Məhkəmə qərarları › İş №2(102)-3378/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3378/2020

20.07.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3378/2020 20.07.2020 ALİ MƏHKƏMƏ İddiaçı: İddiaçı Cavabdehlər: Azərbaycan Respublikasının XXXluğu və Azərbaycan Respublikasının XXXiyi İddia tələbi: xəbərdarlıq barədə qərarın qanunsuz hesab edilməsi və işgüzar nüfuzun zədələnməsi (Açar sözlər: prokurorluq tərəfindən edilən xəbərdarlıq, inzibati məhkəməyə aidiyyət) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası XXXluğunun vəkili X3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-900/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları: Azərbaycan Respublikası XXXluğunun (bundan sonra – XXXluq) rəsmi internet səhifəsində xx xxxxxx 2018-ci il tarixdə “Xural.com” saytın baş redaktoru İddiaçı (bundan sonra – iddiaçı) xəbərdarlıq olunduğu barədə məlumat yayılmışdır. Həmin xəbərdarlıqda göstərilmişdir ki, XXXluqda aparılmış araşdırmalarla “Xural.com” internet saytında “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarının tələbləri pozulmaqla vəzifəli şəxslər və təmsil etdikləri dövlət orqanları tərəfindən görülən işlərin üzərinə kölgə salmaq məqsədilə cəmiyyətdə çaşqınlıq yaranmas ına səbəb olan, konkret faktlara əsaslanmayan, sensasiya xarakterli məlumatların qəsdən və qərəzli şəkildə yayılması müəyyən edilmişdir. Qeyd edilənlərlə əlaqədar saytın baş redaktoru olan iddiaçı XXXluğa dəvət edilərək kütləvi informasiya vasitələrindən sui-istifadənin yolverilməzilyi diqqətinə çatdırılmaqla, “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə müvafiq olaraq gələcəkdə qanunazidd əməlləri davam etdirəcəyi təqdirdə barəsində cinayət məsuliyyəti də daxil olmaqla qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilmişdir. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat: İddiaçı cavabdehlər XXXluğa və Azərbaycan Respublikasının XXXiyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, XXXluğun xx.xx.2018-ci ild ə iddiaçını qanuni peşə fəaliyyətinə görə dindirilməsinin və xx.xx.2018-ci ildə XXXluğun rəsmi internet səhifəsində xəbərdarlıq (senzura) elan etməsinin iddiaçının jurnalist fəaliyyətinə müdaxilə hesab edilərək qanunsuz hesab olunması və vurulmuş mənəvi zərərin əvəzi olaraq 50000 manat kompensasiyanın XXXluqdan alınaraq iddiaçıya ödənilməsi və XXXluğun üzərinə iddiaçıdan üzr istəmək vəzifəsinin qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbləri onunla əsaslandırılmışdır ki, XXXluğun belə bir xəbərdarlıq verməsi və bunu bəyan etməsi qanunsuzdur, xəbərdarlıqda aşkar şəkildə jurnalistin fikir və söz azadlığına müdaxilə edilib. Əgər jurnalistin əməlində hər hansı cinayət tərkibi olarsa, bu barədə cinayət işi başlana və ibtidai istintaq aparıla bilər. Xəbərdarlığı jurnali st fəaliyyətinə təzyiq hesab edir və vurulmuş mənəvi zərəri 50000 manat qiymətləndirir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx xxxxxx 2018-ci il tarixli qərardadı ilə iddia tələbi ümumi məhkəmədə baxılmalı olmadığından iddia ərizəsinin icraata qəbulundan imtina edilmişdir. Həmin qərardaddan iddiaçının verdiyi şikayət təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə birinci instansiya məhkəməsinin qərardadı ləğv edilmiş və iddiaya mahiyyəti üzrə baxılması üçün iş həmin məhkəməyə qaytarılmışdır. Birinci instansiya məhkəməsinin 2(009)-1244/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019cu il tarixli qətnaməsi ilə (hakim Ş.Abdullayev) iddia təmin edil məmişdir. Apelyasiya instansiyası məhkəməsinin 2(103)-900/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – E.Şamayev (sədrlik edən və məruzəçi), M.Məmmədov və İ.Kərimli) birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı hesab edilmiş, iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi işin hallarına “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 4, 5, 21, 22-ci maddələrini, “Kütləvi informasiya vasitələri haqqında” Qanununun 1, 10, 59-cu maddələrini tətbiq edərək hesab etmişdir ki, iddiaçının apelyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Belə ki, XXXluğun iddiaçıya münasibətdə gördüyü tədbir mövcud qanunvericilik daxilində olmaqla, eyni za manda iddiaçının istinad etdiyi beynəlxalq normaları da pozmamışdır. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları: İddiaçı (vəkil Sadıqova Zibeydə Söhbət qızı) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələblərinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Məzmunu əsasən iddia ərizəsinin və apelyasiya şikayətinin məzmunu ilə eynilik təşkil edən kassasiya şikayətində, həmçinin qeyd olunur ki, apelyasiya instansiyası məhkəməsi iddiaçının dəlillərini tam yoxlamamış, sübutlara obyektiv qiymət verməmiş, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən XXXluğun və kili X1 şikayətinin əsassız olduğunu bildirərək, onun təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iş üzrə iddiaçı və digər cavabdeh XXXiyinin nümayəndəsi hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə iddiaçının və həmin cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların ayd ınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını ar aşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində iş üzrə iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən prokurorun öz səlahiyyətlərini həyata keçirərkən qanunla müəyyən edilm iş qaydada və çərçivədə çıxarmaq hüququna malik olduğu aktlardan biri də xəbərdarlıqdır. Həmin Qanunun 28-ci maddəsində isə prokurorluq işçilərinin hərəkətlərindən (hərəkətsizliyindən) və aktlarından müvafiq olaraq yuxarı prokurora və ya məhkəməyə şikayət verilmə imkanı təsbit edilmişdir. Beləliklə, iddiaçının onun barəsində XXXluq tərəfindən verilmiş xəbərdarlığı məhkəmə qaydasında mübahisələndirmək hüququ vardır. Nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən “İnzibati icraat haqqında” Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Baxılan iş üzrə iddiaçıya edilən xəbərdarlıq prokurorluğun cinayət təqibi üzrə cinayətprosessual fəal iyyəti çərçivəsində verilməmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən cinayət prosesi - cinayət təqibi üzrə həyata keçirilən prosessual hərəkətlərin və qəbul olunan prosessual qərarların məcmusudur (maddə 7.0.3). Cinayət təqibi - cinayət hadisəsinin müəyyən edilməsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin ifşa olunması, ittiham irəli sürülməsi, bu ittihamın məhkəmədə müdafiə edilməsi, ona cəza təyin edilməsi, zəruri olduqda prosessual məcburiyyət tədbirlərinin təmin edilməsi məqsədi ilə həyata keçirilən cinayət-prosessual fəaliyyətdir (maddə 7.0.4). Prosessual qərar cinayət işi və ya cinayət təqibi ilə bağlı digər material üzrə hakimin və ya hakimlərin (hökmlər istisna edilməklə), habelə təhqiqatçının, müstəntiqin, yaxud prokurorun bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada qəbul etdiyi prosessual aktdır (maddə 7.0.43). Göründüyü kimi prokurorluq tərəfindən qəbul edilmiş xəbərdarlıq aktı cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətlə bağlı qəbul edilmiş prosessual qərarlardan biri deyildir. İşin hallarından da göründüyü kimi iddiaçının barəsində hər hansı cinayət təqibi həyata keçirilməmiş, eləcə də mübahisələndirilən xəbərdarlıq aktı aparılan (mövcud) hər hansı başqa bir cinayət təqibinin gedişində də qəbul edilməmişdir. Bundan başqa, CPM-də prokuror tərəfindən qəbul edilmiş xəbərdarlıq aktının məhkəmə nəzarəti qaydasında (Lİİ fəsil) mübahisələndirilməsi imkanları da nəzərdə tutulmamışdır. Məhkəmə nəzarəti qaydasında yalnız cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarların a dair şikayətlərə baxıla bilər. Xəbərdarlıq aktı cinayət prosesi gedişində qəbul edilmiş prosessual qərar olmadığı üçün onun məhkəmə nəzarəti qaydasında mübahisələndirilməsi də mümkün deyildir. Müvafiq olaraq “Prokurorluq haqqında” Qanun xəbərdarlıq aktından məhkəməyə şikayət vermə hüququnu nəzərdə tutduğundan, yuxarıda göstərilənlərə əsasən isə belə şikayətə CPMdə təsbit edilmiş məhkəmə nəzarəti qaydasında baxılması istisna edilir. Beləliklə, baxılan iş üzrə mübahisə publik hakimiyyət daşıyıcısı olan və qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirən inzibati orqanın (XXXluğun) iddiaçıya münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etməsi çərçivəsində qəbul etdiyi aktın qanuniliyi və bu akt nəticəsində şəxsə dəymiş ziyanın ödənilməsi ilə bağlıdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı, xx xxxxx 2015-ci il Qərarına görə mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra haki miyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. (2 və 3.1-ci bəndlər). “İnzibati icraat haqqında” Qanunun 1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində isə təsbit edilmişdir ki, bu Məcəll ə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Beləliklə hazırkı mübahisə inzibati mübahisə olduğu üçün iddia tələbi inzibati məhkəməyə aiddir. Nəzərə alınmalıdır ki, iddiaçının iş üzrə ikinci cavabdeh kimi göstərdiyi Azərbaycan Respublikasının XXXiyi də inzibati orqandır və iddia ərizəsində həmin orqana qarşı birbaşa hər hansı tələb irəli sürülməmişdir. Eyni zamanda baxılan iş üzrə ilkin olaraq birinci instansiya məhkəməsinin qə rardadı ilə iddia tələbi ümumi məhkəmədə baxılmalı olmadığından iddia ərizəsinin icraata qəbulundan imtina edilsə də, apelyasiya instansiyası məhkəməsi tərəfindən həmin qərardad ləğv edilməklə işin mahiyyəti üzrə baxılması üçün iş həmin məhkəməyə qaytarılması mübahisəyə məhkəmə aidiyyəti qaydasının pozulması ilə baxılmasına haqq qazandıra və buna əsas ola bilməz. Belə ki, MPM-in 31.1-ci maddəsinə müvafiq olaraq aidiyyət qaydalarının pozulmasına yol verilmir. MPM-in 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Qeyd olunmalıdır ki, mülki prosessual qanunvericilik mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydalarını tənzimlədiyindən həmin Məcəllənin 261.0.1-ci maddəsində “işə məhkəmədə baxılmalı deyildirsə” ifadəsi işə məhz mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr tərəfindən baxılması mümkünlüyünü nəzərdə tutur. Əgər ümumi məhkəməyə daxil olmuş iddia ərizəsi müvafiq mübahisəyə inzibati məhkəmə tərəfindən baxılmasını tələb edirsə, həmin iddia MPM-in 261.0.1-ci maddəsinin təsir dairəsinə düşür. Buna baxmayaraq apelyasiya instansiyası məhkəməsi yuxarıda sadalanan prosessual hüquq normalarının tələblərini nəzərə almadan və hazırkı mübahisənin inzibati mübahisə olmasına baxmayaraq mülki məhkəmə icraatı qaydasında verilmiş iddiaya mahiyyəti üzrə baxmışdır. Ona görə də hazırkı iş üzrə kassasiya şikayəti qismən təmin olunmalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və mülki işin icraatına xitam verilməlidir. Məhkəmə kollegiyası, həmçinin MPM-in 262.3-cü maddəsinə əsasən iddiaçıya izah edir ki, müvafiq iddia ərizəsi ilə inzibati orqanın qəbul etdiyi aktdan aidiyyəti üzrə inzibati məhkəməyə şikayət verə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417.1.5 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-900/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Azərbaycan Respublikasının XXXluğuna və Azərbaycan Respublikasının XXXiyinə qarşı xəbərdarlıq barədə qərarın qanunsuz hesab edilməsi və sair tələblərinə dair mülki iş üzrə icraata xitam verilin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar