Məhkəmə qərarları › İş №2(102)-3365/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3365/2021

01.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3365/2021 01.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh “X16 X12 Sözləşməsi” Respublikasındakı Nümayəndəliyinə qarşı iş üzrə Şirkətinin Azərbaycan QƏRARİ (Açar sözlər: Hava nəqliyyatından istifadə ilə bağlı mübahisə) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçı və onun vəkili X3, Cavabdehin nümayəndəsi və vəkili Vəkil, X1 iştirakları ilə, İddiaçı cavabdeh “X16 X12 Sözləşməsi” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı “pul tələbi”nə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2236/2020 nömrəli iş üzrə 18 mart 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı 26.12.2017-ci il tarixində Bakı-İstanbul-Lüksemburq istiqaməti üzrə təyyarəyə bilet almışdır. Bakıdan İstanbula təyyarə reyisni “xxxx” QSC həyata keçirməli, İstanbul-Lüksemburq təyyarə reysini isə X13 Aviaşirkəti həyata keçirməli idi. Bakı-İstanbul reysi üzrə uçuş 12.01.2018-ci il tarixdə heç bir gecikmə olmadan xxxx tərəfindən icra edilmişdir. Səyahətin ikinci mərhələsi - İstanbuldan Lüksemburqa: Təyyarənin yerli vaxtla 12.01.2018-ci il saat 14:45-də X7 1-ci terminalından (Türkiyə) uçması planlaşdırılmışdır. Təyyarənin yerli vaxt ilə saat 16:10-da Lüksemburq hava limanına çatması planlaşdırılmışdır. Uçuşdan əvvəl X8 təyyarəyə minik qapısı dəyişdirilmişdir. Dəyişdirilmiş yeni qapıya təqribən 35-40 dəqiqə məsafə qət etmək lazım idi. İddiaçı təyyarənin minik qapısına çatmadığı üçün həmin gün uçuşdan istifadə edə bilməmiş, nəticədə gecələmək, qida məhsullarına və yenidən həmin istiqamədə uçmaq üçün təyyarə bileti almaqla xərc çəkmişdir. İddiaçı hesab edir ki, onun təyyarəyə vaxtında minməməsinin günahı hava limanının əməkdaşlarının səriştəsizliyindən baş vermiş, minim qapısının dəyişdirilməsi barədə vaxtında məlumat verilməmiş, gecikmə onların günahından baş versə də şirkət bununla bağlı xərcləri çəkməkdən imtina etmişdir. Ona görə hazırkı tələbi irəli sürərək vurulmuş zərəri tələb edir. İş üzrə qəbul edilmiş məhk əmə aktları Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdeh “X16 X12 Sözləşməsi” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona vurulmuş maddi zərərin dəyəri olaraq ilkin biletin dəyəri olaraq 326 manat, ikinci biletin dəyəri olaraq 468 avro, 1 günlük gecələmə haqqının əvəzi olaraq 500 manat, işgüzar nüfuzuna və mənəvi zərərə görə 20.000 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahilş etmişdir

3. İddia tələbi belə əsaslandırılmışdır: 26.12.2017-ci il tarixdə Bakı-İstanbulLüksemburq istiqaməti üzrə təyyarəyə bilet almışdır. Bakıdan İstanbula təyyarə reyisni “xxxx” QSC həyata keçirməli, İstanbul-Lüksemburq təyyarə reysini isə X13 Aviaşirkəti həyata keçirməli idi. Bakı-İstanbul r eysi üzrə uçuş 12.01.2018-ci il tarixdə heç bir gecikmə olmadan xxxx tərəfindən icra edilmişdir. Səyahətin ikinci mərhələsi - İstanbuldan Lüksemburqa: Təyyarənin yerli vaxt ilə 12.01.2018-ci il saat 14:45-də X7 1-ci terminalından (Türkiyə) uçması planlaşdırılmışdır. Təyyarənin yerli vaxt ilə saat 16:10-da Lüksemburq hava limanına çatması planlaşdırılmışdır. Lakin burada X14 əməkdaşlarının səhlənkarlığı və sərnişinlərə etinasızlığı baş vermiş və nəticə etibarı ilə o, öz təyyarəsinə minə bilməmişdir. Belə ki, vaxtı-vaxtında reys üzrə qeydiyyatdan keçdikdən sonra o və bir neçə sərnişin X7 tələblərinə uyğun olaraq 1 saat 45 dəqiqə əvvəl hava limanında olmuş və yükü yoxlanılmışdır. Halbuki, tranzit olaraq Türkiyədən keçdiyindən və səyahətini davam etdirdiyi üçün birbaşa növbəti təyyarəyə köçürü lərkən yükün təkrar yoxlanılmasına ehtiyac olmamışdır. Bundan sonra digər sərnişinlərlə birlikdə təyyarayə minmək üçün hava limanının əməkdaşlarının dediyi Çıxış Qapısının (GATE) yanında gözləmədə olmuş, uzun bir müddət keçdikdən sonra X14 əməkdaşları yaxınlaşaraq bildirmişlər ki, təyyarəyə keçid qapısı dəyişdirilmiş və onları başqa istiqamətə yönləndirmişlər. Bundan sonra o və bir neçə sərnişin həmin çıxış qapisına yaxınlaşdıqda bildirilmişlər ki, guya onlar çıxış qapısına vaxtında yaxınlaşmamışlar, həmçinin təyyarə tamamilə dolmuşdur və buna görə də minmələrinə icazə verilməmişdir. O, aviadaşıyıcının nümayəndələrinə irad bildirsə də, onlar tərəfindən heç bir köməklik edilməmiş, bir sərnişin kimi hüquqları faktiki olaraq tapdanmışdır. O, işgüzar səfərini nəzərə alaraq, növbəti reyslə uç malı olduğunu bildirsə də, X14 əməkdaşları tərəfindən yalnız yeni bilet aldıqdan sonra uça biləcəyini bildirilmişlər. X16 öz əməkdaşlarının səhlənkarlığını, onların günahı ucbatından təyyarəyə minməməyini nəzərə alaraq ona əvəzsiz olaraq yeni bilet verməli olduqları halda ondan yeni bilet almasını tələb etmişlər. O, məcbur olaraq növbəti günə bilet almışdır. Bundan başqa. X11 nə ödənişsiz qida ilə, nə də qalmaq yeri ilə təmin etmədi. O, faktiki olaraq xarici ölkədə heç bir təminat və şərait olmadan qalmağa məcbur edildi. Bu azmış kimi ona yeni bilet satılanda da cavabdehin əməkdaşları tərəfindən haqsızlığa yol verilmiş, biletin alınması üçün ondan 470 avro pul alınmışdır. Sonradan verilmiş qəbzdə isə biletin dəyərinin 468 ABŞ dolları olması göstərilmişdir ki, bu da həmin günün məzənnəsi il ə ondan 400 türk lirəsi artıq alınmasına dəlalət etmişdir. X4 bağlanmış sərnişin daşıma müqaviləsinə və beynəlxalq qanunlara məhəl qoymadan hüquqlarını kobud şəkildə pozmuşdur. Bunun da nəticəsində o, iş görüşməsinə nəticə etibarı ilə gecikmiş və işgüzar nüfuzuna da xələl dəymişdir. Dəfələrlə bu barədə X5 mərkəzi ofisinə email vasitəsilə etdiyi müraciətlər cavabsız qalmışdır.

4. Bakı şəhəri Xətai Rayon Мəhkəməsinin 2(011)-7552/2019 saylı iş üzrə qəbul etdiyi 15 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim. P.Zamanlı) iddia tələbi rədd edilmişdir.

5. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. a) Apelyasiya instansiyası məhkəməsindəki icraat

6. Bakı Apellyasiya Məhkəməsinin Mülki K ollegiyasının (hakimlər Ş.Məhərrəmova - sədrlik edən və məruzəçi, M.Məmmədov və E.Şamayev ) 18 mart 2020ci il tarixli 2(103)-2236/2020 saylı qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin olunmuş; Bakı şəhəri Xətai Rayon Мəhkəməsinin 2(011)-7552/2019 saylı iş üzrə qəbul etdiyi 15 noyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə çıxarılmış; İddiaçı cavabdeh “X16 X12 Sözləşməsi” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı “pul tələbi”nə dair iddiası təmin edilməmiş; İddiaçı iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödədiyi dövlət rüsumları onun özünə aid edilməsi qət edilmişdir.

7. Apelyasiya instansiyası məhkəməsi qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 386.1, 842.2, 846.1, 846.2, 846.3, 846.4, 848, 1096.1, 1097.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri

8. İddiaçı apelyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbləri ilə bağlı məhkəmə araşdırması nəticəssində birmənalı ikildə sübuta yetirilmişdir ki, cavabdeh uçuşdan öncə uçuş qapısını dəyişdirmişdir. Uçuş qapıları arasında məsafə həqiqətən də çox böyükdür və qeyd edilən aviareysdən 10 nəfər sərnişin istifadə edə bilməmişdir. Cavabdeh bu halları qəbul etmişdir. Belə olan halda işə baxılan zaman cavabdeh sübut etməli olduğu hal ondan ibarət idi ki, cavabdeh uçuş qapısının dəyişməsini və bu barədə məlumatın həqiqətən də iddiaçıya vaxtında verilməsini sübuta yetirmiş olsun ki, yuxarıda qeyd etidiyi pozuntunun onun günahı olmadığı səbəbdən olması sübuta yetirilsin. Lakin bu hal olmamışdır. Cavabdeh bu halı sübuta yetirməmiş, əksinə bu barədə heç bir məlumatı məhkəməyə təqdim etməmiş, məhkəmə isə onları araşdırmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Kassasiya şikayətinə qarşı cavabdehin nümayəndəsi və vəkili Vəkil etiraz göndərərək qeyd etmişdir ki, İddiaçı verdiyi kassasiya şikayəti tam əsassızdır, heç bir sübuta istinad olunmamışdır. Maddi və prosessual normaları işin faktiki hallarına düzgün tətbiq olunmuşdur. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətin in təmin edilməməsi və apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

11. İddiaçı və onun vəkili X9 kassasiya şikayətini müdafiə edərək ona uyğun izahat verərək şikayətin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişlər.

12. Cavabdehin vəkili Vəkil oğlu kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

12. Maddə 842.1. Sərnişin daşınması müqaviləsinə görə daşıyıcı müəyyən nəqliyyat növü ilə sərnişini, habelə onun əl yükünü yola düşmə yerindən təyinat yerinə çatdırmağı, sərnişin isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür.

13. Maddə 8 42.2. Sərnişin daşınması müqaviləsi sərnişinin daşıyıcıdan sərnişin daşınması üçün nəqliyyat sənədi (gediş bileti) aldığı, yaxud gediş haqqı ödəniş alətindən istifadə etməklə ödənildiyi andan və ya daşıyıcının razılığı ilə sərnişinin nəqliyyat vasitəsində yer tutması nəticəsində bağlanmış sayılır.

14. Maddə 842.3. Əgər bu Məcəllənin bu paraqrafından ayrı qayda irəli gəlmirsə, sərnişin daşınması haqqında müqaviləyə tapşırıq müqaviləsi haqqında göstərişlər tətbiq edilir.

15. Maddə 846.1. Daşıyıcı daşımanı müqaviləyə, sərnişinlərin müdafiəsi üçün qüvvədə olan göstərişlərə və sərnişin nəqliyyat vasitələrinin istismarı qaydalarına uyğun həyata keçirməlidir. Əgər daşıma müqaviləsində xüsusi müddəalar yoxdursa, adi nəqliyyat növləri üçün yolun həmin hissəsində qüvvədə olan adi şərtlər razılaşdırı lmış şərtlər sayılır. Əgər daşıma bu tələbləri təmin etmirsə, qüsurla həyata keçirilmiş sayılır.

16. Maddə 846.2. Daşıma hər hansı qüsurla həyata keçirildikdə, sərnişinin, əgər o həmin qüsur barəsində dərhal daşıyıcıya bildiriş vermişsə və daşıyıcı qüsuru dərhal aradan qaldırmamışsa, aşağıdakı hüquqları vardır: daşımanın dəyərinin ağlabatan dərəcədə aşağı salınmasını tələb etmək; əgər daşıma qüsur nəticəsində xeyli pisləşmişsə və ya bu qüsura görə daşıyıcı üçün aşkar olan vacib əsaslar üzrə sərnişinə məqbul deyildirsə, gələcək üçün daşıma müqaviləsinin ləğv olunduğunu bəyan etmək.

17. Maddə 1128.1. Malın, işin və ya xidmətin konstruksiya, resept və ya digər qüsurları (keyfiyyətsiz məhsul) nəticəsində, habelə mala (işə, xidmətə) dair yanlış və ya yarımçıq informasiya nəticəsində fiziki şəxs in həyatına, sağlamlığına və ya əmlakına dəyən zərərin əvəzini malın satıcısı və ya istehsalçısı, işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı), təqsirli olub-olmadığına və zərərçəkənin onlar ilə müqavilə münasibətlərində olub-olmadığına baxmayaraq, ödəməlidirlər. Malın, işin və ya xidmətin qüsurları nəticəsində əmlaka zərər vurulan hallarda bu qayda yalnız o şərtlə tətbiq edilir ki, keyfiyyətsiz məhsul digər əmlaka zərər vurmuş və həmin digər əmlak öz təyinatına görə əsasən istehlak məqsədi üçün istifadə edilmiş olsun.

18. Maddə 1129.2. İşin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərərin əvəzini işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı) ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

19. Maddə 14.2. maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim et dikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Maddə 77.1. maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

22. Maddə 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

23. Maddə 418.1 maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosess ual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

24. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 2.2-ci bəndində təsbit olunmuşdur ki, məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən halla r işin materiallarına uyğun olsun. Eyni zamanda həmin qərarda göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. K assasiya baxışının hədləri

26. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

27. İşin məhkəmələr tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, iddiaçı Bakı – İstanbul və İstanbul – Lüksenburq marşurutu üzrə 26.12.2017-ci il tarixdə Bakı şəhərində aviabilet almışdır. Bakı – İstanbul rey si üzrə uçuşları “xxxx” QSC, İstanbul – Lüksenburq istiqaməti üzrə uçuşları isə “X16 X12 Sözləşməsi” Şirkətinin yerinə yetirməsi nəzərdə tutulmuşdur. İddiaçı 12.01.2018-ci il tarixdə Bakı – İstanbul reysi üzrə avia uçuş həyata keçirərək X10 (İstanbul) enmişdir. İddiaçının növbəti uçuş marşurutu 12.01.2018-ci il tarixində İstanbul şəhərindən (X15) Lüksemburq şəhərinə nəzərdə tutulmuş, lakin təyyarəyə giriş (minmə) qapısına vaxtında çatmaması səbəbindən iddiacı İstanbul – Lüksemburq istiqaməti üzrə sərnişin təyyarəsinə buraxılmamış, bu səbəbdən həmin istiqamət üzrə iddiaçı yenidən avia uçuş həyata keçirmək üçün 12.01.2018-ci il tarixində 468 ABŞ dolları ödəməklə yenidən aviabilet almışdır.

28. İddianı rədd edən Apelyasiya Məhkəməsinin əsaslanması belə olmuşdur: mülki hüquq pozuntusuna (del iktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Hazırki işdə isə iddiacı cavabdehin qanunsuz hərəkətlləri nəticəsində maddi ziyana uğradığı iddiasını biri digərini tamamlayan mötəbər sübutlarla sübuta yetirə bilmədiyindən, onun iddia ərizəsində ir əli sürdükləri formal mülahizə kimi qiymətləndirilməlidir. “X16 X12 Sözləşməsi” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin məhkəməyə ünvanladığı “12 yanvar 2018-ci il tarixli TK 1355 nömrəli İstanul-Lüksenburq uçuşu ilə əlaqədar” 10.03.2020-ci il tarixli arayışdan görünür ki, uçuş vaxtı saat 14:45, uçuş üçün təyyarəyə minik qapısı isə ilk olaraq 204 nömrəli qapı müəyyən edilmişdir. Saat 13:19-da X15 tərəfindən minik qapısı 204-dən 302 nömrəli qapıya dəyişdirilmiş, qapılar arasından 35-40 dəqiqəlik məsafə olmuşdur. Uçuş üçün qeydiyyatdan keçmiş 121 nəfərdən iddiaçı da daxil olmaqla 7 nəfər uçuşda iştirak etməmişdir.

29. Göründüyü kimi, işə baxan məhkəmə iddia edənin sübutetmə yükünün öhdəsindən gələ bilməməsi əsası ilə iddianı rədd etmişdir. Məhkəmənin həmin qənaətinin əsaslı olmasını müəyyən etmək üçün kimin hansı hallarını (nəyi) sübut etməli olmasını aydınlaşdırmaq lazımdır.

30. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq norma sının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır.

31. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutet mə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.

32. Məhkəmə kollegiyası qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

33. İddiaçının öz tələbinin əsası kimi istinad etdiyi hal ondan ibarətdir ki, uçuş vaxtı təyyarəyə minik qapısı uçuşa bir neçə dəqiqə qalmış dəyişdirilmiş və ona görə uçuşdan istifadə etməsi fiziki cəhətdən mümkün olmamışdır. İddiaçı həmçinin üçüşü həyata keçirən təyyarəyə çatmasını lakin, təyyarə dolu olduğu üçün salona minə bilməməsini izahatlarında qeyd etmişdir.

34. Cavabdeh təşkilat üçüşdan əvvəl minik qapısının dəyişdirilməsini etiraf edir. Lakin, məhkəməyə arayış göndərərək bunun uçuşdan kifayət qədər əvvəl aparılmasını və sərnişinin həmin qapıya getməyə vaxt imkanı olmasını bildirir. Məhkəmə həmin arayışı mötəbər sübut kimi qətnamənin əsaslanması zamanı istifadə etmişdir.

35. Eyni zamanda, cavabdeh təşkilat həmin uçuşda 121 nəfərdən 114 nəfərin iştirak etməsini, iddiaçı da daxil olmaqla 7 nəfərin iştirak etmədiyini etiraf edir.

36. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işdə cavabdehin minik qapısının dəyişdirilməsini etiraf etməsilə iddiaçı bu halı sübut etməkdən azad olunur (bu hal sübuta yetirilmiş hesab olunur).

37. Minik qapısının sərnişinin uçuşdan istifadə etməsi üçün kifayət qədər əvvəl dəyişdirilib-dəyişdirilməməsi halını sübutetmə yükü sərnişinin deyil, cavabdehin üzərinə düşür. Çünki sərnişin daşınması ilə bağlı xidmətləri həyata keçirən təşkilat bu sahədə inhisarçı səlahiyyətə malikdir, o cümlədən uçuşu həyata keçirmək, hava limanının iş rejiminə uyğun olaraq minik qapılarını uçuşdan əvvəl dəyişmək, bu zaman uçuşdan əvvəlki vaxt intervallarını nizamlamaq və.s. Həm də belə tədbirlər hava limanını təhlükəsiz iş rejimini təmin etmək üçün mərkəzləşdirilmiş qaydada, hava limanının elektron monitorları vasitəsi ilə həyata keçirilir və qeydiyyata alınır.

38. Ona görə cavabdeh təşkilat həmin halın təsdiqi üçün mötəbər sübutlar təqdim etməli idi. Cavabdehin öz mənafeyinə uğun olaraq təqdim etdiyi və digər sübutlarla təsdiq edilməyən, əksinə şübhə doğuran (7 nəfərin gecikməsinin etiraf olunması) arayış mötəbər sübut kimi qəbul edilə bilməz.

39. Cavabdeh tərəfindən təqdim edilmiş arayışa uçuş qapısının dəyişdirilməsi vaxtını təsdiq edən sənəd, video, foto, eletron manitorlardan çıxarış və.s. sübutlar təqdim edilməmişdir. Hava limanında minik qapısının dəyişdirilməsi barədə məlumatların tezliklə silinməsi barədə dəlillərə düzgün qiymət verilməmişdir. Özü də məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, hadisədən dərhal sonra iddiaçı cavabdeh təşkilata hadisə ilə bağlı pretenziyalar göndərmiş, yazışmalar aparmış, cavab almış dır (mülki iş səhifə 92-94).

40. Bundan başqa, cavabdeh təşkilat iddiaya etirazında bildirir ki, (mülki iş səhifə 48) digər sərnişinlərdən fərqli olaraq iddiaçının dəyişdirilmiş keçid qapısına vaxtında yaxınlaşmadığını görən X14 əməkdaşları iddiaçıya şəxsən yaxınlaşaraq onun təyyarəyə vaxtında minməsinə şəxsən kömək etməyə cəhd etmiş, lakin nəticədə iddiaçı öz diqqətsizliyi və ehtiyatsızlığı üzündən təyyarəyə minə bilməmişdir. Nümayəndə apelyasiya baxışı zamanı da həmin izahatı vermişdir (mülki iş səhifə122.) İddiaçının apelyasiya şikayətinə etirazda isə uçuş qapısının uçuşdan 40 (50) dəqiqə əvvəl dəyişdirildiyi qeyd edilmişdir (mülki iş səhifə 133). Cavabdeh təşkilatın Apelyasiya Məhkəməsinə ünvanladığı məktubda isə (mülki iş səhifə 127.) minimk qapısının uçuşdan 01 saat 26 dəqiqə əvvəl d əyişdirildiyi və qapılar arasındakı məsafənin 35-40 dəqiqə vaxt apardığını bildirilmişdir.

41. Göründüyü kimi cavabdehin iş üçün əhəmiyyət kəsb edən yeganə halla bağlı bütün məlumatları bir-biri ilə ziddiyyət təşkil edir. Əvvəla, X14 əməkdaşlarının iddiaçıya təyyarəyə vaxtında minməsinə şəxsən kömək etməyə cəhd etmələri, lakin nəticədə iddiaçının öz diqqətsizliyi və ehtiyatsızlığı üzündən təyyarəyə minə bilməməsi barədə izahatın aydınlaşdırılmasına zərurət vardı. Məhkəmə bununla bağlı heç bir aydınlaşdırma aparmamışdır. Həmin ifadə ilə belə qənaət hasil olur ki, iddiaçı minik qapısına çatsa da təyyarəyə minə bilməmişdir. Deməli, təyyarədəki bütün yerlərin artıq tutulmuş olması barədə iddiaçının dedikləri əsaslıdır. Əks təqdirdə sərnişinin təyyarəyə öz diqqətsizliyi və ehtiyatsızlığı ucbatı ndan hansı qaydada minə bilməməsinin başqa izahı yoxdur.

42. Bundan başqa, nümayəndə etiraf edib ki, minimk qapısı uçuşdan 40 dəqiqə əvvəl dəyişdirilib və şirkətin rəsmi arayışı ilə təsdiq olunur ki, dəyişdirilmiş qapılar arasındakı məsafə 35-40 dəqiqəlik məsafə olmuşdur. Bu isə yenə də iddiaçının rahat şəkildə minik qapısına çatmasını istisna edir.

43. Göründüyü kimi işə baxan Apelyasiya Məhkəməsi sübutetmə vəzifəsini bölüşdürərkən və sübutlara qiymət verərkən prosessual qanunvericiliyin tələblərini pozmuş və nəticədə düzgün olmayan qətnamə çıxarılmışdır.

44. Yuxarıda şərh edilənlər belə qənaətə gəlməyə əsas verir ki, Apelyasiya Məhkəməsi mübahisənin həllində maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, buda qətnamənin ləğv olunması üçün əsasdır.

45. Şərh edilənlər ə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 418, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2236/2020 nömrəli iş üzrə 18 mart 2020-ci il tarixli qətnaməsi ləğv olunaraq, iş yenidən baxılması üçün apellyasiya baxışına göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar