Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3367/2021 14.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı1 və İddiaçı2 cavabdehlər X yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: zaminliyə xitam verilməsi, ipoteka müqaviləsinin bağlanmamış sayılması) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı1 vəkili Vəkil2, “Bank VTB (Azərbaycan) ASC-nin vəkili X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X nömrəli iş üzrə 08.02.2021-ci il tarixli qətnaməsindən cavabdeh “Bank VTB (Azərbaycan) ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəməni n binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh2 ASC ilə X3 arasında 12.06.2014-cü il tarixdə X saylı baş kredit razılaşması bağlanmışdır. Həmin razılaşmaya əsasən, xa 120 ay müddətinə 5 000 000 ABŞ dolları və ya manat ekvivalenti olan məbləğdə kredit xətti açılmışdır.
2. Cavabdeh2 ASC ilə İddiaçı1 arasında bağlanmış daşınmaz əmlakın ipoteka müqaviləsinə əsasən baş kredit razılaşması üzrə xun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə İddiaçı1 mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Nizami küçəsində yerləşən 121-54 saylı fərdi yaşayış evi bank qarşısında ipoteka ilə yüklü edilmişdir.
3. Cavabdeh2 ASC ilə İddiaçı1 arasında bağlanmış 12.06.2014-cü il tarixli X saylı daşınmaz əmlakın ipoteka müqaviləsinə əsasən baş kredit razılaşması üzrə xun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə iddiaçı R.Vabahovun mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 14 saylı mənzil bank qarşısında ipoteka ilə yüklü edilmişdir.
4. Cavabdeh2 ASC ilə İddiaçı1 arasında bağlanmış 12.06.2014-cü il tarixli X saylı daşınmaz əmlakın ipoteka müqaviləsinə əsasən baş kredit razılaşması üzrə xun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə iddiaçı X un mülkiyyətində olan ünvan 20 «a» saylı mənzil bank qarşısında ipoteka ilə yüklü edilmişdir.
5. Cavabdeh2 ASC ilə İddiaçı1 arasında bağlanmış 12.06.2014-cü il tarixli X saylı daşınmaz əmlakın ipoteka müqaviləsinə əsasən, baş kredit razılaşması üzrə xun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə iddiaçı R.Vabahovun mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Kaveroçkin küçəsi ev 30 ünvanda yerləşən 16 saylı mənzil bank qarşısında ipoteka ilə yüklü edilmişdir.
6. Cavabdeh2 ASC ilə İddiaçı2 arasında bağlanmış 12.06.2014-cü il tarixli X saylı daşınmaz əmlakın ipoteka müqaviləsinə əsasən, baş kredit razılaşması üzrə xun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə İddiaçı2 mülkiyyətində olan X bank qarşısında ipoteka ilə yüklü edilmişdir.
7. Cavabdeh2 ASC ilə İddiaçı1 arasında bağlanmış baş kredit razılaşması üzrə xun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə 12.06.2014-cü il tarixli X saylı zaminlik müqaviləsi bağlanmışdır.
8. Cavabdeh2 ASC ilə x arasında bağlanmış 24.08.2015-ci il tarixli X saylı kommersiya krediti müqaviləsinə əsasən xa illik 15,5 % hesablanması şərti ilə 36 ay müddətinə 1.500.000 manat kredit verilmişdir.
9. İddiaçılar həmin kredit müqaviləsinin zam in və ipoteka qoyan kimi onlarla razılaşdırılmadığına istinad edərək aşağıdakı tələbləri irəli sürmüşlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasına və Cavabdeh2 ASC-yə qarşı «zaminlik müqavilələrinə xitam verilməsi, ipoteka müqavilələrinin bağlanmış hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ASC ilə X3 arasında bağlanmış 12 iyun 2014-cü il tarixli 126466-11335 saylı «Baş kredit razılaşması»na əsasən öhdəliklərin icrasının təmin edilməsi barədə Bank ilə İddiaçı1 arasında olan 12.06.2014-cü il tarixli X saylı, 12.06.2014-cü il tarixliX saylı, 12.06.2014-cü il tarixli X saylı, 12.06.2014-cü il tarixli X s aylı, İddiaçı2 arasında olan 12.06.2014cü il tarixli, X saylı Daşınmaz əmlakın ipoteka müqavilələrinin bağlanmamış hesab edilmələri, Cavabdeh2 ASC ilə İddiaçı1 ilə olan 12.06.2014-cü il tarixli X saylı zaminlik müqaviləsinə xitam verilməsi, ipoteka ilə yüklü edilmiş İddiaçı1 mülkiyyətində olan, Bakı şəhəri Nəsimi rayonu Nizami küçəsində yerləşən 121-54 saylı fərdi yaşayış evi, ünvan 1 ünvanda yerləşən 14 saylı mənzil, ünvan 20 «a» saylı mənzil və İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Kaveroçkin küçəsi ev 30 ünvanda yerləşən 16 saylı mənzilin yüklülüklərinin ləğv edilməsi, vurulmuş maddi ziyana görə iddiaçıların hər birinə ******* manat, mənəvi zərərə görə isə 100000 manat vəsaitin cavabdeh Maliyyə Bazarlarına Nəzarət Palatasından onların xeyrinə tutulması barədə qətnamə qəb ul edilməsini xahiş etmişlər.
11. İddiaçılar tələblərini belə əsaslandırılmışlar ki, Cavabdeh2 ASC ilə X3 arasında 12.06.2014-cü il tarixdə 126466-1-1335 saylı baş kredit razılaşması bağlanmışdır. Həmin razılaşmaya əsasən, xa 120 ay müddətinə ******* (beş milyon) ABŞ dolları və ya manat ekvivalenti olan məbləğdə kredit xətti açılmış, həmin bank ilə İddiaçı1 arasında 12.06.2014-cü il tarixdə XX X X saylı və İddiaçı2 arasında X saylı daşınmaz əmlakın ipoteka müqaviləsi bağlanmışdır. Həmin ipoteka müqavilələrinə əsasən, baş kredit razılaşması üzrə xun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə iddiaçı Xun mülkiyyətində olan, X «a» saylı,X və İddiaçı2 mülkiyyətində olan, Bakı şəhəri X mənzillər bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Eyni zamanda baş kredit razılaşması üzrə xun öh dəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdeh Bank ilə İddiaçı1 arasında 12.06.2014-cü il tarixli X saylı zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilələrdən sonra zamin və ipoteka qoyana heç bir məlumat verilmədən və onlarla razılaşdırılmadan, habelə ipoteka və zaminlik müqavilələrinə bu barədə əlavə və dəyişiklik edilmədən həmin təminatlar əsasında bank ilə x arasında bağlanmış 24.08.2015-ci il tarixli X saylı kommersiya krediti müqaviləsinə əsasən, xa illik 15,5 % hesablanması şərti ilə 36 ay müddətinə 1.500.000 (bir milyon beş yüz min) manat məbləğində kredit verilmişdir. Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi, Baş kredit razılaşması və sonradan bağlanmış kredit xətti müqavilələri zamin və ipoteka qoyanın hüquqlarını kobud şəkildə pozmaqla bağlanmışdır. Belə ki, Rəşad Cə brayılov ilə cavabdeh arasında imzalanmış baş kredit razılaşmasının 2.3-cü bəndində qeyd edilir ki, verilən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtləri hər dəfə tərəflər arasında bağlanan və bu razılaşmanın ayrılmaz tərkib hissəsi olan Kredit müqavilələri ilə müəyyən edilir. Kreditlər borcalana bu müqavilə müddəti ərzində kredit limiti daxilində bu müqavilənin tərkib hissəsini təşkil edən müvafiq kredit sazişləri ilə müəyyən edilir. Bu müqavilə borc verənin kredit vermək vədini ifadə etmir. Eyni zamanda cavabdehlə iddiaçılar arasında bağlanmış ipoteka və zaminlik müqavilələrinin müddəalarına əsasən, müqavilə ilə ipotekaya qoyulmuş əmlak, eyni zamanda zamin durmuş şəxs Cavabdeh2 ASC ilə borcalan x arasında bağlanmış kredit xəttinin açılması barədə müqavilə və bu kredit müqaviləsinin ayrılmaz tərkib hissələri olan ayrıca sazişlər üçün ayrılmış bütün vəsaitlərin qaytarılmasının təminatı kimi çıxış etdiyi qeyd edilsə də, bu öhdəliklərin vacib şərtlərini müəyyən etmək mümkün deyil. Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli Qərarına əsasən, zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Lakin cavabdeh bankla borcalan arasında bağlanmış hər iki kredit xətti müqaviləsi sadəcə iki nüsxədə tərtib edilmiş, nə ipoteka qoyan, nə də zaminlə razılaşd ırılmamışdır. Həmçinin qərarda qeyd edilir ki, Mülki Məcəllənin 307.4-cü maddəsinin əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir müddəası ipoteka müqaviləsində məbləğin müddətin faiz dərəcəsinin valyuta və s. zəruri şərtlərin göstərilməsini ehtiva edir. Həmçinin, «Banklar haqqında» Qanunun 46-cı maddəsinə əsasən Maliyyə Bazarlarına Nəzarət Palatası, bankların fəaliyyətinə nəzarəti həyata keçirməli olan orqan olduğu halda bu nəzarəti düzgün təşkil etməmiş və onların hüquqlarının pozulmasına şərait yaratmışdır. Bunun nəticəsində də onlara maddi və mənəvi zərər dəymişdir. Ona görə də hesab edirlər ki, Cavabdeh2 ASC ilə x arasında bağlanmış kredit xəttinin açılması barədə müqavilə, habelə həmin müqavilə üzrə təminat qismində bağlanmış ipoteka və zaminlik müqavilələri kredit verilməsinin mühüm şərtlərini əks etdirmədiyi, habelə mühüm şərtlər barədə tələblərin ipoteka və zaminlik müqavilələri bağlanarkən də pozulduğu üçün, həmin ipoteka müqavilələrinin ləğv edilməsi və ipoteka yüklülüyünə də xitam verilməsi barədə qətnamə qəbul edilməlidir.
12. Cavabdeh2 ASC-nin nümayəndəsi birinci instansiya məhkəməsindəki icraatda iddiaya etiraz edərək bildirmişdir ki, iddia tələbləri və iddiaçıların Konstitusiya Məhkəməsinin qərarlarına istinad etmələri əsassızdır. Belə ki, tərəflər arasında 2014-cü il tarixdə müvafiq müqavilələr bağlanılmaqla, hüquq münasibəti yaranmışdır və iddiaçılar tərəfindən hazırki iddia tələbi isə 25.07.2019-cu il tarixindən sonra m əhkəməyə verilmişdirlər ki, bununla da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 oktyabr 2019-cu il tarixli qərardadına əsasən, həmin tələblərin təmin olunması istisna edilir. Beləliklə, qeyd olunanlardan göründüyü kimi, iddiaçının bildirdikləri hazırki işin təsir dairəsinə düşmür. Bundan əlavə, İddiaçı2, İddiaçı1 ilə bank arasında 12.06.2014-cü il tarixli Xsaylı, 12.06.2014-cü il tarixli X aylı, 12.06.2014-cü il tarixli X saylı, 12.06.2014-cü il tarixli X saylı və 12.06.2014-cü il tarixli X saylı daşınmaz əmlakın ipoteka müqavilələri, eləcə də, İddiaçı1 ilə Bank arasında 12.06.2014-cü il tarixli 123525-77341 saylı zaminlik müqavilələri bağlanılmış və həmin müqavilələrin nüsxələrindən biri bankda saxlanılmış, digəri isə ipoteka qoyana və zaminə təqdim olunub. İddiaçıla r həmin müqavilələrin bağlanılmasında şəxsən iştirak etmiş və onu imzalamaqla, müqavilə şərtlərindən məlumatlı olmuşdurlar. Beləliklə, ipoteka və zaminlik müqavilələrinin ipoteka qoyan və zaminə təqdim edildiyi 2014-cü il tarixli iddiaçıların hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu tarixdir və onlar bununla bağlı ağlabatan müddət ərzində məhkəməyə müraciət etməməklə iddia müddətini ötürmüşdülər. Halbuki, iddiaçıların iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün kifayət qədər vaxtı olmasına baxmayaraq, iddia tələbini uzun müddət sonra irəli sürmüşlər. Bu səbəbdən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372, 372.2, 373.2, 354.2, 375.2 və 377ci maddələri baxımından, iddiaçılar tərəfindən verilmiş iddia ərizəsi rədd edilməlidir. Göründüyü kimi, iddiaçılar əqdin mübahisələn dirilməsinə dair iddianı verərkən iddia müddəti barədə məcburi müddəaları nəzərdə tutan qüvvədə olan qanunvericiliyin tələblərinə riayət etməmiş və bununla da hazırkı iddia tələbi üzrə iddia müddətini ötürmüşlər. Göstərilənlərə əsasən iddia əsassız olduğundan rədd edilməlidir.
13. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim C.Tağıyev) 08 sentyabr 2020-ci il tarixli, 2(006)-2794/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh2 ASC ilə X3 arasında bağlanmış 12 iyun 2014-cü il tarixli, 126466-1-1335 saylı baş kredit razılaşmasına əsasən öhdəliklərin icrasının təmin edilməsi barədə bankla İddiaçı1 arasında olan 12.06.2014cü il tarixli x saylı, 12.06.2014-cü il tarixli x saylı, 12.06.2014-cü il tarixli x saylı, 12.06.2014-cü il tarixli X saylı, İddiaçı2 arasında olan 12.06.2014 -cü il tarixli xsaylı daşınmaz əmlakın ipoteka müqavilələrin bağlanmamış hesab edilməsi, Cavabdeh2 ASC ilə İddiaçı1 arasında olan 12.06.2014-cü il tarixli 123525-7-7341 saylı zaminlik müqaviləsinə xitam verilməsi, ipoteka ilə yüklü edilmiş İddiaçı1 mülkiyyətində olan, Bakı şəhəri Nəsimi rayonu Nizami küçəsində yerləşən 121-54 saylı fərdi yaşayış evi, ünvan 1 ünvanda yerləşən 14 saylı mənzil, ünvan 20 «a» saylı mənzilin və İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Kaveroçkin küçəsi ev 30 ünvanda yerləşən 16 saylı mənzilin yüklülüklərinin ləğv edilməsi, iddianın qalan hissələrdə təmin olunmaması qət edilmişdir.
14. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçıların tələblərinin əsasını xla cavabdeh bank arasında bağlanmış 12.06.2014-cü il tarixli 126466-1-1335 saylı baş kre dit razılaşmasının 2.3-cü bəndi təşkil edir. Həmin bəndin tələblərinə əsasən verilən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtləri hər dəfə tərəflər arasında bağlanan və bu razılaşmanın ayrılmaz tərkib hissəsi olan kredit müqavilələri ilə müəyyən edilir. Kreditlər borcalana bu müqavilə müddəti ərzində kredit limiti daxilində bu müqavilənin tərkib hissəsini təşkil edən müvafiq kredit sazişləri ilə müəyyən edilir. Konstitusiya Məhkəməsinin Plenumunun 31 may 2018-ci il tarixli Qərarına əsasən, zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Mülki Məcəllənin 477.0.1-ci maddəsinin «onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması» müddəası isə kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. Konstitusiya Məhkəməsinin Plenumu mövcud qanunvericilik normalarından çıxış edərək zaminlik müqaviləsinin bağlanmış hesab edilməsi üçün yuxarıda göstərilən zəruri şərtlərin kredit müqavilələrində göstərilməli olması qənaətinə gəlmişdir. Həmçinin, Plenum hesab etmişdir ki, həmin şərtlərin müqavilədə göstərilməməsinin və ya zaminin razılığı alınmadan sonrad an dəyişdirilməsinin onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduğu müəyyən edilərsə, zaminliyə xitam verilməlidir. Qərarda daha sonra qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4-cü maddəsinin «əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir» müddəası ipoteka müqaviləsində məbləğin müddətində faiz dərəcəsinin valyuta və s., zəruri şərtlərin göstərilməsini ehtiva edir. Bununla da öhdəliyin təminatı kimi bağlanmış ipoteka müqaviləsində göstərilməli olan mühüm şərtlər dəqiqləşdirilmişdir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin hesab etmişdir ki, kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilm ədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə ipoteka qoyanın yazılı razılığı alınmalıdır. Lakin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, cavabdeh bankla borcalan arasında bağlanmış kredit xətti müqaviləsi sadəcə iki nüsxədə tərtib edilmiş, nə ipoteka qoyanlar, nə də zaminlə razılaşdırılmamışdır. İşin araşdırılmış hallarından məlum olur ki, bankla x arasında bağlanmış 24.08.2015-ci il tarixli X saylı kommersiya krediti müqaviləsinə əsasən xa illik 15.5 faiz hesablanması şərti ilə 36 ay müddətinə ******* manat məbləğində kredit verilməsindən məlumatları olduqları vaxtdan Rəşad Cəbrayılov ilə cavabdeh bank arasında imzalanmış baş kredit razılaşmasının 2.3-cü bəndinin pozulması ilə bağlı hazırkı iddialarını qaldırmışlar. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat 1
5. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-Ş.Məhərrəmova (sədrlik edən və məruzəçi), M.Məmmədov və R.Həsənov) 08 fevral 2021-ci il tarixli, X nömrəli qətnaməsi ilə Cavabdeh2 ASC-nin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin X saylı, 08 sentyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
17. Cavabdeh2 ASC kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmi şdir.
18. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçıların Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə 31.05.2019-cu il tarixində “ipoteka və zaminlik müqavilələrinin ləğv edilməsi” barədə müraciət etdikləri iddia ərizəsi əlavə olunmuş sənədlərlə birlikdə 07.06.2019-cu il tarixli qərardadla geri qaytarılmış və iddiaçılar iddia tələbini dəyişərək 2 ay sonra təkrar məhkəməyə müraciət etmişdirlər. BAM da birinci instansiya məhkəməsi kimi qəbul etdiyi qətnamədə icraatında olmayan geri qaytarılmış ilk mülki işə istinad etmiş və öz qətnaməsini AR Konstitusiya Məhkəməsinin 11,10.2019-cu il tarixli qərardadındakı hüquqi mövqeyinə uyğunlaşdırmağa çalışaraq, Bank qarşısında olan öhdəliyin icrasından uzun müddət sui-istifadə edərək yayman iddiaçılara əlverişli şərait yaratmışdır. Yəni AR Konstitu siya Məhkəməsinin 11.10.2019-cu il tarixli qərardadında “Plenumun 2018-ci il 31 may və 2019-cu il 25 iyul tarixli Qərarları qüvvəyə minənədək məhkəmələrin icraatında olan mübahisələrə şamil olunması”nm vurğulanmasına baxmayaraq, BAM, sözügedən qərardadın tətbiqində səhvə yol vermişdir. Belə ki, ilkin tələb (müqavilənin ləğvi tələbi - Mülki Məcəlləyə əsasən müqavilənin ləğvi anındək onun şərtlərinin mübahisəsiz olaraq iddiaçılar tərəfindən qəbul edilməsi anlamına gəlir ki,) hazırki tələbdə irəli sürülən əsasların iddiaçılar tərəfindən qəbul edilməsidir və həmin mülki işin iddia tələbinin predmeti fərqli olmaqla ona əlavə olunmuş sənədlər iddiaçılara geri qaytarılmışdır, ikincisi isə mülki işin məhkəmənin icraatında olan iş hesab edilməsi üçün prosessual qanunvericilik iddia tələbinin icraat a qəbul olunması üçün müəyyən etdiyi qaydalara riayət edilməsini tələb edir və iddia tələbinə zəruri sənədlər Mülki Prosessual Məcəllənin 149.2.4-ci və 150,0.7-ci maddəsinə əsasən əlavə edilmədikdə məhkəmə iddia ərizəsini icraata götürmədən onu təqdim edən şəxsə əlavə olunmuş sənədlərlə birlikdə geri qaytararaq icraata qəbul etməni mümkünsüz sayır. Bundan başqa, məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində istifadə etdiyi “icraatında olmuş ” ifadəsi keçmiş zamanda bitmiş hərəkəti əks etdirir və Plenumun “2018-ci il 31 may və 2019-cu il 25 iyul tarixli Qərarları qüvvəyə minənədək məhkəmələrin icraatında olan ” şərtlə göstərilmiş ifadəsi isə məhəkəmənin əsaslandırmasının əksini, yəni mülki iş məhkəmənin icraatına sözügedən qərarlar qəbul olunduqdan sonra daxil olmuşdursa, o zaman hazırki iş in hallarına şamil edilməməsini nəzərdə tutur. Qeyd olunanlardan göründüyü kimi iddiaçıların 31.05.2019-cu il tarixində “ipoteka və zaminlik müqavilələrinin ləğv edilməsi” barədə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə müraciəti üzrə iddia ərizəsi əlavə olunmuş sənədlərlə birlikdə icraata götürülmədən 07.06.2019-cu il tarixli qərardadla onlara qaytarılmışdır, Göründüyü kimi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 11.10.2019-cu il tarixli qərardadındakı şərtləri nəzərə alaraq mülki iş məhkəmənin icraatına sözügedən Plenum qərarları qəbul olunduqdan sonra daxil olmuşdursa, o zaman Plenumun 2018-ci il 31 may və 2019-cu il 25 iyul tarixli qərarları barədə müddəalarının şamil edilməməli olduğunu nəzərdə tutur və hazırki işin hallan həmin qərarların təsiri dairəsinə düşmür. Bundan başqa Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 07.06.2019-cu il tarixli X saylı qərardadının mövcudluğu hazırki mülki iş üçün heç bir əhəmiyyət kəsb etmir. Ona görə ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin X saylı mülki işi üzrə ərizəni geri qaytardığı həmin işə baxılmasım istisna etdiyi kimi məhkəmə bu mülki işdə icraatında olmayan işə istinad edə bilməz və onun hüquqi əhəmiyyəti yoxdur. Tərəflər arasında 2014-cu il tarixində müvafiq müqavilələlər bağlanılmaqla hüquq münasibəti yaranmışdır və iddiaçı(lar) tərəfindən hazırkı iddia tələbi isə Səbail Rayon Məhkəməsinə 25.07.2019-cu il tarixindən sonra məhkəməyə verilmişdir(lər) ki, bununla da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 oktyabr 2019-cu il tarixli qərardadına əsasən, həmin tələb(lər)in təmin olunması istisna edilir. Çünki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470,2-ci maddəsi və “İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında " Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair" 2018-ci il 31 may tarixli və “Banklar haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edil məsinə dair" 2019-cu il 25 iyul tarixli Qərarlarına dair" 11 oktyabr 2019-cu il qərardadında qeyd edilir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0,8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 31 may tarixli və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1,0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1- ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 25 iyul tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqelər müvafiq olaraq həmin Qərarların qüvvəyə minməsindən sonra yaranan münasibətlərə, habelə predmetlərinə müvafiq olaraq Plenumun 2018-ci il 31 may və 2019-cu il 25 iyul tarixli Qərarları qüvvəyə minənədək məhkəmələrin icraatında olan mübahisələrə şamil olunur. Məhkəmə iddia müddəti ilə bağlı MM-in 377.1-ci maddəsinə istinad etmiş və iddiaçılar hüquqlarının pozulması barədə məlumatlı olan kimi məhkəməyə müraciət etməkdə haqlı olduqlarını və iddia müddətini ötürmədiklərini qeyd etmişdir. Mülki işin materiallarında iddiaçıların hüquqlarının “pozulduğu”nu bildiyi anın hansı tarixdən müəyyən edilməsi məlum deyil və bunu isbat edən sübut mövcud olmadığı halda məhkəmənin ehtima l etdiyi qənaət isə heç nə ilə təsdiq edilmir. Əksinə tərəflərə müqavilələrin təqdim olunması, kredit alan ilə birlikdə ipoteka qoyan iddiaçıların ipoteka müqavilələrinin bağlanmasında şəxsən iştirak etməsi, həmçinin müqavilə şərtlərini (məbləğ, faiz, müddət göstərilməklə) əks etdirən pretenziyaların Bank tərəfindən iddiaçılara 2016-cı il tarixində göndərilməsi və illərlə müqavilə şərtləri tərəflərə məlum olduğu halda susmaları kimi hallar iddia müddətinin ötürülməsinə və tətbiqinə əsas verir. Digər tərəfdən ipoteka müqaviləsinə münasibətdə Konstitusiya Məhkəməsi qərarında ipoteka müqaviləsinin “bağlanmamış hesab olunması” ifadəsindən istifadə etmişdir ki, bu da müqavilənin etibarsızlığı institutunu özündə ehtiva edir. Belə olan halda isə Mülki Məcəllənin 354-cü maddəsinə əsasən bir il ərz ində tələb irəli sürülməsi nəzərdə tutulur və həmin maddi hüquq norması ilə əlaqəli şəkildə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 12.03.2020-ci il tarixli Plenum qərarında qeyd olunan kəsici müddətlər tətbiq edilir. Həmin qərarda qeyd olunur ki, kəsici müddət - şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv h üququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Bundan başqa məhkəmə qətnamənin əsaslandırıcı hissəsində AR “İpoteka haqqında ” qanunun 14.1-ci maddəsinə istinad edərək təminat altına alınmış öhdəliyin mahiyyətinin dəyişdiyi barədə qənaətə gəlmişdir. Lakin tərəflər arasında olan müqavilə münasibətinə əsasən təminat altına alınmış öhdəliyin mahiyyəti dəyişməmişdir. Hazırkı mülki is üzrə həqiqət və iddiaçılara məlum olan hal odur ki, ipoteka qovanlar və zamin öz iradələrini tərəflər arasında başlanmış “Baş Kredit Razılaşması”nın (bundan sonra mətndə “BKR ”) 2.1-ci bəndində müəyyən olunan, yəni açılan kredit xəttinin 120 ay müddətinə, 5.000.000 ABŞ dolları və ya manat ekvivalenti məbləği həddində olmasına dair raz ılıq vermələridir. İlk olaraq qeyd edək ki, Konstitusiya Məhkəməsinin mövqeyinə əsasən, “Baş Kredit Razılaşması” ayrıca müqavilədir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 31 may 2018-ci il tarixli Plenum qərarında qeyd edilir ki, bir çox ölkələrdə geniş tətbiq olunan kreditləşmə növlərindən biri də kredit xətləridir (limitləridir). Belə müqavilələr ayrıayrı ölkələrdə “baş kredit razılaşması”, “kre dit xətti müqaviləsi”, “çərçivə müqaviləsi, ümumi şərtlər müqaviləsi”, “açıq şərtlərlə razılaşma” və s. kimi tanınır. Mülki Məcəllənin 324.4, 385.1, 386.1, 405.1 və 739-cu maddələrinə uyğun olaraq tərəflərin iradə ifadəsini əks etdirən və onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən kredit xətti müqaviləsi niyyət razılaşması deyil, müqavilə kimi qəbul olunmalıdır. Belə ki, X1 və İddiaçı1 ilə Bank arasında 12.06.2014-cü il tarixli xsaylı; 12.06.2014-cü il tarixli 123525- NEDVİJ-2805 saylı; 12.06.2014-cü il tarixli x saylı; 12.06.2014-cü il tarixli x saylı; 12.06.2014-cü il tarixli x saylı “Daşınmaz əmlakın ipoteka müqavilə”lərinin 4.2-ci bəndində ipoteka üzrə öhdəliyin həcmi 120 ay müddətinə 5.000.000 (beş milyon) ABŞ dolları və ya manat ekvivalenti məbləğində olması əksini tapıb v ə iddiaçıların əsas öhdəliyi qeyd olunan bənddə göstərilən məbləğ həddindədir və iddiaçıların Bank qarşısında götürdükləri öhdəliyin həcmi kredit müqavilələri baxımından artmamışdır, Həmçinin ipoteka predmetləri barədə notarial əməliyyatlar hüquq münasibətlərinin qüvvədə olduğu qanunun tələbləri nəzərə alınmaqla aparılmış və buna uyğun olaraq da ƏMDK yanında DƏDRX tərəfindən həmin əmlaklar Bankın xeyrinə yüklü edilmişdir ki, hazırda isə onların qanunvericiliyə əsasən yüklülüyünun ləğv edilməsi qanuna zidd olmuşdur. Həmçinin ipoteka müqavilələri “Baş Kredit Razılaşması”na münasibətdə bağlanmamış hesab olunmayıb və bu baxımdan ipoteka predmetinin yüklülüyünün ləğv edilməsi qanuna ziddir. Ona görə də məhkəmənin ipoteka müqaviləsinin bağlanmamış hesab edilməsi və ipoteka predmetinin yüklülüyün ün ləğv edilməsinə ” dair gəldiyi qənaəti Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2018-ci il 31 may və 2019-cu il 25 iyul tarixli qərarlarına uyğun deyil. O cümlədən İddiaçı1 Vahab oğlu ilə Bank arasında bağlanılmış 12.06.2014-cü il tarixli 1235257-7341 saylı, “Zaminlik müqavilə”sinin 2.5-ci və 3,4.4-cü bəndində “Baş Kredit Razılaşmasından irəli gələn öhdəliklərin zaminə yaxşı məlum olduğu və zaminliklə təmin edilmiş öhdəliyin dəyişdirilməsinə əvvəlcədən etiraz etmədiyi barədə razılığını bildirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” 04 sentyabr 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 470.2-ci maddəsinin “gələcəkdə yarana caq öhdəliyin təmin edilməsi müddəası zaminin əvvəlcədən razılaşdırılmış əsas borca dair gələcəkdə yaranacaq öhdəliyə zamin durması kimi başa düşülür. Həmçinin iddiaçı iradə ifadələrini zaminlik müqaviləsini imza etməklə öz razılığını bildirmişdir. Bu andan sonra isə zaminin öhdəliyi dəyişməmişdir. Bundan başqa, qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli qərarında göstərilmişdir ki, “...zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə gətirib çıxaran dəyişiklər dedikdə, zaminin müqavilə bağlayarkən həmin müqavilə üzrə öhdəsinə götürdüyündən daha artıq öhdəliyinin yaranması nəzərdə tutulur. Göründüyü kimi, həmin maddə istənilən dəyişikliyə görə zaminliyin xitamını nəzərdə tutmur. Bu normaya əsasən zami nliyin xitamı üçün təmin edilmiş öhdəliyə edilən dəyişiklik zaminin məsuliyyətini artırmalı və ya onun üçün başqa əlverişsiz nəticələrə səbəb olmalıdır. Zaminliyə xitam verilməsi üçün hər iki şərtin, yəni zaminin razılığı olmadan öhdəliyin dəyişdirilməsi və belə dəyişdirilmənin onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması vacibdir... ” Digər tərəfdən kredit alanla zamin bir-biri ilə münasibəti olmasa zaminlik müqaviləsi kimi məsuliyyətli müqavilənin bağlanılmasına razılıq verməz. Zaminlik müqaviləsinin bağlanmasına iddiaçı tərəfindən razılığın verilməsi və tərəflər arasında olan münasibətin yaxın olması faktı tələbin əsassızlığını təsdiq edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsin ə dair ” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 iyun 2018-ci il tarixli qərarında qeyd olunur ki, bir çox hallarda zamin şəxsi münasibətlərdən irəli gələrək borclunun öhdəliyinin icrası ilə bağlı kreditor qarşısında məsuliyyət götürür. Lakin zaminlə borclu arasında mövcud olan bu münasibətlər zaminlik müqaviləsinin hüquqi əsasım təşkil etmir. Bu müqavilənin hüquqi əsasını zaminin əsas öhdəliyin icra ediləcəyinə dair məsuliyyəti üzərinə götürməsi, kreditora öhdəliyin icrasına dair zəmanət verməsi təşkil edir. Üstəlik zaminliyə münasibətdə onu bildirək ki, «Zaminlik müqaviləsi ”nə xitam verilməsi» ilə bağlı bir qayda olaraq, müqavilənin xitamı tərəflər arasında bağlanılmış müqavilədə nəzərdə tutulduqda yol veriləndir. Hazırkı iddia tələbi üzrə məhkəmənin istinad etdiyi K onstitusiya Məhkəməsinin qərarları zaminliklə bağlı başqa hüquq münasibətini tənzimləyir və həmin müddəalar zaminlik müqaviləsinə xitam verilməsini nəzərdə tutmur. İş materiallarından göründüyü kimi müqavilə şərtləri iddiaçılara məlum olsa da, onlar həqiqəti pərdələmək qərarına gəliblər və hazırki iddia ərizəsi hüquqdan sui-istifadə edilməsi məqsədi daşıyır ki, bu da qanunvericiliklə yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarında qeyd edilmişdir ki, MM-in 6-cı maddəsində sadalanan mülki qanunvericiliyin prinsipləri sırasına vicdanlılıq prinsipi daxil olmasa da, Məcəllədə mülki hüquqların həyata keçirilməsinin və müdafiəsinin hədlərini müəyyən edən qaydalar nəzərdə tutulmuşdur. Belə ki, MM-in 5.3-cü maddəsinə əsasən mülki hüquq mü nasibətlərinin subyektləri öz hüquq və ' vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-cı maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Beləliklə, məhkəmənin mübahisəli münasibət barədə qət etdiyi qətnamə ədalətli məhkəmə araşdırması hüququ baxımından öz ədalətli həllini tapmamışdır. “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddə sinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Plenum qərarında qeyd edilir ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli. öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Göründüyü kimi, mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkiş afına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Konkret mülki işin baxılması və həll edilməsi zamanı həqiqətin müəyyən edilməli olması heç kim tərəfindən və heç bir zaman inkar edilməmişdir. Bu inkar olunarsa, mülki işlərin baxılması və həll edilməsi zamanı tətbiq edilən "ədalət mühakiməsi” anlayışı öz mənasını itirmiş olar». b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
20. Məhkəmə iclasında iştirak edən “Bank VTB (Azərbaycan) ASC-nin vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.
21. Məhkəmə iclasında iştirak edən iddi açının vəkili kassasiya şikayətinə etiraz edərək onun təmin olunmamasını xahiş etdi.
22. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
23. Maddə 307.1. İpoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, ipoteka ilə təmin edilən öhdəliyin mahiyyəti, ölçüsü və icra müddəti göstərilməlidir (tərəflər arasında ipoteka müqavilələrinin bağlandığı anda qüvvədə olan redaksiya).
24. Maddə 372.1. Başqa şəxsdən hər hansı hə rəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
25. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
26. Maddə 477.0.1. Zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
29. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
30. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olu nmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
32. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.
33. Cavabdeh2 ASC ilə X3 arasında 12.06.2014-cü il tarixdə bağlanmış 126466-1-1335 saylı baş kredit razılaşmasına əsasən xa 120 ay müddətinə 5.000.000 ABŞ dolları və ya manat ekvivalenti olan məbləğdə kredit xətti açılmış, həmin bank ilə İddiaçı1 arasında bağlanmış 12.06.2014-cü il tarixdə x, x, x, 123525NEDVİJ2805 saylı və İddiaçı2 arasında bağlanmış 123525- NEDVİJ-2804 saylı daşınmaz əmlakın ipoteka müqaviləsinə əsasən baş kredit razılaşması üzrə xun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə iddiaçı R.Vabahovun mülkiyyətində olan, Bakı şəhəri Nəsimi rayonu Nizami küçəsində yerləşən 121-54 saylı fərdi yaşayış evi, ünvan 1 ünvanda yerləşən 14 saylı, ünvan 20 «a» saylı, Bakı şəhəri Nəsimi rayonu Kaveroçkin küçəsi ev 30 ünvanda yerləşən 16 saylı və İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Kaver oçkin küçəsi ev 30 ünvanda yerləşən 16 saylı mənzillər bank qarşısında ipoteka ilə yüklü edilmiş, həmçinin, bank ilə İddiaçı1 arasında 12.06.2014-cü il tarixli 123525-77341 saylı zaminlik müqaviləsi ilə baş kredit razılaşması üzrə xun öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşlər.
34. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, sözügedən müqavilələrin bağlanmasından bir müddət sonra bank ilə x arasında bağlanmış 24.08.2015-ci il tarixli X aylı kommersiya krediti müqaviləsinə əsasən, xa illik 15,5 faiz hesablanması şərti ilə 36 ay müddətinə 1.500.000 manat məbləğində kredit verilməsi faktı iddiaçılara məlum olduqdan sonra iddiaçılar hazırkı iddia ilə 31.05.2019-cu il tarixdə məhkəməyə müraciət etmişlər.
35. İddiaçıların tələblərinin əsasını xla cavabdeh bank arasında bağlanmış 12.06.2014-cü il tarixli 126466-1-1335 saylı baş kredit razılaşmasının 2.3-cü bəndi təşkil edir.
36. Həmin bəndin tələblərinə əsasən verilən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtləri hər dəfə tərəflər arasında bağlanan və bu razılaşmanın ayrılmaz tərkib hissəsi olan kredit müqavilələri ilə müəyyən edilir. Kreditlər borcalana bu müqavilə müddəti ərzində kredit limiti daxilində bu müqavilənin tərkib hissəsini təşkil edən müvafiq kredit sazişləri ilə müəyyən edilir.
37. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, Cavabdeh2 ASC ilə X3 arasında 12.06.2014-cü il tarixdə bağlanmış 126466-1-1335 saylı baş kredit razılaşmasına əsasən xa 120 ay müddətinə ******* ABŞ dolları və ya manat ekvivalenti olan məbləğdə kredit xə tti açılmış, həmin bank ilə İddiaçı1 arasında bağlanmış 12.06.2014-cü il tarixdə x, x, 123525NEDVİJ2817, 123525-NEDVİJ2805 saylı və İddiaçı2 arasında bağlanmış xsaylı daşınmaz əmlakın ipoteka müqaviləsinə əsasən baş kredit razılaşması üzrə xun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə iddiaçı R.Vabahovun mülkiyyətində olan, X saylı fərdi yaşayış evi, ünvan 1 ünvanda yerləşən 14 saylı, ünvan 20 «a» saylı, X və İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Kaveroçkin küçəsi ev 30 ünvanda yerləşən 16 saylı mənzillər bank qarşısında ipoteka ilə yüklü edilmiş, həmçinin, bank ilə İddiaçı1 arasında 12.06.2014-cü il tarixli X saylı zaminlik müqaviləsi ilə baş kredit razılaşması üzrə xun öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşlər.
38. Lakin sonradan sözügedən müqavilələrin bağlanmasından bir müddət sonra bank ilə x arasında bağlanmış 24.08.2015-ci il tarixli 126466-1-11335/2 saylı kommersiya krediti müqaviləsinə əsasən, xa illik 15,5 faiz hesablanması şərti ilə 36 ay müddətinə 1.500.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi əsasında verilmiş kreditin müddəti, habelə onun məbləğləri üzrə faiz dərəcələri və s. ilə bağlı bir sıra dəyişikliklər edilmiş, bununla belə İddiaçı1 və İddiaçı2 buna dair razılıqları alınmamışdır.
39. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi iddiaçıların və birinci instansiya məhkəməsinin istinad etdikləri “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10. 5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 31 may 2018-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, “zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətt i müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur”. Həmin qərarında Konstitusiya Məhkəməsi özünün hüquqi mövqeyini aşağıdakı kimi əsaslandırmışdır: “...Mülki Məcəllənin 477.0.1-ci maddəsində qeyd edilmişdir ki, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə gətirib çıxaran dəyişikliklər dedikdə, zaminin müqavilə bağlayarkən həmin müqavilə üzrə öhdəs inə götürdüyündən daha artıq öhdəliyinin yaranması nəzərdə tutulur. Göründüyü kimi, həmin maddə istənilən dəyişikliyə görə zaminliyin xitamını nəzərdə tutmur. Bu normaya əsasən, zaminliyin xitamı üçün təmin edilmiş öhdəliyə edilən dəyişiklik zaminin məsuliyyətini artırmalı və ya onun üçün başqa əlverişsiz nəticələrə səbəb olmalıdır. Zaminliyə xitam verilməsi üçün hər iki şərtin, yəni zaminin razılığı olmadan öhdəliyin dəyişdirilməsi və belə dəyişdirilmənin onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması vacibdir. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması hallarına: kreditin ümumi məbləğinin artırılması; kreditin faizinin artırılması; kreditin valyutasının dəyişdirilməsi; kreditin qaytarılma müddətinin uzadılması və digər mühüm hallar aid edilə bilər. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 4 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Buna müvafiq olaraq zaminlik müqaviləsində aşağıdakılar göstərilməlidir: hansı əsas müqaviləyə dair zaminlik yaranır (müqavilənin tərəfləri, tarixi və nömrəsi göstərilməklə); əsas öhdəliyin (borclunun kreditor qarşısında öhdəliyinin) həddi barədə göstəriş. Zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır. Zaminin razılığı alınmadan bağlanmış kredit müqavilələrində nəzərdə tutulmuş öhdəliyin konkret həcmi kredit xətti müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləğ və müddət həddində olmalıdır. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Belə razılığın olmaması zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir. Zaminin məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olma faktının müəyyən edilməsi zamanı tərəflərin qanuni maraqlarının nəzərə alınması zəruridir. Məhkəmələr nəzərə almalıdırlar ki, qeyd edilən normanın məqsədi zaminliyin xitamı üçün əsassız üstünlük imkanının yaradılması deyil, əsas öhdəliyin əlverişsiz dəyişikliklərindən zaminə hüquqi müdafiə imkanının yaradılmasıdır. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, hər bir halda “məsuliyyətin artması və ya digər əlverişsiz nəticələrə səbəb olma” məhkəmələr tərəfindən qiymətləndirilərkən işin konkret halları, tərəflərin dəlilləri nəzərə alınmalı və bunun əsasında həmin halların nədən ibarət olması məhkəmə aktlarında əsaslandırılmalıdır....Mülki Məcəllənin 307.4-cü maddəsinə əsasən, əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir. İpoteka müqaviləsində göstərilməli olan şərtlər “İpoteka haqqında” Qanunun 10.5-ci maddəsində əks olunmuşdur. Həmin maddəyə görə, ipoteka müqaviləsi ndə tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer və tarix göstərilməlidir. Əgər əsas öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində həmin məbləği müəyyən etmə qaydası göstərilməlidir. Lakin Mülki Məcəllənin 307.4-cü və “İpoteka haqqında” Qanunun 10.5-ci maddəsində ipoteka müqaviləsində göstərilməli olan zəruri şərtlər dəqiq müəyyən olunmamışdır. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, ipoteka müqaviləsinin bağlanması üçün də kredit xətti müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, va lyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir”.
40. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, bank ilə x arasında bağlanmış 24.08.2015-ci il tarixli 126466-1-11335/2 saylı kommersiya krediti müqaviləsi üzrə İddiaçı1 və İddiaçı2 zamin və ipoteka qoyan qismində məsuliyyət daşıya bilməzlər. 41. “İddiaçı1 mülkiyyətində olan, Bakı şəhəri Nəsimi rayonu Nizami küçəsində yerləşən 121-54 saylı fərdi yaşayış evi, ünvan 1 ünvanda yerləşən 14 saylı mənzil, ünvan 20 «a» saylı mənzilin və İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Kaveroçkin küçəsi ev 30 ünvanda yerləşən 16 saylı mənzilin yüklülüklərinin ləğv edilməsi” ilə bağlı kollegiya qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi ipoteka müqaviləsi üzrə təminat altına alınmış kredit müqavilələri əsasında verilmiş kreditin müddə ti, habelə onun məbləğləri üzrə faiz dərəcələri və s. ilə bağlı bir sıra dəyişikliklər edilmiş, bununla belə ipoteka qoyan qismində çıxış edən İddiaçı1 və İddiaçı2 nə buna dair razılığı alınmamış, nə də ipoteka müqaviləsi üzrə təminat altına alınmış öhdəliklərin mahiyyətinin dəyişdirilməsi məzmununda olan əlavə və dəyişikliklər üzrə ipotekanın əlavə qeydiyyatı aparılmamışdır.
42. Halbuki, “İpoteka haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən, ipotekanın əlavə qeydiyyatı müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrində və daşınar əmlakın rəsmi reyestrində sənədlərin təqdim edildiyi gündən 3 iş günü müddətində aşağıdakı hallarda aparılır: ipoteka müqaviləsində əsas öhdəliyin mahiyyəti, ölçüsü və ya icra müddəti dəyişdikdə; əsas öhdəlik üzrə tələb hüququ başqa şəxsə keçdikdə; ipoteka predmeti dəyişdirildikdə; ipoteka predmeti özgəninkiləşdirildikdə. Qanunun 10.4-cü maddəsinə görə isə, ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və bu müqavilə məhz dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir.
43. Apellyasiya kollegiyası, qeyd edilən hüquq normalarını, o cümlədən ipoteka müqavilələri üzrə təminat altına alınmış kredit müqavilələrinin mahiyyətinə, icra müddətinə, faiz dərəcələri və s. ilə bağlı dəyişikliklər edildiyi halda, buna dair ipoteka qoyan qismində çıxış edən İddiaçı1 və İddiaçı2 razılıqlarının alınmaması, həmçinin ipoteka müqavilələri üzrə təminat altına alınmış öhdəliklərin mahiyyətinin dəyişdirilməsi məzmununda olan əlavə və dəyişikliklər üzrə ipotekanın əlavə qeydiyyatının aparılmaması ilə bağlı işin faktiki hallarını nəzərə alaraq hesab etmişdir ki, qey d edilən hissədə də birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.
44. Məhkəmə cavabdeh tərəfin hazırkı mübahisəyə iddia müddətinin tətbiq edilməsinə dair ərizəsi ilə bağlı qeyd etmişdir ki, iş üzrə iddiaçılar tərəfindən iddia müddətinin buraxılması hallarına yol verilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və yaxud bilməli olduğu vaxtdan hesablanır.
45. İşin araşdırılmış hallarından məlum olur ki, bankla x arasında bağlanmış 24.08.2015-ci il tarixli X saylı kommersiya krediti müqaviləsinə əsasən xa illik 15.5 faiz hesablanması şərti ilə 36 ay müddətinə ******* manat məbləğində kredit verilməsindən məlumatları olduqları vaxtdan X ilə cavabdeh bank arasında imzalan mış baş kredit razılaşmasının 2.3-cü bəndinin pozulması ilə bağlı hazırki iddialarını qaldırmışlar.
46. Apellyasiya məhkəməsi cavabdeh tərəfin ipoteka və zaminlik müqavilələrin bağlanmasında iddiaçıların şəxsən iştirakı etməklə həmin müqavilələrin onlara təqdim edildiyi 2014-cü ilin tarixinin onların hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu tarix olmasına dair dəlillərinə də qiymət verərək əsassız saymışdır. Belə ki, iddiaçıların bank ilə x arasında bağlanmış 24.08.2015-ci il tarixli X saylı kommersiya krediti müqaviləsinə əsasən, xa illik 15,5 faiz hesablanması şərti ilə 36 ay müddətinə ******* manat məbləğində kredit verilməsindən məlumatsız olmaları, cavabdeh bankla borcalan arasında bağlanmış hər iki kredit xətti müqaviləsindən nə ipoteka qoyanlar, nə də zaminlə razılaşdır ılmaması işin mübahisəsiz hallarındandır. Belə olan halda, baş kredit razılaşması və sonradan bağlanmış kredit xətti müqavilələri zamin və ipoteka qoyanın hüquqlarını kobud şəkildə pozmaqla bağlandığından, iddiaçılar sonradan bağlanmış kredit xətti müqaviləsindən məlumatlı olan kimi pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməkdə haqlı olmuş və tərəflərindən iddia müddətinin buraxılması halına yol verilməmişdir.
47. Apellyasiya instansiyası məhkəməsi cavabdeh bankın iddia tələbinin 25.07.2019-cu il tarixindən sonra məhkəməyə verilməsinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 oktyabr 2019-cu il tarixli qərardadına əsasən, həmin tələblərin təmin olunması istinad edilməsinə dair dəlilini də əsassız saymışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.8 və 1.0.5-ci maddələri, eləcə də 269.11 və 307.4-cü maddələrinin «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair» 31.05.2018-ci il tarixli və «Banklar haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» 2019-cu il 25 iyul tarixli Qərarlarına dair» 11 oktyabr 2019-cu il qərarda dında qeyd edilir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair» 2018-ci il 31 may tarixli və «Banklar haqqında» Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» 2019-cu il 25 iyul tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqelər müvafiq olaraq həmin Qəra rların qüvvəyə minməsindən sonra yaranan münasibətlərə, habelə predmetlərinə müvafiq olaraq Plenumun 2018-ci il 31 may və 2019cu il 25 iyul tarixli Qərarları qüvvəyə minənədək məhkəmələrin icraatında olan mübahisələrə şamil olunur.
48. İş materiallarından görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X yə qarşı 31.05.2019cu il tarixdə «ipoteka və zaminlik müqavilələrinin ləğv edilməsi barədə» iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi rayon məhkəməsinə müraciət edərək Cavabdeh2 ASC ilə X3 arasında bağlanmış 12 iyun 2014cü il tarixli 126466-1-1335 saylı baş kredit razılaşmasına əsasən öhdəliklərin icrasının təmin edilməsi barədə bank ilə İddiaçı1 arasında olan 12.06.2014-cü il tarixli x saylı, 12.06.2014-cü il tarixli xsaylı, 12.06.2014-cü il tarixli x saylı, 12.06.2014-cü il tarixli X saylı, İddiaçı2 arasında olan 12.06.2014-cü il tarixli xsaylı daşınmaz əmlakın ipoteka müqaviləsinin və İddiaçı1 ilə 12.06.2014-cü il tarixli 123525-77341 saylı zaminlik müqaviləsinin ləğv edilməsi, ipoteka ilə yüklü edilmiş İddiaçı1 mülkiyyətində olan, X saylı fərdi yaşayış evi, ünvan 1 ünvanda yerləşən 14 saylı mənzil, ünvan 20 «a» saylı mənzil və İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Kaveroçkin küçəsi ev 30 ünvanda yerləşən 16 saylı mənzilin yüklülüklərinin ləğv edilməsi barədə Qətnamə qəbul edilməsini xahiş etmişlər.
49. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 07.06.2019-cu il tarixli X saylı qərardadından görünür ki, iddiaçılar tərəfindən mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması qaydalarına riayət edilmədiyinə görə, i ddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması qərara alınmışdır.
50. İş materiallarından göründüyü kimi, iddiaçılar İddiaçı1 və İddiaçı2 mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması qaydalarına riayət edilməklə cavabdehlər Cavabdeh2 ASC-yə, Maliyyə Bazarlarına Nəzarət Palatasına qarşı «zaminlik müqaviləsinin xitam edilməsi və ipoteka müqavilələrinin bağlanmamış hesab edilməsi» tələbinə dair hazırki iddia ərizəsi ilə 27.08.2019-cu il tarixdə Bakı şəhəri Səbail rayon məhkəməsinə müraciət etmişlər. Məhkəmə hesab etmişdir ki, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 07.06.2019-cu il tarixli X saylı qərardadının mövcudluğu Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 oktyabr 2019-cu il tarixli qərardadına əsasən hazırki iş üzrə iddia tələblə rinin təmin olunmasını istisna etmir. Belə ki, yuxarıda qeyd edilən Konstitusiya Məhkəməsi Plenumunun Qərarlarında ifadə olunmuş hüquqi mövqelər müvafiq olaraq həmin Qərarların qüvvəyə minməsindən sonra predmetlərinə müvafiq olaraq Plenumun 2018-ci il 31 may və 2019-cu il 25 iyul tarixli Qərarları qüvvəyə minənədək məhkəmənin icraatında olmuş hazırki mübahisəyə şamil olunur.
51. Kollegiya qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar ətraflı araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
52. Hazırkı işin müəyyən edilmiş faktiki halları nəzərə alındıqda iddianın göstərilən həcmdə təmin edilməsi maddi v ə prosessual hüquq normalarına, o cümlədən Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarlarına uyğun olmuşdur. Odur ki, Kollegiya həmin qərarlardakı hüquqi mövqelərin hazırkı mübahisəyə tətbiqinə dair apellyasiya instansiyası məhkəməsinin əsaslandırması ilə razılaşır.
53. Kollegiya onu da qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda adları çəkilən 31 may 2018-ci il və 25 iyul 2019-cu il tarixli qərarlarının hazırkı işə tətbiqinin mümkün olmaması barədə kassasiya şikayətinin dəlilləri əsaslı deyil. Ona görə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 oktyabr 2019-cu il qərardadına əsasən, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda adları qeyd edilən 31 may 2018-ci il və və 25 iyul 2019-cu il tarixli qərarlarında ifadə olunmuş hüquqi mövqelər müvafiq o laraq həmin qərarların qüvvəyə minməsindən sonra yaranan münasibətlərə, habelə predmetlərinə müvafiq olaraq Plenumun həmin Qərarları qüvvəyə minənədək məhkəmələrin icraatında olan mübahisələrə şamil olunur.
54. İş materiallarından isə görünür ki, sözügedən zaminlik və ipoteka müqavilələri ilə bağlı tərəflər arasında məhkəmə mübahisəsi 25 iyul 2019-cu il tarixdən əvvəl başlanmışdır. Belə ki, işdə olan elektron məhkəmə sistemindən məhkəmə işləri üzrə çıxarışdan (cild 1, səh.32) görünür ki, iddiaçı X-nin cavabdehlər İddiaçı1, X3 və İddiaçı2 qarşı iddiası 09.04.2019-cu il tarixdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə daxil olmuş və hakimin icraatına verilmiş, iş üzrə 24.04.2019-cu ildə hazırlıq iclası keçirilmişdir. Bu iş üzrə iddia, eyni zaminlik və ipoteka müqavilələri ilə bağlı olduğu üçün h azırkı tələblər həmin mübahisədən kənar və əlaqəsiz tələblər kimi qiymətləndirilə bilməz.
55. İddia tələblərinə müddətin tətbiqinə dair kassasiya şikayətinin dəlilləri ilə bağlı Kollegiya qeyd edir ki, ipoteka qoyan şəxsin tələbi mahiyyət etibarilə özünün əşya hüquqlarının müdafiəsinə söykənir. Əşya hüquqlarına isə müddətin şamil edilməməsi prinsipi vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Mülki Məcəllənin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 03.06.2013-cü il tarixli qərarında da vurğulanmışdır ki, “Əşya hüquqları tam və məhdud əşya hüquqları olaraq iki əsas qrupa ayrılır: tam əşya hüququ - mülkiyyət hüququ; məhdud əşya hüquqları - servitut, uzufrukt, tikintiyə vərəsəlik, girov və ipoteka... Əşya hüquqlarının iddia müddətinə tabe olmaması prinsipi hüququn hamılıqla qəbul edilən ümumi prinsiplərindən biridir”.
56. Kollegiya onu da nəzərə alır ki, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir (§ 24). Zaminliyə xitam verilməsi tələbi isə bu mahiyyətdə olmayıb zaminliyin aradan qalxamasının məhkəmə qaydasında müəyyən edilməsi ilə bağlıdır. Belə ki, MM-in 477.0.1-ci maddəsindəki əsaslar yarandığı andan zaminliyə qanuna əsasən xitam verilir. Bunun üçün ayrıca iddia qaldırılmasına və məhkəmə qərarının çıxarılmasına gərək yoxdur. Lakin mübahisə halında zamin həmin hüquqi vəziyyətin təsbit olunması üçün məhkəmədə iddia qaldıra bilər.
57. Qeyd olunanları nəzərə alaraq Kollegiya bu qənaətə gəlir ki, iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, ka ssasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. Ona görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
58. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: X-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X nömrəli iş üzrə 08.02.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.