Məhkəmə qərarları › İş №2(102)-3371/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3371/2023

13.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3371/2023 13.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" ASC-nin Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" KB ASC-yə qarşı “pulun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: tələbin güzəşti, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 aprel 2023-cü il tarixli, 2(103)746/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respu blikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Satıcı “X3” MMC (hazırda hüquqi varisi olan "xxxx" ASC) və alıcı Cavabdeh arasında 18 may 2007-ci il tarixdə Mənzil alğı-satqı müqaviləsi bağlanmış və Satıcı Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində yerləşən bina 1, blok 1, mərtəbə 15, 141 nömrəli mənzilini alıcıya satmağı, alıcı isə mənzilin dəyərini müqavilə ilə müəyyən edilmiş qaydada Satıcıya ödəməyi öhdəsinə götürmüşdür.

2. Tələbin güzəşt edilməsi haqqında 28 fevral 2013-cü il tarixli müqaviləyə görə "xxxx" Kommersiya Bankı ASC (kreditor) onun borcalan Cavabdeh ilə bağladığı 01 avqust 2007-ci il tarixli kredit müqaviləsinə əsasən borcalana qarşı irəli sürə biləcəyi əsas kredit və faiz borcunun ödənilməsi üzrə tələblərini “yeni kreditor” "xxxx" ASC-yə kredit müqaviləsi üzrə əsas kredit və faiz borcunun kreditora ödənilməsi müqabilində güzəşt etmiş, yeni kreditor kredit müqaviləsi üzrə əsas kredit və faiz borcunun bu müqavilə ilə müəyyən edilmiş müddətdə “Kreditor”a ödəməyi öhdəsinə götürmüşdür.

3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin iddia tələbi təmin edilərək, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal Y/M-də yerləşən bina 1, blok 1, mərtəbə 15, 141 nömrəli mənzilin alğı-satqısına dair bağlanmış 17 may 2007-ci il tarixli, 3463 saylı müqaviləsinin ləğv edilməsi və Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal Y/M-də yerləşən bina 1, blok 1, mərtəbə 15, 141 nömrəli mənzil boşaldıla raq, iddiaçıya təhvil verilməsi qət edilmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasinin 05 fevral 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 yanvar 2019-cu il tarixli qətnamənin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi və sair tələbləri barədə” iddiasının təmin edilməməsi qət edilmişdir.

5. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 30 sentyabr 2021-ci il tarixli qərarı ilə iddiaçı "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasinin 05 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı "xxxx" ASC Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Kommersiya Bankı ASC-yə qarşı iddia ərizəsi ilə, sonradan isə Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə kredit müqaviləsi üzrə 38402,39 manat əsas borc, 19302 manat faiz borcu olmaqla, cəmi 57704,39 manat məbləğində kredit borcunun, 25966,97 manat əldən çıxmış faydaya görə faiz borcunun və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 341 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı müqavilə üzrə öhdəliklərini icra edərək, mənzili inşa etmiş və cavabdehə təhvil vermiş, lakin müqavilənin tələbləri cavabdeh tərəfindən pozulduğuna, mənzilə görə ödənişləri gecikdirdiyinə görə ona qarşı “müqavilənin ləğvi, mənzilin boşaldılması və təhvil verilməsi” tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh kredit müqaviləsi əsasında aldığı kreditlə mənzilin ödənişini etmişdir. Cavabdeh kredit müqaviləsi ilə götürdüyü 57704,39 manat məbləğində pulu ASC Banka ödədiyi üçün "xxxx" Kommersiya Bankı ASC ilə "xxxx" ASC arasında 28 fevral 2013-cü il tarixli tələbin güzəşt edilməsi haqqında müqaviləyə əsasən tələb etmə hüququ Bank tərəfindən iddiaçı ASC-yə ötürülmüşdür. Həmin müqaviləyə əsasən tələb etmə hüququ Bank tərəfindən iddiaçı ASC-yə ötürüldüyü üçün iddiaçı kredit müqaviləsi əsasında cavabdehin götürdüyü və geri qaytarmadığı 57704,39 manat məbləğində kredit borcunun 5 gün müddətində ödənilməsi b arədə pretenziya məktubu göndərmiş, lakin cavabdehdən heç bir cavab almamışdır.

8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli, e-2(001)4394/2022 nömrəli qətnaməsi ilə (hakim F.E.Hətəmzadə) iddia qismən təmin edilmiş, Cavabdeh 38402,39 manat məbləğində əsas borc və 19302 manat məbləğində faiz borcu olmaqla, cəmi 57704,39 manat məbləğində borcun və ödənilmiş dövlət rüsumunun 235 manat hissəsinin alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.4, 217.4-cü maddələrinə istinad edərək göstərmişdir ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya m übahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Bu səbəblə iddiaçı ilə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" KB ASC arasında bağlanmış 28 fevral 2013-cü il tarixli müqaviləyə əsasən "xxxx" KB ASC tərəfindən borcalan Cavabdeh 01 avqust 2007-ci il tarixli müqavilə üzrə 38402,39 manat məbləğində əsas borc və 19302 manat məbləğində faiz borcu olmaqla, cəmi 57704,39 manat məbləğində borcun tələb etmə hüququ iddiaçıya ötürüldüyü işin mübahisəsiz halı kimi qəbul edilməlidir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı bu barədə cavabdehi məlumatlandıraraq, borcun ödənilməsini tələb etsə də, cavabdeh öz üzərinə götürdüyü öhdəliyi icra etməmişdir.

10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh kredit m üqaviləsindən irəli gələn öhdəliklərini lazımi qaydada icra etmədiyi, pul borcunu müqavilə ilə nəzərdə tutulan qaydada iddiaçıya ödəmədiyi və bununla da müqavilənin şərtlərini pozduğu üçün, həmin öhdəliyin icrasını təmin etmək məqsədilə ödənilmiş qeyd olunan pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

11. Bununla belə, məhkəmə iddiaçının “cavabdehdən 25966,97 manat məbləğində əldən çıxmış faydaya görə faiz borcunun tutulması” hissəsində iddia tələbini əsaslı hesab etməmiş və göstərmişdir ki, iddiaçı qeyd olunan hissədə iddiasını cavabdehin pulu 9 il gecikdirməsi ilə əsaslandırsa da, iddiaçının məhkəmə iclaslarında iştirak edən nümayəndəsi gecikmənin nə vaxtdan başladığının müəyyən edilməsinə əsas təşkil edən 01 avqust 2007-ci il tarixli 283AKN/07 saylı kredit müqaviləsini məhk əməyə təqdim etməmişdir. Belə olan halda isə, gecikmənin həqiqətdə hansı müddəti əhatə etdiyini müəyyən edərək, müvafiq hesablamanı aparmaq mümkün olmamışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

12. Qətnamədən iddiaçı "xxxx" ASC apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli, e-2(001)-4394/2022 nömrəli qətnaməsinin iddianın təmin edilməməsi hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Həmçinin Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli, e-2(001)-4394/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin bütövlükdə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 1

4. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasinin 18 aprel 2023-cü il tarixli, 2(103)746/2023 nömrəli qətnaməsi ilə (hakim İ.S.Şirinovun sədrliyi və məruzəsi ilə, hakimlər N.Ş.Cəfərovdan və E.C.Kazımovdan ibarət tərkibdə) iddiaçı "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli, 2(001)-4394/2022 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbinin təmin edilməməsi qət edilmişdir.

15. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan apellyasiya məhkəməsi göstərmişdir ki, hazırkı işə baxılması ilə əlaqədar Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılmış iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi, mənzil in boşaldılması və təhvil verilməsi tələbinə” dair 2(004)-555/2019 saylı, 263 vərəqdən ibarət mülki iş tələb edilmişdir. Həmin mülki işdə olan 25 oktyabr 2018-ci il tarixdə məhkəməyə daxil olmuş iddiaçı "xxxx"ASC-nin Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi, mənzilin boşaldılması və təhvil verilməsi tələbinə” dair iddia ərizəsinin məzmunundan məlum olur ki, iddiaçı cavabdehdən mənzilə görə müqavilədə olan aylıq ödənişlərin edilməməsi əsası ilə müqavilənin ləğvini, mənzilin boşaldılaraq təhvil verilməsini tələb etmiş, nə kredit müqaviləsi, nə də tələbin güzəştindən bəhs olunmamışdır. Həmin mülki işdə iddiaçının cavabdehə ünvanladığı 09-01/744 saylı, 15 oktyabr 2018-ci il tarixli pretenziya məktubunda da mənzilə görə müqavilədə olan aylıq ödənişlərin ödənilməsi təklif edilmiş, əks təqdird ə məhkəməyə müraciət edilməsi qeyd edilmiş, nə kredit müqaviləsi, nə də tələbin güzəştindən bəhs olunmuşdur. Həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasinin 05 fevral 2021-ci il tarixli 2(103)-100/2021 nömrəli qətnaməsindən məlum olur ki, üçüncü şəxs "xxxx" KB ASC-nin nümayəndəsi bildirmişdir ki, mənzilin alınması məqsədi ilə, həqiqətən də bank ilə cavabdeh arasında 03 avqust 2007-ci il tarixli kredit müqaviləsi bağlanmış, 28 fevral 2013-cü il tarixli tələbin güzəşti müqaviləsi ilə bank tələb etmə hüququnu iddiaçıya ötürülmüşdür.

16. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı hazırkı tələbində "xxxx" Kommersiya Bankı ASC (kreditor) ilə "xxxx" ASC (yeni kreditor) arasında tələbin güzəşt edilməsi haqqında 28 fevral 2013-cü il tarixli 284TQH №-li müqaviləyə istinad edir. Hazırkı halda iddiaçı tələbin güzəşti müqaviləsinin bağlanmasına əsas olan "xxxx" Kommersiya Bankı ASC ilə cavabdeh arasında bağlanmış 03 avqust 2007-ci il tarixli kredit müqaviləsinin əslinin, yaxud da qanunla müəyyən olunmuş qaydada təsdiq olunmuş surətini məhkəməyə təqdim etməmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında kredit müqaviləsinin nə əslinin, nə də ki, surətinin onlarda olmadığını, tələbin güzəşt edilməsi haqqında müqavilənin isə yalnız surətini təqdim etmək imkanının olduğunu bildirmişdir.

17. Apellyasiya məhkəməsinin həmin müqavilələrin təqdim edilməsi barədə sorğusuna "xxxx" Kommersiya Bankı ASC 14 mart 2023-cü il tarixli cavab məlumatında bildirmişdir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının “Azərbaycan Respublikasının bank sistemində arxiv işinin aparılması haqqında” təlimata əsasən Kredit dosyesinə aid sənədlər: kredit və təminat müqavilələri, qarantiyalar, borcalanın ödəmə və maliyyə vəziyyəti barədə məlumat, təminatın qiymətləndirilməsinə dair sənədlər, kreditin istifadəsinə nəzarətin nəticələri, kreditin ödənilməsi barədə bank sənədləri və kredit dosyesinə aid digər sənədlərin saxlanma müddəti 5 il olduğuna görə həmin sənədlərin təqdim edilməsi qeyri-mümkündür.

18. İddia tələbinə etiraz edən cavabdeh kredit müqaviləsindən məlumatı olmadığını, onunla belə bir müqavilə bağlanmadığını, tələbin güzəşt edilməsi haqqında müqavilənin isə sonradan tərtib olunmuş, əsli olmayan və bu səbəbdən də heç bir sübut əhəmiyyəti olmayan sənəd olduğunu bildirmişdir.

19. Apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfin bu dəlili ilə razılaşmamış və qeyd etmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılmış iddiaçı "xxxx"ASC-nin Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi, mənzilin boşaldılması və təhvil verilməsi tələbinə” dair mülki işdən verdiyi apellyasiya şikayətində, eləcə də Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 fevral 2021-ci il tarixli qətnaməsindən də göründüyü kimi izahatında bildirmişdir ki, bankdan götürdüyü kredit müqaviləsi üzrə ödənişlər etmiş, lakin məhkəmə bunu nəzərə almamışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 fevral 2021-ci il tarixli qətnaməsi ilə də cavabdehin ASC-dən aldığı mənzilə görə borcunun qalmadığı, həmin borcun bir hissəsinin cavabdehin özü tərəfindən bilavasitə, qalan hissəsinin isə bankdan aldığı kreditlər hesabına ödənildiyi müəyyən olunmuşdur. Demək ki, cavabdehin iddiaçıya mənzilin alınmasına görə olan borcunu bankdan aldığı kredit hesabına bağladığı müəyyən olunur. Belə olan halda, apellyasiya məhkəməsi cavabdehin həmin etiraz dəlilini, yəni bankdan heç vaxt kredit almamasına dair bildirdiklərini əsassız hesab etmişdir.

20. Bununla belə, iddiaçının hazırkı tələbi ilə bağlı kredit müqaviləsi təqdim edilmədiyindən, bank tərəfindən ona güzəşt edilmiş tələb üzrə əsas, faiz və cərimə borcunu müəyyən etmək mümkün deyil. Başqa sözlə desək, tələb edilən hüququn nədən ibarət olması, daha doğrusu hazırkı halda onun həcmini müəyyən etmək mümkün olmur. Baxmayaraq ki, iddiaçı tələbin güzəşt edilməsi haqqında müqavilənin də nə əslini, nə də ki, qanunla müəyyən olunmuş qaydada təsdiq olunmuş surətini təqdim edə bilməmişdir. Bununla belə, hətta həmin m üqavilənin əslinin olması halında belə, həmin müqavilə yalnız tələbin güzəşti ilə bağlı tərəflər - tələb sahibi ilə üçüncü şəxs arasındakı münasibətləri tənzimləyir və bu müqavilə əsas öhdəliyin predmetini, həcmini, ölçüsünü və s. şərtlərini müəyyən edən müqavilə hesab olunmur. Başqa sözlə, iddiaçı ona güzəşt olunan tələbin həcmi və şərtlərini sübut etməlidir. Hazırkı halda isə iddiaçı ona güzəşt olunmuş öhdəliyin həcmi və şərtləri barədə məhkəməyə sübut təqdim edə bilməmişdir.

21. Bununla da, iddiaçı tərəfindən hazırkı tələblə bağlı MPM-in tələblərinə cavab verən və əsaslı şübhədənkənar sübutlar məhkəməyə təqdim edilməmişdir.

22. Cavabdeh apellyasiya icraatı mərhələsində iddia müddətinin tətbiqinə dair ərizə vermişdir. Məhkəmə cavabdehin həmin ərizəsinin apellyasiya icraatı mərhələsində v erməsinin əsaslarını araşdıraraq hesab etmişdir ki, rayon məhkəməsində işə baxılmasında cavabdehin iştirakı təmin edilmədiyindən və cavabdeh tərəf bu hüququnu rayon məhkəməsində həyata keçirmək imkanına malik olmadığından, onun müddətin tətbiqinə dair ərizəni hazırkı mərhələdə təqdim etməsi yolveriləndir. Apellyasiya instansiyası məhkəməsi bununla bağlı qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin bildirişi poçt vasitəsilə cavabdehin ünvanına göndərilmiş, lakin zərf “ünvan düzgün deyil” qeydi ilə geri qayıtmışdır. Belə olan halda, cavabdehin həmin ərizəni apellyasiya icraatı zamanı verməsi gecikmiş kimi qiymətləndirilə bilməz, çünki o, birinci instansiya məhkəməsində aparılan icraatdan məlumatsız olmuş və iştirak etməmiş, bu səbəbdən də məhkəmə tərəfindən cavabdehin iddia müddətinin tətbiqinə dair ərizəsi qəbul edilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi, mənzilin boşaldılması və təhvil verilməsi tələbinə” dair mülki işdə olan "xxxx" ASC-nin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə ünvanladığı 19 dekabr 2018-ci il tarixli arayışdan məlum olur ki, Cavabdeh ilə (bundan sonra “Alıcı”) "xxxx" MMC (hazırda hüquqi varisi - "xxxx" ASC) (bundan “Korporasiya”) arasında 18 may 2007-ci il tarixində Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal Y/M-də yerləşən, bina 1, blok 1, mərtəbə 15, 141 saylı, 2 otaqdan ibarət ümumi sahəsi 82,1 kv.m olan mənzilin alınmasına dair 3463 saylı alqı-satqı müqaviləsi bağlanmış, Alıcı mənzilin dəyərini 649,96 AZN olmaqla 180 ay müddətində ödəməyi öhdəsinə götürmüşd ür. Alıcı müqavilə bağladığı tarixdən 04 dekabr 2018-ci il tarixinə qədər 90344,44 manat və ya 139 ay aylıq ödəniş məbləği ödəməli olduğu halda, 26229,96 manat və ya 40 ay aylıq ödəniş ödəmişdir. Alıcının qrafik üzrə 64114,48 və ya 99 ay aylıq ödəniş məbləği və ödəmədiyi aylıq ödənişlərə görə hesablanmış cərimə borcu mövcuddur (tərəflər arasında bağlanmış müqavilənin 3.1-ci bəndinə əsasən Alıcı öhdəsinə götürdüyü aylıq ödəməni gecikdirərsə o zaman onun müqaviləyə əsasən, ödəməli olduğu tarixdən etibarən 5 (beş) təqvim günü “Satıcı” tərəfindən güzəştli gün kimi təyin edilir. 5 günlük güzəşt müddəti keçdikdən sonra Alıcı öhdəsinə götürdüyü hər ay üçün ödəməni gecikdirdiyi halda, hər bir gecikdirilmiş gün üçün müqavilədə nəzərdə tutulmuş aylıq ödəniş məbləğinin 1 faizi məbləğində cərimə ödəmə lidir). Alıcı 28 fevral 2013-cü il tarixdən etibarən ümumiyyətlə ödəniş aparmır və ödəniş müddətində gecikmə 2999 gün təşkil edir.

24. Beləliklə, iddiaçının təqdim etdiyi 19 dekabr 2018-ci il tarixli arayışdan məlum olur ki, alıcı 28 fevral 2013-cü il tarixdən etibarən ümumiyyətlə ödəniş aparmır və ödəniş müddətində gecikmə 2999 gün təşkil edir.

25. Apellyasiya instansiyası məhkəməsinin iclasında da iddiaçının nümayəndəsi iddia tələbinin təmin olunmayan əldən çıxmış faydaya dair hissəsinə dair izahatında həmin məbləğin hesablanması əsasına dair qeyd etmişdir ki, həmin məbləğ 28 fevral 2013-cü ildən hesablanmışdır, çünki cavabdehin həmin tarixdən onlara güzəşt olunmuş borcu ödəmək öhdəliyi yaranmışdır. Demək iddiaçının bəyanına əsasən cavabdehin öhdəliyinin icra müddəti 28 fevral 2013-cü il dən yaranmışdır. Bununla belə iddiaçı müddətin axımının kəsilməsi və dayanmasına dair də hər hansı sübut verməmiş, belə bir hal müəyyən olunmamışdır. İddia müddətin tətbiqi məsələsi müzakirə olunarkən iddiaçının nümayəndəsi məhkəmə iclasında cavabdehə qarşı 2018-ci ilə başqa bir iddia – mənzilin təhvil verilməsinə dair iddia irəli sürdüklərini, həmin məhkəmə mübahisəsinin bir neçə il davam etdiyini bildirmişdir. Apellyasiya instansiyası məhkəməsi bununla bağlı qeyd etmişdir ki, MM-in 380.1-ci maddəsinin tələbinə görə iddia müddətinin axımı yalnız borclunun etiraf edici hərəkətləri nəticəsində kəsilə bilər, iddiaçının, həm də başqa bir iddia verməsi müddətin axımını kəsən hal kimi nəzərdə tutulmamışdır. Bundan başqa, iddia müddətinin axımının kəsilməsi özü iddia müddəti daxilində baş verməl idir. Hazırkı halda iddiaçı tərəf bildirir ki, cavabdehin öhdəliyinin icra müddəti 28 fevral 2013-cü ildən hesablanmalıdır (iddiaçı tərəf öhdəliyin icra edilməməsinə görə əldən çıxmış faydanı da məhz həmin tarixdən hesablamışdır). Belə olan halda məlum olur ki, həmin öhdəliyə görə iddia müddəti 28 fevral 2016-cı ildə bitmişdir. İddiaçı hazırkı tələbində 28 fevral 2013-cü il tarixli 284TQH №-li tələbin güzəşt edilməsi haqqında müqaviləyə istinad edir. Belə olan halda aydın olur ki, iddiaçı tərəfindən hazırkı iddianın verilməsi üçün qanunvericilikdə belə iddiaların verilməsi üçün nəzərdə tutulmuş 3 illik iddia müddəti buraxılmış və cavabdeh tərəfindən də məhkəməyə iddia müddətinin tətbiqinə dair ərizə verilmişdir ki, bu da hazırkı iddianın rədd edilməsi üçün əsasdır.

26. Məhkəmə iddiaçının a pellyasiya şikayətinə münasibətdə qeyd etmişdir ki, cavabdehin apellyasiya şikayətinin əsaslı olmasına dair gəlinən nəticə öz-özlüyündə iddiaçı tərəfin apellyasiya şikayətinin əsassız olması və təmin edilə bilməzliyini şərtləndirir.

27. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 194.1, 194.2, 194.3, 194.4, 195, 196, 197, 198.1. 198.2, 199.1, 199.2, 372.1, 372.2, 373.2, 385.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77.1, 89.1, 89.2, 89.3, 89.4, 89.5, 372, 384.0.2, 388-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

28. İddiaçı "xxxx" ASC kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 aprel 2023-cü il tarixli, 2(103)-746/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194, 196, 1091-ci, Mülki Prosessual Məcəlləsinin 82.3, 88, 217, 218-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası məhkəmə qərarları ilə müəyyən edilmiş bütün hallara, eləcə də cavabdehin kredit alaraq mənzilin pulunu ödəməsi faktına və iddiaçının “müqavilənin ləğv edilməsi, mənzilin boşaldılması və təhvil verilməsi tələbinə” dair iddiasının bu səbəbdən rədd etməsi hallarına qiymət verməyərək, kredit müqaviləsinin mövcud olmamasına istinad etmişdir. Halbuki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası 05 fevral 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə "xxxx" Kommersiya Bankı ASC arasında 03 avqust 2007-ci il tarixdə kredit müqaviləsinin bağlanmış olduğunu, Cavabdeh həmin müqavilə əsasında aldığı kreditlə iddiaçıya mənzilin ödənişini etdiyini, cavabdehin kredit müqaviləsi ilə götürdüyü 57704,39 manat məbləğində pulu iddiaçı tərəfindən Banka ödənildiyi üçün "xxxx" KB ASC ilə "xxxx" ASC arasında 28 fevral 2013cü il tarixli tələbin güzəşt edilməsi haqqında müqavilə bağlanılaraq tələb etmə hüququnun Bank tərəfindən iddiaçıya ötürüldüyünü təsdiq etmişdir.

30. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

31. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

32. Azərbaycan R espublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

33. Ap ellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassator tərəfindən tam mübahisələndirildiyindən kassasiya baxışının predmetini həmin qətnamənin qanuniliyinin kassasiya şikayətinin dəlilləri əsasında tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

34. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194.1-ci maddəsinə əsasən tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. 194.2-ci maddəsinə əsasən tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Bu halda tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. 196-cı maddəsinə əsasən əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, ilkin kreditorun tələbi yeni kreditora hüququn keçdiyi məqamda mövcud olmuş həcmdə və şərtlərlə keçir. Xüsusilə, öhdəliyin icrasını təmin edən hüquqlar, habelə tələblə bağlı olan digər hüquqlar, o cümlədən ödənilməmiş faizlərə hüquq yeni kreditora keçir. Tələb güzəşt edildikdə yeni kreditora girov və ipoteka hüququ, habelə ona verilmiş zaminlik üzrə hüquqlar keçir. Yeni kreditor məcburi icra və müflisolma halı üçün tələblə bağlı üstünlük hüququnu həyata keçirə bilər. 198.2-ci maddəsinə əsasən tələbi başqa şəxsə güzəşt etmiş kreditor ona tələb hüququnu təsdiqləyən sənədləri təqdim etməyə və tələbin həyata keçirilməsi üçün əhəmiyyət daşıyan məlumatları bildirməyə borcludur. 199.1-ci maddəsinə əsasən borclu öhdəlik üzrə tələblərin yeni kreditora güzəşt edildiyi barədə bildirişi aldığı məqamda ilkin kreditora qarşı malik olduğu etirazları yeni kreditorun tələbinə qarşı irəli sürə bilər.

35. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübu tları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instan siyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

37. Belə ki, hazırki iddia tələbin güzəşti barədə müqaviləyə əsaslanmışdır. Apellyasiya instansiyası məhkəməsi də, işin hallarını və işdə olan sübutları əlaqəli və tam qiymətləndirməklə, iddianı əsaslı hesab etməmişdir.

38. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşka ra çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

39. Məhkəmə kollegiyasının qənaətinə görə iddiaçı onunla əvvəlki kreditor arasında bağlanmış tələbin güzəşti haqqında müqaviləyə istinad edərək, hazırki iddianı irəli sürdüyü halda, Mülki Məcəllənin 196 və 198.2-cı maddəsinə əsasən cavabdehin ilkin kreditora olan borcun əsasları, şərtləri və həcmi barədə sübutları təqdim etmək öhdəliyini daşıyır. Lakin, yuxarıda qeyd olunduğu kimi iddiaçı bununla bağlı hər hansı sübutu işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim edə bilməmişdir.

40. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflər arasında mövcud olmuş əvvəlki məhkəmə mübahisəl əri zamanı cavabdehin "xxxx" KB ASC-dən kredit almasını etiraf etməsi kreditin həcmi, müddəti, faiz dərəcəsi, qalıq əsas və faiz borcu və s. mühüm məlumatları əks etdirmədiyindən, iddianın təmin edilməsi üçün kifayət etmir.

41. Həmçinin, iddiaçının borcun yaranması üçün əsas olan sübutları təqdim etməməsi nəticəsində cavabdeh Mülki Məcəllənin 199.1-ci maddəsinə uyğun əvvəlki kreditora qarşı malik olduğu etirazları yeni kreditorun tələbinə qarşı irəli sürmək imkanından məhrum olunur.

42. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq iddia tələbinin sübut olunmaması qənaətinə gəlmişdir. İş üzrə apellyasiya məhkəməsi tərəfindən sübutların qiymətləndirilməsi ilə bağlı prosessual hüquq normalarının pozulması müəyyən olunmamışdır.

43. Məhkəmə kol legiyası həmçinin hesab edir ki, iddianın sübut olunmaması iddia müddətinin tətbiqinə dair apellyasiya instansiyası məhkəməsinin mövqeyinə əlavə hüquqi qiymət vermək zərurətini aradan qaldırdığı, həmçinin kassasiya şikayətində iddia müddətinin tətbiqi ilə bağlı normaların pozulmasına dair dəlillər irəli sürülmədiyi üçün apellyasiya məhkəməsinin qətnaməsi həmin hissədə yoxlanılmamalıdır.

44. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri sübutların qiymətləndirilməsi ilə bağlı olduğund an məhkəmə kollegiyası həmin dəlillər üzrə əlavə araşdırmaya lüzum görmür. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 aprel 2023-cü il tarixli, 2(103)-746/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar