Məhkəmə qərarları › İş №2(102)-338/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-338/2024

22.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-338/2024 22.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və İmişli Regional “ASAN Xidmət” Mərkəzinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: icra qeydinin ləğvi, kassasiya instansiyası məkəməsinin göstərişləri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Məmmədov Vidadi Məmməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh3nə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(*06)- 744/2023 saylı, 4 oktyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 kassasiya şikayə tinə 22 yanvar 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Sumqayıt şəhər * saylı notariat kontorunda bağlanmış *8 dekabr 20*6-cı il tarixli kredit müqaviləsinə əsasən İddiaçı Cavabdeh2 23.000 ABŞ dolları borc almış və həmin məbləği *8 dekabr 20*7-ci il tarixədək qaytarması barədə öhdəlik götürmüşdür.

2. Cavabdeh3 notariusu X2 02 noyabr 2020-ci il tarixli 8İ-6279 nömrəli icra qeydinə əsasən Cavabdeh2 xeyrinə İddiaçı vaxtında ödənilməmiş borc üzrə *6*62 ABŞ dolları və dövlət rüsumuna görə 20 manat pul tutulmuşdur.

3. İşdə olan poçt göndərişlərinin surətinə əsasən İddiaçı tərəfindən Cavabdeh2 hissə-hissə cəmi 22.060 manat göndərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraa t

4. İddiaçı (bundan sonra “iddiaçı”) cavabdehlər Cavabdeh2 (bundan sonra “cavabdeh”), İmişli Regional “ASAN Xidmət” Mərkəzinin Notariat ofisinin xüsusi notariusu X3 (bundan sonra “Notarius”) və İmişli Rayon İcra Və Probasiya şəbəsinə (bundan sonra “İcra şöbəsi”) qarşı iddia ərizəsi ilə İmişli Rayon Məhkəməsinə müraciət edərək, İmişli Regional “ASAN Xidmət” mərkəzinin notariat ofisinin 02 noyabr 2020-ci il tarixli, 8İ-6279 nömrəli icra qeydinin ləğv edilib, Cavabdeh*ndə həmin icra sənədi üzrə başlanmış icra icraatına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Notariusun 8İ-6279 nömrəli, 02.**.2020ci il tarixli icra qeydinə əsasən iddiaçıdan *6*62 ABŞ dolları məbləğində pul tutulub cavabdehin xeyrinə verilməlidir. Bundan başqa, iddiaçıdan cavabdeh tərəfindən ödənilmiş 20 manat məbləğində dövlət rüsumu da tutulmuşdur.

6. İcra qeydi iddiaçıya icra məmurunun bildirişi ilə birlikdə poçt vasitəsilə göndərilmişdir. İddiaçı icra qeydindən narazıdır və onun ləğv edilməsini xahiş edir. Belə ki, iddiaçı ilə cavbadeh ailəvi dost olmuş və 20*5-ci ilin yanvar ayında iddiaçı cavabdehdən 20.000 manat borc pul almışdır. Daha sonra, iddiaçı cavabdehə 22060 manat pul göndərmişdir. Hazırda iddiaçının cavabdehə borcu yoxdur. Göndərilmiş pullara dair qəbzləri də ərizəsinə əlavə edir.

7. Notariat ofisində müqavilə bağlanılarkən iddiaçıya bir manat da olsa pul verilməmişdir. Notariat ofisinin müşahidə kameralarına baxılarsa, orada cavabdehin iddiaçıya pul vermədiyi məlum olar. Kredit müqaviləsində 23000 ABŞ dolları göstərilsə də, icra qeydində *6.*62 ABŞ dollarının alınıb verilməsi qeyd edilmişdir. Göründüyü kimi, rəqəmlər arasında uyğunsuzluq vardır. İddiaçının cavabdehə borcu olmadığı halda sonuncu iddiaçıdan *6.*62 ABŞ dolları pul tələb edir.

8. İddiaçıya bu barədə bildiriş gəlmədən icra qeydi tərtib edilərək icra şöbəsinə göndərilmişdir. İddiaçıya bu barədə bildiriş-xəbərdarlıq gəlmiş olsaydı, iddiaçı bunu məhkəmə qaydasında mübahisələndirərdi.

9. İddiaçı tələbinin hüquqi əsası kimi “Notariat haqqında” Qanunun 76-cı maddəsinə isitnad etmişdir.

10. Birinci instansiya məhkəməsində cavabdeh iddiaya etiraz olaraq göstərmişdir ki, iddiaçını Bakı İqtisad Universitetində təhsil aldığı vaxtdan tanımış və onunla yaxşı münasibətləri olmuşdur. 20*5-ci ildə iddiaçı Bakı şəhərində mənzil almaqdan ötrü cavabdehdən 30000 ABŞ doll arı borc almış və Bakı şəhəri, M.Cəlal küçəsi *0 ünvanda yerləşən beşmərtəbəli yaşayış evində iki otaqlı mənzil almışdır. Bir neçə aydan sonra iddiaçı 7000 ABŞ dolları qaytarmış və qalan məbləği qaytara bilmədiyindən aralarında *8 dekabr 20*6-cı il tarixli kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı borcunu bir il müddətində qaytarmalı olduğu halda, üzərinə götürdüyü öhdəliyi icra etmədiyindən cavabdeh məcbur qalıb başqasından ayda 3 faizlə 5000 ABŞ dolları kredit götürmüşdür. İddiaçı həmin kreditin faizlərini özü ödəməyi öhdəsinə götürmüş və poçt vasitəsilə hesablanan faizləri ödəmişdir. Ödənilən faizlər hesaba alınmaqla iddiaçı tərəfindən cavabdehə indiyədək cəmi 22060 manat (*2.94* ABŞ dolları) ödənilmiş, qalıq kredit məbləği *6*62 ABŞ dolları təşkil etmiş və həmin məblə ğin məcburi qaydada ödənilməsindən ötrü icra qeydi verilmişdir.

11. İmişli Rayon Məhkəməsinin 2(036)-597/202* nömrəli, 08 aprel 202*- ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, tələbkar Cavabdeh2 xeyrinə borclu İddiaçı *6.*62,0 (on altı min yüz altmış iki) ABŞ dolları və dövlət rüsumuna görə 20 manat tutulması barədə Cavabdeh3 02 noyabr 2020-ci il tarixli 8İ-6279 nömrəli icra qeydinin 6*03 (altı min yüz üç) ABŞ dolları hissədə icra edilməməsi, qalan *0.059 ABŞ dolları məbləğin isə ödəniş vaxtı milli valyuta ilə icra edilməsi qət olunmuşdur. (hakim Ülvi Qənbərov)

12. Birinci instansiya məhkəməsi işdəki sənədlərə əsasən müəyyən etmişdir ki, *8.*2.20*6-cı il tarixdə iddiaçının cavabdehə 23000 ABŞ dolları borcu olmuş, 02.**.2020-ci il tarixədək həmin məbləğdən cəmi *2.94* A BŞ dolları (22060 manat) qaytarmış və *0.059 ABŞ dolları borclu qalmışdır.

13. Birinci instansiya məhkəməsinin mövqeyi belə olmuşdur ki, iddiaçının kredit müqaviləsini etibarsız olması barədə dəlilləri əsasız olduğundan cavabdehə ödənilmiş *294* ABŞ dolları (22060 manat) həmin müqavilə üzrə onun icra edilən öhdəliyinə daxil edilməli və icra qeydi tutulmalı olmayan 6.*03 (*6.*62-*0.059) ABŞ dolları məbləğində icra edilməməlidir.

14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 6.2, *4.2.*, 390.*, 882.* və 882.2-ci, Mülki Prosessual Məcəllənin 76.*, 76.2 və 224-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

15. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayət i onunla əsaslandırılmışdır ki, 20*5-ci ilin yanvar ayında cavabdehdən cəmi 20.000 manat pulu qaytarmaq şərti ilə borc şəklində alıb. Həmin borcdan 22.060 manat pulu poçt vasitəsilə cavabdehə qaytarıb və ödənilməmiş borcu qalmayıb. Belə olan halda cavabdehin ona 2.060 manat borcu vardır. Sözügedən kredit müqaviləsi aldatma təsiri altında bağlanıb, cavabdeh müqavilənin formal bağlandığını bildirib, iddiaçı isə cavabdehə inandığı üçün müqaviləni oxumadan imzalayıb. Birinci instansiya məhkəməsi işə baxarkən bu hallara əhəmiyyət verməyib, maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, işin halları üzrə səhv nəticəyə gəlib.

17. Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(*06)-2950/202* nömrəli, 2* oktyabr 202*-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, İmişli Rayon Məhkəməsinin 08 aprel 202*-ci il tarixli, 2(036)-597/202* nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər İsmayıl Əhmədov (sədrlik edən və məruzəçi), Tale Kərimov, Tofiq Heydərov)

18. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd etmişdir ki, iddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsinə əsas verən hər hansı dəlil göstərməmiş, qətnamənin ləğvinə əsas verən sübutu birinci və apellyasiya instansiyası məhkəməsinə təqdim etməmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

19. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin olunmayan hissəsində ləğv, iddianın tam təmin edilməsi barədə yeni qərar q əbul edilməsini xahiş etmişdir.

20. Kassasiya şikayəti apellyasiya şikayətinə oxşar məzmunda tərtib edilmiş və onunla əsaslandırılmışdır ki, cavabdeh onu aldadıb və etibarından sui-istifadə etməklə kredit müqaviləsini bağlamışdır. İşə baxan məhkəmə tərəfindən Mülki Məcəllənin 337.2 və 337.3- cü maddələrinin tələbləri pozulmuşdur. Bundan başqa, notarius icra qeydi verən zaman borcun mübahisəsiz olub-olmadığını yoxlamamış, icra qeydinin veriləcəyi barədə ona bildiriş göndərməmişdir. Müqavilədə 23000 ABŞ dolları borc verildiyi göstərilsə də, ona hər hansı pul vəsaiti verilməmiş, məhkəmə bu halı araşdırmamışdır.

21. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(*02)-*767/2022 nömrəli, *8 aprel 2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə Şirv an Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2* oktyabr 202*-ci il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.

22. Kassasiya instansiyası məhkəməsinin mövqeyi belə olub: - “Notariat haqqında” Qanunun 76-cı maddəsinə görə notarius tərəfindən icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi halda aparılır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur; - iş materiallarında tələbkarın borcluya belə bir bildiriş göndərilməsi müəyyən edilmir, borclu icra qeydinin veriləcəyi barədə bildiriş almadığını bildirmiş, tələbkarın özü də borcluya bildiriş göndərdiyini göstərməmişdir; - qanunvericilikdə icra qeydi verilməmişdən əvvəl borcluya bildirişin göndərilməsinin məcburiliyinin nəzərdə tutulması borcun mübahisəsiz olub-olmamasının müəyyən edilməsi məqsədi daşıyır, borc mübahisəli olduqda notarius icra qeydini aparmaqdan imtina etməli, tələbkarın məhkəməyə müraciət etmək hüququnun olmasını izah etməlidir; - beləliklə, apellyasiya instansiyası məhkəməsinin təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırm adan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Buna görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməli, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi qərarın təsviri-əsaslandırıcı hisssəsində göstərilənləri nəzərə alaraq qanuni və əsaslı qətnamə qəbul etməlidir. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

23. Təkrar apellyasiya baxışında cavabdeh icra qeydinin veriləcəyi barədə iddiaçıya göndərdiyi *9 iyul 20*9-cu il tarixli bildirişin surətini, bildirişin göndərilməsinə və onun alınmasına dair xəbərnaməni əlavə etmişdir.

24. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(*06)-*276/2023 nömrəli, 28 iyul 2022-ci il tarixli qətnaməsi ilə apellyas iya şikayəti təmin edilərək, iş üzrə İmişli Rayon Məhkəməsinin 08 aprel 202*-ci il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilməklə iddia təmin edilmiş və Cavabdeh3 tərəfindən verilmiş 02 noyabr 2020-ci il tarixli, 8İ-6279 saylı icra qeydi ləğv edilərək, icra qeydinin icraatına xitam verilmişdir. (hakimlər Zeynal Zeynalov (sədrlik edən, məruzəçi), Nüsrət Mirzəyev, Zaur Allahyarov)

25. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozub. Belə ki, qanuna görə notarius tərəfindən icra qeydi yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi halda aparılır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərilməlidir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müüəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur.

26. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı tələbkarın borcluya müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bildiriş göndərməsi müəyyən edilmir və belə bir rəsmi sübut məhkəməyə təqdim edilməyib. Hazırki işdə, borclu icra qeydinin veriləcəyi barədə bildiriş almadığını bildirir, tələbkar isə borcluya bildiri ş göndərdiyini sübut edə bilmir. Qanunuvericilikdə icra qeydi verilməmişdən əvvəl borcluya bildirişin göndərilməsinin məcburiliyinin nəzərdə tutulması, borcun mübahisəsiz olub-olmamasının müəyyən edilməsi məqsədi daşıyır, borc mübahisəsiz olduqda notarius icra qeydini aparmaqdan imtina etməli, tələbkara məhkəməyə müraciət etmək hüququnu izah etməlidir.

27. Apellyasiya instansiyası məhkəməsi vurğulamışdır ki, iddiaçının dəlillərinə görə 20*5-ci ilin yanvar ayında cavabdehdən 20.000 manat borc pul alıb və ötən müddət ərzində ona hissə-hissə olmaqla, cəmi 22.060 manat pul ödəyərək borcunu tam şəkildə qaytarıb. 20*6-cı ilin dekabr ayında tələbkar kredit götürmək üçün girov qoymaq məqsədilə ona başqasından tələb hüququ olduğunu təsdiq edən kredit müqaviləsi lazım oğduğunu bildirib və münasibə tlərinin yaxşı olmasından istifadə edib aldatma yolu ilə onunla notarial qaydada *8 dekabr 20*6-cı il tarixli kredit müqaviləsi bağlayıb. Müqavilədə cavabdeh tərəfindən ona 23.000 ABŞ dolları borc verildiyi göstərilsə də, ona hər hansı məbləğdə pul verilməyib. Hazırda onun tələbkara borcu yoxdur. Belə olan halda tələbkarın borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərilməsindən asılı olmayaraq onlar arasında borcla bağlı mübahisə vardır. Bu səbəbdən də notarius icra qeydini aparmaqdan imtina etməli və tələbkara məhkəməyə müraciət etmək hüququnu izah etməli idi.

28. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni “Notariat haqqında” Qanunun 76-cı maddəsi ilə əsaslandırmışdır. d) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat

29. Cavabdeh ka ssasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

30. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub. Belə ki, cavabdeh “Notariat haqqında” Qanunun 76-cı maddəsinin tələbinə uyğun olaraq icra qeydinin aparılması barədə xəbərdarlıq məzmunlu bildirişi borcluya rəsmi poçt vasitəsilə *9 iyul 20*9-cu il tarixdə göndərib, borclu isə həmin bildirişi poçt vasitəsilə rəsmi olaraq 25 iyul 20*9-cu il tarixdə alıb. Notarius nəinki qanunda nəzərdə tutulan 20 günlük müddəti gözləyib, hətta bir ildən artıq müddət keçdikdən sonra söz ügedən kredit müqaviləsi üzrə icra vərəqəsi verib. Bu zaman həm cavabdeh tərəfindən, həm də notariat orqanı tərəfindən qanunun tələblərinə tam əməl edilib və borclu (iddiaçı) bu bir il ərzində borca dair hər hansı mübahisə açmayıb, nə cavabdehə, nə də notariat orqanına borcu mübahisələndirməsinə dair hər hansı bir etiraz göndərməyib. Bu faktın özü də icra qeydi aparılan borca dair mübahisənin olmadığını təsdiq edir. Ümumiyyətlə işdə, icra qeydinin ləğv edilməsi və icra qeydinin icraatına xitam verilməsi üçün əsaslar olmayıb. Apellyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib və işin müəyyən edilmiş halları üzrə səhv nəticəyə gəlib.

31. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının *7 yanvar 2023cü il tarixli, 2(*02)-78/2023 nömrəli qər arı ilə kassasiya şikayəti təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 iyul 2022-ci il tarixli, 2(*06)-*276/2022 saylı qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır.

32. Ali Məhkəmənin mövqeyi belə olmuşdur: - apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmayıb; - belə ki, tərəflər arasında notarial qaydada bağlanmış *8 dekabr 20*6-cı il tarixli kredit müqaviləsinə əsasən tələbkar borcluya 23.000 ABŞ dolları məbləğində borc pul verməyi, borclu isə * il yəni, *8 dekabr 20*7-ci il tarixədək borcu tələbkara qaytarmağı öhdələrinə götürüb. Sözügedən müqavilənin 3-cü bəndinə görə, tərəflər kreditin faizsiz verilməsini şərtləndiriblər. Həmin müqavilənin 6 və 7-ci bəndlərində isə göstərilir ki, “borc verən” müqavilə üzrə öhdəliyin icrasının tamamilə və ya hissə-hissə qəbulunu borc sənədinin üzərində qeydiyyat aparmaqla təsdiq etməlidir. Ödəniş müddətinin keçməsi haqqında notarius vasitəsilə kreditorun borcluya yazılı bildiriş göndərməsindən sonra isə borcun tutulmasına dair icra qeydi verilir; - 02 noyabr 2020-ci il tarixdə notariat oraqanı tərəfindən sözügedən kredit müqaviləsi üzrə borcludan tələbkarın xeyrinə *6.*62 ABŞ dolları məbləğində borcun tutumasına dair 8İ-6279 saylı icra qeydi verilib. Hazırda borclu 20*5-ci ilin yanvar ayında tələbkardan cəmi 20.000 manat borc pul aldığını, ötən müddət ərzində hissə-hissə olmaqla cəmi 22.060 manat pul ödəməklə borcunu tam şəkildə qaytardığını, kredit müqaviləsinin aldatma təsiri altında bağlandığını, tələbkarın müqavilədə göstərilən 23.000 ABŞ dollarını ona ödəmədiyini, ödəniş müddətinin keçməsi (pulun qaytarılması) haqqında ona notariat vasitəsilə tələbkar tərəfindən yazılı bildiriş göndərilmədiyini, nəticədə borcu məhkəmə qaydasında mübahisələndirmək hüququndan məhrum olduğunu göstərib, notariat orqanı tərəfindən verilmiş icra qeydinin ləğv edilib, icra qeydinin icraatına xitam verilməsini iddia edir. Tələbkar isə borclunun 20*5-ci ildə ondan 23000 ABŞ dolları deyil, 30000 ABŞ dolları borc pul aldığını, ondan 7.000 ABŞ dollarını qaytarsa da 23000 ABŞ dolları borclu qalmasına dair notarial qaydada kredit müqaviləsi bağlamaqla borcu etiraf etdiyini, icra qeydinin aparılması barədə xəbərdarlıq məzmunlu bildirişi borcluya rəsmi po çt vasitəsilə *9 iyul 20*9-cu il tarixdə göndərdiyini, borclunun isə həmin bildirişi poçt vasitəsilə rəsmi olaraq 25 iyul 20*9-cu il tarixdə aldığını, notariusun qanunda nəzərdə tutulmuş 20 günlük müddəti gözləməklə * ildən artıq müddət keçdikdən sonra kredit müqaviləsi üzrə icra qeydi verdiyini, lakin borclunun bu * il müddət ərzində borca dair hər hansı mübahisə açmadığını göstərib, iddiaya etiraz etmişdir; - əvvəla, apellyasiya instansiyası məhkəməsi tələbkarın sözügedən kredit müqaviləsi üzrə icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərib-göndəməməsi; icra qeydinin verilməsinə dair ərizəyə bildirişin borcluya çatdırılmasını təsdi q edən sənədin əlavə edilib-edilməməsi, tələbkarın təqdim etdiyi sənədlər üzrə notarius tərəfindən icra qeydi verilərkən borclunun borcu mübahisələndirib-mübahisələndirməməsi və sair barədə kassasiya instansiyası məhkəməsinin bundan əvvəlki *8 aprel 2022-ci il tarixli qərarında şərh olunan göstərişləri tam, hərtərəfli və obyektiv araşdırmamaqla Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin tələblərini pozub. Halbuki, həmin maddənin mənasına görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir; - digər tərəfdən apellyasiya instansiyası məhkəməsi notarius tərəfindən icra qeydinin təqdim olunan sənədlərin borcun mübahisəli olduğunu təsdiq etdiyi halda apardığını, tələbkarın icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərmədiyini, habelə bildirişin borcluya çatdırıldığını təsdiq edən sənədin, borclunun cavab məktubunun (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlərin icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə edilmədiyini və sair göstərsə də, bununla da razılaşmaq olmaz. Belə ki, işdən, tələbkarın izahatından, iddiaya etiraz ərizəsindən, habelə kassasiya şikayətinin dəlillərindən görünür ki, tələbkar icra qeydinin aparılması barədə xəbərdarlıq məzmunlu bildirişlə borcluya rəsmi poçt vasitəsilə *9 iyul 20*9-cu il tarixdə müraciət edib və borclu həmin bildirişi poçt göndərişi əsasında rəsmi olaraq 25 iyul 20*9-cu il tarixdə qəb ul edib; - “Notariat haqqında” Qanunun 76-cı maddəsinə əsasən, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır; - icra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Qanunla müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; - ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Qanunla tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər; - göründüyü kimi, tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı nəinki 20 gün, hətta * il əvvəl, yəni *9 iyul 20*9-cu il tarixdə sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərib, borclu isə həmin bildirişi poçt göndərişi əsasında rəsmi olaraq 25 iyul 20*9-cu il tarixdə qəbul edib. Bundan sonra, notarius tərəfindən sözügedən kredit müqaviləsi üzrə borcludan *6.*62 ABŞ dolları məbləğində borcun tələbkarın xeyrinə məcburi qaydada tutulamasına dair 02 noyabr 2020-ci il tarixli icra qeydi verilib. Borclu isə icra qeydi aparılmış sözügedən kredit müqaviləsini, habelə borcun məbləğini nəinki bu * il ərzində, hətta öhdəliyin son icra müddətinin bitdiyi *8 dekabr 20*7-ci il tarixdən ötən 3 il müddət ərizində məhkəmə qaydasında mübahisələndirməyib. Bu faktın özü icra qeydi aparılan borcun mübahisəsiz olduğunu təsdiq edir. Çünki qanunverici 20 gün müddəti ona görə müəyyən edib ki, icra qeydinin aparılacağına və ya borcun məbləğinə dair hər hansı etirazı olarsa, borclu həm kredit müqaviləsini, həm də borcun məbləğini ayrıca məhkəmə qaydasında mübahisələndirə bilsin. Əksinə, işdən görünür ki, borclu ona qarşı tələbkarın tələbini, borc ödənilmədiyi halda notarius tərəfindən icra qeydi aparılacağı barədə bildirişi almasına baxmayaraq * ildən artıq müddətdə bu bildirişə, borcun məbləğinə və ya icra qeydinin aparılmasına dair öz etirazını bildirməyib. Bu da borcun mübahisəli olduğunu istisna edir və notarius tərəfindən icra qeydinin məhz bu əsasla verildiyini təsdiq edir; - apellyasiya instansiyası məhkəməsi bu hallara diqqət yetirmədən, tələbkarın etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə təqdim etdiyi sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermədən, işin yuxarıda müəyyən edilmiş halları və işə əlavə edilmiş sübutlar üzrə səhv nəticəyə gəlmişdir. Be lə ki, “Notariat haqqında” Qanunun 76-cı maddəsi – borca dair mübahisənin icra qeydi aparılanadək mövcud olmasını tələb edir, yəni notarius kredit müqviləsi üzrə icra qeydini verməkdən o halda imtina edə bilər ki, borca dair mübahisə olsun, tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməmiş olsun. Bunun əksi təsdiq olunduğu halda isə notarius icra qeydə verməkdən imtina etməklə yanaşı, tələbkara ümumi əsaslarla məhkəməyə müraciət etmək hüququnu izah etməlidir. Lakin icra qeydə aparılanadək borclu tələbkara və ya notariusa borcun məbləği və ya müqavilə barədə mübahisəsinin olmasına dair rəsmi etirazını bildirməmişsə, bu halda notarius icra qeydini aparmaqdan imtina edə bilməz. Çünki borcun mübahisəsiz olmasına əsas verən sənədlərin siyahısı qanunverciliklə dəqiq tənzimlənir və siyahıya başqa sənədin və tələbin əlavə edilməsinə qanun yol vermir; - işdən görünür ki, tələbkar da notariusa icra qeydinin aparılması üçün borca dair mübahisənin olmamasına dair bütün zəruri sənədləri (kredit müqaviləsinin əslini, ən azı 20 gün əvvəlki tarixə borcluya təqdim etdiyi bildirişi, həmin bildirişin borclu tərəfindən alınmasını təsdiq edən poçt sənədini) təqdim edib, notarius isə həmin sənədlərə əsaslanaraq borcun məcburi tutulmasına dair icra qeydi verib; - bu baxımdan kassatorun kassasiya şikayətinin dəlilləri əsaslıdır. İcra qeydi aparıldıqdan sonra qanunda göstərilən əsaslar olmadığı halda icra qeydi ləğv edilə bilməz və borclu bu halda yalnız icra qeydində göstərilən məbləği və ya bu icra qeydinin verilməsinə səbəb olmuş kredit müqaviləsini ayrıca məhkəmə qaydasında mübahisələndirə bilər e) Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat

33. İşin üçüncü apellyasiya icraatı zamanı apellyasiya baxışında iddiaçı bildirmişdir ki, cavabdeh tərəfindən göndərildiyi iddia edilən kredit müqaviləsi üzrə borcun ödənilmədiyi halda yaranmış borc məbləği barəsində notarius tərəfindən icra qeydinin aparılacağı ilə bağlı bildiriş heç bir şəkildə ona təqdim olunmamışdır. İş materiallarına surəti əlavə edilmiş həmin bildirişin ona çatdırılması ilə bağlı poçt xəbərnaməsindəki imza da ona məxsus deyil.

34. Cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək göstərmişdir ki, kredit müqaviləsi üzrə bor cun ödənilmədiyi halda yaranmış borc məbləği barəsində notarius tərəfindən icra qeydinin aparılacağı ilə bağlı *9 iyul 20*9-cu il tarixli bildiriş iddiaçıya göndərilmiş və bildiriş 25 iyul 20*9-cu il tarixində qəbul edilmişdir. Ola bilər ki, bildirişin çatdırılmasını təsdiq edən xəbərnamədəki imza iddiaçının ailə üzvlərindən hər hansı birinə məxsus olsun. Bunun aydınlaşdırılması üçün isə həmin məktubu çatdırmış poçt orqanının işçisi məhkəmə tərəfindən müəyyən edilməli, həmin şəxs məhkəmə iclasında dindirilməlidir.

35. Apellyasiya instansiyası məhkəməsi 2* iyun 2023-cü il tarixli, 2(*06)-744/2023 saylı qərardadla iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin etmiş, ekspert qarşısında iddiaçının adına olan 25.07.20*9-cu il tarixli poçt göndərişinin verilməsi haqqında xəbərnamədəki imzanın k imə məxsus olması barədə sual qoymuşdur.

36. Məhkəmə Ekspertizaı Mərkəzinin 3-*6-*6/2-4/**49 nömrəli, 24 iyul 2023-cü il tarixli rəyinə əsasən ekspertizaya təqdim edilmiş, İddiaçı adına olan 25.07.20*9-cu il tarixli poçt göndərişinin verilməsi haqqında xəbərnamədə “Şəxsən” qrafasındakı imza – İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşur.

37. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(*06)-744/2023 nömrəli, 04 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, İmişli Rayon Məhkəməsinin 2(036)-597/202* saylı, 08 aprel 202*-ci il tarixli qətnaməsi tamamilə ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilmiş, Cavabdeh3ndə aparılmış və reyestrdə 8İ-6279 nömrəsi ilə qeyd edilmiş 02 no yabr 2020-ci il tarixli icra qeydi ləğv edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. (hakimlər Samir Mayılov (sədrlik edən və məruzəçi), Pərviz Əhmədov, Cahid İmanov)

38. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, işin faktiki hallarının hərtərəfli araşdırılması mülki işin qanuni həlli baxımından böyük əhəmiyyət kəsb etməsinə baxmayaraq, birinci instansiya məhkəməsi qanunvericiliyin tələbləri çərçivəsində araşdırmanı hərtərəfli və tam aparmamış, maddi və prosessual hüquq normalarının tələblərinə riayət etməmiş, beləliklə də, MPM-in 386-cı və 387.*-ci maddəsində nəzərdə tutulmuş qaydada maddi və prosessual hüquq normasının pozulmasına yol verməklə düzgün olmayan qətnamə qəbul etmişdir.

39. İddiaçının tələbi Cavabdeh3 8İ-6279 nömrəli, 02 noyabr 2 020-ci il tarixli icra qeydinin ləğv edilməsi və icra qeydinin icraatına xitam verilməsi ilə bağlı olmuşdur. Göründüyü kimi, iddiaçının tələbi 2 hissədən ibarətdir. Buna görə də öncə iddia tələbinin ilk – icra qeydinin ləğv edilməsi hissəsi ilə bağlı hissəyə qiymət verilməmlidir.

40. İddiaçı öz mövqeyini əsaslandırarkən “Notariat haqqında” Qanunun 76-cı maddəsinə istinad etmiş və icra qeydinin aparılacağı ilə bağlı ona hər hansı bildirişin göndərilmədiyini və bildirişin göndərilməsi ilə bağlı xəbərnamədəki imzanın ona məxsus olmadığını bildirmişdir. Birinci instansiya məhkəməsi isə hazırkı tələb üzrə mübahisəyə tətbiq edilməli olan qanunu tətbiq etməmiş və nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir.

41. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarının **6-cı və rəqində surəti olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış *9.07.20*9-cu il tarixli bildirişlə sonuncuya onun barəsində *8.*2.20*6-cı il tarixli, 3M-447 reyestr nömrəli kredit müqaviləsinin mövcud olduğu, həmin sənədə görə *8.*2.20*7-ci il tarixədək 23000 ABŞ dollar borc öhdəliyinin yarandığı, *8.*2.20*7-ci il tarixdən etibarən qeyd edilən sənədlə müəyyən edilmiş icranın gecikdirilməsi nəticəsində *8.*2.20*7-ci il tarixinə *8.*2.20*6-cı il tarixli, 3M-447 reyestr nömrəli sənəddən irəli gələrək 23000 ABŞ dolları əsas borcun ödənilməli olduğu, borc 20 gün müddətində ödənilmədiyi halda “Notariat haqqında” Qanunun 76-cı maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği barəsində notarius tərəfindən icra qeydinin aparıl acağı bildirilmişdir.

42. İş materiallarında surəti olan poçt xəbərnaməsinə əsasən 25.07.20*9-cu il tarixində “Şəxsən” qrafasının qarşısında imza edilməklə *9.07.20*9-cu il tarixində cavabdehə göndərilmiş bildiriş qəbul edilsə də, xəbərnamədə həmin bildirişin kim tərəfindən qəbul edildiyi qeyd edilməmişdir.

43. Apellyasiya instansiyası məhkəməsi məhkəmə-xətşünaslıq ekspertizasının 24 iyul 2023-cü il tarixli rəyinə istinadən belə nəticəyə gəlmişdir ki, icra qeydinin aparılacağı ilə bağlı *9.07.20*9-cu il tarixli bildirişin iddiaçıya çatdırılmasını özündə əks etdirən poçt xəbərnaməsinin “Şəxsən” qrafasının qarşısındakı imza iddiaçı tərəfindən icra edilməmişdir. Bu isə onu göstərir ki, “Notariat haqqında” Qanunun 76-cı maddəsinin 6-cı hissəsinin tələblərinə riayət edilməmiş, icra qeydinin apa rılması üçün notariat ofisinə müraciət edildiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş çatdırılmamışdır. Nəzərə alınmalıdır ki, borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildirişin çatdırılması borcun mübahisəsiz olmasının təsdiqi üçün əhəmiyyət kəsb edir və borcluya həmin tələb üzrə hər hansı mübahisəsi olduqda, öz etirazını bildirmək və ya məhkəmə müraciət etmək üçün şərait yaradır. Hazırkı halda isə borcluya (iddiaçıya) bu cür bildirişin göndərilməsi və həmin bildirişin borclu (iddiaçı) tərəfindən qəbul edilməsi faktı iş materialları ilə öz təsdiqini tapmadığından borclu (iddiaçı) bu imkanından məhrum olmuşdur.

44. Apellyasiya instansiyası məhkəməsinin cavabdehin mübahisəli xəbərnamədəki imzanın iddiaçının ailə üzvlərindən birinə məxsus ola biləcəyi barədə dəlillərinə münasibətdə mövqeyi belə olmuşdur ki, cavabdeh istinad etdiyi həmin halı təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmiş, sadəcə ehtimallara əsaslanmış, sübutetmə vəzifəsini yerinə yetirməmişdir. Bundan əlavə, nəzərə alınmalıdır ki, xəbərnamədə imza edən şəxsin adının və ya soyadının göstərilməməsi onun kim tərəfindən icra edilməsinin müəyyən edilməsini də qeyri-mümkün edir.

45. Qeyd edilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlir ki, Cavabdeh3ndə aparılmış və reyestrdə 8İ-6279 nömrəsi ilə qeyd edilmiş 02 noyabr 2020-ci il tarixli icra qeydinin ləğv edilməsinə dair hissədə iddiaçının tələbi əsaslıdır və həmin hissədə iddia tələbi təmin edilərək, Cavabdeh3nd ə aparılmış və reyestrdə 8İ-6279 nömrəsi ilə qeyd edilmiş 02 noyabr 2020-ci il tarixli icra qeydi onun “Notariat haqqında” Qanunun 76-cı maddəsinə uyğun aparılmaması səbəbindən ləğv edilməlidir.

46. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin ikinci – icra qeydinin icraatına xitam verilməsi hissəsinə dair qeyd etmişdir ki, “İcra haqqında” Qanunun 6.*.4-cü maddəsinə əsasən, notariusun icra qeydləri icra sənədi sayılır.

47. İcra sənədi üzrə icraata xitam verilməsinin əsasları və qaydası isə “İcra haqqında Qanun”un 20-ci maddəsində təsbit olunmuşdur.

48. Həmin Qanunun 20.*.4-cü maddəsinə əsasən, icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə və ya digər orqanın qərarı və yaxud qanuna görə icra sənədi sayılan sənəd ləğv edildikdə, icra sənədi üzrə icraata xitam verilir.

49. Göründüyü kimi, “İcra haqqında” Qanunun 6.*.4-cü maddəsinə uyğun olaraq icra sənədi sayılan notariusun icra qeydinin ləğv edilməsi icra sənədi üzrə icraata xitam verilməsi üçün əsasdır. 50. “İcra haqqında” Qanunun 20.2-ci maddəsinə əsasən, icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. 51. “İcra haqqında” Qanunun istinad edilən normalarını nəzərə alan Apellyasiya instansiyası məhkəməsi göstərmkişdir ki, icra qeydinin ləğv edilməsinə baxmayaraq, icra sənədi (icra qeydi) üzrə icraata xitam verilməsi icra məmuru tərəfindən həyata keç irilməli, bu barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilməlidir. Odur ki, icra qeydinin icraatına xitam verilməsinə dair hissədə iddia təmin edilməməlidir.

52. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni “Notariat haqqında” Qanunun 76-cı, “İcra haqqında” Qanunun 6.*.4., 20.*.4, 20.2.-ci, Mülki Prosessual Məcəllənin *4 və 77-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

53. Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək qətnamənin ləğv edilib, işin yeni məhkəmə baxışına qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

54. Kassasiya şikayətində qeyd olunmuşdur ki, tələbkar qanunun tələbinə əməl edərək icra qeydinin aparılması barədə xəbərdarlıq məzmunlu bildirişlə borcluya rəsmi poçt vasitəsilə *9.07.20*9-cu il tarixdə müraciət etmiş, borclu həmin bildirişi poçt göndərişi ilə rəsmi olaraq 25.07.20*9-cu il tarixdə rəsmən almış və nəinki 20 gün, hətta onu bir ildən artıq gözlədikdən sonra notarius hazırkı icra qeydini aparmışdır. Bu zaman həm borclu tərəfindən, həm də notarius tərəfindən qanunun tələblərinə riayət edilmiş, borclu bu * il ərzində borca dair hər hansı bir mübahisə açmamış və notariusa və ya tələbkara bu borcu mübahisələndirdiyinə dair hər hansı bir etiraz göndərməmişdir ki, bu fakt da borca dair icra qeydi aparılacağı barədə mübahisə olmadığını təsdiq edir. Bu da borcun mübahisəsiz olduğuna dair dəlildir və notarius da məhz bu əsaslarla icra qeydini aparmışdır. İcra qeydi yazılarkən qanunun bütün tələblərinə riayət edildiyi və icra qeydinin mübahisəs iz olduğunu təsdiq edən bütün sənədlər mövcud olduğu halda, apellyasiya instansiyası məhkəməsi qanunsuz olaraq icra qeydini ləğv etmişdir. Hazırkı icra qeydi aparılarkən qanunverici tərəfindən tələb edilən borcun icra qeydi əsasında mübahisəsiz alınmasına əsas olan sənədlərin hamısı – kredit müqaviləsi, borcluya bildiriş və bildirişin alınmasına dair sənəd və 20 gün müddət mövcud olmuşdur. Bu hal artıq borcun icra qeydi yazılmaqla mübahisəsiz alınması üçün əsas yaratmışdır və notarius da qanunun tələblərinə riayət edərək icra qeydi aparmışdır. Bu hallar və sənədlər iş materiallarında mövcud olmasına baxmayaraq, apellyasiya instansiyası məhkəməsi bu hallar və sənədlərlə tam təkzib olunan səhv nəticəyə gəlmişdir. Belə ki, iddianı təmin edib icra qeydini ləğv edərkən apellyasiya instansiyası məhkəməsi səhv olaraq belə bir nəticəyə gəlmişdir ki, guya qanunun tələbinə görə borcluya göndərilmiş bildiriş ona rəsmi surətdə çatdırılmamış, bildirişin şəxsən çatdırılması barədə qəbzdəki imza ona məxsus deyildir. Apellyasiya instansiyası məhkəməsinin bu dəlili tam qanunsuzdur və iş materiaları ilə tam təkzib edilmişdir. Apellyasiya instansiyası məhkəməsi iddianı təmin edib icra qeydini ləğv edərkən ona əsaslanmışdır ki, borcluya çatması iddia edilən bildirişin qəbzindəki imza iddiaçıya məxsus deyildir. Lakin bu zaman tələbkar tərəfindən vəsatət verilmişdir ki, həmin poçt zərfini iddiaçının ünvanına çatdırmış poçt işçisi şahid qismində işə cəlb edilsin, dindirilsin, zərfi iddiaçıya və ya ailə üzvlərindən birinə verilməsi aydınlaşdırılsın və bundan sonra zəruri prosessual hərəkətlər edil ərək qətnamə qəbul edilsin. Lakin apellyasiya instansiyası məhkəməsi bu əsaslı vəsatətə düzgün hüquqi qiymət verməmiş, vəsatəti əsassız olaraq rədd edərək iş üçün əhəmiyyətli və zəruri məlumatlara malik poçtun səlahiyyətli vəzifəli şəxsini dindirib zərfin kimə verilməsini müəyyən etmək kimi iş üçün zəruri olan sübutları əldə etməkdən imtina etmiş, bununla da işə obyektiv, hərtərəfli və qanuni baxmaq kimi vəzifələrini yerinə yetirməmişdir. Bu isə qətnamənin ləğvi üçün əsasdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

55. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Tətbiq edilən hüquq “Notariat haqqında” Qanun Maddə

76. Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üç ün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. “İcra haqqında” Qanun Maddə 20.*.4. İcra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə və ya digər orqanın qərarı və yaxud qanuna görə icra sənədi sayılan sənəd ləğv edildikdə icra sənədi üzrə icraata xitam verilir. Maddə 20.2. İcra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digə r orqana (notarius istisna olmaqla) göndərilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.*. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 4*6.*. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normal arının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 4*6.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 4*8.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 4*7.*.*. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 4*7.*.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 4*7.*.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya inst ansiyası məhkəməsinə göndərə bilər. Maddə 4*7.*.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 4*8.*. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 4*8.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticə lənə bilsin. Maddə

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri

56. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

57. Kassasiya şikayətində cavabdeh qətnamənin ləğvini xahiş etsə də, şikayətin dəlilləri icra qeydinin ləğ vi barədə iddianın təmin edilən hissəsi ilə bağlıdır. Bu səbəbdən məhkəmə kollegiyası qətnaməni iddianın təmin edilən hissəsində yoxlayır.

58. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

59. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə mübahisələndirilən hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olu nması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

60. Apellyasiya instansiyası məhkəməsi mübhaisələndirilən hissədə iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir. 6*. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iddia tələbinin təmin edilən hissəsi ilə bağlı hazırki qərarın 38-45-ci bəndlərində əks edilən qiymətləndirməsi və tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşır.

62. İddia tələbi icra qeydinin ləğvi barədə olmuşdur. İşin müəyyən edilmiş hallarına görə də icra qeydi verilərkən qanunvericiliyin tələblərinə əməl edilməmişdir.

63. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi təmin edilən hissədə iddia tələbi üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, iş üzrə ekspertiza təyin etmiş, işin faktiki hallarını, digə sübutlarla yanaşı, ekspert rə yi ilə müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları, eləcə də ekspert rəyini MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, nəhayət, hazırki iş üzrə kassasiya məhkəməsinin əvvəlki qərarlarında verdiyi göstərişlərə əməl edərək, qanuni və əsaslı qətnamə qəbul edilmişdir.

64. Buna görə də hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.

65. Kassasiya şikayətinin dəlili əsasən ondan ibarətdir ki, icra qeydi verilərkən qanunvericiliyin tələblərinə əməl edilmişdir. Yuxarıda qeyd edildiyi kimi işə mahiyyəti üzrə sübutlar əsasında baxan apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, icra qeydi verilərkən qanunvericiliyin tələblərinə əməl edilməmişdir. Bu də lil həmçinin kassasiya instansiyası məhkəməsinin hazırki iş üzrə əvvəlki qərarlarında göstərilən mövqeyi baxımından da əsaslı sayıla bilməz.

66. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

67. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 4*6, 4*7 və 4*9-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(*06)-744/2023 saylı, 4 oktyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar