Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3384/2020 21.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi) Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, cavabdehin vəkili Nümayəndə2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxx 2020-ci il tarixli qərardadından İddiaçı1 MMC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxx 2020-ci il tarixdə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-326/2020 saylı mülki işi üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadı i lə (sədrlik edən hakim M.Sadıqov) iddiaçının nəqliyyat vasitələrinin (yarımqoşquların) üzərinə həbs qoyulması, onların cavabdeh tərəfindən istifadəsinə qadağa qoyulması və nəqliyyat vasitələrinin (yarımqoşquların) xüsusi dayanacağa yerləşdirilməsinə (iddianın təmin edilməsinə) dair ərizəsi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxx 2020-ci il tarixli qərardadı ilə (hakimlər F.Talışinski (sədrlik edən, məruzəçi), Z.Əliyev və R.Eyvazov, 2(103)-3811/2020 saylı mülki iş) hazırki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-326/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərardadından “İddiaçı1“ MMC-nin vəkili Nümayəndə3 tərəfindən verilmiş apellyasiya qeyri-mümkün hesab edilmiş və mülki iş Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərar ın qəbul edilməsinə əsas şikayətin buna səlahiyyəti olmayan şəxs tərəfindən verilməsi olmuşdur. İşin halları: İddiaçı “İddiaçı1“ MMC cavabdehlər X2 və Cavabdeh2 qarşı “mülkiyyətin qanunsuz istifadədən geri alınması“ tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı1 MMC-nin baş meneceri X6 Hevit müvafiq səlahiyyətləri Xə, X isə bu hüququndan istifadə edərək səlahiyyətlərinin bir hissəsini X4, X3 isə İddiaçı1 MMC-ni məhkəmə instansiyaları da daxil olmaqla bir sıra qurumlarda təmsil etmək hüquqlarını Nümayəndə3 ötürmüşdür.Sözügedən səlahiyyətlərin təsbit olunduğu hüquqmüəyyənedici sənədlərin etibarlılıq müddəti bitməmişdir və həmin sənədlər qüvvədədir. Həmçinin, həmin sənədlər qanunla müəyyən olunmuş qaydada məhkəməyə təqdim olunmuşdur. Hesab edirik ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası əsassız olaraq apellyasiya şikayətini qeyri-mümkün hesab etmiş, iddiaçıya münasibətdə açıq-aşkar qərəzli mövqedən çıxış edərək apellyasiya şikayətinin mümkünlüyü ilə bağlı olan hissədə işin faktiki hallarını və sübutları araşdırmamışdır. Beləliklə, Bakı Apellyasiya Məhkəməsinin Nümayəndə3 Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadından apellyasiya şikayəti verilməsi hüququnun olmaması barədə gəldiyi qənaət və bu mövqeyini əsaslandırması tamamilə yanlışdır. Yanlış əsaslandırma ilə qəbul olunmuş məhkəmə aktı həm maddi, hən də prosessual hüquq normalarının pozulması ilə nəticələndiyindən, hə min akt ləğv edilməlidir. Bu səbəbdən də maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3811/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadı ləğv edilməlidir. Prosessual məsələlər: Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili Nümayəndə2 kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı və digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası müəyyən etmişdir ki, iddiaçı “İddiaçı1“ MMC-nin vəkili qismində iştirak edən Nümayəndə3 tərəfindən apellyasiya şikayəti imzalanmış, lakin sonuncunun məhkəmə aktlarından şikayət vermək səlahiyyətini nəzərdə tutan etibarnaməni imzalayan müvafiq səlahiyyətə malik olmasına dair heç bir sənəd işdə yoxdur və apellyasiya şikayətinə əlavə edilməmişdir (iş səh. 267,273-275). İddia ərizəsini imzalayan vəkil Nümayəndə3 bu səlahiyyəti ona verən şəxs X1muşdur (iş səh.3-6,24-25,33) ki, onun özünün hazırda belə səlahiyyətə malik olması təsdiq olunmur. Çünki xx.xx.2019-cu il tarixli kommersiya qurumunun dövlət reyestrindən çıxarışı na və açıq informasiya portalında təsbit edilən məlumatlara əsasən “İddiaçı1“ şirkətinin qanuni təmsilçisi Devid Teylor, şirkətin hazırki qanuni təmsilçisi Cavabdeh2dur (iş səh. 60-62,162-163, 184-186,284). Hansıki, sonuncu məhkəmə iclaslarında iştirak edir və nümayəndəliklə bağlı başqa şəxsə səlahiyyət verməmişdir. Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2020-ci il tarixli qərardadına əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hazırki işi üzrə xx.xx.2020ci il tarixli qərardadı məhz qeyd edilən əsaslarla ləğv edilmiş və “İddiaçı1“ MMC-nin nümayəndəsi Nümayəndə3 iddianı təmin etmə tədbirinə dair ərizəsinə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar verilmişdir (iş səh. 173). Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-326/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərardadından “İddiaçı1“ MMC-nin vəkili Nümayəndə3 tərəfindən verilmiş apellyasiya qeyri-mümkün hesab etməklə, mülki işi Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qərardadın ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qərardad dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı1 MMC-nin kassa siya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3384/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3384/2020
21.07.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver