Məhkəmə qərarları › İş №2(102)-3373/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3373/2020

21.07.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3373/2020 21.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, iddiaçının vəkili X8 və cavabdehin vəkili X9 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı və cavabdeh XXX qızı tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(001)992/2019 saylı qətnaməsi i lə (hakim Məhəmməd Rüstəmli) ilk iddia qismən təmin olunmuş, Cavabdeh müəllifi kimi çap etdirdiyi «X6 Pirnəzərov» adlı 100 (yüz) nüsxədən ibarət kitabın müsadirə olunması, ilk iddianın digər hissədə və qarşılqılı iddianın təmin edilməməsi, ekspertiza tədqiqatının dəyərini təşkil edən 397 manat məbləğində vəsaitin Cavabdeh dövlət nəfinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər R.Eyvazov (sədrlik edən, məruzəçi), Z.Əliyev və F.Talışinski, 2(103)10954/2019 saylı mülki iş) hazırki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(001)-992/2019 saylı qətnaməsi qismən, yəni ilk iddianın təmin olunmuş hissəsində (yəni, Cavabdeh müəllifi kimi çap etdirdiyi «X6 Pirnəzərov» adlı 100 nüsxədən ibarə t kitab müsadirə olunsun) ləğv olunması, ilk iddianın həmin hissədə təmin olunmaması qət edilmiş və məhkəmə xərcləri bölüşdürülmüşdür. İşin halları: İddiaçı Cavabdeh qarşı «kitabın tələb edilməsi, dövriyyədən çıxarılması, maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Cavabdeh müəllifi kimi çap etdirdiyi «X6 Pirnəzərov» adlı çap edilmiş 100 nüsxədən ibarət kitabın tələb edilməsi və dövriyyədən çıxarılması, həmçinin Cavabdeh müəllif hüquqlarının pozulması əsası ilə ona vurulmuş maddi və mənəvi zərərin əvəzi kimi 55000 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia ərizəsi onunla əsaslandırılmışdır ki, onun həyat yoldaşı, xxx, ixtisasca hərbiçi olmuş və xx.xx.1992-ci il tarixində vət ənin ərazi bütövlüyü uğrunda gedən döyüşlərin birində həlak olmuşdur. Həyat yoldaşının qeyri-adiliyi, zənginliyi barədə materialları və məlumatları toplayaraq, «Mübarizə yolu» romanını onun həyatına həsr etmişdir. Yazdığı əsəri kitab şəklində çap etdirməmişdən əvvəl, ilkin variantı çap edib Xın böyük bacısı xxxın həyat yoldaşı xxxə vermiş, çox keçməmiş həm xxx xanım, həm də Məmmədəli əlyazmaları oxuduqlarını bildirmişlər. xxx xanım əsərin bir yerində bir cümlənin dəyişilməsini xahiş etmişdir. Eyni zamanda qəhrəman obrazı yaratdığına görə ona təşəkkürlər etmişlər. Lakin, o, ilkin çap variantını redaktor görmək ümüdü ilə Azərbaycan Dillər Universitetinin Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının dosenti, şəhidin bacısı, Cavabdeh oxumasını da istəmişdir. Az sonra, cavabdeh i lkin variantı oxuduğunu və bəzi yerlərdə əlavələr etmək lazım gəldiyini bildirmişdir. O, etiraz etməmiş və cavabdehin xahişi ilə bütün materialları onun işlədiyi binanın qarşısında Qaradağ Sement ASC-nin loqosu ilə naxışlanmış və qızılı saplardan hazırlanmış qotaz taxdığı flashkartda ona vermişdir. Belə düşünmüşdür ki, cavabdeh oxuyub rəy verəcəkdir. Lakin, cavabdeh onun etibarından sui-istifadə etmiş, müxtəlif yollarla onu aldatmışdır ki, gözlə, vaxt yoxdur, onun də əlavələri olacaqdır (mail yazışmaları və onun yanında çalışan hər bir işçi bunlara şahiddirlər). Lakin, cavabdehdən cavab verilmədiyini görüb o, öz kitabını çapa verdirmiş, xx.xx.2018-ci ildə isə nəşr etdirmişdir. xx.xx.2018-ci il tarixdə N 10073 saylı Şəhadətnamə əsasında «Mübarizə yolu» kitabı Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyində qeydiyatdan keçirilmişdir. xx.xx.2018-ci il tarixdə cavabdeh də, heç bir haqqı, zəhməti olmadan, onun ürəyinin və beyninin məhsullarını «Qaraqoyunlu qəhrəman» başlığı altında çap etdirmişdir. O, cavabdehin çap etdirdiyi kitabı xx.xx.2018-ci il tarixdə, Binəqədi rayonunun Biləcəri qəsəbəsində, 299 saylı məktəbdə keçirilən tədbirdə görmüş və əldə etmişdir. Cavabdehə iradını bildirmiş, cavabdeh materialların özünün olduğunu və əsərin qəhrəmanına aid materialları qəhrəmanın sevgililərindən topladığını bildirmişdir. O, cavabdehin çap elətdirdiyi kitabı araşdırmış, onun materiallarının az bir hissəsi ixtisar edilmiş, cüzi sayda əlavələr edilmişdir. Onun etibarından istifadə edərək ələ keçirdiyi materiallarının üzərində gəzişmələr etmiş, lakin nə ardıcıllığa, nə hadisələrə, nə də şərti adlara toxunmamışdır. O, hər iki kitabın içində qeydlər aparmış, lakin qeydlər apararkən yalnız toxunulmayan hissələri işarələmişdir. Əsər hamısı onun məhsuludur. Cavabdehin əlavələri əsərin yalnız 0.1%-ni təşkil edə bilər. O, yazdığı hər fikrin, əsərdə cərəyan edən hər hadisənin sahibidir, mənbələrini bir-bir sadalaya bilər. O, bu barədə Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin sədri K.İmanov cənablarına 2018ci ilin iyul ayında ərizə ilə müraciət etmişdir. Cavabdeh onun ərizəsi ilə tanış olandan sonra, verdiyi izahatda onun şərəf və ləyaqətinə toxunan ittihamlar irəli sürmüş və səhvlərini etiraf etmək əvəzinə, yeni yalan ifadələr vermişdir. Məsələn, qeyd edir ki, o, həyat yoldaşının əşyalarını zibilliyə atmışdır. Onun ailəsindən 3 nəfər - həyat yoldaşı və 2 qız ları dünyalarını dəyişmişlər. Onların mirasları ona qaldığı üçün, kənar şəxslər müdaxilə edə bilməzlər. Bəzi xatirələri və sənədləri saxlamışdır. Anasının xahişi ilə həyat yoldaşının geyim əşyalarını ona, qızlarının əşyalarını ehtiyacı olan insanlara vermişdir. Yoldaşına aid digər sənədlər onun razılığı olmadan şəhidin bacısı XXX və onun oğlu XX tərəfindən yas mərasimlərindən birində, evindən aparılmışdır. Cavabdeh yazır ki, o, cavabdehin ailəsi haqqında razılıqları olmadan əsər yazmışdır. O, kitabı öz həyat yoldaşına həsr etmiş, əsərdə onun qəhrəmanlıqlarını qabarıq biruzə vermək üçün ailə üzvlərinin adını çəkmiş və heç kəsin şərəf və ləyaqətinə toxunmamışdır. Eyni zamanda, cavabdeh onun əlyazmalarını 2 il özündə saxlamış və yalnız özü plaqiat yolu ilə kitab çap etdirəndən sonra etiraz et məyə başlamışdır. Cavabdeh qeyd edir ki, o, rus dilində ali təhsil almışdır. Bəli, bu belədir, amma onun ana dili azərbaycan dilidir, bildiyi digər dilləri heç vaxt doğma dili qədər bilmir. Cavabdeh qeyd edir ki, onun əlyazması çox səviyyəsiz idi. Onda cavabdeh əlyazmasını üzə çıxarsın və cavabdehin çap etdirdiyi kitab onun əlyazması ilə müqayisə olunsun. Cavabdeh qeyd edir ki, ona elektron poçt vasitəsilə «Köçkünlük.docx» faylı altında yazı material göndərmişdir. Həmin faylın adını o qoymuş və ilkin əlyazmada cavabdehə təqdim etmişdir. «Köçkünlük» bölməsi onun əsərinin 4-cü bölümüdür. Cavabdeh onun materiallarının içində bu bölümü ona görə göndərmişdir ki, redaktə etdiyinə inandırsın və vaxt alıb öz niyyətlərini həyata keçirsin. Cavabdeh bilirdi ki, o, kitab yazır, onda materiallarını niy ə ona göndərirdi? Cavabdehin kitabın 260-cı səhifəsinə yerləşdirdiyi şəkilin orijinalında o da var. Lakin, cavabdeh onun əksini kəsmişdir. Öz kitabına yerləşdirdiyi şəkildə onu kəsib götürən, ona belə nifrət edən qadın ona material verərdimi? O, köçkünlükdən sonra, XXXın anası və qardaşları ilə iki ilə yaxın birlikdə yaşamışdır. Həmin bölümdə cərəyan eləyən hadisələrin şahidlərini dəfələrlə dinləmişdir. Cavabdeh isə öz kitabında bu bölümün məzmununa və ardıcıllığa toxunmamış, yalnız başlığın adını dəyişdirib «Doğma yurdla son vida?» qoymuşdur. Cavabdeh qeyd edir ki, o, bəzi hadisələri olduğu kimi qeyd etməmiş, ancaq cavabdeh olduğu kimi qeyd edir. O, əsərinin qəhrəmanını əsl qəhrəman olduğunu oxucuya çatdırmaq üçün, özümün başına gələn əhvalatlara, eşitdiklərinə, bildiklərinə bədii don g eyindirmişdir. Cavabdeh də həmin hadisələri olduğu kimi saxlamışdır. Məsələn, (səhifələr cavabdehin çap etdirdiyi kitabdandır) Xın birinci sinfə getməsi, sinif bölgüsü (səhifə 14-13), XX müəllimənin kitabxanada kitab təqdim etməsi (səhifə 14), X 1980-ci ildə orta məktəbi bitirəndən sonra erməni kəndində kartof yığanda olan hadisə (səhifə 25-27), Xın qəbul imtahanı ərəfəsində başına gələnlər (səhifə 50-51), tarix dərsindəki əhvalat (səhifə 59) və s. bu kimi hadisələr onun özünün başına gələnlərdir. Xın anasının adı XXXdır və əsərdə onun adını XXX xala kimi qeyd etmiş, cavabdeh reallığı əks etdirsə idi, anasının adına düzəliş verərdi. Həm də X11 kəndini köçkünlükdən bir ay əvvəl tərk edib. Lakin, o, kəndinin son köç karvanını təsvir edəndə, onu bir qəhrəman ana kimi təsvir etmişdir (səhifə 1 90). Əgər qəhrəmanın ailə üzvlərinin adının çəkilməsini istəmirdisə, onda cavabdeh onun adını niyə çəkirdi? Cavabdeh fəxrlə qeyd edir ki, Xın şeir dəftəri, digər materiallar ondadır. X haqqında olan materiallar, yəni qəzetlər, əlyazmalar və s. o, bir neçə qovluq şəklində: bir qovluq işində, digərini evdə saxlayırdı. Cavabdeh o materialları bacısı X 2018-ci ilin aprel ayında Lider TV-nin «Qaraqoyunlu qəhrəman» filminin çəkilişi üçün təqdim etməsindən sonra ələ keçirmişdir. Xın şeirlərinin əksəriyyətini həmin dəftərə o köçürmüş və «Sən allah ağlama ana dalımca» adlı kitabda çap etdirmişdir. Lakin, cavabdeh unudur ki, həmin materialların hamısından onda saxlanılır və əsərin yazılması zamanı o sənədlərdən bir neçə qeydlər aparılmışdır. Bu qeydlər isə əsər yazmaq deyil, əsər düşüncədir və əqli yaradıcılıqdır. Cavabdeh qeyd edir ki, o, Xla dörd il evli olmuş və ayrı-ayrı yaşamışlar. O, Xla altı il evli olmuş və həyat yoldaşların 10 gün bir yerdə yaşamaları zamanı yaranan xatirələr, bacı ilə 10 il birlikdə yaşamaqdan çox olar. Cavabdeh qeyd edir ki, cavabdehin «şəhid ailəsi» statusundan digər şəxslər istifadə edir, başqalarının sahib olduğu obyektlər onun adına rəsmiləşdirilir. Yaxşı olar ki, cavabadeh başqalarına bu cür böhtan atmasın, bu günə qədər Dövlət Reyester Xidməti idarəsində onun adına heç bir obyekt rəsmiləşdirilməmişdir. Cavabdeh qeyd edir ki, onun ağlı yerində deyil. Onun psixoloji durumumda heç bir problem yoxdur və heç vaxt həkim müayinəsi zamanı bu diqanoz ona qoyulmamışdır. Cavabdeh iki il yaradıcılığına mane olmuşdur. Cavabdeh ailə üzvlərinin adının çəkilməsini i stəmirdisə, onun adını niyə çəkirdi? Cavabdeh bilirdi ki, o, kitab yazır, onda materiallarını ona niyə göndərirdi? Əgər öz kitabına yerləşdirdiyi kitabda onu kəsib götürürdüsə, ona belə nifrət edən qadın ona material verərdirmi? Əgər o, şəhidin əşyalarını çölə atmışamsa, elə çöldə qalardı, onlarda aşkarlanmazdı. Eyni zamanda, Xova X1 XXX qızına qarşı «şəhadətnamənin ləğv edilməsi» barədə qaşılıqlı iddia verərək, İddiaçı müəlliflik hüquqlarında qeydiyyatdan keçmiş «Mübarizə yolu» romanına görə verilmiş xx.xx.2018-ci il tarixli, 10073 saylı Şəhadətnamənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı qardaşı XXX və ailəsi haqqında yazdığı əlyazmanı onu redaktor görmək arzusu ilə təqdim etməmişdir. Əslində ondan XXı n uşaqlıq və gənclik illəri, qeyri-adi qoçaqlığı və ailəsi haqqında əlavə məlumatlar yazmağı xahiş etmişdir. Digər qardaşları ilə şəxsi münasibəti yaxşı olmadığı üçün, xahiş etmişdir ki, onlardan da lazımi məlumatları toplayıb materiala əlavə etsin. Ataları X14 əlili olduğu üçün tez rəhmətə getdiyindən böyük qardaşları onlara ata əvəzi olmuş və hər birisi haqqında zəngin məlumatı vardır. Kiçik qardaşı XXX isə şəhid qardaşı XXXa çiyin-çiyinə Gədəbəy rayonunda gedən döyüşlərdə iştirak etmişdir. O, iddiaçı yazmaq istədiyi kitaba həmmüəllif olmaq şərti ilə, qardaşı və ailəsi haqqında layiqli kitab hazırlamaq üçün, anası başda olmaqla bütün ailə üzvlərinin etirazına baxmayaraq kömək etmişdir. Hamıya məlumdur ki, redaktor yalnız materialda olan üslubi, qrammatik, leksik və orfoqrafik səhvləri düzəldir, yeni fikir və materiallar əlavə etmir. O isə həmmüəllif kimi ailəsinin (özü də daxil), həmçinin kənd əhalisinin qaçqınlıq dövründə əzab-əziyyəti, keçirdiyi iztirabları, eləcə də erməni vəhşiliklərini əks etdirən 88 səhifəlik materialı hazırlayaraq elektron poçtla xx.xx.2016-cı il tarixində iddiaçıya göndərmişdir. İddiaçı onun müəlliflik hüququnu pozaraq, həmin materialı çap etdirdiyi kitabın 277-365-ci səhifələrində olduğu kimi verib. İddiaçı bunu heç cür dana bilməz. Həmin səhifələrdə şəxsən onun köçkünlük dövründə keçirdiyi iztirablar, ürəyindən keçənlər əks olunub. İddiaçı onun ürəyindən keçənləri haradan bilir?! İddiaçı qaçqınlıq dövrünü onların kəndində yaşamayıb, 1988-ci ildə Estoniyada həm tələbə həyatı yaşayıb, həm də dörd aylıq övladının qayğısı ilə məşğul olub. Ona veri lən materialı həm redaktə etmiş, həm də xeyli əlavələr etmişdir (bunu iddiaçı ilə elektron yazışmaları da sübut edir). Kitabın yüksək səviyyədə hazırlanması üçün hazırladığı materialları dəfələrlə oxumuşdur. Lakin aralarında fikir ayrılığı olmuşdur. Belə ki, köçkünlük dövründə Qazaxda yaşayan əmisinin günlərlə Ermənistanla Gədəbəy sərhəddində onları gözləməsi, onlara göstərdiyi qayğı və şairəni materiala əlavə etməməsi və öz əmisini müdrik bir şəxs kimi qələmə verməsi onu qıcıqlandırdı (bu fikir iddiaçı ilə elektron poçtla yazışmalarında öz əksini tapıb). Üstəlik kitabda bəzi saxtakarlıqlara yol verilmişdir. Məsələn, Xın dostu X həsr etdiyi şeiri saxtalaşdıraraq, guya hansısa bir rusa həsr etdiyini yazır. İddiaçıya məsləhət görmüşdür ki, saxta roman yazmaq əvəzinə Xla bağlı bütün faktları, ata-anaya, qardaş-bacıya, elobaya, vətənə sevgisini orta məktəb və tələbəlik illərinin sevgisini və s. tərənnüm edən bütün şeirlərini uyğun situasiyalarda yazmaq lazımdır. Hiss etmişdir ki, iddiaçı onun fıkirləri ilə razılaşmır, sadəcə onun qabiliyyətindən və beyninin məhsulundan istifadə edir. Ona görə də müstəqil şəkildə «X6 Pirnəzərov» adlı dəyərli bir kitab yazmağa qərar vermişdir. Elə bir kitabın ərsəyə gəlməsini istəyirdi ki, həmin kitabda Xın bütün həyatı, orta təhsil və ali hərbi təhsil illəri, Əfqanıstanda hərbi xidmət illəri, nəhayət, ermənilərlə döyüşlərdə göstərdiyi qəhrəmanlıqlar və qələmə aldığı şeirlər öz əksini tapsın. İddiaçı öz ərizəsində və həmin ərizəyə əlavə etdiyi saxta cədvəldə iddia edir ki, guya o, həmin hissələri onun hazırladığı materialdan götürmüşdür. Belə çıx ır ki, həmin hissələr onun ailəsinə aid deyil, onun öz gözləri ilə gördükləri və ailə üzvlərindən eşitdikləri deyil, iddiaçının elmi yeniliyi və ixtiralarıdır. O, öz qardaşı və ya ailəsi haqqında gördükləri və düşündüklərini yaza bilməz?! İddiaçı ailəsi və qardaşı haqqında yazdığı hadisələri onun yazmağa ixtiyarı yoxdur?! Bunlar iddiaçının şəxsi ixtiralarıdır?! İddiaçı «məşhur» olmaq iddiası ilə onlardan məlumat toplayıb. O isə gözü ilə gördükləri, şahidi olduğu və ailə üzvlərindən dəfələrlə eşitdikləri hadisələrdən yazmışdır. İddiaçının tərtib etdiyi cədvəldə göstərilən səhifələrdə hər ikisinin çap etdirdiyi kitabda verilən eyni hadisələr müxtəlif cümlələrlə ifadə olunub. Fakt və vasitəsiz nitq xarakterli cümlələr üst-üstə düşür ki, bu da təbii haldır. Böhtan xarakterli bir haldır ki, idd iaçı orijinal mənbələrdən Gölkənd (Qaraqoyunlu) Vikipediva və digər internet materialları, X «Yaddaşlarda yaşayan müqəddəs təhsil ocağı», X deputatlığa namizəd kimi seçkiqabağı proqramı, seçicilərə müraciəti, müxtəlif illərdə təltif olunduğu fəxri fərmanlar və tərifnamələr, şeirləri, döyüş yoldaşlarının 1993-cü ilin əvvəllərində XXX qəhrəmanlığı haqqında yazdıqları qeydləri (bu sənədlərin hamısının orijinalı ondadır) də tərtib etdiyi cədvəldə ondan köçürülən material kimi qələmə verib. Gülünc bir haldır ki, özünün hazırladığı və elektron poçtla ona göndərdiyi, öz beyninin məhsulunu da ondan köçürülən material kimi qələmə verib. O, «X6 Pirnəzərov» adlı kitabı yazmaqla nə elmi ad və vəzifə almaq, nə də «məşhur» olmaq iddiasında olmamışdır (kifayət qədər elmi əsərləri və yaradıcılıq qabiliyyə ti var). Bu kitabı yalnız qardaşının xatirəsini yaddaşlarda saxlamaq və müasir gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə yazmışdır. Və bununla şəhidin anası XXovanın arzusunu yerinə yetirmişdir. «X6 Pirnəzərov» və «Mübarizə yolu» adlı kitablarda iddiaçının cədvəl şəklində təqdim etdiyi uyğun gələn səhifələr haqqında bildirmək istəyir ki, «X6 Pirnəzərov» adlı kitabın 7, 8, 9. 10. 13-cü səhifələrində kəndləri ilə bağlı yazılan faktlar iddiaçının elmi yeniliyi və ixtirası deyildir. Kənd sakinlərinin hər birinə məlum olan faktlardır ki, onlar XX «Yaddaşlarda yaşayan müqəddəs təhsil ocağı» adlı kitabının 4, 5, 11, 12, 13-cü səhifələrində də öz əksini tapıb. Səhifə 15-17-də (Mübarizə yolu-səh.12-15) yazılan fikir olmuş hadisədir. Həmin hadisəni kiçik yaşlarında dəfələrlə ata-ana sından, özündən böyük qardaş-bacılarından və Xın özündən eşitmişdir. Qərbi Azərbaycandakı evlərinin bir küncünə qoyulan, üzərində Səməd Vurğunun eskizi olan daşı hər gün görmüş, bu gün də gözlərinin qarşısındadır. İddiaçı isə bu hadisəni onlardan eşidib, onların Qərbi Azəzbaycandakı evlərində olmayıb və evlərində olan hadisələri gözləri ilə görməyib. İddiaçı 1987-ci ildə Voronej şəhərindən ailə qurmaq məqsədilə Estoniyaya Xın yanına gedib. Səhifə 25-27-də (Mübarizə yolu - səh. 22-31) qeyd olunan fikri dəfələrlə Xın özündən eşitmişdir (söhbət Xın orta məktəb illərində başına gələn hadisələrin birindən gedir). X 10-cu sinifdə oxuyanda o, 1-ci sinifdə oxuyurdu. Hər iki kitabda eyni hadisədən yazıldığı üçün, bəzi cümlələrdə oxşarlıq, bəzilərində isə fərq var. Səhifə 30-da (Mübarizə yolu-səh.29 ) verilən fikir danılmaz faktdır. Kənddə ayrı-ayrı illərdə işləmiş sovxoz direktorlarının illərə görə sıra ilə adları çəkilib. Həmin səhifədə (Mübarizə yolu-səh.32) verilən digər fikir kənddə keçirilən iməciliklə bağlıdır. 19 apreldə keçmiş SSRİnin tərkibində olan respublikaların V.İ.Leninin şərəfin iməclik təşkil etməsi iddiaçının elmi ixtirası deyil. Səhifə 31-33-də (Mübarizə yolu-38-42) yazılan faktın şahididir. O da digər şagirdlərlə bərabər iməcilikdə iştirak edirdi. Eyni fikir ifadə olunduğu üçün fakt xarakterli bir neçə cümlə üst-üstə düşüb. Səhifə 34-də (Mübarizə yolu-43) verilən hadisə onların evinin bağında baş vermiş hadisədir. O, bunu gözləri ilə görmüş, iddiaçı isə onlardan eşidmişdir. Eyni fikir müxtəlif cür ifadə olunmuşdur. Səhifə 8-də onun yazdığı cümlə belədir: «Məhərrəm kişinin evi Gölkənd kəndində «Yar» adlanan təpənin başında yerləşir». İddiaçı (Mübarizə yolu səh-9) yazdığı cümlə isə belədir: «Məhərrəm kişinin evi Gölkənd kəndində hündür bir təpənin başında ucalırdı». Yaşadığı evin harada yerləşdiyini yad bir adamdan öyrənməyi gülüncdür. Səhifə 11-də köçürülmə iddia edildiyi cümlə belədir: «1970-ci il sentyabr ayının 1-də Xın məktəbli olmaq arzusu həyata keçdi». «Nəhayət, 1970-ci il sentyabr ayının 1-də məktəb yaşına çatdı» (Mübarizə yolu səh-17). Bu cümlələr arasında iddiaçı fərq görmür?! Yoxsa ailə üzvlərinin icazəsi olmadan ailəsi haqqında yazmağa ixtiyarı var, amma ona yazmağa icazə vermir?! Səhifə 12-13-də (Mübarizə yolu-18-19) Xın 1-ci sinifə qəbul olunduğu fakt öz əksini tapıb. Bu hadisəni Xı məktəbə aparan böyük qardaşı Sakitdən eşitmişdir. Eyni faktdan söhbət getdiyi üçün, cümlələrdə oxşarlıq və fərq var. Səh.36-37-də (Mübarizə yolu-55-56) verilən fikir X14 dövrü ilə bağlı atasının söhbətləridir. Bu söhbəti kiçik yaşlarında atasından dəfələrlə eşitmişdir. İddiaçı onların ailəsinin gəlini olanda atası çoxdan rəhmətə getmişdir. İddiaçı 2-ci-3-cü şəxsdən eşitdiklərini yaza bilər, amma onun atasının söylədiklərini yazmağa ixtiyarı yoxdur?! Həmin səhifələrdə vasitəsiz nitq olan 4 cümlə tamamilə üst-üstə düşür. Səh.45-46-da (Mübarizə yolu-45-46) verilən məlumat oxuduqları orta məktəb, onun ənənəsi haqqındadır. Bunu həmin məktəbin məzunlarının hər biri bilir. O, 10-cu sinfədək həmin məktəbin şagirdi olduğu üçün, həmin ənənəni çox gözəl bilir. Xla bağlı fikri isə, özündən və «X6 Piməzərov» adlı kitabın redaktoru, Gölkənd orta məktəbinin direktoru XXXdan eşitmişdir. Səh. 38-40da (Mübarizə yolu-102-108) verilən hadisələri o, gözü ilə görmüşdür. Ailəsinin daxilində olan hadisələrdir. Xın söylədikləridir. Xın orta məktəb illərində yaşadığı situasiyalardan biridir. Səh.38-də heç bir cümlə üst-üstə düşmür. Səh.47-də (Mübarizə yolu-47) Xın məktəbin direktoru Şövkət müəllimlə dialoqu verilib. Həmin hadisəni olduğu kimi dəfələrlə Xın və XX müəllimin özündən eşitmişdir. O zamanlar iddiaçının ailəsinin gəlini deyildi. Səh.49-55-də (Mübarizə yolu-49-58) söhbət X16 Hərbi Siyasi məktəbə yollanmasmdan gedir. Həmin faktları Xın özündən eşitmişdir. Xın kursant həyatı, onun vətənə məzuniyyəti, Murğuz dağının «Pir» adlanan hissəsində ona kəsilən qurbanlardan, orta məktəb şagirdləri və müəllimləri ilə görüşündən, Səməd Vurğunun «Vaqif» pyes ini səhnələşdirərkən oynadığı Şah Qacar rolundan danışılır, lazımi situasiyalarda şeirlərindən verilir. Bunların hamısı onun ailəsində baş verən hadisələrdir. O zamanlar iddiaçı onların ailəsinin gəlini deyildi və bunları ondan yaxşı bilə bilməz. Səh 102-165-də Xın Əfqanıstanda keçdiyi döyüş yollarından, onun vətənə məzuniyyətindən, Əfqanıstanda müharibə dövründə sovet əsgəri qarşısında qoyulan tələblərdən (həmin qaydalar internetdən götürülüb. Bəzi saytlar indi bağlanıb. X15 «Əfqanıstan uçurumumda həmin qaydalar öz əksini tapıb (www.vetenperver.az)) söhbət açılır. Xın təltif olunduğu fəxri fərmanlar, tərifnamələr (həmin sənədlərin orijinalları ondadır) öz əksini tapır. Bu hadisələri Xın özündən və məzuniyyət zamanı onların ailəsinə baş çəkən döyüş yoldaşlarından eşitmişdir. Həmin dövrdə iddiaçı onların ailəsinin gəlini deyildi. Səh. 165-228-də 1988-ci ildə və ondan əvvəlki dövrlərdə ermənilərin Qərbi Azərbaycanda yaşayan azərilərə qarşı düşmən münasibəti, Qarabağ iddiaları, köçkünlük dövrü kəndlərinin sakinlərinin, o cümlədən ailəsinin (özü daxil olmaqla) əzab-əziyyətləri, keçirdiyi iztirablar, onların Azərbaycanın müxtəlif rayonlarında məskunlaşması təsvir olunur. Şəmkir rayonunun Çənlibel kəndində məskunlaşmağa icazəsi olmadığı üçün bir neçə gün qışın sazağında açıq havada gecələməyə məcbur olan həmyerlilərinə Xın köməyindən və s. yazılır. İddiaçı həmin dövrdə, Estoniyanın Tartu şəhərində həm təhsil alır, həm də dörd aylıq körpəsinin qayğısına qalırdı, həmin hadisələri gözü ilə görməmişdir. «Mübarizə yolu» adlı kitabın 277365-ci səhifəsində verdiyi materialı 2016-cı il tarixdə elektron poçtla («kockunluk.docx») iddiaçıya özü göndərmişdir. 228-261-ci səhifədə Xın Estoniyada hərbi xidmətindən söhbət gedir. 1990-cı ildə Xın iki yaşlı qızına baxmaq məqsədilə altı ay Estoniyada olmuşdur. Xın yaşadığı şəhərin mənzərəsi, ümumiyyətlə Pribaltikada insanların həyat tərzi, mədəniyyəti və s. ilə yaxından tanış olmuşdur. Estoniyada xidmət edən Xaliq Məmmədov və digər əsgərlərin X haqqında söylədiklərinin şahidi olmuşdur. Eyni zamanda Xın öz söhbətlərinin şahididir. 261-310-cu səhifələrdə Xın Estoniyada hərbi xidmətdə olarkən təltif olunduğu tərifnamə və fəxri fərmanlar (orijinal material ondadır), onun Azərbaycana gəlişi, Gəncə şəhərindəki N saylı hərbi hissədə xidmət etməsi, rus hərbçilərinin Azərbaycan ərazisində olan silah və hərbi texnikanın ermənilərə satarkən onlara müqaviməti, erməni əsirliyində olan doğma kəndinə baş çəkməsi və s. öz əksini tapıb. Həmin dövrdə o, Şəmkirin Çənlibel kəndində Xla eyni mənzildə yaşayırdı. Xın gördüyü bütün işlərin və söylədiklərinin canlı şahididir. 310-370-ci səhifədə söhbət Xın özünümüdafiə batalyonunu yaratmasından, könüllülərə təlim keçməsindən, Gədəbəy rayonu ərazisində anklav vəziyyətdə Ermənistan ərazisi hesab edilən Başkəndin alınmasında xüsusi qəhrəmanlığından söhbət açılır. Bu hadisələrin də qismən canlı şahidir. 310-370-ci səhifəni yərkən Xın komandirlik etdiyi batalyonun bölmə komandirlərinin, xidməti sürücünün 1993-cü ilin əvvəllərində X haqqında yazdıqları əlyazmadan (orijinal material ondadır). Xla eyni cəbhədə çiyin-çiyinə döyüşən kiçik qardaşı XXovun şifahi məlumatlarından faydalanmışdır. İddiaçı nın çap etdirdiyi «Mübarizə yolu» adlı kitaba şifahi və yazılı xeyli material vermişdir. Buna baxmayaraq, iddiaçı onun müəlliflik hüququnu pozmuşdur. İddiaçı «Mübarizə yolu» adlı kitabı ailə üzvlərinin qəti etirazını nəzərə almadan çap etdirmişdir. O isə «X6 Pirnəzərov» adlı kitabı şəhidin anasının, qardaş-bacılarının istəyi ilə yazmışdır. İddiaçının mənzilində Xa aid şəhid ailəsi kimi yararlandığı sənəddən başqa heç bir sənəd və əşya yoxdur. Xın 103 nömrəli Gəncə inşaatçılar seçki dairəsi üzrə Azərbaycan SSR xalq deputatlığına namizəd olarkən tərcümeyi-halı, seçkiqabağı proqramı, seçicilərə müraciəti, Əfqanıstanda və Estoniyada hərbi xidmətdə olarkən təltif olunduğu tərifnamələr, fəxri fərmanlar, Xın əlyazma şəklində olan şeir dəftərləri, döyüş yoldaşlarının X haqqında yazdıqları əlyazmal ar ondadır. İddiaçı X və ailəsi haqqında olan məlumatların hamısını onlardan alıb. İddiaçı onların Qərbi Azərbaycandakı evlərində olmayıb, lakin həmin evdən kəndin mənzərəsini təsvir edir. Bu təsvir onun beyninin məhsulu ola bilməz. Elza Süleymanova ailələrində olmadan ailə daxilində baş verən hadisələrdən yazır. Ailəsi haqqında məlumatları ondan alıb, özünü də plaqiat kimi qələmə verir. İddiaçı köçkünlük həyatını yaşamayıb, 1988-ci ildə Estoniyada həm təhsil almaqla, həm də dörd aylıq körpəsinin qayğısı ilə məşğul olub. İddiaçı rus təhsillidir, X5 bitirib. Öz fikirlərini Azərbaycan dilində düzgün və səlist ifadə edə bilmir. İddiaçı Xla cəmi 3-4 il bir yerdə yaşayıb. Həmin illərin çoxunu Tartu şəhərində təhsil aldığı üçün Xdan ayrı yaşayıb. Onun isə həyatının 20 ili Xla bağlı olub. İddiaçı nın ailələri və X haqqında ondan geniş məlumatlı ola bilməz. İddiaçı «məşhur» olmaq iddiası ilə ailələri və X haqqında «Roman» yazmaq fikrinə düşüb. O isə ailəsinə, Xa olan istəyindən, onun xatirələrinin yaddaşlarda yaşaması, gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsi üçün yazmışdır. İddiaçı «məşhur» olmaq iddiası ilə uydurulmuş roman, o isə qardaşı ilə bağlı faktları yazmışdır. İddiaçı Xla, onun şeiri ilə bağlı bəzi faktları saxtalaşdırıb. O isə hər şeyi olduğu kimi yazmışdır. İddiaçı Xın orta məktəb və tələbəlik illərinin sevgisini danıb. O isə Xın bütün həyatını olduğu kimi canlandırmağa çalışmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. İddiaçı kassasiya şikayətinin dəlilləri: İş üzrə ekspertiza keçirilərkən ekspert yalnız ekspert qarşısında qoyulan sualları cavablandırmaqla, hər iki əsərdə köçürmələrin olmasını müəyyən etmişdir. İlk iddia üzrə İddiaçı “Mübarizə Yolu” adlı əsəri Müəllif Hüquqları Agentliyi tərəfindən qeydiyyata alınmış və müvafiq şəhadətnamə verilmişdir. Faktiki və qanunun tələbləri baxımdan qəbul edilən əsər “Mübarizə Yolu” adlı əsər olmuşdur və cavabdeh tərəfindən çapa verilmiş “X7 Pirnəzərov” adlı əsər ilk əsərin qeydiyyatından sonra çapa verilmişdir. Cavabdeh tərəfindən “Mübarizə Yolu” adlı əsərə dair açdığı mübahisədə həmin əsərin və əsərdə olan fikirlərin ona məxsus olmasını tələb etməmiş, yalnız “X7 Pirnəzərov” adlı əsərin özü tərəfindən yazıldığını iddia etmişdir. Qanunun tələbləri baxımdan eynilik təşkil edən əsərlərdən “Mübarizə Yolu” adlı əsər ilk əsər olduğundan və qanuna uyğun olaraq dövlət qeydiyyatına alındığınd an sonrakı eynilik təşkil edən “X7 Pirnəzərov” adlı əsərin köçürmələrlə yazıldığı açıq- aşkar məlumdur. Məhkəmə kollegiyasının kimin kimdən köçürməsi barədə məsələdə şübhəli qənaəti əsassız olmuşdur. Məhkəmə baxışı zamanı əsərin yazılması zamanı keçirilmiş görüşlər və yerləri əks etdirən fotoşəkillər, məqalələr və digər materiallar məhkəməyə təqdim edilmiş, lakin məhkəmə ilk iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərə hüquqi qiymət verməmiş və qətnaməsində əsaslandırmamışdır. Məhkəmə kollegiyası dövlət tərəfindən tanınan və qeydiyyatdan keçmiş müəllif hüquqnu mübahisələndirilən hissədə qanunsuz hesab edərək ləğv etmədiyi halda həmin hüququ yaradan əsərdən olan köçürmələrə düzgün münasibət bildirməyərək müəllifin hüquqlarını pozmuşdur. Ona görə qətnamənin ilk iddianın təmin edilmə miş hissəsində ləğv edilməsi, ilk iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh XXX qızının kassasiya şikayətinin dəlilləri: Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, hesab etmişdir ki, məhkəmə Cavabdeh X qızının apellyasiya şikayətinin qarşılıqlı iddia ilə bağlı hissəsində iddia tələbinə düzgün hüquqi qiymət verməmiş, nəticədə əsassız qətnamə qəbul etmişdir. Belə ki, məhkəmənin xx.xx.2018-ci il tarixli Qərardadı ilə iş üzrə ekspertiza təyin edilmişdir və ekspert qarşısında “X6 Pirnəzərov” adlı kitabda xx.xx.2018-ci il tarixdə 10073 saylı şəhadətnamə əsasında müəlliflik hüquqlarında qeydiyyatdan keçmiş “Mübarizə yolu” romanı adlı kitabda cərəyan edən hadisələr, obrazların adları və senari baxımından köçürmələr vardırmı, əğər vardırsa bu köçürmələr kitabın neçə faiz hissəsini təşkil edir? sualı qoyulmuşdur. xx.xx.2019-cu il tarixli “Ekspery rəyi”nin qeyd hissəsində bildirilmişdir ki, mülki işin materialında əsərlərin ilkinliyini göstərən kifayət qədər sənədlər olmadığı və əsərlərdə köçürmələrin faizinin müəyyən edilməsi ekspertin həll etdiyi məsələlər dairəsinə aid olmadığı üçün ekpert qarşısında sualın obrazların adları və ssenari baxımından köçürmələr vardırmı, əğər vardırsa bu köçürmələr kitabın neçə faiz hissəsini təşkil edir? hissəsi üzrə tədqiqatın aparılması mümkün olmamışdır. Lakin, “Ekspert rəyi”nin tədqiqatın nəticəsi hissəsində “X6 Pirnəzərov” adlı kitabda və “Mübarizə yolu” romanı adlı kitabda bəhs olunan hadisələr, obrazların adları və senarisi aralarında eynilik təşkil etməsi qeyd edilmişdir. Ona görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Prosessual məsələlər: İddiaçının vəkili X8 iddiaçı tərəfindən verilmiş kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin olunmasını, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə etiraz edərək, həmin şikayətin təmin olunmamasını xahiş etmişdir. Cavabdehin vəkili X12 cavabdeh tərəfindən verilmiş kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin olunmasını, iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə etiraz edərək, həmin şikayətin təmin olunmamasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apel lyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Kassasiya şikayəti ilə bağlı məhkəmənin mövqeyi: Tərəflər şəhid X Pirnəzərov barəsində kitablar yazmışlar. Hər iki tərəf qarşı tərəfin yazıdığı kitabda onun müəllif hüqularından istifadə olunduğuna istinad etməklə qarşılıqlı tələblər irəli sürmüşlər. İşə baxan Apellyasiya instansiyası məhkəməsi qarşılıqlı tələblərin əsassız olması qənaətinə gələrək hər iki iddianın rədd olunmasını qət etmişdir. «Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən müəlliflik hüququ təyinatından, dəyərindən və məzmunundan, habelə ifadə formasından və üsulundan asılı olmayaraq yaradıcılıq fəaliyyətinin nəticəsi olan həm açıqlanmış, həm də açıqlanmamış, obyektiv formada mövcud olan elm, ədəbiyyat və incəsənət əsərlərinə şamil edilir. Müəlliflik hüququnun yaranması və həyata keçirilməsi üçün əsərin qeydiyyata alınması, yaxud hər hansı başqa üsullarla rəsmiləşdirilməsi tələb olunmur. Həmin Qa nunun 6-cı maddəsinə əsasən, müəlliflik hüququnun obyekti, həmçinin ədəbi əsasərlər (kitablar, broşüralar, məqalələr, mühazirələr və çıxışlar, kompyuter proqramları və s.) hesab edilir. İşdə olan «Mübarizə yolu» adlı kitabdan görünür ki, həmin kitabın müəllifi X4, tirajı 200 ədəd, çapa imzalanma tarixi xx.xx.2018-ci ildir. Kitab «Qanun» nəşriyyatı tərəfindən çap edilmiş, 576 səhifədən ibarətdir. Kitabın satış qiyməti qeyd edilməmişdir. İşdə olan «X6 Pirnəzərov» adlı kitabdan görünür ki, həmin kitabın müəllifi Cavabdeh, tirajı 100 ədəd, çapa imzalanma tarixi xx.xx.2018-ci ildir. Kitab «Ecoprint» nəşriyyatı tərəfindən çap edilmiş, 424 səhifədən ibarətdir. Kitabın satış qiyməti qeyd edilməmişdir. Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən verilmiş xx.xx.2018ci il tarixli, 10073 nömrəli şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, «Mübarizə yolu» adlı ədəbi əsərə (kitab) müstəsna müəlliflik hüquqlarının sahibi İddiaçıdır (Elza). Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxx 2019-cu il tarixli, 3677 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş X2 müəllif olduğu göstərilən «Mübarizə yolu» və Cavabdeh müəllif olduğu göstərilən «X6 Pirnəzərov əsərlərdə bəhs olunan hadisələr, obraz adları və ssenarisi öz aralarında eynilik təşkil edir (ekspertiza tədqiqatının dəyəri 397 manat təşkil edir). Birinci instansiya məhkəməsi ilk iddianı qismən təmin edərkən göstərmişdir ki, müəllif kimi iddiaçı X4 tərəfindən xx.xx.2018-ci il tarixində «Mübarizə yolu» adlı kitab çapa imzalanmış, bundan bir ay sonra, yəni xx. xx.2018-ci il tarixində müəllif kimi Cavabdeh tərəfindən «X6 Pirnəzərov» adlı kitab çapa imzalanmışdır. İddiaçı X2 müəlliflik hüququ xx.xx.2018-ci il tarixində qeydiyyata alınmış və ona Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən 10073 nömrəli şəhadətnamə verilmişdir. Məhkəmə tərəfindən təyin edilmiş ekspertizanın rəyinə əsasən X2 müəllif olduğu göstərilən «Mübarizə yolu» və Cavabdeh müəllif olduğu göstərilən «X6 Pirnəzərov» əsərlərdə bəhs olunan hadisələr, obraz adları və ssenarisi öz aralarında eynilik təşkil edir. Həmçinin müəyyən olunmuşdur ki, «X6 Pirnəzərov» əsəri kommersiya məqsədi ilə çap edilməmişdir. Mübahisə yaranan hallarda, digər sübutlar olmadıqda, qeydiyyat haqqında şəhadətnamə məhkəmə tərəfindən müəlliflik prezumpsiyası kimi tanınır. Birinci instansiya mə hkəməsi ilk iddianın təmin olunmuş hissəsində yalnız iddiaçının müəlliflik prezumpsiyasına və ekspertiza rəyinə əsaslanmışdır. Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, işdə olan ekspertiza rəyi ilə hər iki əsərin («Mübarizə yolu» və «X6 Pirnəzərov») ilkinliyini göstərən kifayət qədər sənədlər olmadığından köçürmənin olub-olmaması müəyyən edilməmişdir. Yəni, ekspert hər iki əsərdə müəyyən eyniliklərin olmasını göstərsə də, konkret olaraq kimin kimdən köçürməsini müəyyən edə bilməmişdir. İddiaçı, barəsində kitab (roman) yazılmış X Pirnəzərovun həyat yoldaşı, cavabdeh isə bacısı olmuşdur. Eyni zamanda, hər iki kitab məhz X Pirnəzərovun keçdiyi həyat yolu (uşaqlıq, gənclik, hərbi xidmət, müharibə illəri və s.), onun yaşadığı və b oyabaşa çatdığı kəndi, oradakı evi, coğrafi adlar, valideynləri (eləcə də, cavabdeh onun bacısı kimi), köçkünlük dövrü və s. hadisələr təsvir olunmuşdur. Bu səbəbdən də, hər iki kitabda təsvir olunan hadisələrin (keçmişdə bağ vermiş hadisələr, xatirələr və s.) oxşarlığı və bəzən də eyniliyi labüd olmuşdur. Cavabdehin öz qardaşı, kəndi, valideynləri, köçkünlük illəri və s. barədə yaşanmış hadisələri qeydə alması üçün bilavasitə iddiaçıdan bəhrələnməsi (iddiaçının müəllifi olduğu kitabdan köçürməsi və s.) inandırıcı görünmür. Cavabdehin özü də qeyd etmişdir ki, o ailə üzvü kimi gözü ilə gördüyü, şahidi olduğu və ailə üzvlərindən dəfələrlə eşitdikləri hadisələrdən yazmışdır. Bu kitabı yalnız qardaşının xatirəsini yaddaşlarda saxlamaq və müasir gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsi mə qsədilə yazmış, bununla şəhidin anası XXovanın arzusunu da yerinə yetirmişdir. «X6 Pirnəzərov» və «Mübarizə yolu» adlı kitablarda iddiaçının cədvəl şəklində təqdim etdiyi uyğun gələn səhifələr haqqında bildirmək istəyir ki, «X6 Pirnəzərov» adlı kitabın 7, 8, 9. 10. 13-cü səhifələrində kəndləri ilə bağlı yazılan faktlar iddiaçının elmi yeniliyi və ixtirası deyildir. Kənd sakinlərinin hər birinə məlum olan faktlardır ki, onlar Ş.Kərimovun «Yaddaşlarda yaşayan müqəddəs təhsil ocağı» adlı kitabının 4, 5, 11, 12, 13-cü səhifələrində də öz əksini tapıb. Səhifə 15-17-də (Mübarizə yolu-səh.12-15) yazılan fikir olmuş hadisədir. Həmin hadisəni kiçik yaşlarında dəfələrlə ata-anasından, özündən böyük qardaş-bacılarından və Xın özündən eşitmişdir. Qərbi Azərbaycandakı evlərinin bir küncünə qoyulan, üzə rində Səməd Vurğunun eskizi olan daşı hər gün görmüş, bu gün də gözlərinin qarşısındadır. İddiaçı isə bu hadisəni onlardan eşidib, onların Qərbi Azəzbaycandakı evlərində olmayıb və evlərində olan hadisələri gözləri ilə görməyib. Tərəflərin özləri də inkar etmirlər ki, kitablar hazırlanan zamanı və ya ondan əvvəl yaşanmış hadisələr və xatirələrlə bir-biri ilə bölüşmüşlər. «Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, günün yenilikləri, müxtəlif hadisə və faktlar barədə informasiya xarakterli məlumatlar müəlliflik hüququnun obyektləri deyildir. Qanunvericiliyin qeyd edilən tələblərindən də göründüyü kimi müxtəlif hadisə və faktlar barədə məlumatlar müəlliflik hüququnun obyektləri deyildir. Hər iki kitabdan görünür ki, orada əsasən ə vvəllər yaşanmış müxtəlif hadisə və faktlar öz əksini tapmışdır ki, bu da müəlliflərə əvvəldən də məlum idi. Eyni zamanda apellyasiya instansiyasında icraat zamanı müəyyən olunmuş yeni hallara əsasən mərhum X ov barəsində əvvəllər də kütləvi informasiya vasitələrində, internet resurslarında müxtəlif məqalələr dərc olunmuş, onlara çıxış imkanları açıq olmuşdur. Məhkəməyədək icraat zamanı tərəflər arasında analoji mübahisəyə Əqli Mülkiyyət Ağentliyində baxılmış, müvafiq araşdırma aparılaraq rəy tərtib olunmuşdur. Əqli Mülkiyyət Ağentliyi müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində apellyasiya icraatına cəlb olunmuş, araşdırma materialları tələb olunaraq işə əlavə olunmuş, həmçinin mübahisə ilə bağlı rəy alınmışdır. Təqdim olunmuş sənədlərdən (məhkəməyədək icraat zamanı Əqli Mülki yyət Ağentliyində aparılmış araşdırma materialları və nəticədə tərtib olunmuş rəy) həmçinin aydın olur ki, istər iddiaçı, istərsə də cavabdeh öz kitablarında Şövkət Kərimovun 2009-cu ildə tarixində «Təhsil» NPM tərəfindən nəşr edilmiş «Yaddaşlarda yaşayan müqəddəs təhsil ocağı» adlı kitabdan bəhrələnmiş, yəni sonuncu kitabdan istifadə edilən hissələrə dair cədvəldə göstərilən səhifələrdəki bütün sətirlər kitablarda öz əksini tapmışdır. Qeyd edilən hal, həmçinin Əqli Mülkiyyət Ağentliyinin məhkəmə kollegiyasına təqdim etdiyi yazılı mülahizələrində də öz əksini tapmış, eyni zamanda göstərilmişdir ki, cavabdeh (Cavabdeh) hüquq sahibi və müəllifi olduğu «X6 Pirnəzərov» kitabının hazırlanmasında istifadə etdiyi materiallara dair cədvəl əlavə etmişdir (materiallar Cavabdeh Ağentliyə yazdığı xx x xxxxxxx 2018-ci il tarixli ərizəsinə əlavə olunmuşdur.) Yəni, Şövkət Kərimovun 2009-cu ildə tarixində «Təhsil» NPM tərəfindən nəşr edilmiş «Yaddaşlarda yaşayan müqəddəs təhsil ocağı» adlı kitabından əlavə, bir sıra materiallar, qəzet məqalələri, elektron yazışmaların surətləri və s. istifadə edilmişdir. Müəyyən olunmuşdur ki, Cavabdeh «Köçkünlük» adlı 63 səhifəlik materialı xx.xx.2016-cı il tarixdə özünün mailto:%D1%8D%D1%83%D0%B5%D0%BB%D0%B5%D0%BD%D0%B1%D0%B5%D1%8023@%D0% B9%D0%B0%D0%BD%D0%B4%D0%B5%D1%85.%D1%80%D1%83Elektron ünvan 1 elektron poçt ünvanındanİddiaçı məxsus mailto:%D0%B5.%D1%81%D1%83%D0%BB%D0%B5%D0%B9%D0%BC%D0%B0%D0%BD%D0%BE% D0%B2%D0%B0@%D0%B0%D0%B7%D0%B5%D0%BB%D0%B8%D1%81%D1%89.%D1%8A%D0%BE %D0%BCElektron ünvan 2 elektron ünvanına göndərmişdir. Qeyd edilən 63 səhifəlik «Kö çkünlük» adlı elektron yazı ilə İddiaçı müəllifi olduğu «Mübarizə yolu» kitabı və Cavabdeh müəllifi olduğu «X6 Pirnəzərov» kitabı seçmə yolu ilə müqayisə edilmiş və nəticədə uyğunluq müəyyən edilmişdir (cədvəl əlavə olunmuşdur). Bununla yanaşı, təqdim edilmiş qəzet məqalələri də tərəflərindən araşdırılmış və müəyyən olunmuşdur ki, qəzet məqalələrində olan mətnlərin, abzasların redaktə xarakterli bir neçə söz və ya söz birləşmələri istisna olmaqla hər iki kitabda təkrarlanmışdır. Cavabdeh tərəfindən təqdim olunmuş sənədlərdən də aydın olur ki, o qardaşı X Pirnəzərov barəsində «X6 Pirnəzərov» kitabının hazırlanmasında şəxsi (ailə) xatirələri ilə yanaşı, digər mənbələrdən istifadə etmişdir (məsələn, X3 və Estoniyada hərbi xidmətinə görə təltif olunduğu tərifnamələr və fəxri fərmanla, X Pirnəz ərovun 103 saylı Gəncə inşaatçılar seçki dairəsi üzrə Azərbaycan SSR xalq deputatlığına namizədliyini irəli sürərkən seçkiqabağı proqramı və seçicilərə müraciəti, X Pirnəzərovun komandirlik etdiyi 4-cü batalyonun bölüm komandirlərinin və s. şəxslərin yazdıqları əlyazma nüsxələri, X Pirnəzərov haqqında dərc olunmuş məqalələrə dair qəzetlər, internet resurslarındakı yazılar və s.). «Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında» Azərbaycan Respublikası Qanununun 8.5-ci maddəsinə əsasən əsəri qeydiyyatdan keçirən hüquq sahibinə nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş şəhadətnamə verilir. Mübahisə yaranan hallarda, digər sübutlar olmadıqda, qeydiyyat haqqında şəhadətnamə məhkəmə tərəfindən müəlliflik prezumpsiyası kimi tanınır. Göründüyü kimi, qanunverici digər sübu tlar olmadığı halda qeydiyyat haqqında şəhadətnamənin məhkəmə tərəfindən müəlliflik prezumpsiyası kimi tanınması imkanını müəyyən etmişdir. Bundan başqa, qarşılıqlı iddia da əsassızdır. Çünki, İddiaçı «Mübarizə yolu» romanına görə verilmiş xx.xx.2018-ci il tarixli, 10073 saylı Şəhadətnamənin ləğv edilməsinə hər hansı qanuni əsas mövcud deyildir. Qarşılıqlı iddia üzrə iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı və cavabdeh XXX qızının kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar