Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3374/2019 13.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi ilə. İddiaçı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 yanvar 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim:S.B.Mehrəliyev; 2(004)-5818/2018) iddiaçı İddiaçı cavabdehlər Cavabdeh1 və “xxxx” X 1 qarşı cavabdehlərin arasında Binəqədi rayonu, ************ qəsəbəsinin qərb hissəsi, ATS-nin qərbi,Kazımovski küçəsində inşa edilən yaşayış binasında 7-ci mərtəbədə 3 otaqlı mənzilə dair 01.11.2006-cı il tarixdə bağlanmış ***** saylı müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh1 mənzilindən çıxarılması və mənzilin özünə təhvil verilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 yanvar 2019-cu tarixli qətnaməsi ilə (hakimlər: E.C.Kazımov (sədrlik edən və məruzəçi) T.S.Səmədov və İ.S.Şirinov; 2(103)-1393/2019) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı cavabdehlər Cavabdeh1 və “xxxx” X1rşı iddia əriz əsi ilə, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müracət edərək cavabdehlərin arasında Binəqədi rayonu, *********** qəsəbəsinin qərb hissəsi, ATS-in qərbi, ************** küçəsində inşa edilən yaşayış binasında 7-ci mərtəbədə 3 otaqlı mənzilə dair 01.11.2006-cı il tarixdə bağlanmış ****** saylı müqavilənin etibarsız hesab edilməsi, PənahovaTamilla Oktay qızının mənzildən çıxanlması və mənzilin özünə təvhil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 09.03.2007-ci ildə “xxxx” EİM-in direktoru X3 ilə aralarında *********** qəsəbəsinin qərb hissəsində, ************ küçəsində inşa edilən yaşayiş binasının 7-ci mərtəbəsində 3 otqalı mənzilin inşa edilərək ona təhvil verilməsi barədə ******* saylı müq avilə imzalanmışdır. Müqaviləyə əsasən 70136 manat pul ödəmişdir. 2017-ci ilin son aylarında Binəqədi rayon məhkəməsində “xxxx” EİM-ə qarşı öhdəliklərin icrasının həvalə edilməsi, mülkiyyətə yaranan maneənin aradan qaldırılmasına dair iddia ərizəsinə baxılarkən cavabdeh “xxxx” EİM-in 01.11.2006-cı ildə eyni mənzilə dair Cavabdeh1 ilə müqavilə bağladığı müəyyən olunmuşdur. Lakin özü ilə müqavilə bağlanarkən 01.11.2006-cı il tarixli müqavilənin mövcudluğu haqqında məlumat verilməmişdir. Belə bir müqavilə mövcud olduğu halda onunla həmin mənzilə dair müqavilə bağlana bilməzdi. “xxxx” EİM qanunsuz əməlini onunla izah edir ki, həmin mənzilə dair bağlanmış müqavilə üzrə Cavabdeh1 müqavilə öhdəliklərinə tam əməl etmədiyinə görə onunla müqavilə bağlanımışdır. 20.12.2007-ci il tarixdə Cavabdeh1 öhd əliyini yerinə yetirməsi təsdiqini tapmayıb. Mənzilə görə özü 70136 manat ödədiyi halda, Cavabdeh1 52739 manat ödəmişdir. Cavabdeh1 3500 manat borclu qaldığı halda sonda 2961 manat ödəyib. Nəticədə bu günə kimi 539 manat borclu qalıb. Başqa sözlə müqavilə öhdəliklərinə əməl etməyib. Müqavilə öhdəliklərinə əməl etmədiyi halda və onun ödədiyi məbləğdən xeyli az ödədiyi halda mübahisəli mənzilin cavabdehə verilməsi qanuni sayıla bilməz.Cavabdeh “xxxx” EİM qanunsuz hərəkətlərini pərdələmək üçün 2006-2008-ci illərdə bağlanmış müqavilələrin, maliyyə arayışlarının, kassa mədaxil orderlərinin, qeydiyyat kitablarının, ödənişlərin reyestr kitabının məhv edildiyini, həmin kitablardan çıxarışların saxlanılmadığını göstərir. Sənədlərin məhvi rəsmiləşdirilməyib. Cavabdeh sənədlərin məhv edildiyini iddia etsə də Cavabdeh1 ilə bağladığı müqaviləni və maliyyə arayışını Binəqədi rayon məhkəməsində işə baxılarkən təsdiq edib. Əgər sənədlər məhv olmuşdursa Cavabdeh1 ilə müqavilənin son xxxxlarda təsdiq olunması əsaslı sayıla bilməz. Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsiAzərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 82.3,233.3-cü maddələrinin tələblərinin pozulması ilə çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamış, həqiqətə nail olmaq üçü n,işi hərtərəfli, tam və obyektiv edilməmiş, sübutlara düzgün hüquqi qiymət verilməmiş və nəticədə qanunsuz və ədalətsiz qətnamə qəbul edilmişdir. Tərəflərin izahatı Cavabdeh1 Oktay qızı Mülki-Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməyərək məhkəmə kollegiyasının iclasına vəkilsiz gəldiyi üçün işin kassasiya baxışında onun izahatları dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq,iddiaçı və cavabdehin nümayəndəsi heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kass asiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən cümlədən iş materiallarında olan o, cümlədən “xxxx” EİM ilə Cavabdeh1 arasında bağlanmış 01.11.2006-cı il tarixli, 61 saylı görünür ki, “xxxx” EİM Bakı şəhəri, ********************** qəsəbəsinin qərb hissəsi, ATS-in qərbi, ********* küçəsində inşa edilən yaşayış binasının 7-ci mərtəbəsində ümumi sahəsi 120.6 kv.metr olan 3 otaqlı mənzili Cavabdeh1 verməyi, sonuncu isə 50156 ABŞ dollan məbləğində pul vəsaitini ödəməyi öhdəsinə götürmüşdiir. Müqavilənin 15-ci bəndinə əsasən son ödəmə tarixinin 2007-ci ildə başa çatacağı göstərilmişdir. Cavabdeh1 01.11.2006-cı il tarixdə 17440 manat, 19.12.2006-cı il tarixdə 32338 manat, 10.12.2007-ci il tarixdə 3500 manat məbləğində pul vəsaitini “xxxx” EİM-ə ödəmişdir. “xxxx” EİM ilə İddiaçı arasında bağlanmış 09.03.2007-ci il tarixli müqaviləyə əsasən “xxxx” EİM Bakı şəhəri, ************* qəsəbəsinin Qərb hissəsi, ATS-in qərbi, ************** küçəsində inşa edilən yaşayış binasının 7-ci mərtəbəsində, ümumi sahəsi 120.6 kv.metr olan 3 otaqlı mənzili İddiaçı verməyi, sonuncu isə 80802 ABŞ dolları məbləğində pulıı ödəməyi öhdəsinə götürmiişdür. İşdə olan 09.03.2007-ci il tarixli kassa mədaxil orderi qəbzinin surətindən ğörünür ki, 70136 manat məbləğ ində pul vəsaiti İddiaçı tərəfındən “xxxx” EİM-ə ödənilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20.11.2017-ci il tarixli, 2(001)-13371/2017 saylı qətnaməsi ilə İddiaçı cavabdeh “xxxx” X1rşı “öhdəliklərin icrasının həvalə edilməsi, mülkiyyətə yaranan maneənin aradan qaldırılması tələbinə dair” iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 10.04.2018-ci il tarixli, 2(103)-2728/2018 saylı qətnaməsinin surətindən görünür ki, Binəqədi Rayon Məhkəməsinin 20.11.2017-ci il tarixli, 2(001)-13371/2017 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, qətnamə iddiaçıya münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi 2(103)-2728/2018 saylı mülki iş üzrə müəyyən etmişdir ki, «xxxx» EİM-lə Cavabdeh1 arasında müqavilə 01 noyabr 20 06-cı il tarixdə, İddiaçı ilə müqavilə isə 09 mart 2007-ci il tarixdə bağlanmışdır. Cavabdeh1 ilə bağlanmış müqavilənin 15-ci bəndində son ödəmə tarixinin 2007-ci ildə başa çatması qeyd olunmuşdur. Cavabdeh1 01 noyabr 2006-cı il tarixdə 17440 manat, 19 dekabr 2006-cı il tarixdə 32338 manat, 10 dekabr 2007-ci il tarixdə 3500 manat məbləğində pul vəsaiti ödənmiş, yəni müqavilənin şərtlərinə uyğun olaraq ödəmə 2007-ci ildə başa çatmışdır. S6 bağlanmış 09 mart 2007-ci il tarixli müqavilə isə eyni hüquq və vəziflərinə xitam verilmədiyi və sonuncu tərəfindən ödənişlərin aparıldığı dövrdə bağlanmışdır. Mübahisə predmeti olan mənzilin Cavabdeh1 təhvil verilməsi də onu təsdiq edir ki, müqavilə üzrə öhdəliklər həm onun tərəfindən, həm də «xxxx» EİM tərəfindən yerinə yetirilmişdir.... «xxxx» EİM-lə C avabdeh1 Oktay qızı arasında müqavilə 01 noyabr 2006-cı il tarixdə bağlanmışdır və müqavilə üzrə 3-cü şəxsin əldə etməli olduğu mənzilin dəyərini ödəmək, cavabdehin isə müqavilədə nəzərdə tutulan mənzilin təhvil vermək vəzifəsi olmuşdur. İşin halları baxımından 3-cü şəxsin öhdəliyini icra etməsi aşkardır və mübahisələndirilmir. Cavabdeh də öhdəliyini icra edərək mənzili 3-cü şəxsə təhvil vermişdir.... Üçünçü şəxsin sahiblik və istifadə hüququnun yarandığı və faktiki olaraq sahibliyi həyata keçirdiyi mənzili iddiaçı ilə bağlanmış müqaviləyə əsaslanmaqla ondan alınması 3-cü şəxsin hüquqlarının pozulmasına şərait yaratmış olar. İş üzrə toplanmış sübutları araşdıran apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsassız olduğun dan qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas ola bilməz. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.Hazırki iş üzrə, iddia tələbinin faktiki əsasları tələbin qanuni əsa sının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: - 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. -233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. -385.2-cı maddəsinə əsasən bi rinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. -387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəaları ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, əvvəlki məhkəmə qətnaməsi(qərarı) ilə müəyyən olunan hallar işdə iştirak edən şəxslərə münasibətdə preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi t əmin edir. “Q. Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”. Apellyasiya instansiya məhək əməsi düzgün olaraq nəticəyə gəlmişdir ki, yuxarıda qeyd olunan məhkəmə aktları ilə iddiaçının iddiasını əsaslandırdığı faktiki hallara, yəni «xxxx» EİM-lə Cavabdeh1 arasında mübahisə predmeti olan mənzillə dair 01 noyabr 2006-cı il tarixdə bağlanmış müqavilə üzrə tərəflərin öhdəliklərini tam yerinə yetirməsi, Cavabdeh1 mübahisəli mənzilə sahiblik və istifadə hüququnun yarandığı və faktiki olaraq mənzilə sahibliyi həyata keçirməsinə faktiki olaraq hüquqi qiymət verilmişdir. Məhkəmə aktları ilə müəyyən edilən hallar isə preyudisial əhəmiyyət kəsb etdiyindən, sözügedən halların əlavə araşdırılmasına ümumiyyətlə zərurət yoxdur. İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair də məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmiş, eləcə də apellyasiya şikayətində belə bir sübut un təqdim ediləcəyi ilə bağlı hər hansı bir dəlilə istinad etməmişdir. Yəni, müqavilənin etibarsızlığı üçün əsas olan halların nədən ibarət olduğunu göstərmir, eləcə də bu hallar mövcuddursa bunun hansı sübutlarla təsdiq edildiyini açıqlamır. Bununla bağlı, yalnız iddiaçı tərəfin izahatı mövcuddur. İddiaçıların izahatı isə işdə olan digər sübutlarla yanaşı qiymətləndirilməlidir. İşdə isə etibarsızlığa dair sübut yoxdur. Göründüyü kimi, iddiaçının mübahisələndirdiyi müqavilənin etibarsız müqavilə olması həm də inandırıcı və ağlabatan deyildir.İddiaçı Cavabdeh1 öhdəliyini yerinə yetirməsinin təsdiqini tapmadığını bildirsə də, özünün də cavabdeh “xxxx” EİM ilə bağladığı müqavilə üzrə öhdəliyini yerinə yetirməsi təsdiq olunmur. Çünki, öhdəliyini yerinə yetirmiş olsaydı “xxxx” EİM-ə qarşı yux arıda qeyd olunan iddiası rədd olunmazdı, hansısa formada təmin oluna bilərdi. Lakin həmin iş üzrə iddiasının təmin edilməməsi, hazırki iddiasının əsaslılığını tamamilə əhəmiyyətsiz edir. Ona görə də İddiaçı apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ona münasibətdə ləğv edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinin tələbinə müvafiq olaraq tam hüquqlu məhkəmə kimi iş üzrə toplanmış sübutları tədqiq edib onlara hüquqi qiymət verərək apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsini n qətnaməsi hüquq normaları düzgün tətbiq olunmaqla qanuni və əsalıdır. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsasız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 18 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3374/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3374/2019
13.05.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver