Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3386/2020 25.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, İddiaçı cavabdeh «xxxxxx» MMC-yə qarşı «pay hissələrinin ayrılması» tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 fevral 2020-ci il tarixli qərardadından cavabdeh «xxxxxx» MMC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 yanvar 2020-ci il tarixli qərardad ı ilə (hakim G.Abbasova iş№ 2(001)-921/20) iddiaçı x2 cavabdeh «xxxxxx» MMC-yə qarşı «pay hissələrinin ayrılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işin baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir. İddiaçı həmin qərardaddan şikayət vermiş və Bakı şəhər Binəqədi rayon məhkəməsinin 21 yanvar 2020-ci il tarixli qərardadı ilə şikayət təmin olunmamış və baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 fevral 2020-ci il tarixli qərardadı ilə (hakimlər E.Şamayev-sədrlik edən və məruzəçi, M.Məmmədov və Ş.Məhərrəmova, iş № 2(103)2819/20) şikayət təmin olunaraq Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 08 yanvar 2020-ci il tarixli qərardadı ləğv olunmuş və iş baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə qaytarılmış dır. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 20 fevral 2020-ci il tarixli qərardadının ləğv olunmasını və mülki işin baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı cavabdeh «xxxxxx» MMC-yə qrpşı «pay hissələrinin ayrılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apelyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələblərinin pozulması ilə əsaslandırılmışdır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da üzrlü səbəb olmadan mə hkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli və Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 20 fevral 2020-ci il tarixli qərardadı ləğv edilməli və iş apelyasiya mümkünlüyünün yoxlanılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessua l Məcəlləsinin 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269.2 və 269.3-cü maddələrinə əsasən şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apelyasiya instansiyası məhkəməsinə bu Məcəllənin 32.5 -ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə kassasiya instansiya məhkəməsinə göndərilir. Prosessual qanunvericiliyin istinad olunan normasının tələbinə görə məhkəmə aidiyyətı ilə bağlı verilmiş şikayətə baxan birinci instansiya məhkəməsi şikayəti təmin etmədiyi halda onun baxılması üçün müvafiq apelyasiya məhkəməsinə göndərilməsi istisna olunur. Apelyasiya məhkəməsi isə ona baxmağa səlahiyyəti olmadığı halda şikayətə mahiyyəti üzrə baxaraq iddianın aidiyyətı ilə bağlı məsələni həll edərək baxılması üçün Bakı şəhəri Binəqədi rayon məhkəməsinə göndərmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiya məhkəməsi daxil olmuş şikayət üzrə apelyasiya icraatını qeyri-mümkün sayaraq onu geri qaytarılmalı olduğu halda, prosessual hüquq n ormalarının tələbini pozaraq faktiki olaraq apelyasiya qaydasında baxılması istisna olunan şikayətə baxmışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edir və qeyd edir ki, qanunverici hüquq və azadlıqların məhkəmə müdafiəsindən qanunvericiliklə müəyyən edilmiş qaydaya əməl olunmaqla istifadə edilməli olduğunu göstərmişdir. Odur ki, kassasiya şikayəti qismən təmin olunmalı, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.02.2020-ci il tarixli 2(103)-2819/2020 nömrəli qərardadı ləğv olunaraq, iş apelyasiya mümkünlüyünün yoxlanılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 418.1, 419, 420, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-2819/2020 nömrəli iş üzrə 20 fevral 2020-ci il tarixli qərardadı ləğv edilsin və iş apelyasiya mümkünlüyünün yoxlanılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3386/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3386/2020
25.06.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver