Məhkəmə qərarları › İş №2(102)-3376/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3376/2021

14.06.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3376/2021 14.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı ərazi idarəsinə qarşı iddia tələbinə dair iş üzrə (Açıq Səhmdar Cəmiyyəti «Xalq» Bankı cavabdehin tərəfində mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs kimi cəlb edilməklə) QƏRARİ Açar sözlər: çıxarışın etibarsızlığı, subyektiv hüquq Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, müstəqil tələblər irəli sürməyən üçüncü şəxs ASC «Xalq» Bankının nümayəndəsi X2, vəkili X1 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-2697/2018 nömrəli iş üzrə 06 noyabr 2018-ci il tarixli qətnaməsindən İddiaçı3 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 14 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Zaqatala Rayon Məhkəməsinin 2(033)-88/2018 nömrəli iş üzrə 23 yanvar 2018-ci il tarixli qətnaməsi ilə Açıq Səhmdar Cəmiyyəti «Xalq Bankı”nın (bundan sonra Bank və ya üçüncü şəxs) iddia tələbi qismən təmin edilərək cavabdehlər İddiaçı2, İddiaçı1, İddiaçı3, xxxxxxxxx, onların ailə üzvləri olan xxxxxxxxxxxxxx və X3 xüsusi mülkiyyət hüququ ilə məxsus olan Zaqatala şəhəri, Ə.Mahmudov küçəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 95,7 kvadrat metr yaşayış, 38,6 kvadrat metr köməkçi sahədən ibarət 2 saylı fərdi yaşayış evindən 1 (bir) ay müddətində çıxarılmaları, həmin fərdi yaşayış evini və mülkiyyət hüququ ilə Banka məxsus olan zəbt edilmiş 0,03 ha torpaq sahəsinin qeyd edilən şəxslərin qanunsuz sahibliyindən alınaraq Banka təhvil verilməsi qət edilmişdir. Qətnamə ilə müəyyən edilmişdir ki, həmin iş üzrə cavabdeh İddiaçı1 tam mülkiyyət hüququ ilə məxsus olmuş Zaqatala şəhəri, Ə.Mahmudov küçəsində 0,03 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 95,7 kvadrat metr yaşayış, 38,6 kvadrat metr köməkçi sahədən ibarət 2 nömrəli fərdi yaşayış evi 22 aprel 2009-cu il tarixli 012008/00115/09/12 nömrəli i poteka müqaviləsinə əsasən, Bankla cavabdeh İddiaçı2 arasında bağlanmış 22.04.2009-cu il tarixli **********09 nömrəli kredit müqaviləsi üzrə iddiaçı qarşısında öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Zaqatala Rayon Məhkəməsinin 01 aprel 2010-cu il tarixli qətnaməsi ilə Bankın cavabdehlər İddiaçı2, İddiaçı1, İddiaçı3 və xxxxxxxxxxxqarşı kredit müqaviləsi üzrə kreditorun tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddia ərizəsi təmin edilərək 22 aprel 2009-cu il tarixli **********5/09/12 saylı ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan fərdi yaşayış evinə ödənişin yönəldilərək, cavabdeh İddiaçı2 22 aprel 2009-cu il tarixli **********09 saylı kredit müqaviləsi üzrə cəmi 34058,63 ABŞ dolla rı məbləğində borc və 24 fevral 2010-cu il tarixdən başlayaraq, bankın tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 40 faiz hesabı ilə hesablanan cərimə faizlərinin Bankın xeyrinə tutulması, 22 aprel 2009-cu il tarixli **********5/09/12 saylı ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan cavabdeh İddiaçı1 məxsus qeyd edilən fərdi yaşayış evinin boşaldılması və həmin mülkün açıq hərracdan satılaraq bankın kredit tələbinin realizə edilmiş dəyərindən ödənilməsi, göstərilən fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqda, İddiaçı2, İddiaçı1, İddiaçı3 və xxxxxxxxxxxxxx həmin evdə qeydiyyatlarının ləğv edilərək yaşayış hüquqlarına xitam verilməsi və həmin şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay müddətində tərk etmələri q ət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş, icraya yönəldilmiş, ipoteka predmeti olan fərdi yaşayış evi hərracda satılmadığından, Banka təklif edilmiş, Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzinin hərracın yekunları barədə 01.12.2010-cu il tarixli Y seriyalı 438 nömrəli protokoluna əsasən, Bank əmlakı 33150 manata almış və 06.12.2010-cu ildə bağlanmış hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqavilə ilə rəsmiləşdirilmişdir. Fərdi yaşayış evi 25.02.2011-ci il tarixli MA seriyalı ******* nömrəlihüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla Bankın xüsusi mülkiyyəti olmaqla qeydiyyata alınmışdır. Bundan sonra Bankın müraciəti əsasında Zaqatala rayon icra qrupu tərəfindən Zaqatala Rayon Məhkəməsinin 01 aprel 2010-cu il tarixli qətnaməsi üzrə ve rilmiş icra vərəqəsi 17.04.2017-ci ildə tam şəkildə icra edilərək, icra sənədi üzrə borclular İddiaçı2, İddiaçı1, İddiaçı3 və xxxxxxxx ipoteka predmeti olan ünvan 1 ünvanda yerləşən 2 mərtəbəli fərdi yaşayış evindən əşyaları ilə birgə çıxarılmışlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinə (bundan sonra – Reyestr Xidməti) və cavabdehin tərəfində mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Banka qarşı iddia qaldıraraq Reyestr Xidməti tərəfindən verilmiş 25.02.2011-ci il tarixli MA seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqın da daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və ondan irəli gələn hüquqi nəticələrin etibarsız hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə üçüncü şəxs onlara qarşı əmlakın özgəsinin qanunsuz sahibliyindən geri tələb olunması və yaşayış sahəsindən çıxarılma tələbi ilə məhkəmədə yeni iddia qaldırmış və onların 1 ay müddətində üçüncü şəxsə məxsus olan Zaqatala şəhəri, Ə.Mahmudov küçəsində yerləşən 2 saylı fərdi yaşayış evinin 3 otaqlı mənzilindən çıxarılmaları və həmin yaşayış evinin cavabdehlərin qanunsuz sahibliyindən alınaraq, iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışında iddiaçı iddia tələbinin həcmini artıraraq, məhkəmədən onun və digər cavabdehlərin m ülkiyyət hüququ ilə üçüncü şəxsə məxsus fərdi yaşayış evindən, eyni zamanda 141 kvadrat metr icazəsiz artırılmış sahədən çıxarılmaları və yaşayış evinin (icazəsiz artırılmış sahə ilə birlikdə), həmçinin yaşayış evinin tərkib hissəsi olan 0,05025 ha (mülkiyyət hüququnu təsdiq edən sənəd üzrə 0,03 ha, digər hissə ilə zəbt edilmiş sahə olmaqla) torpaq sahəsinin həmin şəxslərin, yəni onların qanunsuz sahibliyindən alınaraq üçüncü şəxsə təhvil verlməsini xahiş etmişdir. Yalnız bundan sonra onlara məlum olmuşdur ki, üçüncü səxs qarşısında heç vaxt yüklü edilməmiş və girov qoyulmamış mülkiyyətdə olan 0,3 ha torpaq sahəsinə dair cavabdeh Reyestr Xidməti tərəfindən 25.02.2011-ci ildə üçüncü şəxsə MA seriyalı ******* nömrəli çıxarış verilmiş və həmin çıxarışa əsasən, mübahisəli torpaq şahəsi hazırkı iş üzrə üçüncü səxsin qanunsuz olaraq mülkiyyətinə verilmişdir. Uzun müddət məhkəmə mübahisələri olmasına baxmayaraq, üçüncü şəxs heç vaxt həmin torpaq sahəsinə dair mübahisə qaldırmamış, 0,3 ha torpaq sahəsi mübahisə predmeti olmamışdır. Məhkəmə prosesində onlara məlum olmuşdur ki, üçüncü şəxs 0,3 ha torpaq sahəsini qeyri-qanuni olaraq öz mülkiyyətinə keçirmiş və bunu uzun müddət gizlətmişdir. Zaqatala Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(033)-607/2018 nömrəli iş üzrə 08 iyun 2018-ci il tarixli qətnaməsi ilə (hakim A.İsmayılov) iddia tələbi rədd edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçılar üçüncü şəxsə Reyestr Xidməti tərəfindən verilmiş 25.02.2011-ci il tarixli MA seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız sayılması ilə bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş və belə hal məhkəmə araşdırılması zamanı da müəyyən edilməmişdir. Barəsində mübahisə gedən daşınmaz əmlaka dair üçüncü şəxsin adına Reyestr Xidməti tərəfindən 25.02.2011-ci il tarixli MA seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış veriləndə qanunvericiliyin tələblərinə düzgün əməl edilmiş və həmin çıxarışın etibarsız hesab edilməsinə hüquqi əsas yoxdur. Belə vəziyyətdə həmin çıxarışdan irəli gələn hüquqi nəticələr də etibarsız hesab edilə bilməz. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinə, “İnsan hüquql arının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 337.1, 337.2, 337.4, 339.2, 339.3-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 9.1, 14.2, 77.1, 88, 106.1, 217.3, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. İddiaçılar qətnamədən apellyasiya şikayəti verərək, iddia tələbinin rədd edilən hissədə qətnamənin ləğv olunmasını xahiş etmişlər. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-2697/2018 nömrəli iş üzrə 06 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: R.Əliyev, M.Hüseynov və İ.Şüküro v) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd etmişdir ki, birinci instansiya məhkəməsi kifayət qədər araşdırma aparmış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə işin hallarına uyğun olmuşdur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla əsaslı deyil və təmin oluna bilməz. Məhkəmə öz mövqeyini Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası nın 1 saylı protokolunun 1-ci maddəsinə, Mülki Məcəllənin 337.1, 337.2, 337.4, 339.2, 339.3-cü maddələrinə, MPM-in 9.1, 14.2, 76.1, 77.1, 106.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən ilkin olaraq İddiaçı1 kassasiya şikayəti vermiş, lakin sonradan həmin şəxs kassasiya şikayətindən imtina etdiyi (geri götürdüyü) üçün şikayət geri qaytarılmışdır. 30.03.2021-ci il tarixdə qətnəmədən İddiaçı3 kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı3 (Vəkil1) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayə ti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, iş materiallarında olan Zaqatala Rayon Məhkəməsinin 01 aprel 2010-cu il tarixli qətnaməsindən, 03 dekabr 2010-cu il tarixli, Y-438 nömrəli hərracın yekunları haqqında protokoldan, 06 dekabr 2010cu il tarixli “Hərracın yekunları üzrə əmlakın alqı satqısı barədə" müqavilədən və 23 dekabr 2010-cu il tarixli “Yaşayış evinin açıq hərracda alınması barədə" Şəhadətnamədən də göründüyü kimi, fərdi yaşayış evinin yerləşdiyi 0,03 ha torpaq sahəsi ipotekanın və hərracın predmeti olmamışdır. Lakin, cavabdeh Reyestr Xidməti ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi üzərində üçüncü şəxsin hüquqlarını dövlət qeydiyyatına alan zaman, qanunsuz olaraq evin yerləşdiyi 0, 03 ha həyətyanı torpaq sahəsi üzərində də üçüncü şəxsin mülkiyyət hüququnu dövlət qeydiyyatına almışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinə baxılması zamanı üçüncü şəxsin nümayəndəsi və vəkili kassasiya şikayətini əsassız hesab edərək rədd edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh məhkəməyə məktub göndərərək, işə nümayəndəsinin iştirakı olmadan baxılmasınə xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçılar hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-in 415.3-c ü maddəsini rəhbər tutaraq işə iddiaçıların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının p ozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində kassator İddiaçı3 apellyasi ya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlillərinə münasibətdə Məhkəmə kollegiyası qeyd edir ki, baxılan işin halları baxımından həmin dəlilləri irəli sürməklə bağlı subyektiv hüquq mübahisəli əmlakın əvvəlki mülkiyyətiçisinə məxsus dur. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş halına görə mübahisəli əmlakın əvvəlki mülkiyyətçisi İddiaçı1 olmuş, sonuncu ilkin olaraq qətnamədən kassasiya şikayəti versə də, sonradan şikayətindən imtina etdiyi (geri götürdüyü) üçün şikayət geri qaytarılmışdır. Digər İddiaçı2 isə ümumiyyətlə qətnamədən kassasiya şikayəti verməmişdir. Ona görə də, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı3 kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-2697/2018 nömrəli iş üzrə 06 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar