Məhkəmə qərarları › İş №2(102)-3379/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3379/2019

08.05.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3379/2019 08.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 dekabr 2018-ci il tarixli 2(103)-12634/2018 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail rayon məhkəməsinin 29 avqust 2018-ci il tarixli qətnaməsi ilə (hakim M.A.Bağırova, iş № 2(009)-452/2018) İddiaçı Cavabdeh1 və üçüncü şəxslər Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarə sinə, Bakı şəhəri 9 saylı və 22 saylı notariat kontorlarına qarşı iddiası təmin edilərək Bakı şəhəri, N saylı evə dair İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 15 noyabr 2016-cı il tarixli alqı-satqı müqaviləsi bağlandığı andan etibarsız hesab edilmiş və Cavabdeh1 adına verilmiş 17 noyabr 2016-cı il tarixli Dövlət Reyestrindən Çıxarış ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: E.H.Həsənov, X.A.Mərdanova və F.F.Babayev) Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilmiş, Səbail rayon məhkəməsinin 29 avqust 2018-ci il tarixli qətnaməsi ləğv edilərək iddianın təmin olunub tərəflər arasında bağlanmış 15 noyabr 2016-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh1 adına verilmiş Dövlət Reyes trindən Çıxarışın ləğv edilməsi, qarşılıqlı iddianın rədd olunması qət edilmişdir. İşin halları: N küçəsində yerləşən 4 otaqlı yaşayış evi 10 iyun 2009-cu il tarixdə İddiaçı mülkiyyəti kimi dövlət qeydiyyatına alınmış və həmin tarixdə onun adına Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilmişdir. İddiaçı 12 noyabr 2016-cı il tarixdə X2 adına ona məxsus fərdi yaşayış evi üzərində sərəncam hüququ verən etibarnamə vermişdir. Etibarnamə 3 il müddətinə, başqa şəxsə səlahiyyət vermək hüququ qadağan edilməklə verilmişdir. Bundan sonra mübahisəli evin İddiaçı tərəfindən Cavabdeh1 130.000 manata satılmasına dair 15 noyabr 2016-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh1 adına ev üzərində mülkiyyət hüququnu bildirən 17 noyabr 2016- cı il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilmişdir. 2017-ci ilin noyabr ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus evi satmaq üçün evlərin alqı-satqısı ilə məşğul olan X3 evə dair Çıxarışı verməsini, sonuncunun isə evin sənədlərini 10.000 manat məbləğində borcu olduğu Nə verməsini, evin satılmasından 2017-ci ilin avqust ayında xəbər tutmasını, müqavilənin ondan xəbərsiz N ilə qardaşı Cavabdeh1 arasında bağlanmasını, onun Nı tanımamaqla ona evini satmaq barədə səlahiyyət verməməsini və s. əsas göstərməklə müqavilənin etibarsız, Çıxarışın isə ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia tələbi üzrə Cavabdeh1 qarşılıqlı iddia verərək İddiaçı evin alqı-satqısı ilə əlaqədar ödədiyi 130.000 manatın ondan tutulmasını xa hiş etmişdir. İddia və qarşılıqlı iddia tələbləri üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh1 kassasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında qarşılıqlı iddia tələbi üzrə iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, ilk iddia üzrə iddiaçının nümayəndəsi və vəkili isə kassasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini xahiş etmişlər. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şika yətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, 15 noyabr 2016-cı il tarixli alqı-satqı müqaviləsini evin mülkiyyətçisi olan İddiaçı adından N imzalamışdır. Lakin mülkiyyətçi tərəfindən Na müqaviləni imzalamaq səlahiyyəti verən etibarnamə verilməmişdir. Eləcə də alqı-satqı müqaviləsi notariatda təsdiq olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci maddəsinə əsasə n daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır Həmin Məcəllənin 146-cı maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). (146.1) Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.(146.2) Həmin Məcəllənin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Alqı-satqı müqaviləsinin bağlanması zamanı qanunun yuxarıda göstərilən normalarının tələblərinə əməl olunmadığından apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 337.1-ci maddəsinə əsaslanaraq müqaviləni etibarsız saymışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə görə əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlCavabdeh2 istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Alqı-satqı müqaviləsi notariatda təsdiqlənmədiyindən, eləcə də, mənzilin dəyərinin satıcıya ödənilməsi müəyyən olunmadığından kollegiya qarşılıqlı iddianın əsassız olması barədə nəticəyə gəlmişdir. Kollegiya yuxarıda göstərilənlərlə əlaqədar apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, qətnamə sübutlara düzgün qiymət verilməklə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının qüvvəsi düzgün tətbiq edilməklə çıxarılmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 20 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar