zərərin həmin məbləğdə təmin olunması qətiyyən o demək deyil ki, iddiaçıya məhz həmin məbləğ həcmində mənəvi zərər dəymişdir. Belə ki, mənəvi zərərin əvəzi pul formasında ödənilsə də, nəinki təmin edilən məbləğ, heç tələb edilən məbləğ də ola bilər ki, iddiaçıya dəymiş mənəvi sarsıntının fəsadlarını aradan qaldırmasın. Lakin hazırkı iş üzrə dövlətin adından çıxarılan qətnamə ilə iddia mənəvi zərər hissəsində qismən təmin olunsa belə iddiaçının hüquqlarının pozulduğu bu qətnamə ilə açıq-aşkar təsdiq edilmiş olur. Mənəvi zərərin hər ay üçün 1000 manat müəyyən edilməsi də mövcud məhkəmə praktikasına uyğun olmuşdur və məhkəmə praktikasının vahidliyini də təmin etmiş olur.
26. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı iş üzrə mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Cinayət Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alına bilməzdi. Belə ki, həmin maddədə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir. Zərər çəkmiş şəxsin ona zərər vurmuş şəxsə qarşı da maddi və mənəvi zərər tələb hüququnu həmin kompensasiya məbləği istisna etmir. Hazırkı iş üzrə iddiaçı isə, cinayət işi üzrə zərər çəkmiş şəxs deyil, təqsirləndirilən şəxs olmuş, ona ittiham verilmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş, məhkum olunmuş, yalnız sonradan yuxarıda qeyd olunan səbəblərə görə ona elan olunmuş ittiham üzrə əməlində cinayət tərkibi olmadığına görə barəsində olan cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilmişdir. Ona görə də cavabdehin bu cür uğursuz müqayisə aparması əsaslı ola və iddianın rədd edilməsi üçün əsas ola bilməzdi.
27. Məhkəmə kollegiyası qeyd etmişdir ki, "Büdcə sistemi haqqında" Qa nunda Maliyyə Nazirliyinin kredit sərəncamçıları (hüquq-mühafizə orqanları) əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti, xərc maddələrinin isə qanunla təsdiq olunduğundan və Maliyyə Nazirliyinin onu dəyişdirmək hüququ olmaması hazırki iddianın təmin edilən hissəsinin rədd edilməsi üçün əsas ola bilməzdi. Qeyd olunduğu kimi, bu qətnamənin icrası hansısa büdcə təşkilatına deyil, məhz dövlət büdcəsinə həvalə olunmuşdur. Qətnamədə maliyyə mənbəyinin xüsusi olaraq göstərilməməsi onun mücərrəd şəkildə dövlət büdcəsinə yönəldilməsi demək deyildir. Çünki, maliyyə mənbəyi elə dövlət büdcəsidir və qətnamənin dövlət büdcəsindəki hansı maliyyə mənbəyi hesabına icra olunacağını dövlət özü müəyyən etməlidir. Çünki, hazırki iddia üzrə dövlətin iddiaçı qarşısında zərərvurmadan irəli gələn öhdəliyi yaranmışdır. Ona görə də bu qətnamənin dövlət büdcəsi hesabına icra olunması hansısa büdcə təşkilatının Maliyyə Nazirliyinin müvafiq xəzinədarlıq qurumuna sifariş vermək öhdəliyini yaratmır və buna görə də xəzinədarlığın əsas prinsipləri pozula bilməz. Vəsaitin hansı xərclərdən ödənilməli olması məsələsi mübahisə doğurmaması üçün Maliyyə Nazirliyi səlahiyyətləri daxilində bu məsələləri aidiyyəti dövlət orqanları ilə müzakirə edib həll etməlidir.
28. Apellyasiya instansiyası məhkəməsi iddiaçının 18 ay müddətində (xx.xx.2017-ci ildən xx.xx.2018-ci il tarixə qədər) həbsdə saxlanmasını nəzərə alıb, mənəvi zərərin əvəzi olaraq iddiaçıya ödənilməli olan məbləğin 18000 manat müəyyən edilməsini də əsaslı hesab etmişdir.
29. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096, 1101-ci, «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1, 4, 7-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
30. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
31. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
33. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır.
34. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azər baycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.
35. Maddə 1101.2. Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu
36. Maddə 1.1. Barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyan təhqiqat, ibtidai istint aq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir.
37. Maddə 4.1. Vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş miqdarda və qaydada ödənilməsi hüququ vurulmuş ziyanın bu Qanunla müəyyən edilmişhallarda, miqdarda və qaydada ödənilməsi hüququ bəraətverici hökm çıxarıldıqda yaranır.
38. Maddə 7.1. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir.
39. Maddə 7.2. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir. Azərbaycan Respublik asının Mülki Prosessual Məcəlləsi
40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
43. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli ola n bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
46. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
47. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
48. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının po zulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
50. Kassasiya şikayətində qeyd edilən dəlillər apelyasiya şikayətinin dəlilləri ilə eyni olduğundan və həmin dəlillərə apelyasiya instansiya məhkəməsi tərəfindən verilmiş hüquqi qiymətlə məhkəmə kollegiyası razı olduğundan məhkəmə kollegiyası hesab edir ki, bu dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas vermir.
51. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşd irərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın qismən təmin edilməsi barədə nəticəsi mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.
52. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3749/2023 nömrəli, 12 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul