Məhkəmə qərarları › İş №2(102)-3381/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3381/2021

16.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3381/2021 16.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işə iddia icraatında baxılmasının mümkün olmaması) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X nömrəli iş üzrə 17 fevral 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisə icra məmurunun icr aata başlamaq haqqında qərarının dəyişdirilməsi tələbi ilə bağlıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Xaçmaz Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh icra məmuru Maqsudov Hİkmət Kəmayət oğlunun X/ saylı iş üzrə 07.11.2019-cu il tarixində İcraata başlamaq haqqında qərarının dəyişdirilərək həmin iş üzrə İcra Haqqında Qanunun 70.4-cü maddəsinə əsasən icra sənədinin icrası mümkün olmaması səbəbi ilə Xaçmaz rayon məhkəməsinə qaytarılması haqqında qərar qəbul edilməsinə barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, hazırkı iddia tələbi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət etsə də o hazırkı iddiaya Xaçmaz Rayon Məhkəməsinin baxmalı olduğunu gö stərmişdir. Qeyd olunan qərardan Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət etsə də, sonuncu məhkəmə də 2-l(105)286/2020 saylı iş üzrə 19 iyun 2020-ci il tarixli qərarında hazırkı iddia tələbinin baxılması üçün Xaçmaz rayon məhkəməsinə aid olduğunu qərara almışdır.

4. Xaçmaz Rayon Məhkəməsinin (hakim İ.Xəlilov) 07 sentyabr 2020-ci il tarixli, X nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.

5. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçıya İcra haqqında Qanunun 8.5-ci maddəsinə müvafiq olaraq icraata başlamaq haqqında qərardan iddia ərizəsi ilə deyil, qərardan şikayət qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

6. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-S.Qafari (sədrlik edən və məruzəçi), Ş.Abas ov və T.Məmmədov) 17 fevral 2021-ci il tarixli, X nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Xaçmaz Rayon Məhkəməsinin 07 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı Cavabdehnə qarşı icraata başlamaq haqqında icra məmurunun qərarının dəyişdirilməsi tələbinə mülki mühakimə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilmişdir.

7. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, iddiaçının tələbində göstərdiyi məsələyə mülki mühakimə icraatı qaydasında məhkəmədə deyil, icra hərəkətləri qaydasında baxılmalıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

8. İddiaçı kassasiya şikayəti verərək qərardadın ləğv edərək, apellyasiya şikayətinə mahiyyəti üzrə baxılaraq iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi üçün işin Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə əvvəl İcra haqqında Qanunun 7, 23.1.3, 70.4-ci maddəsinin mətnlərini qərardadda qeyd edərək göstərir ki. "...Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər". Daha sonra məhkəmə qərardadında göstərir ki, "Göründüyü kimi, qanunvericilik icra sənədi üzrə icraata başlaması və icra sənədinin qaytarılmasının ondan şikayət verilməsinin qaydasını müəyyən etmişdir. Odur ki, iddiaçının göstərdiyi məsələyə mülki mühakimə icraatı qaydasında məhkəmədə deyil, icra hərəkətlər i qaydasında baxılmalıdır. Mülki Prosessual Məcəllənin 261.0.1 maddəsinə görə hakim iş üzrə icraata iş məhkəmədə baxılmalı deyilsə xitam verilir.” Göstərilənlərdən də aydın olduğu kimi məhkəmə öz qərardadını tərtib edərkən onun yeganə əsasını o təşkil etmişdir ki, iş məhkəmədə baxılmalı deyildir. Lakin məhkəmənin hu əsaslandırmasında ziddiyyətlər vardır. Həmin ziddiyyət ondan ibarətdir ki. Məhkəmə əvvəl İcra haqqında Qanunun 70.4-ci maddəsinin mətnini "...Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətimlə müvafiq məhkəməyə şikayət verə bilərlər”öz qərardadında qeyd edir, daha sonra isə göstərir ki, "Göründüyü kimi, qanunvericilik icra sənədi üzrə icraata başlaması və icra sənədinin qaytarılmasının ondan şikayət verilməsinin qaydasını müəyyən etmişdir”. Sonda isə məhkə mə göstərir ki, “Odur ki, iddiaçının göstərdiyi məsələyə mülki mühakimə icraatı qaydasında məhkəmədə deyil, icra hərəkətləri qaydasında baxılmalıdır”. Göstərilən ziddiyyəti qısa şəkildə belə təsvir edilə bilər ki, məhkəmə əvvəl qanuna istinad edərək iddiaçının məhkəməyə müraciət etmək hüququnun olduğunu göstərir, daha sonra isə qeyd edir ki. iddiaçının tələbinə mülki mühakimə icraatı qaydasında baxıla bilməz. Daha sonra qeyd olunmalıdır ki, məhkəmə yuxarıda göstərildiyi kimi, yəni işin məhkəmədə baxılmalı olmamasını qeyd etsə də. lakin əsaslandırmadan nə üçün işin məhkəmədə baxılmalı olması faktını qeyd etməmişdir. Bu hal isə məhkəmə qərardadının əsassız olmasını göstərən əsas haldır. Məhkəmənin qərardadında həmçinin anlaşılmaz hal mövcuddur. Belə ki, anlaşılmazlıq ondan ibarətdir ki. o qə rardadında iddia tələbinə icra hərəkətləri qaydasında baxılmalı olmasını qeyd etmişdir. Lakin o, göstərməmişdir ki, icra hərəkətləri qaydası hansı qaydadır. İcra hərəkətləri qaydası qeyd edərkən qərardadın müəllifi inzibati məhkəməni nəzərdə tutsa belə səhvə yol vermişdir. Belə ki, iş materiallarında olan qərardan da göründüyü kimi iddiaçı əvvəl eyni tələb üzrə İnzibati məhkəməyə, daha sonra isə həmin məhkəmənin qərarından apellyasiya məhkəməsinə şikayət etmişdir, lakin hər iki məhkəmənin gəldiyi nəticə ondan ibarət olmuşdur ki, hazırkı tələbə işə inzibati məhkəmə icraatı qaydasında baxılmalı deyildir. Azərbaycan Respublikasında isə digər növ məhkəmələr hərbi məhkəmə və kommersiya məhkəmələridir ki, hazırkı işin həmin məhkəmələrə aid olması tamamilə istisna olunur. Çünki, iddiada işin həmi n məhkəmələrə verilməsini tələb edən heç bir əlamət yoxdur. Məhkəmənin qərardadında olan digər ziddiyyət isə ondan ibarətdir ki, o öz qərardadının son hissəsində qeyd etmişdir ki, "Həmin Məcəllənin 262.3-cü maddəsinə əsasən işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərilməlidir". Lakin məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməmişdir. Bu hal isə təbii olaraq məhkəmənin qərardadı üçün mühüm bir məsələdir və məhkəmə qərardadında bu cür çatışmazlıqlara yol verməməlidir. Və məhkəmə qərardadı ləğv edilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışd ır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. İddiaçı məhkəmə iclasında vəkil ilə birlikdə iştirak etmədiyi üçün Mülki Prosessual Məcəllənin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi.

12. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

13. Maddə 261.0.1. İş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir.

14. Maddə 262.3. İşin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci madd əsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir.

15. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu:

16. Maddə 8.1. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa,”icra məmuru”icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır.

17. Maddə 8.2.”İcra məmuru”icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda”icra məmuru”icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə,”həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla,”icraata başlanıldığı vaxtdan ən çoxu”on gün”müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir.

18. Maddə 8.3. İcraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana”(notarius istisna olmaqla)”göndərilir.

19. Maddə 8.5. Tərəflər icraata başlamaq haqqında qərardan, onun surətini aldıqdan sonra 10 gü n müddətində məhkəməyə şikayət edə bilərlər. Kassasiya baxışının hədləri

20. Hazırkı kassasiya şikayətində qərardad iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

21. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə ko llegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, icra sənədi qanunvericiliyin tələblərinə uyğundursa,”icra məmuru”icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır.”İcra məmuru”icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Göründüyü kimi qanunvericilik icra sənədi üzrə icraata başla ması və icra sənədinin qaytarılmasının, ondan şikayət verilməsi qaydasını müəyyən etmişdir.

24. Odur ki, iddiaçının tələbində göstərdiyi məsələyə mülki mühakimə icraatı qaydasında deyil, icra hərəkətləri qaydasında baxılmalıdır. Ona görə də işə mülki mühakimə icraat qaydasında məhkəmədə baxılmalı olmadığına görə Azərbaycan Respublikası MPM-in 261.0.1-ci maddəsinə əsasən xitam verilməlidir.

25. Kollegiya apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. Belə ki, icra sənədi üzrə tərəflər icra məmurunun icraata başlamaq haqqında qərarını aldıqdan sonra 10 gün müddətində məhkəməyə şikayət edə bilərlər (§ 19). Göründüyü kimi, qanunverici bu halda mülki mühakimə icraatı qaydasında iddia qal dırılmasını deyil, icra məmurunun icraata başlamaq haqqında qərarından müvafiq məhkəməyə şikayət vermə qaydasını nəzərdə tutmuşdur. Belə olan halda, apellyasiya instansiyası məhkəməsinin işin icraatına MPM-in 261.0.1-ci maddəsinə əsasən xitam verməsi əsaslıdır.

26. Göstərilənlərə əsasən və MPM-in 417-419 və 421-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X nömrəli iş üzrə 17 fevral 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar