Məhkəmə qərarları › İş №2(103)-900/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-900/2021

08.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-900/2021 08.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı1 nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh2 ASC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Azərbaycan Respublikası Maliyyə X5 və Cavabdeh2 ASC-yə qarşı “zaminlik müqavilələrinə xitam verilməsi, ipoteka müqavilələrinin bağlanmamış hesab edilməsi” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2794/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 ASC-nin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Azərbaycan Respublikası Maliyyə X5 və Cavabdeh2 ASC-yə qarşı «zaminlik müqavilələrinə xitam verilməsi, ipoteka müqavilələrinin bağlanmış hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ASC ilə X7 arasında bağlanmış xx xxxx 2014-cü il tarixli 126466-1-1335 saylı «Baş kredit razılaşması»na əsasən öhdəliklərin icrasının təmin edilməsi barədə Bank ilə İddiaçı1 arasında olan xx.xx.2014-cü il tarixli 123525-NEDVİJ- 2816 saylı, xx.xx.2014-cü il tarixli 123525-NEDVİJ-2815 saylı, xx.xx.2014-cü il tarixli 123525- NEDVİJ-2817 saylı, xx.xx.2014-cü il tarixli 123525-NEDVİJ-2805 saylı, İddiaçı2 arasında olan xx.xx.2014-cü il tarixli, 123525-NEDVİJ2804 saylı Daşınmaz əmlakın ipoteka müqavilələrinin bağlanmamış hesab edilmələri, Cavabdeh2 ASC ilə İddiaçı1 ilə olan xx.xx.2014-cü il tarixli 123525-7-7341 saylı zaminlik müqaviləsinə xitam verilməsi, ipoteka ilə yüklü edilmiş İddiaçı1 mülkiyyətində olan, Bakı şəhəri Nəsimi rayonu Nizami küçəsində yerləşən 121-54 saylı fərdi yaşayış evi, Bakı şəhəri Nəsimi rayonu Nizami küçəsi ev 121 ünvanda yerləşən 14 saylı mənzil, Bakı şəhəri Nəsimi rayonu Kaveroçkin küçəsi ev 30 ünvanda yerləşən 70 «a» saylı mənzil və İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Kaveroçkin küçəsi ev 30 ünvanda yerləşən 16 saylı mənzilin yüklülüklərinin ləğv edilməsi, vurulmuş maddi ziyana görə iddiaçıların hər birinə ******* manat, mənəvi zərərə görə isə 100000 manat vəsaitin cavabdeh X1rın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbləri onunla əsaslandırılmışdır ki, Cavabdeh2 ASC ilə X7 arasında xx.xx.2014-cü il tarixdə 126466-1-1335 saylı baş kredit razılaşması bağlanmışdır. Həmin razılaşmaya əsasən, R.Cəbrayılova 120 ay müddətinə ******* (beş milyon) ABŞ dolları və ya manat ekvivalenti olan məbləğdə kredit xətti açılmış, həmin bank ilə İddiaçı1 arasında xx.xx.2014-cü il tarixdə 123525-NEDVİJ-2816, 123525-NEDVİJ-2815, 123525- NEDVİJ2817, 123525-NEDVİJ-2805 saylı və İddiaçı2 arasında 123525-NEDVİJ-2804 saylı daşınmaz əmlakın ipoteka müqaviləsi bağlanmışdır. Həmin ipoteka müqavilələrinə əsasən, baş kredit razılaşması üzrə R.Cəbrayılovun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə iddiaçı R.Vabahovun mülkiyyətində olan, Bakı şəhəri Nəsimi rayonu Nizami küçəsində yerləşən 121-54 saylı fərdi yaşayış evi, Bakı şəhəri Nəsimi rayonu Nizami küçəsi ev 121 ünvanda yerləşən 14 saylı, Bakı şəhəri Nəsimi rayonu Kaveroçkin küçəsi ev 30 ünvanda yerləşən 70 «a» saylı, Bakı şəhəri Nəsimi rayonu Kaveroçkin küçəsi ev 30 ünvanda yerləşən 16 saylı və İddiaçı2 mülkiyyətində olan, Bakı şəhəri Nəsimi rayonu Kaveroçkin küçəsi ev 30 ünvanda yerləşən 16 saylı mənzillər bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Eyni zamanda baş kredit razılaşması üzrə R.Cəbrayılovun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdeh Bank ilə İddiaçı1 arasında xx.xx.2014-cü il tarixli 123525-7- 7341 saylı zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilələrdən sonra zamin və ipoteka qoyana heç bir məlumat verilmədən və onlarla razılaşdırılmadan, habelə ipoteka və zaminlik müqavilələrinə bu barədə əlavə və dəyişiklik edilmədən həmin təminatlar əsasında bank ilə R.Cəbrayılov arasında bağlanmış xx.xx.2015-ci il tarixli 126466-1-11335/2 saylı kommersiya krediti müqaviləsinə əsasən, R.Cəbrayılova illik 15,5 % hesablanması şərti ilə 36 ay müddətinə ******* (bir milyon beş yüz min) manat məbləğində kredit verilmişdir. Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi, Baş kredit razılaşması və sonradan bağlanmış kredit xətti müqavilələri zamin və ipoteka qoyanın hüquqlarını kobud şəkildə pozmaqla bağlanmışdır. Belə ki, Rəşad Cəbrayılov ilə cavabdeh arasında imzalanmış baş kredit razılaşmasının 2.3-cü bəndində qeyd edilir ki, verilən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtləri hər dəfə tərəflər arasında bağlanan və bu razılaşmanın ayrılmaz tərkib hissəsi olan Kredit müqavilələri ilə müəyyən edilir. Kreditlər borcalana bu müqavilə müddəti ərzində kredit limiti daxilində bu müqavilənin tərkib hissəsini təşkil edən müvafiq kredit sazişləri ilə müəyyən edilir. Bu müqavilə borc verənin kredit vermək vədini ifadə etmir. Eyni zamanda cavabdehlə iddiaçılar arasında bağlanmış ipoteka və zaminlik müqavilələrinin müddəalarına əsasən, müqavilə ilə ipotekaya qoyulmuş əmlak, eyni zamanda zamin durmuş şəxs Cavabdeh2 ASC ilə borcalan R.Cəbrayılov arasında bağlanmış kredit xəttinin açılması barədə müqavilə və bu kredit müqaviləsinin ayrılmaz tərkib hissələri olan ayrıca sazişlər üçün ayrılmış bütün vəsaitlərin qaytarılmasının təminatı kimi çıxış etdiyi qeyd edilsə də, bu öhdəliklərin vacib şərtlərini müəyyən etmək mümkün deyil. Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2018-ci il tarixli Qərarına əsasən, zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Lakin cavabdeh bankla borcalan arasında bağlanmış hər iki kredit xətti müqaviləsi sadəcə iki nüsxədə tərtib edilmiş, nə ipoteka qoyan, nə də zaminlə razılaşdırılmamışdır. Həmçinin qərarda qeyd edilir ki, Mülki Məcəllənin 307.4-cü maddəsinin əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir - müddəası ipoteka müqaviləsində məbləğin müddətin faiz dərəcəsinin valyuta və s. zəruri şərtlərin göstərilməsini ehtiva edir. Həmçinin, «Banklar haqqında» Qanunun 46-cı maddəsinə əsasən X6 Palatası, bankların fəaliyyətinə nəzarəti həyata keçirməli olan orqan olduğu halda bu nəzarəti düzgün təşkil etməmiş və onların hüquqlarının pozulmasına şərait yaratmışdır. Bunun nəticəsində də onlara maddi və mənəvi zərər dəymişdir. Ona görə də hesab edirlər ki, Cavabdeh2 ASC ilə R.Cəbrayılov arasında bağlanmış kredit xəttinin açılması barədə müqavilə, habelə həmin müqavilə üzrə təminat qismində bağlanmış ipoteka və zaminlik müqavilələri kredit verilməsinin mühüm şərtlərini əks etdirmədiyi, habelə mühüm şərtlər barədə tələblərin ipoteka və zaminlik müqavilələri bağlanarkən də pozulduğu üçün, həmin ipoteka müqavilələrinin ləğv edilməsi və ipoteka yüklülüyünə də xitam verilməsi barədə qətnamə qəbul edilməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2794/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək Cavabdeh2 ASC ilə X7 arasında bağlanmış xx xxxx 2014-cü il tarixli 126466-1-1335 saylı baş kredit razılaşmasına əsasən öhdəliklərin icrasının təmin edilməsi barədə bankla İddiaçı1 arasında olan xx.xx.2014-cü il tarixli 123525-NEDVİJ-2816 saylı, xx.xx.2014-cü il tarixli 123525-NEDVİJ-2815 saylı, xx.xx.2014-cü il tarixli 123525-NEDVİJ-2817 saylı, xx.xx.2014-cü il tarixli 123525-NEDVİJ-2805 saylı, İddiaçı2 arasında olan xx.xx.2014-cü il tarixli 123525-NEDVİJ-2804 saylı daşınmaz əmlakın ipoteka müqavilələrinin bağlanmamış hesab edilməsi, Cavabdeh2 ASC ilə İddiaçı1 arasında olan xx.xx.2014-cü il tarixli 123525-7-7341 saylı zaminlik müqaviləsinə xitam verilməsi, İpoteka ilə yüklü edilmiş İddiaçı1 mülkiyyətində olan, Bakı şəhəri Nəsimi rayonu Nizami küçəsində yerləşən 121-54 saylı fərdi yaşayış evi, Bakı şəhəri Nəsimi rayonu Nizami küçəsi ev 121 ünvanda yerləşən 14 saylı mənzil, Bakı şəhəri Nəsimi rayonu Kaveroçkin küçəsi ev 30 ünvanda yerləşən 70 «a» saylı mənzilin və İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Kaveroçkin küçəsi ev 30 ünvanda yerləşən 16 saylı mənzilin yüklülüklərinin ləğv edilməsi qət olunmuşdur. Həmin qətnamədən Cavabdeh2 ASC apellyasiya şikayəti verərək onun ləğv və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, tərəflər arasında 2014-cü il tarixdə müvafiq müqavilələr bağlanılmaqla, hüquq münasibəti yaranmışdır və iddiaçılar tərəfindən hazırki iddia tələbi isə xx.xx.2019-cu il tarixindən sonra məhkəməyə verilmişdirlər ki, bununla da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2019-cu il tarixli qərardadına əsasən, həmin tələblərin təmin olunması istisna edilir. Beləliklə, qeyd olunanlardan göründüyü kimi, iddiaçının bildirdikləri hazırki işin təsir dairəsinə düşmür. Bundan əlavə, İddiaçı2, İddiaçı1 ilə bank arasında xx.xx.2014-cü il tarixli 123525- NEDVİJ- 2804 saylı, xx.xx.2014-cü il tarixli 123525-NEDVİJ-2805 saylı, xx.xx.2014-cü il tarixli 123525-NEDVİJ-2815 saylı, xx.xx.2014-cü il tarixli 123525-NEDVİJ-2816 saylı və xx.xx.2014-cü il tarixli 123525-NEDVİJ-2817 saylı daşınmaz əmlakın ipoteka müqavilələri, eləcə də, İddiaçı1 ilə Bank arasında xx.xx.2014-cü il tarixli 123525-7- 7341 saylı zaminlik müqavilələri bağlanılmış və həmin müqavilələrin nüsxələrindən biri bankda saxlanılmış, digəri isə ipoteka qoyana və zaminə təqdim olunub. İddiaçılar həmin müqavilələrin bağlanılmasında şəxsən iştirak etmiş və onu imzalamaqla, müqavilə şərtlərindən məlumatlı olmuşdurlar. Beləliklə, ipoteka və zaminlik müqavilələrinin ipoteka qoyan və zaminə təqdim edildiyi 2014-cü il tarixli iddiaçıların hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu tarixdir və onlar bununla bağlı ağlabatan müddət ərzində məhkəməyə müraciət etməməklə iddia müddətini ötürmüşdülər. Halbuki, iddiaçıların iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün kifayət qədər vaxtı olmasına baxmayaraq, iddia tələbini uzun müddət sonra irəli sürmüşlər. Bu səbəbdən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372, 372.2, 373.2, 354.2, 375.2 və 377-ci maddələri baxımından, iddiaçılar tərəfindən verilmiş iddia ərizəsi rədd edilməlidir. Göründüyü kimi, iddiaçılar əqdin mübahisələndirilməsinə dair iddianı verərkən iddia müddəti barədə məcburi müddəaları nəzərdə tutan qüvvədə olan qanunvericiliyin tələblərinə riayət etməmiş və bununla da hazırkı iddia tələbi üzrə iddia müddətini ötürmüşlər. Lakin birinci instansiya məhkəməsi göstərilənləri nəzərə almamış Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2018-ci il tarixli qərarının əsassız olaraq hazırki mübahisəyə tətbiq etmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən cavabdeh bankın nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin olunmasını xahiş etmişdir. İddiaçı1 kollegiyanın iclaslarında iştirak edən nümayəndəsi (vəkili) Vəkil2 apellyasiya şikayətinin əsassız olduğunu bildirərək və təmsil etdiyi şəxsin iddia ərizəsinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmamasını xahiş etmiş, digər tərəflər isə məhkəməyə gəlməmişlər. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddia tələblərinin qismən təmin edilməsi ilə bağlı hissələrinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, iddiaçılar qətnaməni ümumiyyətlə mübahisələndirməmiş; cavabdeh bank isə verdiyi yazılı apellyasiya şikayətində qətnamənin məhz yuxarıda göstərilən hissələrini mübahisələndirmişdir. Başqa sözlə, iddia tələbinin təmin olunmayan hissələri apellyasiya baxışının predmeti deyildir. Bununla yanaşı kollegiya qeyd edir ki, Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiya baxışının hədləri ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası izahatları dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən edilmiş hallarına əsasən: - Cavabdeh2 ASC ilə X7 arasında xx.xx.2014-cü il tarixdə 126466-1-1335 saylı baş kredit razılaşması bağlanmışdır. Həmin razılaşmaya əsasən, R.Cəbrayılova 120 ay müddətinə 5 000 000 ABŞ dolları və ya manat ekvivalenti olan məbləğdə kredit xətti açılmışdır. - Cavabdeh2 ASC ilə İddiaçı1 arasında bağlanmış daşınmaz əmlakın ipoteka müqaviləsinə əsasən baş kredit razılaşması üzrə R.Cəbrayılovun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə İddiaçı1 mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Nizami küçəsində yerləşən 121-54 saylı fərdi yaşayış evi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. - Cavabdeh2 ASC ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 123525- NEDVİJ-2815 saylı daşınmaz əmlakın ipoteka müqaviləsinə əsasən baş kredit razılaşması üzrə R.Cəbrayılovun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə iddiaçı R.Vabahovun mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Nizami küçəsi ev 121 ünvanda yerləşən 14 saylı mənzil bank qarşısında ipoteka ilə yüklü edilmişdir. - Cavabdeh2 ASC ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 123525- NEDVİJ-2817 saylı daşınmaz əmlakın ipoteka müqaviləsinə əsasən baş kredit razılaşması üzrə R.Cəbrayılovun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə iddiaçı R.Vabahovun mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Kaveroçkin küçəsi ev 30 ünvanda yerləşən 70 «a» saylı mənzil bank qarşısında ipoteka ilə yüklü edilmişdir. - Cavabdeh2 ASC ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 123525- NEDVİJ-2805 saylı daşınmaz əmlakın ipoteka müqaviləsinə əsasən, baş kredit razılaşması üzrə R.Cəbrayılovun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə iddiaçı R.Vabahovun mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Kaveroçkin küçəsi ev 30 ünvanda yerləşən 16 saylı mənzil bank qarşısında ipoteka ilə yüklü edilmişdir. - Cavabdeh2 ASC ilə İddiaçı2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 123525- NEDVİJ-2804 saylı daşınmaz əmlakın ipoteka müqaviləsinə əsasən, baş kredit razılaşması üzrə R.Cəbrayılovun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Kaveroçkin küçəsi ev 30 ünvanda yerləşən 16 saylı mənzil bank qarşısında ipoteka ilə yüklü edilmişdir. - Cavabdeh2 ASC ilə İddiaçı1 arasında bağlanmış baş kredit razılaşması üzrə R.Cəbrayılovun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə xx.xx.2014-cü il tarixli 123525-7-7341 saylı zaminlik müqaviləsi bağlanmışdır. - Cavabdeh2 ASC ilə R.Cəbrayılov arasında bağlanmış xx.xx.2015-ci il tarixli 126466-1-11335/2 saylı kommersiya krediti müqaviləsinə əsasən R.Cəbrayılova illik 15,5 % hesablanması şərti ilə 36 ay müddətinə ******* manat kredit verilmişdir. İşin araşdırılmış hallarından məlum olur ki, Cavabdeh2 ASC ilə X7 arasında xx.xx.2014-cü il tarixdə bağlanmış 126466-1-1335 saylı baş kredit razılaşmasına əsasən R.Cəbrayılova 120 ay müddətinə ******* ABŞ dolları və ya manat ekvivalenti olan məbləğdə kredit xətti açılmış, həmin bank ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2014-cü il tarixdə 123525-NEDVİJ-2816, 123525-NEDVİJ-2815, 123525-NEDVİJ-2817, 123525- NEDVİJ2805 saylı və İddiaçı2 arasında bağlanmış 123525- NEDVİJ-2804 saylı daşınmaz əmlakın ipoteka müqaviləsinə əsasən baş kredit razılaşması üzrə R.Cəbrayılovun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə iddiaçı R.Vabahovun mülkiyyətində olan, Bakı şəhəri Nəsimi rayonu Nizami küçəsində yerləşən 121-54 saylı fərdi yaşayış evi, Bakı şəhəri Nəsimi rayonu Nizami küçəsi ev 121 ünvanda yerləşən 14 saylı, Bakı şəhəri Nəsimi rayonu Kaveroçkin küçəsi ev 30 ünvanda yerləşən 70 «a» saylı, Bakı şəhəri Nəsimi rayonu Kaveroçkin küçəsi ev 30 ünvanda yerləşən 16 saylı və İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Kaveroçkin küçəsi ev 30 ünvanda yerləşən 16 saylı mənzillər bank qarşısında ipoteka ilə yüklü edilmiş, həmçinin, bank ilə İddiaçı1 arasında xx.xx.2014cü il tarixli 123525-7-7341 saylı zaminlik müqaviləsi ilə baş kredit razılaşması üzrə R.Cəbrayılovun öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşlər. Lakin sonradan sözügedən müqavilələrin bağlanmasından bir müddət sonra bank ilə R.Cəbrayılov arasında bağlanmış xx.xx.2015-ci il tarixli 126466-1-11335/2 saylı kommersiya krediti müqaviləsinə əsasən, R.Cəbrayılova illik 15,5 faiz hesablanması şərti ilə 36 ay müddətinə 1.500.000 manat məbləğində kredit verilməsi faktı iddiaçılara məlum olduqdan sonra iddiaçılar hazırki iddia ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət etmişlər. İddiaçıların tələblərinin əsasını R.Cəbrayılovla cavabdeh bank arasında bağlanmış xx.xx.2014-cü il tarixli 126466-1-1335 saylı baş kredit razılaşmasının 2.3-cü bəndi təşkil edir. Həmin bəndin tələblərinə əsasən verilən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtləri hər dəfə tərəflər arasında bağlanan və bu razılaşmanın ayrılmaz tərkib hissəsi olan kredit müqavilələri ilə müəyyən edilir. Kreditlər borcalana bu müqavilə müddəti ərzində kredit limiti daxilində bu müqavilənin tərkib hissəsini təşkil edən müvafiq kredit sazişləri ilə müəyyən edilir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, Cavabdeh2 ASC ilə X7 arasında xx.xx.2014-cü il tarixdə bağlanmış 126466-1-1335 saylı baş kredit razılaşmasına əsasən R.Cəbrayılova 120 ay müddətinə ******* ABŞ dolları və ya manat ekvivalenti olan məbləğdə kredit xətti açılmış, həmin bank ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2014-cü il tarixdə 123525-NEDVİJ-2816, 123525-NEDVİJ-2815, 123525-NEDVİJ-2817, 123525- NEDVİJ2805 saylı və İddiaçı2 arasında bağlanmış 123525-NEDVİJ-2804 saylı daşınmaz əmlakın ipoteka müqaviləsinə əsasən baş kredit razılaşması üzrə R.Cəbrayılovun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə iddiaçı R.Vabahovun mülkiyyətində olan, Bakı şəhəri Nəsimi rayonu Nizami küçəsində yerləşən 121-54 saylı fərdi yaşayış evi, Bakı şəhəri Nəsimi rayonu Nizami küçəsi ev 121 ünvanda yerləşən 14 saylı, Bakı şəhəri Nəsimi rayonu Kaveroçkin küçəsi ev 30 ünvanda yerləşən 70 «a» saylı, Bakı şəhəri Nəsimi rayonu Kaveroçkin küçəsi ev 30 ünvanda yerləşən 16 saylı və İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Kaveroçkin küçəsi ev 30 ünvanda yerləşən 16 saylı mənzillər bank qarşısında ipoteka ilə yüklü edilmiş, həmçinin, bank ilə İddiaçı1 arasında xx.xx.2014cü il tarixli 123525-7-7341 saylı zaminlik müqaviləsi ilə baş kredit razılaşması üzrə R.Cəbrayılovun öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşlər. Lakin sonradan sözügedən müqavilələrin bağlanmasından bir müddət sonra bank ilə R.Cəbrayılov arasında bağlanmış xx.xx.2015-ci il tarixli 126466-1-11335/2 saylı kommersiya krediti müqaviləsinə əsasən, R.Cəbrayılova illik 15,5 faiz hesablanması şərti ilə 36 ay müddətinə 1.500.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi əsasında verilmiş kreditin müddəti, habelə onun məbləğləri üzrə faiz dərəcələri və s. ilə bağlı bir sıra dəyişikliklər edilmiş, bununla belə İddiaçı1 və İddiaçı2 buna dair razılıqları alınmamışdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi iddiaçıların və birinci instansiya məhkəməsinin istinad etdikləri “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx xxx 2018-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, “zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur”. Həmin qərarında Konstitusiya Məhkəməsi özünün hüquqi mövqeyini aşağıdakı kimi əsaslandırmışdır: “...Mülki Məcəllənin 477.0.1-ci maddəsində qeyd edilmişdir ki, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə gətirib çıxaran dəyişikliklər dedikdə, zaminin müqavilə bağlayarkən həmin müqavilə üzrə öhdəsinə götürdüyündən daha artıq öhdəliyinin yaranması nəzərdə tutulur. Göründüyü kimi, həmin maddə istənilən dəyişikliyə görə zaminliyin xitamını nəzərdə tutmur. Bu normaya əsasən, zaminliyin xitamı üçün təmin edilmiş öhdəliyə edilən dəyişiklik zaminin məsuliyyətini artırmalı və ya onun üçün başqa əlverişsiz nəticələrə səbəb olmalıdır. Zaminliyə xitam verilməsi üçün hər iki şərtin, yəni zaminin razılığı olmadan öhdəliyin dəyişdirilməsi və belə dəyişdirilmənin onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması vacibdir. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması hallarına: kreditin ümumi məbləğinin artırılması; kreditin faizinin artırılması; kreditin valyutasının dəyişdirilməsi; kreditin qaytarılma müddətinin uzadılması və digər mühüm hallar aid edilə bilər. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 4 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Buna müvafiq olaraq zaminlik müqaviləsində aşağıdakılar göstərilməlidir: hansı əsas müqaviləyə dair zaminlik yaranır (müqavilənin tərəfləri, tarixi və nömrəsi göstərilməklə); əsas öhdəliyin (borclunun kreditor qarşısında öhdəliyinin) həddi barədə göstəriş. Zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır. Zaminin razılığı alınmadan bağlanmış kredit müqavilələrində nəzərdə tutulmuş öhdəliyin konkret həcmi kredit xətti müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləğ və müddət həddində olmalıdır. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Belə razılığın olmaması zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir. Zaminin məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olma faktının müəyyən edilməsi zamanı tərəflərin qanuni maraqlarının nəzərə alınması zəruridir. Məhkəmələr nəzərə almalıdırlar ki, qeyd edilən normanın məqsədi zaminliyin xitamı üçün əsassız üstünlük imkanının yaradılması deyil, əsas öhdəliyin əlverişsiz dəyişikliklərindən zaminə hüquqi müdafiə imkanının yaradılmasıdır. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, hər bir halda “məsuliyyətin artması və ya digər əlverişsiz nəticələrə səbəb olma” məhkəmələr tərəfindən qiymətləndirilərkən işin konkret halları, tərəflərin dəlilləri nəzərə alınmalı və bunun əsasında həmin halların nədən ibarət olması məhkəmə aktlarında əsaslandırılmalıdır. ...Mülki Məcəllənin 307.4-cü maddəsinə əsasən, əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir. İpoteka müqaviləsində göstərilməli olan şərtlər “İpoteka haqqında” Qanunun 10.5-ci maddəsində əks olunmuşdur. Həmin maddəyə görə, ipoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer və tarix göstərilməlidir. Əgər əsas öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində həmin məbləği müəyyən etmə qaydası göstərilməlidir. Lakin Mülki Məcəllənin 307.4-cü və “İpoteka haqqında” Qanunun 10.5-ci maddəsində ipoteka müqaviləsində göstərilməli olan zəruri şərtlər dəqiq müəyyən olunmamışdır. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, ipoteka müqaviləsinin bağlanması üçün də kredit xətti müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir”. Şərh edilənlərə əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, bank ilə R.Cəbrayılov arasında bağlanmış xx.xx.2015-ci il tarixli 126466-1-11335/2 saylı kommersiya krediti müqaviləsi üzrə İddiaçı1 və İddiaçı2 zamin və ipoteka qoyan qismində məsuliyyət daşıya bilməzlər. “İddiaçı1 mülkiyyətində olan, Bakı şəhəri Nəsimi rayonu Nizami küçəsində yerləşən 121-54 saylı fərdi yaşayış evi, Bakı şəhəri Nəsimi rayonu Nizami küçəsi ev 121 ünvanda yerləşən 14 saylı mənzil, Bakı şəhəri Nəsimi rayonu Kaveroçkin küçəsi ev 30 ünvanda yerləşən 70 «a» saylı mənzilin və İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Kaveroçkin küçəsi ev 30 ünvanda yerləşən 16 saylı mənzilin yüklülüklərinin ləğv edilməsi” ilə bağlı kollegiya qeyd edir ki, iş materiallarından göründüyü kimi ipoteka müqaviləsi üzrə təminat altına alınmış kredit müqavilələri əsasında verilmiş kreditin müddəti, habelə onun məbləğləri üzrə faiz dərəcələri və s. ilə bağlı bir sıra dəyişikliklər edilmiş, bununla belə ipoteka qoyan qismində çıxış edən İddiaçı1 və İddiaçı2 nə buna dair razılığı alınmamış, nə də ipoteka müqaviləsi üzrə təminat altına alınmış öhdəliklərin mahiyyətinin dəyişdirilməsi məzmununda olan əlavə və dəyişikliklər üzrə ipotekanın əlavə qeydiyyatı aparılmamışdır. Halbuki, “İpoteka haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən, ipotekanın əlavə qeydiyyatı müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrində və daşınar əmlakın rəsmi reyestrində sənədlərin təqdim edildiyi gündən 3 iş günü müddətində aşağıdakı hallarda aparılır: ipoteka müqaviləsində əsas öhdəliyin mahiyyəti, ölçüsü və ya icra müddəti dəyişdikdə; əsas öhdəlik üzrə tələb hüququ başqa şəxsə keçdikdə; ipoteka predmeti dəyişdirildikdə; ipoteka predmeti özgəninkiləşdirildikdə. Qanunun 10.4-cü maddəsinə görə isə, ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və bu müqavilə məhz dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. Məhkəmə kollegiyası, qeyd edilən hüquq normalarını, o cümlədən ipoteka müqavilələri üzrə təminat altına alınmış kredit müqavilələrinin mahiyyətinə, icra müddətinə, faiz dərəcələri və s. ilə bağlı dəyişikliklər edildiyi halda, buna dair ipoteka qoyan qismində çıxış edən İddiaçı1 və İddiaçı2 razılıqlarının alınmaması, həmçinin ipoteka müqavilələri üzrə təminat altına alınmış öhdəliklərin mahiyyətinin dəyişdirilməsi məzmununda olan əlavə və dəyişikliklər üzrə ipotekanın əlavə qeydiyyatının aparılmaması ilə bağlı işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, qeyd edilən hissədə də birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. Məhkəmə cavabdeh tərəfin hazırki mübahisəyə iddia müddətinin tətbiq ediməsinə dair ərizəsi ilə bağlı hesab edir ki, hazırki iş üzrə iddiaçılar tərəfindən iddia müddətinin buraxılması hallarına yol verilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və yaxud bilməli olduğu vaxtdan hesablanır. İşin araşdırılmış hallarından məlum olur ki, bankla R.Cəbrayılov arasında bağlanmış xx.xx.2015-ci il tarixli 126466-1-11335/2 saylı kommersiya krediti müqaviləsinə əsasən R.Cəbrayılova illik 15.5 faiz hesablanması şərti ilə 36 ay müddətinə ******* manat məbləğində kredit verilməsindən məlumatları olduqları vaxtdan Rəşad Cəbrayılov ilə cavabdeh bank arasında imzalanmış baş kredit razılaşmasının 2.3-cü bəndinin pozulması ilə bağlı hazırki iddialarını qaldırmışlar. Kollegiya cavabdeh tərəfin ipoteka və zaminlik müqavilələrin bağlanmasında iddiaçıların şəxsən iştirakı etməklə həmin müqavilələrin onlara təqdim edildiyi 2014-cü ilin tarixinin onların hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu tarix olmasına dair dəlillərinə də qiymət verərək əsassız sayır. Belə ki, iddiaçıların bank ilə R.Cəbrayılov arasında bağlanmış xx.xx.2015-ci il tarixli 126466-1-11335/2 saylı kommersiya krediti müqaviləsinə əsasən, R.Cəbrayılova illik 15,5 faiz hesablanması şərti ilə 36 ay müddətinə ******* manat məbləğində kredit verilməsindən məlumatsız olmaları, cavabdeh bankla borcalan arasında bağlanmış hər iki kredit xətti müqaviləsindən nə ipoteka qoyanlar, nə də zaminlə razılaşdırılmaması işin mübahisəsiz hallarındandır. Belə olan halda məhkəmənin qənaətinə görə baş kredit razılaşması və sonradan bağlanmış kredit xətti müqavilələri zamin və ipoteka qoyanın hüquqlarını kobud şəkildə pozmaqla bağlandığından, iddiaçılar sonradan bağlanmış kredit xətti müqaviləsindən məlumatlı olan kimi pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməkdə haqlı olmuş və tərəflərindən iddia müddətinin buraxılması halına yol verilməmişdir. Kollegiya həmçinin apellyatorun iddia tələbinin xx.xx.2019-cu il tarixindən sonra məhkəməyə verilməsinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2019-cu il tarixli qərardadına əsasən, həmin tələblərin təmin olunması istisnad edilməsinə dair dəlilinə də qiymət verərək əsassız sayır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.8 və 1.0.5-ci maddələri, eləcə də 269.11 və 307.4-cü maddələrinin «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsiən dair» xx.xx.2018-ci il tarixli və «Banklar haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.9- cu, «İpoteka hqqında» Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» 2019-cu il 25 iyul tarixli Qərarlarına dair» xx xxxxxxx 2019-cu il qərardadında qeyd edilir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikaası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair» 2018-ci il 31 may tarixli və «Banklar haqqında» Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» 2019-cu il 25 iyul tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqelər müvafiq olaraq həmin Qərarların qüvvəyə minməsindən sonra yaranan münasibətlərə, habelə predmetlərinə müvafiq olaraq Plenumun 2018-ci il 31 may və 2019cu il 25 iyul tarixli Qərarları qüvvəyə minənədək məhkəmələrin icraatında olan mübahisələrə şamil olunur. İşin materiallarından görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər «Cavabdeh2 ASC-yə qarşı xx.xx.2019-cu il tarixdə «ipoteka və zaminlik müqavilələrinin ləğv edilməsi barədə» iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi rayon məhkəməsinə müraciət edərək Cavabdeh2 ASC ilə X7 arasında bağlanmış xx xxxx 2014-cü il tarixli 126466-1- 1335 saylı baş kredit razılaşmasına əsasən öhdəliklərin icrasının təmin edilməsi barədə bank ilə İddiaçı1 arasında olan xx.xx.2014-cü il tarixli 123525-NEDVİJ-2816 saylı, xx.xx.2014-cü il tarixli 123525- NEDVİJ-2815 saylı, xx.xx.2014-cü il tarixli 123525-NEDVİJ- 2817 saylı, xx.xx.2014-cü il tarixli 123525-NEDVİJ-2805 saylı, İddiaçı2 arasında olan xx.xx.2014-cü il tarixli 123525-NEDVİJ-2804 saylı daşınmaz əmlakın ipoteka müqaviləsinin və İddiaçı1 ilə xx.xx.2014-cü il tarixli 123525-7- 7341 saylı zaminlik müqaviləsinin ləğv edilməsi, ipoteka ilə yüklü edilmiş İddiaçı1 mülkiyyətində olan, Bakı şəhəri Nəsimi rayonu Nizami küçəsində yerləşən 121-54 saylı fərdi yaşayış evi, Bakı şəhəri Nəsimi rayonu Nizami küçəsi ev 121 ünvanda yerləşən 14 saylı mənzil, Bakı şəhəri Nəsimi rayonu Kaveroçkin küçəsi ev 30 ünvanda yerləşən 70 «a» saylı mənzil və İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Kaveroçkin küçəsi ev 30 ünvanda yerləşən 16 saylı mənzilin yüklülüklərinin ləğv edilməsi barədə Qətnamə qəbul edilməsini xahiş etmişlər. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(006)-4088/2019 saylı qərardadından görünür ki, iddiaçılar tərəfindən mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması qaydalarına riayət edilmədiyinə görə, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması qərara alınmışdır. İş materiallarından göründüyü kimi, iddiaçılar İddiaçı1 və İddiaçı2 mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması qaydalarına riayət edilməklə cavabdehlər Cavabdeh2 ASC-yə, X2rşı «zaminlik müqaviləsinin xitam edilməsi və ipoteka müqavilələrinin bağlanmamış hesab edilməsi» tələbinə dair hazırki iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Səbail rayon məhkəməsinə müraciət etmişlər. Məhkəmə hesab edir ki, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(006)-4088/2019 saylı qərardadının mövcudluğu Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2019-cu il tarixli qərardadına əsasən hazırki iş üzrə iddia tələblərinin təmin olunmasını istisna etmir. Belə ki, yuxarıda qeyd edilən Konstitusiya Məhkəməsi Plenumunun Qərarlarında ifadə olunmuş hüquqi mövqelər müvafiq olaraq həmin Qərarların qüvvəyə minməsindən sonra predmetlərinə müvafiq olaraq Plenumun 2018-ci il 31 may və 2019-cu il 25 iyul tarixli Qərarları qüvvəyə minənədək məhkəmənin icraatında olmuş hazırki mübahisəyə şamil olunur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci intansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Kollegiyanın qənaətinə görə, məhkəmə xərcləri Mülki Prosessual Məcəllənin 119-cu maddəsinin tələblərinə uyğun bölüşdürülmüşdür; apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği isə apellyatorun özünə aid edilməlidir. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olubolmamasına bağlı deyildir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2794/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar