Məhkəmə qərarları › İş №2(102)-3374/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3374/2022

06.06.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3374/2022 06.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Sərkar oğlunun Cavabdeh1 qarşı (üçüncü şəxs Cavabdeh2) iddia tələbinə dair iş üzrə QƏRARİ İş № 2(102)-3374/2022 (Açar sözlər: kassasiya şikayətinin qaytarılması, kassasiya şikayətinin əsaslandırılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Sərkar oğlunun Cavabdeh1 qarşı hasarın sökülməsi və s. tələblərinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1796/2022 nömrəli, 09 mart 2022-ci il tarixli qərardadından cavab deh tərəfindən verilmiş kassasiya şikayətinə 06 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh1 qarşı (bundan sonra – cavabdeh) (üçüncü şəxs Cavabdeh2) iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, Mingəçevir şəhəri, H.Z.Tağıyev küçəsi 25 №-li fərdi yaşayış evini faktiki 2 hissəyə bölmüş daş hasarın cavabdehin vəsaiti hesabına sökülməsi, həmin həyətin texniki pasportunda qeyd olunan darvazadan girişin təmin olunması, fərdi yaşayış evinin bütün tikililərindən və torpağından iddiaçının istifadəsinə cavabdeh tərəfindən olan maneələrin aradan qaldırılması, maneə yaratmağın qadağan olunması ba rədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Mingəçevir Şəhər Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2(051)-188/2021 saylı (hakim M.Kərimova) qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

3. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər A.M.Eyvazov (sədrlik edən və məruzəçi), G.Q.Abbasov və İ.H.Şükürov) 29 sentyabr 2021-ci il tarixli, 2(107)1796/2021 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişirilmədən saxlanılmışdır.

5. Cavabdeh (Vəkil1) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və i şin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir.

6. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 mart 2022-ci il tarixli, 2(107)-1796/2021 nömrəli qərardadı ilə kassasiya şikayəti geri qaytarılmışdır.

7. Qərardad onunla əsaslandırılmışdır ki, kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində (bundan sonra – MPM) nəzərdə tutulmuş formada (MPM-ə 3 saylı əlavəyə uyğun) tərtib olunmamışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

8. Cavabdeh1 (Vəkil1) qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilib işin baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi barədə qərardad qərar qəbul edilməsini xahiş etmişdir.

9. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, şikayət MPM-in tələblərinə uyğun tərtib olunsa da, apellyasiya instansiyası məhkəməsi əsassız olaraq şikayəti geri qaytarmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

11. Maddə 407.1.4. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən kassasiya şikayətində şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırıl ması göstərilməlidir.

12. Maddə 408.1.5. Kassasiya şikayəti kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə, apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

13. Maddə

409. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir.

14. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzr ə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

15. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

16. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutla ra və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

17. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, məhkəmə aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

18. Baxılan iş üzrə kassasiya instansiyası məhkəməsinin qərardadı onunla əsaslandırılmışdır ki, cavabdehin kassasiya şikayəti MPM-də nəzərdə tutulmuş formada (43 saylı əlavəyə uyğun) tərtib olunmamışdır.

19. Qeyd olunmalıdır ki, cavabdeh tərəfindən daha əvvəl verilmiş şikayət kassasiya instansiyası məhkəməsi tərəfindən qeyri-mümkün hesab edilmiş və həmin şikayət apellyasiya instansiyası məhkəməsi tərəfindən geri qaytarılmışdır.

20. Cavabdeh sonuncu qərardaddan sonr a təqdim etdiyi kassasiya şikayətində forma tələbi ilə bağlı irəli sürülmüş nöqsanı aradan qaldırmış, yeni şikayət MPM-ə 3 saylı əlavəyə uyğun tərtib edilmiş, şikayətdə maddi və prosessual hüquq normalarının pozulmasına və ya düzgün tətbiq edilməməsinə dair cavabdehin mövqeyi ifadə edilmişdir.

21. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş kassasiya şikayətinin mümkünlüyü barədə məsələnin yenidən müzakirə edilməsi üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

22. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1796/2022 nömrəli iş üzrə 09 mart 2022-ci il tarixli qərardadı ləğv edilsin və iş kassasiya şikayətinin mümkünlüyü barədə məsələnin yenidən müzakirə edilməsi üçün həmin Məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar