Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3363/2021 19.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı1 cavabdeh “xxxx” MTK-ya qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: qeyri-yaşayış sahəsinin boşaldılması ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-299/2020 nömrəli iş üzrə 24 noyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 19 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında ba xaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: Cavabdeh3-nın payçılarının 01 iyun 2007-ci il tarixdə keçirilmiş ümumi yığıncağında N saylı evin zirzəmisinin 160,0 kv metr ölçüdə hissəsi qeyri-yaşayış sahəsi kimi N oğluna satılmış və bu barədə tərtib edilmiş protokol təsdiq edilməsi üçün Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Mənzil-Kooperativ Təsərrüfatı İdarəsinə göndərilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatı yanında Mənzil Məsələləri üzrə İctimai Komissiyanın 04 iyul 2007-ci il tarixli iclasında qeyri-yaşayış sahəsinin Q.H.Süleymanova verilməsi barədə MTK-nın 01 iyun 2007-ci il tarixli qərarı baxılmaq üçün komissiyaya çıxarılmış və Bakı Şəhəri İcra Hakimiyyəti başçısının 12 iyul 2007-ci il tarixli sərəncamı ilə Mənzil Məsələləri üzrə İctimai Komissiyanın yığıncağının 04 i yul 2007-ci il tarixli protokolları təsdiq edilmişdir. Bundan sonra Cavabdeh3 ilə Süleymanov Qüvvətəli Hacıbaba oğlu arasında 1 kv.metri 1000 manat olmaqla 210 kv.metr qeyri-yaşayış sahəsinə dair müqavilə bağlanmış və Süleymanov Qüvvətəli Hacıbaba oğlu tərəfindən qeyri-yaşayış sahəsinin dəyərini təşkil edən 210.000 manat MTK-ya ödənilmişdir. ünvan 2 saylı binanın zirzəmisində yerləşən 200 kv.metr ölcüdə qeyri-yaşayış sahəsinə dair “xxxx” MTK ilə İddiaçı1 arasında 20 dekabr 2011-ci il tarixdə müqavilə bağlanmış və həmin tarixli maliyyə arayışına görə zirzəminin pay dəyəri İddiaçı1 tərəfindən tam ödənilməklə onun “xxxx” MTK-ya borcu yoxdur. Mübahisəli qeyri-yaşayış sahəsinə dair 20 dekabr 2011-ci il tarixdə eyni zamanda İddiaçı1 ilə Cavabdeh3 arasında müqavilə bağlanmışdır. İş üzrə qəbul edi lmiş məhkəmə aktları Birinci instansiyası məhkəməsində icraat 2013-cü ilin dekabr ayında İddiaçı1 cavabdeh “xxxx” MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən 200 kv metr ölçüdə zirzəmini cavabdehdən 200.000 manata almasını, lakin MTK-nın öz müqavilə öhdəliklərinə əməl etməyərək onun həmin sahəyə daxil olmasına mane olmasını əsas göstərməklə ona dəymiş maddi və mənəvi zərərin ödənilməsinə, qeyri-yaşayış sahəsinin boşaldılıb ona təhvil verilməsinə və mülkiyyət hüququnu həyata keçirməsinə törədilən maneələrin aradan qaldırılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-548/2014 saylı, 11 fevral 2014cü il tarixli qətnaməsi ilə (hakim: S.B.Mehrəliyev) iddia qismən təmin edilərək qeyri-yaşayış sahəsinə İ ddiaçı1 pay hüququnun tanınması, həmin qeyri-yaşayış sahəsi üzərində sahiblik hüququnu həyata keçirilməsinə mane olmasının “xxxx” MTK-ya qadağan edilməsi, 200 kv.metr qeyri-yaşayış sahəsinin onun istifadəsinə verilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. 2019-cu ilin oktyabr ayında SN oğlu cavabdehlər “xxxx” MTK, Cavabdeh3 və İddiaçı1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən 200 kv metr ölçüdə zirzəminin Cavabdeh3 tərəfindən ona satılmasını və Bakı Şəhər İcra Hakimiyyəti başçısının 12 iyul 2007-ci il tarixli sərəncamı ilə onun adına rəsmiləşdirilməsini, lakin 2011-ci ildə onun məlumatı olmadan “xxxx” MTK və Cavabdeh3 tərəfindən həmin qeyri-yaşayış sahəsinin İddiaçı1 satılmasını əsas göstərməklə onunla “xxxx” MTK və Cavabdeh3 arasında bağlanmış müqavilələrin etibarsız sayılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-330/2020 saylı, 13 yanvar 2020-ci il tarixli qətnaməsi ilə (hakim: F.İ.Əyyubov) iddia təmin edilərək İddiaçı1 ilə “xxxx” MTK və Cavabdeh3 arasında bağlanmış mübahisəli qeyri-yaşayış sahəsinə dair 20 dekabr 2011-ci il tarixli müqavilələr etibarsız hesab edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat N Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 11 fevral 2014-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş və şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmaqla qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Nun iddiası əsasında çıxarılmış Bakı Şəhəri Yasamal Rayon Məhkəməs inin 13 yanvar 2020-ci il tarixli qətnaməsindən isə X1 hüquqi varisi Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iş üzrə icraata xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 sentyabr 2020-ci il tarixli qərardadı ilə hər iki mülki iş bir icraatda birləşdirilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-299/2020 saylı, 24 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ş.Ə.Məhərrəmova (sədrlik edən və məruzəçi), M.A.Məmmədov və R.M.Həsənov) İddiaçı1 hüquqi varisi Cavabdeh2 apellyasiya şikayəti təmin olunmamış, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-330/ 2020 saylı, 13 yanvar 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamə ilə Nun apellyasiya şikayəti qismən təmin edilərək Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-548/2014 saylı, 11 fevral 2014-cü il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı1 “xxxx” MTK-ya qarşı qeyri-yaşayış sahəsinin boşaldılması, mülkiyyət hüququna törədilən maneələrin aradan qaldırılması, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası rədd edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya instansiyası məhkəməsində icraat Cavabdeh2 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 noyabr 2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıl masını əsas göstərməklə ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri N oğlu kassasiya şikayətinə qarşı yazılı etirazla məhkəməyə müraciət edərək Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-299/2020 saylı, 24 noyabr 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya kollegiyasının iclasında Cavabdeh2 kassasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Nun nümayəndəsi və vəkili kassasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etmişlər. Tətbiq edilən hü quq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 337.1 Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 340.2 Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin ə qdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının poz ulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayətində qətnamənin ləğv edilməsi xah iş olunduğundan kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi iki müxtəlif Mənzil Tikinti Kooperativi tərəfindən müxtəlif şəxslərə satılmış və onlarla bu barədə müqavilələr bağlanmışdır. Həmin qeyri-yaşayış sahəsinə dair müqavilə əvvəlcə Cavabdeh3 ilə N arasında 12 iyul 2007-ci il tarixdə, “xxxx” MTK ilə İddiaçı1 arasında isə 20 dekabr 2011-ci il tarixdə bağlanmışdır. Müəyyən olunduğu kimi Nla müqavilə daha əvvəlki tarixə bağlanmış və qeyriyaşayış sahəsinin ona satılmasına dair Cavabdeh3-nın iclas protokolu Bakı Şəhər İcta Hakimiyyəti tərəfindən təsdiq olunmuşdur. Göstərilən vəziyyətdə mübahisəli qeyri-yaşayış sahəsinin “xxxx” MTK tərəfindən İddiaçı1 satılması qanunsuz olmuşdur. Belə ki, həmin sahə dəyəri alınmaqla Na 2007-ci ildə satılmış və zirzəmi hal hazırda onun sahiblik və istifadəsindədir. Digər tərəfdən isə “xxxx” MTK “xxxx” MTK-nın hüquqi varisi olmamış və mübahisəli sahənin mülkiyyətçisi olmamaqla onun üzərində sərəncam vermək hüququna, yəni sahəni İddiaçı1 satmaq hüququna malik olmamışdır. İşdən görünür ki, qeyri-yaşayış sahəsinə dair müqavilə 20 dekabr 2011-ci il tarixdə İddiaçı1 ilə həm “xxxx”, həm də Cavabdeh3 tərəfindən bağlanmışdır. Hər iki müqavilənin bağlanması üçün hüquqi əsaslar olmadığı ndan, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, həmin müqavilələr Mülki Məcəllədə müəyyənləndirilmiş şərtlərin pozulması ilə bağlandığından etibarsız sayılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Kassasiya instansiyası məhkəməsi yuxarıda göstərilənlərlə əlaqədar apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə müəyyən olunmuş sübutlara düzgün qiymət verilməklə və qanunun tələblərinə uyğun əsaslandırılmaqla çıxarıldığından kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Resp ublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-299/2020 nömrəli iş üzrə 24 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3363/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-3363/2021
19.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver