Məhkəmə qərarları › İş №2(102)-3369/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3369/2022

12.09.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3369/2022 12.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər XXXnə və XXX2 Məscidinə qarşı (XXX3nin və x1nin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edildiyi) iş üzrə QƏRARİ İş № 2(102)-3369/22 (Açar sözlər: dinə etiqad etmək hüququna və dini mərasimləri yerinə yetirmək sərbəstliyinə maneəçilik yaratmamaq öhdəliyinin qoyulması tələbi) Bakı şəhəri, 12 sentyabr 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1745/2022 nömrəli iş üzr ə xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı bildirir ki, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə cümə namazı ibadətini başqaları ilə birlikdə yerinə yetirmək üçün XXX2 məscidinə getmiş, lakin ölkə ərazisində tətbiq olunan karantin rejimi ilə bağlı tətbiq olunan məhdudiyyətlərə əsasən məscidə buraxılmamışdır.

2. İddiaçı bu məhdudiyyətin dinə etiqad etmək hüququnu və dini mərasimləri yerinə yetirmək sərbəstliyini pozduğunu bildirərək aşağıdakı tələbləri irəli sürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) B irinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı cavabdehlər XXXnə və XXX2 Məscidinə qarşı (XXX3, x1 üçüncü şəxslər kimi qeyd edilməklə) əvvəlcə iddia ərizəsi, sonra isə iddia tələbinin dəyişdirilməsi barədə ərizələr təqdim edərək, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə cümə namazı ibadətini başqaları ilə birlikdə yerinə yetirmək üçün XXX2 məscidinə buraxılmamağının dinə etiqad etmək hüququnun və dini mərasimləri yerinə yetirmək sərbəstliyinin pozulması kimi qiymətləndirilməsinə və XXX2 məscidinə cümə namazını yerinə yetirmək, təkbaşına və başqaları ilə birlikdə dinə etiqad etmək hüququna və digər dini mərasimləri yerinə yetirmək sərbəstliyinə maneə yaratmamaq öhdəliyinin cavabdehlərin üzərinə qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, məscidə girməyə qoyulan faktiki qadağa Azərbaycan Respublikasının Nazirlər Kabinetinin (sonradan NK) xx.xx.2021-ci il tarixli, 151 saylı qərarı və XXXnin (sonradan QMİ) xx.xx.2021-ci il tarixli bəyanatına əsasən tətbiq edilmişdir. Belə ki, NK-nin xx.xx.2021-ci il tarixli, 151 saylı qərarının 2.2. və 2.2.1-ci bəndlərinə əsasən, dini ibadət yerlərinin fəaliyyəti (eyni vaxtda ibadət üçün nəzərdə tutulan yerlərin 50 faizindən (ümumi olaraq 50 nəfərdən) çox olmamaqla) xx.xx.2021-ci il tarixdən etibarən bərpa edilmişdir. Bununla da, NK dini ibadət yerlərində (məscidlərdə) eyni zamanda 50 nəfərdən artıq insanın ibadət etməsinə qadağa qoymuşdur. QMİ-nin internet səhifəsində xx.xx.202 1-ci il tarixdə dərc edilmiş “X1: X2 müəyyən etdiyi qaydalara ciddi riayət olunmalıdır” adlı yazısında da NK-nın müəyyən etdiyi 50 nəfərlik say məhdudiyyətinə istinad edilmiş, habelə ibadət yerlərində (məscidlərdə) riayət olunmalı digər əlavə qayda və qadağalar da bəyan edilmişdir. İddiaçı pozulmuş hüquqlarının bərpası məqsədi ilə məscidə, NK, QMİ və Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (sonradan DQK) xx.xx.2021-ci il tarixdə şikayət ünvanlasa da, bu müraciəti hələ də cavablandırılmamışdır. Daha məhdud tutumu olan məkanlara (metro, təyyarə, avtobus və s.) 50 nəfərlik məhdudiyyət qoyulmadığı halda, açıq və qapalı ərazisində yüzlərlə (bəzi məscidlərdə isə minlərlə) insanın eyni zamanda ibadəti mümkün olan məscidlərə 50 nəfərlik məhdudiyyətin tətbiqini dini mənsub iyyətə görə tətbiq edilən ayrı-seçkilikdir. NK-nın bu qadağası insan hüquqları və azadlıqlarına təminat verən Azərbaycan Respublikasının Konstitusiyasına (sonradan Konstitusiya) və beynəlxalq hüquqa ziddir. Bu ayrı-seçkiliyin dini mənsubiyyətə görə tətbiq edilməsi həm də onunla sübut olunur ki, NK -nın bu qərarının digər bəndləri ilə fəaliyyəti bərpa edilmiş və dini xarakter daşımayan aşağıdakı fəaliyyət növlərinin heç birinə 50 nəfərlik say məhdudiyyəti tətbiq edilməmişdir: Təxminən 60 nəfərədək sərnişin tutumu olan avtobuslara malik yerüstü nəqliyyata; təxminən 240 nəfərədək sərnişin tutumu olan təyyarələrə malik hava nəqliyyatına; təxminən 330 nəfərədək sərnişin tutumu olan vaqonlara malik metro nəqliyyatına; təxminən minlərlə insan tutumu olan iri ticarət mərkəzlərinə və su attraksionl arına; təxminən on minlərlə insan tutumu olan çimərliklərə və idman oyunu yerlərinə. Göründüyü kimi, sahəsindən asılı olmayaraq, bütün ibadət yerlərində, o cümlədən ümumi sahəsi 4000 kv.m. olan və eyni vaxtda təxminən 3000 nəfərin ibadət edə biləcəyi Məsciddə 50 nəfərdən artıq şəxsin toplanmasına qadağa qoyulsa da, sahəsi bundan dəfələrlə az olan qeyri-dini məkanlara 50 nəfərdən artıq şəxsin toplanmasına heç bir qadağa qoyulmamışdır. Nəticə etibarı ilə NK bu qadağaları yalnız dini ibadətləri yerinə yetirən şəxslərə münasibətdə tətbiq etmişdir. Bu isə dini mənsubiyyətə görə tətbiq edilən ayrı-seçkiliyin bariz nümunəsidir. NK-nin bu qərarına və QMİ-nin buna dair bəyanatına əsaslanaraq vicdan azadlığının məhdudlaşdırılmasına son qoyulmalı və iddiaçının Məsciddə Konstitusiyaya ilə təminat ve rilmiş təkbaşına və başqaları ilə birlikdə dinə etiqad etmək hüququ, habelə dini mərasimlərin yerinə yetirmək sərbəstliyi təmin edilməlidir.

5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim R.Səmədov) 23 noyabr 2021-ci il tarixli, 2(006)-5124/2021 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.

6. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 18-ci, 25-ci, 48-ci, 71-ci, 71-ci maddələrinə, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 9-cu maddəsinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, XXX3nin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarının 1- ci bəndinə əsasən Koronavirus (Covid – 19) infeksiyasının ölkə ərazisində yayılması nın, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2021-ci il 01 avqust saat 06:00-dək uzadılmışdır. Nazirlər Kabinetinin sonrakı qərarları ilə bu müddət bir neçə dəfə uzadılmışdır. Həmin qərarın 2.2.1-ci bəndinə əsasən 2021-ci il 31 may saat 06:00-dan dini ibadət yerlərinin (eyni vaxtda ibadət üçün nəzərdə tutulan yerlərin 50 faizindən (ümumi olaraq 50 nəfərdən) çox olmamaqla müəyyən edilməsi qərara alınmışdır. Göründüyü kimi Koronavirus (Covid – 19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə ibadət yerlərinə 50 nəfərdən çox olmamaqla şəxslərin girişinə icazə verilmişdir.

7. Məhkəmə onu da qeyd etmişdir ki, öz dininə və baxışlarına etiqad etmək azadlığı yalnız ictimai asayiş maraqları naminə, ictimai qaydanı, sağlamlığı, yaxud mənəviyyatı qorumaq üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan məhdudiyyətlərə məruz qala bilər.

8. İddiaçı XXX2 məscidinə buraxılmamağı dinə etiqad etmək hüququnun və dini mərasimləri yerinə yetirmək sərbəstliyinin pozulması kimi qiymətləndirilməməlidir. Cavabdeh XXX2 məscidi tərəfindən İddiaçı ibadət evinə buraxılmamağı digər şəxslərin hüquq və azadlıqlarını (sağlamlıqlarını) qorumaq üçün qanunla nəzərdə tutulmuş çərçivədə həyata keçirilmişdir.

9. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər XXXnə və XXX2 Məscidinə qarşı "dinə etiqad etmək hüququna və dini mərasimləri yerinə yetirmək sərbəstliyinə maneəçilik yaratmamaq öhdəliyinin qoyulması və s. tələbi"n ə dair iddia ərizəsi təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. İddiaçı qətnamədən verdiyi apellyasiya şikayətini belə əsaslandırmışdır ki, iddia ərizəsinin predmeti say məhdudiyyətin (qadağaların) yalnız dini ibadətləri yerinə yetirən şəxslərə münasibətdə tətbiq edilməsinin dini mənsubiyyətə görə tətbiq edilən ayrı-seçkilik kimi qiymətləndirilməsi olduğu halda, Nəsimi rayon məhkəməsi bu iddia tələbinə münasibət bildirməmişdir. Məhkəmə yalnız karantin tədbirlərinin zəruriliyi barədə bir neçə abzasla kifayətlənmişdir. Qeyd edir ki, iddiaçı heç zaman tətbiq olunan karantin tədbirlərinin zəruriliyini mübahisələndirməmişdir. Mübahisə bu karantin tədbirləri ilə əlaqədar olan say məhdudiyyətinin seçici olaraq yalnız dini ibadətləri yerinə yetirən şəxslərə münasibətdə tətbiq edilməsinin yolverilməzliyinə aid olmuşdur. Bundan başqa, vəsatətlə Nasimi rayon məhkəməsinə müraciət edərək xahiş etmişdir ki, XXX3nin xx.xx.2021-ci il tarixli, 151 saylı qərarının 2.2.1-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İİİ hissəsinə və 48-ci maddəsinin İİ hissəsinə uyğunluğunun yoxlanılması haqqında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edilsin. Lakin, vəsatət əsassız olaraq rədd edilmişdir. Həmin qərardad da əsassız olmuşdur.

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs x1nin nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək izahatında əlavə olaraq bildirdi ki, məscidlərin qapalı hissələrində 50 nəfərdən artı toplaşmağa icazə verilməsə də, məscidin həyətində açıq havada insanların toplaşması üçün s ay məhdudiyyəti olmamışdır və iddiaçının da açıq havada ibadətini etməyə imkanı olmuşdur.

12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər Ş.Məhərrəmova (sədrlik edən və məruzəçi), A.Tanrıverdiyev və R.Həsənov) 02 mart 2022-ci il tarixli, 2(103)1745/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq bildirmişdir ki, iddiaçı apellyasiya şikayətində - Nazirlər Kabinetinin qadağalarının yalnız dini ibadətləri yerinə yetirən şəxslərə münasibətdə tətbiq etməklə, həmin qadağanın dini mənsubiyyətə görə tətbiq edilən ayrı-seçkiliyin bariz nümunəsi olmasını qeyd etmişdir. Lakin məlum ol duğu kimi XXX3nin qərarları ilə Koronavirus (Covid – 19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə bir çox məhdudiyyətlər tətbiq edilmişdir ki, bunun yalnız dini mənsubiyyətlə bağlı ayrı-seçkilik kimi qəbul edilə bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətlərinin dəlilləri

14. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv olunmasını xahiş etmişdir. Şikayət iddia ərizəsi və apellyasiya şikayətinin dəlillərinə uyğun şəkildə əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlili

15. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq «İnsan hüquqlarının Konvensiyası: və əsas azadlıqların müdafiəsi haqqında» Avropa

16. Maddə 9, hissə

1. Hər kəsin fikir, v icdan və din azadlığı hüququ vardır; bu hüquqa öz dinini və ya əqidəsini dəyişmək azadlığı, öz dininə və ya əqidəsinə həm təkbaşına, həm də başqaları ilə birlikdə etiqad etmək və açıq yaxud şəxsi qaydada ibadəti, təlimləri, dini və mərasim ayinlərini yerinə yetirmək azadlığı daxildir.

17. Maddə 9, hissə

2. Öz dininə və baxışlarına etiqad etmək azadlığı yalnız ictimai asayiş maraqları naminə, ictimai qaydanı, sağlamlığı yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan məhdudiyyətlərə məruz qala bilər. Azərbaycan Respublikasının Konstitusiyası:

18. Maddə 18, hissə

1. Azərbaycan Respublikasında din dövlətdən ayrıdır. Bütün dini etiqadlar qanun qarşısında bərabərdir.

19. Maddə 25, hissə

3. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır.

20. Maddə 48, hissə 3 və

4. Dini mərasimlərin yerinə yetirilməsi, ictimai qaydanı pozmursa və ya ictimai əxlaqa zidd deyildirsə, sərbəstdir. Dini etiqad və əqidə hüquq pozuntusuna bəraət qazandırmır.

21. Maddə 71, hissə 2 və

3. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. H ər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Müharibə, hərbi vəziyyət və fövqəladə vəziyyət, habelə səfərbərlik elan edilərkən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərini nəzərə almaq şərti ilə qismən və müvəqqəti məhdudlaşdırıla bilər. Həyata keçirilməsi məhdudlaşdırılan hüquq və azadlıqlar haqqında əhaliyə qabaqcadan məlumat verilir.

22. Maddə 120, hissə

1. Ümumi qaydalar müəyyən etdikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərarlar, başqa məsələlər üzrə sərəncamlar qəbul edir. Azərbaycan Respublikasında in san hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanunu:

23. Maddə 3.4. İnsan hüquqlarına və ya azadlıqlarına qoyulan məhdudiyyətlər Azərbaycan Respublikasının Konstitusiyasında və bu Konstitusiya Qanununda nəzərdə tutulan qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasının Qanunu:

24. Maddə 4, hissə

1. Azərbaycan Respublikası ali dövlət hakimiyyəti və idarəetmə "orqanlarının səlahiyyətinə Azərbaycan Respublikası əhalisinin sanitariya-epidemioloji salamatlığı məsələlərinə dair respublika qanunlarının, digər normativ aktların hazırlanması və qəbul edilməsi, əhalinin sanitariya-epidemioloji salamatlığının təmin edilməsi sahəsində məqsədyönlü respub lika kompleks proqramlarının hazırlanması və qəbul olunması, onların maliyyələşdirilməsi və həyata keçirilməsinə nəzarət edilməsi, Azərbaycan Respublikasının ərazisində əhali arasında yoluxucu və qeyri-yoluxucu kütləvi xəstəliklərin, zəhərlənmələrin yayılmasının qarşısını almağa və ləğv edilməsinə yönəldilmiş xüsusi təhsil, hərəkət, daşıma və əmək rejimi şərtlərinin qoyulması və ləğv edilməsi aiddir.

25. Maddə 4, hissə

2. Öz ali və yerli dövlət hakimiyyəti və idarəetmə orqanlarının simasında Naxçıvan Muxtar Respublikasının, Azərbaycan Respublikası şəhərlərinin və rayonlarının səlahiyyətinə əhali arasında yoluxucu xəstəlik epidemiyalarının, qeyriyoluxucu kütləvi xəstəliklərin və zəhərlənmələrin qarşısının alınmasında və ləğvində operativ tədbirlərin təşkili, habelə müvafiq ərazidə karantini n və ya məhdudlaşdırıcı tədbirlərin tətbiqinə və ləğvinə dair qərarların qəbul edilməsi daxildir.

26. Maddə

25. Dövlət orqanları, ictimai birliklər, müəssisələr, təşkilatlar, idarələr və vətəndaşlar yoluxucu, parazitar, peşə xəstəliklərinin və kütləvi qeyri-yoluxucu xəstəliklərin, o cümlədən radiasiya amili ilə bağlı olan xəstəliklərin əmələ gəlməsinin və yayılmasının qarşısını almaq, habelə belə xəstəliklər əmələ gəldikdə onları ləğv etmək üçün vaxtında tədbirlər görülməsini təmin etməlidirlər. XXX3nin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarı:

27. Bənd

1. Koronavirus (Covid–19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respubli kasının ərazisində xüsusi karantin rejiminin müddəti 2021-ci il 01 avqust saat 06:00-dək uzadılmışdır. Nazirlər Kabinetinin sonrakı qərarları ilə bu müddət bir neçə dəfə uzadılmışdır.

28. Bənd 2.2.1. 2021-ci il 10 iyun saat 00:00-dan dini ibadət yerlərində fəaliyyət eyni vaxtda ibadət üçün nəzərdə tutulan yerlərin 50 faizindən (ümumi olaraq 50 nəfərdən) çox olmamaqla bərpa edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

32. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyinə görə məhkəmə aktı bütövlükdə yoxlanılır.

33. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

35. Belə ki, iddiaçının tələbi 2021-ci ilin iyun-sentyabr və noyabr aylarında cümə namazı ibadətini başqaları ilə birlikdə yerinə yetirmək üçün XXX2 məscidinə buraxılmamağının dinə etiqad etmə k hüququnun, dini mərasimləri yerinə yetirmək sərbəstliyinin pozulması kimi qiymətləndirilməsi və bu sərbəstliyinə maneə yaratmamaq öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədədir. İddiaçı dini ibadət yerlərinə insanların buraxılmasına dair 50 nəfər həddində gətirilmiş məhdudiyyəti konstitusion hüquqlarının əsassız məhdudlaşdırılması hesab edir.

36. Cavabdeh tərəf isə bildirir ki, bu məhdudiyyət pandemiya zamanı karantin rejimi çərçivəsində Nazirlər Kabinetinin qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərar əsasında tətbiq edilmişdir.

37. Məhkəmələr belə qənaətə gəlmişlər ki, iddiaçının dini mərasimləri başqaları ilə birlikdə yerinə yetirmək azadlığına tətbiq olunan məhdudiyyət «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası, Azərbaycan Respublikasının K onstitusiyası və qanunları, Nazirlər Kabinetinin qərarı əsasında qanuni məqsədlərlə həyata keçirilmişdir.

38. Məlum olduğu kimi vicdan və din azadlığı mütələq deyil, qanunda nəzərdə tutulmuş məhdiyyətlərə məruz qala bilər. Bu qayda «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 9-cu maddəsinin 2-ci hissəsində də nəzərdə tutulmuşdur. Həmin normaya görə, öz dininə və baxışlarına etiqad etmək azadlığı yalnız ictimai asayiş maraqları naminə, ictimai qaydanı, sağlamlığı yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan məhdudiyyətlərə məruz qala bilər (§ 16-17).

39. Eyni zamanda Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəs inə görə, hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır (§ 21).

40. Kollegiya onu da nəzərə alır ki, insan hüquqlarına və ya azadlıqlarına qoyulan məhdudiyyətlər Azərbaycan Respublikasının Konstitusiyasında və bu Konstitusiya Qanununda nəzərdə tutulan qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır (§ 23).

41. Hazırkı işə baxan məhkəmələr müəyyən etmişlər ki, iddiaçının mübahisələndirdiyi məhdudiyyət qanunda nəzərdə tutulmuşdur.

42. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyası və Sanitariya-epidemioloji salamatlıq haqqında Qanun (§ 22, 24-26) çərçivəsində Azərbaycan Respub likasının Nazirlər Kabineti “Covid-19” infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə xx.xx.2021-ci il tarixli qərar qəbul etmişdir. Həmin aktla 2021-ci il 10 iyun saat 00:00-dan dini ibadət yerlərinin eyni vaxtda ibadət üçün nəzərdə tutulan yerlərində fəaliyyət 50 faizdən (ümumi olaraq 50 nəfərdən) çox olmamaqla bərpa edilmişdir.

43. Eyni zamanda müvafiq məhdudiyyətlər yalnız dini ibadətləri yerinə yetirən şəxslərə münasibətdə deyil, insanların sağlamlığını, sanitar-epidemioloji salamatlığı qorumaq, pandemiya zamanı infeksiyanın yayılmasını önləmək və onun törədə biləcəyi fə sadların qarşısının almaq məqsədilə digər iş və xidmət sahələrində də tətbiq edilmişdir. Dövlət bu barədə qərarlar qəbul edərkən mütənasibliyi də nəzərə almaqla, pandemiyanın ölkədəki vəziyyətini, bu sahədə səlahiyyətli qurumların proqnoz və tövsiyələrini, insanların toplaşdıqları məkanların xüsusiyyətlərini (həcmini, açıq və ya qapalı olmasını, toplaşanların mümkün sıxlığını və s.) və digər mühüm meyarları nəzərə alaraq, müxtəlif sahələr üzrə məhdudiyyətlərin ağırlıq dərəcəsini artırmış və ya azaltmışdır. Bu baxımdan məhz eyni vaxtda ibadət üçün nəzərdə tutulan dini ibadət yerlərində insanlar üçün müvəqqəti olaraq say məhdiudiyyətinin müəyyən edilməsi ayrı-seçkilik kimi qiymətləndirilə bilməz.

44. O da nəzərə alınmalıdır ki, iddiaçının tələbində göstərdiyi dövrdə dini ibadət yerlərinə bur axılış ümumiyyətlə qadağan olmamış, həmin məkanların eyni vaxtda ibadət üçün nəzərdə tutulan yerlərində fəaliyyətin 50 nəfərdən çox olmamaqla həyata keçirilməsinə icazə verilmişdir. Bu hal ona dəlalət edir ki, iddiaçının başqaları ilə eyni vaxtda ibadət etmək məqsədilə məcidə daxil olmaq üçün müvafiq prosedura əməl etməklə 50 nəfərin sırasına daxil olmaq imkanı da olmuşdur.

45. Beləliklə, sözügedən məhdudiyyət qanunda nəzərdə tutulduğu, qanuni məqsəd daşıdığı və demokratik cəmiyyətdə zəruri (mütənasib) olduğu üçün iddiaçının tələbinin təmin edilməməsi maddi və prosessual hüquq normalarına uyğun olmuşdur.

46. Göstərilənləri nəzərə alaraq Kollegiya onu da qeyd edir ki, iddiaçının XXX3nin xx.xx.2021-ci il tarixli, 151 saylı qərarının 2.2.1-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İİİ hissəsinə və 48-ci maddəsinin İİ hissəsinə uyğunluğunun yoxlanılması haqqında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edilməsi barədə vəsatətinin təmin olunması üçün də əsas yoxdur. Eyni zamanda işə məhkəmə iclasında baxılması üçün də MPM-nin 414.1-ci maddəsində nəzərdə tutulan əsaslar müəyyən edilməmişdir.

47. Beləliklə, məhkəmə kollegiyası bu qənaətə gəlir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

48. Ona görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası mə hkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

49. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1745/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar