Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2660/2023 28.09.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə3, habelə iddiaçının nümayəndəsi-vəkili Nümayəndə1, Cavabdeh3 və onun vəkili Vəkil2, Cavabdeh2 vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya, Cavabdeh3 və Cavabdeh2 qarşı mənzillərə dair müqavilələrin etibarsız hesab edilməsi, yaşayış sahələrindən çıxarılma və mənzillərin təhvil verilməsi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya, Cavabdeh3 və Cavabdeh2 qarşı mənzillərə dair müqavilələrin etibarsız hesab edilməsi və yaşayış sahələrindən çıxarılma tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MTK (əvvəlki "xxxx" MTK) tərəfindən M.Ə.Rəsulzadə küçəsi, 1A adlanan ünvanda tikilən 12 mərtəbəli yaşayış evinin 3-cü blokunun 4-cü mərtəbəsindəki ümumi sahəsi 88,8 kv.metr olan 2 otaqlı 21 saylı mənzilin Cavabdeh2, həmin yaşayış evinin 3-cü blokunun 3-cü mərtəbəsindəki ümumi sahəsi 133,6 kv.metr olan 4 otaqlı 18 saylı mənzilin Cavabdeh3 satılması barədə alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, Cavabdeh2, Cavabdeh3, onların ailə üzvləri ilə birlikdə göstərilən mənzillərdən çıxarılması, onun həmin mənzillərə sahiblik və istifadə hüquqlarının bərpa edilməsi hüquqi yardımın göstərilməsinə görə ödədiyi 150 manat, dövlət rüsumu olaraq ödədiyi 101 manat olmaqla, cəmi 251 manat pulun cavabdehlərdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh1 MTK (əvvəlki adı "xxxx" MTK) ilə xx.xx.2006-cı il tarixdə müqavilə bağlayaraq, o zaman tikintisi davam etdirilən, Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişməsində, hazırda M.Ə.Rəsulzadə küçəsi, 1A adlanan ünvanda tikilən 12 mərtəbəli yaşayış evinin 3-cü blokunun 4-cü mərtəbəsindəki ümumi sahəsi 88,8 kv.metr olan 2 otaqlı 21 saylı və həmin evin 3-cü mərtəbəsindəki ümumi sahəsi 133,6 kv.metr olan 4 otaqlı 18 saylı mənzilləri almışdır. Hər iki mənzilin dəyəri tam ödənilmişdir. MTK mənzilləri ona təhvil verməmişdir. Sonradan məlum olmuşdur ki, MTK artıq ona məxsus olmuş, M.Ə.Rəsulzadə küçəsi, 1A adlanan ünvanda tikilən 12 mərtəbəli yaşayış evinin 3-cü blokunun 4-cü mərtəbəsindəki ümumi sahəsi 88,8 kv.metr olan 2 otaqlı 21 saylı mənzili X3, həmin evin 3-cü mərtəbəsindəki ümumi sahəsi 133,6 kv.metr olan 4 otaqlı 18 saylı mənzili isə X1. Onun Cavabdeh1 MTK-ya (əvvəlki "xxxx" MTK) qarşı öhdəliyin təmin edilməsi, sahiblik və istifadə hüquqlarının bərpa edilməsi, qeyri-yaşayış sahəsinin boşaldılması və alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiası Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)-3229/2018 saylı qətnaməsi ilə təmin edilmiş, Cavabdeh1 MTK-nın üzərinə Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişməsində, hazırda M.Ə.Rəsulzadə küçəsi, 1A adlanan ünvanda tikilən 12 mərtəbəli yaşayış evinin 3-cü blokunun 4-cü mərtəbəsindəki ümumi sahəsi 88,8 kv.metr olan 2 otaqlı 21 saylı mənzili və həmin evin 3-cü mərtəbəsindəki ümumi sahəsi 133,6 kv.metr olan 4 otaqlı 18 saylı mənzilin ona təhvil verilməsi vəzifəsi qoyulmuşdur. Bundan əlavə, qətnamə ilə Cavabdeh1 MTK-nın üzərinə Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişməsində, hazırda M.Ə.Rəsulzadə küçəsi, 1A adlanan ünvanda tikilən 12 mərtəbəli yaşayış evinin 3-cü blokunun 4-cü mərtəbəsindəki ümumi sahəsi 88,8 kv.metr olan 2 otaqlı 21 saylı mənzilə dair X6 ilə və həmin evin 3-cü mərtəbəsindəki ümumi sahəsi 133,6 kv.metr olan 4 otaqlı 18 saylı mənzilə dair X7 ilə bağlanmış 28 iyun 2016-cı il tarixli 107 saylı müqavilə etibarsız hesab olunmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(105)- 3069/2019 saylı qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)-3229/2018 saylı qətnaməsi İddiaçı Əlihüseyn qızının təmin olunmuş iddia tələbinə münasibətdə dəyişiklik edilməmiş, Ali Məhkəmə isə Sumqayıt Apellyasiya Məhkəməsinin həmin qətnaməsini dəyişdirmədən saxlamışdır. Məhkəmə qərarları qanuni qüvvəyə minmiş, mənzillər tam tikilməsə də, xx.xx.2019-cu il tarixdə Abşeron rayon icra və probasiya şöbəsinin icra məmurları tərəfindən ona təhvil verilmişdir. Çox təəssüflər olsun ki, bu mənzillər MTK tərəfindən yenidən əsassız və qanunsuz olaraq başqa vətəndaşlara - M.Ə.Rəsulzadə küçəsi, 1A adlanan ünvanda tikilən 12 mərtəbəli yaşayış evinin 3-cü blokunun 4-cü mərtəbəsindəki ümumi sahəsi 88,8 kv.metr olan 2 otaqlı 21 saylı mənzili Cavabdeh2, həmin evin 3-cü mərtəbəsindəki ümumi sahəsi 133,6 kv.metr olan 4 otaqlı 18 saylı mənzili isə Cavabdeh3 satılmışdır. Onlar hazırda mənzillərin qapılarını dəyişdirərək, mənzillərdən sahiblik və istifadə hüquqlarını pozurlar, mənzillərdə təmir işləri ilə məşğuldurlar. Onunla Cavabdeh1 MTK arasında bağlanmış müqavilələr ləğv edilmədiyi halda, 3-cü şəxslərlə eyni mənzillərə dair müqavilələrin bağlanması qanunsuz və əsassızdır. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə gedişatında iddiaçı MPM-nin 53-cü maddəsinə istinad edərək Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 1A ünvanında tikilən yaşayış evinin 3-cü blokunun 5-ci mərtəbəsindəki ümumi sahəsi 88,8 kv.metr olan 2 otaqlı 21 saylı mənzili ilə bağlı Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında bağlanmış xx.xx.2022-ci il tarixli və Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 1A ünvanında tikilən yaşayış evinin 3-cü blokunun 4-cü mərtəbəsindəki ümumi sahəsi 133,3 kv.metr olan 4 otaqlı 18 saylı mənzili ilə bağlı Cavabdeh3 ilə Cavabdeh1 MTK arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilələrin etibarsız hesab edilməsi, Cavabdeh2, Cavabdeh3 ailə üzvləri ilə birlikdə göstərilən mənzillərdən çıxarılması, həmin mənzillərin boşaldılaraq İddiaçı təhvil verilməsi, hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 150 manat, dövlət rüsumu olaraq ödənilmiş 101 manat olmaqla, cəmi 251 manat pulun cavabdehlərdən alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə3, habelə iddiaçının nümayəndəsi-vəkili Nümayəndə1 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etdilər. Cavabdeh3 və onun vəkili Vəkil2, Cavabdeh2 vəkili Vəkil1, həmçinin iştirak etdiyi məhkəmə iclasında Cavabdeh2 iddiaya etiraz etdilər və onun rədd olunmasını xahiş etdilər. Cavabdehlər bildirdilər ki, hər iki mənzilin dəyərini MTK-ya ödəyərək onu almışlar və faktiki olaraq orada yaşayırlar. Digər Cavabdeh1 MTK məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi səbəbini bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)- 3229/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddianın təmin edilməsi, Cavabdeh1 MTK-nın üzərinə Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişməsində, hazırda M.Ə.Rəsulzadə küçəsi, 1 A adlanan ünvanda tikilən 12 mərtəbəli yaşayış evinin 3-cü blokunun 4-cü mərtəbəsindəki, ümumi sahəsi 88,8 kv.metr olan 2 otaqlı 21 saylı mənzilin və həmin evin 3-cü blokunun 3-cü mərtəbəsindəki ümumi sahəsi 133,6 kv.metr olan 4 otaqlı 18 saylı mənzilin iddiaçıya təhvil verilməsi vəzifəsinin qoyulması, Cavabdeh1 MTK-nın Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişməsində, hazırda M.Ə.Rəsulzadə küçəsi, 1 A adlanan ünvanda tikilən 12 mərtəbəli yaşayış evinin 3-cü blokunun 3-cü mərtəbəsindəki, ümumi sahəsi 133,6 kv.metr olan 4 otaqlı 18 saylı mənzilə dair X7 ilə və X6 ilə həmin evin 3-cü blokunun 4-cü mərtəbəsindəki, ümumi sahəsi 88,8 kv.metr olan 2 otaqlı 21 saylı mənzilə dair xx.xx.2016-cı il tarixli 107 saylı müqavilənin etibarsız hesab edilməsi qət edilmişdir. İşdə olan Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(105)- 3069/2019 saylı qətnaməsinin surətindən görünür ki, X2 apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)-3229/2018 saylı qətnaməsi cavabdeh X2 apellyasiya şikayətinə münasibətdə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, Cavabdeh1 MTK-nın üzərinə Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişməsində, hazırda M.Ə.Rəsulzadə küçəsi, 1 A adlanan ünvanda tikilən 12 mərtəbəli yaşayış evinin 3-cü blokunun 4-cü mərtəbəsindəki, ümumi sahəsi 88,8 kv.metr olan 2 otaqlı 21 saylı mənzilin və həmin evin 3-cü blokunun 3-cü mərtəbəsindəki ümumi sahəsi 133,6 kv.metr olan 4 otaqlı 18 saylı mənzilin iddiaçıya təhvil verilməsi vəzifəsinin qoyulması, Cavabdeh1 MTK-nın Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişməsində, hazırda M.Ə.Rəsulzadə küçəsi, 1 A adlanan ünvanda tikilən 15 mərtəbəli yaşayış evinin 3-cü blokunun 4-cü mərtəbəsindəki, ümumi sahəsi 133,6 kv.metr olan 4 otaqlı 18 saylı mənzilə dair X7 ilə və X6 ilə həmin evin 3-cü blokunun 4-cü mərtəbəsindəki, ümumi sahəsi 88,8 kv.metr olan 2 otaqlı 21 saylı mənzilə dair xx.xx.2016-cı il tarixli 107 saylı müqavilənin etibarsız hesab edilməsi qət edilmişdir. İşdə olan Ali Məhkəmənin xx.xx.2020-ci il tarixli, 2(102)-2192/2020 saylı qərarından görünür ki, kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(105)-3069/2019 saylı qətnaməsi cavabdeh X5 aid hissədə dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Cavabdeh1 MTK (əvvəlki adı "xxxx" MTK) ilə İddiaçı arasında bağlanmış xx.xx.2006-cı il tarixli müqavilələrin surətindən görünür ki, o, Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişməsində, hazırda M.Ə.Rəsulzadə küçəsi, 1A adlanan ünvanda tikilən 12 mərtəbəli yaşayış evinin 3-cü blokunun 4-cü mərtəbəsindəki ümumi sahəsi 88,8 kv.metr olan 2 otaqlı 21 saylı mənzili 30902 manata və həmin evin 3-cü mərtəbəsindəki ümumi sahəsi 133,6 kv.metr olan 4 otaqlı 18 saylı mənzili 46493 manata almışdır. Pul məbləğlərinin onun tərəfindən MTK-ya ödənilməsi ilə bağlı xx.xx.2009-cu il tarixli maliyyə arayışları verilmişdir. İşdə olan Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilənin surətindən görünür ki, o, ünvan 1 ünvanda tikilən 16 mərtəbəli yaşayış evinin 3-cü blokunun 5-ci mərtəbəsindəki ümumi sahəsi 88,8 kv.metr olan 2 otaqlı 21 saylı mənzili 39000 manata almışdır. Mənzilə görə borcun olmaması ilə bağlı MTK tərəfindən ona xx.xx.2022-ci il tarixli maliyyə arayışı verilmişdir. İşdə olan Cavabdeh1 MTK ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin surətindən görünür ki, o, ünvan 1 ünvanda tikilən 15 mərtəbəli yaşayış evinin 3-cü blokunun 4-cü mərtəbəsindəki ümumi sahəsi 133,3 kv.metr olan 4 otaqlı 18 saylı mənzili 86645 manata almışdır. Mənzilə görə borcun olmaması ilə bağlı MTK tərəfindən ona xx.xx.2021-ci il tarixli maliyyə arayışı verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 390-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 646.1-ci maddəsinə görə daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsindən görünür ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqlarının və X4 haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Prosessual Məcəllənin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunan faktlar həmin şəxslərin iştirak etdiyi başqa mülki işlərə baxıldıqda yenidən sübut edilmir. İşdən göründüyü kimi, mübahisə predmetini Cavabdeh1 MTK ilə ünvan 1 ünvanda tikilən 16 mərtəbəli yaşayış evinin 3-cü blokunun 5-ci mərtəbəsindəki ümumi sahəsi 88,8 kv.metr olan 2 otaqlı 21 saylı mənzilə dair Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilə və ünvan 1 ünvanda tikilən 15 mərtəbəli yaşayış evinin 3-cü blokunun 4-cü mərtəbəsindəki ümumi sahəsi 133,3 kv.metr olan 4 otaqlı 18 saylı mənzilə dair Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilə təşkil edir. Qanuni qüvvəsini almış Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(105)-3069/2019 saylı qətnaməsindən görünür ki, X2 apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)-3229/2018 saylı qətnaməsi cavabdeh X2 apellyasiya şikayətinə münasibətdə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, Cavabdeh1 MTK-nın üzərinə Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişməsində, hazırda M.Ə.Rəsulzadə küçəsi, 1 A adlanan ünvanda tikilən 12 mərtəbəli yaşayış evinin 3-cü blokunun 4-cü mərtəbəsindəki, ümumi sahəsi 88,8 kv.metr olan 2 otaqlı 21 saylı mənzilin və həmin evin 3-cü blokunun 3-cü mərtəbəsindəki ümumi sahəsi 133,6 kv.metr olan 4 otaqlı 18 saylı mənzilin İddiaçı təhvil verilməsi vəzifəsinin qoyulması, Cavabdeh1 MTK-nın Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişməsində, hazırda M.Ə.Rəsulzadə küçəsi, 1 A adlanan ünvanda tikilən 15 mərtəbəli yaşayış evinin 3-cü blokunun 4-cü mərtəbəsindəki, ümumi sahəsi 133,6 kv.metr olan 4 otaqlı 18 saylı mənzilə dair X7 ilə və X6 ilə həmin evin 3-cü blokunun 4-cü mərtəbəsindəki, ümumi sahəsi 88,8 kv.metr olan 2 otaqlı 21 saylı mənzilə dair xx.xx.2016-cı il tarixli 107 saylı müqavilənin etibarsız hesab edilməsi qət edilmişdir. Göründüyü kimi, bu qətnamə ilə müəyyən olunmuşdur ki, mübahisə predmetini təşkil edən hər iki mənzil İddiaçı məxsusdur və bu əmlaklar Cavabdeh1 MTK tərəfindən ona təhvil verilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, qeyd olunan qətnamə hazırki mübahisə üçün preyudisial əhəmiyyətə malikdir. İşdən görünür ki, 88,8 kv.metrlik mənzil xx.xx.2022-ci il tarixli müqavilə ilə Cavabdeh2, 133,3 kv.metrlik mənzil isə xx.xx.2021-ci il tarixli müqavilə ilə Cavabdeh3 satılmışdır, halbuki Cavabdeh1 MTK ilə İddiaçı arasında bağlanan müqavilələr hazırda qüvvədədir, bu müqavilələrin ləğv olunması haqqında razılaşma, həmin müqavilələri dəyişdirmək və ya ləğv etmək təklifi, bu təklifdən digər tərəfin imtinası iş materiallarında yoxdur və müqavilələr məhkəmə qaydasında ləğv olunmamış, əksinə həmin əqdlərin mötəbərliyi məhkəmə aktları ilə təsdiq olunmuşdur. Buna görə də məhkəmə hesab edir ki, həmin mənzillərin sahiblik və istifadə hüququ ilə yüklü olmasına baxmayaraq, yenidən Cavabdeh2 və Cavabdeh3 satılmasına dair xx.xx.2022 və xx.xx.2021-ci il tarixli alqı-satqı müqavilələri etibarsızdır, çünki həmin müqavilələrlə özgəninkiləşdirilən mənzillər artıq qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən İddiaçı tərəfindən dəyəri ödənilməklə əldə olunan əmlak kimi qiymətləndirilmişdir. Məhkəmə hesab edir ki, mübahisəli daşınmaz əmlaklar hazırda nə Cavabdeh1 MTK-nın, nə Cavabdeh2, nə də Cavabdeh3 mülkiyyətində (sahiblik və istifadəsində) ola bilməz və İddiaçı hazırki tələbi əsaslıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr tərəfindən müqavilənin etibarlı olubolmaması ilə bağlı işlərə baxılarkən münasibətlərin həqiqi xarakteri nəzərə alınmaqla, müxtəlif müqavilələrin (məsələn, bağışlama, üçüncü şəxslərin xeyrinə müqavilə və s.) bağlanması qaydalarını tənzimləyən normalara da diqqət yetirilməlidir. Həmin normalar çərçivəsində bağlanılmış əqdin subyekt tərkibinə görə yalan əqd hesab edilməsi yolverilməzdir və Mülki Məcəllənin 340.2-ci maddəsinin məqsədinə uyğun gəlmir. Ona görə də məhkəmələr tərəfindən belə mübahisələr üzrə işlərə baxılarkən bağlanan müqavilələrdə əsl niyyətin nədən ibarət olması, gizli sövdələşmənin olub-olmaması müəyyən edilməlidir. Həmçinin qeyd olunmalıdır ki, əqdin yalan olub-olmaması məsələsi araşdırılarkən yalnız müqavilənin söz və ifadələrinin hərfi mənası deyil, tərəflərin bağlanmış müqavilə üzrə hüquqi nəticə əldə etmək niyyətlərinin olub-olmaması, habelə əsl iradələrinin aşkar edilməsi üçün işin faktiki halları da hərtərəfli araşdırılmalıdır. Bu zaman məhkəmələr əqd tərəflərinin davranışını, tərəflər arasında formalaşan münasibətləri, onların yazışmalarını, fərqli subyekt tərkibi olan oxşar münasibətlərdə tərəflərin davranışını, əqdin bağlandığı fəaliyyət sahəsində formalaşmış davranış təcrübəsini, hərəkətlərin baş vermə vaxtını və s. nəzərə almalıdır. Bir neçə əlaqəli əqdin qısa fasilə ilə bağlanması (məsələn, bir ilədək), eyni gündə bir neçə əlaqəli əqdin bağlanması, tərəflərin və ya üçüncü şəxslərin müxtəlif hərəkətlərinin qarşılıqlı əlaqəsi və digər hallar da əqdlərin pərdələmək niyyətilə görünüş üçün bağlanılmasına dəlalət edə bilər. Yalan əqd iradə ilə onun ifadəsi arasında qəsdən uyğunsuzluğa yol verilməsi nəticəsində əmələ gəlməklə hüquq normalarının düzgün tətbiqinə də maneələr yaradır. Tərəflərin belə hüquqa zidd davranışı isə publik və ya fərdi maraqlara zərər vurulması ilə nəticələnə bilər. Qanunverici məhz bu səbəbdən yalan əqdin əhəmiyyətsizliyini təsbit etmişdir. Beləliklə, yalan əqdin əhəmiyyətsizliyi iradə ifadəsinin simulyasiyası (əqdin simulyasiyası), müvafiq hüququn mövcudluğu görünüşünün yaradılması, əsl iradənin gizlədilməsi (pərdələnməsi) ilə şərtləndirilir. Mülki Məcəllənin 340.2-ci maddəsinin mənasına görə, tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün bağlanan əqdlər, o cümlədən fərqli subyektlər arasında formal olaraq bağlanan əqdlər yalan əqd olaraq əhəmiyyətsizdir. İş materiallarından görünür ki, mübahisəli mənzillər qeyd edilən müqavilələr və maliyyə arayışlarına əsaslanmaqla cavabdehlərin istifadəsinə verilmişdir. Həmin müqavilələr Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanıldığından etibarsızdır. Qüvvədə olan qanunvericiliyə görə maliyyə arayışı ciddi maliyyə hesabat blankı hesab olunmur, həmin mənzillərin dəyərinin MTK-ya ödənilməsi barədə cavabdehlər məhkəməyə kassa mədaxil orderlərini təqdim etməmişlər. Bu hallara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, mübahisəli 21 sayı mənzilin Cavabdeh2 satılmasına dair xx.xx.2022-ci il tarixli müqavilə, həmçinin 18 saylı mənzilin Cavabdeh3 satılmasına dair xx.xx.2021-ci il tarixli müqavilə yalan əqdlər olaraq əhəmiyyətsizdir. Yuxarıda da qeyd edildiyi kimi, hər iki mübahisəli mənzil qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən İddiaçı hüquqları ilə yüklü olunduğundan cavabdehlər həmin mənzillərdən çıxarılmalıdırlar və həmin mənzillər boşaldılaraq İddiaçı təhvil verilməlidir. Onların ailə üzvlərinin göstərilən yaşayış sahələrindən çıxarılmaları tələbinə gəldikdə isə məhkəmə hesab edir ki, bu hissədə tələb qeyri-müəyyən olduğundan təmin edilə bilməz. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan qismən təmin edilməli, ünvan 1 ünvanda tikilən 16 mərtəbəli yaşayış evinin 3-cü blokunun 5-ci mərtəbəsindəki ümumi sahəsi 88,8 kv.metr olan 2 otaqlı 21 saylı mənzili ilə bağlı Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilə və ünvan 1 ünvanda tikilən 15 mərtəbəli yaşayış evinin 3-cü blokunun 4-cü mərtəbəsindəki ümumi sahəsi 133,3 kv.metr olan 4 otaqlı 18 saylı mənzili ilə bağlı Cavabdeh3 ilə Cavabdeh1 MTK arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilə etibarsız hesab edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 həmin mənzillərdən çıxarılmalıdırlar və həmin mənzillər boşaldılaraq İddiaçı təhvil verilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Mübahisəyə iddia müddətinin tətbiq edilməsinə dair Cavabdeh3 ərizəsi ilə bağlı məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilən mənzillərlə bağlı İddiaçı hüquqları məhkəmə aktlarına əsasən tanındığından hazırki mübahisəyə iddia müddəti tətbiq edilə bilməz. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hüquqi yardım üçün ödənilmiş 150 manat və dövlət rüsumu kimi ödənilmiş 100 manat pul cavabdehlər Cavabdeh1 MTK, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 1A ünvanında tikilən yaşayış evinin 3-cü blokunun 5-ci mərtəbəsindəki ümumi sahəsi 88,8 kv.metr olan 2 otaqlı 21 saylı mənzili ilə bağlı Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında bağlanmış xx.xx.2022ci il tarixli müqavilə və Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 1A ünvanında tikilən yaşayış evinin 3-cü blokunun 4-cü mərtəbəsindəki ümumi sahəsi 133,3 kv.metr olan 4 otaqlı 18 saylı mənzili ilə bağlı Cavabdeh3 ilə Cavabdeh1 MTK arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilə etibarsız hesab edilsin. Cavabdeh Bağırov X8 rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 1A ünvanında tikilən yaşayış evinin 3-cü blokunun 5-ci mərtəbəsindəki ümumi sahəsi 88,8 kv.metr olan 2 otaqlı 21 saylı mənzilindən, cavabdeh Həsənov X9 rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 1A ünvanında tikilən yaşayış evinin 3-cü blokunun 4-cü mərtəbəsindəki ümumi sahəsi 133,3 kv.metr olan 4 otaqlı 18 saylı mənzilindən çıxarılsınlar. Hər iki mənzil boşaldılsın və İddiaçı təhvil verilsin. İddia qalan hissədə təmin edilməsin. Hüquqi yardım üçün ödənilmiş 150 manat və dövlət rüsumu kimi ödənilmiş 100 manat olmaqla, cəmi 250 manat pul Cavabdeh1 MTK, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq İddiaçı ödənilsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №e-2(012)-2660/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2660/2023
28.09.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver