Məhkəmə qərarları › İş №2(102)-3365/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3365/2019

08.05.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3365/2019 08.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 fevral 2019-cu il tarixli 2(103)-1925/2019 saylı qərardadından Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 fevral 2019-cu il tarixli qərardadı ilə (hakimlər: V.N.Sadıqov, A.Q.Hüseynov və A.N.İmanov) Bakı şəhə ri Nəsimi rayon məhkəməsinin 11 may 2018-ci il tarixli qətnaməsindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilmiş və şikayət geri qaytarılması üçün həmin məhkəməyə göndərilmişdir. İşin halları: Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qanuni qüvvəyə minmiş 11 may 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh “xxxx” MTK-ya qarşı sənədlərə düzəliş edilməsi tələbinə dair iddiası təmin edilərək İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 10 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində tikilib təhvil verilərkən 117,0 kv.metr olan qeyri-yaşayış sahəsi ilə bağlı ilkin layihə sənədlərində cavabdeh “xxxx” MTK tərəfindən düzəliş edilməsi üçün sənədlərin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə göndərilməsi qət edilmişdir. 11 dekabr 2018-ci il tarixdə Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin nümayəndəsi qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını əsas göstərməklə apellyasiya şikayəti vermiş və iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya şikayətinə baxılması ilə əlaqədar mübahisələndirilən məhkəmə qərardadı qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi kassasiya şikayəti verərək qəbul edilmiş məhkəmə qətnaməsinin onların maraqlarına toxunmasını əsas göstərməklə qərardadın ləğv edilməsi və apellyasiya şikayətinin mümkün hesab edilərək işin baxılması üçün məhkəməyə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmiş və bu zaman prosessu al hüquq norması kimi Azərbaycan Respublikası MPM-nin 4.1-ci və 357.1-ci maddələrinə istinad etmişdir. Məhkəmə kollegiyasının iclasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçı və cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin müəyyən olunmuş hallarından görünür ki, İddiaçı MTK tərəfindən 117,0 kv.metr qeyri-yaşayış sahəsi təqdim olunmaqla həmin sahənin dəyərinin onun tərəfindən ödənilməsinə baxmayaraq layihədə həmin sahənin ölçüsü 103,07 kv.metr kimi göstərilmişdir. Həmin uyğunsuzluq İddiaçı əmlakına Çıxarış almaqda mane olduğu üçün məhkəməyə müraciət etmiş və tələbi təmin olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 357-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflə r, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər (357.1.). Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci və 306-cı maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər (357.2.). Eləcə də kassasiya şikayətində istinad olunan MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Reyestr Xidməti qəbul edilmiş qətnamənin onların maraqların a toxunmasını iddia etsə də bunun nədə ifadə olunmasını əsaslandıra bilməmiş və bununla əlaqədar apellyasiya instansiyası məhkəməsi qətnamənin Reyestr Xidmətinin maraqlarına toxunmaması və qətnamədən şikayət vermək hüququna malik olmaması barədə nəticəyə gəlmişdir. Kollegiya apellyasiya instansiyası məhkəməsinin həmin nəticəsi ilə razılaşaraq hesab edir ki, qərardad MPM-nin tələblərinə uyğun çıxarıldığından kassasiya şikayətinin dəlilləri onun ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 11 fevral 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi a

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar