Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3387/2020 07.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı Cavabdeh1 və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2-yə və Cavabdeh1 qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-14413/2019 nömrəli qətnaməsindən Cavabdeh1 kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İ ddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 “Mercedes Benz G-500” markalı, **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobilinin zədələnməsinə görə 15700 manat) məbləğində dəymiş ziyanın, 18000 manat əldən çıxmış faydanın, 5000 manat mənəvi zərərin və 30 manat dövlət rüsumunun, cəmi 38730 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2323/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, “Mercedes Benz G-500” markalı, **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə Cavabdeh1 12081 manat və 30 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, ekspertiza xərcinin cavabdehdə n tutulması qət edilmişdir.(hakim Solmaz Ədilova) Bakı Apellyasiya Məhkəməsinin 2(103)-14415/2019 saylı, xx xxxxxx 2019-cu iltarixli qətnaməsi ilə Cavabdeh1 apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2323/2019 saylı iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Vüqar Həsənov(sədrlik edən və məruzəçi) Şərafət Məmmədova, Xəyal Sarıyev) Cavabdeh1 və vəkili Vəkil kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edilərək, işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tə rəfindən qətnamə maddi və prosessual hüquq pozuntuları ilə qəbul edilmişdir. Apelyasiya məhkəməsi cavabdehlə hər hansı müqavilənin olmamasına, bu səbəbdən də onun cavabdeh ola bilməməsinə əhəmiyyət verməmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 və vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdilər. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün Mülki-Prosessual Məcəllənin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq işin kassasiya baxışında onun izahatı dinlənilmədi. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, Cavabdeh2-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə ə sasən Cavabdeh2-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasənkassasiya şikayətitəmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı tələbinin faktiki əsası kimi ona istinad edib, ki, “Mercedes- Benz G 500” markalı, 10-TS- 110 dövlət qeydiyyat nişanlı avtomobilini müqavilə əsasında Cavabdeh2yə icarəyə vermisdir. xx.xx.2018-ci il tarixdə Cavabdeh2 həmin avtomobili müqavilə və etibarnamə əsasınd a Cavabdeh1 iki günlük 400 AZN qarşılığında icarəyə vermişdir. xx.xx.2018-ci il tarixdə saat 01:50-də Cavabdeh1 həmin avtomobillə hərkət edərkən “Shacman” markalı, **-ZJ-*** dövlət qeydiyyat nişanlı yük avtomaşınına çırpılmışdır. Nəticə də “Mercedes- Benz G 500” markalı, 10-TS- 110 dövlət qeydiyyat nişanlı avtomobili əzilməklə, ona 15700 manat maddi zərər dəymişdir. Zərərin vurulmasında Cavabdeh1 təqsirkar bilinmişdir. Tələbinin hüquqi əsası kimi iddiaçı Mülki Məcəllənin 21-ci maddəsinə istinad etmişdir. Cavabdeh iddiaya etiraz olaraq iddiaçını tanımadığını, şirkətdən telefon zəngi vasitəsilə sifariş edib qəbul etdiyi avtomobillə hadisə törətməsini, müqavilənin olmasından xəbərsiz olmasını, ziyan aktı və müqavilənin saxtalaşdırlmasını bildirmişdir. Qətnamədən görünür ki, apelyasiya instans iyası iş materiallarına əsasən Cavabdeh1 idarə etdiyi nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozaraq iddiaçıya ziyan vurmasının cinayət işi başlanmasının rədd edilməsi barədə qərarla, zərərin məbləğinin isə ekspertiza rəyi ilə təsdiq edilməsini müəyyən edərək, apelyasiya şikayətini təmin etməmiş, iddianı qismən edən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamış, gəldiyi nəticəni də Mülki Məcəllənin 21, 1097.1 və 1108-ci maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi işin müəyyən etdiyi hallarına uyğun olaraq maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Belə ki, iddia tələbi delikt öhdəliyindən yaranan tələbdir. Apelyasiya instansiyası da müəyyən edib ki, Cavabdeh1 delikt normaları çərçivəsin də mülki-hüquqi məsuliyyət daşıması üçün zəruri olan bütün şərtlər mövcuddur. Belə ki, iddiaçıya məxsus “Mercedes Benz G500” markalı, ** TS *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh1 idarə etməsi, həmin vaxt cavabdehin yol hərəkəti qaydalarını pozaraq digər şəxsə məxsus avtomobillə toqquşması nəticəsində iddiaçıya ziyan vurması işin mübahisəsiz halıdır. Dəymiş zərərin məbləğini də apelyasiya məhkəməsi ekspert rəyinə əsasən müəyyən etmişdir. Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 1108-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə ba ğlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulu r. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Göründüyü kimi, apelyasiya instansiyası işin müəyyən edilmiş halına, yəni cavabdehin hüquqa zidd əməli nəticəsində iddiaçıya zərər yetirilməsi halının mövcudluğuna, zərərin məbləğinin ekspert rəyi ilə təsdiq edilməsinə əsasən mübahisəyə Mülki Məcəllənin qeyd edilən maddələrini düzgün tətbiq etmişdir. İşin müəyyən edilmiş halları qeyd edilən maddi hüquq normalarının dispozitiv şərtlərinə uyğun gəlir. Həmçinin apelyasiya məhkəməsi sübutları, o cümlədən ekspert rəyini də Mülki Prosessual Məcəllənin 88 və 103.1-ci maddələrinə uyğun olaraq düzgün qiymətləndirmişdir. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsinin qətnaməni maddi və prosessual hüquq normalarının pozuntu ları ilə qəbul etməsi barədə şikayətin dəlilləri əsassızdır. Kassasiya şikayətində istinad edilən digər dəlil, yəni müqavilə bağlanmaması və təqdim olunmuş müqavilənin onun tərəfindən imzalanmaması barədə dəlil apelyasiya şikayətinin dəlili ilə eynidir. Apelyasiya məhkəməsi həmin dəlilə qiymət verərək qeyd etmişdir ki, Cavabdeh1 nəqliyyat vasitəsinin icarəyə götürməsi ilə bağlı 400 manat məbləğində icarə haqqı ödəməsi işin mübahisəsiz halı olduğu üçün tərəflər arasında belə müqavilənin bağlanmadan onun icrası mümkün ola bilməzdi. Həmçinin belə bir müqavilə olmasa idi nəqliyyat vasitəsini ona qanuni əsas olmadan verən şəxs də inzibati məsuliyyətə cəlb olunardı. Məhkəmə kollegiyasi apelyasiya instansiyasının həmin dəlillə bağlı dəyərləndirməsini düzgün hesab edir. Buna görə də apelyasiya şik ayətinin dəlilləri ilə eyni və işin faktiki halları ilə əlaqəli olduğundan, apelyasiya instansiya məhkəməsi tərəfindən həmin dəlillərə və işin faktiki hallarına qiymət verildiyindən, məhkəmə kollegiyası da apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və həmin nəticənin əsaslandırılması ilə razı olduğundan hesab edir ki, kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsi və apelyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Hazırki işdə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 418-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Mülki Prosessual Məcəllənin 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməs inin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)-14413/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3387/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3387/2020
07.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver